Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
EHİM
Elektron Hökumətin İnkişafı Mərkəzi — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi yaradılıb. Mərkəz, dövlət-dövlət (G2G — government to government), dövlət-biznes (G2B — business to government), dövlət-vətəndaş (G2C — government to citizen) formatında elektron xidmətlərin yaradılmasını və icrasını həyata keçirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 noyabr 2022-ci il tarixli fərmanına əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Bu fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsinin ona qoşulması formasında yenidən təşkil edildi. == Fəaliyyət istiqamətləri == Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı, xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir. Qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılır və vətəndaş ehtiyacları nəzərə alınmaqla innovativ yeniliklər tətbiq olunur. == Layihələr == === "myGov" === Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. "myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir.
Vehil (Miyanə)
Vehil (fars. وهيل‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 13 nəfər yaşayır (4 ailə).
Mehmet Vehib paşa
Mehmet Vehib paşa (türk. Mehmed Vehib Paşa və ya Mehmet Vehib Kaçı) (1877 - 1940) — Türkiyə hərbi xadimi, general-leytenant. == Həyatı == Piyada hərbi məktəbini, sonra Hərbi Akademiyanı bitirmiş, 1909-cu ildə hərbi məktəbin rəisi təyin edilmişdir. 1912-ci ildə başlanan Balkan müharibəsinin iştirakçısı olmuşdur. Birinci dünya müharibəsi (1914-18) illərində diviziya komandiri, korpus komandanı vəzifələrində xidmət etmişdir. Çanaqqala döyüşlərində hərbi təşkilatçılıq bacarığı və qabiliyyəti ilə fərqlənmişdir. Sonradan Ənvər paşanın əmri ilə Şərq cəbhəsində döyüşən 3-cü ordunun komandanı təyin edilmişdir. Fevral inqilabından (1917) sonra Zaqafqaziyadakı rus ordusu komandanlığı ilə sülh müqaviləsi bağlanmasının təşəbbüsçüsü olmuş və bu müqavilə həmin il dekabrın 18-də onun iştirakı ilə Ərzincanda imzalanmışdı. == Fəaliyyəti == Vehib paşa Osmanlı hərbi nazirliyinin 1918-ci il 7 və 9 iyun tarixli əmrləri ilə yaradılan Şərq orduları qrupunun komandanı təyin olundu. Ordu qrupuna Vehib paşanın komandan olduğu 3-cü, habelə 6 və 9-cu ordular daxil idi.
Cəhim
Cəhim — İslam dinində Cəhənnəmin 4-cü təbəqəsinə verilən ad.
Rəhim
Rəhim və ya Rahim — Kişi adı. Rəhim Nağıyev — fəlsəfəşünas. Fəlsəfə e. n. (1968). Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Rəhim Rzayev — Rahim adı olan tanınmışlar Rahim Dünyamalıyev — Rahim Nuriyev — Rahim Sadıqov — Rahim Tağıyev — gizir.
Hacı Rəhim
Hacı Rəhim — erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı. == Həyatı == Hacı Rəhim Molla Şəfi oğlu 1860-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. O, Daşkənddə dinin mahir bilicilərindən olmuşdur. Hacı Rəhimin babası Qazaxın Dəmirçilər kəndindən Göyçə mahalına köçübdür. Ümumiyyətlə bu nəsil axund, molla kimi kənddə və digər bölgələrdə tanınmışlar. Kənddə dini məktəb açmış və kənd sakinlərinə dini elmlərdən dərs keçmişdir. Əsrin əvvəllərində ermənilərin Göyчə mahalında törətdiyi qırğına başçılıq edənlərə qarşы amansızlıq göstərənlərdən biri də Hacı Rəhimdir. Ailələrində dünyaya göz açan qardaş-bacılarının hamısı saza-sözə maraq göstərən, ürəyindən keçənləri qələmə alan olmuşlar. 1918-ci ildə Göyçə mahalında erməni millətçilərinə qarşı xalqı səfərbər edən və özü də bu yolda döyüşən igidlərdən biri olmuşdur. Daşnak ordusuna başçılıq edən Andranik Ozanyanin silahdaşlarından sayılan erməni generalı Selikovun başını da Göyçə mahalının Zod kəndində o kəsmiş və başı da doğma kəndi Daşkəndə gətirmişdir.
