Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xalid
Xalid — kişi adı və soyad.
Leyla Xalid
Leyla Xalid (9 aprel 1944, Hayfa) — == Həyatı == 1944-cü ildə Britaniyanın idarəçiliyində olan Haifada anadan olmuşdur. 1947-ci ildə Ərəb ölkələri ilə İsrail arasında müharibə başladı. Leyla Xalidin ailəsi 1948-ci ildə Livana köçdülər. 15 yaşında olan zaman Corc Habaş tərəfindən qurulan Fələstin Xalq Qurtuluş Təşkilatına qatıldı. Daha sonar Beyrut Amerikan Universitetində tibb ixtisası üzrə təhsil almağa başladı. 1967-ci ildə Altı Günlük müharibədən sonar Fələstin Xalq Qurtuluş Təşkilatında özünü göstərməyə başladı. Daha sonralar Küveytdə müəlliməlik fəaliyyəti ilə məşğul olmağa başladı. Qara Sentyabr hadisəsinin baş verən il üçü eyni zaman olmaq üzərə 4 təyyarə qaçırılma əməliyyatında iştirak etmişdir. 1969 və 1970-ci illərdə iştirak etdiyi, liderləri Wadi Haddad tərəfindən planlanan əməliyyatlarda diqqətləri üzərinə çəkdi. 29 avqust 1969-cu ildə Amerikaya məxsus təyyarəni qaçırdaraq Şam şəhərinə endirdi.
Xalid Ağcatəpə
Xalid Ağcatəpə (türk. Halit Akçatepe; 1 yanvar 1938, Üsküdar, İstanbul ili – 31 mart 2017, İstanbul) — türkiyəli aktyor. Xalid Ağcatəpə 1 yanvar 1938-ci ildə Ünyedə anadan olub. Atası Sidqi bəydir. Konservatoriya təhsili heç almamışdır (özü konservatoriya təhsili uzaqdan yaxından heç bir əlaqəsi olmadığını bildirmişdir). Zamanın film rejissorlarından birinin atasına "bizə bir uşaq oyunçu lazımdır" dediyi zaman, atası tülüatçı Sidqi bəy oğlu Xalidi göndərmişdir. İlk filminə 1943-cü ildə 5 yaşında çəkilmişdir. Aktyor 1975-ci ildə lentə alınan "Hababam sınıfı" filmindəki "Güdük Nəcmi" obrazı ilə şöhrətinin zirvəsinə yüksəlmişdir. Halit Akçatepe karyerası boyunca 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaratmışdır.
Xalid Gözəlov
Xalid Hassan
Xalid Huseyni
Xalid Hüseyni (ing. Khaled Hosseini, fars. خالد حسینی‎; 4 mart 1965[…], Kabil) — Əfqan əsilli ABŞ yazıçısı və həkimi. Xalid Hüseyni 4 mart 1965-ci ildə Əfqanıstanın paytaxtı Kabildə diplomat ailəsində anadan olmuşdur. O, ailəsi ilə birlikdə əvvəlcə Fransaya köçüb, daha sonra 1980-ci ildə ABŞ-dən siyasi sığınacaq alaraq ora köçmüşdür. Gənc yaşlarından Amerikanın Kaliforniya Ştatında məskunlaşan Xalid hazırda Şimali Kaliforniyada yaşayır. Evlidir, iki övladı var. Xalid Hüseyninin ilk əsəri "Çərpələng uçuran" romanıdır. Çərpələng uçuran (ing. The Kite Runner, 27 may 2003) Min möhtəşəm günəş (ing.
Xalid Kamranlı
Xalid Karsıalan
Xalid Karsıalan və ya Dəli Xalid Paşa — (1883, Beşiktaş – 14 fevral 1925, Türkiyə Böyük Millət Məclisi) General-mayor, TBMM-nin Ərdahandan seçilmiş millət vəkili. I Dünya müharibəsində Qafqaz cəbhəsində nailiyyətlər göstərmiş, Qurtuluş savaşının ilk illərində şərq cəbhəsində, Gümrü müqaviləsinin imzalanmasından sonra qərb cəbhəsində komandanlıq etmiş bir hərbiçidir. İkinci Böyük Millət Məclisinə Ərdahandan seçilmiş millət vəkili kimi iştirak edib, bir mübahisə sonra məclis dəhlizində vurularaq həlak olan Xalid Paşa, TBMM-də işlənən ilk cinayətin qurbanıdır. 1883-cü ildə İstanbulda anadan olub. Atası Çərkəs Əhməd bəydir. 1901-ci ildə girdiyi Hərb məktəbini 1903-cü ildə leytenant rütbəsi ilə bitirib. 1908-ci ildə II Hökumətin (İkinci Meşrutiyet) elanından sonra Yəməndə yüzbaşı olaraq xidmətə başlayıb. Bundan sonrakı bütün həyatı cəbhələrdə keçmişdir. 1910-cu ilin iyun ayında Trablusgarp (Osmanlı-İtalyan müharibəsi 1911–1912) müharibəsinədə 3 ay döyüşlərdə iştirak etdi. Bu dövrdə eyni cəbhədə xidmət etdiyi zabit Ali Çetinkaya ("Keçəl Əli") ilə razılaşmadığı üçün Mustafa Kamal və Ənvər Paşanın birgə qərarı ilə vəzifə yerləri dəyişmək məcburiyyətində qalmışdı.
