Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ələddin
Ələddin (ərəb. علاء الدين‎‎, ʻAlāʼ ad-Dīn‎) - Min bir gecə əsərinin qəhrəmanlarından biridir. Bəzi alimlər "Ələddin" personajının kitaba daxil olmadığını və qərb mədəniyyətindən gəldiyini iddia edirlər. Fransız tərcüməçisi Antuan Qallan "Min bir gecə" əsərini tərcümə edən zaman "Ələddinin sehrli çırağı" əhvalatı haqqında məlumat vermişdir. Ələddin və sehrli çırağı haqqında bir çox film və cizgi filmlər mövcuddur.
Ələddin (ad)
Ələddin — Kişi adı. Ələddin Abbasov — Azərbaycan teatr və kino aktyoru. Ələddin Allahverdiyev — Azərbaycan, Rusiya və SSRİ alimi. Ələddin Əhmədov — Texnika elmləri doktoru, Professor Ələddin Əsədov — Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədr müavini Ələddin Əsgərov — professor. Ələddin İncəli — Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələddin Paşa — sədrəzəmlik etmiş Osmanlı dövlət adamı Ələddin Süleymanov — Qarabağ müharibəsinin iştirakçısı, şəhid. Ələddin Səidov — Vətən müharibəsinin iştirakçısı, şəhid. Ələddin Cüveyni — fars tarixçisi və dövlət xadimi.
Ələddin (dəqiqləşdirmə)
Ələddin (ad)
Ələddin (seriyalar)
Ələddin (seriyalar) — "The Walt Disney Company" şirkəti tərəfindən istehsal edilən cizgi seriyalarıdır.
Ələddin (Ərdəbil)
Ələddin (fars. علاالدين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (31 ailə).
Ələddin Abbasov
Ələddin Aslan oğlu Abbasov (5 may 1922, Gəncə – 13 iyul 2014, Gəncə) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1971). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2003) Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncə şəhərində doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcıhğı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb. Ələddin Abbasov 13 iyul 2014-cü ildə 92 yaşında vəfat etmişdir. Gəncə şəhər Fəxri xiyabanında dəfn edilmişdir. Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aslan Abbasovun əmisidir. Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb.
Ələddin Allahverdiyev
Ələddin Məmmədhüseyn oğlu Allahverdiyev (29 may 1947, Kəsəmən, Basarkeçər rayonu) — Dünya okeanı və kosmik fəzanın tədqiqatlarında, dəniz seysmik kəşfiyyatı, elektron, müdafiə və tibb sənayesində istifadə olunan piezoelektrik cihazların və aparatların yaradılmasında dalğa və rəqs proseslərinin öyrənilməsi üçün riyazi modellərin və metodların yaradılması sahəsində Sovet, Rusiya və Azərbaycan alimi. Professor (2001). Ələddin Allahverdiyev 1947-ci il may ayının 29-da Qərbi Azərbaycanda Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1964-cü ildə Bakı şəhərindəki 190 saylı orta məktəbi medalla bitirib (məktəbi medalla bitirən ilk Kəsəmənlidir), S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsinə daxil olmuşdur. Üçüncü kursu bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir. Həmin Universiteti bitirdikdən sonra onun aspiranturasında saxlanılmış, Moskva Dövlət Universitetinin qapalı Elmi Şurasında "Pyezoelektrik konstruksiyaların əlaqəli rəqslərdə elektrofiziki parametrlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi rəhbəri Sosialist Əməyi Qəhrəmanı akademik Xəlil Raxmatulin olmuşdur. Moskva Dövlət Universitetində təhsilini başa vurduqdan sonra təyinatla SSRİ Elektron Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat “FONON” institutuna işə qəbul edilmiş, 1974-1994-cü illərdə kiçik elmi işçi, baş elmi işçi və “Riyazi modelləşdirmə” şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2001-ci ildə Ələddin Allahverdiyev Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür. Onun elmi rəhbərliyi altında 7 nəfər (o cümlədən 3 azərbaycanlı) namizədlik dissertasiyası müdafiə etmişdir, o onlarla dissertasiyanın müdafiəsində rəsmi opponent olmuşdur.