Vəhid
Rəhim Allahverdiyev
Rəhim Mir Kazım oğlu Allahverdiyev (1911, Artız, Qərbi Azərbaycan – 1975, Bakı) — alim, üzümçülük sahəsi üzrə Azərbaycanda ilk elmlər doktoru (1965) və professor, Ermənistanın xalq maarif komissarı müavini (1941–1942). Rəhim Mir Kazım oğlu Allahverdiyev 1907-ci ildə İrəvan yaxınlığındakı Artız kəndində (Ellər rayonu ərazisi) kəndli ailəsində anadan olmuşdur. Onun 130 il yaşamış ata babası Seyid Allahverdi də 1760-cı ildə bu torpaqda – İrəvanda dünyaya göz açmışdı. Yəni onlar tarixən həmin yerdə məskunlaşmışdılar. Rəhim Allahverdiyevin ailəsi qaçqınlığa məruz qalmış və bu dövrdə o, atasını, qardaş və bacılarını itirmişdir. Ona kiçik yaşlarından dayısı Məmmədbağır himayəçilik etmiş və 1922-ci ildə onların ailəsi İrəvana köçmüşdür. О, şəhər yeddillik məktəbini bitirdikdən sonra "Zəngi" (sonralar "Sovet Ermənistanı") qəzeti mətbəsində mürəttib müavini vəzifəsinə qəbul olunmuşdur. İstehsalatdan ayrılmaqla İrəvan fəhlə fakültəsində oxumuşdur. 1929-cu ildə fəhlə fakültəsini bitirən R. Allahverdiyev həmin ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1932-ci ildə oranı əla qiymətlərlə bitirmişdir. İki il İrəvandakı "Ararat" trestinin üzüm bağları sovxozlarında və Qəmərli (Artaşat) MTS-ində aqronom vəzifəsində işləmişdir.
Rəhim Alxas
Rəhim Alxas (xın. Раьхıим Алхас; tam adı: Rəhim Xəlfə oğlu Alxasov; 20 mart 1937, Xınalıq, Quba rayonu – 20 sentyabr 2003, Xınalıq, Quba rayonu) — xınalıqlı şair, aşıq, publisist, poliqlot, pedaqoq. Rəhim Alxas 20 mart 1937-ci ildə Quba rayonunun Xınalıq kəndində anadan olmuşdur. Məşhur xınalıqlı şair Rəhim Alxasın yaradıcılıq dövrü XX əsrin ikinci yarısına aiddir. Beş dildə – Azərbaycan, xınalıq, özbək, tatar və türkmən dillərində şeirlərin müəllifi və Xınalıq kənd orta məktəbinin müəllimi olmuş Rəhim Alxas xınalıq dili barədə xeyli tədqiqat işi aparmış və müəyyən etmişdir ki, Xınalıq dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənir. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir. Şairin öz doğma kəndinə sıx bağlılığını əks etdirən bir şeir belədir: Onun yazılarından da xınalıqlıların Allaha necə inandıqları bir daha aydın görünür: Rəhim Alxas Xınalıqda Xıdır Nəbi məscidində imamlıq etmişdir. Bütün şahdağlıların fəхri, görkəmli xınalıqlı şair Rəhim Alxas doğulub, boya-başa çatdığı doğma Xınalıq kəndində 2003-cü il sentyabr ayının 20-də vəfat etsə də, həmin gün onun cənazəsi ailəsinin məskunlaşdığı Quba rayonunun Vladimirovka (Gülüstan) kəndinə gətirilmiş, sentyabr ayının 21-də həmin kəndin qəbiristanında dəfn edilmişdir. Vətən təranələri. Bakı, "Elm", 1990 (az.) «Хыналыкъ» (Шеирдир.
Rəhim Arazi
Rəhim Arazi (tam adı: Nəcəfov Rəhim Cəfər oğlu; 1928, Alışar, Naxçıvan MSSR – 19 avqust 1982, Alışar, İliç rayonu) — Dissident şair. Nəcəfov Rəhim Cəfər oğlu (Arazi) 1928-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun III kurs tələbəsi olarkən siyasi fəaliyyətinə görə ailəsi (anası, qardaşı və bacıları) ilə birlikdə Cənubi Azərbaycana mühacirət etmək cəhdinə görə həbs olunmuş, 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1957-ci ilə qədər Komi MSSR-da siyasi dustaqlar üçün həbs düşərgələrində saxlanılmışdır. Amnistiyaya görə həbsdən vaxtından əvvəl azad olunduqdan sonra ailəsini dolandırmaq üçün uzun müddət fəhlə, gözətçi, kankan işləmişdir. 1967-ci ildən ömrünün sonuna kimi müxtəlif məktəblərdə riyaziyyatdan dərs demişdir. 1982-ci ilin avqust ayının 19-da doğma kəndində vəfat etmişdir. Siyasi və lirik şeirlərdən, kiçik poemalardan ibarət 4 dəftəri qalmışdır. Oğlu Yusif Nəcəfov atasının məhbəs şeirlərini çap üçün hazırlasa da, onlardan yalnız bir neçəsi "Ulus" və "Hürriyyət" qəzetlərində işıq üzü görmüşdür. Sabiq SSRİ-nin bir sıra dissidentləri ilə tanışlığı olan, Azərbaycan SSR məmurları tərəfindən təqib edilən, xalq tərəfindən həm anlaşılan, həm də anlaşılmayan Rəhim Arazi fərd kimi (əslində xalqı ilə birlikdə) faciəli bir ömür yaşamışdır.
