Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uvey
Uvey Şanyü (e. ə. II əsr – e.ə. 104) — eramızdan əvvəl 114-105-ci illər arası hökmdarlıq etmişdir. İçizin böyük oğlu olan Uvey Şanyünün hakimiyyət dövrü Hun imperiyasının durğunluq dövrü sayılır. Hakimiyyətinin 4-cü ilində Çin elçisi ona imperatorun onu müharibəyə çağırdığını, müharibə etməzlərsə vassallığını qəbul etməsini dediyini bildirdi. Uvey buna əsəbləşərək elçini Baykal gölü ətrafına sürgünə göndərdi. Müharibəyə isə girişməyərək ordusuna dinclik verdi. Yan-sin adlı Çin elçisi həmin il gələrək sülh təklif etdiyini, şanyünün vəliəhdi imperatorun yanına göndərməsini istədi. Şanyü isə buna etiraz edərək bir Çin şahzadəsi tələb etdi.
Veyd-Caylz
Wade-Giles (Sadələşdirilmiş Çincə: 威妥玛拼音 və ya 韦氏拼音; Ənənəvi Çincə: 威妥瑪拼音; pinyin: wēituǒmǎ pīnyīn) Pekində istifadə olunan Mandarin formasına əsaslanan Çin romanizasiya sistemidir. XIX əsrin ortalarında Thomas Wade tərəfindən yaradılmış bir sistem əsasında inkişaf etdirilmiş və Herbert Giles tərəfindən 1892-ci ildə çıxarılmış Çincə-ingiliscə lüğəti ilə tamamlanmışdır. Wade-Giles, 20-ci əsrin çox hissəsində İngilis dilində danışan ölkələrdə Çin dilinin əsas transliterasiya sistemi idi və Çin haqqında 1979-cu ildən əvvəl nəşr olunan bir çox istinad kitablarında istifadə edilmişdir. XIX əsrdə məşhur olan Nanjing əsaslı romanizasiya sistemlərini böyük ölçüdə əvəz etmişdir. Bu gün, əsasən pinyin sistemi bu sistemi əvəz etmişdir, lakin hələ də Çin Respublikasında (Tayvan) istifadə olunur.
Useyd ibn Hudeyr
Useyd ibn Hudeyr (Mədinə – 640, Mədinə, ərəb. أسيد بن حضير‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Onun doğum tarixi məlum deyil. O, Mədinənin Evs qəbiləsinin Bənu Əbdüleşhel qolundandır. Peyğəmbərin Mədinəyə Quranı öyrətmək üçün göndərdiyi Musab ibn Umeyr vasitəsilə müsəlman olur. O, öz qəbiləsini təmsil edərək İkinci Əqabə beyətində iştirak edir. Uhud və Xəndək döyüşlərində iştirak etmişdir. Savadlı olduğu üçün vəhy xadimi işləyirdi. Onun Quranı gözəl səslə oxuduğu, mələklərin onu dinləməyə gəldiyi haqda hədislər vardır. Useyd hicrətin 20-ci ilinin Şaban ayında vəfat edir.
Əl-Ubeyd (şəhər)
Əl-Ubeyd ( ərəb. الأبيض‎, ing. Al-Ubayyid) — Sudanda şəhər, Şimali Kordofan əyalətinin inzibati mərkəzi. Burada dəmiryol stansiyası var. Şose və karvan yolları qovşağı olan şəhərdə sabun istehsal olunur. Burada qummiarabik (yapışqan) ticarəti edilir. == Əhalisi == 2013-cü ilin hesablamalarına görə şəhərin əhalisi 418,280 nəfərdir. Əhalinin əksəriyyəti müsəlmandır, xristian azlıq var. Əsas etnik qruplar ərəblər, nubalar, becalar və nilotlardır. Şəhər həm də əsasən avropalılar və turistlərdən ibarət kiçik əcnəbi qruplara evdir.
Ueyd Load (personaj)
Ueyd Load (ing. Wade Load) - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. == Xarakteristika == Serialın başlanğıcında təxminən 10 yaşındadır və digər personajlar kimi sonrakı seriyalarda yaşlanır. Ueyd dahi və kompüter ustasıdır. Ueyd 8 ayda lisey və kolleci bitirmişdir. Onun boyu cəmi 112 sm-dir. Qara gözlüdür. Çəkisi 178 kq-dır. Afrika-Amerika qarışığıdır. Bəzi insanlara vəzifələrində çox köməkçi olar.
