Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bobbi Çarltonun milli komandada vurduğu qolların siyahısı
Britaniya İmperiyası Ordeninə layiq görülmüş Bobbi Çarlton 1958–1970-ci illər aralığında 106 matçda İngiltərə milli futbol komandasının şərəfini qorumuşdur. O, millinin tərkibində 49 dəfə fərqlənməklə, İngiltərə milli futbol komandasının ikinci bombardiri hesab olunur. Bununla yanaşı o, futbol tarixinin ən güclü yarımmüdafiəçilərindən biri hesab olunur ki, nəticədə 1966-cı ildə Qızıl top mükafatına layiq görülmüşdür. Çarlton İngiltərə millisində debütünü 1958-ci ilin aprel ayında, Şotlandiya milli futbol komandasına qarşı keçirdiyi ilk oyununda qol hesabını açmağı bacardı. O, millidə çıxış etdiyi ilk 13 ay ərzində komandası üçün olduqca məhsuldar futbolçu olmuş və millinin tərkibində ilk het-triki 1959-cu ilin may ayında ABŞ milli futbol komandasına qarşı keçirdiyi matçda reallaşdırdı. O, millidə 31-ci qoluna 1963-cü ildə yekunda 4–0 hesablı qələbə ilə başa çatdırdıqları Uels milli futbol komandasına qarşı matçda imza atmış və bununlada özündən əvvəlki Tom Finni və Net Lofthausa məxsus rekordu təzələyərək İngiltərə millisində ən çox qol vuran futbolçu adına sahib olmuşur. Sonradan 1964-cü ilin oktyabrında Cimmi Qrivs onun bu rekordunu əlindən alsada o, 1968-ci ilin may ayında millinin tərkibində 45-ci qoluna imza atmaqla bu adı yenidən qazanmışdır. Bobbi millidə sonuncu qoluna 1970-ci ilin may ayında Kolumbiya milli futbol komandasına qarşı keçirdiyi matçda imza atmış və bu oyunun yekununda İngiltərə millisi 4–0 hesablı qələbə qazanmışdır. 1970 FİFA Dünya Kuboku turnirindən sonra o, milli komandanın tərkibində çıxışını başa vurmuşdur. O, 2015-ci ilin sentyabr ayına qədər İngiltərə millisinin bombardiri adını özündə saxlamışdır ta ki Ueyn Runi bu rekordu təzələyənə qədər.
Dieqo Armando Maradonanın milli komandada vurduğu qolların siyahısı
Bu Argentina milli futbol komandasının şərəfini qorumuş, Dieqo Armando Maradonanın milli komandada vurduğu qolların siyahısıdır. O, millinin tərkibində ümumilikdə 91 matç keçirmiş və 34 dəfə fərqlənə bilmişdir. Millidə ilk debütünü 27 fevral 1977-ci ildə Macarıstan yığmasına qarşı etmişdir. Əsas millinin tərkibində isə ilk qoluna Şotlandiya millisinə 3-1 hesabı ilə qalib gəldikləri oyunda vurmuşdur. == Beynəlxalq qollar == Hesablar və nəticələrdə ilk olaraq Argentina göstərilib:.
Eysebionun milli komandada vurduğu qolların siyahısı
Eysebio (1942–2014) 1961-1973-cü illər aralığında 64 matçda çıxış etdiyi Portuqaliya milli futbol komandasının tərkibində 41 qola imza atmışdır. O, millinin tarixində ən çox qol vurmuş oyunçu kimi qalırdı ta ki, 2005-ci ildə Pauleta onun bu rekordunu təzələyənədək. Hal-hazırda o, Kriştiano Ronaldonun birinci olduğu sıralamada üçüncü pillədə qərarlaşıb. Eysebio 1966 FİFA Dünya Kuboku turnirinin 9 qol ilə bombardiri olmuşdur. Həmçinin yarımfinal qarşılaşmasında o Şimali Koreya milli komandasının qapısından 4 top keçirmişdir. O, beynəlxalq oyunlarda 2 dəfə het-trikə imza atmışdır; buraya Şimali Koreya və turnirin seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirdiyi oyunlar daxildir.
Frans Bekkenbauerin milli komandada vurduğu qolların siyahısı
Bu Qərbi Almaniya millisinin şərəfini qorumuş, dünyanın ən yaxşı futbolçularından biri hesab olunan Frans Bekkenbauerin milli komandada vurduğu qolların siyahısı. O, 1965–1977-ci illər aralığında 103 matçda millinin formasını geyinmiş və 14 qola imza atmışdır. İlk matçını 1965-ci ilin 26 sentyabr tarixində keçirmişdir. O, 1966 FİFA Dünya Kubokunda gümüş medal, 1970 FİFA Dünya Kubokunda bürünc və nəhayət 1974 FİFA Dünya Kubokunda qızıl medal qazanmışdır. Həmçinin hər 3 Dünya Kuboku turnirinin rəmzi yığmasına daxil edilmişdir. Bundan başqa o, UEFA Avro 1972 turnirini qalib kimi, UEFA Avro 1976 turnirini isə gümüş mükafatçı kimi bitirməyə müvəffəq olmuşdur. == Beynəlxalq qollar == Hesablar və nəticələr tablosu.
Miroslav Klozenin milli komandada vurduğu qolların siyahısı
Miroslav Kloze 2001-2014-cü illər ərzində keçirdiyi 137 oyunda vurduğu 71 qol ilə Almaniya millisinin tərkibində ən çox qol vurmuş futbolçudur. O, həmçinin 2002 və 2014-cü illər aralığında FİFA Dünya Kubokunda keçirdiyi 24 matçda 16 qol vurmaqla FİFA Dünya Kubokunun bombardiri adına sahib olmuşdur. Milli komandada iştirak etdiyi 13 il ərzində onun qol vurduğu heç bir matçda Almaniya millisi məğlub olmamışdır. Kloze millidə qol hesabını debüt matçında FİFA Dünya Kuboku 2002 seçmə mərhələsində Albaniyaya qarşı keçirilmiş və 2-1 hesabı ilə qalib gəldikləri oyunda açdı. 2002-ci ilin fevralın 13-də Kayzerslautern şəhərində yerləşən Fritz-Valter stadionunda İsrail üzərində 7-1 hesablı qələbədə o, rəsmi matçlarda ilk şəxsi Avstriya millisinin 6-2 hesablı məğlub edildiyi matçda ikinci het-trikə imza atdı. 2002-ci ildə iştirak etdiyi ilk FİFA Dünya Kuboku turnirinin yekununda 5 qol ilə Rivaldo ilə birgə turnirin ikinci ən çox qol vurmuş oyunçusu adını qazandı. Onun turnirdə qol hesabı isə Sapporo Doum stadionunda Səudiyyə Ərəbistanına qarşı keçirilmiş oyunda het-trik ilə başladı ki, həmin matçda Almaniya millisi 8-0 hesablı qələbə qazandı. Kloze 2006 FİFA Dünya Kubokunun açılış oyununda 2 dəfə fərqlənərək yekunda millisinin Kosta-Rika üzərindı 4-2 hesablı qələbəsini təmin etdi həmçinin qrupun son oyununda Ekvador millisinin qapısından 2 top keçirməyə müvəffəq oldu. O, iştirak etdiyi sayca ikinci Dünya Kuboku turnirini 5 qol ilə başa vurdu və nəticədə turnirin FİFA Dünya Kuboku Qızıl Buts mükafatını qazandı. 2008-ci il 10 sentyabrda 2010 FİFA Dünya Kuboku seçmə mərhələsində səfərdə Finlandiya ilə 3-3 hesabı ilə bitən oyunda bir daha het-trikə imza atdı.
