Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Artezian suyu
Artezian suyu (lat. Artesium Fransada yerləşən Artua əyalətinin adı ilə əlaqəlidir) — təzyiqli yeraltı sular.. XII əsrdə Avropada ilk dəfə olaraq fontan əl quyusu (buruq) burada qazılmış və ona artezian quyusu adı verilmişdir. == Tarixi == Hələ Qədim Misirdə və Yunanıstanda 4 000 il öncə belə təzyiqli su quyuları mövcud olmuşdur. Çində Han sülaləsi dövründə (E.ə. 206—220)) dərinliyi 130 metri keçən təzyiqli su quyuları var idi. İlk dəfə buruq artezian quyusu Fransada 1126-cı ildə qazılmışdır == Xarakteriskası == Artezian suları qrunt sularından və laylararası sulardan çox fərqlənir: a) materiklərin yeraltı sularının əsas kütləsi artezian sularıdır; b) hər bir artezian hövzəsi müəyyən geoloji strukturda olur və yüzlərlə, minlərlə kilometr uzanır; b) qalın sulu qatlar suyadavamlı qatlar arasında yerləşir və basqılıdır — hər tərəfdən hidravilik təziqə məruz qalır; q) onlar nəyinki mövsümün havasından, hətta heç iqlimin çoxillik tərəddüdündən də asılı deyildir; f) dördüncü dövr çöküntülərindən qabaqkı çıküntülərdə, o cümlədən ən qədim çöküntülərdə yerləşir və d) kimyəvi tərkibinə görə müxtəlifdir == Geoloji strukturu == Adətən, artezian hövzələri muldayaoxşar strukturlarda( layların nov şəklində çökməsi) formalaşır, lakin layların dissimmetrik monoklinal (bir tərəfə meyilli) yatımında da ola bilər; çox vaxt onlar müərəkkəb sistemli çatlarda və yarıqlarda yerləşir. Sulu artezian layları üstdən başdan-başa sukeçirməyən təbəqələrlə örtülüdür və yalnız strukturun kənarlarında atmosfer səthi suları ilə əlaqədardır. Hər artezian hövzəsində üç sahə: qidalanma, basqı və boşalma sahələri ayrılır. === Qidalanma sahəsi === Qidalanma sahələri adətən tektonik qalxmış yerlərdə olur.
Atmosfer suyu
Dəniz suyu
Dəniz suyu — dəniz və okeandakı su. Dəniz suyunun duzluluğu 35 % təşkil edir, dəyişiklik 34–36 % arası ola bilər. Dəniz suyunun hər litrində 35 qram duz həll edilib (əsasən xlorid natri). == Dəniz suyunun xüsusiyyətləri == Suyun duzluluq dərəcəsi quru qalıq, ionların mq-ekv çəkisinin cəmi və ya Bome dərəcilərilə ifadə olunur. Duzluluq, suyun Palmer təsnifatında istifadə olunan göstəricilərdən biridir. Bu təsnifata görə, suyun ekv- %-lə ifadə olunmuş birinci, ikinci və üçüncü duzluluğa ayrılır. Güclü turşu anionlarının güclü əsaslar (K, Na və b.) ilə birləşmələri birinci, zəif əsaslarla (Ca, Mg və b.) birləşmələri ikinci və çox zəif əsaslarla (Fe, Cu, Al və b.) və hidrogenlə birləşmələri isə suyun üçüncü duzluluğunu verir. Okeanlarda suyun duzluluğu hər yerdə təqribən 35 ‰-ə yaxındır, ancaq dənizlərdə duzluluq bərabər paylanmayıb. Ən az duzluluq Fin körfəzidədir. Ən çox duzluluq isə Qırmızı dəniz və Aralıq dənizinin şərq hissəsindədir.
Kakos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. == Tərkib və xüsusiyyətləri == Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Kokos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. == Tərkib və xüsusiyyətləri == Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Moh suyu
Moh suyu – Qax rayonu İlisu kəndi ərazisində, Kürmükçayın sol sahilində termal bulaqdır. == Ümumi məlumat == Suyun tərkibi məşhur “İlisu hamamı” ilə (kükürd-rodon tərkibli) eynidir. Suyun temperaturu isə 18-21°-yə qədərdir. Müalicə üçün istifadə edilərkən xüsusi qızdırılmış daşları vannalara salıb suyun temperaturunu artırırlar. Dəri-zöhrəvi xəstəliklərin müalicəsində çox effektlidir. İlisu termal bulaqlar kompleksinə aid edilir. Kəndə yaxın olması (1 km-ə qədər) ilin bütün fəsillərində istifadə edilməsinə imkan verir və bulağın daha qədimdən məlum olması güman edilir. Bəzən Kürmükçaya güclü sel gəldikdə “bulağın gözü” yerini dəyişir.
Şalğam suyu
Şalgam kələmkimilər fəsiləsinə aid bitki olan Şalgamdan hazırlanan Çukurova bölgəsinə xas bir içkidir. Adana, Mersin, Osmaniye kimi bir çox cənub bölgələrində geniş istifadə olunur. Qırmızı rəngli, bulanıq və meyxoş olur. Acı və şirin növləri vardır. Acı şalgam hazırlamaq üçün əsasən acı bibərdən istifadə olunur. Lakin şalgam acı bibərlə qarışdırıldıqdan sonra uzun müddət saxlanıla bilməz. Şalgamla bərabər qara yerkökü də yeyilə bilər. Mayalanma dövründə daxil edilmiş bu qara yerkökülər şalğam suyunun içində qalırlar. Bunlara tane deyilir ( bu, bölgə dialektində belə səslənir, “ dənə” sözünün modifikasiyaya uğramış formasıdır). Şalgam adətən kababla içilir.
Şollar suyu
Şollar suyu— Xaçmaz rayonunun Şollar kəndindən başlayan bulaq suyu. == Tarixi == Azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin böyük biznesə gəlişi XIX əsrin 70-ci illərinə təsadüf edir. O öz kapitalını həmin dövrün ən gəlirli sahəsinə – neft işinə yatırır. H. Z. Tağıyevin maraqları Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edirdi: o, gəmiçilik, gəmiqayırma, enerji sektoru, pambıqçılıq, toxuculuq, balıqçılıq, şərabçılıq sənayesinə, rabitəyə kapital qoymuş, böyük meşə massivlərinin sahibi, Bakı Tacir Bankının təsisçisi olmuş, torpaq sahələrinin alğı-satqısı üzrə əməliyyatlar aparmışdı. H. Z. Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. O, dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmişdi. H. Z. Tağıyevin ictimai və sahibkarlıq faəliyyətində Bakının su problemi həmişə öndə duran məsələlərdən biri olub. Hələ 17 aprel 1874-cü ildə Rusiya imperatoru II Aleksandrın göstərişi ilə H. Z. Tağıyev öz vəsaiti hesabına Bakıya su kəmərini çəkdirdiyinə görə Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdu. Həmin kəmər haqqında ətraflı məlumat olmasa da, bu faktın özü Hacının Bakı əhalisinin suya olan tələbatının təminində yaxından iştirak etdiyini, onun xeyriyyəçiliyinin bir qolunun bu sahədə də özünü göstərdiyini təsdiqləyir. 1878-ci ildə Bakıda "Şəhər Əsasnaməsi"nin tətbiqi ilə digər təsərrüfat məsələləri kimi, su təchizatı da ictimai idarəçiliyin sərəncamına keçdi.
Dirilik Suyu (1991)
Qalaaltı mineral suyu
Qalaaltı mineral suyu — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Naftusiya mineral suyunun müalicəvi xüsusiyyətləri haqqında çoxdan məlumatlar var idi. Onun müalicəvi effekti haqqında ədəbiyyatda olan ilk xatırlamalar 1578-ci illərə aiddir. Onun bir tək adı çox məna kəsb edir - o neft mənbəli yüksək miqdarda üzvi maddələr tərkibli yeganə müalicəvi sudur. Naftusiya adını birçoxları Truskavets kurortu ilə əlaqələndirir. Lakin uzun illər istifadə nəticəsində Truskavets suyunun ehtiyatları və orqanik tərkibi tükənmişdir. Ancaq bir çox adama məlum deyil ki, Truskavets ilə yanaşı, mineral müalicəvi suyun başqa mənbələri də mövcuddur, məsələn Azərbaycanda olan Qalaaltı kurortu. Tərkibində fenol, alifatik turşular, mikroelementlər vardır. Alimlərin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərmişdir ki, "Qalaaltı" suyu tərkibi etibarı ilə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu "Naftusiya"nın eynidir. "Qalaaltı" mədən suyu tapılana qədər Truskavetsin "Naftusiya" suyu SSRİ-də yeganə hesab olunurdu.
