Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qoşgül (Avurğazı)
Qoşgöl (başq. Ҡушкүл, rus. Кушкуль) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Mixaylovka): 5 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 48 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (46%), tatarlar (26%) üstünlük təşkil edir.
Qoşgöl (Avurğazı)
Qoşgöl (başq. Ҡушкүл, rus. Кушкуль) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Mixaylovka): 5 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 48 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (46%), tatarlar (26%) üstünlük təşkil edir.
Boz müşgül
Boz müşgül (lat. Falco ardosiaceus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Kosagül
Kosagül — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Kosagül kəndinin 160,03 ha (bundan bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 66,03 ha) təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Kənd əhalisinin fikrincə, kəndin adı Kosagül/Kosakül yox, Kasagüldür. Kasagül sözü sovetlər dönəmində rus dilinə çevrilməklə Kosakül şəklini almışdır. Ehtimallara görə indiki Kosakülün yerində böyük gül baxçası olmuş, bu bağda xüsusulə qızılgüllərin ən ətirli növləri yetişdirilmişdir. Kəndin əhalisi Ərkivan qalasında yaşayan xana və onun ailəsinə mütamadi olaraq gözəl seçilmiş güllərindən bişmiş palçıqdan hazırlanmış xüsusi kasalarda gül hədiyyələri apararmışlar. Kəndin adını əvvəlcə "Kasada-gül", sonralar isə Kasagül adlandırmışlar. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Keçmiş Kosagül kəndi Masallı şəhərindən 2 km məsafədə, Viləşçayının sol sahilində yerləşirdi, Masallı şəhəri, Ərkivan qəsəbəsi, Banbaşı, Binə Xocavar, Şərəfə kəndləri ilə həmsərhəd idi. == Əhalisi == 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsinin, Bambaşı kənd cəmiyyəti tərkibinə daxil olan Kosakül kəndində 20 evdə şiə təriqətli müsəlman azərbaycanlılardan ibarət 155 nəfər (91 nəfəri kişilər, 64 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 228 nəfər əhali yaşayırdı.
Xosrud
Xosrud (fars. خسرود‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Qərbi Ələmut bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 312 nəfər (105 ailə) yaşayır.
Xövsgöl
Xövsgöl gölü (tıva dili: Көпсугхөл (Köpsuq xöl); monqol dili: Хөвсгөл нуур (Xövsgöl nuur) və ya Хөвсгөл далай (Xövsgöl dalay, yəni "Xövsgöl dənizi"), həmçinin şairanə şəkildə Далай ээж (Dalay eec), yəni "dəniz ana" adlanır); rus dili: Хубсукул (Xubsukul), keçmişdə Косогол (Kosoqol)) - Monqolustanın ikinci böyük gölü (Uvs gölündən sonra). Ölkənin şimal-qərb hissəsindəki Xövsgöl aymağında (hansı ki gölün şərəfinə belə adlanıb), Sayan dağlarının şərq ətəklərində, Rusiya sərhədindən 11 kilometrlik məsafədə yerləşir. Dəniz səviyyəsindən 1,645 metr yüksəklikdə yerləşir, uzunluğu 136 kilometr, dərinliyi 262 metrdir. Gölün hazırkı monqolca ("Xövsgöl") və rusca ("Xubsukul") adları gölün əslən (türk dillərindən biri olan) tıva dilindəki Көпсугхөл / Köpsuqxöl (bizim dilimizə uyğun olaraq Köpsugöl) adından gəlirlər. Bu adı tıvaca "köp (çoxlu) suyu olan göl" kimi açıqlanır.
Xoselu
Xose Luiz Mato Sanmartin qısaldılmış adı ilə Xoselu (27 mart 1990, Ştutqart) — İspaniya peşəkar futbol liqası klublarından Real Madridin heyətində hücumçu mövqeyində çıxış edən, müqavilə ilə Sequnda Divizion təmsilçisi Espanyola məxsus İspaniya millisinin futbolçusudur. 27 mart 1990-cı ildə Qərbi Almaniyanın Ştutqart şəhərində anadan olan Xoselu karyerasına 2009-cu ilin yayında Real Madrid tərəfindən satın alınmazdan əvvəl Selta Viqoda başlayıb.
Ağa xan Xoşgin
Ağa xan Xoşgin (1895-?) — Xorasan qiyamının üzvü, kolenel Məhəmmədtağı xan Püsyanın silahdaşı. == Həyatı == Ağa xan Xoşgin Xorasan qiyamına qatılarkən leytenant rütbəsində idi.
Xokgöl su anbarı
Xokgöl su anbarı — Şərur rayonunun Xok kəndi yaxınlığında su anbarı.