Pelenin milli komandada vurduğu qolların siyahısı
Pele bütün zamanların qəbul edilən ən yaxşı oyunçularından biridir. O, 114 matçda Braziliya milli futbol komandasının şərəfini qorumuşdur ki, bunlardan 92 görüş tam bir beynəlxalq matçı idi və millinin tərkibində 95 qola imza atmışdır. O, həmçinin Braziliya milli komandasının bombardiridir. == Tam beynəlxalq matçlarda vurulan qollar == === Bütün beynəlxalq matçlar === Hesablar və nəticələr ilk olaraq Braziliya olaraq göstərilib.
Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı
Qurban Qurbanov hücumçu mövqeyində oynamış keçmiş Azərbaycan futbolçusudur. O, hazırda Ağdamın "Qarabağ" klubunun (2008-ci ildən) baş məşqçisidir. Qurbanov, Emin Mahmudov ilə birlikdə Azərbaycan milli futbol komandasının ən məhsuldar iki oyunçusundan biridir. Keçmiş hücumçu, 1992–2005-ci illərdə çıxış etdiyi Azərbaycan millisin heyətində ümumilikdə 68 oyun keçirib, 14 qol vurub. Qurbanov 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfərdə keçirilən yoxlama oyununda Azərbaycan milli futbol komandasının heyətində debüt edib. O, matçın 46-cı dəqiqəsində Mahmud Qurbanovu əvəzləyib. Qurbanov millinin heyətində sonuncu oyununa 7 sentyabr 2005-ci ildə DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya ilə keçirilən qarşılaşmada çıxıb. == Vurduğu qollar == Qurbanovun milli komandada ilk qolu 1993-cü ilə təsadüf edir. İyunun 8-də İranın paytaxtı Tehranda keçirilən beynəlxalq turnirdə Azərbaycan 21 yaşadək futbolçulardan ibarət Qazaxıstan yığma komandası ilə qarşılaşırdı. Qurbanov görüşün 14-cü dəqiqəsində hesabı açır, 41-ci dəqiqədə isə ikinci qolu qazaxların qapısından keçirir.
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısı
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısı — 2001–2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi. İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0–0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır. 2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır. Beynəlxalq karyerası dövründə o, meydana çıxdığı 116 matçda ümumilikdə 62 qola imza ataraq İsveç yığmasında ən çox qola imza atan futbolçu olmuşdur ki, 2014-cü ildə Frends Arena stadionunda Estoniya yığması ilə keçirilən yoldaşlıq oyununda 2 qol vuraraq Sven Ryüdellin rekordunu qırdı. 2016-cı ilin iyunun 21-də UEFA Avro 2016 turnirindən sonra İbrahimoviç milli səviyyəsində karyerasını bitirdiyini bəyan etdi və növbəti gün sonuncu dəfə Belçika yığması ilə oyunda milli formasını geyindi. İbrahimoviç millidə ilk het-trikə 2004-cü ilin 4 sentyabr tarixində imza atmışdır ki, Malta millisinə qarşı keçirdiyi bu oyunda o, ümumilikdə dörd qol vura bilmişdi. Yekunda isə İbrahimoviç milli karyerasında ən çox qolu (6) məhz Malta yığmasının qapısından keçirmişdir. O, milli karyerasında ümumilikdə 4 dəfə het-trikə imza atmışdır ki, bunlardan biri Malta millisinə qarşı, ikincisi 2012 UEFA Avropa Kubokunun seçmə mərhələsi çərçivəsində Finlandiya millisinə qarşı dörd qolu, 2012-ci ildə yoldaşlıq oyunu çərçivəsində İngiltərə millisinə qarşı və sonuncu het-trik isə 2013-cü ildə Norveç millisinin qapısından keçirmişdi. İbrahimoviç millidə vurduğu qolların yarıdan çoxuna məhz ev oyunlarında imza atmış, 12 qolu yoldaşlıq oyunlarında, 11 qolu Rasunda stadionunda, 5 qolu Ullevi stadionunda, 2 qolu Svedbank stadionunda, birini isə Qamla Ullevi stadionunda rəqib qapısından keçirmişdir.
Urdu
Urdu dili (urdu اردو) və ya danışanlara məlum olduğu kimi Laşkari; yazılı لشکری, — XIII əsrdə yaranan və Hind-Avropa dilləri ailəsinə daxil olan dil. Pakistanın rəsmi dilidir. Hindistanda urdu dili 23 rəsmi dövlət dilindən biridir. Ölkədə təxminən 50 milyon nəfər bu dildə danışır. Dünyada 63,431,800 nəfər urdu dilini öz ana dili kimi istifadə edir, təxminən 150—200 milyon nəfər isə bu dildə danışa bilir. Pakistanda və Hindistanda çox yayılmışdır. Pakistanın rəsmi dillərindən biridir. Hindistanın bəzi bölgələrində də rəsmi dildir. Urduca Türk dillərində olan "ordu" sözündən törəmişdir. Yerli olaraq Laşkari və ya Laşkari dili olaraq bilinir.
Vudu
Vudu (Benində: Vodun; Haitidə: Vodou; Dominikan Respublikasında: Vudu) — Qərbi Afrika mənsəli animist bir dinidir. Bu dinə Qərbi Afrika və Mərkəzi Amerikada otuz milyondan çox insanın sitayiş edir. O, 1750–1785-ci illərdə Haitidə meydana gəlsə də ideyasını katoliklikdən və Afrikada yayılmış qədim dini inanclardan götürmüşdür. Bu din özündə müxtəlif tanrılara itaət, onlar üçün heyvanlar qurban vermək və insan ruhunu tamamilə ələ keçirmək mənasını ifadə edir. Fon dilindən vudu, "hər an insan həyatının bütün sahələrinə müdaxilə etmək qüdrətinə malik qorxulu, sirli, gözə-görünməz güc" kimi tərcümə olunur. Bu dinin əsasında şamanizm elementləri ilə yanaşı, möhkəm bünövrəyə malik xüsusi struktur durur. Vudu dinində tək tanrıya, Bondyeyə sitayiş olunur. O, bəşəriyyətdən uzaq, məlum olmayan məkanda təsəvvür edilir. İnanca görə, ondan aşağıda üç ruhi varlıq mövcuddur: 1) Loa. İnsan həyatını tənzimləyən ruhlar birliyi, bu dünyada təcəssümünü tapan enerjidir.