Ələddin Eyvazov
Ələddin Qismət oğlu Eyvazov (26 mart 1967, İsmətli, Puşkin rayonu) — Azərbaycan alimi, aqrar elmlər üzrə fəlsəfə doktoru, 16.11.2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun, 28.07.2022-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş direktoru. Ələddin Eyvazov 26 mart 1967-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. 1984-cü ildə İsmətli kənd orta məktəbini bitirib, həmin ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvə-Tərəvəzçilik və Üzümçülük fakültəsinə daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək alim aqronom ixtisasına yiyələnmişdir.2013–2014-cü illərdə həmin universitetin baytarlıq fakültəsində distant təhsil alaraq baytar həkim ixtisasını almışdır. Ə. Eyvazov 1991–1994-cü illərdə KTN Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda kiçik elmi işçi, 1994–2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında aparıcı aqronom, baş aqronom, aparıcı mütəxəssis, aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb. 2005-ci ilin sentyabr ayından 2015-ci ilin iyul ayına qədər KTN yanında DFNX-nin rəis müavini vəzifəsində çalışmış, Respublikanın baş dövlət fitosanitar müfəttişinin müavini olmuşdur. 3 iyul 2015-ci il tarixdən 11 may 2018-ci il tarixə qədər KTN Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, həmin tarixdən 21 iyun 2018-ci il tarixə qədər KTN Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru vəzifəsində işləmişdir. 2018–2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi vəzifəsində çalışmışdır. 05 mart 2020-ci ildən 16.11.2020-ci ilə kimi AMEA-nın İşlər İdarəsinin müdir müavini vəzifəsində çalışıb. 16.11.2020-ci ildən 28.07.2022-ci ilədək AMEA Zoologiya İnstitutunun direktoru, 28 iyul 2022-ci ildən hal-hazıradək ETN Zoologiya İnstitutunun baş direktoru vəzifəsində çalışır.
Ələddin Mahmudov
Ələddin Mahmudov — azərbaycanlı fizika-riyaziyyat elmləri doktoru, professor. Avqust ayında doğum günü qeyd edilən görkəmli şəxsiyyətlərdən biri də professor Ələddin Mahmudovdur. O, Azərbaycan riyaziyyat elminin tanınmış nümayəndələrndən biridir. Fizika-riyaziyyat elmləri doktoru Ə. Mahmudov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru olmuşdur. O, qeyri-xətti analizin bəzi məsələləri və operatorların spektral nəzəriyyəsi üzrə respublikamızın ən tanınmış mütəxəssislərindən biri sayılır. Ələddin Mahmudov 11 avqust 1934-cü il Gürcüstan Respublikasının Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Orta məktəbi 1954-cü ildə medalla bitirərək elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1959-cu ildə oranı bitirdikdən sonra ADU-nun aspiranturasında təhsilini davam etdirmişdir. Ə.Mahmudov 1963-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Qoşqar Əhmədovun rəhbərliyi altında "Hammerşteyn tipli qeyri-xətti inteqral tənliklər sisteminin həlli barədə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində "Qeyri-xətti tənliklərin məxsusi elementlərinin tamlığı haqqında" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1987-ci ildə isə ona çalışdığı Riyazi analiz kafedrasının professoru elmi adı verilmişdir.
