SİYASƏTŞÜNAS
SİYASİYYAT
OBASTAN VİKİ
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir. "Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb.
Siyasi-iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi azadlıq
Siyasi azadlıq — vətəndaşın əsas hüququ. Marksist fəlsəfədə görə dərk edilməyən qanunlar "kor"zərurət kimi təzahür edirlər.İnsan öz tarixinin başlanğıcında hələ təbiətin sirlərinə nüfuz edə bilmədiyi üçün dərk edilməyən zərurətin qulu olaraq qalırdı,hələ azad deyildi.Obyektiv qanunları nə qədər dərindən öyrənirsə insan öz fəaliyyətində o qədər şüurlu və azad olur. Azadlığın marksist tərifi XVII əsrin niderland filosofu B.Spinozanın tərifi ilə üst-üstə düşür:"Azadlıq dərk edilmiş zərurətdir".Spinozanın müasiri T.Hobs hesab edirdi ki,azadlıq müqavimətin olmamasıdır.Onun fikrincə insanın azadlığı nəyi isə gerçəkləşdirməyə can atan iradənin müqavimətə rast gəlməməsidir.Russo deyirdi:"Azadlıq-bərabərlik olmadan yaşaya bilməz". Rus yazıçısı Dostoyevskinin dediyinə görə azadlıq insan üçün ən əzablı qayğıdır;insan və insan cəmiyyəti üçün-heç nə,heç vaxt azadlıq qədər ağır yük olmamışdır.İnsan azad olandan sonra tələsik axtarır ki,kimin qarşısında diz çöksün və azadlıqdan xilas olsun.Kant göstərir ki,azadlıq hərfən və mahiyyətcə ideyadır.O,mütləq hamı üçün azadlığı nəzərdə tutur.Bütün cəmiyyəti azad etmədən hansısa tək bir adamın təcrid olunmuş azadlığı ağlasığan bir şey deyil.Hegel azadlığı əsl daxili ziddiyyət hesab edirdi.Onun fikrincə azdlıq odur ki,insan yalnız özündən asılı olsun. Z.Freydin davamçılarından biri olan E.Fromm göstərirdi ki,azadlıq-şəxsiyyətin özünü idarə etməsidir,onun mənəvi,emosional qabiliyyətinin ifadəsidir.M.Haydegger göstərirdi ki,insana Taleyi özünə tabe etmək və yaxud dəyişdirmək nəsib olmamış,odur ki,onun azadlığı həmin Taleyi itaətlə qəbul etməkdən ibarətdir.Haydegger azadlığı idrak ilə əlaqələndirirdi.O,yazmışdı "Hər cür əsl qurtuluş yalnız zənciri qırmaq və öhdəliyi atmaq deyil,hər şeydən əvvəl azadlığın mahiyyətini öncədən müəyyən etməkdir ".Onun sözlərinə görə özbaşnalıq "azadlığın gecə tərəfidir". Çoxları isə deyirlər ki,azadlıq müəyyən fikir müstəqilliyi,fəaliyyət sərbəstliyi deməkdir,insanın öz yaradıcılıq qabiliyyətini sərbəst ifadə etmək imkanıdır.Fəlsəfə tarixində bir sıra böyük filosoflar(Aristotel,Hegel,Marks və b.)azadlıq,o cümlədən siyasi azadlıq haqqında fikir söyləmişlər.Məsələn,ingilis filosofu T.Hobbsa görə azadlıq qanunla yasaq edilməyən hər şeyi istədiyi kimi etmək və qanunun məcbur etmədiyi isə etməmək imkanıdır.Burada azadlıq-qanunun əksidir,lakin onlar bir-birini inkar etmir,qarşılıqlı olaraq məhdudlaşdırırlar.Qanunlar çoxaldıqca-azadlıqlar azalır və yaxud əksinə.T.Hobbs burada belə nəticə çıxarır: bir halda ki,qanunlar vətəndaşların bütün hərəkət və davranışlarını əhatə edə bilmir,istənilən idarə formasında həmişə qanunun yasaq etmədiyi və yaxud məcbur etmədiyi sonsuz dərəcədə çoxlu hallar olur.Ona görədə hər bir dövlətdə-istər monarxiya,istərsədə demokratiya olsun-vətəndaşlar azaddır.Hətta suverenin (monarx və ya xalqın)hakimiyyəti məhdudlaşdırmayanda da vətəndaş azddır.Çünki suverenin iradəsi qanun deməkdir,qanun isə azadlığı məhv etmir,onu yalnız məhdudlaşdırır.Azadlığın liberal anlayışına görə qanun azadlığın əksi deyil,onun zəruri şərtidir,o azadlığı məhdudlaşdırmır,əksinə onu saxlayır və genişləndirir.Başqa ingilis filosofu C.Lokk deyirdi:"Qanun olmayan yerdə azadlıq da yoxdur".Azadlığın liberal anlayışı qanun və iradəni qəti şəkildə bir-birinə qarşı qoymağa əsaslanır.İradə nə isə fərdi,müəyyən olmayan,naməlum və daimi olmayan bir şeydir.Qanun isə ümumi,müəyyən,elan edilmiş və daimi bir şeydir.Başqasının iradəsindən asılı olmaq insanı azadlıqdan məhrum edir,qanundan(yalnız ondan)asılı olmaq isə onu azad edir.Beləliklə,liberal anlayışında qanun azadlığı deyil,azadlıq qanunu məhdudlaşdırır,qanun azadlığın hüdudunda deyil,azadlıq qanunun hüdudunu müəyyənləşdirir.
Siyasi coğrafiya
Siyasi coğrafiya, coğrafi amillərin siyasi orqanların və təşkilatların qəbul etdiyi qərarlara təsirini, siyasi qərarların həyata keçirilməsinin coğrafi mühitə və nəticədə yaranan coğrafi hadisələrə təsirini araşdıran insan coğrafiyasının alt fənnidir. Siyasi coğrafiya, coğrafiyanın əsas iş prinsiplərinə (bölgü, əlaqə və səbəb-nəticə) görə dövlətlə yer arasındakı münasibətləri araşdırır. Alman alimi Fridrix Ratsel (1844–1904) "Siyasi coğrafiya" kitabı ilə siyasi coğrafiyanın banisi hesab olunur, o, bu kitabında insanın dünyaya yayılmasının təbii şəraitdən qaynaqlandığını iddia edir. Bir ölkədə, bütün dünyada və ya dünyanın bir hissəsində, təbii, bəşəri və iqtisadi hadisələrin paylanması, bunlar arasındakı əlaqələr ilə səbəblər və nəticələri araşdıraraq, dövlət işlərində töhfələr verir. Qütb bölgələrinin və ekvatorial Afrikada dövlət quruluşlarının zəifliyi və orta genişliklərdə güclü və köklü dövlətlərin qurulması coğrafiyanın siyasətə təsirinin nümunələridir. Geosiyasət və geostrategiya, siyasi coğrafiyada tərif və maraq baxımından oxşar olan, lakin sinonim olmayan iki anlayışdır. Geostrategiya, məlumat baxımından siyasi və hərbi planlaşdırmanı dəstəkləyən, əlaqələndirən və ya təsir edən coğrafi amillər tərəfindən idarə olunan bir növ xarici siyasət növü olan geosiyasətin alt şöbəsidir. Geosiyasət siyasi coğrafiyadan qaynaqlanan bir elm sahəsidir. Bu elm, siyasi coğrafiyanın dövlətlərə verdiyi üstünlük və çatışmazlıqları araşdırır.