Rəhim Babayev
Rəhim Sadıq (Sadıx) oğlu Babayev (19 oktyabr 1930, Bakı – 20 iyul 2010, Bakı) — Azərbaycan fleytaçalanı, Azərbaycan Respublikasının xalq artisti (2008). Rəhim Babayev 19 oktyabr 1930-cu ildə Bakıda anadan olmuşdur. 1973-cü ildə Ə.İsgəndərovun sinfində Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1952-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestrinin, 1978-ci ildən həmçinin Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti olmuşdur. 1958–2010-cu illərdə pedaqoji fəaliyyət göstərmişdir. Rəhim Babayev 20 iyul 2010-cu ildə Bakıda vəfat etmişdir. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 17 sentyabr 2008 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 Babayev Rəhim Sadıq oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010.
Rəhim Cavadbəyli
Rəhim Cavadbəyli — Cənubi azərbaycanlı tədqiqatçı, milli mədəni fəal, siyasi məhbus. Rəhim Cavadbəyli 1976-cı ildə Təbrizdə anadan olub. Orta məktəbi Təbrizdə bitirib. Kiyev Dövlət Universitetinə daxil olaraq 2008-ci ildə beynəlxalq hüquq fakültəsini bitirib. 1991-ci ildən Azərbaycan Milli Hərəkatının tələblərini müdafiə etməyə başlayıb. Doktor Məhəmmədtağı Zehtabinin başçılığı altında təşkil edilən milli-mədəni tədbirlərdə iştirak edib. Onun təşəbbüsü ilə Babək qalasına ilk dəfə yürüş edənlərdən olub. 2001-ci ildə ən yaxın fikirdaşları ilə birlikdə "İlqar" Mədəni Cəmiyyətində fəaliyyətini davam etdirib. 2003-cü ilin sentyabrında təzyiqlər artdığından R.Cavadbəyli Güney Azərbaycanı tərk edərək Quzey Azərbaycana mühacirət etməyə məcbur olub. 2014-cü ildən Türkiyədə yaşayıb, fəaliyyət göstərib.
Rəhim Cəmilov
Rəhim Cəlil oğlu Cəmilov (1941, Zaqatala) — Azərbaycan dövlət xadimi, Azərbaycanın taxıl məhsulları naziri (1986–1991). Cəmilov Rəhim Cəlil oğlu 1941-ci ildə Azərbaycan SSR Zaqatala şəhərində anadan olmuşdur. 1960-cı ildə Zaqatala şəhər 1 nömrəli tam orta məktəbi bitirmişdir. 1960–1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda mühəndis ixtisasi üzrə ali təhsil almışdır. 1965–1967-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1967–1972-ci illərdə aspirant olmuş və namizədlik dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-ci ildə böyük elmi işçi vəzifəsinə irəli çəkilmişdir. 1974–1978-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Plan Komitəsinin Kənd təssərüfatı idarəetmə şöbəsinin rəis müavini, 1978–1980-ci illərdə Təbiətin mühafizəsi şöbəsinin rəisi olmuşdur. 1980–1983-cü illərdə Kommunist Partiyası Mərkəzi Komitəsinin Kənd təsərrüfatı şöbəsinin müdir müavini və müdiri, 1983–1986-cı illərdə Yeyinti sənayesi şöbəsinin müdiri işləmişdir. 1980 və 1985-ci illərdə Zəngilan seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.
Rəhim Dadaşov
Rəhim Hubnəqi
Rəhim Hubnəqi (d. 1960, Urmiya, İran) — 2014-cü ildən Urmiya Universitetinin rektoru. Rəhim Hubnəqi 1960-cı ildə İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının mərkəzi olan Urmiya şəhərində anadan olmuşdur. Urmiya şəhərində orta təhsil aldıqdan sonra, ali təhsilini veterinar ixtisası üzrə Tehran Universitetində almışdır. 1997-2001-ci illərdə Urmiya Universitetinin rektoru olmuş Hubnəqi, 2014-cü ildən yenidən bu ali təhsil ocağına rəhbərlik edir.
Rəhim Hüseynov
Rəhim Hüseynov (nazir) — Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sədri (1992-1993). Rəhim Hüseynov (xalq komissarı) — Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR xalq əmək komissarının müavini. Rəhim Hüseynov (iqtisadçı) — Azərbaycan Marketinq Cəmiyyəti İdarə Heyətinin sədri Rəhim Hüseynov (astrofizik) — Azərbaycanın astrofizika üzrə ilk elmlər namizədi, ilk elmlər doktoru Rəhim Hüseynov (seleksiyaçı) — ipəkçi alim və seleksiyaçı. Rəhim Hüseynov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.
