Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Kiçibəyov — Azərbaycan alimi. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Hilal
Hilal (ərəbcə هلال) — yeni doğulmuş Ay. Qəməri təqvimi ilə ayın 1-ci günü hilalın görünməsi ilə hesablanır. Hilalın görünməsi Günəşlə Ayın Yerə nəzərən yerləşməsindən aslıdır. Əhalisinin əksəriyyəti müsəlman olan bir çox ölkə kimi, Azərbaycan bayrağında da hilal simvolundan istifadə olunur.
Aşıq Bilal
Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov (12 mart 1872, Ağsu – 26 noyabr 1937) — aşıq, şair. == Həyatı == 1872-ci il mart ayının 12-də Şirvan qəzasının Ağsu rayonunda Qəşəd kəndində anadan olmuşdur. Həmyerlisi Molla Xasının məktəbində oxumuş, sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Burada o, ərəb-fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur. Şamaxı ədəbi mühiti – "Beytül-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla şagird yetişdirmişdir. Böyük nüfuz sahibi olması hökumət yetkililərinin nəzərindən yayınmamış, ona Xalq Cümhuriyyəti dövründə (1918–1920) Şamaxı qəzasının əmniyyət müdiri vəzifəsi həvalə olunmuşdur. Onun repressiya qurbanı olmasının əsas faktorlarından biri də məhz budur.
Bilal (Baymak)
Bilal (başq. Билал, rus. Билялово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 70 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 109 km. Sakmara çayınınn sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Bilal Bilalov
Bilal Telman oğlu Bilalov — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA Rəyasət Heyətinin üzvü. "Riyaziyyat" üzrə Problemlər Şurasının Sədr müavini, Azərbaycan Aktuarlar Assosiasiyasının sədri. Fəxri fərman ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə ekspert şurasının sədridir. Türk Dünyası Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur (2009–2011). == Həyatı == Bilal Telman oğlu Bilalov 2 yanvar 1963-cü ildə Azərbaycan Respublikası Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1986-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. 1986–1989-cu illərdə MDU-nun əyani aspirantı. 1989-cu ildə akademik Y. İ. Moiseyevin rəhbərliyi altında "Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi" mövzusunda MDU-da fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 1990–1993-cü illərdə Azərbaycan Texnologiyaları İnstitutunda assistent vəzifəsində çalışmışdır.
Bilal Dadaşov
Bilal Ataş oğlu Dadaşov (30 dekabr 1915, Rəncbər, Hacıqabul rayonu – 13 fevral 2007, Bakı) — azərbaycanlı alim, Azərbaycan SSR EA‐nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Dadaşov Bilal Ataş oğlu 1915‐ci il dekabrın 30‐da Şamaxı qəzasında (indiki Hacıqabul rayonu) Rəncbər kəndində anadan olmuşdur. 1931-ci il — Rəncbər kəndində məktəbi bitirmişdir. 1931–1934-cü illər — Xalq Təsərrüfatı İnstitutunun fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1934–1939-cu illər — Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinin tələbəsi, eyni zamanda üzvi kimya kafedrasının laborantı işləmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə fakültəni əla qiymətlərlə bitirdikdən sonra fiziki kimya kafedrasında assistent kimi saxlanılmışdır. 1939-cu ildə BDU-nun fiziki-kimya kafedrasının aspirantı olmuşdur. 1940–1945-ci illər BDU-nun kimya fakültəsində Y. H. Məmmədəliyev ilə birgə işləmişdir. 1944-cü il — Kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün ''Azərbaycanın vulkanik küllərinin təsirindən piroqazın propilen fraksiyasının katalitik oksidləşməsi''mövzusunda dissertasiya müdafiə etmişdir. Onun elmi rəhbəri D. İ. Mendeleyevin tələbəsi V. İ. Tixomirov olmuşdur.
Bilal Dündar
Bilal Hassani
Bilal Həsəni (fr. Bilal Hassani; ərəb. بلال حسني‎; 9 sentyabr 1999) — Ərəb əsilli Fransa müğənnisi, bəstəkarı və "YouTube" kanal müəllifi. O, "Roi" mahnısı ilə Fransanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Bilal Həsəni 9 sentyabr 1999-cu ildə Paris şəhərində Mərakeş ailəsində dünyaya göz açmışdır. O, anası ilə Parisdə yaşayır. Taha adlı böyük qardaşı var. Atası isə Sinqapurda yaşayır. Bilal 2017-ci ildə rəsmi olaraq homoseksual olduğunu sosial şəbəkələrdə etiraf etmişdir. Bunun ardınca əslən ərəb olan gənc ifaçı sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən təhqirlərə məruz qalır və hətta ölümlə təhdid edilir.