Xalid Kazımlı
Kazımov Xalid Vahid oğlu (Xalid Vahidoğlu) — Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri. Xalid Kazımov 1978-ci il oktyabrın 2-də dünyaya gəlib. 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub, 2000-ci ildə bu fakültəni bitirib. 2008-ci ildə Bakı Dövlət Universitetində Azərbaycan dili ixtisası üzrə magistr dərəcəsi alıb. Tələbəlik illərindən ictimi-siyasi proseslərdə fəallıq göstərib. 1998-ci ildən mətbuatda çalışır. Mətbuatda yüzlərlə araşdırma yazısının müəllifidir. Apardığı jurnalist araşdırmalarına görə dəfələrlə mükafatlandırılıb. 2008-ci ilin sentyabrında Regional İnsan Hüquqları və Media Mərkəzini (http://regionalhumanrights.org ) təsis edib və hazırda həmin mərkəzə rəhbərlik edir. Onun rəhbərliyi ilə təşkilat beynəlxalq və yerli donorların dəstəyi ilə 10-dək layihəni uğurla icra edib.
Xalid Qaradağlı
Xalid Qaradağlı (1822, Qaradağlı, Dağıstan MSSR – 1875) — XIX əsr Azərbaycan şair-satirik və aşığı. Dağıstan azərbaycanlılarının (Tərəkəmə) fərdi (müəllif) poeziyasının banilərindən biri hesab olunur. 1822-ci ildə Qaradağlı kəndində anadan olub. Atası oğluna dini təhsil vermək arzusunda idi, lakin Xalid mədrəsəni bitirdikdən sonra din xadimi olmaq istəmir və özünü poetik yaradıcılığa həsr edir. Təhsilini bitirdikdən sonra Xalid qazi oldu. O, yaradıcılığının anti-feodal yönümlü olması ilə məşhurlaşır. Xalid öz satirik əsərlərində cəmiyyətin sosial çirkinliklərini, feodal istismarını tənqid edir. "Xalidin Şikayəti"ndə aşıq Xalid insanların hiyləgər, satqın olmasından şikayətlənir. Dosta belə güvənmək bəzən çətin olur: "… yüz dosta, bir qram belə güvən haradan gəlir? İnsanlar azıb şeytan simasına bürünüblər…".
Xalid (müğənni)
Xalid Donnel Robinson (ing. Khalid Donnel Robinson; 11 fevral 1998, Fort Stüart[d], Corciya) — amerikalı müğənni və mahnı yazarı. O, Right Hand Music Group və RCA Records şirkəti ilə müqavilə bağlayıb. Xalid 2017-ci ildə buraxdığı ilk studiya albomu "American Teen" ilə tanınma qazanıb. Bu albom RIAA tərəfindən 4 dəfə platin sertifikata layiq görülüb.
Xalid Hrub
Xalid Hrub (ərəb. خالد الحروب‎; 2 aprel 1964) — Fələstin akademiki, İslam Araşdırmaları Mərkəzinin baş elmi işçisi və Kembric Universitetində Kembric Ərəb Media Layihəsinin (CAMP) koordinatoru. O, həmçinin Qətərdə yerləşən Şimal-Qərb Universitetində Yaxın Şərqşünaslıq professorudur.
Xalid Kazımov
Kazımov Xalid Vahid oğlu (Xalid Vahidoğlu) — Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri. Xalid Kazımov 1978-ci il oktyabrın 2-də dünyaya gəlib. 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub, 2000-ci ildə bu fakültəni bitirib. 2008-ci ildə Bakı Dövlət Universitetində Azərbaycan dili ixtisası üzrə magistr dərəcəsi alıb. Tələbəlik illərindən ictimi-siyasi proseslərdə fəallıq göstərib. 1998-ci ildən mətbuatda çalışır. Mətbuatda yüzlərlə araşdırma yazısının müəllifidir. Apardığı jurnalist araşdırmalarına görə dəfələrlə mükafatlandırılıb. 2008-ci ilin sentyabrında Regional İnsan Hüquqları və Media Mərkəzini (http://regionalhumanrights.org ) təsis edib və hazırda həmin mərkəzə rəhbərlik edir. Onun rəhbərliyi ilə təşkilat beynəlxalq və yerli donorların dəstəyi ilə 10-dək layihəni uğurla icra edib.
Xalid Mecdunov
Xalid Məcdunov
Xalid Niyazov
Xalid Niyazov (16 mart 1962, Bakı) — Azərbaycanın əməkdar jurnalisti, Birinci Qarabağ müharibəsinin veteranı. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı — 91. xaricdə çıxmış elmi əsərlərinin sayı isə – 25. beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı – 5 İctimai Televiziya, "Media və Zaman", "Sözün zamanı" proqramlarının müəllif-aparıcısı Azərbaycan siyasətşünaslıq elmində ilk dəfə olaraq Azərbaycanının dövlət informasiya siyasəti ilə bağlı fundamental siyasi-hüquqi məsələlər araşdırılıb. 2000-ci ildə təsis edilmiş Azərbaycan Müstəqil Jurnalistlər Liqasının sədri. 15 kitabın, o cümlədən beş monoqrafiyanın müəllifi. "Qızıl qələm mükafatı" "Həsən bəy Zərdabi mükafatı" Ali Media mükafatı Ölkə Prezidentinin 21 iyul 2005-ci il Sərəncamı ilə Azərbaycanın Əməkdar Jurnalisti fəxri adı ilə təltif olunub.
