Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xalvar
Xalvar— çəki ölçü vahidi. == Ümumi məlumat == Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir. "Hesab var dinarla, bəxşiş var xalvarla" – atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır. Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir (farsca "xər" – uzunqulaq deməkdir). Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdi.
Xaldar (Piranşəhr)
Xaldar (fars. خالدار‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (55 ailə).
Xalyan (Urmiya)
Xalyan (fars. خليان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 129 nəfər yaşayır (23 ailə).
Ballar
Ballar — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == BALLAR-Əsli Ballıdır. Kəbirli tayfasının Qərvəndli qolunun Ballılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Ballılar qışı Mil düzünün Çatlan, yayı Kəlbəcərin /arıyer, Alakollar və Daş piləkən/ yaylaqlarında keçirən maldar eli idi. Balılar/Ballar oyk., sadə. Ağdam rayonunun Uçoğlan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmışdə qıŞı Mil düzünün Catalan, yayı isə Kəlbəcər rayonunun Alagöllər yaylağında keçirən balılar (kəbirlilərin qərvəndli qolunun tirəsi) elatına mənsub ailələr tərəfindən salınmış bu kənd həmin elatın adını daşıyır. Etnotoponimdir.
Balvar
Balvar (əvvəlki adı: Balvarı) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Surra kənd inzibati ərazi dairəsi tərkibindəki Balvarı kəndi Balvar kəndi adlandırılmışdır.
Baylar
Baylar (özlərini baytszılar, baynilər – “ağ adamlar” adlandırırlar; 1956-cı ilədək Çin dilində mintszyalar, lisu dilində lemolar, nasi dilində namalar adlanırdılar) — Çinin cənub-qərbində yaşayan xalq. Sayları 1,858,063 nəfərdir (2015). == Ümumi məlumat == Əksəriyyəti (85%) bay xalqının Dali muxtar mahalında (1956-cı ildə yaradılmışdır), Yunnan əyalətinin qonşu qəzalarında, həmçinin Sıçuan, Xunan və Quyçjou əyalətlərində yaşayır. Erkən ayrılan Çin dillərindən biri olan və Tibet-Birma dillərinin təsirinə məruz qalan bay dilində danışırlar; Çin tədqiqatçılarının fikrincə bu dil Tibet-Birma dillərinə aiddir; üc dialekti var. 1950-ci illərdə latın qrafikası əsasında yazı sistemləri yaradılmışdır. VIII əsrdən heroqlif yazı sistemi (bouen, boven, lao-bayuen, lao-bayven) mövcud olmuşdur. Çin dili də yayılmışdır. Dindarların əksəriyəti (65%) ənənəvi dini etiqadlarını saxlayanlardır; 30%-i daosizimin elementlərini daşıyan buddistlər (mahayana), 5%-i isə xristianlardır. Bəzi tədqiqatçılara görə, e.ə. III əsrdə bu ərazidə məskunlaşmış Çin əsgərlərinin nəsilləridir.
Dalyan
Dalyan (çin. 大连市) və ya Dalni — Çin Xalq Respublikasının şimal-şərqində, Lyaonin əyalətində şəhər. == Əhalisi == 2011-ci ildə şəhərin əhalisi 5,9 milyon nəfər olmuşdur. == Coğrafiyası == Bu şəhər həm də Lyaodun yarımadasının cənubunda, Sarı dənizdəki Dalyanvan körfəzinin sahilində donmayan portdur. Nəqliyyat qovşağı Dalyan–Şenyan (Mukden) avto magistralıdır. Beynəlxalq aeroport Çjouşuyszıdadır. == Tarixi == 1898-ci il konvensiyasına görə, Dalyan Rusiya İmperiyasının Çindən müvəqqəti icarəyə götürdüyü ərazidə, Tsinniva adlı balıqçı qəsəbəsinin (1860-cı ildən Dalyan adlanırdı) yerində salınmış və Dalni adlandırılmışdı. Eyni zamanda yaxınlığında Port-Artur hərbi-dəniz qalasının əsası qoyulmuşdur. Kommersiya portu kimi tikilmiş, 1901-ci ildən Çin-Şərq dəmir yolunun (ÇŞDY) qolu vasitəsilə Xarbinlə birləşdirilmişdir. 1904–1905-ci illər Rusiya-Yaponiya müharibəsi zamanı, 1904-cü ilin mayında Yaponiya tərəfindən tutulmuş, 1915-ci il Portsmut sülhünə görə Yaponiyanın nəzarətinə keçmiş və İkinci dünya müharibəsi qurtaranadək Dayren adı ilə yaponların onun hakimiyyəti altında qalmışdır.