Hilal (ad)
Hilal — kişi adı. Hilal Məmmədov — fizika-riyaziyyat elmləri namizədi Hilal Münşizadə — Cümhuriyyət tələbəsi, publisist, mühacir.
Hilal (dəqiqləşdirmə)
Hilal
Hilal (qəzet)
"Hilal" (az.-əski. حلال‎) — Bakıda 1910-ci ildən nəşr olunmuş qəzet. == Tarixi == 1910-cu ildə "Hilal" adlı qəzet çap etməyə başlayıb. Üzərində türkçülük və islamçılıq rəmzi Ay və ulduz olan "Hilal" qəzetinin ilk nömrəsi dekabrın 18-də işıq üzü görüb. Əliabbas Müznib qəzetdə "Binəva islam" adlı məqaləsində xalqının ağır vəziyyətini qələmə alaraq oxucusuna bir sıra həqiqətləri deməyə çalışıb. Bu dəfə qəzetin cəmi üç nömrəsi çıxıb.
Hilal Baydarov
Hilal Həsənov
Hilal Həsənov (10 sentyabr 1943, Kirovabad – 30 oktyabr 2019, İstanbul) — Azərbaycan novator teatr rejissoru. Gəncə Dövlət Kukla Teatrının yaradıcısı eyni zamanda keçmiş baş rejissoru, bədii rəhbəri. == Həyatı == Hilal Mahmud oğlu Həsənov 10 sentyabr 1943-cü ildə Gəncə şəhərində anadan olub.1959-cu ildə Gəncə şəhəri 20 saylı tam orta məktəbi bitirib. Həmin ilin oktyabr ayının 1-də Gəncə Dövlət Dram Teatrının yardımcı heyətinə aktyor kimi qəbul olunaraq əmək fəaliyyətinə başlayıb. Sənətə olan məhəbbəti onu 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə gətirib. İnstitutda təhsil alarkən onun sənət müəllimi və kurs rəhbəri Rza Sarabski olub. Hilal Həsənov 1963–1966-cı illərdə hərbi xidmətə çağrıldığından ali təhsilini 1970-ci ildə bitirə bilib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında suflyor, rejissor köməkçisi və rejissor assisenti kimi də fəaliyyət göstərib. Bu teatrın səhnəsində 27 sentyabr 1969-cu ildə səhnəyə qoyulan dramaturq Asif Zeynallı və bəstəkar Nəriman Məmmədovun "Məmmədəli kurorta gedir…" pyesinin tamaşasında quruluşçu rejissor Səftər Turabovun və 7 mart 1970-ci ildə dramaturq Şıxəli Qurbanovla bəstəkar Süleyman Ələsgərovun "Sevindik qız axtarır" pyesinin tamaşasında quruluşçu rejissor Şəmsi Bədəlbəylinin assisenti olub. Burada diplom işi üçün dramaturq Məhərrəm Əlizadə və bəstəkar Ağası Məşədibəyovun "Toy kimindir?" musiqili komediyasının quruluşu ona tapşırılıb.
Hilal Münşizadə
Hilal Münşizadə (24 aprel 1899, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 22 avqust 1994, Bad-Honnef[d], Şimali Reyn-Vestfaliya, Almaniya Federativ Respublikası) — Cümhuriyyət tələbəsi, publisist, mühacir. == Həyatı == Hilal Hacı Mirzə Məhəmməd bəy oğlu 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1918-ci ildə Şuşa real məktəbini bitirib. Azərbaycan Cümhuriyyəti dövründə bir müddət Ziraət və Dövlət Əmlakı Nəzarətinin dəftərxanasında çalışıb. 1919-cu ildə hökumətin seçdiyi və parlamentin təsdiq etdiyi yüz tələbədən biri olub, dağ-mədən mühəndisliyi üzrə təhsil almaq üçün Berlin Universitetinə göndərilib. == Sovet işğalından sonra fəaliyyəti == 1920-ci ildə Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduğu üçün universiteti oxuyub bitirdikdən sonra bir daha vətənə dönməmiş, Almaniyada qalmışdır. Azərbaycan mühacirləri içərisində fəal siyasi iş aparmış, 1924-cü ildə Almaniyada təhsil alan azərbaycanlı tələbələrin yaratdığı "Azərbaycan İstiqlal Komitəsi"nə sonralar sədrlik etmişdir. Onun rəhbərliyi ilə bu təşkilat uzun müddət Avropa ictimaiyyətinin və dövlətlərinin diqqətini Azərbaycanın müstəqilliyi məsələsinə cəlb edə bilmişdi. Hilal Münşi "Müsavat" partiyasının Berlin komitəsinə başçılıq etmiş, 1928-ci il mayın 28-də Berlində Azərbaycanın müstəqilliyinin elan olunmasının 10 illiyinin bayram edilməsinin əsas təşkilatçılarından olmuş, bu münasibətlə keçirilən iclas onun "1918-ci il 28 mayın əhəmiyyəti" mövzusunda çıxışı ilə açılmışdır. 1930-cu ildə Berlində almanca "Azərbaycan Cümhuriyyəti" əsəri nəşr olunmuşdur.