Sirab mineral suyu
Sirab mineral su yatağı — Naxçıvan MR-in Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 18 km şimal-şərqdə, Sirab kəndindən 3 km şimalda, dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşən, müalicəvi tərkibə malik mineral su yatağı. == Tədqiqi == Sirab (şirli su) yaxud Sərab (başsu) suyu qədim zamanlardan məşhur olmuş və mühüm müalicə vasitəsi kimi tanınmışdır. Yataqda kimyəvi tərkibinə görə fərqlənən üç tip su aşkar edilmişdir. I tip – 9 və 12 nömrəli quyulardan Orta Eosenin alevrolitli, çatlı, gilli süxurlarından alınmışdır. Kimyəvi tərkibinə görə az minerallaşmış, karbon qazlı, hidrokarbonatlı, kaliumlu – natriumludur. Narzan (Kislovodsk) tipli sulara yaxındır. Balneoloji tərkibi: II tip – 8 nömrəli quyudan, 531 metr dərinlikdən alınmışdır. Kimyəvi tərkibinə görə karbon qazlı, orta dərəcədə minerallaşmış, hidrokarbonatlı, natriumludur. Borjomi (Gürcüstan) tipli sulara yaxındır. Balneoloji tərkibi: III tip – 10 nömrəli quyudan, 1075–1080 metr dərinlikdən alınmışdır.
Zəm-zəm suyu
Zəm-zəm suyu (ərəb. زمزم‎) — Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. == Yaranması == İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası və çox az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.
Dirilik suyu (film, 1991)
Duyu
Düyü taxıl və yemək növüdür. Mənşəcə bataqlıq otudur. Asiyanın bir çox yerində əsas yemək kimi yeyilir. Dünyanın isti yerlərində, əsasən Asiya, Afrika, İtaliyanın şimalında və Şimali Amerikanın qərb sahillərində yetişdirilir.
Kuyu
Kuyu adası (ing. Kuiu Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. == Coğrafiya == Adanın uzunluğu 105 km, eni 20–30 km və 1936 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 16-cı ən böyük adasıdır. Yaxın adalara olan məsafə: Baranov adası — 15 kilometr. Kupreyanov adası — təxminən 500 metr.Adanın ən cənub nöqtəsi olan Desijn burnunda mayak yerləşir. == Fauna == Ada tamamilə Tonqass Milli Meşəsinin bir hissəsidir. Kuyuda qonur ayılar və bariballar çoxluq təşkil edir. Zooloq Elizabet Pikokun hesablamalarına görə, onların sayı hər km²-ə 1,2–1,9 baş təşkil edir. Ayıların əsas qidası qızılbalıqlardır.
Quyu
Quyu — qazma və ya deşmə yolu ilə maye ehtiyatlara, adətən suya çatmaq üçün yerdə yaradılmış qurğudur. Ən qədim və ən çox yayılmış quyu növü yeraltı sulu təbəqələrdə yeraltı sulara çıxış üçün su quyusudur. Quyu suyu nasosla və ya mexaniki və ya əl ilə qaldırılan vedrələr və ya böyük su tuluqları kimi qablardan istifadə etməklə çəkilir. Quyular ilk dəfə ən azı səkkiz min il əvvəl yaradılıb və quru su axınının çöküntüsindəki sadə çömçədən tutmuş İran kəhrizləri, Hindistanın pilləli quyuları və sakiehlərinə qədər tikinti baxımından tarixən müxtəlifdir. Quyuda astarın yerləşdirilməsi sabitliyin yaradılmasına kömək edir və taxta və ya hörmə işlərinin astarları ən azı Dəmir dövrünə qədər gedib çıxır. İnkişaf etməkdə olan ölkələrin kənd yerlərində olduğu kimi, quyular ənənəvi olaraq əllə qazma yolu ilə yaradılırdı. Bu quyular ucuz və aşağı texnologiyalıdır, çünki onlar əsasən əl əməyindən istifadə edirlər və qazıntı zamanı struktur kərpic və ya daşla örtülə bilər. Kessonlama adlanan daha müasir üsul, çuxura endirilən əvvəlcədən tökmə dəmir-beton quyu halqalarından istifadə edir. Daha dərin quyular qazma quyusunda bir bit istifadə edərək, əl qazma üsulları və ya maşın ilə qazıla bilər. Deşilmə yolu ilə tikilən quyular adətən poladdan və ya plastikdən ibarət zavodda hazırlanmış boru ilə örtülür.
Eyvazlı soyu
Eyvazlı soyu — Azərbaycan xalqının Seyidli oymağına aid nəsillərindən biri. == Tarixi == Eyvazlı soyu öz adını Seyidli oymağının sakini Eyvazın adından almışdır. O, XVIII əsrdə Seyidli oymağında yaşamışdır.Eyvazın Həsən adlı yeganə övladı olmuşdur. Həsən (1788-1848) Seyidli oymağında yaşamışdır. Molla məktəbində oxumuşdur.O, Yetərlə evlənmiş, Alı, Hüseyn, İsmayıl, Eyvaz adlı dörd övladı dünyaya gəlmişdir. Hazırda Eyvazlı nəsli Eyvazov soyadı ilə tanınır. Bu nəsil daha çox həkimləri, müəllimləri ilə şöhrət qazanmışdır. Məşədi İsmayıl Eyvazov, Nağı Eyvazov, Zeyni Eyvazov, Əli Zeyni oğlu Eyvazov, Nürəddin Eyvazov, Zirəddin Eyvazov, tanınmış həkim Rizvan Eyvazov, tibb elmləri namizədi, dosent Taryel Eyvazov, Molla Nəsir Eyvazov, Heydər Eyvazov, Rəşid Eyvazov, Kamil Eyvazov, Famil Eyvazov, Asif Eyvazov və başqaları bu nəslin layiqli övladlarıdırlar. == Şəkillər == Eyvazlılar == İstinadlar == == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.
Fuyu qırğızları
Fuyu qırğızları — Çinin Xeylunçzyan əyalətinin Fuyu uyezdində yaşayan türk etnik qrupu. Özlərini qırğız, xerqıs, tirtiz adlandırırlar. Fuyuları qırğızlarla qarışdırmaq olmaz, çünki mənşəyinə və dilinə görə Sibir türkləri, xüsusən də xakaslarla qohumdurlar. Doğma dilləri fuyu-qırğız dilidir. 1997-ci il Çində əhalinin siyahıya alınmasında onların sayı 1200 nəfərə yaxın göstərilib. == Tarixi == Onlar 1703-1706-cı illərdə Xakasiya ərazisindən (“Qırğız torpağı”) Cunqariyaya “qovulmuş” Yenisey qırğızlarının nəslindən sayılırlar. Cunqar xanlığının süquta uğramasından sonra 1755-1757-ci illərdə Tzin sülaləsinın hakimiyyət orqanları onlar Mançuriyaya köçürdü (“Qianlong” devizi altında hakimiyyətin 20-22 illərində). Hal-hazırda onlar Çinin Yui-Daur-Mançu-Qırğız Milli muxtariyyətində (adından göründüyü kimi)(友谊达斡尔族满族柯尔克孜族乡|友谊达斡尔族克孜族乡|友谊达斡尔族满, Çin) yaşayırlar. == Öyrənilməsi == Fuyu qırğızları haqqında ilk elmi məlumat Yaponiyanın Mancuriyanı işğalı zamanı (1931-1945) qeydə alınıb. Yapon alimi Masato Suhara (yap.
Gülməmmədli soyu
Gəloxçu Soyu
== Tarixçə == Gəloxçu soyu — Laçın rayonunda, Qarıqışlaq, Mişni, Hacılar, Sadınlar, Qılıçlı, Quşçu,Soyuqbulaq, Mayıs və başqa yaşayış məntəqələrini əhatə edir.Gəloxçu camaatı XVIII yüzildə Qaraçorlu mahalına, XIX yüzilin ikinci yarısından Zəngəzur qəzasına, XX yüzilin önlərindən Laçın rayonuna bağlıdır. 1823-cü ildə Gəloxçu obası vеrgi ödəyənlər: 78 tüstü, ödəməyənlər: kəndxudalar Mirzə bəy, Vəli bəy, Həsən bəy ibarət idi. 1827-ci ildə Gəloxçu obası vеrgi ödəyən 91, ödəməyən 5, rəncbər 2 tüstüdən təşkil olunmuşdu. Gəloxçu obasında əhali sayı == Gəloxçu obası şəhidləri == Qərib Baxşəliyev Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi. == Gəloxçu obası tanınmış şəxsləri == Şakir İsayev Akif Səlimov Əbülfət Kərimov İsmayıl Mirzəyev Məcid Mirzəyev Yusif Mirzə == Mənbə == Ənvər Çingizoğlu, Gəloxçu camaatı, "Soy" dərgisi, Bakı, 2010. Əli Məcidli, Gəloxçular və Törə, Bakı, 2019.