Ələddin Məlikov
Ələddin Mehman oğlu Məlikov (16 sentyabr 1982, Sumqayıt) — müəllim, fəlsəfə və din fəlsəfəsi tədqiqatçısı, epistemoloq, şərqşünas, tərcüməçi və araşdırmaçı yazar, fəlsəfə üzrə elmlər doktoru, dosent. Ələddin Məlikov 16 sentyabr 1982-ci ildə Azərbaycan SSR-nin Sumqayıt şəhərində anadan olmuşdur. 1989-cu ilin sentyabr ayının biri tam orta məktəbə getmiş və 2000-ci ildə Z.Nəcəfov adına orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. Ailəlidir. 1989–2000-ci illər şəhid Z.Nəcəfov adına iki saylı tam orta məktəbdə təhsil almışdır. 2000–2004-ci illərdə Ümumdünya İslam Elmləri Akademiyası, Dinşünaslıq fakültəsi, "İslam fəlsəfəsi və mistikası" ixtisası üzrə bakalavr pilləsi. 2004–2007-ci illərdə Qərb fəlsəfəsi üzrə "fəlsəfə və elmin metodologiyası" ixtisası, magistr pilləsi. 2007–2010-cu illərdə, Fəlsəfə tarixi üzrə "fəlsəfə doktoru" (Ph.D) elmi dərəcəsi. 2010–2013-cü illərdə "Transandental fəlsəfə" üzrə "fəlsəfə elmlər doktoru" elmi dərəcəsi. 2011–2013-cü illərdə fəlsəfənin tədrisi, elmi konfranslarda iştirakı, aktual elmi müddəaların həlli, əsaslandırması və göstərmiş təhsil, tədris, tədqiqat fəaliyyətlərinin qiymətləndirilməsi sonuçu, "dosent" elmi adı verilmişdir.
Ələddin Məmmədov
Ələddin Paşa
Ələddin Paşa (1281, Söğüt, Biləcik ili – 1333, Bursa) — İkinci Osmanlı padşahı olan Orxan Qazi dönəmində, təxminən 1320–1331 müddətində sədrəzəmlik etmiş Osmanlı dövlət adamı. İlk Osmanlı tarixçiləri olan Aşiqpaşazadə, Oruc bəy, Nəsri, İbn Kamalın qeydlərinə görə ilk Osmanlı sədrəzəmi olan Ələddin Paşa ilk Osmanlı padşahı I. Osman Qazinin oğlu idi. Ələddin Paşa atasının səltənəti dönəmində məsləhətlər vermiş, daha sonra atasının əmriylə babası Şeyx Ədəbalının yanına Biləciyə getmiş və burada ona xidmət etməyə başlamışdır. Dövrün tarixi qaynaqlarında atasının vəfatından sonra təşkil olunan müşavirə məclisində taxtdan imtina etdiyi və qardaşı şahzadə Orxanı taxta layiq gördüyü göstərilir. Ələddin bəy vəzirlik dövründə maliyyə, saray geyimi, ordu və qanun tərtibatı ilə bağlı mühüm islahatlar aparmış, onun məsləhəti ilə Orxan Qazinin adına sikkə kəsilmişdir. İlk nizami piyada ordusu və ilk Osmanlı qanunnaməsi məhz onun vəzirlik dövründə tərtib edilmişdir. 1331 tarixində vəzirlikdən ayrılaraq sadə həyat tərzi keçirmiş, bundan 2 il sonra Biga qalasında vəfat etmişdir. Cənazəsi Bursadakı Osman Qazi türbəsinə dəfn edilmişdir. Ölümündən sonra övladlarına səltənət tərəfindən hörmət əlaməti olaraq Ələddin Paşanın adına xeyriyyə cəmiyyəti qurulmuşdur. Əlaəddin Paşa Bələdin qızı ilə evləndi və bu evlilikdən təxminən səkkiz övladı oldu: Hörmətli Kılıç: Onların uşaqları var idi.