Abdal yurdu
Orta çağda Qarabağda Abdal adlı üç yurd yerı vardı. Bunlardan biri Dizaq nahiyəsinda, indiki Cəbrayıl rayonunun Yuxarı Xələfli kəndinin yerində, ikincisi və üçüncüsü Vərəndə nahiyəsində yerləşirdi. İkinci Abdal yurdu hazırkı Ağdam rayonunun Abdal kəndidir. Ücüncü Abdal yurdu isə Günümüzdəki Füzuli rayonunda yerləşən Qacar kəndinin bir məhəlləsi idi. Maraqlıdır ki, Qacar elinin böyük qollarından biri Abdallı adlanırdı. Abdal adının qədim bir tarixi var. Bu ada Altaydan Anadoluya qədər, türklərin məskunlaşdıqları hər yerdə rast gəlmək mümkündür. Abdal qədim türk tayfasının adıdır. Bu tayfa Ağ hun tayfasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır.
Beyin qurdu
Beyin qurdu (lat. Multiceps multiceps) Lentşəkilli qurdlar (lat. Cestoidea) sinfinin əsas nümayəndələrindən biridir. == Quruluşu == Ev heyvanlarının parazitlərindən söhbət açdıqda ilk növbədə qoyunlara “firlanma” və ya 2 dəlicə” xəstəliyi törədən beyin qurdu (Multiceps multiceps) parazitini yada salmaq lazımdır. Yetkin lentvari mərhələdə beyin qurdu çoban itlərinin bağırsağında rast gəlinir. Bu qurdun senur adlanana finna mərhələsi qoyun və keçilərin, nadir hallarda insanın beynində, yetkin mərhələdə isə it, canavar, tülkü və digər yırtıcı heyvanların bağırsağında parazitlik edir. Lent halı 40-100 sm uzunluğunda olub, 200-250 buğumu vardır. Başcıq hissə xortumla və 22-23 ədəd qarmaqla təchiz olunmuşdur. Balalığında şaxələrin sayı 9-26 ədədə çatır. İt və digər yırtıcı heyvanlar bu parazitə senurlu qoyun və keçi beynini yeməklə keçirlər.
Gənclər yurdu
"Gənclər yurdu" jurnalı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan ictimai-siyasi jurnal. "Müsavat" partiyasının nəzdində yaradılmış "Gənclər cəmiyyəti"nin orqanı idi. 1918-ci ilin iyunundan noyabrın 15-dək (əvvəlcə həftəlik, sonra isə ayda 2 dəfə) Bakıda Azərbaycan dilində nəşr olunmuş, cəmi 35 nömrəsi çıxmışdır. Redaktorları T.F.Hacızadə və Mirzəbala Məmmədzadə idilər. Jurnalda gənc ədəbi qüvvələrin milli istiqlalın, müstəqilliyin qorunmasına çağırış ruhlu şeirləri, ictimai həyatın müxtəlif məsələləri, xüsusilə gəncliyin problemləri ilə bağlı yazıları çap edilirdi. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. "Lider nəşriyyatı", 2004, səh. 426.
Karmina Verdu
Karmina Verdu (9 aprel 1983) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Karmina Verdu İspaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Kazımbəy yurdu
Kаzımbəy yurdu — Hаvuş kəndindən şimаl-şərqdə, “cəvizlik” аdlаnаn yеrin yахınlığındа, Hаvuşа gеdən yоlun sаğ tərəfində yеrləşir. Yаşаyış yеri yоl bоyu nаlşəkilli fоrmаdа uzаnаn təpələrin üzərini və ətəklərini əhаtə еdir. Еvlər təpənin yаmаcındа, süni şəkildə düzəldilmiş şəkillərdə tikilmişdir. Еvlər dördkünc fоrmаlı оlub dаşdаn inşа еdilmişdir. Kеrаmikа nümunələri Еrkən Оrtа əsrlərə аid fоrmа vеrməyən pаrçаlаrdаn ibаrətdir. Kеrаmikа nümunələrinə əsаsən yаşаyış yеrini III- VIII əsrlərə аid еtmək оlаr. Еhtimаl ki, yаşаyış yеrində həyаt sоnrаkı dövrlərdə də dаvаm еtmişdir.
Nuh Yurdu
Nuh Yurdu — siyasi, ictimai, iqtisadi və ədəbi qəzet == Haqqında == Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanıdır. İlk nömrəsi 1996-cı il 5 apreldə çıxmışdır. Qəzetdə Naxçıvan şəhərinin və muxtar respublikanın ictimai-siyasi, iqtisadi, ədəbi-mədəni həyatına, eləcə də Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə dair məqalələr, ədəbi-bədii yazılar dərc edilir. Ayda iki dəfə, böyük formatda rəngli çap olunur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 452. ISBN 5-8066-1468-9.
Odlar Yurdu
Odlar Yurdu (rəqs) — Azərbaycanın milli rəqsi. Odlar Yurdu (şərab) — Azərbaycan istehsalı şərab. Odlar Yurdu (konsept) — Azərbaycan dilində milli və mədəniyyət konsepti. Odlar yurdu (film, 1967) — Azərbaycanın tarixindən, coğrafiyasından, nailiyyətlərindən və adamlarından bəhs edən film. Odlar yurdunun qızları (film, 1972) — Azərbaycanın ilk qadın təyyarəçiləri Leyla Məmmədbəyova və Züleyxa Seyidməmmədovaya həsr olunmuş film. Odlar Yurdu Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biri. "Odlar Yurdu" Gənclər İctimai Birliyi — Azərbaycanda fəaliyyət göstərən ictimai birlik. Odlar Yurdu Kolleci — Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biri.
Yağış qurdu
Yağış qurdu— Həlqəvi qurdlar tipinin azqıllı hələvi qurdlar sinifinə aiddir. == Quruluşu == Yağış qurdu 15–30 sm uzunluqda olub, bədəni qurdvari formadadır. Rəngləri müxtəlifdir. Təbiətdə qonur-boz, qəhvəyi , qirmızımtıl rəngdə olurlar. Bel tərəfi nisbətən qabarıq, qarın hissəsi isə yastılaşmış formadadır. Bədəni həlqələrdən ibarət olub buğumluluq əmələ gətirmişdir. Buğumların sayı 140–180 olub, bütün bədən boyu yerləşmişdir. Buğumlar demək olar ki, hormonom olub, aydın şəkildə nəzərə çarpır. Yağış qurdunun bədəni xaricdən kitikula ilə örtülmüşdür. Kitikula nazik olub, onun alt hissəsində birqatlı silindrşəkilli epiteli yerləşmişdir.