Məhərrəmlilər soyu
Məhərrəmlilər və yaxud Məhərrəm uşağı — Şimal-qərbi Azərbaycan ərazisində əsasən Qax və Şəki rayonları ərazisində məskunlaşmış ən böyük nəsillərdən biri. == Tarixi == Bu nəslin soykökü ilə bağlı əldə edilən məlumatlar ikili xarakter daşıyır. Bunlardan birincisi və ümumiləşdirilmişi məhərrəmliləri oğuzların bozoq qolundan olan Zülqədər tayfası ilə bağlayır. Anadoluda Zülqədərlər tərəfindən əsası qoyulmuş Zülqədəroğulları bəyliyi Osmanlı sultanı I Səlim tərəfindən ləğv edildikdən sonra bu tayfanın sağ qalmış böyük bir hissəsi köç edərək Azərbaycanın Qazax, Zaqatala, Qax ərazilərinə və cənubi Dağıstanın Ulukosor mahalında məskunlaşmışlar. Zülqədərlərin fəaliyyəti nəticəsində Qazaxda Şəmşədil sultanlığı, Azərbaycanın şimal-qərbində isə Car-Balakən azad icması və İlisu sultanlığı yarandığı iddia edilməkdədir. Nəslin nümayəndələrinin qoruyub saxladiqları tam olmayan arxeoqrafik və geneoloji materiallara görə onların sələflərinin XVI əsrin sonlarında Osmanlı ordusunun tərkibində gəlmış qayı tayfasindan olduqları deyilir. Kipr fatehi Lələ Mustafa Paşanın Qafqaza yürüşü zamanı Tiflisin alınmasında önəmli rol oynamış bu tayfanın nümayəndələri sonralar Özdəmiroğlu Osman Paşanın hakimliyi dövründə Şirvanın şimal-qərb sərhədini qorumaq məqsədilə Şimali Azərbaycan və cənubi Dağıstan ərazilərində bir sıra müdafiə məqsədli yaşayış məskənləri salmışlar. Bunlardan biri də məhərrəmlilərin ilk dövrlərdə məskunlaşdıqları Sögüt kəndi (cənubi Dağıstanda indiki Rutul rayonuda eyniadlı kənd) hesab olunur. Adını tayfanın ana vətəni olan Domaniç yaylağının Sogüt kəndindən götürdüyü bilinməkdədir. Şəki rayonundakı Göynük və Biləcik, Qax rayonu ərazisindəki İlisu, Lələpaşa (Lələ Mustafa Paşanın adı ilə bağlıdır), Lələli, Qındırğa, Dəmirqazıx (Qanıxçayın sol sahilində qədim yaşayış məskəni), Pir Osman kurqanı və bunun kimi onlarla yer adları da həmin dövrdə Osmanlı Türkiyəsi ərazisindən gətirilmə toponimlər hesab olunur.
Məmmədbəyli soyu
Məmmədbəylilər — Azərbaycan xalqının Seyidli oymağına aid soylarından biri. == Tarixi == Məmmədbəylilər bəy nəslinə mənsubdur. Nəsil öz adını Məmməd bəyin adından almışdır. Bu nəslin kökü Seyidli oymağının sakinləri ilə qan qohumluğu olan Çəmənli oymağına gedib çıxır. Çəmənli oymağında bu nəsil Hatəmxan ağanın nəsli kimi tanınır. Hatəmxan ağa XVIII əsrdə yaşamış, 1698-ci ildə anadan olmuş, uzun illər Çəmənli oymağının başında durmuşdur. Sələflərindən xələflərinə ötürülən məlumata görə, o, yüz il ömür sürmüş, qeyri-adi bacarığa malik, hazırcavab, qonaqpərvər insan kimi tanınmış, Qarabağda mahir at çapması ilə yaddaşlarda qalmışdır.Hatəmxan ağanın Nadirqulu bəy adlı oğlu olmuşdur. Məmməd bəy Nadirqulu bəyin nəvəsi, Hatəmxan ağanın nəticəsidir. Məmməd bəy Yusif bəy oğlu 1833-cü ildə Çəmənli oymağında anadan olmuş, təxminən 60 ilə yaxın ömür sürmüşdür. Onun anasının adı Hüsnü xanımdır.
Qazılı soyu
Qazılılar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Tarixi == Qazılılar Seyidli oymağının qədim nəsillərindən biridir. Bu nəsildən dini məhkəmə işlərinə baxan ruhanilər, şəriət hakimləri, nüfuzlu insanlar çıxmışdır. Qazılı nəsli Qarabağda bəy nəsli kimi də tanınmışdır. XVIII əsrin sonları XIX əsrin əvvəllərində Qazılı nəslinin başında Seyidli oymağının adlı-sanlı bəyi Hüseyn bəy dururdu. Hüseyn bəyin Məhəmmədqulu bəy, Əli bəy, Abbas bəy, Məhəmmədalı bəy adlı dörd oğlu olmuşdur.Məhəmmədalı bəy Qarabağın sayılıb-seçilən savadlı bəylərindən sayılmışdır. O, Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Məhəmmədalı bəy bəy kimi tanınmışdır. Məhəmmədalı bəy Xan qızı Xurşidbanu Natəvanın hörmətini, etibarını qazanmış şəxslərdən idi. Məhəmmədalı bəy iki dəfə ailə həyatı qurmuşdur. O, ikinci dəfə Kərbəlayi Miralılar nəslindən olan Məşədi Xırda xanım Ağamalı qızı ilə ailə qurmuş, Mənzər və Mələk adlı qızları olmuşdur.Məhəmmədalı bəyin bu iki qızı yeniyetmə yaşlarında öz istedadları ilə Xurşidbanu Natəvanın diqqətini cəlb etdiyi üçün onun evində təşkil edilən qadın ədəbi məclisinin iştirakçıları idilər.
Quyu (Xudabəndə)
Quyu (fars. قوئي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 949 nəfər yaşayır (177 ailə).
Sulu arxipelaqı
Sulu arxipelaqı — Filippin adalarının tərkibinə daxil olan, elə də böyük olmayan adalardan təşkil olunmuş arxipelaq. Mindanao ilə (Filippin) və Kalimantan (Malayziya) adaları arasında yerləşir. Cənub-qərbdən şimal-şərqə doğru uznır. Ümumi uzunluğu 1680 km, sahəsi isə 4068 km²-dir. Adalarda 1 378 162 nəfər yaşayır (2010). == Coğrafiya == Arxipelaqın tərkibinə daxil olan adalar — Basilan, Jolo və Tavi-Tavi və kiçik adalar — Situbu, Panqutaran, Tavitaxi, Tapul, Samales, Pilan. Arxipelaq Mindanao adasından Basilan, Kalimandan adasından isə alis boğazı ilə ayrılır. Şimaldan Sulu, cənubdan isə Sulavesi dənizi ilə əhatələnir. == Əhalisi == Arxipelaqda əsasən Moro xalqı yayılmışdır. Müsəlman filippinlilərə belə rast gəlinir.
Sulu boya
Akvarel və ya sulu boya (fr. Aquarelle — sulu; it. acquarello) — canlı meymun texnikası. Su ilə birgə istifadə olunan akvarel boyaları incə piqmentli rənglər əmələ gətirməklə müxtəlif rəngkarlıq məqsədləri ilə, adətən kağız üzərində rəsmlər çəkmək üçün istifadə olunur..
Sülalə
Xanədan və ya sülalə — Monarxiya quruluşlu dövlətlərdə irs əsasında nəsil hakimiyyəti silsiləsi.