Suveyd ibn Əmr əl-Xatəmi
Süveyd ibn Əmr əl-Xatəmi (ərəb. سُوَیْد بْن عَمْرو الخَثْعَمی‎) — Kərbəlanın sonuncu şəhidi. == Nəsil == Süveyd ibn Əmr ibn Əbu Muta əl-Xatəmi Xəsəm qəbiləsindən olan əsilzadə idi. O, təqvalı, bacarıqlı və cəsur bir döyüşçü kimi tanınırdı. == Aşura günündə == Süveyd Hüseyn ibn Əlinin ordusundan döyüş meydanına gedən sonuncu şəxs idi. O, ağır yaralanana qədər və digər şəhidlər arasında yerə düşüb ölümə buraxılana qədər Yezidin ordusuna qarşı igidliklə vuruşdu. Lakin Süveyd hələ də sağ idi və bir anda insanlardan Hüseynin öldürüldüyünü eşitdi. Böyük səylə ayağa qalxdı və şəhid olana qədər döyüşə davam etdi. Onun Urvə ibn Battan əl-Sələbi və Zeyd ibn Riqad əl-Cənbi tərəfindən öldürüldüyü deyilir.
Übeyd mədəniyyəti
Übeyd mədəniyyəti və ya Obeyd mədəniyyəti — enolit dövrünə aid mədəniyyət. == Ümumi məlumat == E.ə. V minillikdə Yaxın Şərqdə, xüsusilə Mesopotamiyada mədəni inkişafın yüksək səviyyədə olmuşdur. Məhz bu dövrdə ilk dəfə olaraq Mesopotamiyada qədim şəhər mədəniyyətinin meydana çıxdığını, Şumer mədəniyyətinin bünövrəsinin qoyulmuşdur. E.ə. V minillikdə Cənubi Mesopotamiyada mövcud olmuş Ubeyd arxeoloji mədəniyyəti e.ə. V minilliyin birinci yarısında daha da inkişaf edərək yayılmış və Mesopotamiyanın şimal əyalətlərini əhatə etmişdir. Мəlum olduğu kimi, Ubeyd mədəniyyəti protoşumerlərə və şumerlərə aid edilir. Şumer dili Hind-Avropa dilləri ilə qohum olmamış, onun türk dilləri ilə bağlı olmasına dair inkaredilməz dəlillər aşkar olunmuşdur. Bu mədəniyyət üçün xarakterik olan arxasıüstə uzadılmış skeletlərin Мesopotamiyada yayılması şumerlərin gəlişi ilə əlaqələndirilir.
Üveys Cəlayır
Sultan Müizzəddin Üveys Cəlayır (ərəb. سلطان شیخ اویس‎) (1356-1374) — Cəlayırlar sülaləsindən Azərbaycan sultanı. == Həyatı == 1356-cı ildə Tacəddin Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Uveys də atası kimi Azərbaycana olan iddialarından əl çəkmədi. Belə ki, o, 1359-cu ildə Qızıl Orda xanı Canı bəyin Azərbaycana geri qayıtmasından, Əxicunun başçılığı ilə çobani əmirlərinin və başqa feodalların hakimiyyət uğrunda apardıqları ara müharibələrdən yararlanaraq, 60-ci ildə (1358/59) Təbrizi tutur və şəhəri Cəlairilərə xidmət edən, hicri tarixi ilə 759-cu ildən adsız sikkələr zərb edən Təbriz zərbxanası, numizmatik faktdan göründüyü kimi, yenidən cəlairilərin adına sikkələr kəsməyə başlayır. Tarixi mənbələrin qeyd etdiyinə görə, atası Böyük Həsənin 1356-cı ildə ölümündən sonra taxta çıxan Sultan Müizzəddin Üveys (1356-1375) Qızıl Orda hakimlərinə qarşı üsyan qaldıran (1357-ci il) Təbriz əhalisinə kömək məqsədilə oraya gəlir, Təbriz və ölkənin cənub vilayətlərini qızılordalılardan təmizləyir; Azərbaycan, Aran, Muğan, Şirvan cəlayirilərin nüfuzu altına keçir. Təbriz cəlayırlar dövlətinin paytaxtı oldu. Bu dövlətin tərkibinə Azərbaycan (Kürdən cənubdakı ərazi), Ərəb İraqı, Fars İraqı, Ermənistan və Şərqi Anadolu daxil idi. Qarabağ ərazisi isə köçəri Cəlayiri əyanlarının qışlaq yerinə çevrildi. Hakimiyyət dövründə dövlət sistemində Azərbaycanın əzəməti artdı. Cəlayır Şeyx Üveysin hakimiyyəti illərində feodal müharibələrinə nisbətən ara verildi, kənd təsərrüfatında müəyyən dərəcədə dirçəliş, şəhərlərdə bərpa işləri başlandı.
