Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karp
Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır. == Yayılması == Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir.
Walp.
Vilhelm Gerard Valpers (alm. Wilhelm Gerhard Walpers‎; 26.12.1816, Mühlhauzen – 18.6.1853, Berlin) XIX əsr alman botaniki. == Əsərləri == "Animadversiones criticae in Leguminosas Capenses Herbarii Regii Berolinensis", 1839 "Repertorium botanices systematicæ" (6 cilddə, 1842—1847) "Annales botanices systematicæ" (3 cilddə, 1848—1853).
Warb.
Otto Varburq (alm. Otto Warburg‎; 1859–1938) — Almaniya botaniki. == Xarici keçidlər == Biografi dari Universitas Berlin Biografi dari Pusat Otto Warburg Center Otto Warburg Minerva Center for Agricultural Biotechnology Naskah pribadi Otto Warburg yang disimpan di Arsip Zionis Pusat di Yerusalem, yang diberi kode The notation of A12.
WAP
Simsiz tətbiqi proqram protokolu və ya Naqilsiz Qoşulma Protokolu - (ing. Wireless Application Protocol — abbr. WAP) — mobil telefonları, peycerləri və başqa daşınan qurğuları e-poçt və mətn əsaslı veb-səhifələrə təhlükəsiz giriş ilə təmin etmək üçün standart. == Tarixi == 1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s. bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir.WAP (Wireless Application Protocol) haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətləri və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org Arxivləşdirilib 2006-06-10 at the Wayback Machine) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox irihəcmli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal-hazırda 500-dən çox şirkət bu konsorsiuma üzvdür. 1998-ci ilin may ayında ilk WAP – v1.0 redaksiyası işıq üzü görür.
Infinity Ward
Infinity Ward — ABŞ videooyun istehsalı şirkəti. 2002-ci ildə yaradılmışdır. Əsas oyun konsolları və fərdi kompüterlər üçün videooyunlar yaradır. Şirkətin ən əhəmiyyətli brendi "Call of Duty" videooyunları seriyasıdır.
Star Wars
Ulduz müharibələri (ing. Star Wars)—Corc Lukas tərəfindən hazırlanmış, əvvəlcə filmləriylə tanınmış, sonrakı illərdə cizgi roman, kompüter və konsol oyunları, televiziya istehsalları və s. budaqlarda ününü inkişaf etdirmiş uydurulmuş kainat və markadır. Film ardıcıllığının ilki 25 may 1977-ci ildə "20th Century Fox" kinokompaniyası tərəfindən "Star Wars" (Ulduz müharibələri) adıyla nəşr olunmuş və dünya səviyyəsində bir məşhur mədəniyyət fenomeni olmuşdur. Üç il arayla iki davam filmi nəşr olunmuşdur. Orijinal üçləmənin son filminin nəşr olunmasının 16 il ardından, "öncül" üçləmənin ilk filmi nəşr olunmuşdur və təkrar üç il arayla, digər iki film də nəşr olunaraq, bütün ardıcıllıq 19 May 2005-ci ildə tamamlanmışdır. 2008-ci ilin məlumatlarına görə altı "Ulduz müharibələri" filminin cəmi hasilatı təxminən olaraq 4.41 milyard dollardır. Bu hasilatla "Ulduz müharibələri" ardıcıllığı, Ceyms Bond və Harri Potter film seriyalarının ardından ən çox hasilat edilmiş üçüncü film ardıcıllığı olmuşdur. Corc Lukas filmləri, kitablar, televiziya serialları, video oyunları və cizgi romanlar kimi bir çox fərqli sahədə nəşrlərin ortaya çıxmasına vəsilə olmuşdur. Üçləmədə təsvir edilən fantastikaya xeyli çox yenilik gətirən bu yan məhsullar, seriyanın təqibçiləri tərəfindən genişlədilmiş Kainat adıyla bilinən uydurulmuş kainatın meydana gəlməsinə imkan yaradılmışdır.