Siyasi elm
Politologiya və ya Siyasi elm — Politologiya siyasətin elmi tədqiqidir. Bu, idarəetmə və güc sistemləri, siyasi fəaliyyətlərin, siyasi düşüncələrin, siyasi davranışların və əlaqəli konstitusiyaların və qanunların təhlili ilə məşğul olan sosial elmdir. Siyasi elm sosial elmlər içərisində nisbətən yeni olsa da, öz başlanğıcını tarix, siyasi fəlsəfə, siyasi iqtisad kimi elmlərdən götürmüşdür. Elmin yeni olmasına baxmayaraq, bir çoxları onun banisi kimi Aristoteli qəbul edirlər. Siyasi elmin kökündə duran fikirlərə hələ qədim Çin və Hindistanda, Aristotel və Platonun əsərlərində rast gəlinsə də bir elm kimi onun formalaşmağı XIX əsrin 60-cı illərinə təsadüf edir. 1903-cü ildə Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının 1906-cı ildə isə Amerika Siyasi Elm Jurnalının əsasının qoyulması ilə bu sahədə tədqiqatlar daha da genişlənmişdir. 1950–1960-cı illərdə elm aləmində baş vermiş Biheviorist inqilab nəticəsində Siyasi elm daha da təkmilləşərək insanların fərd və qrup halında davranışına doğru istiqamətlənmişdir. Müasir politologiyanı ümumiyyətlə müqayisəli siyasət, beynəlxalq münasibətlər və siyasi nəzəriyyə kimi üç alt fənnə bölmək olar. Digər alt fənlər dövlət siyasəti və idarəetmə, daxili siyasət və hökumət (çox vaxt müqayisəli siyasət çərçivəsində öyrənilir), siyasi iqtisadiyyat və siyasi metodologiyadır. Bundan əlavə, iqtisadiyyat, hüquq, sosiologiya, tarix, fəlsəfə, coğrafiya, jurnalistika, antropologiya, psixologiya və sosial siyasət.
Siyasi fəlsəfə
Siyasi fəlsəfə — Fəlsəfə və siyasi elmin qovşağında yerləşən, siyasətə, siyasi dəyərlərə, siyasi gerçəkliyin mahiyyətinə və siyasi analizin ilkin intellektual şərtlərinə dair fikirləri öyrənən elm sahəsidir. Siyasi fəlsəfənin tədqiq etdiyi mövzulara siyasət, azadlıq, ədalət, mülkiyyət, hüquqlar, qanunlar və səlahiyyət sahibləri tərəfindən hüquqi bazanın gücləndirilməsi aiddir. Onlar nədirlər, onlara nəyə görə (bəzən ümumiyyətlə) ehtiyac var, siyasi gücü legitim edən nədir və o hansı hüquqlar və azadlıqları qorumalıdır və niyə, bu hansı formada olmaldıır və niyə, qanunla nədir, əgər varsa, vətəndaşların legitim hökumət qarşısında öhdəlikləri nədir və əgər mümkünsə, bu öhdəliklərdən nə zaman imtina etmək olar. Sadə dillə desək, "siyasi fəlsəfə" termini dedikdə fəlsəfənin texniki fənlərinə aid olması hökmən olmayan, siyasət haqqında ümumi baxışlara və ya spesifik etikaya, siyasi inanca və ya yanaşmaya istinad edilir. Başqa sözlə, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onların qarşılıqlı təsirini araşdırır. Onun predmetinə siyasət ilə hakimiyyətin qarşılıqlı əlaqələri, onun maddi və ideal formaları – dövlət, vətəndaş cəmiyyəti, siyasi şüur və digər məsələlər daxildir. Yuxarıda qeyd edildiyi kimi bu elm fəlsəfə ilə siyasi elmin qovşağında yaranan sahədir. O, siyasət dünyasının mənəvi və dünyagörüşü səpkilərini öyrənir. Digər tərəfdən siyasət insanların dünyagörüşü, normativ xarakterli dəyərlərinin formalaşdığı fəaliyyət sahəsi olduğundan siyasi fəlsəfə də cəmiyyətin siyasi sistemi və təşkilinin prinsiplərini təhlil edir. Siyasət fəlsəfəsinin tədqiqat sahəsi – siyasi münasibətlər üzərində qurulan siyasi ideyalar və institutlardır.
Siyasi hakimiyyət
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
Siyasi inteqrasiya
Siyasi inteqrasiya (ing. Political Integration) — qarşılıqlı əməkdaşlığa yönəlmiş iki və ya daha çox siyasi quruluşun daha dar mənada yaxınlaşma prosesi, dövlətlərarası səviyyədə müəyyən bir ayrılmaz siyasi sistem kompleksinin meydana gəlməsidir . Bu cür inteqrasiyanın xarakterik nəticələrindən biri də bu strukturların birləşdirilməsidir. Eyni zamanda, hər hansı bir məsələnin ortaq şəkildə həlli üçün həm rəsmi, həm də qeyri-rəsmi qurumların olması lazımdır. İnteqrasiya olunmuş cəmiyyətdə inteqrasiya iştirakçıları arasındakı əməliyyat səviyyəsinin artdığı və maraqlar və dəyərlər birliyinin artdığı güman edilir. == Nəzəriyyə == Karl Doyç inteqrasiyada dövlətlərin qarşılıqlı gözləntiləri sabit olduğu təqdirdə dövlətlər arasındakı ziddiyyətlərin sülh yolu ilə həll ediləcəyini görür. Beləliklə, inteqrasiyanı həm dövlət, həm də bir proses olaraq görür. Dövlət olaraq inteqrasiyaya ən yaxşı şəkildə siyasi bir toplum kimi baxılır. İnteqrasiya prosesi, iştirak edən bütün təşkilatlar üçün minimum xərclərlə maksimum qarşılıqlı fayda əldə etməyə imkan verir. Buna baxmayaraq, inteqrasiya bütün aktyorların bu proses üçün əhəmiyyətli dərəcədə hazırlaşmasını və idarəetmələrinin yaxşı keyfiyyətini tələb edir.
Siyasi iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi iqtisadiyyat

Siyasi komissar
Siyasi komissar (rus. политический руководитель) — siyasi təhsil və təşkilatlanma üçün məsul olan nəzarətçi siyasi zabitdir və hərbin sivil nəzarətini həyata keçirirdi. Tarixdə the commissaire politique (siyasi komissarlıq) ilk dəfə Fransa inqilabı (1789-99) zamanı meydana gəlmiş, əks-inqilabi fikrə və fəaliyyətə qarşı mübarizə aparmış və beləliklə respublikaçıların qələbəsini təmin etmişdir. == Qızıl Ordu == Fransız respublikaçı mənşəyinə rəğmən, siyasi komissar adətən 1917-ci ilin Rusiya müvəqqəti hökumətinin onları hökumətin siyasi nəzarətini təmin etmək üçün hərbi qüvvələrə tanıtdığı SSRİ (1917-91) ilə əlaqədar idi. Oktyabr inqilabı ilə kommunist rejimində yaranan siyasi komissar, Qızıl Orduda 1942-ci ilə qədər qaldı. Qızıl Orduda və Sovet ordusunda siyasi komissar, 1918-24, 1937-40 və 1941-42 dövrləri ərzində mövcud olmuşdur, lakin hər Qızıl Ordu siyasi zabiti komissar deyildi. Siyasi komissar, bölük komandiri hərbi rütbəsinə bərabər mövqeyə malik idi, eləcə də komissarın bölük komandirinin əmrlərini ləğv etməyə səlahiyyəti çatırdı. Qızıl Ordunun tarixi ərzində, siyasi zabitlər bölük komandirlərinə tabe ediləndə siyasi komissar vəzifəsi mövcud deyildi. Rus hərbinin siyasi nəzarəti, hər bölüyə və hissəyə, donanma daxil olmaqla, rotadan diviziya səviyyəsinə qədər siyasi komissar tərəfindən aparılırdı. İnqilabi hərbi şuralar orduda, cəbhədə, donanmada ən azı 3 üzv – komandir və 2 siyasi işçi daxil olmaqla, yaradılmışdı.