Züzülö
Düzül
Hərbi komanda olub Farağat komandasından əvvəl verilir. == Komandanın icrası == Komanda verilən zaman hərbi qulluqçular başlarını bir qayda olaraq sağ tərəfə çevirirlər.Hərbi qulluqçular sağ tərəfdəki yoldaşlarına baxaraq cərgəni bu üsulla düzəldirlər,beləki o,baxıdığı tərəfdəki dördüncü yoldaşının sinəsini görməlidir. Komandanın icrası yalnız baş sağa elə çevrilirki,sağ qulaq sol qulaqdan bir azca üstün olsun.
Süzmə
Süzmə - suyunu süzərək qatılaşdırılmış qatıq. Süzməni qurudaraq qurut hazırlamaq olar.
Baqrationi sülalə
Baqrationlar və ya Baqrationilər (gürc. ბაგრატიონები) — Gürcüstanın qədim kral nəsli; Gürcüstanın bir çox, Rusiyanın isə bir neçə nəfər görkəmli dövlət və hərbi xadimi bu nəsildən çıxmışdı. Gürcü tarixi mənbələrində Baqrationilərin xronologiyası VI əsrdən hesablanır. Bəzi mənbələrə görə Avropada ən qədim kral nəslidir. == Milli mənşəyi == Qədim erməni mənbələrinə görə Baqrationilər Hay nəslindəndirlər, qədim gürcü mənbələrində isə Baqrationilər Farnavaz nəslinin davamçıları hesab edilir. Həmçinin, erməni mənbələri ənənəvi olaraq Baqrationilərin soykökünü İran şahı I Artakserksin dövründə - b.e.ə. V əsrdə, Ermənistan satrapı olmuş yəhudi əsir Şambata (Sumbata) bağlayırlar. Amma daha sonrakı erməni-gürcü mənbələrində bir qayda olaraq Baqrationilər Davud peyğəmbərin (Davud padşahın) törəmələləri hesab edilir. == İlkin Baqrationilər == == Orta əsrlərdə == XI-XII əsrlərdə Gürcüstan Baqrationilərin hakimiyyəti altında xeyli gücləndi. Kral IV David (Qurucu David) (1089-1125) Gürcüstanı müstəqilliyini bərpa etdi və bütün gürcü torpaqlarını öz hakimiyyəti altında birləşdirdi.
Seyü
Seyyu (声優, seiyū) — Yaponiya səs aktyoru. Seyyular filmlər, video oyunlar və animelərdə personajları səsləndirirlər. Seyyular üçün hətta xüsusi kurslar tərtib olunur. Bəzən animedəki mahnıları da özləri oxuyur, anime bitdikdə disk buraxırlar. Uşaq və oğlan yeniyetmələrini də səsləndirmək mümkün olduğu üçün daha çox qadın seyyulara ehtiyac var.
Sürü
Sürü — canlılar qrupu. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı.
Şuya
Şuya (rus. Шуя) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Şüyüd
Şüyüd (lat. Anethum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Birillik ot bitkisi olub, hündürlüyü 40–120 sm-ə bərabərdir. Əsas kökü incə, zərif, budaqlanandır. Gövdəsi düzqalxan və ya azacıq əyilmiş, budaqlanan, dairəvi, uzunsov açıq-yaşıl və yaşıl, mil-mil, incə mumabənzər qatlıdır. Yarpaqları növbəli, üçüncülü-dördüncülü lələkşəkilli olub, uzunluğu 30 sm, eni 4–25 sm-dir. Aşağı yarpaqlarının uzunluğu 4–12 sm, saplaqlı, orta və yuxarı yarpaqları qısa saplaqlı və oturaqdır. Hamaşçiçəkləri mürəkkəb, çoxşüalı çətirinin diametri 7–30 sm-dir. Çiçəkləri kiçik, ikicinsli, beşüzvlü, sarı ləçəkli, dar olub, zirvəsi bükülü vəziyyətdədir. Meyvələri sallaq, asılı vəziyyətdə, ellips və ya enli ellipsşəkilli, uzunluğu 3–7 mm, eni 1,5–4 mm, sarımtıl-qəhvəyidir.
Arı südü
Arı südü – arıçılıq məhsuludur. Arı südü cavan arılarda xüsusi vəzlərdə yaranır. Əvvəlcə o, qatı, ağtəhər-şəffaf, jeləyəbənzər kütlə, sonra parıltısız sarımtıl çalarlar əldə edir. O, spesifik iyə və dada malikdir. Arı südünün tərkibi mürəkkəbdir. Onda zülallar, yağlar, karbohidratlar, vitaminlər, aminturşuları, fermetnlər, yağ turşuları, hormonabənzər maddələr var, amma zülallar və vitaminlər üstünlük təşkil edir. Arı südündə 65% su, 14–18% zülal maddələri, 9–10% şəkər, 1,-5,7% yağ var. Onun tərkibində 22 aminturşusu aşkar edilmişdir. Arı südündə dəmir, qızıl, gümüş, kükürd, xrom və sink kimi mikroelementlər aşkar edilmişdir. Arı südü 5–15 günluk körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır.
Balıq südü
Balıq südü - ərzaqdır. İlk dəfə Çilidə peyda olubdu. Onu suya töküb həll edib içmək olar. == İstehsalı == Balıq südünü Santiyaqoda balıq sənayesində istehsal olunur. Onlar zavodda balıq südününü toz variantda istehsal edirlər. Məhsul balıq iyi vermir. Çilidə deyillər ki, balıq südünü iri buynuzlu mal-qaranın qidalanmasında istifadə etmək olar. Buna görə 1970-ci ildən başlayaraq Çilidə bu sahədə yeni dövr başlayır. Həmçinin dondurma və pendir istehsalında istifadə edilir.
Düyü (cins)
Düyü (lat. Oryza) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qabıqlı halda çəltik deyilir. Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. Dünyanın, demək olar ki, hər yerində istehlak olunur. == Düyü məhsulları == == Tərkibi == Kimyəvi tərkibi: su 13 %, nişasta 7 %, yağ 2,2%, karbohidrat 73 %, minerallar 1,2 %. == Düyü istehsalı ilə məşğul olan ölkələr == Düyünün illərə görə istehsalı min. ton.
Düyü (qida)
Düyü taxıl və yemək növüdür. Mənşəcə bataqlıq otudur. Asiyanın bir çox yerində əsas yemək kimi yeyilir. Dünyanın isti yerlərində, əsasən Asiya, Afrika, İtaliyanın şimalında və Şimali Amerikanın qərb sahillərində yetişdirilir.
Düyü Qazmağı
Düyü Qazmağı - Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. == Hazırlanma texnologiyası == Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna “döşəmə plov” deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən,nazik yuxadan,hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Düyü afelenxi
Düyü afelenxi (lat. Aphelenchoides besseyi) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Düyü afelenxi ikicinslidir. Erkək nematodun uzunluğu 0,44-0,72 mm, dişininki isə 0,62-0,88 mm-dir. Baş hissə hamardır, çox genişlənmişdir. Ağız boşluğunda xiti stilet yerləşir, stiletin uzunluğu 9-10 mk-dur. Sinir həlqəsi bulbusun arxasında, nematodun bədəninin diametrinə bərabər məsafədə yerləşir. Yumurtalıq qısadır, oositlər bir neçə cərgədədir. Quyruq konusşəkilli olub, iç tərəfdən sivrilənmişdir. Hər iki cinsdə ulduz şəklində düzülmüş 4 çıxıntılı mikro vardır..
Qacarlar (sülalə)
Qacarlar sülaləsi (azərb. ‎(ərəb qrafikalı): قاجارلار və ya قَجَرلر, fars. سلسله قاجاریه‎) — Azərbaycan və indiki İran ərazisində XVIII əsrin sonu — XX əsrin 20-ci illərinə qədər hakimiyyətdə olmuş azərbaycanlı- türk mənşəli sülalə. == Sülalənin mənşəyi == Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi) olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğlular sülaləsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Tarixçi Ələskər Şəmim yazır: "Səfəviyyə dövründə yazılan tarixdən belə görünür ki, Səfəviyyə şahlarının anaları Qacar elindən olublar. Bu el Araz çayının sahillərində yaşayıb.