Üveys Paşa
Üveys Paşa (1512 – 1547, Səna) — I Səlimin oğlu və Osmanlı paşası. == Həyatı == Məşhur Osmanlı tarixçisi Gəlibolulu Mustafa Əliyə görə, şahzadəliyi dönəmində I Səlimin adı bilinməyən bir kənizdən olan oğludur. Səlimin taxta çıxdığı il dünyaya gəlmişdir. Mustafa Əlinin Künhü'l-ahbâr əsərində yazdıqlarına görə Şahzadə Üveysin anası evləndirilərək saraydan göndərilmiş ancaq daha sonradan kənizin hamilə olduğu anlaşılmışdır. Bundan sonra kəniz başqasıyla evli olduğundan şahzadə olaraq qəbul edilməmiş, buna baxmayaraq I Səlim Şahzadə Üveysin yetişdirilməsinə diqqət yetirmişdir. == Siyasi fəaliyyəti == Atası I Səlimin vəfatından sonra taxta çıxan qardaşı I Süleyman 1545-ci ildə Üveysi paşa ünvanıyla təltif edərək Yəmən Bəylərbəyi təyin etmişdir. Bundan sonrakı tarixi qaynaqlarda Üveys Paşa anılmaqdadır. Üveys Paşa 1547-ci ildə Yəməndə çıxan bir qiyam əsnasında öldürülmüşdür. Rəvayətə görə, Üveys Paşanın ölüm xəbəri Süleymana çatdırılanda "O mənim ata bir qardaşım idi" demişdir. Bundan başqa Üveys Paşanın Trablusqərb hakimlərindən Saqqızlı Mehmed Paşanın atası olduğu qeyd edilir.
Übeyd Zəkani
Xacə Nizaməddin Übeydullah əz-Zakani (fars. خواجه نظام الدین عبید الله الزاکانی‎; 1301, Qəzvin – 1371, Şiraz), daha çox Übeyd Zəkani (عبید زاکانی) kimi tanınır — Elxanilər dövlətində yaşamış fars şairi. O, fars ədəbiyyatının ən yaxşı satiriklərindən biri hesab olunurdu. Onun ən məşhur əsəri dini riyakarlığa hücum edən siyasi satira olan "Muş-o qorbeh"dir ("Siçan və pişik"). Çox məşhur bir şəxsiyyət olsa da, əsərlərinin əksəriyyətində təxribatçı və ədəbsiz mətnlərdən ibarət olduğu üçün Übeydin yaradıcılığına son vaxtlara qədər az diqqət yetirilirdi. O, Fransa maarifçi yazıçısı Volter ilə müqayisə edilmişdir. == Zəmin == Übeyd islam dövrünün əvvəllərində İranın şimalında Qəzvinə köçmüş ərəb qəbiləsi olan Bənu Xəfacənin nəslindən olan Zəkani ailəsindən idi. Zəkani ailəsi iki qoldan ibarət idi; biri din sahəsi ilə seçilir, digəri isə Übeydin mənsub olduğu mülkədar və bürokratlardan ibarət idi. Übeydin özünün 1319-cu ildən əvvəl Qəzvində anadan olduğu güman edilir. İran o zamanlar monqol Elxani hakimiyyəti altında idi və bu dövr geniş şəkildə fars poeziyasının qızıl dövrü hesab olunurdu.