Rəhim Hüseynzadə
Rəhim Məmməd oğlu Hüseynzadə (15 dekabr 1951, Kirovabad) — Azərbaycanlı jurnalist, Azərbaycan Mətbuat Şurasının keçmiş icra katibi. "Zərdabi" Mətbuat Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005). Rəhim Məmməd oğlu Hüseynzadə 1951-ci ildə mart ayının 3-də Gəncə şəhərində doğulub. O, 1958–1968-ci illərdə Gəncə şəhər 5 saylı orta məktəbdə təhsil alıb. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 1983-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (keçmiş Bakı Ali Partiya Məktəbi) fərqlənmə diplomu ilə bitirib 1973–1977-ci illərdə yeni yaradılmış Neftçala rayonunda nəşrə başlamış "Gündoğar" qəzetinin, 1977–1992-ci illərdə "Qələbə" Salyan rayon qəzetinin şöbə müdiri işləyib. Peşəkar jurnalist kimi Rəhim müəllim SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər İttifaqının 30-a yaxın mükafatına, 1985-ci ildə isə "Qızıl Qələm"ə layiq görülüb. 1992–1996-cı illərdə yerli idarəetmə qurumunda işə cəlb edilib-- Salyan rayon icra hakimiyyəti başçısının köməkçisi və məsləhətçisi vəzifələrində işləyib.1998-ci ildə yenidən media sahəsində fəaliyyətə qayıdıb. O, müstəqil nəşrlər olan "Kriminal", "Vaxt", "Hürriyyət" qəzetlərində çalışıb. 2000-ci ildən "Qırxçıraq" regional qəzetinin baş redaktoru olub və 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılmasında fəal iştirak edib. Rəhim hüseynzadə 2004-cü ildən 2017-ci ilə kimi Mətbuat Şurasının icraçı katibi çalışıb.
Rəhim Həmidov
Rəhim Həsənov
Rəhim Həsənov — Azərbaycanlı futbol hakimi. Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 125 dəfə baş hakim olmuşdur.
Rəhim Kazımbəyov
Rəhim Kazımbəyov (1883, Naxçıvan – 1958, Naxçıvan) — Zaqafqaziya (Qori) Müəllimlər seminariyasının məzunu. R. Kazımbəyov 1897-ci ildə Baş Noraşen ikisinifli məktəbini bitirdikdən sonra əvvəlcə İrəvan gimnaziyasında, daha sonra da 1903–1908-ci illərdə Qori Seminariyasında təhsil almışdır (5). Rəhim Kazımbəyovun Qoridə oxuduğu illərə dair xatirələrini akademik İsa Həbibbəyli əldə edərək ilk dəfə onu öz məqaləsində vermişdir. Seminariya haqqında təsəvvürləri genişləndirmək baxımından həmin xatirələrdən bir parçanı bir daha oxuculara çatdırmaqda fayda görürük: "Mən seminariyada 5 il oxudum. Bu beş ilin ikisi hazırlıq, üçü isə əsas siniflərdə keçdi. Bütün fənlər rus dilində tədris olunurdu. Yalnız həftədə bir saat şəriət dərsi keçirilirdi. Bu fənni iki müəllim aparırdı: Birincisi hazırda Məmməd adlı oğlu ADU-nun (indiki BDU) fizika-riyaziyyat kafedrasında professor olan, ikincisi isə, özünün maarifçilik sahəsində əsərləri ilə tanınmış Firudin Köçərli idi"(5). R. Kazımbəyovun xatirəsində həmçinin Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Azad Əmirovun seminariyada təhsil aldıqlarından Üzeyirin və Müslümün mahir skripka çaldıqlarından danışılır. Rəhim Kazımbəyov Qoridən qayıtdıqdan sonra 1908-ci ildə indiki Şərur rayonunun Qıvraq kəndində, daha sonra Şərurda, Naxçıvanda orta məktəblərdə və pedaqoji texnikumda rus dili müəllimi kimi fəaliyyət göstərmiş və "Azərbaycan məktəblərində rus dilinin tədrisi" adlı metodik kitabça da yazmışdır.