İpək qurdu
İpəkqurdu (lat. Bombyx) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinə aid heyvan cinsi. Təbii ipək əldə etmək məqsədilə insanlar tərəfindən bəslənilir. İpəkqurdu tut yarpağını yeyib yapışqanlı şirə ifraz edir, bu şirə bərkiyib ipək tellərə dönür. İpəkqurdu hazırladığı ipək tellərdən öz ətrafında üç günə barama toxuyur, özü baramanın içində qalır.
Laçın yurdu
"Laçın yurdu" — Ədəbi-bədii publisistik jurnal. Jurnal 2010-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2011-ci ildən nəşr edilir və rübdə bir dəfə işıq üzü görür. == Məzmun == Jurnalda laçınlı şəhidlər, ziyalılar, tarixi şəxsiyyətlər, elm, mədəniyyət, incəsənət adamları, veteranlar, idmançılar, Laçın rayonunun işğal altında olan kəndləri, tarixi abidələri, mədəniyyət nümunələri haqqında məlumatlar, publisistik məqalələr, xatirə yazıları, şeirlər və ədəbi düşüncələr dərc olunur. "Laçın yurdu" jurnalı səhifələrində ciddi, araşdırma yazılarına xüsusi yer ayırır. Şou xəbərlərdən uzaqdır. Ona görə də jurnala maraq ilbəil artmaqdadır. == Jurnalın əsas rubrikaları == "Laçın toponimləri", "O kənd bizim kəndimizdi", "Nəsr", "Publisistika", "Poeziya", "Kitab rəfi", "Araşdırma", "Ovqat", "Münasibət", "Axtar babaları", "Şəhidlərimiz", "Qazilərimiz", "Sənətçilərimiz", "Ziyalılarımız", "Kimlər keçdi bu dünyadan", "Dünya ədəbiyyatı" və s. == Jurnalın dizaynı == Jurnal ilk sayından başlayaraq hər nömrəsinin cildində rayondakı tarixi abidələrin fotosunu çap edir == Jurnalın heyəti == Təsisçi və baş redaktor: Arif Məmmədli Baş redaktorun müavini: Araz Yaquboğlu (01.01.2012–indi). Redaktor: Siyavuş Əmirli (2011–31.12.2012). Məsul katib: Elnur İrəvanlı === Redaksiya heyəti === Knyaz Məmmədov, İlham Qəhrəman, Ələmdar Şahverdiyev, Tamxil Ziyəddinoğlu, Mütəllim Həsənov, Fəxri Uğurlu, Taleh Şirinov, Yusif Mirzə, Fəxrəddin Şahsuvarov və Orxan Cəbrayılov.
Urdu Vikipediya
Urdu Vikipediya — Vikipediyanın urdu dilində olan bölməsidir. Bu günə qədər 215.230 məqalə yaradılıb.
Urdu dili
Urdu dili (urdu اردو) və ya danışanlara məlum olduğu kimi Laşkari; yazılı لشکری, — XIII əsrdə yaranan və Hind-Avropa dilləri ailəsinə daxil olan dil. Pakistanın rəsmi dilidir. Hindistanda urdu dili 23 rəsmi dövlət dilindən biridir. Ölkədə təxminən 50 milyon nəfər bu dildə danışır. Dünyada 63,431,800 nəfər urdu dilini öz ana dili kimi istifadə edir, təxminən 150—200 milyon nəfər isə bu dildə danışa bilir. Pakistanda və Hindistanda çox yayılmışdır. Pakistanın rəsmi dillərindən biridir. Hindistanın bəzi bölgələrində də rəsmi dildir. Urduca Türk dillərində olan "ordu" sözündən törəmişdir. Yerli olaraq Laşkari və ya Laşkari dili olaraq bilinir.
Urdu hərəkatı
Urdu hərəkatı — Urdu hərəkatı Britaniya Hindistanı dövründə Hindistan yarımadasının müsəlman icmalarının mədəni və siyasi şəxsiyyətinin ümumdünya dili və mədəni simvolu halına gətirməyə yönəlmiş bir ictimai-siyasi hərəkat idi. Hərəkat 19-cu əsrin ortalarında Əhməd Xanın Aliqarx hərəkatından qaynaqlanan Moğol İmperiyasının süqutu ilə başladı. Bütün Hindistan Müsəlman Liqası, Pakistan hərəkatına güclü təsir göstərdi. Pakistan müsəlmanları üçün Urdu statusu ilə bağlı mübahisə 1952-ci ildə Şərqi Benqalda Benqal Dili Hərəkatına da səbəb olmuşdı. == Tarixi == "Urdu" adının ilk dəfə 1780-ci illərdə şair Qulam Həmdani Müşrəfi tərəfindən təsbit edildiyi güman edilir. Laşkari və ya orijinal Ləşkari ləhcəsi kimi də tanınır. == Hind-Urdu mübahisəsi == Hind-Urdu mübahisəsi 1867-ci ildə İngiltərə hökuməti Birləşmiş əyalətlərin (indiki Uttar Pradeş) və Biharın hindu icmalarının rəsmi dilin fars-ərəb yazısını Devanaqari olaraq dəyişdirib hindi olaraq qəbul etməsini tələb etməyə hazırlaşdıqda ortaya çıxdı. hindu fəallarının tələbi ilə ikinci rəsmi dil kimi qəbul edildi.Müsəlman siyasətçi Əhməd Khan bu dəyişikliyin ən səsli rəqibi oldu. Urdu dilinə müsəlmanların" dil franki" kimi baxdı. Urdu kimi tanınan hakim Moğol İmperiyası tərəfindən hazırlanaraq Moğol məhkəməsinin rəsmi dili olan fars dilinə ikinci dil kimi istifadə edilmişdir.
Laçın yurdu (jurnal)
"Laçın yurdu" — Ədəbi-bədii publisistik jurnal. Jurnal 2010-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2011-ci ildən nəşr edilir və rübdə bir dəfə işıq üzü görür. == Məzmun == Jurnalda laçınlı şəhidlər, ziyalılar, tarixi şəxsiyyətlər, elm, mədəniyyət, incəsənət adamları, veteranlar, idmançılar, Laçın rayonunun işğal altında olan kəndləri, tarixi abidələri, mədəniyyət nümunələri haqqında məlumatlar, publisistik məqalələr, xatirə yazıları, şeirlər və ədəbi düşüncələr dərc olunur. "Laçın yurdu" jurnalı səhifələrində ciddi, araşdırma yazılarına xüsusi yer ayırır. Şou xəbərlərdən uzaqdır. Ona görə də jurnala maraq ilbəil artmaqdadır. == Jurnalın əsas rubrikaları == "Laçın toponimləri", "O kənd bizim kəndimizdi", "Nəsr", "Publisistika", "Poeziya", "Kitab rəfi", "Araşdırma", "Ovqat", "Münasibət", "Axtar babaları", "Şəhidlərimiz", "Qazilərimiz", "Sənətçilərimiz", "Ziyalılarımız", "Kimlər keçdi bu dünyadan", "Dünya ədəbiyyatı" və s. == Jurnalın dizaynı == Jurnal ilk sayından başlayaraq hər nömrəsinin cildində rayondakı tarixi abidələrin fotosunu çap edir == Jurnalın heyəti == Təsisçi və baş redaktor: Arif Məmmədli Baş redaktorun müavini: Araz Yaquboğlu (01.01.2012–indi). Redaktor: Siyavuş Əmirli (2011–31.12.2012). Məsul katib: Elnur İrəvanlı === Redaksiya heyəti === Knyaz Məmmədov, İlham Qəhrəman, Ələmdar Şahverdiyev, Tamxil Ziyəddinoğlu, Mütəllim Həsənov, Fəxri Uğurlu, Taleh Şirinov, Yusif Mirzə, Fəxrəddin Şahsuvarov və Orxan Cəbrayılov.
