Üvezpınar
Üvezpınar — Türkiyədə, Yalova vilayətinin Termal rayonunda məhəllə. Məhəllədəki fontan hər il Superliqada çempion olan komandanın rənglərinə boyanır. Məhəllə əhalisi laz dilinin hopa ləhcəsində danışır. Məhəllədə təhsil fəaliyyətinə 1934-cü ildən başlanılmışdır. Məktəb binası 1944-cü ildə dəyişdirilmişdir. 1967-ci ildə məhəllədəki ibtidai məktəbdə 71 şagird oxuyur, 2 müəllim işləyirdi.
== Tarixi ==
1893-cü il müharibəsindən sonra məhəlləyə xeyli laz əhalisi köçmüşdür. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı məhəllə rumlar tərəfindən yandırılmış və məhəllə əhalisi qismən qətlə yetirilmişdir. Məhəllə 1910-cu ildən eyni addadır. Əvvəllər Göyçədərə kəndinin məhəlləsi olduğu halda, 9 iyul 1949-cu ildə kənd statusu almışdır.