Rəhim Mədətov
Mədətov Rəhim Səlim oğlu 1949-cu ildə Azərbaycan Respublikasının Şəki şəhərində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə qəbul olunmuşdur. 1971-ci ildə təhsilini tamamlamış və Dəvəçi rayon Xalq Maarif şöbəsində fizika müəllimi vəzifəsində çalışmışdır. O, 1973-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətini davam etdirir. Elmi fəaliyyətinin ilk dövrünü Azərbaycan EA-nın Fizika İntitutunda akademik H.B.Abdullayevin və prof. E.Y. Bəkirovun rəhbərliyi ilə keçirmişdir.1977-ci ildə Azərbaycan EA-nın Rəyasət Heyətinin qərarı ilə EA-nın Radiasiya Tədqiqatları Sektoruna kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. İlk tədqiqat işlərində özünü nəzəri və praktiki cəhətdən hazırlıqlı eksperimentator kimi göstərmişdir. Bu keyfiyyəti nəzərə alan Elmi Şura ona “Ge-Si bərk məhlulu əsasında fotoqəbuledicilərin hazırlanması və onların elektrik və fotoelektrik xassələrinin tədqiqi” mövzusunda elmi tədqiqat institutlarına, o cümlədən Moskva “ Старт” (Start) Elmi Yaradıcılıq Birliyinə ezam olunur və Ge-Si bərk məhlulu əsasında p-n keçidlərin hazırlanma texnologiyasının elmi əsasını yaradır. 1981-ci ildə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış fotodiodların fotoelektrik xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir və SSRİ Ali Attestasiya Komitəsinin qərarı iləfizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə isə baş elmi işçi adına layiq görülüb. 1982-1985-ci illər ərzində əldə etdiyi elmi nəticələr Azərbaycan və SSRİ-nin EA-nın mühüm nəticə kimi qəbul edilmiş və müxtəlif mükafatlara layiq görülmüşdür.
Rəhim Nağıyev
Nağıyev Rəhim Səfər oğlu (d.1921) — fəlsəfəşünas, fəlsəfə e. n. (1968). Üzeyir Hacıbəyovun ədəbi-bədii irsinin tədqiqi ilə məşğul olmuşdur. 1947-ci ildə ADU-da Ü.Hacıbəyovla keçirilən görüşdə bəstəkarın ədəbi-bədii yaradıcılığı mövzusunda məruzə ilə çıxış etmiş, "Ü.Hacıbəyovun ədəbi-bədii yaradıcılığı" mövzusunda diplom işi yazmışdır. Ü.Hacıbəyovun ədəbi-bədii irsinə və estetik görüşlərinə həsr olunmuş məqalələrin və "Üzeyir Hacıbəyovun estetik görüşləri" (1985) monoqrafiyasının müəllifidir. Həmin əsərlərdə Ü.Hacıbəyovun Azərbaycanda ictimai-estetik fikrin inkişafında rolu, onun sənətin, xüsusilə musiqi sənətinin spesifik xüsusiyyətləri, realizm, xəlqilik, novatorluq, ideyalılıq, müasirlik və sənətkarlıq problemlərinə dair baxışları açıqlanır.
Rəhim Novruzi
Rəhim Novruzi (fars. رحيم نوروزي‎) - İran aktyorudur. 1967-ci il təvəllüdlüdür. Bir çox filmlərdə rol almlış və mükafatlar qazanmışdır. Ədəbi ənənələrlə teatr nümayişi sahəsində bakalavr dərəcəsi almışdır. Pakistan, Misir və digər ölkələrin filmlərində rol almışdır.
Rəhim Nəvəsi
Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Vyana İncəsənət Məktəbində təhsil alıbdır.
Rəhim Qazıyev
Rəhim Həsən oğlu Qazıyev (17 fevral 1943, Nuxa) — Azərbaycan Respublikasının Müdafiə naziri (1992–1993), Azərbaycan SSR Ali Sovetinin deputatı (1990–1993), 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından biri. Rəhim Qazıyev 17 fevral 1943-cü ildə Azərbaycan SSR-in Şəki şəhərində həkim ailəsində anadan olmuşdur. 1950-ci ildə Şəki şəhər 3 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 1960-cı ildə həmin məktəbi bitirib. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1967-ci ildə həmin fakültəni riyaziyyat müəllimi ixtisası üzrə bitirib. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun Ali riyaziyyat kafedrasında əmək fəaliyyətinə başlayıb.[mənbə göstərin] 1975-ildə Politexnik İnstitunun bölünməsi ilə əlaqədar yeni yaranan Azərbaycan İnşaat İnstitutunun "Ali riyaziyyat" kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirir. Pedaqoji fəaliyyətinnən ayrılmadan dissertant kimi MDU-nun Mexanika-riyaziyyat fakültəsinin "Qaz və dalğa dinamikası" kafedrasında akademik Xəlil Raxmatulinin rəhbərliyi altında "Deformasiyaya uğramayan bərk cisimlərin mexanikası" ixtisası üzrə elmi tədqiqatlar aparır. 1979-cu ildə akademik Raxmatulinin rəhbərliyi ilə apardığı elmi tədqiqatlar üzrə dissertasiya müdafiə edərək Fizika-riyaziyyat elmləri namizədi, alimlik dərəcəsi alır.[mənbə göstərin] Ailəlidir. Sevinc, Aytən və Şəbnəm adlı qızları var. 1988-ci ildə Xalq Hərəkatına qoşulmuş, 1989-cu il iyulun 16-da AXC-nin yaranması ilə əlaqədar keçirilən konfransda AXC-nin ilk idarə heyətinin üzvü seçilmişdir.