Haylar
Haylar — Ermənistan yaylasının şimal-qərbində yaşamış qəbilə icması. Hayasa-Azzi dövlətinin əsas əhalisi idi. == Tarixi == Hay tayfaları hetlərdən şərqdə yaşayırdılar. Het padşahı Hattusilisin "Avtobioqrafiyası"nda e.ə. XVI–XV əsrlərdə Het dövlətinin zəifləməsindən istifadə edən qonşu tayfalar və padşahları onun ərazisinə dərindən nüfuz etmişdilər. Xüsusilə uzaqlara, cənuba kasklar nüfuz edir və onlardan şərqdəki tayfalar da böyük uğur qazanmışlar. Azzilər Yuxarı Ölkəni işğal edərək "Samuxa dağını sərhəd edir", işuvalılar isə Fəratın sağ sahilini keçərək Teqaramanı tutmuşdular. == Dil == Hayasa ölkəsinin etnik tərkibi və dili haqqında məlumatlar o qədər fraqmentlidir ki, bu barədə müəyyən fikir formalaşdırmaq hələ də çətindir. Hayasa-Azzi ölkəsinin sakinlərinin hurri tayfalarına mənsub olması fikri üstünlük təşkil edir, lakin hayların Hind-Avropa mənşəli olmasının lehinə arqumentlər də vardır. Gevork Caukyan fərziyyə kimi ortaya çıxan bu nöqteyi-nəzəri daha da inkişaf etdirmişdir.
Kalmar
Kalmarlar (tarixi Azərbaycandilli mənbələrdə mürəkkəb balıqları; lat. Teuthida) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi. == Həyat tərzi == Başıayaqlı molyuskaların digər nümayəndələri kimi kalmarlara da Şimal və Uzaq Şərq dənizlərində xüsusən sahilə yaxın yerlərdə təsadüf edilir. Bu molyuska suda çox gözəl uzən, acgöz, yırtıcı heyvan olmaqla, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə bilir. == Quruluşu == Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. Kalmarın bənəni iki hissədən — baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə on ədəd əzələli qolcuq vardır. Bu qolcuklar digər molyuskalarda olan ayağa müvafik gəlir.
Kalyari
Kalyari (Sardiniya dili: Casteddu) — İtaliyaya bağlı olan Sardiniya Muxtar Bölgəsi paytaxtı və eyni adlı Cagliari vilayətinin mərkəzi olan bir liman şəhəridir.
Lallar
Lallar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəlayir kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Düzənliklərdir. Yerli əhali Canşalı da adlandırır. Lallar canşalı tayfasının qollarından birinin adıdır. Mənbələrin verdiyi məlumata görə, XIX əsrin ortalarında bu nəsil 119 ailədən ibarət olmuş və 9 tirəyə bölünmüşdür. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 579 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Eldar Həsənov (1965–1994) — Azərbaycanın Milli Qəhrəmanı. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Salyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. == Etimologiyası == Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır. == Tarixi == Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.