Odlar Yurdu (konsept)
"Odlar Yurdu" — Azərbaycan dilində milli və mədəniyyət konsepti. == Tarixi və siyasi inkişafı == Tarixçi bəzi mənbələrdə Azərbaycanın Odlar Yurdu kimi tanınmasının atəşpərəstliklə əlaqələndirilməsinə ilə bağlılığı ilə əlaqələnir. İçərişəhərdəki Cümə məscidinin atəşpərəst zərdüştilərin məbədgahının yerində tikilməsi barədə rəvayət Bakı əhalisi arasında indiyədək yaşayır. Bizans diplomatı Prisk yazırdı: «Midiyaya basqın edən hunlar geri qayıdarkən başqa yolla döndülər və dənizdəki qayada yüksələn alovun yanından ötərək vətənlərinə qayıtdılar». Bəziləri bunu Atropatın adı ilə, bəziləri “Adərbayqan”, “Odər” və başqa sözlərlə açırlar. Bəziləri bunu Yunan mifologiyasına görə Prometey odu allahlardan oğurlayıb bəşəriyyətə verdiyi üçün cəzalanaraq Zevsin əmri ilə Qafqaz dağlarına zəncirlənmişdir ilə əlaqələnir. Ehtimal var ki, bu əfsanə yunanlaşmamışdan, prometeyləşməmişdən əvvəl adında od sözu olmuşdur. Mirəli Seyidovun qənaətincə bu türklərin mifik qəhrəmanı Dədə Qorqud obrazıdır. O, yazır ki, Qorduz sözü «Qor» yəni od, «qut» yəni xoşbəxtlik sözlərinin birləşməsindən əmələ gəlib. Ancaq Azərbaycanın odla simvollaşdırılmasının başqa səbəbləri də var.
Odlar Yurdu (triptix)
"Odlar Yurdu" — azərbaycanlı rəssam Tahir Salahovun 2007-ci ildə çəkdiyi triptix rəsm əsəri. Rəssam əsərin üzərində on aydan çox işləmişdir. == Tarixi == Tahir Salahovun sözlərinə görə, "Çox istəyirdim ki, açıq dənizdə çalışan insanların qarşılaşdıqları təhlükəni dəfələrlə azaldan belə bir qurğunu çəkim...". == Təsviri == Triptixin mərkəzi hissəsində "Xəzər bu gün" əsəri yerləşir. Triptixin sol tərəfində "Atəşgah", sağında isə Qız qalası var. == Tənqid == İncəsənət tarixçisi və tənqidçisi Yekaterina Dyoqotun fikrincə, triptix nefti "sənaye yox, dini mənada" şərh edir.
Odlar Yurdu Kolleci
Odlar Yurdu Kolleci və ya qısaca OYK — 2016-cı ildə Odlar Yurdu Universitetinin nəzdində yaradılmış kollec. == Haqqında == Odlar Yurdu Universiteti nəzdində Odlar Yurdu Kolleci 2 may 2016-cı il tarixində yaradılmışdır. Kollec universitetin bazasında fəaliyyət göstərir və dərsləri universitetin professor-müəllimləri tədris edir. Nizamnaməyə əsasən kollecin Ali idarəetmə orqanı pedaqoji şuradır. Kollecə rəhbərlik direktor tərəfindən həyata keçirilir. Direktor həm də Pedaqoji Şuranın sədridir. Odlar Yurdu Kolleci Ədliyyə Nazirliyinin 12.02.2016-cı il tarixli 1116-A11–563 nömrəli dövlət qeydiyyatından keçmişdir. Kollecə 2 may 2016-cı il tarixində 088971 nömrəli lisenziya verilmişdir. == Rəhbərlik == === Struktur === Direktor Direktorun 1-ci müavini Direktorun Tədris İşləri üzrə müavini Tədris şöbəsinin müdiri İnsan resusrları şöbəsinin rəhbəri Arxiv müdiri Təsərrüfat şöbəsinin müdiri Mühasibatlıq Daxili Nəzarət və Monitorqin şöbəsinin rəhbəri === Pedaqoji Şura === Nizamnaməyə əsasən kollecin Ali idarəetmə orqanı pedaqoji şuradır. Kollecə rəhbərlik direktor tərəfindən həyata keçirilir.
Odlar Yurdu Universiteti
"Odlar Yurdu" Universiteti və ya qısaca "OYU" — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 10 noyabr 1995-ci ildə qoyulmuşdur. Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. == Haqqında == Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır. == Maddi-texniki bazası == Universitetin ümumi sahəsi 1 hektar ərazini əhatə edir. 16000 m² ərazidə müasir tələblərə cavab verən maddi-texniki bazalı, tədris prosesinin bütün zəruri tələblərini ödəyən müasir tipli 7 mərtəbəli binaya malikdir. Oksigen Klinik Xəstəxanası 6000 (altı min) m² sahəyə malikdir, Tibb muzeyi, Hüquq Klinikası, Kriminalistika laboratoriyası, Elektron imtahan otaqları, Kompüterlərin təmiri mərkəzi, Elektron kitabxana, Oxu zalı, Açıq idman meydançası, Qapalı idman zalı, Böyük akt zalı, Kiçik akt zalı, Xarici tələbələr üçün yataqxana, Açıq havada yeməkxana, Qapalı yeməkxana, Mikrobiologiya, immunologiya və virusologiya laboratoriyası, Histologiya və sitologiya laboratoriyası, Zoologiya kabineti, Fiziologiya kabineti, Anatomiya otağı, Fizika və biofizika laboratoriyası, AzRENA ictimai internet mərkəzi, Texnopark, Sürücülük məktəbi fəaliyyət göstərir. == Beynəlxalq statusları == Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür. Almaniyanın H+ akkreditasiyasına malikdir.