Rəhim Qocayev
Rəhim Xəlil oğlu Qocayev (10 avqust 1979, Şəki, Azərbaycan SSR) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2018). Rəhim Xəlil oğlu Qocayev 10 avqust 1979-cu ildə Şəkidə doğulub. Şəki şəhər 10 saylı məktəbdə oxuyub. Məktəb illərindən "Radio-Elektronika" ilə məşğul olub. Bu bilgisinə görə 1997-ci ildə Şəki Dövlət Dram Teatrına radist götürülüb. Həmin ilin sonunda hərbi xidmətə gedib. 1997 – 1999-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən Teatrda radist işləyib. İşlədiyi müddətdə Aktyor sənətinə böyük maraq oyanıb və həmin truppada çalışmaq arzusunda olub. Bu həvəsinə görə onu müxtəlif tamaşalarda kütləvi səhnələrdə sınayıblar.
Rəhim Qurbani
Rəhim Qurbani (Qurbanov Rəhim Kazım oğlu; 22 dekabr 1951, Zərkənd, Basarkeçər rayonu – 1 dekabr 2020, Gəncə) — azərbaycanlı şair. Əsasən təcnis sənətkarı kimi tanınır. Azərbaycan Yazıçılar Birliyinin (2015) və Azərbaycan Jurnalistlər Birliyinin (2015) üzvü. Rəhim Qurbani 1951-ci il dekabr ayının 22-də Qərbi Azərbaycanın, Göyçə mahalının Zərkənd (Zərzibil) kəndində ziyalı ailəsində anadan olubdur. 1970–1972-ci illərdə hərbi xidmətdə olmuşdur. 1974-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1979-cu ildə həmin institutu bitirib tarix müəllimi ixtisasını almış, həmin ildən doğma kəndlərində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdı. Gənc müəllim kimi işlədiyi vaxtdan yaradıcılıqla məşğul olmuş, dövrü mətbuatda — "Sovet Ermənistanı", "Vardenis" qəzetlərində şeirləri müntəzəm dərc olunmuşdur. Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Azərbaycana köçmüş, 1989-cu ildən Gəncə şəhərində məskunlaşmışdır. 1989–2017-ci illərdə Gəncə şəhər 9 saylı orta məktəbdə tarix müəllimi işləyib.
Cecim
Cecim (fars. جاجیم‎) — xovsuz xalçalar növünə aid olan xalça. Cecim toxuculuğu qadın əməyi tətbiq edilən ev sənətlərinin ən arxaik növlərindən biridir. == Ümumi məlumat == Cecimlər eni 30-35 sm, uzunluğu 15-20 metr olan ensiz üfüqi zolaqlara iplik dəzgahın üzərində tikilir. Bu zaman divar xalçası, yataq örtükləri, pərdə qismində istifadə olunan parça alınır. Cecimlərin eni toxucunun ayaqları arasındakı məsafənin eninə bərabər olur, belə ki, parçanın hazırlanması zamanı cecimin eni onun ayaqları arasından keçməlidir. Cecimlərin ornament dekoru müxtəlif və zəngindir. Cecimi bəzəyən müxtəlif şaquli zolaqlar qeyri-adi effektiv, parlaq və dekorativdir. Əksər hallarda toxucular zolaqları məişət əşyalarının (daraq, iplik, şamdan) və həndəsi elementəlrin üslüblaşdırılmış təsvirləri ilə bəzəyirlər. XX əsrin ortalarına qədər nazik cecimlərdən qadın və kişi paltarları tikirdilər.
Cehiz
Cehiz — ailə quran qızın özü ilə birgə ər evinə gətirdiyi əşyalara deyilir. Bir çox ölkələrdə qız uşağı hələ yetkinlik yaşına çatmamışdan onun üçün cehiz toplanır. Cehiz adətən, müxtəlif növ mebellərdən, texnikadan, xalça və yataq dəstlərindən, məişət əşyalarından və s. ibarət olur. Cehizin Avropa, Cənubi Asiya, Afrika və dünyanın digər hissələrində uzun tarixi var. Onun əsas funkisyaları: ərin yeni bir ev qurması üçün ona dəstək olmaq; əri vəfat etdikdə həyat yoldaşını təmin etmək. Avropada cehiz böyük ailələrin güc və sərvət qurmağa imkan verirdi və nikah vasitəsilə ittifaq siyasətində böyük rol oynamışdır. == Hekayəsi == Orta və ya çox varlı ailələrin cehiz ilə nikah erkən yaşda (14-16 yaş), Orta əsrlərdə isə demək olar ki, dərhal qız doğum sonra toplaması başladı. O vəfat etsə (uşaq ölümü halları yüksək olduğundan) cehiz digər qıza keçirdi. Cehiz əsasən yorğan, yastıq, ədyal, pərdələr, müxtəlif qab dəstləri, bəzək əşyaları, qızıl, büllur, xalçalar və s ibarətdir.