Uilyam Şarp
Vilyam Şarp (ing. William Forsyth Sharpe) (d. 16 iyun 1934) — amerikalı iqtisadçı. Harri Markovits və Merton Millerlə birlikdə 1990-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Maliyyə varlığının qiymətləndirmə modelini (ing. Capital Asset Pricing Model) meydana gətirənlərdən biridir. Riskə görə tənzimlənmiş investisiyaların qabiliyyətinin analizi üçün Şarp nisbətini meydana gətirmiş və seçim dəyərləndirilməsində istifadə olunan iki terminli seçim metodunun təkmilləşdirilməsində xidməti olmuşdur. == Həyatı == Vilyam Şarp 16 iyun 1934-cü ildə Boston şəhərində anadan olub. 1951-ci ildə Berkli Kaliforniya Universitetinin tibb fakültəsinə qəbul olunsa da, təhsilinin ilk ilində fikrini dəyişdirərək Los Anceles Kaliforniya Universitetinə keçdi. Mühasibata qarşı marağı olmayan Vilyam Şarp iqtisadiyyat üzrə təhsil almağı qərarlaşdırdı.
Varp mühərriki
Varp mühərriki — bir çox əsərlərdə təsvir olunmuş hipotetik işıqdan sürətli hərəki sistemdir. Varp mühərriki ilə təchiz olunmuş gəmi işıq sürətindən böyük bir sürətlə səyahət edə bilər.
Vilyam Şarp
Vilyam Şarp (ing. William Forsyth Sharpe) (d. 16 iyun 1934) — amerikalı iqtisadçı. Harri Markovits və Merton Millerlə birlikdə 1990-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Maliyyə varlığının qiymətləndirmə modelini (ing. Capital Asset Pricing Model) meydana gətirənlərdən biridir. Riskə görə tənzimlənmiş investisiyaların qabiliyyətinin analizi üçün Şarp nisbətini meydana gətirmiş və seçim dəyərləndirilməsində istifadə olunan iki terminli seçim metodunun təkmilləşdirilməsində xidməti olmuşdur. == Həyatı == Vilyam Şarp 16 iyun 1934-cü ildə Boston şəhərində anadan olub. 1951-ci ildə Berkli Kaliforniya Universitetinin tibb fakültəsinə qəbul olunsa da, təhsilinin ilk ilində fikrini dəyişdirərək Los Anceles Kaliforniya Universitetinə keçdi. Mühasibata qarşı marağı olmayan Vilyam Şarp iqtisadiyyat üzrə təhsil almağı qərarlaşdırdı.
Şarp əmsalı
Şarp əmsalı — orta risk mükafatının portfelin orta kənarlaşmasına nisbəti kimi hesablanan investisiya portfelinin (aktivinin) səmərəliliyinin göstəricisi. == Əmsalın hesablanması == S = E [ R − R f ] σ = E [ R − R f ] V a r [ R − R f ] {\displaystyle S={\frac {E[R-R_{f}]}{\sigma }}={\frac {E[R-R_{f}]}{\sqrt {Var[R-R_{f}]}}}} , burada R {\displaystyle R} — portfel (aktiv) gəliri R f {\displaystyle R_{f}} — alternativ investisiya gəliri (adətən risksiz faiz dərəcəsi kimi qəbul edilir) E [ R − R f ] {\displaystyle E[R-R_{f}]} — risk mükafatı (riyazi gözlənti aktivlər üzrə gəlirin alternativ investisiya gəlirindən artıqlığı) σ {\displaystyle \sigma } — standart sapma portfel (aktiv) gəliriƏgər R f {\displaystyle R_{f}} sözügedən dövr ərzində sabitdirsə, o zaman V a r [ R − R f ] = V a r [ R ] {\displaystyle {\sqrt {Var[R-R_{f}]}}={\sqrt {Var[R]}}} . Şarp nisbəti aktivin gəlirinin investorun götürdüyü riski nə qədər kompensasiya etdiyini müəyyən etmək üçün istifadə olunur. Eyni gözlənilən gəlirli iki aktivi müqayisə edərkən, Sharpe nisbəti daha yüksək olan aktivə investisiya etmək daha az riskli olacaq. == Məhdudiyyətlər == Şarp əmsalı gəlirlərinin illik faizlə ifadə edilən orta aylıq gəlirlərə (yaxud başqa vaxt ərzində gəlirlərə) əsaslanaraq ölçülməsi il ərzində performansı qiymətləndirməkdənsə, növbəti ayda mümkün performansı qiymətləndirmək üçün daha uyğundur. Sharpe nisbətində istifadə olunan gəlir ölçüsü uzun müddət ərzində potensial gəlirləri qiymətləndirərkən çox yanıltıcı ola bilər. Şarp nisbəti (yalnız məhdud "dəyişkənliyi aşağı" hesab edən Sortino nisbətindən fərqli olaraq) aktiv dəyərlərində yuxarı və aşağı dalğalanmalar arasında fərq qoymur. O, riski yox, portfelin məcmu dəyişkənliyini ölçür. Şarp nisbəti yuvarlanan və ardıcıl itkilər arasında fərq qoymur == İstinadlar == == Ədəbiyyat == William F. Sharpe. The Sharpe ratio Джек Швагер.