Xalid Nəciyev
Xalid Qabil oğlu Nəciyev (3 iyul 1992, Saatlı – 5 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Xalid Nəciyev 1992-ci il iyulun 3-də Saatlı şəhərində anadan olub. 1998–2009-cu illərdə Saatlı şəhərində Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009–2013-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) tarix-coğrafiya ixtisası üzrə ali təhsil alıb. 2017–2018-ci illərdə tarix və coğrafiya müəllimi olaraq çalışıb. 2017-ci ildən isə Təhsil Nazirliyinin Saatlı və Sabirabad üzrə ictimaiyyətlə əlaqələr şöbəsində çalışırdı. Xalid Nəciyev 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun leytenantı olan Xalid Nəciyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Nəciyev noyabrın 5-də Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub. Saatlı şəhərində dəfn olunub.
Xalid Orucov
Xalid Saleh oğlu Orucov (7 avqust 1996; Neftçala rayonu, Azərbaycan — 12 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Xalid Orucov 1996-cı il avqustun 7-də Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Xalid Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Orucov oktyabrın 12-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xalid Orucov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Xalid Orucov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Xalid Oşayev
Xalid Dudayeviç Oşayev (çeç. Ошаев, Халид Дудаевич ; 20 dekabr 1897 (1 yanvar 1898), Terek vilayəti – 12 dekabr 1977 və ya 3 sentyabr 1977) — Çeçen yazıçısı, alimi və dramaturqu. Xalid Oşayev 1897-ci ildə Vozdvijenskaya qəsəbəsində (indi mövcud deyil, müasir Çeçenistan ərazisində yerləşirdi) işçi ailəsində anadan olub. 1916-cı ildə Qroznı real məktəbini bitirmiş, sonra Petroqradda Meşəçilik İnstitutunda oxumuşdur. 1921–1922-ci illərdə Çeçen İnqilab Komitəsinə rəhbərlik edib. Sonra Vladiqafqazdakı Dağ Pedaqoji İnstitutunun direktoru oldu. 1925–1930-cu illərdə Oşayev Çeçenistanda vilayət xalq maarif şöbəsinin müdiri olmuşdu. Xalid Oşayevin ilk əsərləri 1926-cı ildə nəşr edilmişdir. Oşayev Rusiyada vətəndaş müharibəsindən bəhs edən "Odlu illər" ("Alun Şeraş") adlı dörd kitabda romanın müəllifidir. O, həm də qan davasına qarşı mübarizədən bəhs edən "Vendettanın ölümü" hekayəsinin həmmüəlliflərindən biridir.
Xalid Qasımov
Xalid Rafiq oğlu Qasımov (12 iyul 1996; Cəlilabad rayonu, Azərbaycan — 14 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Xalid Qasımov 1996-cı il iyulun 12-də Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Xalid Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Qasımov oktyabrın 14-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Qasımov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Qasımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xalid Tanrıverdiyev
Xalid Kazım oğlu Tanrıverdiyev (15 yanvar 1936, Böyük Muğanlı, Marneuli rayonu – 29 may 2016, Gürcüstan) — coğrafiya elmləri doktoru. Xalid Tanrıverdiyev 15 yanvar 1936-cı ildə Gürcüstan SSR-in Marneuli rayonunun Böyük Muğanlı kəndində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirərək əvvəlcə, Bakı Dövlət Torpaq Ekspedisiyasında, 1966-cı ildən etibarən isə AMEA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1968-ci ildə "Həkəri çayı hövzəsinin geomorfologiyası" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 1994-cü ildə "Son Kaynazoyda Kür dağarası çökəkliyinin paleogeomorfologiyası (Azərbaycan daxilində)" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru adına layiq görülmüşdür. Coğrafiya İnstitutunun Elmi şurasının üzvü olmuşdur. Uzun müddət BDU-nun Fiziki coğrafiya kafedrasında, bakalavr və magistr pilləsində ixtisas fənlərindən dərs demiş, Dövlət imtahan komissiyasının rəhbəri olmuşdur. Tanrıverdiyev Xalid Kazım oğlu 2016-cı il mayın 29-da vəfat etmişdir. Azərbaycan Respublikasının ərazisinin geomorfoloji xəritəsi. Azərbaycanın paleogeomorfologiyası.