Dəftərdar Üveys Paşa
Dəftərdar Üveys Paşa (ö. sentyabr 1591) — II Səlim və III Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Atası Aydının köklü ailələrindən olan Qazı Mehmed Əfəndidir. Bu səbəblə atasından aldığı dini təhsilin ardından Tirə qazısı olaraq dövlət xidmətinə başladı. Bu vəzifəsi əsnasında Şahzadə Muradla tanış oldu və onun xidmətinə alınaraq şahzadənin dəftərdarı oldu. Şahzadənin 1574-cü ildə taxta çıxmasıyla o da İstanbula gəldi və Sokollu Mehmed Paşa ilə rəqabət aparmasına baxmayaraq Sultan Murad tərəfindən baş dəftərdar təyin edildi. 1578-ci ildə edam edilən Budin bəylərbəyi Sokollu Mustafa Paşanın yerinə Budinə yollandı. 1579-cu ildə bölgəyə gələn Üveys Paşa o əsnada Avstriya ilə davam edən sülh müzakirələrində iştirak etdi. Bundan başqa əyalət gəlirlərini də artıran Üveys Paşa, düşmən basqını nəticəsində yaranan itkilərdən məsul tutuldu və 3 iyun 1580-ci ildə vəzifədən alındı.
Sultan Üveys Cəlayır
Sultan Müizzəddin Üveys Cəlayır (ərəb. سلطان شیخ اویس‎) (1356-1374) — Cəlayırlar sülaləsindən Azərbaycan sultanı. == Həyatı == 1356-cı ildə Tacəddin Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Uveys də atası kimi Azərbaycana olan iddialarından əl çəkmədi. Belə ki, o, 1359-cu ildə Qızıl Orda xanı Canı bəyin Azərbaycana geri qayıtmasından, Əxicunun başçılığı ilə çobani əmirlərinin və başqa feodalların hakimiyyət uğrunda apardıqları ara müharibələrdən yararlanaraq, 60-ci ildə (1358/59) Təbrizi tutur və şəhəri Cəlairilərə xidmət edən, hicri tarixi ilə 759-cu ildən adsız sikkələr zərb edən Təbriz zərbxanası, numizmatik faktdan göründüyü kimi, yenidən cəlairilərin adına sikkələr kəsməyə başlayır. Tarixi mənbələrin qeyd etdiyinə görə, atası Böyük Həsənin 1356-cı ildə ölümündən sonra taxta çıxan Sultan Müizzəddin Üveys (1356-1375) Qızıl Orda hakimlərinə qarşı üsyan qaldıran (1357-ci il) Təbriz əhalisinə kömək məqsədilə oraya gəlir, Təbriz və ölkənin cənub vilayətlərini qızılordalılardan təmizləyir; Azərbaycan, Aran, Muğan, Şirvan cəlayirilərin nüfuzu altına keçir. Təbriz cəlayırlar dövlətinin paytaxtı oldu. Bu dövlətin tərkibinə Azərbaycan (Kürdən cənubdakı ərazi), Ərəb İraqı, Fars İraqı, Ermənistan və Şərqi Anadolu daxil idi. Qarabağ ərazisi isə köçəri Cəlayiri əyanlarının qışlaq yerinə çevrildi. Hakimiyyət dövründə dövlət sistemində Azərbaycanın əzəməti artdı. Cəlayır Şeyx Üveysin hakimiyyəti illərində feodal müharibələrinə nisbətən ara verildi, kənd təsərrüfatında müəyyən dərəcədə dirçəliş, şəhərlərdə bərpa işləri başlandı.
Sultan Üveys xan
Sultan Üveys xan(Uyğurca: سلطان وایس خان‎‎); ?—1428) — Moğolustan hakimi, Şirəli Xıdırın oğlu. == Həyatı == Sultan Üveys xan Cığatay ulusundan, Tuğluqteymurlu sülaləsindən Şirəli Xıdırın oğludur. Doğum tarixi məlum deyil. Gənc yaşlarından Şirməhəmməd xana qarşı hakimiyyət mübarizəsinə başlamışdı. Onun qəfil ölüm səbəbilə, Əmir Xudadadın yardımı ilə xanlıq taxtına əyləşmişdi. Sultan Üveys xan İslama ürəkdən bağlanmışdı. Bütün moğollara müsəlmanlara qarşı talançı yürüşlərə yasaq qoymuşdu. Kalmaklara (oyratlara) qarşı qəzavat ilə məşğul idi. Məğlubiyyətə uğramış, iki dəfə əsir düşmüşdü. Tarixçi Mirzə Heydər Duqlatın şəhadətinə görə kalmaklara qarşı 61 yürüş etmişdi.