Sarp Levendoğlu
Ali Sarp Levendoğlu (25 dekabr 1981, Ankara)- anadan olmuşdu == Həyatı və karyerası == Ali Sarp Levendoğlu 24 dekabr 1981, Ankara, Türk aktyor və rejissor-du Altı yaşında aktyorluğa başlayıb. Saint Benoit Liseyini bitirdikdən sonra İstanbul Bilgi Universitetində Vizual Ünsiyyət Dizaynı üzrə təhsil alıb və İstanbul Kültür Universiteti aktyorluq fakültəsini bitirib. Rejissor Mustafa Altıokların qardaşı oğlu olduğu üçün ilk aktyorluq təhsilini layihələrində etdi. Lisey Dəftəri serialında Çınaraltı, Emret Komandir (Serial) Zəlihənin Gözləri və O,indi əsgərdir və Komandirim Şah Mat filmlərində rol alıb. O, həmçinin Orman Komandiri və Gecə Günü seriallarının rejissoru olub. Daha sonra 2014-2015-ci illər arasında Kanal Ddə yayımlanan Küçük Ağa serialında rol alıb. O, Savaşçı serialında Haydar Bozkurt rolunu da canlandırıb. Daha sonra TRT 1-də yayımlanan Alparslan Böyük Səlcuqlu serialında Rumın Diogeni obrazını canlandırıb. 1 avqust 2014-cü ildə Küçük Ağa serialında baş rolu paylaşdığı Birce Akalay ilə ailə həyatı qurub və 2017-ci ildə boşanıb. Bu gün, "Star TV"Gecənin Ucundası serialında Əhməd obrazını canlandırır.
Arp 273
Arp 273 — Andromeda bürcündə yerləşən qalaktikadır.
War Thunder
War Thunder — İkinci dünya müharibəsindən ilhamlanaraq istehsal olunmuş onlayn oyun.
Guild Wars 2
Guild Wars 2, ArenaNet tərəfindən tərəfindən inkişaf etdirilmiş bir MMORPG janrda olan oyunudur. Guild Wars ardıcıllığının davamı xüsusiyyətində olan oyun ilk olaraq 27 Mart 2007-ci ildə elan, 28 Avqust 2012-ci ildə rəsmi olaraq nümayiş olunmuşdur. Oyunun hekayəsi ilk oyundan 250 il sonra keçməkdədir. Orijinal Guild Wars zamanından bəri dünyanı idarələri altında tutan Yaşlı Əjdahalarla döyüşməyə özünü həsr etmiş Destiny'S EDGE adlı bir klan yenidən ortaya çıxışını mövzu alan oyunun hekayəsi, fantaziya dünyası olan Tyria'da keçməkdədir. Oyun, istifadəçilərin mühitdə etmələrinə bağlı olmadan yaşayan və hekayəsi hüceyrələrə ayrılmış mühitlərdə irəliləyən bir dünyada oynama imkanı təqdim etməkdədir. Guild Wars 2, çoxoyunçulu olmasına baxmayaraq, oyunçuların hərəkətlərinə reaksiya verən bir hekayə izahatına sahib olmasıyla növünün unikal nümunələrindən biri sayılmaqdadır. Dinamik vəzifə yerinə yetirmə sistemi klassik sistemin yerini almış, dalğa təsiri bənzəri bir üsul istifadə edərək oyunçulardan müstəqil olaraq yaşayan dünyada iştirak edən vəzifələrə oyunçuların dəyişik yollarla yaxınlaşmasına imkan vermişdir. Ayrıca, peşələr arası sinerji yaradaraq və ətrafı bir silah olaraq istifadə imkan tanıyaraq birinci oyuna görə daha dinamik bir döyüş sistemi yaratmaq oyunu yaradanlar tərəfindən hədəflənmişdir. == Hekayə == === Dünyanın Vəziyyəti === Guild Wars 2, oyunçuların Eye of the North genişləmə paketindəki Böyük Yoxedici'ni məğlub etməsindən 250 il sonrakı bir zamanda, fantastik dünya Tyria'da yaşamaqdadır. Yer üzünün altında yatan Beş Yaşlı Əjdaha Guild Wars zamanında oyanmış və Tyria daxilində dağıtma yaradıb yaşayanlarını vəziyyətini pisləşdirmişdi.