Xalid Əhədov
Xalid Nurəddin oğlu Əhədov (4 fevral 1980) — Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi. Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın Instituto de Empresa (IE) biznes məktəbində Biznesin idarə edilməsi, 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) Dövlət inzibatçılığı üzrə magistr dərəcəsi alıb. İngilis, rus, ispan və türk dillərini bilir. 1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. "Bank of Baku"-da (1999–2012), "Unibank"-da (2012–2016) müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin "Atəşgah sığorta"nın Müşahidə Şurasının üzvü, "Millikart" prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub. 2016-cı ildə "AzərTürkBank"-ın İdarə Heyətinin sədri, 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib. 2018-ci ilin 28 avqust tarixindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 2022-ci ilin 17 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir. Azərbaycan Respublikasının İqtisadi Şurasının, "ABB" ASC-nin, "Azərbaycan Hava Yolları" QSC-nin, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Müşahidə Şurasının üzvü, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Müşahidə Şurasının sədridir.
Xalid Əlimirzəyev
Əlimirzəyev Xalid Əlimirzə oğlu (1932, Qəmərvan, Qutqaşen rayonu – 30 yanvar 2016, Bakı) — filologiya elmlər doktoru, professor. Xalid Əlimirzəyev 16 dekabr 1932-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. 1964-cü ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademikidir.1992–1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Xalid Əlimirzəyev 2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getmişdir. 15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəlifidir. "Məhəbbət yaşadır" pyesi Azərbaycan Dövlət Milli Teatrının kiçik səhnəsində tamaşaya qoyulmuşdur. Seçilmiş bədii əsərlərdən ibarət "Bələdçi" kitabı çapdan çıxıb.
Xalid Əliyev
Xalid Əli Ağa oğlu Əliyev (7 fevral 1949, Əmircan – 2 dekabr 2019)— AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının müdiri, biologiya elmləri doktoru. Xalid Əli Ağa oğlu Əliyev 1949-cu ildə Bakı səhəri Əmircan qəsəbəsində anadan olmuşdur. 1967-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutuna daxil olmuş və 1973-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1973–1975-ci illərdə Sovet Ordusu sıralarında vzvod komandiri vəzifəsində leytenant rütbəsində xidmətdə olmuşdur. 1975-ci ildən AMEA Zoologiya İnstitutunda işləyir. 1977-ci ildə "Entomologiya" ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspirantı olmuş, 1986-cı ildə "Azərbaycanın Kiçik Qafqaz biogeosenozlarının arıkimilərii" mövzusunda namizədlik dissertasiyasını (Bakı), 2013-cü ildə isə "Azərbaycanın arıkimiləriı" mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə etmişdir. 1980–1986-cı illərdə "Entomologiya" laboratoriyasında laborant, kiçik elmi işçi, elmi işçi, 1987–1993-cü Zoologiya institutun elmi katibi olmuş, 1993-cü ildən hal-hazıra qədər Araxnologiya laboratoriyası müdiri vəzifəsində işləyir. X. Ə. Əliyev institutda işlədiyi dövrdə AMEA-nın və keçmiş SSRİ EA proqramlarına daxil olan bir neçə elmi tədqiqat mövzularının yerinə yetirilməsində iştirak etmişdir. Onun tərəfindən Azərbaycanın əksər qoruğlarının sancan pərdəqanadlıları və laboratoriya əməkdaşları ilə hörümçəkkimiləri tədqiq olunmuşdur. Azərbaycan faunası üçün 642 növ arıkimi müəyyən edilib ki, onlardan 154 növ Qafqaz, 88 növ Cənubi Qafqaz və 64 növ Azərbaycan faunası üçün yenidir.
Xalid Ərgənc
Xalid Ərgənc (türk. Halit Ergenç; 30 aprel 1970, İstanbul, Türkiyə)— Türkiyə aktyoru. Xalid Ərgənc Beşiktaş Atatürk Məktəbinin məzunudur. 1989-cu ildə İstanbul Texniki Universitetinin Gəmi İnşaatı və Dəniz Elmləri fakültəsində təhsil alarkən, təhsilini ikinci kursdan yarımçıq qoymuş, elə həmin il Memar Sinan Universitetinin Opera və Musiqili Teatr Aktyorluğu fakültəsinə daxil olmuşdur. Xoş sərsərilər Qara mələk Beləmi olacaq?
Heysam ibn Xalid
Heysəm ibn Xalid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda valisi, Azərbaycanda Şirvanşahlar dövlətinin banisi, müstəqil Şirvanşah tiltulu daşıyan ilk hökmdar. == Fəaliyyəti == Üç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin dövründə onun qardaşı Heysəm ibn Xalid Şirvanın hakimi idi, Məhəmməd özü isə Gəncədə hakimlik edirdi. H.247 (861)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, təkhakimiyyətliliyə nail oldu və Şirvanşah titulunu qəbul etdi. Ehtimal ki, Heysəm ərəblərin təyin etdiyi Şirvanşahın hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk müsəlman hakimdir. Həmin vaxtdan etibarən V.F.Minorskinin qeyd etdiyi kimi, "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər..." Şirvanda sonralar baş verən hadisələr Məzyədi Şirvanşahlar dövlətinin tarixinə dair son dərəcə qiymətli mənbə olan "Tarix-i əl-Bab"da işıqlandırılır. Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil.