Siyasi kommentator
Siyasi şərhçi və ya siyasi kommentator — öz siyasi fikirlərini ictimai səsləndirən şəxs, siyasi tənqidçi. == Qərb == Siyasi şərhçilər uzun müddətdir ki, mövcud idi, ancaq 1950-ci illərdə ABŞ-də politologiya dalğası başlamışdır. Politologiya və siyasi şərhçilik iki fərqli anlayış olsa da, siyasət özü "elm" kimi qəbul edilir.
Siyasi korrupsiya
Siyasi korrupsiya — gəlir əldə etmək üçün hökumət rəsmiləri və ya onların şəbəkə əlaqələrindən qeyri-qanuni şəxslərin səlahiyyətlərinin istifadəsi. Korrupsiyanın müxtəlif forması var: rüşvət, qəsb, nepotizm, parokializm, qəyyumluq və mənimsəmə.
Siyasi mədəniyyət
Siyasi mədəniyyət — mənəvi mədəniyyətin tərkib hissəsi olan siyasi mədəniyyət politologiya elminin mühüm anlayışlarından biridir. Siyasi mədəniyyət anlayışı iki mənada işlənir. Geniş mənada siyasi mədəniyyət bəşər cəmiyyətinin yaratmış olduğu ümumi mədəniyyətin bir hissəsi kimi işlənir. Yəni bu halda iqtisadi mədəniyyət, dini mədəniyyət, əxlaqi mədəniyyət və s. kimi hər bir cəmiyyətdə siyasi mədəniyyət də mövcuddur. Onlar bir-biri ilə sıx bağlıdır. Dar mənada siyasi mədəniyyət hər bir fərdin, sosial qrupun, sinfin və ya millətin siyasi davranış və fəaliyyət qaydalarının, onların siyasətdə, siyasi hakimiyyətə münasibətlərinin ifadəsi kimi başa düşülür. «Siyasi mədəniyyət» anlayışını politologiya elminə ilk dəfə Amerika politoloqları Q.Almond və S.Verba gətirmiş və onu politologiya elminin mühüm kateqoriyalarından biri kimi şərh etmişlər. Q.Almond və S.Verba «Vətəndaş mədəniyyəti» əsərində siyasi mədəniyyətin cəmiyyətin siyasi sistemində, siyasi rejimlərdəki rolunu yüksək qiymətləndirərək belə bir ümumi nəticəyə gəlmişlər ki, demokratiyanın inkişafı və demokratik rejimin meydana gəlməsi və formalaşması hər şeydən əvvəl, yüksək siyasi mədəniyyət tələb edir və onun sayəsində mümkündür. Siyasi mədəniyyət bütövlükdə siyasi davranış siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir.
Siyasi məhbus
Siyasi məhbus — şəxsi azadlığını özünün başlıca hüquqlarından məhrum olaraq itirmiş insan. Həmin hüquqlar Avropa İnsan Haqları Konvensiyasında və digər sənədlərdə qeyd edilən hüquqlardır. Bu sıraya söz, ifadə, vicdan, din və sərbəst toplaşmaq azadlıqları daxildir. Əgər bir şəxsin azadlıqdan məhrum edilməsinin tam olaraq siyasi səbəblərdən baş verdiyi aşkardırsa, bu halda da həmin şəxs siyasi məhbus adı daşıyır.Hətta siyasi həbsxana kimi tanınan bəzi həbsxanalar, yalnız siyasi məhbusların saxlanılması üçün ayrılıb.
Siyasi partiya
Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. == Quruluş == Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir.
Siyasi plüralizm
Siyasi plüralizm - müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi. Siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir.
Siyasi radikalizm
Bu məqalə ümumiyyətlə inqilabçılıq anlayışı ilə əlaqədardır. Sosializmdə islahat üçün, Reformizmə baxın. İslahatçılıq və ya reformizm — cəmiyyətdəki zəruri dəyişikliklərin qəfildən dövrim yolu ilə deyil, reformlar yolu ilə hamar bir keçid şəklində olması fikridir. İnqilabçılıq prinsipi əsas prinsiplərə uyğun yenilikçi bir prinsipdir. Köhnə qurumları məhv etmək və yenilərini əvəz etməkdir. İnqilabçılıq son nəticədə inkişafın ideologiya/modeli kimi qəbul edilə bilər. Bu modelin orijinallığı ondan ibarətdir ki, cəmiyyət daxilində ziddiyyətlər və sinif differensiallaşdırmaları səbəb olmadan iqtisadi-sosial inkişafa nail olmaq məqsədi daşıyır. Bu məqsəd üçün ən uyğun yol statizm kimi qiymətləndirilir və ölkələrin sosial inkişafa qeyri-kapitalist yolla nail olması və kapitalizmi kənara qoymaları məqsədəuyğundur.
Siyasi rejim
Siyasi rejim — bir dövlət idarəolunmasında suverenliyin kim tərəfindən və nə şəkildə istifadə ediləcəyini təyin edən formal və informal qayda və vasitələri ifadə edir. Siyasi rejimin digər adı "hökumət sistemi"dir. Siyasi rejimləri ümumiyyətlə; iştirak ağırlıqlı (birbaşa demokratiya), təmsil ağırlıqlı (təmsili demokratiya), olmaq üzrə iki qrupda yığmaq mümkündür. Birbaşa demokratiya, xalqın rəhbərliklə əlaqədar qərarları özünün al/götürməsi və bunu yenə özünün tətbiqi deməkdir. Gerçək həyatda doğrudan demokratiyanın tam mənasıyla tətbiq olunması asan deyil. Çünki, doğrudan demokratiyalarda cəmiyyətdə hər fərdin cəmiyyəti maraqlandıran qərarlara və edilən tətbiqlərə şəxsən iştirakı haqqında danışılan olmaq olmalıdır. Bunun isə günümüz cəmiyyətlərində tətbiq olunma imkanı olduqca güc və hətta qeyri-mümkündür. Təmsili (nümayəndəli) demokratiyalar isə xalqın özünü idarə edəcək nümayəndələrini seçməsi və onlara idarə etmə səlahiyyətini təhvil verməsi mənasını verməkdədir. İndiki vaxtda tətbiq olunma imkanı olduqca güc və hətta qeyri-mümkün olan doğrudan demokratiyalar bir tərəfə buraxılsa təmsili demokratiyaları; parlamentar rejim, başçılıq rejimi, yarı-başçılıq rejimi və məclis hökuməti sistemi olmaq üzrə dörd qrupa ayırmaq mümkündür. == Parlamentar rejim == Təmsili demokratiyalar içərisində Parlamentar rejimin təməl xüsusiyyətlərini bu şəkildə yekunlaşdırmaq mümkündür: Parlamentar rejimdə qanunuma və icra etmə orqanları hukuken bir-birindən müstəqildir, ancaq aralarında bir sıra əməkdaşlıq və qarlılıqlı təsir mexanizmləri vardır.
Siyasi repressiya
Siyasi repressiya (lat. repressio - əzmə, zülm etmə) — dövlət orqanları, dövlət tərəfindən tətbiq edilən cəza tədbiri. Siyasi təzyiq bəzən siyasi ayrı-seçkilik termini ilə sinonim kimi istifadə olunur. İnsan hüquqlarının pozulması, nəzarətdən sui-istifadə, polis şiddəti, həbs, vətəndaş hüquqlarının məhdudlaşdırılması, zorakılıq aktları və ya terrorizm, qətl, məhkəmədənkənar qətl, işgəncə, adam oğurluğu və siyasi fəalların, dissidentlərin və ya ümumi əhalinin məhkəmədənkənar cəzalandırılması kimi ayrı-seçkilik siyasəti həyata keçirilir.