Abdullah ibn Üvey
Abdullah ibn Üvey (9/630-cu ildə vəfat etmişdir) — Mədinədə Xəzrəc qəbiləsinin hörmətli insanlarından biri, sonralar isə münafiqlər qruplaşmasının başçısı olmuşdur. Abdullah ibn Übey Mədinənin başçısı olmaq istəmiş, ancaq şəhərdə İslamın yayılması, eləcə də Məhəmməd peyğəmbərin Mədinəyə hicrət etməsi, onun istəklərinin reallaşmasının qarşısını almışdır. Mədinə İslamın dayağına çevrildikdən sonra, Abdullah ibn Übey müsəlman kimi görünsə də gizli İslam düşməni olmuşdur. Onun törətdikləri əməllər Məhəmməd peyğəmbərə və müsəlmanlara qarşı yönəlmişdir. Abdullah ibn Übey Uhud döyüşündə sayı 300-ə yaxın dəstəsini geriyə çəkməklə, müsəlman qoşununu gücdən salmışdır. Bundan sonra o, zaman-zaman müsəlmanların düşmənləri ilə gizli danışıqlar aparmışdır. Onun məqsədi Mədinədə gücünü artırmaq və Məhəmməd peyğəmbəri şəhərdən qovmaq idi . Abdullah ibn Übey peyğəmbər və müsəlmanlar haqqında yalanlar danışaraq, onları pisləmişdir. Ancaq, etdikləri bu pis əməllərə baxmayaraq, heç bir nəticə əldə edə bilməmişdir. Çünki, onun və dəstəsinin müsəlmanlarla mübarizə aparmaq gücləri olmamışdır.
Kuveyt
Küveyt (ərəb. كويت‎‎) və ya rəsmi adı ilə Küveyt Dövləti (ərəb. دولة الكويت‎‎) — Yaxın Şərqdə dövlət. Küveyt ərəb əsilli dövlətdir. Şimal və qərbdə İraq, cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Şərqdə Fars körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əl-Küveyt şəhəri, ümumi sahəsi 17,820 kvadrat kilometrdir. Küveyt digər ərəb ölkələri kimi zəngin neft ehtiyatlarına malik ölkədir. == Ərazisi == Küveyt dövləti Cənub-Qərbi Asiyada Fars körfəzinin sahilində yerləşir. Sahəsi:17,819 km²-dir.
Avey
Avey kilsəsi — Qazax rayonu ərazisində Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən abidə. Avey Ağstafa FK — 1990-cı ildə Ağstafada yaranmış futbol klubu. Avey (dağ) — Gürcüstan ilə Qazax rayonu arasında yerləşən Kiçik Qafkaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir.
Ceyd
Ceyd (Mortal Kombat) — "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Ceyd (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd.
Qeyd
Qeyd – diqqəti çəkən , vacib bir məsələ barəsində yazı forması. Əsas əlamətləri — lakoniklik, əsas momentlərin diqqətə verilməsi. Yazı analiz deyil, niyə ? sualına cavab vermir. Qeyd qeyd aparan şəxs üçün əhəmiyyət daşımalıdır.
Reyd
Reyd (film, 1985) — təbiəti mühafizə problemləri barədə film. Reyd (termin) — dənizçilik termini.
Veys
Veys (Xuzistan) — İranın Xuzistan ostanının Bavi şəhristanının Veys bəxşində şəhər və bu bəxşin mərkəzi. Veys Morid (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. ‎Azad Veys-i Ülya (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Veyz
𐕛 (səslənməsi /v/, transkripsiyası V, v) — Alban əlifbasının 44-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Վէզ (Vēz) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır. Demək olar ki, bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki V səsi ilə eyniləşdirirlər. Bu hərfə alban dilindəki orijinal sözlərdə adətən ilk hərf kimi rast gəlinsə də, ortada və sonda çox nadir hallarda görmək mümkündür.
Anna Freyd
Anna Freyd (alm. Anna Freud‎; 3 dekabr 1895, Vyana – 9 oktyabr 1982, London) — avstriya mənşəli ingilis psixoloqu. Usaq psixoanalizinin yaradıcılarından biridir. Tanınmış psixoloq Ziqmund Freydin qızıdır.
Cuveyn şəhristanı
Cuveyn şəhristanı— İranın Rəzəvi Xorasan ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Niqab şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 49,583 nəfər və 12,982 ailədən ibarət idi.