Kara harp okulu
Türkiyə Quru Qoşunları Akademiyası — Türkiyədə Milli Müdafiə Universiteti nəzdində Ali Hərbi Təhsil müəssisəsidir. == Yaranması == Məktəbi Hərbiyəyi Şəhanə, Sultan II.Mahmudun əmri ilə 1834-cü ildə qurulmuşdur.Başlanğıcda təhsilin bütün pillələrində fəaliyyət göstərən Hərbiyə, ilk məzunlarını 1841-ci ildə verə bilmişdir.1845-ci ildə Hərbi Liseylərin qurulması və eyni il edilən proqram inkişaf etdirmə çalışmaları nəticəsində Hərbiy ə, təhsil müddəti 4 il olan bir orta ixtisas məktəbi adını qazanmışdır.Hərbiyə, 1908-ci ilə qədər keçən müddət ərzində xüsusilə piyada və süvari zabitlərini yetişdirmişdir.1905-ci ildə beş ordu mərkəzində açılmış Ədirnə, Monsatr, Ərzincan, Şam və Bağdad Hərbi Məktəbləri qısa bir müddət ərzind ə bağlanmışdır.Bundan sonra İstanbuldaki Hərbiyə Məktəbi, təlim və tədrisə davam etmişdir.Ard-arda baş vermiş müharibələr zamanında sürətləndirilmiş bir təhsil proqramı təşkil edərək cəbhələrə zabit yetişdirən Hərbiyə, Mütarəkə zamanında 1 İyul 1920-ci ildə Ankarada Abidin Paşa Köşkündə təhsil və təlimə başlamışdır.Hərb Məktəbi, ilk məzunlarını 1920-ci ildə vermişdir.Lozan Müqaviləsinin imzalanmasından sonra Hərb Məktəbi, təkrardan İstanbulda təhsilə başlamışdır. Quru Qoşunlar Məktəbinin yeri 25 Snetyabr 1936-cı il tarixdə Ankaraya köçürülərək yeni təhvil verilmiş binasında təhsilə başlamışdır.İki il olan təhsil müddəti 1948-ci ildə 3 il, 1963-cü ildə 2 il və 1971-ci ildə 3 il olaraq hazırlanmışdır.1974-cü ildən etibarən 4 illik bakalavr təhsili proqramına başlamışdır. == İxtisaslar == Piyadaçı Tankçı Artilleriya mütəxəsisi Hava Hücumundan Müdafiə mütəxəsisi Quru Havaçılıq mütəxəsisi İstehkamçı Kəşfiyyatçı Rabitəçi Maddi-Texniki Təminat mütəxəsisi Texnikaya qulluq üzrə mütəxəsis Şəxsi heyətlə iş üzrə mütəxəsis Maliyyəçi Topoqraf == Döyüş Bayrağı == Hal-hazırda istifadə edilən Quru Qoşaunlar Məktəbi Döyüş Bayrağı 2001-ci ildə qəbul edilmişdir.Döyüş Bayrağının üstündəki 1834-cü il məktəbin yarannma tarixi, çarpaz qılınc zabit olmağı, çələng zabitliyi, günəş şüalı Atatürk portreti özü də Quru Qoşunlar Məktəbi məzunu olan Atatürkün hərbi məktəb müdavimlərinə və Türkiyəyə yaydığı çağdaş fikirlərə işarə edir.Bayrağın rənginin qırmızı olması isə Türkiyə Cümhuriyyəti bayrağını və Quru Qoşunlar Məktəbi məzunlarından olan şəhidləri göstərir.
Riçard Menninq Karp
Riçard Menninq Karp (ing. Richard Manning Karp; 3 yanvar 1935, Boston) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim. == Həyatı == 3 yanvar 1935-ci ildə anadan olmuşdur. Karp 1985-ci ildə şəbəkə axınları üçün effektiv alqoritmlərin işlənib hazırlanması, alqoritmlər nəzəriyyəsi və NP-tamlıq nəzəriyyəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Uilyam Şarp (futbolçu)
Vilyam Şarp (ing. William Sharpe; d. məlum deyil – ö. məlum deyil) — ingilis futbolçusu, onun müntəzəm mövqeyi hücumçu idi. "Mançester Yunayted" komandasında çıxış edib. == Karyerası == 1890–1891-ci illərdə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 2 oyunda meydana çıxmışdır.