Siyasi repressiyalar

Siyasi sistem
Ümumi mənada siyasi sistem, cəmiyyətin siyasi həyatında rol alan siyasi qurumları və digər ictimai qurumları, bunların fəaliyyətini və qarşılıqlı münasibətləri ifadə edir. Əlbəttə ki, hər cəmiyyətin siyasi sistemi onun inkişafının qanunauyğun nəticəsi kimi formalaşır. Siyasi sistem cəmiyyətin sosial-siyasi təbiətini, mövcud siyasi münasibətləri, təsisatları, normaları və hakimiyyətin təşkili prinsiplərini ifadə edir. Kilsələr, yaxud vətəndaş cəmiyyətin digər ünsürləri, ictimai birliklər kimi, bunları da siyasi sistemin bir parcasıdır. Siyasi sistem bütövlükdə ictimai sistemin mühüm hissələrindən, ünsürlərindən biridir. O, siyasi hakimiyyətin təşkilini, cəmiyyətlə dövlət arasındakı münasibətləri ehtiva edir və ictimai sistemin digər hissələri ilə – sosial, iqtisadi, ideoloji, etik, hüquqi, mədəni sistemlərlə qarşılıqlı əlaqədədir. Konkret cəmiyyətin siyasi sistemi bir sıra amillərlə müəyyən olunur. Bu amillər içərisində cəmiyyətin sosial strukturunu, idarəçilik formasını, dövlətin tipini, siyasi rejimin xarakterini, sosial-siyasi münasibətləri, dövlətin siyasi-hüquqi statusunu, cəmiyyətdə siyasi-ideoloji və mədəni münasibətlərin xarakterini, siyasi həyatın formalaşmasının tarixi və milli ənənələrini göstərmək olar. Müasir politologiyada və sosiologiyada cəmiyyətin siyasi sisteminin öyrənilməsi mühüm yer tutur. Bu sahədə D.İston, Q.Almund, K.Doytç, D.Trumen, Q.Pauell, M.Kaplan, T.Parsnos, St.Koleman, T.Madron, K.Şelf, R.Qoldman, T.Yaniq, C.Veltman, İ.Hus və başqalarının tədqiqatlarını xüsusi qeyd etmək lazımdır.
Siyasi sosiologiya
Siyasi sosiologiya və ya siyasət sosiologiyası — sosiologiyanın xüsusi bir sahəsi. Həm siyasi elm, həm də sosioloji bilik sahələri daxil olmaqla əlaqəli bir fəndir. XX əsrin birinci yarısında siyasi elm və sosiologiyanın ayrı-ayrı formalaşmasından sonra meydana gəldi. Siyasi sosiologiyada dörd tədqiqat səviyyəsi də mövcuddur: beynəlxalq münasibətlər səviyyəsində (siyasi münaqişələr və dünya siyasi prosesi); dövlət səviyyəsində (dövlətin cəmiyyətdəki mahiyyəti və rolu); ictimaiyyətlə əlaqələr səviyyəsində (siyasi hərəkatların və partiyaların mahiyyəti və təşkili); şəxsi səviyyədə (şəxslərin siyasətdəki iştirakı). == Siyasi sosiologiyanın mövzusu və obyekti == 1948-ci ildə keçirilmiş beynəlxalq politologiya kollokviumu zamanı bu intizamın tədqiqat subyektləri kimi müəyyən edilmiş bir sıra məqamlar təsdiq edildi: Siyasi düşüncə tarixi, nəzəriyyə, siyasi ideyaların inkişafında yeni tendensiyalar; Siyasi institutlar, onların funksiyaları və cəmiyyət həyatındakı yeri, aralarındakı qarşılıqlı əlaqələr; Fərdlə dövlət arasında əlaqə, vətəndaşların ölkə hökumətindəki iştirakı kanalları; Siyasi səbəblərdən yaranan sosial qruplar — partiyalar, cəmiyyətlər, birliklər, həmkarlar ittifaqları; Dünya siyasəti, beynəlxalq münasibətlər, beynəlxalq münasibətlərin hüquqi tənzimlənməsi və bütövlükdə cəmiyyətlə əlaqəsi.. Gələcəkdə öyrənilən məsələlər dairəsi genişləndi və aşağıdakı fənləri əhatə etməyə başladı: iqtidarın işləməsi və bölüşdürülməsi prosesində siyasi və sosial sistemlərin qarşılıqlı əlaqəsi; müxtəlif sosial qruplara xas olan siyasi normaların, dəyərlərin, siyasi gözləntilərin, istiqamətlərin və istəklərin işləməsi. == Siyasi sosiologiyanın problemləri == Bu intizamın mövzu sahəsinə əlavə olaraq, meydana gəlmə yolunda atılması lazım olan bir addım, araşdırdığı mövzulara uyğun olaraq araşdırma çərçivəsində olması lazım olan problemlərin tərifi idi. Beləliklə, 1957-ci ildə Amerikalı politoloqlar Seymur Lipset və R. Bendiks aşağıdakı problemləri müəyyən etdilər: Dövlət idarəçiliyinin sosial məsələləri, siyasi elitanın oliqarxlaşma problemi; Sosial amillərin seçicilərin davranışına və siyasi iştirakına təsiri; Siyasi qərar qəbul etmə prosesləri; İdeoloji plüralizm problemi, siyasi qurumlar və elita arasındakı ideoloji zəmində qarşıdurmalar == Siyasi sosiologiyanın inkişaf tarixi == Bu elmi intizamın konturları Tomas Hobbs, Con Lokk, Şarl de Monteksyo və başqaları kimi məşhur siyasi filosofların əsərlərində belə formalaşmağa başladı. Bununla birlikdə, bu müəlliflər siyasi sistemdəki dəyişiklikləri, istehsal üsullarını, təkamülünü deyil, eyni zamanda bu inkişafın cəmiyyəti necə təsir etdiyini də təhlil edərkən siyasi şüurlu şəkildə deyil, günümüzdə siyasi sosiologiya ilə əlaqəli məsələlərə toxundular. O zaman.
Siyasi sığınacaq
Sığınacaq hüququ (bəzən də siyasi sığınacaq hüququ və ya siyasi sığınacaq da adlandırılır; qədim yunan dilindəki ἄσυλον sözündən götürülüb) — qədim dövrlərdən mövcud olan hüquqi konsepsiyadır və orta əsrlərdə şəxsin vətəndaşı olduğu ölkədə məruz qaldığı təqiblərdən yaxa qurtarmaq üçün başqa dövlətə və ya kilsəyə sığınması mənasında işlədilirdi. Bu hüquq hələ qədim misirlilər, qədim yunanlar və qədim ibranilər tərəfindən tanınmış və Qərbdə ənənəyə çevrilmişdir. Müvafiq dövlətlər təqibə məruz qalanlara müdafiə olunmaq barədə təklif verdiyinə görə Rene Dekart Niderlanda, Volter İngiltərəyə, Tomas Hobbs Fransaya sığınmışdır. Misirlilər, yunanlar və ibranilər cinayətkarları (və ya cinayət törətməkdə ittiham olunanları) qanuni hərəkətlərdən müəyyən dərəcədə qoruyaraq dini "sığınacaq haqqını" tanıyırdılar. Bu prinsip sonralar xristian kilsəsi tərəfindən qəbul edilmiş və kimlərə sığınacaq verilməsi və hansı səviyyədə müdafiə ilə təmin olunmaq barədə normalar təfsilatı ilə işlənib hazırlanmış və inkişaf etdirilmişdir. == Müasir siyasi sığınacaq == Ümumdünya insan hüquqları bəyannaməsinin 14-cü maddəsinə görə, "Hər bir şəxs digər ölkələrdə təqibdən sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir". Birləşmiş Millətlər Təşkilatının 1951-ci il Qaçqınların statusu haqqında Konvensiyası və 1967-ci il Qaçqınların statusuna dair Protokol siyasi sığınacaqla bağlı milli qanunvericiliyi rəhbər tutur. Bu razılaşmalara əsasən, qaçqın irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və ya müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. === Ölkələr üzrə === ==== Avropa İttifaqı ==== Avropa İttifaqına üzv dövlətlərdə sığınacaq məsələsi yarım əsrdən uzun bir müddətdə 28 iyul 1951-ci il tarixli Qaçqınların statusu haqqında Cenevrə Konvensiyası ilə tənzimlənmişdi. Şengen razılaşması (hansı ki daxili sərhədləri aradan qaldırırdı) ilə əlaqədar 1990-cı illərdə belə bir ümumi siyasət formalaşmışdı ki, bir üzv dövlətdə sığınacaq tapa bilməyən şəxs digər üzv dövlətə sığınacaqla bağlı təkrar müraciət edə bilməz.