Heysəm ibn Xalid
Heysəm ibn Xalid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda valisi, Azərbaycanda Şirvanşahlar dövlətinin banisi, müstəqil Şirvanşah tiltulu daşıyan ilk hökmdar. == Fəaliyyəti == Üç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin dövründə onun qardaşı Heysəm ibn Xalid Şirvanın hakimi idi, Məhəmməd özü isə Gəncədə hakimlik edirdi. H.247 (861)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, təkhakimiyyətliliyə nail oldu və Şirvanşah titulunu qəbul etdi. Ehtimal ki, Heysəm ərəblərin təyin etdiyi Şirvanşahın hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk müsəlman hakimdir. Həmin vaxtdan etibarən V.F.Minorskinin qeyd etdiyi kimi, "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər..." Şirvanda sonralar baş verən hadisələr Məzyədi Şirvanşahlar dövlətinin tarixinə dair son dərəcə qiymətli mənbə olan "Tarix-i əl-Bab"da işıqlandırılır. Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil.
Malik Merac Xalid
Malik Merac Xalid (urdu ملک معراج خالد‎; 20 sentyabr 1916, Lahor, Britaniya Hindistanı – 13 iyun 2003, Lahor) — Pakistan İslam Respublikasının 14-cü baş naziri.
Məhəmməd ibn Xalid
Məhəmməd ibn Xalid – Ərəb Xilafətinin təyin etdiyi Ərməniyyə və Azərbaycan valisi, Şirvanşahlar dövlətinin əsasını qoymuş Heysam ibn Xalidin qardaşı. Xalid ibn Yezidin ölümündən sonra Xəlifə Vasiq onun böyük oğlu Məhəmmədi Azərbaycan, Ərminiyyə və Arrana vali qoydu və Tiflisdə üsyan qaldırmış İshaqın üzərinə getməyi əmr etdi. H.230 (844)-cu ildə hakimiyyətə başlayan Məhəmməd İshaqla müharibədə məğlubiyyətə uğradı və elə həmin il Dərbənddə Buğa əş-Şərabi tərəfindən devrildi. Xəlifə Mütəvəkkil Dərbənd şəhərini və onun həndəvərindəki torpaqları iqta kimi Məhəmməd ibn Xalidə verdi. Sonralar Şirvanşahlar, xəlifənin hədiyyəsi kimi, daim Dərbənd torpaqlarının iddiasında olmuşlar. Xəlifənin əmri ilə Məhəmməd türk Əbu Musa ilə birgə İshaqın üzərinə yürüdü. Çoxlu vuruşmalardan sonra İshaq məğlub edildi və öldürüldü. Məhəmməd Dərbəndə qayıtdı. Onun sonrakı fəaliyyəti Dərbəndin qonşuluğunda və Sünikdə yaşayan "gavurlara" (xristian albanlara)qarşı yürüşlərlə bağlı olmuşdur. H.242 (846)-ci ildə o, Buğa əl-Kəbirin köməyilə yenidən Azərbaycan, Ərminiyyə və Arranın valiliyinə qaytarılmışdır.
Qurban Əli Xalidi
Qurban Əli Xalidi (tam adı: Qurban Əli Xalidi Al-Ayağuzi Al-Cavcaqi) çoxlu doğu qıpçaq çölünə görə olan tarix kitablarının yazıçısıdır . Qurban Əli Xalidinin tarix yazıları Qazaxıstan ilə Şərqi Türkistan tarixinin böyük mənbələrindəndir. Qurban Əli 1846-cı ildə Ayağuz şəhərində anadan oldu. Ayağuz nayman qazaxların topraqlarındandır (naymanlar Qazaxıstanın orta yüzünün böyük boylarındandırlar). Qurban Əli Çala qazaxlardan idi, mənisi budur ki anası qazax amma atası orta asiya tatarlar , başqurdlar ya türkmənlərindən idi. Qurban Əli öz yazılarının birində öz şəcərəsin türkmən baba adlı bir kişiyə yetirir ki Əbülğazı Bahadurxan çağında xivədən sarda şəhrinə köçüpdür. Türkmən babanın o şəhərdə üç oğlu olubdur: Bay Murad qul Mühəmməd Qadir qul Bəykbav Bikbav Ornaş Baş adlı kəndin yaxınlığında otrağ edib usman adlı oğlu oldı. Qurban Əlinin atası, Xalid, Usmanın nəvəsi (Bəyk Qulun oğlu). Qurban Əlinin anası, Əfifə də Türkmən babanın oğlu Mühəmməd qadir qulun oşaqlarından idi.
Xalid Fəxri Ozansoy
Xalid Fəxri Ozansoy(1891–1971)—Türkiyə şairi. Bu dövrdə nəşr etdirdiyi şeir kitabları bunlardır: "Paravan" (1929), "Balkonda saatlar" (1931), "Sulara dalan gözlər" (1936). Xalid Fəxri əfsanə və nağıllardan, Şərq və Qərb mifologiyasından da yararlanmış, ümumiyyətlə, fərdi mövzulara, ekzotizmə, ölüm düşüncəsinə üstünlük vermişdir. Ancaq bununla yanaşı, vətənpərvər şeirləri də vardır.