Vilyam Şarp (futbolçu)
Vilyam Şarp (ing. William Sharpe; d. məlum deyil – ö. məlum deyil) — ingilis futbolçusu, onun müntəzəm mövqeyi hücumçu idi. "Mançester Yunayted" komandasında çıxış edib. == Karyerası == 1890–1891-ci illərdə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 2 oyunda meydana çıxmışdır.
Ward Hill Lamon
Ward Hill Lamon (6 yanvar 1828 – 7 may 1893) Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti və Respublikaçılar Partiyasının ilk prezidenti Avraam Linkolnun ən yaxın dostu və yaxın mühafizəçisi idi. 2 il ABŞ-nin Virciniya ştatında tibb təhsili almışdır. Angelina Turner ilə evləndi. Bu evlilikdən Angelina Ehud adlı bir qızı da var idi. ABŞ-də köləliyə son qoymaq üçün demək olar ki, Linkoln səylərinin hamısında Linkolnun yanında idi. Linkoln və həyat yoldaşının Ford Teatrındakı Linkolnun ölümünə səbəb olan “Amerikalı əmimiz” (“Our American Cousin”) tamaşasını izləməyə getdiyi gecə, o getməmişdir. Bu gecə Linkoln, Konfederasiyaya işləyən Mryland casusu John Wilkes Booth tərəfindən öldürüldü. Bu sui-qəsd həm də ABŞ prezidentlərinə edilən ilk sui-qəsddir. Sui-qəsddən 12 gün sonra John Wilkes Booth Federal agentlər tərəfindən tapıldı. Sonda Virciniyadakı bir anbarda öldürüldü.
Harp Okulu İK
Harbiye İdman Yurdu, Ankarada yerləşən Hərbi Akademiyanın idman klubudur. Əvvəlcə İstanbulda Harbiye adı ilə qurulan klub 1936-cı ildə Ankaraya köçdü və bir neçə ildən sonra adı Hərbi Akademiya olaraq dəyişdirildi. Müxtəlif idman sahələrində fəaliyyət göstərən klub ən böyük uğurlarını futbol və basketbol sahələrində yaşayıb. Futbol komandası hələ İstanbulda olarkən 1924-cü ildə ilk dəfə keçirilən Türkiyə Futbol Çempionatını qazandı və Türkiyə futbol tarixində ilk futbol çempionu oldu. 1936-cı ildə Hərbi Akademiya olaraq Ankaraya köçdükdən sonra bu uğurunu 1942 və 1945-ci illərdə təkrarlamış və tarixində üç dəfə Türkiyə futbol çempionu olmuşdur. Basketbolda 1951 və 1952-ci illərdə ardıcıl iki dəfə Türkiyə Basketbol Çempionatının qalibi olub.
ARP spoofing hücumu
Kompüter şəbəkələrində ARP spoofing, ARP cache poisoning və ya ARP poison routing hücumu korlanmış (spoofed) ARP mesajlarını daxili şəbəkəyə göndərərək şəbəkəyə müdaxilə texnikasıdır. Bu hücumda əsas məqsəd hücumçunun MAC adresini başqa bir istifadəçinin İP -adresi ilə əlaqələndirməkdir (Məsələn: default-gateway). Default Gateway-ə olunan bu cür hücum bütün trafikin hücumçunun (attacker) cihazından keçməsinə şərait yaradır. ARP spoofing hücumçuya şəbəkədəki bütün data hissəciklərini əldə etməyə, trafikdə dəyişiklik etməyə və ya trafiki dayandırmağa imkan verir. Bu hücum digər hücumlar üşün daha çəx başlanğıc xarakter daşıyır. Məsələn, denial of service, man in the middle və ya session hijacking attacks.Bu hücum ancaq ARP protokolundan istifadə edilən şəbəkələrdə işlədilir. == ARP təhlükəsizlik boşluqları == ARP protokolu internet təbəqəsi adreslərinin link təbəqə adreslərinə çevrilməsində işlədilən geniş yayılmış bir protokoldur.Şəbəkədə Internet Protocol (IP) dataqram bir istifadəçidən başqa istifadəçiyə göndəriləndə hədəf İP adresə uyğun MAC adres tapılır ki, data link səviyyədə məlumat ötürülməsi olsun. Əgər şəbəkədə istifadəçinin İP adresi bilinir, MAC adresi bilinmirsə, radioyayım paketi (broadcast packet) göndərilir. Bu paket ARP sorğu adlanır. Bu sorğuya cavab olaraq, ARP reply (cavab) göndərilir və paketin daxilində İP-yə uyğun MAC adres də mövcud olur.