Oğuz yurdu (qəzet)
"Oğuz yurdu" — Oğuz rayonunda çıxan qəzet. Rayon qəzeti 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamış, sonralar "Varlı həyat", "Lenin bayrağı" adı ilə fəaliyyət göstərmişdir. 1929-cu ildə rayonun Xalxal kəndində müəllim kimi fəaliyyətə başlayan Sultan Əfəndiyev qəzetin ilk redaktoru təyin edilib (1934–1954-cü illər). Sonralar Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı A. Əlihüseynov 30 aprel 2009-cu il tarixində "Rayonda çıxan "Oğuz yurdu" qəzetinin ilk sayının çapdan çıxmasının 75 illiyinin qeyd olunması haqqında" sərəncam vermişdir. 2014-cü il iyunun 12-də Oğuz rayonunda "Oğuz yurdu" qəzetinin 80 illik yubileyi keçirilib.
Səməd Yurdu (Şot)
Əhməd Yurdu (fars. صمديوردي‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Türk Yurdu dərgisi
Türk Yurdu dərgisi - Türkiyədə çap olunan aylıq dərgidir == Tarixçə == Türk Yurdu dərgisi "Türk Yurdu Cəmiyyəti"nin fikirlərini yaymaq üçün 30 noyabr 1911-ci ildə İstanbulda çapa başlamışdır. Türk Yurdu dərgisi 1911-ci ildən etibarən fasilələrlə çap olunmuşdur. Türk Yurdu Cəmiyyətinin bağlanması ilə "Türk Ocaqları"nın çap orqanına çevrilmişdir. Dərgi "Türk Ocakları" Mərkəzinin aylıq çap orqanı olaraq hazırda Ankarada dərc edilir. 30 noyabr 1911 və 15 iyul 1918 tarixləri arasında on beş gündə bir olmaqla İstanbulda otuz iki səhifədən ibarət jurnal dərc edilmişdir. İlk sayı böyük bir maraq ilə qarşılandı və bir neçə dəfə basıldı, Türkiyədə və Türkiyə xaricində geniş bir oxucu kütləsi meydana gəldi.Yeddi il ərzində 14 cild və 161 sayı çıxdı. Ölçüsü 18x25cm idi. Dərginin yayımcısı “Türk Yurdu” idi. Dərginin ilk nəşr olunduğu günlərdə imtiyyaz sahibi Məhəmməd Əmin bəy idi. 1911-ci ildə Məhəmməd Əmin Bəy vali olaraq Ərzuruma göndərilinəndə baş mühasib Akçuraoğlu Yusuf imtiyazçı oldu.
Türk yurdu (jurnal)
Türk Yurdu dərgisi - Türkiyədə çap olunan aylıq dərgidir == Tarixçə == Türk Yurdu dərgisi "Türk Yurdu Cəmiyyəti"nin fikirlərini yaymaq üçün 30 noyabr 1911-ci ildə İstanbulda çapa başlamışdır. Türk Yurdu dərgisi 1911-ci ildən etibarən fasilələrlə çap olunmuşdur. Türk Yurdu Cəmiyyətinin bağlanması ilə "Türk Ocaqları"nın çap orqanına çevrilmişdir. Dərgi "Türk Ocakları" Mərkəzinin aylıq çap orqanı olaraq hazırda Ankarada dərc edilir. 30 noyabr 1911 və 15 iyul 1918 tarixləri arasında on beş gündə bir olmaqla İstanbulda otuz iki səhifədən ibarət jurnal dərc edilmişdir. İlk sayı böyük bir maraq ilə qarşılandı və bir neçə dəfə basıldı, Türkiyədə və Türkiyə xaricində geniş bir oxucu kütləsi meydana gəldi.Yeddi il ərzində 14 cild və 161 sayı çıxdı. Ölçüsü 18x25cm idi. Dərginin yayımcısı “Türk Yurdu” idi. Dərginin ilk nəşr olunduğu günlərdə imtiyyaz sahibi Məhəmməd Əmin bəy idi. 1911-ci ildə Məhəmməd Əmin Bəy vali olaraq Ərzuruma göndərilinəndə baş mühasib Akçuraoğlu Yusuf imtiyazçı oldu.
Təxti-Tavuz yurdu
Qaraköpəktəpə və ya Taxtı-Tavus — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Köndələnçayın sağ sahilində yerləşir. Abidə konusvari təpə formasındadır. Abidənin üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən başlayaraq Orta əsrlərə qədər uzun bir dövrü əhatə edir. Yaşayış yerində 1967-ci ildən başlayaraq 300 m2 sahədə tədqiqat aparılmışdır. == Tədqiqi == Tarixçi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində bu abidə Qaraköpəktəpə və Taxtı-Tavus adları ilə qeyd olunub. XIX əsr tarixçisi Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərində də Qaraköpəktəpənin adı bir neçə dəfə çəkilir və elmi məlumatlar verilir. Daha sonra burada araşdırmanı alman mənşəli həvəskar arxeoloq E.A.Resler, sonra isə Moskva İmperator Arxeoloji Cəmiyyətinin üzvü A.A.İvanovski aparıb. Tədqiqat nəticəsində rus arxeoloqu abidənin ölçüsünü dəqiq müəyyən edib. Amma onların tədqiqatları sistemli olmayıb.
Kürdü
Kürdü (geyim)
Hurdy Gurdy
Hurdy Gurdy — Musiqi aləti. Hurdy- gurdy (Çexcə Niněra) çarxla tellərə sürtünərək səs çıxaran simli alətdir. Çarxın funksiyası daha çox skripka yayına bənzəməklə onda çalınan melodyalar da skripkanınkına bənzəyir. Melodyalar tonlarını dəyişmək üçün klaviaturanın üzərində çalınır. Çoxu simli alət kimi simlərin titrəməsini eşidiləbilər hala gətirən səs taxtası vardır. Hurdy gurdynin mənşəyinin ümumiyyətlə skripkadan, həmçinin 11-ci əsrdən əvvəl Avropadan və ya Orta Şərqdən (məs: rebab aləti) gəldiyi düşünülür. 17-ci əsrdə musiqi zövqünün dəyişməsi ilə əlaqədar və hurdy gurdynin verə biləcəyindən daha çox polifonik istedad istədi və alət ən düşük sosail siniflərə itələndi. XVIII əsrdə hurdy gurdy yenidən məşhurlaşmağa və üst siniflərə geri dönməyə başladı. Bu müddət ərzində artıq onun müxtəlif növləri qərbi slavyan ölkələrinə, alman dilli ərazilərə, Macarıstana və həmçinin Mərkəzi Avropaya da yayılmışdı.