Ələddin Quliyev
Ələddin Musa oğlu Quliyev(30 iyul 1927, Gəncə – 1983, Bakı) — kimya elmləri doktoru (1967), professor (1968), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1980). Ələddin Quliyev 1927-ci il iyulun 30-da Gəncə şəhərində anadan olub. Ali təhsilini 1949-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Mühəndis-kimyaçı texnoloq ixtisası üzrə bitirib. Ələddin Quliyev 1955-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1967-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1968-ci ildə professor elmi adını alıb. 1972-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib. Alim 300-ə yaxın elmi əsərin, o cümlədən 5 monoqrafiya, 70 mü­əlliflik şəhadətnaməsinin və patentin müəllifidir. O, dəfələrlə Beynəlxalq və Ümumittifaq konqres və simpo­zium­larda iştirak edib. Ələddin Quliyevin rəhbərliyi ilə 15 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib. Ələddin Quliyevin elmi fəaliyyəti əsasən neft və qazın kimyəvi emalı nəzə­riyyəsi və texnologiyası məsələlərinə həsr edilib. Onun rəhbərliyi ilə hərəkət edən sorbent təbəqəsində maye karbo­hid­rogen­lərdən normal parafinlər alınması texnologiyası hazırlanıb, çoxkom­ponentli qaz sistemlərini fasiləsiz adsorbsiya-xromotoqrafiya üsulu ilə ayır­manın nəzəri əsasları müəyyənləşdirilib.
Ələddin Sultanov
Ələddin Camal oğlu Sultanov (31 iyul 1928, Gəncə – 31 mart 2020, Bakıxanov) — Naxçıvan MSSR prokuroru. 31 iyul 1928-ci ildə Gəncə şəhərində anadan olub. 1947-ci ildə Gəncə şəhərinin M. Ə. Sabir adına orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və 1952-ci ildə fərqlənmə ilə bitirib. 1952-ci il Bərdə Rayon Prokurorluğunun müstəntiqi, 1956-cı il Bakı şəhəri Voroşilov Rayonu Prokurorluğun müstəntiqi, 1959-cu il Bakı Şəhər Prokurorluğunun baş müstəntiqi, 1963-cü il Bakı şəhəri Oktyabr Rayon Prokurorluğunda prokuror müavini, 1966-cı il Bakı şəhəri 26 Bakı Komissarları rayonun prokurorunun müavini, 1967-ci il Mingəçevir şəhər prokuroru, 1970-ci il Lənkaran rayonun prokuroru, 1977-ci il Bakı şəhər Lenin rayonun prokuroru, 1979-cu il Bakı şəhər prokurorunun müavini, istintaq şöbəsinin rəisi, 1980-ci il Naxçıvan MSSR prokuroru, 1981-ci il Azərbaycan SSR prokurorunun 1-ci müavini, 1987-ci il Azərbaycan SSR Ədliyyə Nazirliyinin Hüquqşünas Kadrların Təkmilləşdirilməsi İnstitutunun prorektoru, 1990-cı il Azərbaycan Respublika Baş Prokurorunun xüsusi işlər üzrə köməkçisi, 1992-ci il Bakı Şəhər İcra Hakimiyyətinin Başçının müavini, aparatının rəhbəri olaraq çalışmışdır. Ələddin Sultanov 14 iyul 1998-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi təyin olunmuşdur. Ailəli olmuşdur, 4 övladı var. Ələddin Sultanov Azərbaycan SSR sənaye tikintisi naziri Qurban Sultanovun qardaşıdır. 26 may 1972-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı 7 sentyabr 1981-ci ildə SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi. 26 may 1982-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Xalqlar dostluğu" ordeni. 12 iyul 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı 31 iyul 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni.