God of War
God of War (azərb. "Müharibə Tanrısı"‎) — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən 2005-ci ildə yaradılan videooyunu. Yunan mifologiyasına söykənən və aksiya-macəra növündə olan oyun, God of War oyun seriyasından ilk oyundur. Tənqidçilərdən və oyunçulardan olduqca müsbət rəylər alan oyun, Academy of Interactive Arts & Sciences tərəfindən verilən "İlin Oyunu" daxil bir çox mükafat qazanmışdır. God of War, IGN-nin 2007-ci ildə hazırladığı ən yaxşı 25 PlayStation 2 oyunları siyahısında 7-ci yeri tutmuşdur. God of War III-ün satışa buraxılmasından qısa bir müddət əvvəl God of War, PlayStation 3 üçün 2009-cu ilin noyabr ayının 17-də, Şimali Amerikada, yenilənmiş qrafikaları ilə God of War Collection adı altında satışa çıxarılmışdır. 2010-cu ilin mart ayının 18-də Avropa, Avstraliya və Yaponiyada, God of War III: Ultimate Trilogy Edition adı ilə yenidən nümayiş olunmuşdur. God of War Collection və God of War III: Ultimate Trilogy Edition 2010-cu ilin aprel ayının 29-da Avstraliyada, 2010-cu ilin aprel ayının 30-da isə Böyük Britaniyada satışa çıxarılmışdır. God of War Collection-un Birləşmiş Krallıqdan başqa, digər Avropa ölkələrində satışa çıxarılacağı haqda hər hansı bir məlumat verilməmişdir. == Geympley == Üçüncü-şəxsdə oyun dünyasına sabit kamera perspektivindən baxılır.
Jann-Fiete Arp
Jann-Fiete Arp (6 yanvar 2000-ci ildə Almaniyada anadan olub) — Bundesliqa təmsilçilərindən olan Hamburq klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniyalı futbolçudur. == Klub karyerası == === Hamburq === Arp Hamburq akademiyası vasitəsilə inkişaf etmişdir. Arp öz peşəkar karyerasında debütünü 30 sentyabr 2017-ci ildə Verder Bremen klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Bobbi Vudu əvəz etmişdir. Həmin görüşdə Hamburq liqa görüşündə rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. == Milli karyerası == 2017-ci ildə Arp Almaniyanın gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Arp Bosniya və Herseqovina, Serbiya, İrlandiya, Niderland və İspaniya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. O, Bosniya və Herseqovina və İrlandiya millilərinə qarşı oyunlarda üç qolla, Niderland millisi ilə oyunda isə bir qolla yadda qalmışdır. == Karyera statistikası == === Klub === 30 sentyabr 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Saxta ARP sorğuları
This Is War
This Is War — Thirty Seconds to Mars musiqi qrupunun studiya albomu. 4 dekabr 2009-cu ildə yayımlanan albom Virgin Records etiketi ilə satışa buraxılmışdır.