Virdü-Səttar
Virdü-Səttar — Seyid Yəhya Bakuvinin əsərlərindən biri, onlar arasında xüsusi yer tutur. Xəlvətilik təriqəti mənsublarının hər gün oxuduqları bu vird ərəb dilində və olduqca səlis bir üslubdadır. Tədqiqatçılar məzmununu üç qismə ayırırlar. Birinci hissədə Allaha dua və səma edilir,ikinci bölümdə Allahın sifətləri və 99 adı xatırlanır. Üçüncü bölümdə Məhəmmədə, ilk dörd xəlifəyə, Əhli Beytə, Həmzə və Abbasa dua və salamlar edilir. Müridlərin səsli olaraq icra etdikləri bu virddən sonra gizli oxuyacaqları qısa bir dua da vardır. Övradi-Yəhya, Virdü-Səttar, Virdi-Yəhya, Virdi-Xəlvətiyyə kimi adlarla yad olunan bu əsərə dəfələrlə şərh yazılmışdır. Kitabxanalarda bir çox əlyazması olmaqla yanaşı dəfələrlə müxtəlif ölkələrdə nəşr də edilmişdir. Lakin Azərbaycanda nəşr edilməmişdir. == Əlyazma nüsxələri == Süleymaniyyə kitabxanası,Hamidiyyə,842/2 Süleymaniyyə kitabxanası,Lala İsmayıl,727/5 Süleymaniyyə kitabxanası,Lala İsmayıl,707/5 Süleymaniyyə kitabxanası,Hacı Mahmud,4123 Süleymaniyyə kitabxanası,Aşir əf.,426/20 Süleymaniyyə kitabxanası,Çələbi Abdulla,3/6 Süleymaniyyə kitabxanası,Əsəd əf.,1415/1 Süleymaniyyə kitabxanası,Əsəd əf.,1330/6 Süleymaniyyə kitabxanası,Üşşaqi-təkyə.
Kürdü (geyim)
Kürdü — Azərbaycanda qolsuz üst qadın geyimi. Yaxası acıq, yan tərəfləri kəsik olurdu. Əsasən, tirmə və məxmərdən tikilən kürdü soyuq vaxtlarda geyilirdi. Yaxası, ətəyi və qol yeri xəzlə köbələnirdi. İsti olmaq ucun kürdünün astarı bəzən quzu dərisindən düzəldilirdi. Azərbaycanda əsasən, Qarabağ ucun xarakterik olan kürdü geyim tipi digər zonalarda "quzu kürdü", "içlik", "çanlıq", "zıvını", "qolsuz" və s. adlarla yayılmışdır.
Azərbaycan kürdü
Azərbaycan kürdləri (kürd. Kurdên Azerbaycanê) — postsovet məkanındakı kürd əhalinin bir hissəsi. XVI əsrin sonlarında Qarabağda bəzi kürd tayfaları qeydə alınmışdır. Halbuki, Azərbaycandakı demək olar ki, bütün müasir kürd əhalisi XIX əsrin Qacar İranından gələn mühacirlərdir. == Tarixi == === Erkən tarix === Orta əsrlərdə Bərdədə Bab əl-Əkrad (hərf. Kürdlər qapısı) adlı darvaza var idi ki, burada kürdlərin yaşadığı məhəllə yerləşirdi. İbn Miskəveyh qeyd etmişdir ki, rusların hücumları zamanı yerli hökmdarın əmrində kürdlər də olmuşdur. Rus və sonrakı sovet etnoqrafı Qriqori Çursinin fikrincə, müasir Azərbaycanın qərb bölgələrində başqa bir kürd köçü dalğası 1589-cu ildə, Səfəvi-Osmanlı müharibəsi zamanı, "qalib Səfəvi əsgərlərinin" ələ keçirilmiş ərazilərdə qalmağı seçdiyi zaman baş vermiş ola bilər. Səfəvilər Qarabağ və Zəngəzurun tarixi bölgələrinin sərhədlərində şiə kürdlərini məskunlaşdırdılar. XVIII əsrdə bir çox kürd tayfası Qarabağ ovalığında azərbaycanlılarla tayfa birlikləri qurmuşdu. XIX əsr rus tarixçisi Peter Budkov 1728-ci ildə Muğan düzündə yarı köçəri heyvandarlıqla məşğul olan kürd və şahsevən qruplarının Rusiya vətəndaşlığı almaq üçün müraciət etdiklərini qeyd etdi.
Kitabül-vüdu
Kitabül-vüdu — Seyid Yəhya Bakuviyə məxsus əsər. Bu əsərdə dəstəmazın təsəvvüfi mənası verilmişdir. Dəstəmazın cismani və ruhani olmaq üzrə iki qism olması, ruhani mənasının Allahdan başqa hər şeydən ayrılmaq mənasına gəldiyi, bunu üçün də kamil bir şeyxə tabe olmağın gərəliyi bildirilir. Əsərdə dəstəmazda yuyulan əl, ayaq, üz və baş kimi dörd üzvün nəfsin əmmarə, ləvvamə, mülhəmə və mütmainnə kimi dörd halına işarə olası fikri ifadə olunmuşdur. Bundan başqa əsərdə yuyulması vacib olan yeddi üzvün də nəfsin yeddi mərtəbəsinə işarə olduğu açıqlanır, təsəvvüfdə şeyxə bağlanmağın vacibliyi təkrar edilir və şeyxi olmayanın şeyxinin şeytan olduğu bildirilir. Ərəb dilində olan bu əsər Seyid Yəhyanın fars dilində digər əsəri Əsrarül-vüdu ilə səsləşsə də, məzmunu demək olar ki, tamamilə fərqlidir. Əsərin Atatürk Kitablığında olan yeganə nüsxəsi Camalül Xəlvəti adına qeyd olunmuş, ancaq əvvəlində Seyid Yəhya Şirvaniyə aid olduğu qeyd edilmişdir. Əsərdə "Qalə əş-şeyx" ifadəsinin tez-tez işləndiyini nəzərə alsaq, Camalül Xəlvəti tərəfindən ərəb dilindən tərcümə edildiyi ehtimal oluna bilər. Əsər 1199/1785-ci ildə İbrahim ibn Hüseyin tərəfindən köçürülmüşdür. Hal-hazırda İstanbul Atatürk Kitablığı, Osman Ergin, 1683 nömrədə qorunur.
Kurud
Kurud — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Kurud Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ku­rud kəndi rayon mərkəzindən 40 km şimal-qərbdə Şotalı çayının yuxarı axarında, dəniz səviyyəsindən 2.200 m hündürlükdə, Kirs dağının ətəyin­də, bir tərəfdən Sisyan, digər tərəfdən Goruş rayonları ilə həmsərhəd əra­zidə yerləşir. 1918-ci il qaçqınlığı dövründə Kurud kəndi bilavasitə keçid məntəqə­sinə çevrilmişdir. Ermənilərin azərbaycanlı kəndlərində törətdikləri qır­ğınlar Kuruddan da yan keçməmişdir. Kənd 1988ci ildə erməni daşnakları tərəfindən tamam dağıdılmış, əhalisinin əksəriyyəti həlak olmuşdur. Əhalinin bir hissəsi dağlardan aşaraq Naxçıvan ərazisinə qaçqın düşmüşdür. 1922-ci ildə kəndin əhalisinin bir qismi yenidən öz yurdlarına dönmüş­dü. Qonşu Çiriş və Kirs kəndləri ilə birlikdə yenidən özləri üçün güzəran yaratmışdı. Heyvandarlıq və əkinçilik əhalinin güzəranını yaxşılaşdırma­ğa xeyli kömək etmişdi.