Sünik (sülalə)
Sünik, Süni, Syuni, Sisakan sülaləsi (erm. Սյունի, Սիսակյաններ) – antik və orta əsrlər dövründə Sünik vilayətində hakimiyyət sürmüş alban sülalə. Qafqaz Albaniyası tarixinin ən güclü sülalələrindən biri kimi dəyərləndirilən Sünik sülaləsi eyni zamanda. Sünik sülaləsi Ermənistanın hökmdar sülalələri ilə qohumluq əlaqələrinə malik olmuşdur. Sünik sülaləsi nümayəndələrinin inşa etdirdiyi bir çox dəyərli tarixi-memarlıq abidələri dövrümüzə çatmışdır. == Etnogenezi == Əfsanəvi şəcərə cədvəlinə görə Sünik sülaləsi Yafətin nəslindən gələn və erməni xalqının "əfsanəvi ilk hökmdarı sayılan" Haykın nəslindən (Hayk – Aramanyak – Aramais – Amasiya – Qeqam – Sisak) gəlmişdir. Moisey Xorenli bu sülalənin hakimiyyətə gəlməsini erməni hömdarı Valarşakın adı ilə bağlayır: "Erməni dilinin Şərqdəki son sərhəddlərinə isə yerli sülalələrdən Sisakanlar və Kadmeanlar hakim təyin edildilər."VIII əsr müəllifi Stefan Sünikli qeyd edir ki, "Sünikdə və Artsakda Sünik və Artsak dillərində danışmışlar." R. A. Açaryan belə hesab edir ki, ermənilərin formalaşmasında urartululardan başqa öz qədim dili və yazısı olan 18 xalq yaxından iştirak etmişdir. Stefan Sünikli və digər müəlliflərin məlumatlarına əsaslanan R. A. Açaryan VIII əsrə qədər həmin dillərdən yeddisinin yaşadığını və Sünik dilinin də həmin dillərdən biri olduğunu qeyd edir. Н. N. Adonts isə qeyd edir ki, Sünik həm mülki, həm də kilsə baxımından Ermənistandan az asılı olmuşdur və bu həmin ərazinin etnik fərqliliyi ilə bağlı idi. O, qeyd edir ki, "Ermənistanın alban ucqarı olan Sünik əhalisinə görə Ermənistanın digər ərazilərindən fərqlənirdi.
Tan (sülalə)
Tan sülaləsi (Çincə: 唐朝; Pinyin: Tángcháo) - Çində (618-918)-ci illər arasında iqtidarda olmuş xanədan. == Tarixi == VII əsrin əvvəllərində Çində hakimiyyət 300 il hökmranlıq etmiş Tan sülaləsinin (618-918) əlinə keçdi. Bütün hakimiyyət imperatorun əlində cəmləşmişdi. Onu «Səma oğlu» adlandırırdılar. Ölkənin təsərrüfatı bərpa və inkişaf etdirildi, cənub əyalətlərində şəkər qamışı və çay kolları sahələrindən ildə iki dəfə məhsul götürülürdü. Tan sülaləsinin işğalçılıq siyasəti nəticəsində Koreya və Vyetnam Çinə tabe edildi. Çin ordusu Böyük ipək yolunun ölkədən Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarət edirdi. Lakin 751-ci ildə xilafət qoşunları Çin ordusunu məğlub etdikdən sonra bu nəzarət Çinin əlindən çıxdı. Buna baxmayaraq, Çin bu yol vasitəsilə İran, Mərkəzi Asiya, Bizansla ticarət əlaqəsini genişləndirirdi. Çin Ərəb və İran tacirlərinin məskənləri olan Hind okeanının sahillərində ticarət aparırdı.
Xan (sülalə)
Xan sülaləsi (çin. ənən. 漢朝, sadə. 汉朝, pinyin: Hàn cháo, hərfi mənası: "Han çao"; E.ə. 206—220) – Çin xanədanı == Tarixi == Tsin imperiyası Çin tarixində ilk xalq üsyanı nəticəsində süquta uğradı. Tsin Şixuanın ölümündən sonra yenə də qarışıqlıq dövrləri başladı. E.ə. 206-cı ildə keçmiş kəndxuda Lyu Banın başçılığı altında qiyamçı dəstələr Tsin ordusunu asanlıqla darmadağın etdi və paytaxtı aldı. Bu Çudan olan Lyu Bana özünü Xan hökmdarı elan etməyə imkan verdi, belə ki, Tsinin paytaxtı keçmiş Xan hökmdarlığı ərazisində yerləşirdi. Daha dörd il də çoxsaylı üsyankar rəhbərlər taxt-tac uğrunda mübarizə apardılar.
Süzmə xingal
== Ərzaqlar == Qoyun əti - 165q, buqda unu - 100q, yumurta 1/5 əd., baş soğan - 30q, ərinmiş yağ - 20q, pendir - 15q, qatıq - 50q, sarımsaq - 3q, zəfəran - 0,1q, istiot - 0,1 q, duz. == Hazırlanma qaydası == Qoyun əti 10-15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zəfəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5x5 sm ölçüdə paxlava şəklində doğranır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə verilən zaman süzmə xigalın üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış qiymə qoyulur, yanında sarımsaqlı qatıq və ovulmuş pendir verilir.
Süzüt kanalı
Süzüt kanalı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gal kəndi yaxınlığında tarixi abidə. Süzüt çayından Süzüt bağlarına çəkilmişdir. Kəndin aşağısında çayın qarşısı bəndlə kəsilərək su təqribən 3,5 metr yüksəkliyə qaldırılmış və torpaqda qazılmış kanalla bağlara aparılmışdır. Hazırda kanalın qalıqlarının eni 2 metr, dərinliyi isə 1,5 metrdir. Su kanalının çayın üzə rindən keçirilərək aparılması onun tikinti sində mühəndis məharətinin mühüm rol oynadığını göstərir. Kanal çayın üzərindən onun sağ kənarındakı qayalığa söykənən xüsusi bəndin köməkliyi ilə keçirilmişdir. Bəndin tikintisində yonulmuş daşlardan və əhəng məhlulundan istifadə olunmuşdur. Bəndin qalıqları hazırda qalmaqdadır. Kanalın ətrafından aşkar olunan keramika məmulatı onun I əsrdən başlayaraq fəaliyyət göstərdiyini təsdiq edir. Su kanalı XIX əsrədək bərpa olunmaqla istifadə olunmuş, lakin XX əsrdə onun bərpası üçün göstərilən cəhd uğursuz olmuşdur.
Süzüt qalası
Süzüt qalası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gal kəndində Süzüt çayı ilə Qaranlıq dərənin qovşağında qala tipli arxeoloji abidə. Qala sıldırım qayalarla əhatə olunmuş dağın zirvəsində yerləşir. Ehtimal ki, qaladan gözətçi məntəqəsi kimi istifadə olunmuşdur. Süzüt bağlarını qaladan nəzarət altında saxlamaq mümkündür. Qalanın mərkəzi hissəsində dördkünc formalı binaların qalıqları vardır. Binaların tikintisində daşdan və bişmiş kərpicdən istifadə olunmuşdur. Əhali nin verdiyi məlumata görə qalanın yarım dairəvi formada tamamlanan mağzalları olmuşdur. Hazırda yaşayış yerinə səpələnən, bir tərəfi qövsşəkilli olan bişmiş kərpiclər də bunu təsdiq edir. Yaşayış yerinin yaxınlığın da, dərənin içərisində su dəyirmanı olmuşdur. Onun qalıqları indi də qalmaqdadır.
Füzuli
Məhəmməd Füzuli (az.-əbcəd مَحمد سلیمان اوغلو‎) (təq. 1483, Bağdad, Nəcəf, Hillə və ya Kərbəla – 1556, Kərbəla və ya Bağdad, Bağdad əyaləti[d]), daha çox sadəcə Füzuli (فضولی) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. 1483-cü ildə indiki İraqda anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir. Füzuli poeziyasının çoxunu İraqda Osmanlı hakimiyyəti dövründə yazmış və buna görə o, bəzən Osmanlı şairi də adlandırılır. Füzulinin bütün həyatı boyu onun bir neçə himayədarı olmuş, lakin heç vaxt onu həqiqətən qane edən birini tapa bilməmişdir və onun şah sarayına qoşulmaq arzusu heç vaxt həyata keçməmişdir.
Sarule
Sarule (sardin: Sarùle) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 52,72 km²-dir. Kommunanın əhalisi 1,696, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 32 nəfərdir. == Qonşu kommunalar == Sarule kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Mamoiada, Ollolai, Olzai, Orani və Ottana.
Susulu
Suzluq
Suzluq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Murovdağ silsiləsinin cənubunda yerləşir. Hündürlüyü 2857 m. Ehtimal olunur ki, Suzluq türk dillərindəki suz/süz sözü ilə əlaqədar olub, "təmiz, aydın yer" deməkdir. Görünür, dağın üstündə bitki örtüyu bəsit olduğundan ona belə ad verilmişdir.