Xalidə Səfərova
Xalidə Ələkbər qızı Səfərova (25 avqust 1926, Gəncə – 23 dekabr 2005, Bakı) — Azərbaycan rəngkarı, Azərbaycan SSR xalq rəssamı (1989). Xalidə Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1941–1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1949–1955-ci illərdə isə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil almışdır. Xalidə Səfərova 1946-cı ildə rəssam Mahmud Tağıyev ilə ailə həyatı qurmuşdur. Rəssam 23 dekabr 2005-ci ildə Bakıda vəfat etmişdir. Rəssam Mahmud Tağıyevin həyat yoldaşı, Əkrəm Tağıyevin anasıdır. Xalidə Səfərovanın ilk diplom işi "Cəbhədən gələn məktub" mövzusu olmuşdur. Onun ikinci diplom işi — Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına çəkilən illüstrasiyalar SSRİ Rəssamlıq Akademiyasının sərgisində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun yubileyində, eləcə də 1956-cı ildə Praqa və Paris şəhərlərində keçirilən kino festivalın çərçivəsində sərgilənmişdir. Xalidə Səfərovanın yaradıcılığında əsas yeri peyzaj və natürmort janrlarında çəkilmiş rəsm əsərləri tutur. Onun güllərlə natürmort silsiləsində "Payızgülü" (1956), "Zinya çiçəyi" (1971), "Bahar çiçəkləri" (1971), "Monmartr gülləri" (1985), ilk əsərləri olan "Gülabdan", "Qızılgül", "Çöl çiçəkləri", "Eyvanda", "Xrizantemlər", "Yasəmənlər", "Zanbaqlar", "Nərgizlər", "Nar çiçəyi" kimi əsərlərə rast gəlinir.
Xalidə Şərifova
Xalidə Şərifova — aktrisa. Şərifova Xalidə Xəlil qızı 8 aprel 1959-cu ildə Şamaxıda anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakultəsini bitirmişdir. O, 1973-cü ildə Lənkəran Dövlət Teatrında aktrisa kimi fəaliyyətə başlamış və teatrın səhnəsində S.Vurğun "Fərhad və Şirin"də Şirin, "Vaqif" də Gülnar, C.Məmmədquluzadə "Ölülər"də Nazlı, H.Cavid "Topal Teymur" da Olqa, və s.obrazlar yaratmışdır. Şərifova Xalidə 1994-cü ildən 2001-ci ilə qədər Akademik Milli Dram Teatrında çalışmışdır. O, teatrın səhnəsində N.Hacızadə "Məhəbbət yaşadır" da Nilufər, D.Aslan "Dindirir əsr bizi"ndə Sabah, İ.Əfəndiyevin "Hökmdar və qızı"nda Haykanuş, S.Vurğunun "Fərhad və Şirin"ində Şirinin rəfiqəsi, Ç.Aytmatov "Sokratı anma gecəsi"ndə Kədər, Hidayət "Bu dünyanın adamları"nda Sevər kimi rollar oynamışdır. 2001-ci ildə müqavilə müddəti bitdiyinə görə işdən azad edilmişdir. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Ailəlidir. Qış nağılı (U.Şekspir) — Utrata Fərhad və Şirin (S.Vurğun) — Şirin Tufan (N.Ostrovski) — Katerina Yudif (A.Tamsaare) — Yudif Topal Teymur (H.Cavid) — Olqa Tartüf (J.B.Molyer) — Marianna Ölülər (C.Məmmədquluzadə) — Nazlı Hacı Qənbər (N.B.Vəzirov) — Cavahir Silahdaş (Y.Əzimzadə) — Rübabə Oktay Eloğlu (C.Cabbarlı) — Sevər Şəhərin yay günləri (Anar) — Qumru Əliqulu evlənir (S.Rəhman) — Qumral Lənkəran xanının vəziri (M.F.Axundov) — Nisə xanım Avtobus (S.Stratiyev) — qız Gecən xeyrə qalsın, ana (M.Norman) — Cessi Eşq və intiqam (S.S.Axundov) — Yasəmən Hökmdar və qızı (İ.Əfəndiyev) — Haykanuş Dar ağacı (B.Vahabzadə) — xala Bu dünyanın adamları (H.Orucov) — Nərgiz Məhəbbət yaşadır (N.Hacızadə) — Nulufər Fedra (J.Rassin) — İsmena Dindirir əsr bizi (D.Aslan) — Sabah xanım Ölülər (C.Məmmədquluzadə) — Zeynəb Tıq-tıq xanım (A.Şaiq ) — nağılçı Mənim ağ göyərçinim (T.Vəliyeva) — valideyn Buzovna kəndinin əhvalatları (Elçin) — Əminə Qaraca qız (S.S.Axundov, A.Şaiq) — Yasəmən Cansıxıcı əhvalat (film, 1988) Canavar balası Yağışdan sonra (film, 1998) Çinarlı şəhərin generalları.