Hilal Məmmədov
Hilal Məmmədov (28 avqust 1959, Təngərüd, Astara rayonu) — fizika-riyaziyyat elmləri namizədi; Azərbaycanda talış dilində nəşr edilən yeganə qəzetin — "Tolışi sədo" qəzetinin baş redaktoru; hüquq müdafiəçisi. == Həyatı == 1990-cı illərin əvvəllərində Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının sədri olmuşdur. Partiyanın fəaliyyəti qadağan edildikdən sonra Azərbaycanı tərk etmiş və 12 il Rusiyada yaşadıqdan sonra, 2005-ci ildə Azərbaycana qayıtmışdır. 2007-ci ildə "Tolışi Sədo" qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov həbs edildikdən sonra onun hüquqlarının müdafiəsi Komitəsini yaradır və ona rəhbərlik edir. Novruzəli Məmmədov həbsdə vəfat etdikdən sonra "Tolışi Sədo" qəzetinin baş redaktoru vəzifəsini həyata keçirmişdir. == Həbsi == 21 iyin 2012-ci ildə Hilal Məmmədov narkotik saxlama ittihamı ilə həbs edilib. İki həftə sonra ona əlavə olaraq dövlətə xəyanət və milli ədavət yayma ittihamları da irəli sürülüb. Beynəlxalq hüquq müdafiə təşkilatları, hüquq müdafiəçiləri və müdafiə tərəfi həbsin sifarişli olduğunu bildirirlər. Hilal Məmmədovun hüquqlarının müdafiəsi məqsədilə ictimai xadimlərn, hüquq müdafiəçilərin, hüquqşünasların və jurnalistlərin iştirakı ilə onun hüquqlarının müdafiəsi Komitəsi yaradılıb. Hilal Məmmədovun hüquqlarının müdafiəsi məqsədilə Moskvada, Kişinyovda, Berlində, Haaqada, Bakıda etiraz aksiyaları keçirilmişdir.
Hilal taktikası
Hilal (Aypara) taktikası, Turan taktikası və ya Qurd qapanı (tələsi) — düşməni çevrələyərək yox etməyi məqsəd qoyan bir hərbi taktika. Türk dövlətləri tərəfindən sıxlıqla istifadə edilərdi. Bu taktika meydan döyüşlərində təsirli idi və iki mərhələli olaraq tətbiq olunardı: Saxta ricat (ricat — geri çəkilmə); Pusqu. Ordu, döyüş anında mərkəz, sağ və sol olmaq üzrə üç hissəyə ayrılardı. Mərkəz qüvvətləri düşmənə hücum edər, bir müddət sonra hücum edən bu qüvvələr, qaçar kimi geri çəkilərdi. Bunu edərkən də at üzərində ox atmaq surətiylə döyüşə davam edərdilər. Beləcə geri çəkilən əsgərlərin arxasından gələn düşmən, ordunun sağ və sol qisimi tərəfindən tələ qurulan yerə çəkilər, çevrə içinə alınaraq məhv edilərdi. Ordu, təməldə üçə ayrılar və mərkəzə ən seçmə qüvvələr toplanar. Sağ və sol cinah mərkəzdən tamamilə ayrılmamaqla birlikdə araya məsafə qoyar. Mərkəzdəki qüvvələr sürətli bir vur qaç (ümumiyyətlə mizraqlı ya da atlı qüvvətlər ilə) düşmənin mərkəz safını fayda və düşmənin sağ və sol qanadlarının ordunun bölünməməsi adına mərkəzə sürüşməsini təmin edər.