Star Wars: Dark Forces
Star Wars: Dark Forces (azərb. Ulduz müharibələri. Qaranlıq qüvvələr‎) — "LucasArts" tərəfindən istehsal edilmiş və yayımlanmış birinci şəxs atıcı janrında videooyun. Videooyun 1995-ci ildə "MS-DOS" və "Macintosh", 1996-cı ildə isə "PlayStation" üçün satışa çıxarılmışdır. Oyunun hadisələri uydurma "Ulduz müharibələri" franşizasının genişlənmiş kainatında cərəyan edir və orijinal "Ulduz müharibələri" filminin hadisələrindən qısa müddət əvvəl başlayır. Oyunun baş qəhrəmanı və oyunçu personajı Üsyançı ittifaqı adından işləyən muzdlu əsgər Kayl Katarndır. O, qalaktik imperiyanın bir sıra güclü yeni döyüş droidləri və güclü zirehli həmləçi qoşunlarının inkişafı haqqında gizli "Qaranlıq qoşunlar" layihəsini aşkar etmişdir. "Dark Forces" oyun üçün xüsusi olaraq hazırlanmış "Jedi" oyun mühərrikindən istifadə edir. Mühərrik oyunun buraxılışı zamanı birinci şəxs atıcı janrında görünməmiş geympley xüsusiyyətlərini, o cümlədən çoxmərtəbəli səviyyə dizaynı, yuxarı və aşağı baxmaq funksiyası əlavə etmişdir. "Dark Forces" iki oyun arasındakı oxşarlıqlara görə tez-tez "Doom" klonu adlandırılmışdır, baxmayaraq ki, "Dark Forces"da təqdim edilən bəzi texniki xüsusiyyətlər "Doom"da yoxdur.
ASRP
Azərbaycan Sosial Rifah Partiyası və ya qısaca ASRP — Xanhüseyn Kazımlı tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınmış, 23 mart 2023-cü il tarixində fəaliyyətini dayandırmış siyasi partiya. ASRP 2000–2020-ci illərdə Milli Məclisdə təmsil olunub. ASRP sədri 1995–2020-ci illərdə Xanhüseyn Kazımlı, 2020-2023-cü illərdə isə onun qızı Əsli Kazımova olmuşdur. == Tarixi == 1994-cü ildən İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi olan Xanhüseyn Kazımlı qurucusu olduğu Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Yeni qurulan Azərbaycan Sosial Rifah Partiyası üç il sonra, 1998-ci ildə baş tutan Prezident seçimlərində mübarizə apardı.[mənbə göstərin] ASRP sədri Xanhüseyn Kazımlı, 8 254 səslə, yəni 0,30 %-lə altı namizəd sırasında sonuncu, 6-cı pillədə qərarlaşdı. Azərbaycan Sosial Rifah Partiyası 2000-ci il noyabrın 11-də baş tutan Parlament seçimlərində mübarizə apardı.[mənbə göstərin] 58 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, qalib gəldi və Milli Məclisin deputatı seçildi. Azərbaycan Sosial Rifah Partiyası 5 il sonra, 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində də mübarizə apardı.[mənbə göstərin] 66 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, növbəti dəfə qalib gəldi və Milli Məclisin deputatı seçildi. ASRP sədri Xanhüseyn Kazımlı növbəti illərdə də, 2010-cu il noyabrın 7-da baş tutan və 2015-ci il noyabrın 1-də baş tutan Parlament seçimlərində də qalib gəldi və 20 il Milli Məclisin deputatı oldu. 2020-ci il iyulun 15-də Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutdu. COVID-19 pandemiyasına görə online formada baş tutan qurultayda ASRP sədri, sədr müavinləri, Nəzarət və Təftiş Komissiyasının üzvləri seçildi.
Aare
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
Arpa
Arpa (bitki) — Taxıllar fəsiləsindən bitki cinsi. Arpa (ölçü vahidi) — riyaziyyatda çəki ölçü vahidi.KəndlərArpa (Dərələyəz) — Dərələyəz mahalında kənd. Arpa — Qızıl Qoç rayonunda kənd.DigərArpa dərəsi — Dərələyəz mahalının Paşalı (Əzizbəyov, Vayk) rayonunda qala.
Bard
Bard — Qədim keltlərdə şair-nəğməkar. Bardlar poeziyası eramızdan əvvəl meydana çıxıb və XVIII əsrə qədər davam etmişdir. Bir müddət bardlar knyaz saraylarında oxuyan şair-nəğməkarlar idi. Bardlar bir neçə dərəcəyə bölünürdülər. Yüksək dərəcəli sənətkar bard olmaq üçün uzun müddət (10-12 il) xüsusi məktəbdə təlim almaq lazım idi. Bardlar poeziyası Avropada çox yayılaraq romantizmin inkişafına təsir göstərmişdir. XIX-XX əsrlərdə bard, əsasən, şair sözünün sinonimi kimi işlənirdi. Bəzən təmtəraq üçün, yaxud kinayə məqsədi ilə də “şair” əvəzinə “bard” deyirlər. == Mənbə == «Ədəbiyyatşünaslıq terminləri lüğəti», Bakı, Maarif, 1978, səhifə 20.