Xalidə Ədib Adıvar
Xalidə Ədib Adıvar (osman. خالده اديب اديوار; 11 iyun 1884[…], Konstantinopol – 9 yanvar 1964[…], İstanbul) — Türk yazıçı, siyasətçi, alim, müəllim. Xalidə Onbaşı olaraq da tanınır. "Atəşdən köynək", "Sinəkli baqqal", "Tatarcıq", "Zeynonun oğlu" kimi romanların müəllifi kimi tanınır. Xalidə Ədib 1919-cu ildə İstanbul xalqını ölkənin işğalına qarşı səfərbər etmək üçün etdiyi çıxışlarla yadda qalan bir natiqdir. Qurtuluş savaşında cəbhədə Mustafa Kamalla bərabər xidmət etmiş sıravi vətəndaş olsa da, rütbə alaraq müharibə qəhrəmanı sayıldı. Müharibə illərində Anadolu Agentliyinin yaradılmasında iştirak edərək jurnalist kimi də fəaliyyət göstərib. İkinci Məşrutiyyətin elanı ilə yazmağa başlayan Xalidə Ədib, yazdığı iyirmi bir romanı, dörd hekayə kitabı, iki səhnə əsəri və müxtəlif araşdırmaları ilə Məşrutiyyət və Cümhuriyyət dövründə türk ədəbiyyatında ən çox əsər yaradan yazarlardan biridir. Onun "Sinekli Bakkal" romanı onun ən məşhur əsəridir. O, əsərlərində qadınların təhsilinə, cəmiyyətdəki mövqeyinə xüsusi yer vermiş, yazıları ilə qadın hüquqlarını müdafiə etmişdir.
Xalidə Əliməmmədova
Xalidə Əliməmmədova (tam adı: Xalidə Şıxzadə qızı Əliməmmədova; 5 mart 1973, Xaçmaz rayonu) — aktrisa. Xalidə Əliməmmədova 1973-cü il martın 05-də Xaçmaz rayonunda doğulub. 1997-ci ildə fərqlənmə bakalavr diplomu ilə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Həmin il sözügedən universitetin «Teatrşünaslıq» fakültəsinə qəbul olub, 1999-cu ildə maqistr pilləsinə yüksəlib. 1995-ci il avqustun 25-dən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. Pərvanə - («Yay gecəsində yuxu», V.Şekspir Əsgər - («Hamlet», V.Şekspir) Perespela - («Tədbirə qarşı tədbir», V.Şekspir) Birinci cadugər - («Maqbet», V.Şekspir) Dorote - («Karmen», P.Merime) Qalina- («Ördək ovu», A.Vampilov) Lakusta - («Neron oynayır və ya iblisin komediyası», M.Xubai) Erita - («Herostatı unudun», Q.Qorin) Qulluqçu - («Teh end», J.Seminon) Nata xanım - («Nazirin xanımı», V.Nuşiç) Kərbalai Fatma - («Ölülər», C.Məmmədquluzadə) Qulluqçu- («Qurbanəli bəy», C.Məmmədquluzadə) Şəhla - («Məndən nigaran qalmayın», İ.Məlikzadə) Xeyransa - («İntihar», V.Səmədoğlu) Gəlmə qarı – («Mamay kişinin yuxuları», V.Səmədoğlu) Qisasçı qadın – («Genaralın son əmri», V.Səmədoğlu) III aparıcı – («Uzaq yaşıl ada», V.Səmədoğlu) Dayə – («Hərənin öz ulduzu», Ə.Səmədli) Nənə – («Onun iki qabırğası», Ə.Əmirli) Qüdrət – («Yeddi məhbusə», Ə.Əmirli) Hamilə – («İtkin ər», Ə.Əmirli) Ofa – («Kişi və qadın», Ə.Əmirli) Nuriyyə – («Sevirəm səni Türkiyə», K.Abdulla) Taclı bəyim–(«Şah İsmayıl yaxud hamı,səni sevənlər burdadır», K.Abdulla) Ana – («İnək», N.Hikmət) Kəmalə – («Axırı sakitlikdir», E.Hüseynbəyli) Gəlin – («Dəli Domrul», Dədəqorqudboyu) Qulluqçu – («Tabut», F.Mustafa) Dəvə quşu – («Qəfəs», F.Mustafa) Qatıq satan – («Vida marşı», F.Mustafa) Məryəm – («Qara qutu», F.Mustafa) Kərimə – («Mürafiyə vəkilləri», M.F.Axundov) Xavər – («İblis», H.Cavid) Qadın – («Yad qadının məktubları», S.Sveyq) Tibb bacısı – («Dəlilər», M.Əliyev) Aygül – («Vicdanın hökmü», H.Mirələmov) Jurnalist – («Əbləhlərin toyu», R.Əlizadə) Kəkilli – («Tık-tık xanım», R.Əlizadə) Bahar – («Keçəlin toyu», R.Əlizadə) Küpəgirən qarı – («Sindibadın səyahəti»,R.Əlizadə) Ana keçi – («Şəngül, Şüngül, Məngül», M.Müşviq) Babrina – («Sənsiz yaşaya bilmirəm», M.Haqverdiyev) Çin gözəli – («Məlikməmməd», Nağıl tamaşa) Ana – («Qızıl dağın kralı», N.Orxan) Dovşan – («Bostan müqəvvası», S.Əliyev) Göyçək Fatma – («Kosmosa səyahət», H.Atakişiyev) Dayə – («Şelkunçik», E.T.A.Hofman») Barbel – («Yatmış gözəl» B.Marvin) Pəri – («Göyçək Fatma» Azərbaycan xalq nağılı) Əminə – («Buzovna kəndinin əhvalatları» Elçin) Qısır qarı – («Şahzadə Xəzrin nağılı» K.Ağabalayev, N.Kazımov) Püstə – («Qaraca qız» S.S.Axundov, AŞaiq) Fregen Bok – («Balaca və damda yaşayan Karlson A.Lindqren) Dayə – («Danışan gəlincik» A.Şaiq) Kahin qadın - Q.Qorin "Henstratı unudun" Jurnalist - R.Əlizadə "Əbləhlərin toyu" 3cu aparıcı -V.Səməd oğlu "Uzaq yaşıl ada" Ofa- Ə.Əmirli"Kişi və qadın" Kərimə - M.F.Axundov "Mürafiə vəkilləri" Dayə-Ə.Səmədli"Hərənin öz ulduzu" "Şelkunçik" -Dayə (Rej. N.Başiyeva 2009.) "Yatmış gözəl" - Barbel (Rej. N.Kazımov 2010) "Revayəti-Şahzadeyi Xəzər" - Qısırqarı (Rej. N.Kazımov 2012) "Balaca və damda yaşayan Karlson"-Freken Bok (Rej.