Siyasi tarix
Siyasi tarix siyasi hadisələrin, ideyaların, hərəkatların, hökumət orqanlarının, seçicilərin, partiyaların və liderlərin təsviri və tədqiqidir. Tarixin digər sahələri ilə, o cümlədən diplomatik tarix, konstitusiya tarixi, ictimai tarix, xalq tarixilə sıx bağlıdır. Siyasi tarix böyük cəmiyyətlərdə hakimiyyətin təşkili və fəaliyyətini öyrənir. Təxminən 1960-cı illərdən başlayaraq, rəqabət aparan alt fənlərin, xüsusən də sosial tarix və mədəniyyət tarixinin yüksəlişi, diqqəti siyasi elitaların fəaliyyətinə yönəltməyə meylli olan "ənənəvi" siyasi tarixin nüfuzunun azalmasına səbəb oldu. 1975-ci ildən 1995-ci ilə qədər iki onillikdə Amerika universitetlərində sosial tarixlə eyniləşdirilən tarix professorlarının nisbəti 31%-dən 41%-ə yüksəldi, siyasi tarixçilərin nisbəti isə 40%-dən 30%-ə düşdü. == Siyasi dünya tarixi == Dünyanın siyasi tarixi siyasət və hökumət tarixini qlobal miqyasda, o cümlədən beynəlxalq münasibətlərdə araşdırır. == Siyasi tarixin aspektləri == İlk elmi siyasi tarix 19-cu əsrdə Almaniyada Leopold fon Ranke tərəfindən yazılmışdır. Onun metodologiyaları tarixçilərin mənbələri tənqidi şəkildə araşdırmalarına dərindən təsir etdi. Siyasi tarixin mühüm aspekti ideologiyanın tarixi dəyişiklik qüvvəsi kimi öyrənilməsidir. Müəlliflərdən biri iddia edir ki, "bütövlükdə siyasi tarix ideoloji fərqləri və onların nəticələrini öyrənmədən mövcud ola bilməz".
1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair
1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair — şuşalı tarixçi Əhməd bəy Cavanşir tərəfindən yazılmış və Qarabağ bölgəsinin tarixindən bəhs edən əsər nəzərdə tutulur. == Əlyazması == Əhməd bəy Cavanşir "1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb bitirdikdən sonra onun əlyazmasını qızı Həmidə xanım Cavanşir Tiflisə aparmış və orada Qeyrət nəşriyyatında çap edilməsini təmin etmişdir. == Haqqında == Əsər 1747-ci ildən 1805-ci ilə qədərki dövrdən bəhs edir. Bu dövr ərzində Qarabağ xanlığında baş vermiş sosial-siyasi dəyişikliklərdən, Ağa Məhəmməd xan Qacarın Şuşaya yürüşlərindən, Qarabağ xanlığının digər xanlıqlarla əlaqələrindən əsərdə bəhs edilmişdir. Əsər rusca yayımlanmasından keçən 50 ildən sonra AMEA Tarix İnistitutu tərəfindən 1961-ci ildə azərbaycanca yayımlanmışdır. === Nəşrləri === Джеваншир А. О политическомъ существованiи Карабачскаго ханства съ 1747 по 1805 годъ. — Тифлисъ: тип. Канц. главноначальствующаго гражд. частiю на Кавказѣ, 1884.
ABŞ siyasi sistemi
Amerika Birləşmiş Ştatları federal konstitusiyalı respublikadır. Amerikada siyasət prezident respublikası çərçivəsində həyata keçirilir. Prezidentin dövlətin, hökumətin, qanunverici və seçki sisteminin başçısıdır. Hakimiyyət federal hökumət və ştat hökumətləri arasında bölünmüşdür. Ali məhkəmə isə onlar arasındakı tarazlığı saxlıyır. İcraedici hakimiyyətə prezident rəhbərlik edir. Qanunverici hakimiyyət isə senata və nümayəndələr palatasına məxsusdur. Məhkəmə hakimiyyəti isə hüquq orqanları və ya məhkəmə tərəfindən həyata keçirilir. Ali məhkəmə və federal məhkəmələrdən ibarət olan məhkəmənin funksiyası ABŞ konstitusiyası ilə yanaşı federal qanun və nizamnamələri şərh etməkdir. Buraya icraedici və qanunverici hakimiyyət arasındakı münaqişələrin həll edilməsi daxildir.
Allahverdi Allahverdiyev (ictimai-siyasi xadim)
Allahverdi Adış oğlu Allahverdiyev (7 noyabr 1927, Qaradağlı – 1 iyul 1988, Ağdam rayonu) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, Sovet dövrünün tanınmış ziyalısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Ağdam rayonu Telman adına kolxozun sədri (1964–1988). == Həyatı == Allahverdi Allahverdiyev 7 noyabr 1927-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1935-ci ildə Qaradağlı kənd məktəbinin birinci sinfinə daxil olub, orta təhsilini isə Ağdam şəhəri 1 nömrəli peşə məktəbində bitirib. Orta məktəb illərindən əmək fəaliyyətinə başlayıbdır (1942) .1944-cü ildə Komsomol sıralarına daxil olmuşdur. 1945-1950-ci illərdə Ernest Telman adına kolxozda ilk komsomol təşkilatının katibi seçilərək işləmişdir. Eyni zamanda Qiyabi təhsil aldığı Bakı Uçot Statistika məktəbini 1951-ci ildə bitirərək Ağdam rayonu Xanlar ve Telman adına kolxozda mühasib vəzifəsində fəaliyyətini davam etdirir. 1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin məntiq və Psixologiya şöbəsinə qəbul olub, 1956-cı ildə oranı fərqlənmə diplomuyla bitiribdir. Universıtet illərində əlaçı tələbə olmaqla yanaşı həm də çox fəal ictimaiyyətçi olub—həm universitetin Tələbə Elmi Cəmiyyətində, həm fakültə Komsomol təşkilatına rəhbərlik etmiş, həm də fakültə komsomol bürosunun katibi, fakültə partiya bürosunun üzvü və Univeristet Komsomol Komitesinin üzvü kimi fəallıq göstərmişdir. Tələbəlik illərində (1953) Sov.İKP sıralarına üzvlüyünə qəbul olub. Universiteti bitirdikdən sonra ona Elmi işçi fəaliyyəti təklif olunsa da, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tələbnaməsi ilə fəal məzun kimi partiya işinə göndəriş alır.