Hilal İmanzadə
Hilal Əsədov
Hilal Məmməd oğlu Əsədov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri (1971–1977) == Həyatı == Hilal Məmməd oğlu Əsədov 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1931–1957-ci illərdə neft sənayesi sahəsində müxtəlif vəzifələrdə mühəndis, mədən müdiri, bir sıra nextçıxarma trestlərində baş mühəndis, müdir, eləcə də Azərbaycan SSR neft sənayesi nazirinin müavini olmuşdur. 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komissiyası (Komitəsi) sədrinin müavini, 1963-cü ildən isə birinci müavini vəzifələrində çalışmışdır. 1971-ci ilin iyul ayında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 1977-ci ilin dekabr ayında təqaüdə çıxanadək bu vəzifədə işləmişdir. Hilal Əsədov Azərbaycan Ticarət Palatası Rəyasət Heyətinin sədri, Azərbaycan Elm-Texnika Cəmiyyətləri Şurasının sədri olmuşdur. O, 7–9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Molla Bilal
Bilal Nazim( (tam adı-Molla Bilal bin Molla Yusuf Nazim;1825 və ya 1824 – 1899) — Uyğur şairi və yazıçısı, XIX əsr uyğur ədəbiyyatının mərkəzi siması, uyğur klassik ədəbiyyatının son nümayəndəsi. Bilal Nazim 1825-ci ildə Çinin Kulja şəhərində çəkməçi ailəsində anadan olmuşdur. Kuljadakı Baytulla mədrəsəsində təhsil almışdır. Şəxsi mütaliəsi sayəsində Şərq xalqlarının tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. O, Uyğur xalqının milli-azadlıq hərəkatının fəal mübarizlərindəndir. 1864-1867-ci illərdə Şərqi Türküstanda Uyğur, Qazax və Dungan xalqlarının Mançu-Çin müstəmləkəçilərinə qarşı milli-azadlıq hərəkatı yayılarkən Sadır Paluan, Molla Şakir, Səidməhəmməd Kaşi kimi şairlərlə yanaşı, Bilal Nazim da hərəkatda yaxından iştirak etmişdir. Müəllif Çün müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatı ilə bağlı təəssüratını “Çin dövlətində hərəkat” (1876) tarixi poemasında yüksək bədii sənətkarlıqla əks etdirmişdir. Bilal Nazim 1899-cu ildə Qazaxıstanın Yarkənd (indiki Jarkənd) şəhərində vəfat etmişdir. Ədəbi yaradıcılığa 1840-cı illərdə şeirlə başlamışdır. Lakin müəllifin 26-27-yaşlarına qədər yazdığı əsərlər haqqında məlumat yoxdur.
Xisal (kitab)
Xisal (ərəb. خصائص أمير المؤمنين‎) (azərb. Xislətlər‎) — Şeyx Səduqun kitabı. “Xisal” ərəb dilindən tərcümədə xislət, sifət, xüsusiyyət mənalarını verir. Bu kitab hədislərin onlarda qeyd edilən rəqəmlər əsasında sıralanmasına görə toplanmışdır. Kitabda hədislərdə gəlmiş birdən milyona qədər olan müxtəlif xüsusiyyətlər ardıcıllıqla təqdim olunur. Öz orijinallığına görə digər hədis kitablarından çox fərqlənən “Xisal” qədimdən müsəlmanların diqqət mərkəzində olmuşdur. “Xisal” İslami bilikləri, qadağan olunmuş və icazəli əməlləri, tarixi mövzuları, fəlsəfi, irfani mətləbləri, davranış qaydalarını və siyasi mövzuları əhatə edən ensiklopedik bir kitabdır. Kitab 2013-cü ildə Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 208 səhifədə 60x90 ölçüsündə çap edilib. "Xisal (Xislətlər)" ( (az.)).
Bilal Əkşi
Bilal Əkşi (türk. Bilal Ekşi; 1968, Rizə, Rizə ili) — Türkiyə biznesmeni. O, Türk Hava Yollarının sədr müavini və baş icraçı direktorudur. == Həyatı == Əkşi 2011-ci ilin aprelində Türk Hava Yollarından ayrılaraq, Türkiyə Mülki Aviasiya Baş İdarəsinin rəhbəri olmuşdur. 21 oktyabr 2016-cı il tarixində Əkşi Təməl Kotildən sonra Türk Hava Yollarının baş icraçı direktoru, idarə heyəti və icraiyyə komitəsinin sədr müavini vəzifəsinə təyin edilmişdir.