Geyim
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həm də ultrabənövşəyi şüalanmadan qorunma təmin edir. Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər. == Tarixi və mənşəyi == Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.
Rahim
Rəhim və ya Rahim — Kişi adı. Rəhim Nağıyev — fəlsəfəşünas. Fəlsəfə e. n. (1968). Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Rəhim Rzayev — Rahim adı olan tanınmışlar Rahim Dünyamalıyev — Rahim Nuriyev — Rahim Sadıqov — Rahim Tağıyev — gizir.
Vahid
Vahid — Azərbaycan kişi adı və təxəllüs. Əsasən Vahid say sistemində 1 rəqəminə deyilir. Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi Vahid Mustafayev — Azərbaycan rejissoru Vahid Fərzəliyev — Vahid Nəzərov — Vahid Əliyev Vahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti Vahid Əliyev (general) — Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Bu təxəllüsü olan tanınmışlar Əliağa Vahid — azərbaycanlı şair, qəzəlxan.
Vecin
Veçin və ya Vecin (farsca:وچین / وجین) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Vecin Kosar şəhristanının Şimali Səncəbəd dehistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 101 nəfər (kişilər: 54 nəfər - qadınlar: 47 nəfər) olmuşdur. Kənddə 26 ailə yaşayır. Kəndin əhalisi Azərbaycan türkləridir və Azərbaycan türkçəsində danışırlar. Ərdəbildən ? km cənub-şərqdə, Givi şəhərindən 45 km şimal-şərqdə, 37° 51' 59.50" şimal enliyi və 48° 26' 50.66" şərq uzunluğunda, dəniz səviyyəsindən 1940 m yüksəklikdə yerləşir. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənddə ibtidai məktəb fəaliyyət göstərir. Kənd əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar.
Velij
Velij — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Venom
Venom (ing. Venom) — Marvel Comics nəşriyyatı tərəfindən yayımlanan, əsasən Hörümçək-adamla əlaqəli komiks kitablarında görünən uydurma personaj. Personaj maye formalı amorf yad planetli Simbiot olmaqla, yaşaması üçün daşıyıcı - əsasən insanla əlqəyə girməsi vacibdir. Daşıyıcı ilə əlaqəyəgirdikdən sonra, Simbiot inkişaf etmiş güc və bacarıqlarını onun istifadəsinə verir. Venom Simbiotu insanla əlaqəyə girdikdən sonra yaranan yeni ikili varlıq özünü adətən “Venom” adlandırır. Personaj ilk dəfə canlı yad planetli kostyum kimi “The Amazing Spider-Man #252” (may, 1984) komiksində təqdim edilmiş, onun tam görünməsi isə “The Amazing Spider-Man #300” (may, 1988) baş tutmuşdur. Venom Simbiotunun ilk daşıyıcısı Piter Parker olmuş, lakin, Simbiotun pis xasiyyətini başa düşdükdən sonra Parker onu özündən ayıra bilmişdir. Simbiotun sonrakı daşıyıcıları arasında ən məşhuru Eddi Brok olmuş, məhz onun Venom olduğu dövrdə personaj Hörümçək-adamın əsas düşməninə çevrilmişdir. Q.A.L.X.A.N.-ın məlumatlarında Venom, Maqneto, Doktor Dum və Qırmızı kəllə ilə birlikdə insanlıq üçün əsas təhlükə hesab edilir. Komiks müxbiri və tarixçisi Mayk Konroy personaj haqqında yazır: “Hörümçək-adam üçün dəyişik kostyum kimi başlayan bir şey, Marvelin ən böyük qarabasmalarından birinə çevrilmişdir.” IGN tərəfindən təşkil edilmiş “Bütün zamanların ən böyük 100 komiks canisi” siyahısında Venom iyirmi ikinci yerdə qərarlaşmışdır.
Vezin
Vezin (fr. Vésines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01439. 2010-ci ildə əhalinin sayı 91 nəfər təşkil edirdi.
Galium verum subsp. verum
Galium verum var. verum
Nəssir Əbdül Kərim Əbdül Rəhim
Nəssir Əbdül Kərim Əbdül Rəhim — Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ildən)
Dübəndi (geyim)
Dübəndi — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Dübəndini boğazı nisbətən kiçik olub, ayağı topuğa qədər örtülürdü. Onun boğazlığı qara və tünd qəhvəyi rəngli dəridən tikilir, altına aşılanmış göndən altlıq çəkilir və dabanına nal vurulurdu. Adətən, bu ayaqqabı ayağa geyildikdən sonra onun boğaz hisəsindəki simmetrik qoşa deşiklərdən keçirilən bəzəkli qaytanla üstü bağlanılırdı. Azərbaycanda başmaq, məst, uzunboğaz çəkmə tipli ayaq geyimlərindən istifadə olunmasının qədim tarixi vardır. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan e.ə. XI-VIII əsrlərə aid edilən gil ayaqabı–qablar XIX əsrdə xalqın istifadəsində olan eyniadlı ayaqqabılara tipoloji oxşarlıq təşkil edir. Bu isə bir daha sübut edir ki, bu ayaqqabı növləri uzun zaman əsaslı dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır. XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq xalqın geyim dəstinə rus geyimi və ya ayaq geyimlərinin tədriclə daxil olması həm kişi həm də qadın ayaq geyimi olan qaloşun kütləvi istehsal çarıq, patava, dolaq, çust, başmaq, məst və s.