Suzuki
Suzuki Motor Anonim Şirketi — bir çox fərqli növdə texnika istehsal edən Yapon avtomobil şirkəti. Suzuki avtomobillər, motosikletlər, bütün ərazi nəqliyyat vasitələri (ATV), dəniz mühərrikləri, əlil arabaları və müxtəlif kiçik daxili yanma mühərrikləri istehsal edir. 2016-cı ildə Suzuki dünya miqyasında istehsala görə on birinci ən böyük avtomobil istehsalçısı idi. Suzuki-nin 45.000-dən çox işçisi var və 23 ölkədə 35 istehsal müəssisəsi və 192 ölkədə 133 distribütoru var. Avtomobillərin dünya üzrə satış həcmi dünyanın onuncu ən böyük], daxili satış həcmi isə ölkədə üçüncü ən böyükdür. Suzuki yerli motosiklet satış həcmi Yaponiyada üçüncü ən böyükdür == Tarixi == 1909: Michio SUZUKI, tərəfindən Hamamatsu Shizuokada toxuma dəzgahı düzəldildi. 1920: 500.000 Yen sərmayə ilə Suzuki Loom Manufacturing Co. (Suzuki Toxuma Dəzgahı Fabriki) quruldu və Başçısı Mishio Suzuki oldu. 1952: İlk motorlu-velosipedi satışa təqdim etdi. Modelin adı 'Power Free'.
Şürele
Altıncı sülalə (Misir)
VI sülalə— Qədim Misirdə Qədim Padşahlıq dövrünə aid sülalə.Təxminən e.ə 2347–2216-cı illədə hakimiyyətdə olmuşlar.Bir çox tarixçilər VI sülalənin Qədim Padşahlıq(Çarlıq) dönəminin sonuncu sülaləsi olaraq qəbul edirlər.Lakin The Oxford History of Ancient Egypt VII və VII sülalələridə bu dövrə aid edir. == Ümumi məlumat == === Sülalənin ilk üzvü Teti === Sülalənin ilk üzvü Teti V sülalə hökmdarı Unisin qızı Iputla evlənmişdi.Manefonun fikrinə görə Teti öz muhafizəçiləri tərəfindən öldürülmüşdü. === I Pepi === Tetinin oğlu I Pepi Sinay yarımadası və Nubiya yürüşləri ilə tanınmışdır.Dövrümüzə çatmış yazılı məlumatlara görə I Pepiyə qarşı sui-qəsd təşkil olunsada uğurlu olmayıb.I Pepi və oğlu II Pepi Qədim Misirin ən qüdrətli fironlarından olmuşdur. == Fironlar == Manefona görə xanədanlıq 203 il hakimiyyətdə olmuşdur. Turin siyahısına görə bu müddət 181 il təşkil edir. Altıncı xanədanın məlum fironları aşağıdakı cədvəldə verilmişdir.
Beşinci sülalə (Misir)
V sülalə — Qədim Misirdə Qədim Çarlıq dövrünə aid sülalə. Təxminən e.ə 2504–2347 illərdə hakimiyyətdə olmuşdur. == Ümumi məlumat == Bu sülalənin hakimiyyəti dövründə dini inanclarda mühüm dəyişikliklər baş verir. Piramidalarda mətnlər həkk olunmağa başlayır. Bu yazılar Misirdə cənazə ədəbiyyatının ilk nümunələridir. Baş Allah Ranın kultu daha da inkişaf edir. Absirdə baş allahın şərəfinə məbədlər tikilir. Osirisə inam genişlənir.
Birinci sülalə (Misir)
I sülalə — Qədim Misiri idarə edən ilk sülalə. == Ümumi məlumat == Yuxarı Misir nomu Narmer (Manefonun fikrincə onun adı Mina idi) Aşağı Misiri məğlub edərək Misiri vahid halda birləşdirir və adını tarixə birinci firon kimi yazdırmışdır. Bu dövrdə padşahlığın mərkəzi Tinis şəhəri idi. I sülalənin dəqiq olaraq hansı dövrdə hakimiyyətdə olmasını dəqiq olaraq demək mümkün deyil. Güman edilir ki, bu sülalə XXXIV və XXX əsrlərdə hökmdarlıq edib. Radiokarbon üsulu ilə aparılan analizə əsasən I xanədanlığın hakimiyyət illəri təxminən e.ə. 3218–3035 illər kimi göstərirlir. Təəssüf ki, bu dövrə aid yazılı abidələrin azlığından baş verən hadisələr yaxşı öyrənilməmişdir. Əsas məlumat mənbəyi "Narmer paleti" adlandırılan daş löhvədir. Ümumiyyətlə ilk sülalələrlə bağlı məlumatlar dəqiq deyildir və müəyyən mənada əfsanəvi xarakter daşıyır.
Doqquzuncu sülalə (Misir)
IX sülalə — Qədim Misirdə birinci aralıq dövrdə hakimiyyətdə olmuş sülalə. == Ümumi məlumat == Herakleopolis nomarxı I Xeti VIII sülaləni devirərək yeni hakim sülalənin əsasını qoymuşdur. Manefona görə IX və X sülalələr eyni bir sülalə olub Herakleopol hakimlərinin nəslindən gəlir. Roma tarixçisi Yevseyiyə görə Herakleopol sülaləsi IX və X adları ilə ümumilikdə 285 il hakimiyyətdə olmuşdur. Sekst Arikan isə bu xanədanın 185 illik hökmranlığını göstərir. Yurqen fon Bekerstuya görə IX sülalə hakimiyyətə təxminən e.ə 2192–2120-ci illər arasında gəlib. Digər mütəxəssislər bu hadisənin təxminən e.ə 2118/2141 illər aralığında baş verdiyini bildirirlər.. Manefona görə I Xeti bütün Misiri öz hakimiyyəti altında birləşdirmişdi. IX sülalə taxta güc yolu ilə çıxmışdılar. Manefon I Xeti zalımlığı ilə görə seçildiyi yazmışdı.
Dördüncü sülalə (Misir)
Qədim Misirdə Qədim padşahlıq dövrünün ikinci sülaləsi.Təxminən e.ə 2639-2506-cı illərdə hakimiyyətdə olmuşdur. Sülalə tarixdə "piramida tikənlər sülaləsi" kimi tanınmışdır.Beləki Xeops,Xefren,Menkaur piramidalarının tikintisi bu dövrə aiddir.
Onuncu sülalə (Misir)
X sülalə - Qədim Misirdə birinci aralıq dövrdə hömranlıq etmiş sülalələrdən biri. == Ümumi məlumat == Qədim Misir sülaləri haqqında bir çox məlumat Manefonun yazılarından öyrənilir. Bir çox tədqiqatçılar IX və X sülaləni eyni bir nəsil olduğu bildirirlər. Bu nəsil vaxtilə Herakleopol monarxları olmuşdular. Herakleopol xanədanı təxminən 185 il padşahlıq etmişlər. X sülalə e.ə 2130-2040-cı illərdə fironluq etmişdir. Turin siyahısında Herakleopollu 18 fironun adı çəkilir. Ancaq onlardan yarısını oxumaq mümkün deyil. Arxeoloji tədqiqatlar X sülalənin bütün Misirdə hakim olmadığını göstərir. Beləki bu dövrdə Tebes monarxları güclənərək Aşağı Misiri özlərinə tabe edərək firon titulunu götürürlər.
Qərbi Çjou (sülalə)
Qərbi Çjou (çin. 东周) — Çində e.ə. 1045-ci ildən Qərbi Çjou çarlığını idarə etmiş, erkən səltənət. Bu sülalənin başlanğıcı Çjou sülaləsinin süqutuna əsadüf edir. Çjou sülaləsinin ilk yaranmış sivilizasiyası "Qərbi Çjou" adını daşıyırdı. "Qərbi Çjou" sülaləsi nisbətən inkişaf etmiş cəmiyyət idi. Kənd təsərrüfatı çiçəklənmiş, əkinçi əmək alətləri təkmilləşdirilmiş, bir çox kənd təsərrüfatı bitkiləri becərilməyə başlanmışdır. Çoxlu sayda incəsənət və mədəniyyət abidələri, həmçinin fəlsəfə, siyasət və tarix əsərləri meydana gəlmişdir. E.ə. 841-ci ilədək hadisələrin mütəmadi xronikası aparılmamışdır, hansı ki, Qərbi Çjou səltənət evi hadisələrin illik qeydiyyatını aparır və saxlayırdı.