Xalid Ziya Uşaqlıgil
Xalid Ziya Uşaklıgil (türk. Halit Ziya Uşaklıgil; (12 fevral 1865, Konstantinopol və ya Konstantinopol – 27 mart 1945, İstanbul) — Servet-i Fünunun demək olar ki, roman və həkayə yazarlarından ən məşhurudur. Ağır bir dili və üslubu vardır. Qərbli anlamdakı ilk romanları o yazmışdır. Realizmdən təsirlənmişdir. Romanlarında aydın bir şəkildə, təmiz insanları anladır. "Mai ve Siyah" əsərindəki Ahmet Cemil, Servet-i Fünun sənətçisinin təmsilçisidir. Qəhrəmanları yaşadıqları çevrəyə uyğun anladır və ruh təhlillərinə önəm verir. Hər xarakteri daha dərin anlatmağa çalışır və hadisələrə daha dərin nüfuz edir.. Hekayələrində Anadolu həyatına, eləcə də: kənd və qəsəbə yaşayışına, romanlarında isə yalnız İstanbula yer verir.
Xalid ibn Məhəmməd Əl Nəhayan
Xalid ibn Məhəmməd ibn Zeyd Əl Nəhayan, (ərəb. خَالِد بن مُحَمَّد بن زَايد آل نَهيَان‎; 8 yanvar 1982, Əbu-Dabi) — Birləşmiş Ərəb Əmirliklərində siyasi xadim, Əbu-Dabi Əmirliyinin hakim ailəsi olan Əl Nəhayan sülaləsinin üzvü, Vəliəhd Şahzadə. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabi Əmiri Məhəmməd ibn Zeyd Əl-Nəhayanın böyük oğlu. Şeyx Xalid Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd ibn Zeyd Əl-Nəhayanın böyük oğlu və Əbu-Dabi əmirliyinin hakim sülaləsi Əl Nəhayan ailəsinin üzvüdür. Anası Şeyxə Sələmə ibn Həmdan Əl Nəhayandır. Atası Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd ibn Zeyd Əl-Nəhayan rəsmən varisinin adını çəkməyib. Lakin o, əmiləri Şeyx Mənsur ibn Zeyd və Şeyx Təhnun ibn Zeydlə birlikdə taxt-taca iddialılardan biridir. Şeyx Xalidin Şarja Amerika Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi və London Kral Kollecində müharibə elmləri üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Bundan əlavə, Şeyx Xalid Sandherst Kral Hərbi Akademiyasında bir illik zabit hazırlığı kursunu bitirib. 15 fevral 2016-cı ildə Xalid Milli Təhlükəsizlik İdarəsinin rəhbəri təyin edilib.
Xalidə Türkoğlu
Xalidə Türkoğlu (1985, Diyarbəkir ili) — sosioloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Xalidə Türkoğlu 1985-ci ildə Diyarbəkir ilində ilçəsində anadan olub. Anadolu Universiteti Ədəbiyyat Bölməsindən məzun olub. Kürd qadınları və qadına şiddət mövzularında araşdırmalar aparıb. 2014-cü ildən Diyarbəkir ilinin Çinar ilçə bələdiyyəsində qadın məsələləri şöbəsində çalışıb. Azad Qadınlar Konqresinin (KJA) üzvü olub. 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə tutduğu vəzifədən azad edilib. 2016-cı ildə Azad Qadınlar Konqresinə (KJA) və Kürd Dili Araşdırma Dərnəyinə (KURDİ DER) üzv olduğuna görə barəsində açılan istintaqa cəlb edilib. 7 aprel 2021-ci ildə Diyarbəkir 9-cu Ağır Cəza Məhkəməsinin qərarı ilə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 2017-2020-ci ilərdə Bölgələr Partiyası (DBP) Məclis üzvü və həmsədr müavini, 2020-2023-cü illərdə isə HDP Məclis üzvü vəzifələrində təmsil olunub.