Ələddin Əlizaman oğlu Xəlilov (29 iyun 2001; Qobustan, Qaradağ rayonu, Azərbaycan — 1 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Ələddin Xəlilov | |
---|---|
Ələddin Əlizaman oğlu Xəlilov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qobustan, Qaradağ rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Tapqaraqoyunlu, Goranboy, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Qobustan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2021 2021 |
Ələddin Xəlilov 29 iyun 2001-ci ildə Qobustan qəsəbəsində dünyaya göz açıb.[2][3] 321 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2019-cu ildə hərbi xidmətə çağırılıb.[4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ələddin Xəlilov Goranboy rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 1-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Qaradağ rayonu Qobustan qəsəbəsindəki Şamlı qəbirstanlığında dəfn olunub.[5][6][7][8]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələddin Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[9]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ələddin Xəlilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[10]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələddin Xəlilov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[11]