Saylar
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
Tallar
Tallar - Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tayfa. == Haqqında == Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tallar e.ə. III minillikdə Urmiya gölündən qərbdə, Kiçik Asiya və Araz ətrafı ərazilərdə məskunlaşmışlar. Onlar bu dövrdə qaynaqlara Sicilyadakı Sirakuz şəhərində tal tayfa adı kimi düşmüşlər. . Qay Yuli Solinin yazılarında tallar şərqdə, Kaspi dənizi sahillərində çay ağzında yaşayan tayfalar kimi . Assur yazılarında isə Təbriz ətrafında Talay ölkə adı olaraq qeyd olunur. Onlar e.ə. II minilliklərdə buradan ətraf ölkələrə yayılmışlar . Qədim Naxər ölkəsinin torpaqları olmuş hazırkı Gürcüstanın şərqində məskunlaşan tallar orada Tela, Axtal, Qistol, Talat kimi şəhər qəsəbə və dağ adlarına öz adlarını vermişlər. Gürcülər də bu adların başqa dildən gəldiyini yazırlar .
Xaldan
Xaldan — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Xaldan Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Kürsahili düzənlikdədir. Keçmiş adı Ərəş (qədim Ərəş şəhərinin xarabalığı Xaldan yaxınlığındadır) olmuşdur. Ərəş oykonimi ərəb dilindəki "qala, tikili" mənalı Ərəş sözündən hesab edilir. Xaldan adı ilk dəfə XIX əsrin 20-ci illərində çəkilir. Mənbələrin məlumatına görə, 1827-ci ildə Cənubi Azərbaycanın Urmiya mahalından köçüb gəlmiş və özlərini xalde adlandıran aysor ailələrindən bir qismi burada məskunlaşdıqdan sonra Ərəş həm də Xaldan adlanmağa başladı. Oykonim xald etnonimindən, cəmlik və məkan bildirən -an şəkilçisindən düzəlib, "xaldlar yaşayan yer" deməkdir. == Təhsil == 1972-ci ildə Xaldan kənd orta məktəbi ilə Ukraynanın Kirovoqrad vilayətindəki Boqdanovka kənd orta məktəbi arasında yaranmış ənənəvi dostluq əlaqələrinə həsr olunan "Ürək dostluğu" filmi çəkilmişdir.
Xaldlar
Xaldlar (yun. Χάλδοι) —Tunc dövründə Qara dənizin cənub-şərqi sahillərində (indiki Türkiyə ərazisi) məskunlaşmış xalq. Eyni dövrdə dil baxımından onlara yaxın olan hattlar da onların yanında yaşayırdılar. Mesopotamiyada yaşamış xaldeylər ilə qohumluq məsələsi açıq qalır. Xaldların tarixi ilə bağlı əsas mənbələr Homer, Strabon və Ksenofonun əsərləridir. Qədim yunan müəllifləri dəmir döymə sənətinə ilk yiyələnmiş xalqlar sırasında qərbdə qonşuları olan xaliblər ilə yanaşı xaldların, mossiniklərin və tibarenlərin adını çəkmişdilər. Strabonun qeyd etdiyi kimi, "[...] xaldlar qədimdə xaliblər adlanırdılar". A. Saqonun fikrinə görə, xaldlar ölkəsi Arazın şimalında və əvvəllər Urartuya tabe olan torpaqlarda, xüsusən də Zivin çayı vadisi ərazisində, Qars ilə Tuşpa arasındakı yolda yerləşmiş ola bilərdi. Roma imperiyası dövründə xaldlar Pont vilayətinin bir hissəsi olan Pont Kappadokiyasında yaşayan xaliblərin bilavasitə qonşusu kimi xatırlanırdı. XX əsrin birinci yarısına aid elmi ədəbiyyatda xaldların urartuların ali tanrısı Xaldinin adını daşıyan tayfaların qalıqları olması ehtimalı dəfələrlə qeyd olunmuşdur, lakin sonradan bu fərziyyənin kökündən yanlış olduğu qəbul edilmişdir.
Paltar
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həm də ultrabənövşəyi şüalanmadan qorunma təmin edir. Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər. == Tarixi və mənşəyi == Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.