Murda
Önder Doğan (30 yanvar 1984; Amsterdam, Hollandiya) – türk əsilli hollandiyalı reper və bəstəkardır. == Karyerası == O, Hollandiyanın Amsterdam şəhərində anadan olub. O, bir müddət İspaniya'nın Madrid şəhərində yaşayıb. Daha sonra Hollandiyaya qayıtdı və musiqi ilə maraqlandı və 2008-ci ildə ilk EP-ni buraxdı. Murda; Bizzey, Kraantje Pappie və Ronnie Flex də daxil olmaqla bir çox məşhur adlar və Hollandiyalı hip-hop sənətçiləri ilə işləmişdir. Ezhel ilə YouTube vasitəsilə tanış olduq və Doğan bundan sonra karyerasını Türkiyədə davam etdirmək qərarına gəldi. Onun "Aya" mahnısı YouTube video paylaşım saytında 140 milyon dəfə izlənilib. Daha sonra Ezhel və Murda yanvarda "Come in My Next Life" adlı daha bir mahnını, daha sonra isə "Made In Turkey" adlı başqa mahnını buraxdılar.
Kürdü (aşıq havası)
Kürdü — aşıq havası. Lirik xarakterlidir. Poetik mətni ayaqlı qoşma olan Kürdü yarıreçitativ şəkildə oxunur. Kürdünün melodiyası şur məqamındadır. Sazda qaraçı kökündə ifa olunur.
Mundu
Mundu (fr. Moundou) — Loqon çayının sahilində yerləşir, Çadın ikinci böyük şəhəridir. Bu şəhərdə gəzə biləcəyiniz "Premiyer Musee du Loqon Coğrafiya Muzeyi"dir. Muzeydə Çad əl sənətlərini və heyvan dərilərini sərgiləyirlər.
Murtu
Murtu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi Ermənistanın İcevan rayonunda) kənd adı. == Tarixi == XIX əsrdə Yelizavetpol qəzasında Mürut, İndi Ağsu rayonunda Murtı kənd adları ilə mənşəcə eynidir. XIX əsrin II yarısında Mil- Qarabağ düzlərində yaşamış Təklə tayfasının Murtulu qolunun adı ilə eynidir. == Əhalisi == 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
Murud
Üçbulaq (əvvəlki adı: Murut) — Azərbaycan Respublikasının Göygöl rayonunun Aşıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Zurnabad kənd inzibati ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılmış və Aşıqlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 211 nəfər əhali yaşayır.
Nursu
Nursu (əvvəlki adı: Nurs) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Mahmudoba kənd inzibati ərazi dairəsi tərkibindəki Nurs kəndi Nursu kəndi adlandırılmışdır. Rayon mərkəzindən 8 km şm,-ş-də dağətəyi ərazidədir. Əhalsisi 768 nəfər (2000); bağçılıq və heyvandarlıqla məşğuldur. orta məktəb, klub, kitabxana ambulatoriya, rabitə şöbəsi var. Nursu-Şahbuz rayonunda ça. Naxçıvançayın sol qolu. Mənsəbindən 46 km məsafədə ona tökülür.Uzunluğu 13 km, hövzəsinin sahəsi 52 km² -die. Əsasən, qar və qrunt. qismən yağış suları ilə qidalanır.
Rundu
Rundu — Namibiyanın şimal-şərqində yerləşən şəhərdir.Okavanqo vilayətin inzibati mərkəzidir. Əhalisi 81,5 min nəfərdir(2010). Reqional ticarət və beynəlxalq turizm inkişaf edir.
Turku
Turku (keçmiş adı Abo, fin Turku, isv. Åbo) — Finlandiyanın cənub-qərbində Aurayokinin Arxipelaq dənizinə tökülən yerdə şəhər və port.Varsinays-Suomi vilayətinin inzibati mərkəzidir. 31 avqust 2013-cü il tarixinə əsasən əhali sayı 181 569 nəfərdir.
Turşu
Turşu — metal atomu və ya mürəkkəb ion molekulu ilə əvəz oluna bilən hidrogen atomlarından və turşu qalığından ibarət olan mürəkkəb maddə. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən dissosiasiya zamanı kation kimi yalnız hidrogen ionu əmələ gətirən elektrolitlərə turşu deyilir. Turşular tərkibinə, əsaslığına və qüvvətliliyinə görə təsnif edilir. Tərkibinə görə turşular iki qrupa bölünür: oksigensiz və oksigenli. Oksigensiz turşular: HF, HCl, HBr, H2S, HCN və s. Dövri sistemin VI və VII qrup qeyri-metallarının hidrogenli birləşmələrinin suda məhlulları oksigensiz turşuların nümayəndələridir. Oksigenli turşular: HNO3, H2SO4, H3PO4 və s. Turşuların tərkibindəki metalla əvəz oluna bilən hidrogen atomlarının sayı turşuların əsaslığını və turşu qalığının valentliyini göstərir. Əsaslığına görə turşular birəsaslı (HF, HCl, HNO3, HCOOH və s.), ikiəsaslı (H2SO4, H2S, H2C2O4 və s.), üçəsaslı (H3BO2, H3PO4 və s.) və dördəsaslı (H4P2O4 və s.) olur. Turşuların qüvvətliliyi onların su məhlullarında əmələ gələn hidrogen ionlarının qatılığı, yəni dissosiasiya dərəcəsi ilə müəyyən edilir.
Kürdçü
Kürdçü — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Atbulaq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Düzənlikdədir. Tədqiqatçılara görə, oykonim kürd (etn.) və -çü (türk dillərində mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəlib, "kürdlər kəndi" mənasındadır. Yaşayış məntəqəsini vaxtilə kürdmənşəli ailələr saldığına görə belə adlanmışdır. Oykonimin Kürçü adının təhrif variantı kimi "Kür çayı sahilindən gələnlər" mənasında olması da güman edilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1240 nəfər əhali yaşayır.
Kürsü
Kürsü — qışda evləri qızdırılması üçün istifadə olunan cihaz. == İstifadə qaydası == Kürsü bunlardan ibarətdir: bir qısa masa və altında keyfiyyətli, uzun müddət yanan və aşağı tüstü verən kömür ilə dolu manqal və kürsü yorğanı. Kürsü yorğanı masanın üstünə çəkilər ki, isti masanın altından çıxmasın və boşa getməsin. == Mədəni mövqesi == Azərbaycan və İranda Çillə gecəsində ailə kürsü ətrafında toplanır və bu gecəni qeyd edərdilər.[mənbə göstərin] == Digər ölkələr == Bir Kotatsu adlı oxşar məhsul Yaponiyada istifadə olunur. == Xarici keçidlər == Kürsü nədir?