Səkkizincı sülalə (Misir)
VIII sülalə - Qədim Misirdə birinci aralıq dövrdə hakimiyyətdə olmuş sülalə. == Ümumi məlumat == Manefonun yazılarında bu sülalə Qədim Padşahlığa aid edilsədə, müasir dövrdə birinci aralıq zamanda hökm etdikləri qəbul edilir. Bu zaman artıq mərkəzi dövlət dağılmış və ayrı-ayrı müstəqil nomlar yaranmışdı. Onların VI sülalə ilə qohum olduqları göstərilir. Bəzən mövcud olduğu şübhə doğuran yeddinci sülalə ilə səkkizinci ilə birləşdirilir. Misiroloqlar hesab edirlər ki, səkkizinci sülalə Misiri təxminən 20–45 il idarə etmişdir. İllər intervalı bir neçədir: e.ə. 2190–2165 e.ə. 2181–2160 e.ə. 2191-2145 e.ə.
Tuya (XVIII sülalə)
Tuya — Yuyanın arvadı, ali Misir rəsmisi, firon III Amenofisin qayınanası.
Yeddincı sülalə (Misir)
VII sülalə - Manefonun yazılarına görə Qədim Misirdə birinci aralıq dövründə hökmranlıq etmiş sülalə. == Ümumi məlumat == VII sülalənin mövcudluğu ilə bağlı şübhələr mövcuddur. Manefonun yazılarından başqa heç bir yerdə bu ada rast gəlinmədiyindən bəzi mütəxəssislər bu sülalənin tarixdə mövcud olmadığı fikrini müdafiə edirlər. Ənənəvi olaraq VII sülalənin hakimiyyəti birinci ara dövrə uyğun olduğu qəbul edilir. Manefona görə onlar çox qısa müddət taxtda olmuşlar. Yeddinci sülalə adətən uydurma hesab olunur və buna görə ya müasir alimlər tərəfindən tamamilə nəzərə alınmır, ya da səkkizinci sülalə ilə birləşdirilir. Buna görə bəzi alimlər VIII sülalə üzvlərinin bir hissəsini yeddinciyə aid edirlər. == Fironlar == Fironların VII sülaləyə məxsusluqları mübahisəlidir. Çox vaxt VIII sülaləyə aid edilirlər.
Yuya (XVIII sülalə)
Yuya (e. ə. XV əsr, Ahmim[d], Sövhac mühafəzəsi[d] – e. ə. XIV əsr) — Tuyanın əri, ali Misir rəsmisi, firon III Amenofisin qayınatası.
Üçüncü sülalə (Misir)
Qədim Misirdə Qədim padşahlığın ilk sülaləsi. Təxminən e.ə 2686–2575 illərdə(başqa hesablamalara görə e.ə 2727–2655 illərdə) hökümdarlıq etmişlər. Sülalənin hakimiyyət dövrü sakit keçmiş, böyük münaqişələr olmamışdır. Bu illərdə fironlar bir çox tikinti işləri aparmışlar. İlk piramidanın sahibi Coser III sülalənin ilk hökmdarıdır.
İkinci sülalə (Misir)
Qədim Misir tarixinin Erkən Padşahlıq dövrünün ikinci sülaləsi. Hakimiyyətləri E.ə 2840-cı ildə Hotepsehemuinin firon taxtına çıxması ilə başlamış,e.ə 2686-da Hasahemuinin ölümü ilə sonlanmışdır.Paytaxt Tinis şəhəri idi. Bu dövrə aid məlumatların yetərli qədər olmaması səbəbindən ikinci sülalənin siyasi vəziyyəti,qonşu xalqlarla münasibəti çox zəif öyrənilmişdir.
Sufle
Sufle (fr. Soufflé) —18-ci əsrə aid fransız şirniyyat növü.Sufle sözü fransızca "üfürmək", "şişirmək" mənalarını ifadə edən "souffler" feilindən yaranmışdır. Tərkibindən asılı olaraq əsas yemək, yaxud desert olaraq təqdim oluna bilər. Suflenin bir çox növü vardır.
Alxanlı (Füzuli)
Alıxanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xanın Naxçıvandan köçürüb gətirdiyi əhalinin məskunlaşmasından yaranmışdır. Alıkan Naxçıvanda Kəngər elinin qollarından biridir. Bu qolun adı isə erkən orta əsrlərdə Cənub-şərqi Avropa və Şimali Qafqaz çöllərində yaşamış qədim türkmənşəli xəzərlərin Alıxan tayfasının adıdır. 1993-cü ilin avqust ayından 1994-cü ilin yanvar ayınadək erməni işğalçılarının zəbti altında olan Füzuli rayonunun Alxanlı kəndi işğaldan azad edildikdən sonra uzun müddət baxımsız qalıb. Çünki ermənilər həmin yaşayış məntəqəsindəki bütün evləri və obyektləri talan edərək viran qoyub. Lakin son illər yerli RİH-in və aidiyyəti qurumların maliyyə yardımı ilə adıçəkilən kənddəki dağıdılmış evlərin bərpasına başlanılıb. Bu günədək dövlət büdcəsi hesabına 300 ev bərpa olunub, 176 evin tam bərpasına və 96 evin bir hissəsinin təmirinə sifariş verilib. Məlumatda həmçinin qeyd olunub ki, işğaldan əvvəl Alxanlıda yaşayan 712 ailədən 582-si artıq doğma ata-baba yurdlarına qayıdıblar. Dağılmış evlərin bərpasından sonra yerdə qalan digər ailələrin də kəndə qayıdacağı gözlənilir.
Andre Şürrle
Andre Şürrle (alm. André Schürrle‎; 6 noyabr 1990) —Almaniyalı yarımmüdafiəçi və hücumçu. Andre Şürrle Borussiya Dortmund FK-da oynayır. Orada 21 nömrə ilə çıxış edir. 184 santimetr boya malikdir. O, həm də Almaniya milli futbol komandasının oyunçusudur.
Daysuke Suzuki
Daysuke Suzuki (d. 29 yanvar 1990) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Dördlər (Füzuli)
Dördlər — Azərbaycan Respublikasının Füzuli rayonunun Dilağarda kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Dədəli (Füzuli)
Dədəli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dədəli оbası Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Xanlıq dönəmində vergi ödəmirdi. İran şahzadəsi Abbas mirzə Qоvanlı-Qacar 1805-ci ildə Dədəli оbasında оturaq etmiş, düşərgə salmışdı. Tarixçi Əminə Pakrəvan yazır: "Baharın sonları idi və Araz çayı hələ də daşqın suları ilə axmaqda idi. İlk dəfə bir çocuq olaraq Araz çayını görən Abbas mirzə bu dəfə bir sərkərdə, bir komutan kimi onun sahilində dayanmış, çayı seyr edir, çocuqluğunu xatırlayırdı. Xudafərin körpüsünün üstündən ordu Arazın o tayına keçməyə başladı. Ordu, Qarabağın Dədəbəyli adında bir bölgəsində oturaq saldı. Savaş meydanına yaxın olan bu bölgədə Abbas mirzə ordunun öndə gələn isimləri ilə bir yerdə durum dəyərləndirməsi yapdı.
Fin (Füzuli)
Fin — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == == Toponimikası == Fin oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də qəsəbə. Düzənlik ərazidədir. == Əhalisi == == Mədəniyyəti == 1 ədəd poçt məntəqəsi, 1 ədəd xəstəxana, 1 ədəd aptek, 1ədəd orta məktəb və digər obyektlər yerləşir == İqtisadiyyatı == Əhali arıçılıq, heyvandarlıq və əkinçilik ilə məşğul olur.