Düymə (geyim)
Düymə — geyim aksesuarı. == Tarixi == İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar. Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi. XIV əsrdə düymələrdən bəzək əşyası kimi istifadə edilirdi. Paltarlara qoldan çiyinə qədər, boğazdan belə qədər düymələr düzürdülər. Bu düymələr qızıldan, gümüşdən və fil sümüyündən hazırlanırdı. Bu da paltarın sahibinin sosial statusundan xəbər verirdi. Yəni – paltar hansı düymələrlə bəzədilirdisə, bu paltar sahibinin maddi durumunu göstərirdi.
Ehime prefekturası
Ehime prefekturası (yap. 愛媛県 Ehime ken) — Yaponiyanın Şikoku adasında yerləşən Şikoku regionda prefektura.
Evrim Akın
Evrim Akın — Türkiyə kino və teatr aktrisası, teleaparıcı. == Həyatı == Evrim Akın 12 iyun 1979-cu ildə Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Boyu 160 sm-dir. O, 17 yaşında ikən atası dünyasını dəyişmişdir. == Karyerası == Karyerasına İzmirdə Konak Bələdiyyə Teatrında başlayan Evrim Akın daha sonra Müjdət Gəzən Sənət Məktəbinə daxil olmuşdur. === Filmləri === ==== Bədii filmləri ==== Şaşqın | 2006 | Zeynəb rolunda ==== Televiziya filmləri ==== Memleket Hikayeleri - Ana Beni Eversene | 2006 | Handan Karadağ rolunda === TV serialları === Güldür Güldür | 2019 | Özge rolunda Alemin Kralı | 2011 | Jülide Mermercin rolunda Bez Bebek | 2007 | Bez Bebek Nana rolunda Avrupa Yakası | 2004-2006 (cəmi 52 bölümdə) | Selin Yerebakan rolunda Estağfurullah Yokuşu | 2003 | Gümüş rolunda Analık | 2003 | ...
Evrim Ağacı
Evrim Ağacı (azərb. Təkamül Ağacı), 5 Noyabr 2010 tarixində Çağrı Mert Bakırcı rəhbərliyi ilə Yaxın Şərq Tekniki Universitetində "Biologiya və Genetika Cəmiyyəti" tərəfindən qurulmuş bir markadır. Evrim Ağacı, Türkiyə təkamül biologiyasında ən böyük təşəbbüsdür. İşi Avropa Təkamül Biologiyası Cəmiyyəti (ESEB) tərəfindən dəstəklənir. Rəsmi veb saytı, Türkiyənin ən çox ziyarət edilən elm saytları arasında. Sosial media və veb saytı ziyarətçiləri baxımından Türkiyənin ən çox ziyarət edilən elmi veb saytıdır. Azərbaycan, ziyarətçilər baxımından ilk 3 ölkə arasındadır.
Fatih Terim
Fatih Terim (4 sentyabr 1953, Adana) — Qalatasarayın və Türkiyə millisinin keçmiş baş məşqçisi. Terim 2013–2017-ci illərdə İtaliyada (Milan və Fiorentina) və Türkiyədə bir neçə kluba, həmçinin Türkiyə milli futbol komandasına rəhbərlik edib. == Həyatı == 4 sentyabr 1953-cü ildə Adanada anadan olub. Futbolçu karyerasında Türkiyə millisinin və Qalatasarayda yarımmüdafiəçi kimi çıxış edib. == Karyera == Türkiyənin ən uğurlu məşqçisi Fatih Terim indiyədək xaricdə "Fiorentina" və "Milan" klublarının baş məşqçisi olub. 58 yaşlı mütəxəssis, 2013-cü ilin sentyabrın 24-nə qədər Qalatasaray klubuna rəhbərlik edirdi. Fatih Terim klub tərəfindən sentyabrın 24-ü istefaya göndərilmişdir və Türkiyə millisinin baş məşqçi postuna gətirilmişdir.
Illicium verum
Illicium verum (lat. Illicium verum) — bitkilər aləminin avstrobeyliyaçiçəklilər dəstəsinin cırlimonkimilər fəsiləsinin illicium cinsinə aid bitki növü.
Kesa (geyim)
Kesa — qəhvəyi və ya zəfəranı rəngin şərəfinə adlandırılmış buddist rahib və rahibələrinin paltarıdır.