Qallar
Qallar – Qalliya imperiyasının əsasını qoymuş, fransızların etnogenezində əhəmiyyətli rol oynamış, kelt dil ailəsinə mənsub olan Qalliyanın aborigen xalqıdırlar.
Axaylar
Axeylər və ya axaylar — Peloponnes yarmadasının (Yunanıstan) Axayya vilayətində yaşamış qədim yunan tayfası e.ə. VIII əsrdə Cənubi İtaliyanın bir sıra böyük şəhərlərində (Sibaris, Kroton və s.) məskunlaşmışdılar. Bizim e.ə. 280-cı ildə təşkil etdikləri Axeylər ittifaqı Makedoniya və Romanın təcavüzkar siyasətinə qarşı mübarizədə böyük rol oynamışdır.
Xaleya
Xaleya (q.yun. Χάλαιον) — Ozol Lokridasının sahilində, Fokida sərhədləri yaxınlığında qədim şəhər. Böyük Plini səhvən onu Fokidanın bir şəhəri adlandırır. Peloponnes müharibəsi zamanı şəhər e.ə. 426-cı ildə Lakedemon ordusunu girovlarla təmin etmək məcburiyyətində qalan bir neçə şəhərdən biri idi. Onun yeri müasir Qalaksidion yaxınlığında yerləşirdi.
Gəncəli (Salyan)
Gəncəli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Çuxanlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Oykonim Gəncə (Şəhər adı) və mənsubluq bildirən –li komponentlərindən düzəlib, "Gəncədən olanlar" mənasındadır. Yaşayış məntəqələrini Gəncə Şəhərindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Rəvayətə görə bu kənd keçmiş zamanlarda çox böyük olmuş, daha sonra Kür çayının gəlməsi ilə kənd iki yerə bölünmüşdür. Bir hissəsi Kürün sağ sahilində, digər hissəsi isə sol sahilində qalmışdır. Belə olduğuna görədə bir hissə Sabirabad rayonuna, digər hissə isə Salyan rayonuna daxildir. Bəhs etdiyimiz Gəncəli kəndinin yaxınlığında Piratman adlanan kiçik bir ərazi var. Bu ərazi əvvəllər daha kiçik olmuş, sonradan isə nisbətən böyümüşdür.
Xaltan
Xaltan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Xaltan oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Gilgilçayın sahilindəki Xaltan min. bulaqlarının adı ilə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 624 nəfər əhali yaşayır. Əhalisini tamamilə tatlar təşkil edir. == Coğrafiyası və iqlimi == Xaltan kəndi dağətəyi ərazidə yerləşir.
Xalxal
Xalxal xanlığı — mərkəzi Xalxal şəhəri olmaqla Azərbaycan xanlıqlarından biri. Xalxal şəhristanı — İranda, Cənubi Azərbaycanın Ərdəbil ostanında bölgə. Xalxal (Ərdəbil) — İranın Ərdəbil ostanının şəhərlərindən biri, Xalxal şəhristanının paytaxtı. Xalxal (Babək) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Xalxal (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Xalxal (Lala) — Qafqaz Albaniyasının qərbində yerləşən tarixi şəhər. Xalxal (Mərənd) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Xalxal (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Xalxal (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.
Xanlar
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun Göygöl şəhər inzibati ərazi dairəsində şəhər, Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır. 22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası — Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib. == Coğrafiyası == Göygöl Azərbaycanın şimal–qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir.