Tarix-i Şeyx Üveys
Tarix-i Şeyx Üveys — XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhərinin ümumtarix əsəri Cəlairi sultanı Şeyx Üveysə (1356–1374) həsr olunmuşdur. Fars dilində yazılmış bu əsərin 1304–1359-cu illərdə baş vermiş hadisələrə həsr olunmuş qismi Azərbaycan tarixinin öyrənilməsi üçün qiymətli mənbədir. Əsərdə Elxanilər dövlətinin tənəzzülü və Cəlairilər dövlətinin təşəkkülü prosesi işlənilir.Əsərdə Qızıl Orda hökmdarı Canı bəyin yürüşlərindən, Azərbaycanı tutmasından, Çobani hakimiyyətindən, Çobanilər ilə Qızıl Orda arasındakı mübarizədən və nəhayət Cəlairi Üveysin dövründən söhbət açılır. Əsər Azərbaycanın tarixindən ayrılıqda bəhs etmir, lakin bir sıra mənbələrdə Azərbaycana xüsusi diqqət yetirilmiş, burada baş vermiş hadisələrin təsvirinə geniş yer verilmişdir. Bu cəhətdən Əbu Bəkr əl-Qütbi əl-Əhərinin "Tarixi Şeyx Üveys" əsəri müstəsna əhəmiyyət kəsb edir. == Nəşrləri == Əbu Bəkr əl-Qütbi əl-Əhəri. Tarix-e şeyx Üveys. Farscadan tərcümə M. D. Kazımov və V. Z. Piriyevdir. Bakı, 1984. == İstinadlar == == Ədəbiyyat == Xeyirbəy Qasımov.
Cumeyd Palması
Cumeyra palması (ərəb. نخلة الجميرة‎) — Birləşmiş Ərəb Əmirliklərindəki Dubay əmirliyinin dəniz sahilinə yaxın süni ada. Nakheel developer şirkəti tərəfindən yaradılıb. Palma adalarından biridir.
Kan Yuvey
Kan Yuvey (çin dili|康有為|康有为|Kāng Yǒuwéi) 19 mart 1858-ci il — 31 mart 1927-ci il) — Çin filosofu, Tzin dövrünün islahatçısı , kalliqraf.
Pleyd Kamri
Pleyd Kamri – Uels Partiyası (vall Plaid Cymru – the Party of Wales, qısa Plaid kimi tanınır) – Uelsdə mövcud olan siyasi partiya. == Tarixi == == İştirak etdiyi seçkilər == == Hökumətdə və parlamentdə təmsilçiliyi == == Himni == == Bayrağı və emblemi == == Partiya qərargahı == 1925-cü ildə yaradılan və Uels siyasi tarixində mühüm yer tutan partiyalardan olan Pleyd Kamri partiyasının mənzil qərargahı Kardiff şəhərində yerləşir.
Stefan Sveyq
Stefan Sveyq (almanca Stefan Zweig, 28 noyabr 1881[…], Vyana, Avstriya-Macarıstan – 22 fevral 1942, Petropolis, Rio-de-Janeyro) — alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist. == Həyatı == Stefan Zveyq zəngin bir yəhudi tekstil istehsalçısı (fabrikant) olan Moritz Zveyq və yəhudi bankirin qızı olan İda Brettauerin oğlu olaraq Vianada dünyaya gəldi.Yazıçının uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat yoxdur: özü bu haqda hər zaman çox xəsisliklə danışıb. 1900-cu ildə gimnaziyanı bitirdikdən sonra Sveyq Vyana universitetinə daxil olub. Artıq tələbəlik illərində öz vəsaiti hesabına “Gümüş Simlər” (Silberne Saiten) adlı ilk şeirlər kitabını dərc etdirib. Vyana Universitetində elmi dərəcəsini tamamladıqdan sonra Londona, Parisə (1905) yollanıb, daha sonra İtaliyanı və İspaniyanı (1906), Hindistanı, ABŞ-ni, Kubanı, Panamanı (1912) səyahət edib. Birinci Dünya savaşının son illərində (1917-1918) İsveçrədə, 1919-1934-cü illərdəsə Salzburqda yaşayıb. Savaş əleyhinə kəskin çıxışlar edib. Nasistlər hakimiyyətə gələndən sonra Salzburqu tərk etmək məcburiyyətində qalıb. 1938-ci ildə İngiltərəyə, 1939-da isə Nyu-Yorka gedib, bir neçə ay sonra da Braziliyaya yollanıb. Yaradıcılığının ilk illərində Verlendən, Bodlerdən və Emil Verxarndan etdiyi tərcümələrlə tanınıb.