Hilal Altınbilek
Hilal Altınbilek (11 fevral 1991, İzmir) — Bir Zamanlar Çukurova serialında Züleyha Altun Yaman rolu ilə tanınan, anası tərəfdən Xorvat, atası tərəfdən isə Kosovalı olan türk aktrisa və modeldir. == Bioqrafiya == Hilal Altınbilek 11 fevral 1991-ci ildə İzmirdə (Türkiyə) Xorvat əsilli anası və Kosovalı ata Özdemir Altınbilekin ailəsində anadan olub. İbtidai məktəbdən teatra və aktyorluğa maraq göstərib. == Karyera == === Təhsil === Hilal Altınbilek ibtidai məktəbdə oxuyarkən teatrda aktyorluğa başladı, Əli Heydər Elçiğın İzmirdəki Müasir Dram Ansamblında verdiyi dərslərlə. Orta məktəbi bitirdikdən sonra Ege Universitetinin biznesin idarə edilməsi fakültəsinə daxil olur, bir neçə il sonra burada təhsil alır və eyni zamanda müxtəlif teatr kursları və emalatxanalarında iştirak edir, həmçinin şoularda iştirak edir. Daha sonra o, gözəllik müsabiqəsində iştirak etdi, burada müxtəlif markaların diqqətini çəkən bir titul qazanmağı bacard 2009 və 2010-cu illərdə Müjdat Gezen İncəsənət Mərkəzində (MSM) aktyorluq təhsili aldı. İstanbulda aktyor studiyası. === Aktyorluq karyerası === Hilal Altınbilek 2011-ci ildə Fox gündəlik serialı Derin Sular serialında İrem rolu ilə ilk aktyor görünüşünü etdi. 2013-2016-cı illərdə Tülkü serialında Karagül filmində Özlem Şamverdi rolunu oynamaq üçün seçilib. 2016-cı ildə Kanal D Hayatımın Aşkı serialında Nil obrazını canlandırıb.
Bilal Bilici
Bilal Bilici (1984, Adana ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Bilal Bilici 1984-cü ildə Adana ilində anadan olub. Boston Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Bahçeşehir Universitetində qlobal əlaqələr üzrə magistr dərəcəsi alıb. Birləşmiş Ştatlarda özəl sahədə baş məsləhətçi vəzifələrində çalışıb. Dubayda (BƏƏ) neft sahəsində menecer olaraq çalışıb. Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) üzvü, Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) — ABŞ-Karib hövzəsi İş Şurasının vitse-prezidenti, Qvatemalanın İstanbulda Fəxri Konsulu və Dünya Konsullar Assosiasiyasının Qəyyumlar Şurasının üzvüdür. İYİ Partiyada sədrin müşaviri və İYİ Partiya Vaşinqton təmsilçisi olub. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Bilal Çompuzov
Bilal İsmayıl oğlu Çompuzov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 1-ci Ordu Korpusunun Komandiri (v. m. i. e.). == Hərbi xidməti == Kapitan Bilal Çompuzov Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən 24 iyun 2003-cü ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Bilal Çompuzov 27 sentyabr 2020-ci ildə başlanan və altı həftə davam edən Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı istiqamətlərində gedən hərbi əməliyyatlarda olub. O döyüşlərin gedişində yaralansa da, sonadək vuruşub. Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Bilal İsmayıl oğlu Çompuzov Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə, "Vətən uğrunda" medalı ilə, "Xocavəndin azad olunmasına görə" medalı ilə, "Qubadlının azad olunmasına görə" medalı ilə və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyev 25 iyun 2023-cü il tarixli 3947 nömrəli Sərəncamı ilə Bilal Çompuzova "general-mayor" ali hərbi rütbəsi verildi. Bilal Çompuzov 19 sentyabr 2023-cü ildə başlanan və 24 saat davam edən anti-terror tədbirləri zamanı Birinci Ordu Korpusunun Qərargah rəisi olub.
Hilal (Uludərə)
Hilal — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda bəldə. == Tarixi == Şəhər 1928-ci ildən eyni addadır. Hilal əvvəllər kənd olsa da, 1973-cü ildə bələdiyyə statusu alaraq bəldəyə çevrilib. 2000-ci illərdə köhnə bəldə mərkəzi boşaldıldı və əlaqə yolunun altındakı magistral yola köçürüldü.