Xalqlar
Xalq — müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanlar bir hüquq məkanında yaşayırlar, dövlət qarşısında eyni məsuliyyəti daşıyır. Yer kürəsində yaşayan bütün insanlar mənşəyinə görə eynidir. Lakin bütün insanlar ayrı-ayrı qruplara ayrılır ki, bu qruplar da xalq adlanır. Hər bir xalqın özünəməxsus mədəniyyəti, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, milli paltarları, folkloru, milli mətbəxi olur. Dünya əhalisi dilinə və başqa milli əlamətlərinə görə böyük və kiçik qruplara bölünür. Belə əhali qrupuna xalq deyilir. Xalq sözü bir neçə mənada işlədilir: Adi mənada - dövlətin, ölkənin əhalisi Elmi mənada - insanların tarixən dəyişməkdə olan bilgisi Dünyada sayca ən böyük xalq çinlilərdir. Onların sayı 1 milyarddan çoxdur. Xalq - insanların birliyinin tarixən qəbilə - tayfa birliyinin ardınca gələn və ibtidai icma qurluşunun xüsusi mülkiyyətçilik münasibətləri ilə əvəz edilməsi, siniflərin meydana gəməsi və inkişafı şəraitində müxtəlif tayfaların qovuşması, birləşməsi nəticəsində bərqərar olmuş formalardan biridir.
Xaçkar
Xaçkar – Erməni mədəniyyətinin ayrılmaz hissələrindən biri olan xaçkarlar vəfat etmiş adamların xatirəsinə ucaldılırdı. Ermənilərin tarixən bir millət kimi formalaşmalarında və varlıqlarını qorumalarında kilsə mühüm rol oynadığından erməni mədəniyyətində xaçqarların ağırlığı hiss edilməkdədir. Xaçkarların tarixi bədii inkişaf xüsusiyyətlərini araşdıran mütəxəssislərin gəldikləri qənaətə görə xaçkarların tarixi inkişaf prosesini üç qrupda cəmləşdirmək mümkündür. == Erkən dövr == Bu dövrə aid edilən xaçkarlar əsasən sadə tərtibatlı və o qədər də böyük ölçüyə malik deyil. Qeyd etmək lazımdır ki, əksər erməni alimləri erkən dövr xaçkarlara Alban xaç daşlarını da qatmaqla xaçkarların tarixini daha qədimə aparmaq istəmişlər. Belə ki, Ermənistanda erkən dövr xaçkarların yaradılmasına başlanılarkən, artıq xristianlığı ermənilərdən 227 il əvvəl qəbul etmiş albanlarda formalaşmış və alban fəlsəfi-mifik dünyagörüşünü əks etdirən xaçdaş qoyma ənənəsi var idi. Lakin əksər erməni alimləri Alban mədəniyyətini məhv etmək üçün Alban xaç daşlarını da erkən dövr xaçkarları kimi təqdim etməyə çalışmışlar. Buna qarşılıq olaraq tanınmış ingilis alimi A. Van yazır: "Qafqaz albanlarının qədimdən riayət etdikləri və hələ o zamanlar mərhumun xatirəsini yad etmək kimi saxlanmış adətə görə ucaldılan adsız qəbir daşları – xaç daşları vardı". (A. Van – Geaner the rites of passage) Qafqaz Albaniyasında ilk dövrlərdə, yəni apostolluq dövründə xristianlığın qəbulu Ermənistan və İberiyadan daha uğurlu olmuşdur. Bunu yazılı mənbələr (Moisey Kalankatlı, Moisey Xorenli, Koryun və s.) və o dövrün gerçəkliklərinin öyrənilməsi də sübut edir (F. Məmmədova, Alban katolikosluğu və Alban Arşakiləri.