Füzuli Nəsirov
Füzuli Əkbər oğlu Nəsirov — Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 15 №-li laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru. == Ümumi məlumatlar == Füzuli Əkbər oğlu Nəsirov 28.09.1952-ci ildə Bərdə şəhərində anadan olmuşdur. O, 1959-cu ildə Bərdə şəhər 1 №-li orta məktəbinə daxil olmuş, 1968-ci ildə yeni açılmış 5 №-li orta məktəbə köçürülmüş və 1969-cu ildə həmin məktəbi əlaçı attestatı ilə bitirmişdir. F.Ə.Nəsirov 1970-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1975-ci ildə oranı əla qiymətlərlə başa vuraraq, təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna işləməyə göndərilmişdir. Həmin zamandan bu günə qədər F.Ə.Nəsirov bu İnstitutda mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, baş elmi işçi, qrup rəhbəri vəzifələrində çalışmış və hal-hazırda laboratoriya müdiridir. Füzuli Nəsirov 1978-ci ildə İnstitutun aspiranturasına daxil olmuş, oranı müvəffəqiyyətlə bitirərək 1983-cü ildə “Nikel (kobalt) üzvi ditiotörəmələri əsaslı katalitik sistemlər iştirakı ilə aşağı molekül kütləli polibutadienlərin alınması prosesının ışlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) namizədlik dissertasiyası müdafiə etmiş və kimya üzrə elmlər namizədi elmi dərəcəsi almışdır. Füzuli Əkbər oğlu Nəsirov uzun illər apardığı məhsuldar tədqiqatların nəticələrini ümumiləşdirərək 2003-cü ildə “Polibutadienlərin alınması və stabilləşdirilməsi üçün bifunksional katalitik ditiosistemlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1985-ci ildə keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi elmi adına layiq görülmüşdür. O, 1975-2000-ci illərdə AMEA NKPİ-də mühəndis, kiçik və böyük elmi işçi, 1989-1995-ci illərdə “Metalkompleks kataliz proseslərinin texnologiyası” qrupunun rəhəri, 1995-2014-cü illərdə “Metalüzvi kataliz prosesləri” laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 2016-cı ildən indiyə qədər “Polifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyasının (15 №-li lab.) müdiri vəzifəsində çalışır.
Füzuli Ramazanoğlu
Füzuli Ramazanoğlu (tam adı: Quliyеv Füzuli Ramazan oğlu) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laurеatı. == Həyatı == Füzuli Ramazanoğlu 1961-ci il fеvralın 6-da Gədəbəy rayonunun Miskinli obasının Çalburun kəndində dünyaya göz açıb. 1978-ci ildə Çalburun kənd orta məktəbini ilk məzun kimi "əla" qiymətlərlə bitirib. Bir il Daşkəsəndə Zəylik Alunit Mədən Idarəsində fəhlə işləyib. 1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politехnik İnstitutunun avtomatika və hеsablama tехnikası fakültəsinə daхil olub. 1984-cü ildə həmin ali məktəbi "Еlеktron mühəndisi" iхtisası üzrə bitirib. Təyinatla Bakı "Radioquraşdırma" İstеhsalat Birliyində mühəndis kimi əmək fəaliyyətini davam еtdirib. İki dəfə ikiillik ictimai jurnalistlər fakültəsində oхuyub. 1990-cı ilin avqustundan 1992-ci ilin yanvar ayınadək həmin müəssisədə çıхan çoхtirajlı "İmpuls" qəzеtinin rеdaktoru vəzifəsini daşıyıb. Füzuli Ramazanoğlu mətbuatda fəaliyyət göstərənədək müхtəlif qəzеt və jurnallarda, rеspublika radiosunda şеirlər və məqalələrlə çıхış еdib.
Füzuli Rüstəmov
Füzuli Salah oğlu Rüstəmov (25 dekabr 1965, Mirbəşir rayonu – 26 fevral 1992, Ağdam) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. == Həyatı == Füzuli Salah oğlu Rüstəmov 25 dekabr 1965-ci il Tərtər rayonunda anadan olmuşdur. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyümüşdür. Burada səkkizillik məktəbi bitirən Füzuli ağır şəraitdə yaşadığından məktəbi bitirən kimi işləməyə başlayır. == Döyüşlərdə iştirakı == Qəlbi daima Vətən eşqi ilə dolu olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıtmışdı. Bundan ötrü ona 4 ay həbs cəzası verildi. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla başa vurdular. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası aldı, onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi Füzuli xeyli qan itirmişdi.
Füzuli SES
Füzuli SES (tam adı: Füzuli Su Elektrik Stansiyası) — Baş Mil kanalı üzərində yerləşən su elektrik stansiyası. Füzuli Su Elektrik Stansiyasının tikintisi Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli Əlavəyə əsasən həyata keçirilmişdir. Stansiyanın təməlini 2008-ci ildə Füzuliyə səfəri çərçivəsində ölkə prezidenti İlham Əliyev qoymuşdur. Tikinti işləri yerli “Azenco” şirkəti tərəfindən həyata keçirilmişdir.Füzuli Su Elektrik Stansiyası Baş Mil kanalı üzərində 14 hektar ərazidə inşa olunmuşdur. Stansiyanın ümumi gücü 25,2 meqavatdır. Su elektrik stansiyası Füzuli rayonundakı 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə birləşdirilərək, sistemlə paralel rejimdə işlədilir.Qurğu üçün Baş Mil kanalı üzərində 40 min ton tutumu olan su anbarı yaradılmışdır. Anbara toplanan su dörd hidroturbin vasitəsilə generatora ötürülür. Hər bir hidroturbin avtomatlaşdırılmış qapılarla açılıb-bağlanır. Stansiyanın işləməsi üçün nəzərdə tutulan su müəyyən həcmdən artıq olduqda digər xətt vasitəsilə Baş Mil kanalına ötürülür. Lazım olan su isə hər birinin uzunluğu 250 metr, diametri isə 3 metr olan 4 boru vasitəsilə generator və digər mexaniki avadanlığın yerləşdiyi SES binasına ötürülür.
Füzuli Sabiroğlu
Füzuli Sabiroğlu (tam adı: Elyazov Füzuli Sabir oğlu; 20 noyabr 1964, Kiçik Məzrə, Basarkeçər rayonu) — Azərbaycan yazıçısı, şair, ssenari müəllifi, rejissor, baş redaktor. == Həyatı == Füzuli Sabiroğlu 20 noyabr 1964-cü ildə Göyçə mahalının Basarkeçər (indiki Vardenis) rayonunun Kiçik Məzrə kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Texniki Universitetini bitirib. Ədəbi yaradıcılığa XX əsrin 80-ci illərində başlayıb. Respublika mətbuatında ilk çıxışı 1988-ci ildə "Gənclik" jurnalında olub. O vaxtdan müntəzəm olaraq şeir, hekayə və publisistik yazıları respublika mətbuatında dərc olunur. 1993–1994-cü illərdə Azərbaycan Milli Ordusunun zabiti kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 2003-cü ildə "Sahilsiz Dəniz" jurnalının redaktoru işləyib. 2004-cü ildən 2008-ci ilə qədər "Lider" televiziyasının "Azərbaycan" sənədli filmlər redaksiyasında redaktor işləyib. 2008-ci ildən həmin redaksiyanın baş redaktorudur.
Füzuli abidəsi
Məhəmməd Füzuli heykəli — Mərkəzi park ərazisində yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış heykəl. 1958–1963-ci illərdə hazırlanmış abidənin heykəltaraşları Tokay Məmmədov və Ömər Eldarov, memarı isə Hacı Muxtarovdur. Bu işə görə heykəltaraşlar Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülmüşdülər. == Tarixi == 1958-ci ildə orta əsrlər Azərbaycan şairi Məhəmməd Füzulinin ölümünün 400 illiyi münasibəti ilə şairin abidəsinin yaradılması üçün müsabiqə elan edilir. Vaxtilə İ. E. Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəssamlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda bir yerdə təhsil almış Tokay Məmmədov və Ömər Eldarovun memar Hacı Muxtarovla bir yerdə hazırladıqları layihə müsabiqədə qalib gəlir.Füzulinin heykəli üzərində işləməzdən əvvəl həm Tokay Məmmədov, həm də Ömər Eldarov “poetik” mövzuya müraciət etmişdilər. Belə ki, bir müddət öncə Məmmədov Nizami Gəncəvinin portreti üzərində işləmişdi. Azərbaycan heykəltaraşlığında ağac üzərində işlənmiş ilk əsər olan bu portret Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır.Ömər Eldarov isə XX əsrin 50-ci illərində XIX əsr Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın mərmər portretini işləyir. Tezliklə Ali Sovetin Rəyasət Heyətinin sədri, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun təklifi ilə Ömər Eldarov Natəvanın tunc heykəlini işləmək sifarişini alır.Heykəlin işlənməsini xatırlyarkən T. Məmmədov deyir ki, “ İlk işlərimdən biri də Füzulinin heykəli olub. Onda cavan idik, işləmək üçün pul lazım idi. Ömər Eldarov da mənimlə Leninqradda oxumuşdu.
Füzuli bələdiyyələri
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.