Almaniya üçün Alternativ (siyasi partiya)
"Almaniya üçün Alternativ", AfD (alm. Alternative für Deutschland, AfD‎) — Almaniyanın radikal mühafizəkar və Avropaya inteqrasiya siyasətini rədd edən siyasi partiyası, 6 fevral 2013-cü ildə yaradılıb. Almaniya üçün Alternativ (AfD) partiyası ifrat sağçı və antisemitizm baxışlarını təbliğ etməkdə ittiham olunan mübahisəli siyasi partiyadır. Partiya son illərdə əhəmiyyətli seçki uğurları yaşasa da, Bundestaqda təcrid olunmuş vəziyyətdə qalır və digər siyasi partiyaların və medianın tənqid obyektinə çevrilib. == Partiya İdeologiyası == AfD immiqrasiya, İslam və Avropa İttifaqını tənqid edən sağçı populist və millətçi siyasi partiyadır. Partiyanın ideologiyasını perspektivdən asılı olaraq ifrat sağçı və ya populist-sağçı kimi təsnif etmək olar. == Seçki Performansı == AfD son illərdə əhəmiyyətli seçki uğuru qazanıb. 2013-cü il federal seçkilərində partiya 4,7% səs toplasa da, Bundestaqa daxil ola bilməyib. 2017-ci il federal seçkilərində partiya 12,6% səs qazanaraq ilk dəfə Bundestaqa daxil olaraq parlamentdə üçüncü ən böyük partiya oldu. 2021-ci il federal seçkilərində partiya əvvəlki seçkilərlə müqayisədə müəyyən dəstəyi itirərək 10,3% səs qazandı.
Aslan Abbasov (siyasi xadim)
Aslan Məmməd oğlu Abbasov (11 mart 1950, Kirovabad – 11 iyun 2021, Bakı) — azərbaycanlı kimyagər alim və siyasətçi, Azərbaycan SSR Ali Sovetinin XII, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, İnsan Hüquqları Daimi Komissiyasının Sədr müavini (1995–2000), Azərbaycan Texnologiya Universitetinin Prorektoru (2016–2019), Yeni Azərbaycan Partiyası Səbail Rayonu Təşkilatının Siyasi Şurasının üzvü (1996–2021). == Həyatı == Aslan Məmməd oğlu Abbasov 1950-ci il martın 11-də Gəncə şəhərində doğulmuşdur. 1967–1972-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsində "Kimya mühəndisliyi" ixtisası üzrə ali təhsil almışdır. 1985-ci ildə Azərbaycan Elmi Tədqiqat Olefin İnstitutunda kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 11 iyun 2021-ci ildə Bakı şəhərində vəfat etmiş və doğma Gəncə şəhərində ailə məzarlığında dəfn edilmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin atasıdır. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır. Azərbaycanlı alim Lütviyyə Abbasovanın həyat yoldaşıdır. == Əmək fəaliyyəti == 2016–2019 Azərbaycan Texnologiya Universitetinin prorektoru.
Auıl (siyasi partiya)
"Auıl" Xalq Demokratik Vətənpərvərlər Partiyası (qaz. «Ауыл» халықтық-демократиялық патриоттық партиясы; qaz. ауыл — kənd) — Qazaxıstanda fəaliyyət göstərən siyasi partiya. Ölkə Məclisdə (parlamentdə) təmsil olunmur. Siyasi partiya 1 mart 2002-ci ildə qeydiyyata alındı; 2 aprel 2003-cü ildə yenidən qeydiyyata alındı. Partiyanın sədri Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı, aqrar məsələlər və kənd ərazilərinin inkişafı komitəsinin sədri Əli Abdikarimoviç Bektayevdir. == Tarixi == 2007-ci il Məclis seçkilərində partiya% 1.51 səs toplayaraq Parlamentə daxil olmadı. 2011-ci il prezident seçkiləri elan edildikdən sonra partiyanın qərargah rəisi Zhanibek Nagimetov, Qazaxıstan Sosial Demokrat Partiyası "Auıl" un öz namizədini irəli sürəcəyini açıqladı, lakin sonradan partiya bu seçkilərə qatılmadı. 2 dekabr 2011-ci il tarixdə Astanada Qazaxıstan Sosial Demokrat Partiyası "Auıl" VIII fövqəladə qurultayı keçirildi, burada 120-dən çox nümayəndə iştirak etdi. 2012 seçkiləri üçün Parlament Məclisi millət vəkilliyinə namizəd olaraq partiya siyahısına 23 nəfər — mədəniyyət xadimləri, akademiklər, elm adamları, təsərrüfat rəhbərləri daxil idi.
Avropa Siyasi İcması (2022)
Avropa Siyasi İcması (ASİ; ing. European Political Community, EPC) — 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra yaradılmış, Avropanın gələcəyi ilə bağlı siyasi və strateji müzakirələr üçün hökumətlərarası forum. Qrup ilk dəfə 2022-ci ilin oktyabrında Praqada 44 Avropa ölkəsindən olan iştirakçılar, həmçinin Avropa Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşmüşdür. == Tarixi == ASİ Fransa Prezidenti Emmanuel Makron tərəfindən 2022-ci ilin mayında Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqı Şurasının prezidenti vəzifəsində təklif edilmişdir. O, 23–24 iyun 2022-ci il tarixlərində bunu Avropa Şurasının iclasında rəsmi olaraq təqdim etmişdir. Qrup 6 oktyabr 2022-ci ildə toplanmış, 44 ölkənin dövlət başçıları kollektiv şəkil çəkdirimişdir. Rusiya və Belarus bilərəkdən iştirakdan kənarlaşdırılmışdır. == Məqsədi == ASİ-nin məqsədi bütün qitədə Avropa ölkələri üçün siyasət koordinasiyası platforması təmin etmək və Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək üçün ümumi maraq doğuran məsələlərin, xüsusilə də Avropa enerji böhranının həllinin tapılması məqsədilə siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirməkdir. Aİ üzv dövlətləri ilə yanaşı, ASİ-yə Azərbaycan, Birləşmiş Krallıq, Ermənistan, Gürcüstan, İslandiya, Moldova, Türkiyə və Ukrayna kimi ölkələr də daxildir. Birinci sammit zamanı razılaşdırılmışdır ki, Avropa İttifaqının rəhbərlik etdiyi missiya Azərbaycan–Ermənistan sərhəd böhranından sonra iki aylıq monitorinq müddətində Azərbaycan ilə sərhədin Ermənistan tərəfinə yerləşdirilsin.
Azad Vətən (siyasi partiya)
"Azad Vətən" (erm. Ազատ Հայրենիք, Azat Hayrenik) — Qondarma Dağlıq Qarabağ Respublikasının hakim partiyası. == Tarixi == "Azad Vətən" partiyası 29 yanvar 2005-ci ildə təsis edilmişdir. Partiyanın sədri 16 dekabr 2020-ci il tarixinədək prezident Arayik Arutyunyandır. 19 iyun 2005-ci ildə "Azad Vətən" partiyası 33 yerdən 12-ni qazanmış və bundan sonra Arayik Arutyunyan partiyanın sədri seçilmişdir. 23 may 2010-cu ildə Qondarma DQR Milli Məclisinə deputat seçkilərində "Azad Vətən" partiyası proporsional sistem üzrə 46,4% səs toplamış və14 deputat mandatı qazanmış, parlamentdə çoxluq təşkil etmişdir. Fraksiya rəhbəri Qaqik Petrosyan olmuşdur. 2015-ci ildə VI çağırış Milli Məclisə keçirilən seçkilərdə "Azad Vətən" partiyası 47,6 səs qazanaraq majoritar sistemlə seçilənlərlə birlikdə 15 deputat mandatı qazanaraq parlament çoxluğunu təşkil etmişdir. Fraksiya rəhbəri Artur Tovmasyan olmuşdur. 2020-ci il seçkilərində partiya 33 yerdən 16-nı qazanmışdır.
Azadlıq Siyasi Partiyalar Bloku
Azadlıq Bloku — Azərbaycanda siyasi partiyalar ittifaqı. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində müxalifət siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Demokrat Partiyaları tərəfindən təşkil olunmuşdur. 2006-cı ildə Müsavat Partiyası bloku tərk etmişdir. Sonralar Azərbaycan Liberal və Vətəndaş və İnkişaf partiyaları da bloka daxil olmuşlar. 2012-ci ildə blokun buraxıldığı deyildi. == Vahid namizədlər == === Milli Məclis === === Ali Məclis === 2005-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə Azadlıq Bloku üzvlərindən Müsavat Partiyası 16, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 və Azərbaycan Demokrat Partiyası 13 namizədlə iştirak etmişdir. Ümumilikdə 65-i Yeni Azərbaycan Partiyası, 36-sı isə bitərəf namizəd olmaqla 146 namizəd içindən Azərbaycan Xalq Cəbhəsi Partiyası 2, Azadlıq Bloku isə 1 deputat çıxarmışdır. Çünki, deputat seçilmiş Əhəd Cəfərli AXCP-nin klassiklər qanadının üzvü idi.
Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi — Prezidentin və Prezident Administrasiyasının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. İşlər İdarəsi Administrasiyanın tərkibinə daxil deyil. Azərbaycanın dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqandır. 2021-ci ildən Prezidentin İşlər müdiri Ramin Quluzadədir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Strukturu == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar: "Ulduz" Qonaq Evi (Prezident İqamətgahı və "Ulduz" Sarayı daxil olmaqla) "Gənclik" iqamətgahı "Zuğulba" iqamətgahı (1 N-li Pansionat və "Şəfəq" Sarayı daxil olmaqla) İşlər İdarəsinin Pansionatı (əvvəlki adı: 2 N-li Pansionat) "Qəbələ" iqamətgahı "Marxal" Müalicə-İstirahət Kompleksi Rəsmi Qəbullar Sarayı (əvvəlki adı: Səadət sarayı) Azərsuvenir "Azərbaycan Nəşriyyatı" MMC Prezident Kitabxanası İctimai-Siyasi Sənədlər Arxivi Təsisçisi Prezidentinin İşlər İdarəsi olan qəzetlərin siyahısı: "Bakinski raboçi" qəzetinin redaksiyası "Respublika" qəzetinin redaksiyası "Xalq qəzeti"nin redaksiyası == Azərsuvenir == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin «Azərsuvenir» (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 saylı Qərarı ilə Azərbaycan «Zərgərsənaye» İstehsalat Birliyinin bazasında yaradılmışdır. Müəssisənin əsas fəaliyəti dövlət orden və medallarının, müxtəlif yubiley və xatirə medallarının, döş nişanlarının, dünya dövlətlərinin bayraqlarının, Azərbaycan milli naxış və ornamentləri ilə bəzədilmiş yüksək əyarlı hədiyyəlik gümüş məmulatlarının və digər milli suvenirlərin istehsalından ibarətdir. Bütün məhsullar «Azərsuvenir» MMC-nin istehsalı olan futlyarlarla fərdi qaydada qablaşdırılır. Yuxarıda qeyd olunan məhsulların müasir tələblərə cavab verən yüksək keyfiyyətli istehsalatını təmin etmək məqsədi ilə, müəssisədə yeni istehsalat sahələri yaradılmış müasir avadanlıqlar və yüksək texnoloqiyalar tətbiq edilmişdir. Bütün məmulatların istehsalı «Azərsuvenir» MMC-də fəaliyyət göstərən, yüksək peşəkarlardan ibarət bədii-texniki şuranın nəzarəti altında icra olunur.
Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi

Azərbaycan siyasi partiyaları
Azərbaycan siyasi partiyaları — Azərbaycanda fəaliyyət göstərən və göstərmiş siyasi partiyalara verilən ad. Azərbaycanda siyasi partiyalar və onların fəaliyyəti "Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu" ilə tənzimlənir. Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatı məsələsi Ədliyyə Nazirliyinin balansındadır. Dövlət qeydiyyatında olan siyasi partiyalar bələdiyyə, parlament və prezident seçkilərində iştirak edə bilər. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan dövlət müstəqilliyi əldə etdi. Müstəqillik qazanıldıqdan sonra Etibar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyası, Azad Nəbiyevin rəhbərlik etdiyi Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası və Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyası dövlət qeydiyyatına alınmış ilk siyasi partiyalar kimi Azərbaycanın siyasi tarixinə düşdülər. Hal-hazırda isə dövlət qeydiyyatında 27 partiya var. Qeydiyyata alınan sonuncu siyasi partiya Azad Vətən Partiyası olmuşdur. == Siyahı == == Dövlət qeydiyyatı olmayan partiyalar == Müxtəlif dövrlərdə Azərbaycanda onlarla siyasi partiya təsis olunmuş, lakin onlar dövlət qeydiyyatına alınmamışdır. Zamanla bu partiyalardan çoxu fəaliyyətini dayandırmışdır.
Azərbaycan siyasi partiyalarının siyahısı

Azərbaycan siyasi və mədəni xadimlərinin qəbirlərinin Azərbaycana gətirilməsi
== Siyahı ==
Azərbaycan İctimai-Siyasi Universiteti
Azərbaycan İctimai-Siyasi Universiteti — Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi. == Haqqında == Universitet 1991-ci ilin iyun ayından fəaliyyətə başlamış (əvvəlki adı Ali İctimai-Siyasi Kollec) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli 204C saylı sərəncamı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdır. 7 iyul 2014-cü ildə Təhsil Nazirliyi İctimai-Siyasi Universitetə verilən lisenziya müddətinin uzadılmaması barədə qərar verib.
Azərbaycanda ictimai-siyasi fikir. XX əsr
Azərbaycanda seçki blokları və siyasi birliklər
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSSRİ dönəmində seçki blokları yaranmışdır. 1991-ci il Azərbaycan SSR Ali Sovetinin XII çağırışı üçün Azərbaycan Xalq Cəbhəsi və müstəqillik tərəfdarları Demokratiya Bloku şəklində seçkilərə qoşulmaq istəsə də mümkün olmamışdır. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 1998 Azərbaycan prezident seçkiləri === Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat və ya SİDSUH 1998-ci ilin prezident seçkisi ərəfəsində, 26 oktyabr 1998-ci il tarixində Müsavat, Azərbaycan Xalq Cəbhəsi Partiyasının patronajlığı, başqa müxtəlif siyasi və ictimai təşkilatların iştirakı ilə yaradılıb, lakin Cəbhə və Müsavat "vahid namizəd" məsələsində ümumi fikrə gələ bilmədilər, nəticədə qarşılıqlı ittihamlar ifrat həddə qədər inkişaf etdi. Nəhayət, biri digərinə güzəştə getməyən hər iki siyasi partiya bir-birini hakimiyyətə işləməkdə suçlayaraq, "boykot" taktikasını seçdi. Bununla da, "SİDSUH" adlı qurumun fəaliyyətinə son qoyulmuş olur. === 2003 Azərbaycan prezident seçkiləri === ==== Bizim Azərbaycan ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk öncə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Azərbaycanın siyasi partiyaları
Azərbaycan siyasi partiyaları — Azərbaycanda fəaliyyət göstərən və göstərmiş siyasi partiyalara verilən ad. Azərbaycanda siyasi partiyalar və onların fəaliyyəti "Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu" ilə tənzimlənir. Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatı məsələsi Ədliyyə Nazirliyinin balansındadır. Dövlət qeydiyyatında olan siyasi partiyalar bələdiyyə, parlament və prezident seçkilərində iştirak edə bilər. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan dövlət müstəqilliyi əldə etdi. Müstəqillik qazanıldıqdan sonra Etibar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyası, Azad Nəbiyevin rəhbərlik etdiyi Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası və Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyası dövlət qeydiyyatına alınmış ilk siyasi partiyalar kimi Azərbaycanın siyasi tarixinə düşdülər. Hal-hazırda isə dövlət qeydiyyatında 27 partiya var. Qeydiyyata alınan sonuncu siyasi partiya Azad Vətən Partiyası olmuşdur. == Siyahı == == Dövlət qeydiyyatı olmayan partiyalar == Müxtəlif dövrlərdə Azərbaycanda onlarla siyasi partiya təsis olunmuş, lakin onlar dövlət qeydiyyatına alınmamışdır. Zamanla bu partiyalardan çoxu fəaliyyətini dayandırmışdır.