Çaylar
Çay — quruda özünün əmələ gətirdiyi yataq üzrə hərəkət edən su axını, təbii yataqla axan, hövzəsindəki səth axımı və yeraltı axımla qidalanan su axınıdır. Hər bir çayın uzunluğu, dərəsinin eni, düşməsi, meyilliyi, axın sürəti, su sərfi, asılı maddələrin miqdarı, suyun kimyəvi tərkibi, hövzəsinin sahəsi ilə səciyyələnir… == Ümumi məlumat == Hər bir çay uzunluğu, eni, hövzəsinin sahəsi, dərinliyi, meyilliyi, səviyyəsi, axın sürəti, su sərfi, suyun kimyəvi tərkibi və s. ilə səciyyələnir. Çayın başlandığı yerə çay mənbəyi, dənizə, gölə töküldüyü və ya digər çayla birləşdiyi yerə çay mənsəbi deyilir. Yayda quruyan azsulu çayların çoxunun mənsəbi olmur. Belə çaylara kormənsəbli çaylar deyilir. Belə çaylara Avstraliyada krik deyilir. Bəzi çayların mənsəbində delta, estuari və bar əmələ gəlir. Bilavasitə okeana, dənizə, gölə tökülən, yaxud qumluqlarda və bataqlıqlarda itənlər əsas çay, buna birləşənlər çay qolu adlanır. Çaydan ayrılan qollar (bax Bifurkasiya) da olur (məs., Kürdən ayrılan qol — Bala Kür yaxud Aquşa).
Şalvar
Şalvar — Orta Asiyada yaranan, beldən ayaq biləyinə qədər geyilən, hər iki ayağı ayrıca örtən bir geyimdir. Avropanın əksəriyyətində şalvar qədim dövrlərdən bəri, Orta əsrlər dövrü boyu və müasir dünyada yetkin kişilər üçün ən geniş yayılmış alt bədən geyimi formasına çevrilmişdir. 20-ci əsrin ortalarından bəri şalvar getdikcə qadınlar tərəfindən də daha geniş şəkildə geyilməkdədir. Cins şalvarlar, hər iki cins tərəfindən bütün dünyada geyilən gündəlik geyim formasıdır. İsti havalarda və ya bəzi idman növləri üçün, xüsusən uşaqlar və yeniyetmələr tərəfindən şortlara üstünlük verilir. == Tarixi == === Erkən dövr === Ən qədim bilinən şalvarlar, Tarim hövzəsinin insanlarına aid olan Çin, Sincan, Qərbi Turpandakı mumiyalardan çıxarılan Yanghai qəbiristanlığında tapıldı. E.ə XIII və X əsr arasındakı dövrə aid və yundan hazırlanmış şalvarın düz ayaqları və enli paçası vardı və çox güman ki, at sürmək üçün hazırlanmışdı. === Orta əsrlər === Avropada orta əsrlər boyunca xüsusən kişilər tərəfindən müxtəlif dizaynlı şalvarlar geyildi. Geniş ölçülü şalvarlar Bizansda uzun tuniklər altında geyilmiş və bir çox qəbilə, məsələn, Qədim Qərbi Roma İmperatorluğuna köçmüş Alman qəbilələri tərəfindən geyildiyi sübut edilmişdir. VIII əsrdə Avropada, xüsusən də yuxarı sinif kişilər arasında iki qat şalvarın geyilməsinə dair sübutlar var.
Kalmar birliyi
Kalmar İttifaqı (dan. Kalmarunionen, isv. Kalmarunionen, norv. Kalmarunionen) — 1397-ci ildə Danimarka, Norveç və İsveç krallıqlarını birləşdirən şəxsi ittifaq idi. İttifaqın adı, 1397-ci ildə üç krallığın hökmdarı olan I. Marqarita-nın Kalmar, İsveç-də keçirilən toplantıda taçlandırılması ilə bağlıdır. == Arxa plan == 14-cü əsrin sonlarında, Skandinaviya krallıqları arasında siyasi və iqtisadi bağlar mövcud idi. Danimarka, Norveçə nisbətən güclü bir krallıq idi və İsveç, vətəndaş müharibələri ilə zəifləmişdi. I. Marqarita, Danimarka, Norveç və İsveç taxtlarına varis oldu. Onun hakimiyyəti altında, üç krallığın birləşdirilməsi ideyası ortaya çıxdı. Bu ideyanın kökündə bir neçə amil dururdu: Xarici təhdidlər: Hanza Birliyi kimi güclü ticarət təşkilatları və Almaniya kimi genişlənən dövlətlər Skandinaviya krallıqları üçün təhlükə yaradırdı.