Ələddin Süleymanov
Ələddin Səidov
Ələddin Azər oğlu Səidov (17 iyun 1992; Bakı şəhəri – 3 noyabr 2020; Şuşa) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ələddin Səidov 17 iyun 1992-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda anadan olub. 1998-2009-ci illərdə 193 nömrəli tam orta məktəbində təhsil almışdır. 2009-2013-ci illərdə isə Azərbaycan Texniki Universitetinin Maşınqayırma və Robototexnika fakültəsində təhsil almışdır. Nişanlı idi. Azərbaycan Ordusunun əsgəri olan Ələddin Səidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Ələddin Səidov noyabrın 3-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəhid Bakı şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələddin Səidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələddin Səidov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ələddin Xəlilov
Ələddin bəy
Ələddin Paşa (1281, Söğüt, Biləcik ili – 1333, Bursa) — İkinci Osmanlı padşahı olan Orxan Qazi dönəmində, təxminən 1320–1331 müddətində sədrəzəmlik etmiş Osmanlı dövlət adamı. İlk Osmanlı tarixçiləri olan Aşiqpaşazadə, Oruc bəy, Nəsri, İbn Kamalın qeydlərinə görə ilk Osmanlı sədrəzəmi olan Ələddin Paşa ilk Osmanlı padşahı I. Osman Qazinin oğlu idi. Ələddin Paşa atasının səltənəti dönəmində məsləhətlər vermiş, daha sonra atasının əmriylə babası Şeyx Ədəbalının yanına Biləciyə getmiş və burada ona xidmət etməyə başlamışdır. Dövrün tarixi qaynaqlarında atasının vəfatından sonra təşkil olunan müşavirə məclisində taxtdan imtina etdiyi və qardaşı şahzadə Orxanı taxta layiq gördüyü göstərilir. Ələddin bəy vəzirlik dövründə maliyyə, saray geyimi, ordu və qanun tərtibatı ilə bağlı mühüm islahatlar aparmış, onun məsləhəti ilə Orxan Qazinin adına sikkə kəsilmişdir. İlk nizami piyada ordusu və ilk Osmanlı qanunnaməsi məhz onun vəzirlik dövründə tərtib edilmişdir. 1331 tarixində vəzirlikdən ayrılaraq sadə həyat tərzi keçirmiş, bundan 2 il sonra Biga qalasında vəfat etmişdir. Cənazəsi Bursadakı Osman Qazi türbəsinə dəfn edilmişdir. Ölümündən sonra övladlarına səltənət tərəfindən hörmət əlaməti olaraq Ələddin Paşanın adına xeyriyyə cəmiyyəti qurulmuşdur. Əlaəddin Paşa Bələdin qızı ilə evləndi və bu evlilikdən təxminən səkkiz övladı oldu: Hörmətli Kılıç: Onların uşaqları var idi.
Ələddin Çakıcı
Ələddin Çakıcı (türk. Alaattin Çakıcı; 20 yanvar 1953) — Türkiyənin mütəşəkkil cinayət aləminin liderlərindən biri. Ultra-millətçi Bozqurdlar təşkilatının keçmiş üzvü. Ələddin Çakıcı 1998-ci il avqustun 17-də modelyer Canan Yaka və müğənni Səlcuq Uralın qızı Asan Ural ilə Fransanın Nitsa şəhərində tutulmuşdur. Saxlanılma zamanı Çakıcının üzərində Nedim Canerə verilmiş qırmızı pasport və 17 min dollar aşkar edilmişdir. Tükiyədə 5 illik həbs yatdıqdan sonra ölkəni qanunsuz olaraq tərk etmişdir. Çakıcı 2004-cü ildə türk və Avstriya polisinin birlikdə keçirdiyi əməliyyat sonrası Qrats şəhərində oğlunu xəstəxanada ziyarət edərkən saxlanılmışdır. Türkiyənin tələbi ilə Avstriyadan deport edilən Çakıcı ölkəsində məhkəmə qarşısına çıxarılmış və bir çox cinayətlərdə ittiham edilərək ümumilikdə 36 il 8 ay həbs cəzasına məhkum edilmişdir. 2020-ci il aprelin 15-də Ələddin Çakıcı həbsdən vaxtından əvvəl azad edilmişdir. Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) aparıcı işçisi Mehmet Eymur müsahibəsində Çakıcını gizli MİT əməliyyatına cəlb edən ilk şəxs olduğunu söyləmişdi.