Beynəlxalq Siyasi Elmlər Assosiasiyası
Beynəlxalq Siyasi Elmlər Assosiasiyası - 1949-cu ildə YUNESKO-nun himayəsi altında qurulan beynəlxalq elmi assosiasiyasıdır. Beynəlxalq Siyasi Elmlər Assosiasiyası dünyanın hər yerində siyasi elmin inkişafı ilə bağlı təqdim olunan elmi əsərlərin nəşrini həyata keçirir. Assosiasiya Şərq və Qərb, Şimal və Cənub dövlətləri arasında körpü qurmağa kömək edir, həm də inkişaf etməkdə olan ölkələrin alimləri arasında əməkdaşlığı təşkil edir. Onun məqsədi bir qlobal siyasi elm icma yaratmaqdır. Beynəlxalq Siyasi Elmlər Assosiasiyası Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının məşvərətçi statusuna malikdir. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) və Beynəlxalq Sosial Elmlər Şurasının və Qlobal İnkişaf Şəbəkəsinin üzvüdür.
Beynəlxalq Siyasi Məhbuslar Günü
Beynəlxalq Siyasi Məhbuslar Günü (rus. День памяти жертв политических репрессий) — hər il Sovet İttifaqında siyasi repressiyaların qurbanı olan insanları yad edildiyi gün. 30 oktyabrda qeyd olunur. Bu günün tarixi 1974-cü ildən SSRİ-də məhkum olunmuş iki siyasi məhbusun həbsxanada belə təşəbbüslə çıxış etməsindən başlayır.
Beynəlxalq Siyasi İqtisad
Beynəlxalq Siyasi İqtisad və ya digər adı ilə Qlobal Siyasi İqtisad, beynəlxalq münasibətlər və iqtisadiyyatla əlaqəli ikiistiqamətli bir elm sahəsidir. BSİ-nin siyasi elmlər, sosiologiya, tarix və mədəniyyət kimi fərqli sahələrlə də bağlı olan aspektləri mövcuddur. Ən çox əlaqəli olduğu akademik mövzular isə Makroiqtisadiyyat, Beynəlxalq Biznes, Beynəlxalq İnkişaf vəİnkişaf İqtisadiyyatıdır. Beynəlxalq Siyasi İqtisad alimləriqloballaşma, beynəlxalq ticarət, beynəlxalq maliyyə, maliyyə böhranı, mikroiqtisadiyyat, makroiqtisadiyyat, inkişaf iqtisadiyyatı, beynəlxalq bazarlar, siyasi risk, sərhədlərarası iqtisadi problemlərin həllində dövlətlərin əməkdaşlığı və ölkələrarası iqtisadi güc balansı məsələləri üzrə elmi müzakirə və araşdırmaların tam mərkəzindədir. == Yaranması == BSİ-nin müstəqil sahə kimi formalaşması, təxminən, XIX əsrə təsadüf edir, çünki bu tarixə qədər BSİ-nin iqtisadiyyatla eyni məna daşıdığı düşünülürdü. İlk siyasi iqtisadçılar arasında Con Meynard Keyns, KarI Marks və digər önəmli şəxslərin adları var. == BSİ-dəki məsələlər == === Beynəlxalq Maliyyə === Beynəlxalq Ticarət və Maliyyə BSİ tərkibindəki ən önəmli mövzulardandır. Liberal baxış açısı XVIII əsrdə Adam Smit tərəfindən təqdim olunduqdan sonra Qərbdə maraq doğurmuş və uzun müddət öz elmi liderliyini qorumuşdur. Liberalizmə alternativ bir sistem 1940-cı illərdə Keynsçilik nümunəsi ilə meydana gəldi və 1970-ci illərin əvvəlinədək alimlərin diqqət mərkəzində qaldı. Keynsçiliyin əsasında daxili makroiqtisadi siyasətlə əlaqəli məsələr dayanırdı.
Beynəlxalq siyasi iqtisadiyyat

Bizim Azərbaycan Siyasi Partiyalar Bloku
Bizim Azərbaycan bloku - Azərbaycanda siyasi partiyalar ittifaqı. 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. == Haqqında == Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk öncə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir. Bloka 29 siyasi partiya və 67 ictimai təşkilat daxil olub. Blok 2003-cü il prezident seçkilərində İsa Qəmbəri dəstəkləyib. Blokun vahid namizədi İsa Qəmbər seçkidə 338 145 seçicinin səsini toplayaraq, 14 %-lə II yeri tutmuşdur. Lakin blok seçkilərin kütləvi saxtalaşdırıldığını iddia etmiş və nəticələri tanımamışdır. 15-16 oktyabr 2003-cü ildə seçki nəticələrinə etiraz etmək məqsədilə Azadlıq meydanında keçirilən icazəsiz mitinqlərdən sonra isə bloka daxil olan bir çox siyasi partiya rəhbərləri və mitinq iştirakçıları həbs olunmuşdur. 19 noyabr 2005-ci ildə bloka üzv olan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı İsa Qəmbəri müdafiə etməyəcəklərini söyləmişdir.
Burjua siyasi iqtisadiyyatı
Burjua siyasi iqtisadiyyat — tarixi və formalaşma xüsusiyyətləri əsasında istiqamətlərin, məktəblərin və ayrı-ayrı siyasi və iqtisadi düşüncə əsərlərinin fərqləndirilməsi zamanı Karl Marksın gətirdiyi iqtisadi doktrina tarixində müstəqil bir kateqoriya. Marksist, habelə vulqar, xırda burjua və s. iqtisadi düşüncə məktəbləri ilə birlikdə bu kontekstdə fərqlənir. Marksizmin meydana gəlməsi tarixində V. İ.Lenin “Marksizmin üç mənbəyi və üç komponenti” əsərindəki tərifinə görə burjua siyasi iqtisadiyyatı bu təlimin əsasında duran üç şərt və komponentdən biri kimi qəbul edilir. == Terminin etimologiyası == İqtisadi doktrina tarixinin marksist analizində, iqtisadi düşüncənin bir istiqaməti olaraq burjua siyasi iqtisadiyyatının meydana çıxması "kapitalist istehsal üsulunun formalaşması və proletaryanın inkişaf etməmiş sinif mübarizəsi" dövrünə təsadüf edir. "Burjua" tərifi burada "burjuaziya"-nın sosial-sinif kateqoriyası ilə əlaqələndirilir. Eyni zamanda, klassik iqtisadi düşüncə məktəbini bütün siyasi iqtisadiyyatdan təcrid edərək Karl Marks bununla "Burjua istehsal münasibətlərinin daxili asılılıqlarını araşdıran Uilyam Pettidən başlayaraq bütün siyasi iqtisadiyyatı nəzərdə tuturam" yazdı. Burjua alt tərifi burada açıqlanır.: birbaşa, burjuaziya sinfinin adı ilə - nəzəriyyəyə əvvəlcədən göndərilmiş məcmu hədəf qoyma, onun "hədəflənməsi". “Sənaye burjuaziyasının mənafelərini ifadə edən”) bu nəzəriyyə, burjuaziyanın iqtisadi fəaliyyəti üçün şərtlərin optimallaşdırılmasına yönəldilmişdir və müvafiq təkliflərin həyata keçirilməsi burjuvazinin təbiətinin özünün mənafeyinə uyğun gəlmişdir, “ağlabatan eqoizm” prinsipini rəhbər tutaraq ”. dolayı yolla - (sinifin adı ilk növbədə kapitalistlərin mənafelərinin irəli sürüldüyü ictimai münasibətlər sistemini göstərir) - əsas tədqiqat obyekti olan sosial-iqtisadi sistem kimi kapitalizm.
Burjuaziyalı siyasi iqtisadiyyat

Digər lüğətlərdə