Svend Ollinq
Svend Ollinq (9 noyabr 1967) — Danimarka diplomatı. Danimarkanın Türkiyədəki (2016-cı ildən) və Azərbaycandakı (2017-ci ildən) fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Svend Ollinq 9 noyabr 1967-ci ildə Qlostrupda anadan olmuşdur. Kopenhagen Universitetini bitirmişdir. == Diplomatik fəaliyyəti == Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunduqdan sonra o, öz etimadnaməsini Azərbaycan Prezidentinə 2017-ci ilin mart ayının 26-da təqdim etmişdir. == Ailəsi == Ann Kyer Ollinq ilə evlidir. Bu evlilikdən onların üç övladı var: Asbyörn (1997), Astrid (1999) və İnqrid Kyer (2004).
Umayd-Bhavan
Umayd-Bhavan (ing. Umaid Bhawan Palace) — Hindistanın Racastan ştatının Codhpur şəhərində saray və dünyanın ən böyük şəxsi iqamətgahlarından biridir. Sarayın ərazisinin bir hissəsində "Taj Hotels" şəbəkəsi tərəfindən idarə olunan mehmanxana fəaliyyət göstərir. Saray öz adını Codhpurun hazırkı maharacisinin babası maharaci Umayd Sinqhin şərəfinə almışdır, saray onun hakimiyyəti dövründə Mehrangarh qalasını əvəz etmək üçün tikilmişdir. Sarayın ilkin adı Çittar (Chittar Palace) idi, çünki şəhər daxilində yüksək Çittar təpəsində yerləşirdi. Tikinti 1929-cu il noyabrın 18-də başlanmış və 1943-cü ildə tamamlanmışdır.. == Tikili == Saray 10,5 hektar ərazini əhatə edir ki, bunun da 1,4 hektarı binalar, 6,1 hektarı isə bağlardır. O Codhpur şəhərinin cənub-şərq kənarındakı Çittar təpəsində yerləşir. Tikinti 3000-5000 işçinin iştirakı ilə 15 ilə başa gəlib. Tikintidə sementdən istifadə olunmayıb.
Useyn Bolt
Useyn Bolt (21 avqust 1986[…]) — Yamayka yüngül otleti, qısa məsafəyə qaçış üzrə ixtisaslaşmış, 8 qat olimpia çempionu və 11 qat dünya çempionu, oyunları ərzində 8 dəfə dünya rekordu qeyd edilən, Qaçışda 100-9.58, 200 – 19.19 göstərici ilə dünya rekordu qazanan. Həmçinin tarixdə 100-200 metr məsafədə ən sürətli sprinteri Hüseyn Bolt Şimalı Yamaykanın Treloni vilayətinin balaca kəndi olan Şervud-Kontent-də meyvə-tərəvə dükanı sahibi Uelsli Bolt və Jennifer Boltun ailəsində anadan olmuşdur. Onun doğma dili yamayka-kreol dilidir. Dini mənsubluğu isə - xristian –katolik sayılır. Həmçinin Useynin balaca qardaşı və Şerin adında böyük bacısı var. Uşaqlıqdan o, çox aktiv uşaq olmuşdu. Onun ən sevimli oyunu- krekit idi. O, bu oyunu öz evlərinin qarşısında top əvəzinə portağalla oynayırdı. Daha sonra valideynləri onu Valdensiya başlanğıc məktəbinə qoydular. Valdensiya məktəbinin direktoru Mamra Fleş öz xatirələrində qeyd edir ki, “Hüseyn Bolt, yaxşı tərbiyəli, enerjili, həyatsevər uşaq olub.