Ələddin Çələbi
Ələddin Çələbi (Hələb – 1496, Ədirnə) — Osmanlı alimi və şeyxülislamı. Hələbdə dünyaya gəlmiş, bu səbəblə Ərəbi ləqəbiylə məşhurlaşmışdır. Burada təhsilini tamamladıqdan sonra Ədirnəyə gəldi və Molla Güranidən dərslər aldı. Daha sonra Ədirnədəki Darülhədis müdərrisi Fəxrəddin Əcəminin müridi və Bursa Kaplıca mədrəsəsinə müdərris oldu. Bu əsnada xəlvətiyyə təriqətinin məşhur simalarından Şeyx Ələddin Əlinin xidmətinə girdi. Ancaq çox keçmədən şeyx sürgün edildi və buna etiraz olaraq Ələddin Çələbi də Manisaya sürgün edildi. Burada Şahzadə Mustafanın himayəsinə girdi. Onun vasitəçiliyi ilə çox keçmədən bağışlandı və Sahn-ı səman müdərrisi oldu. 1495-ci ilin aprelində 100 axca maaşla şeyxülislamlığa gətirildi. Ancaq bu vəzifədə çox qala bilmədi və 1496-cı ilin aprelində vəfat etdi.
Ələddin İncəli
Ələddin İncəli (20 may 1930, Qazax rayonu – 9 noyabr 2017) — Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Qazax rayon kino birliyinin direktoru kimi də fəaliyyət göstərib. Ələddin İncəli (Ələddin Məhəmməd oğlu Həsənli) 1930-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1947-ci ildə Kəmərli kənd məktəbini bitirmişdir. 1951-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Ağdərə rayonunun Manikli kənd orta məktəbində dil=ədəbiyyat müəllimi və dərs hissə müdiri (1951-1954), 1954-cü ildən Qazax rayon qəzetində ədəbi işçi və şöbə müdiri (1954-1962) , "Kommuna yolu" qəzetində ədəbi işçi, "Göyəzən" qəzetində ədəbi işçi və məsul katib, Ağstafada "Qalibiyyət bayrağı" qəzetində kənd təsərrufati şöbəsinin müdiri (1962-1966) və redaktor müavini (1971-1991) vəzifələrində , sonralar Rayon partiya komitəsində təlimatçı , Maarif şöbəsində metodist, rayon kino birliyində direktor (1966-1971), M.V.Vidadi adına Qazax dram teatrında ədəbi hissə müdiri vəzifələrində çalışmışdır. Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Ədəbi yaradıcılığa 50-ci illərdə başlamışdır. Sovet hakimiyyəti illərində "Ceyran"(1970), "Gəl Kür qırağına"(1980) kitabları, "Gedin deyin Xançobana", "Əfsanə", "Nifaq alması" pyesləri, Müstəqillik illərində isə "Əlvida, XIX əsr (2001), Salam, üçüncü minillik (2002), "Ömür istə", "Ömrün illəri", "Babam buyurdu", "Mərdi- mərdanə", "Yetişdim 80-nə, Vətən", "söz incilərim", "Qarabağnamə", "O illər hanı", "Salam, İstanbul", "Yeddi güllə (nəşr), "Pyeslər", "Könül rübabım"(2014), "İllər, sizinəm"(2016) kimi şerlər toplusu nəşr olunmuşdur.
Ələddin Şamilov
Ələddin Xalıqverdi oğlu Şamilov (10 mart 1943, Qoşabulaq, Basarkeçər rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. Ələddin Şamilov 1943-cü ildə Basarkeçər rayonunun Qoşabulaq kəndində kolxozçu ailəsində anadan olmuş, 1963-cü ildə Gəncə Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, iki il əsgərlik, daha sonra isə iki il anadan olduğu kənddə müəllim işləmiş və 1967-ci ildə Azərbaycan Dövlət Universiteti (ADU) Diferensial və İntegral Tənliklər kafedrasının aspirantı və 1969-cu ildə isə müəllimi seçilmişdir. 1972-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluk dissertasiyasını Moskva V.A. Steklov İnstitutunun dəstəyi ilə Ukrayna Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda və Novosibirsk Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə etmişdir. 1977-ci ildə M.Y. Lomosonov adına Moskva Dövlət Universitetinin İxtisas Yüksəltmə fakültəsindən məzun olmuşdur. 1978-ci ildə BDU-nun Dosenti, 1987-ci ildə Professoru elmi adını almışdır. BDU-nun Mexanika-Riyaziyyat Fakültəsi ilə yanaşı Azərbaycan və diğər ölkələrin universitet müəllimləri üçün İxtisas Yüksəltmə fakültəsində dərs vermiştir. Riyaziyyatın müxtəlif sahələrinə aid səkkiz kitabı və bir şeir kitabı vardır, on iki elmlər namizədi və elmlər doktoru yetişdirmişdir, 150-dən çox elmi əsəri beynəlxalq ve yerli jurnallarda çap olunmuşdur. BDU-da elmlər doktoru müdafiə şurasının həmsədri, Ümumi Riyaziyyat Kafedrasının müdiri (1996-2000) işləmişdir. 1999-cu ildə Türkiyə Cumhuriyyəti Eskişehir Osmangazi Universitetinə dəvət olunmuş və 2001-ci ildən etibarən Anadolu Universiteti Statistika bölümünün Professoru olaraq işləyir. BDU və fakültə elmi şuralarının üzvü olmuşdur.