Uvays Axtayev
Uvays Majidoviç Axtayev (rus. Ува́йс Мажи́дович Ахта́ев; 26 dekabr 1930 – 12 iyun 1978, Qroznı) — sovet basketbolçusu. Basketbol üzrə SSRİ millisinin üzvü. 1947–1957-ci illərdə Almatı şəhərinin "Burevestnik" komandasında çıxış edirdi. == Həyatı == === Başlanğıc === 26 dekabr 1930-cu ildə Çeçen-İnquş MSSR Şatoy rayonunun Vaşendaroy kəndində anadan olub. 23 fevral 1944-cü ildə Karaqandaya (Qazaxıstan SSR) deportasiya edildi. Uşaqlıqda həmyaşıdları arasında çox da fərqlənmirdi. Yeniyetməlik dövründə sürətlə böyüməyə başladı. Sürgün zamanı təxminən 2 metr boya sahib idi.Sürgünün ilk illərində bir çox çeçen və inguş aclıq və çətinlik üzündən öldü. Yaşamaq üçün təzə yerə köçürdülmüşlər dəfələrlə yemək və odun oğurlamaq məcburiyyətində qalırdılar.
Ziqmund Freyd
Ziqmund Freud (Almanca tələffüz: [ˈziːɡmʊnt ˈfʁɔʏt]), doğma adı ilə Sigismund Şlomo Freyd (6 may 1856[…] – 23 sentyabr 1939[…], London, Birləşmiş Krallıq) — psixoanaliz elminin banisi olan avstriyalı nevroloq. == Həyatı == Miliyyətcə yəhudidir. Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient (yaxud "analisand") və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır. Sonralar tez-tez psixoanaliz adlandırılan psixologiyadakı psixodinamik yanaşma Freyd tərəfindən işlənmişdir. "Psixodinamik" terminin özü şəxsiyyətin ayrı-ayrı aspektləri: instinkt, təfəkkür və şüur arasında arasıkəsilməyən mübarizəni nəzərdə tutur. Psixoanalitik müəlliflər kişi və qadın arasındakı psixoloji fərqlərə diqqət yetirir, lakin qadın gender rollarının inkişafı barədə çox vaxt kişi inkişafı ilə bağlı təsəvvürlərə əsaslanaraq ümumi nəzəri nəticə çıxarmağa cəhd göstərirdilər. Patriarxallıq motivləri başlıca əlamət kimi bütün psixoanalizdən keçir və qadın kiçilmiş kişi olaraq qəbul edilir. Freydin başlıca nailiyyətləri arasında üç komponentli ("o", "mən" və "Super mən") quruluşa malik psixi model, şəxsiyyətin psixoseksual inkişafının spesifik mərhələləri, edip kompleksi, psixikada mövcud olan müdafiə mexanizmlərinin aşkarlanması, "təhtəlşüur" anlayışının psixologiyalaşdırılması, sərbəst assosiasiyalar və yuxuyozmalar kimi terapevtik metodların yazılanmasını qeyd etmək mümkündür. Freydin şəxsiyyətinin və onun ideyalarının psixoanalizə göstərdiyi təsir böyüklüyünə baxmayaraq, bəzi alimlər onun əsərlərini intellektual şarlatanlıq adlandırırlar. Freydizm nəzəriyyəsinin hər bir postulatı Karl Yapers, Erix Fomm, Albert Ellis, Karl Kraus və d.
Süveyş
Süveyş (ərəb. السويس‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 485.342 nəfərdir (2006).
Vəfd
Hizb əl-Vəfd (ərəb. حزب الوفد‎‎; mənası – Nümayəndələr partiyası) — 1918–1953-cü illərdə milli azadlıq hərəkatına rəhbərlik edən liberal-milliyətçi istiqamətli Misirin ən böyük tarixi partiyası. Misir krallığının konstitusiyalı monarxiyaya doğru təkamülünü dəstəkləmişdir. 1952-ci il inqilabından sonra ləğv edilmişdir. 1918-ci ilin noyabrında Səd Zəğlul tərəfindən yaradılmışdlr. Əvvəlcə 7 nəfərdən ibarət komitə idi. 1924-cü ildə kütləvi siyasi parlament partiyasına çevrilmişdir. 1927-ci ildən Mustafa Nəhhas Paşa rəhbərlik edirdi. Bu, milli burjuaziyanın partiyası idi ki, onun tərkibinə ziyalıların, mülkədarların və xırda burjuaziyanın nümayəndələri də daxil idi. Misirin müstəqil burjua dövlətinə çevrilməsini özünün əsas məqsədi kimi görür, lakin bəzən ingilis imperialistləri ilə danışıqlar aparır, kütlələrin inqilabi fəaliyyətini cilovlayırdı.
Üvəz
Quşarmudu (lat. Sorbus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanın dağ-meşə rayonlarında quşarmudunun 11 növü yayılmışdır.