Ələddin Əhmədov
Ələddin İslam oğlu Əhmədov (25 oktyabr 1948, Böyük Məzrə, Basarkeçər rayonu – 22 avqust 2014, Bakı) — kimyaçı alim, texnika üzrə elmləri doktoru, professor. Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri. Ələddin Əhmədov 25.10.1948-ci ildə Ermənistan Respublikası Göyçə mahalı Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub. 1965-ci ildə həmin kəndin XI sinfini qızıl medalla bitirərək, 1 imtahan verməklə Azərbaycan Dövlət Universitetinin (indiki Baki Dövlət Universitetinin) kimya fakultəsinə daxil olmuş və 1970-ci ildə universiteti "Yüksəkmolekullu birləşmələr" ixtisası üzrə bitirmişdir. 1970-ci ildə akademik Ə. M. Quliyevin dəvəti ilə AMEA Aşqarlar Kimyası İnstitutunda aspiranturaya daxil olmuş və taleyini həmin institutla bağlamışdır. 1979-cu ildə namizədlik, 1990-cı ildə isə doktorluq (UFA Neft İnstitutunda) dissertasiyaları ("Neft kimyası" ixtisası üzrə) müdafiə etmişdir. 2005-ci ildə "neft-kimyası" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. Professor Ə. İ. Əhmədov 1987-ci ildən AMEA Aşqarlar Kimyası İnstitutunda "Polimer aşqarlar" laboratoriyasına rəhbərlik edib. 1990-cı ildən 2014-cü ilə qədər AMEA NKPİ nəzdində fəaliyyət göstərən doktorluq Dissertasiya Şürasının üzvü olub və dissertasiyaların ekspertizasında fəal opponent kimi çıxış edib.. Texnika elmləri doktoru Ə. Əhmədov polimer birləşmələr kimyası sahəsində aparıcı mütəxəssislərdən biri idi.
Ələddin Əliyev
Ələddin Əsgərov
Ələddin Abdulla oğlu Əsgərov (1926, Gəncə) — professor. Ələddin Abdulla oğlu Əsgərov 1926-cı ildə Gəncə şəhərində anadan olub. 1942-ci ildə o, Gəncə şəhərində 1 saylı orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indi Azərbaycan Dövlət Aqrar Universiteti adlanır) baytarlıq təbabəti fakültəsinə daxil olmuşdur. 1947-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq keçmiş Səfərəliyev rayonunda (indi Samux) baş həkim işləmişdir. 1948-ci ildə AKTA-nın Mikrobiologiya kafedrasının aspirantı olmuşdur. 1951-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan Dövləq Aqrar Universitetinin məzunu olan Ə. Əsgərov, 62 il bu universitetdə çalışıb. O, əsasən kənd təsərrüfatı, xüsusilə baytarlıq sahəsi üzrə elmi naliyyətlər əldəedib. Təxminən 400-dən çox elmi dərsliklərin və əsərlərin müəllifi olan professor Ələddin Əsgərovun hazırladığı 12 aspirantı elmlər namizədi elmi dərəcəsin alıb. İki yetirməsi isə elmlər doktorudur.