Xoşhal xan Xəttak
Xoşhal xan Xəttak(1613 – 25 fevral 1689; puşt. خوشحال خان خټک), bəzən belə də yazılır: Xushāl Bābā (puşt. خوشحال بابا), )— puştun əsilli əfqan şairi. Xoşhal xan Xəttak 1613-cü ildə ulu babası Məlik Akuray tərəfindən Pəncab bölgəsində qurulan Akurə şəhərində doğuldu. Baburlu dövlətinin xidmətində olan Məlik Akuray Pəştu qəbilələrindən Xəttakin rəisiydi. Əkbər şah (1556-1605) tərəfindən Attoktan Peşavərə gedən yolun vergisini toplamaqla vəzifədar olaraq göndərilmişti. Xoşhalin atası Şahbaz xan və babası Yəhya xan, Sultan Cahangir şah və Sultan Şahcahanın xidmətində idilər. Xoşhal, gəncliğində atasıyla birlikdə asi qəbilələrə qarşı girişilən savaşlara qatıldı. Atası bir savaşda öldürülüncə “xan” ünvanı ilə onun yerinə keçdi, 1641-ci ildə Xəttak qəbiləsinin rəisi oldu. 1645-ci ildə zabit olaraq qatıldığı Bəlx və Bədəxşan savaşlarında göstərdiyi yararlılıklardan ötürü Şahcahan tərəfindən mükafatlandırıldı.
Mosul
Mosul (ərəb. الموصل‎ – əl-Mavsil; kürd. مووسڵ – Musil; süry. ܢܝܢܘܐ – Ninve; türk. Musul) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir. Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir. Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir.
NoSQL
NoSQL — verilənlər bazasının idarə edilməsində ənənəvi relasiya cəbrindən və SQL-dən istifadə etməyən verilənlər bazalarıdır. NoSQL sorğu dili kimi SQLi istifadə etmir. Bu termini ilk dəfə 1998-ci ildə Carlo Strozzi istifadə etmişdir.
Noğul
Noğul — Novruz bayramı süfrəsinin şirniyyat növlərindən biri. Sirkə cövhəri əlavə edilməklə bişirilən qatı şəkər şərbəti, keşniş toxumu ve düyü unundan hazırlanır. Forması yumru, səthi kələ-kötür, rəngi ağ, bəzən çəhrayı və sarı olur. Qedim zamanlardan el bayramları, məişət şənlikləri və digər mərasim məclislərinin ziyafət süfrələrində çərəz (xuşgəbar) kimi işlənmişdir. Tarixən yaranmış və ənənə halında zəmanəmizədək çatmış el adətinə görə xalq bayramları, xeyir işlərlə (nişan, toy və s.) əlaqədar çay destgahı, nişan və bayramlıq xonçası və s. tədbirlərdə noğuldan geniş istifadə edilir.
Xoşun
Xoşun — (Çin heroqlifi ilə — 旗, pinyin transkripsiyası ilə — qí, palladiya transkripsiya sistemi ilə — tsi, monqol yazısı ilə — ᠬᠣᠰᠢᠭᠤ)- Çinin Daxili Monqolustan Muxtar Rayonunda inzibati ərazi vahidi. Öz inzibati funksiyasına əsasən qəza inzibati ərazi vahidinə uyğundur. Çində həmçinin muxtar qəza şölgüsünə uyğun gələn muxtar xoşunlar da mövcuddur. Müasir dövrdə Çin Xalq Respublikasında 49 xoşun və 3 muxtar xoşun vardır.
Coşqun Cəbrayılov
Coşqun Adil oğlu Cəbrayılov — Nizami Rayon İcra Hakimiyyətinin başçısı. == Siyasi fəaliyyəti == Coşqun Adil oğlu Cəbrayılov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində və Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edib. 2018-ci ilin sentyabrında BŞİH-in Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2022-ci il fevral ayının 18-də Nizami Rayonu icra başçısı təyin edilib.
Coşqun Diniyev
Coşqun Şahin oğlu Diniyev (13 sentyabr 1995, Bakı) — Türkiyə 1-ci Liqası təmsilçilərindən olan "Bandırmaspor" klubunda müdafiəyə meylli yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu. == Şəxsi həyatı == Coşqun Diniyev 13 sentyabr 1995-ci ildə Bakıda anadan olub. Onun atası Şahin Diniyev hal-hazırda AFFA-da Məşqçilər Şurasının üzvüdür. Məşqçi kimi də fəaliyyət göstərib. Böyük qardaşı Kərim Diniyev də "Kəpəz", "Zirə", "Sabah", "Səbail" kimi klublarda futbolçu kimi çıxış edib. == Karyerası == === İnter Bakı FK === İlk peşəkar futbolçu karyerasına 2012-ci ildə Bakının ovaxtkı "İnter Bakı" klubunda başlayan Coşqun, 2015-ci ilə qədər bu klubun şərəfini qoruyur. 2012/13-cü il futbol mövsümündə “İnter”in heyətində 2 oyuna çıxır və ümumilikdə 15 dəqiqə meydanda olur. Növbəti 2013/14 mövsümündə 7 oyunda meydanda olur. Bunlardan beşinə start heyətində meydana çıxıb. Digər 2 qarşılaşmada isə əvəzetmədən oyuna çıxıb.
Coşqun Məmmədov
Coşqun Orucov
Coşqun Rəhimov
Coşqun Allahverdi oğlu Rəhimov (8 dekabr 1972, Sumqayıt) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Coşqun Rəhimov 8 dekabr 1972-ci ildə Sumqayıtda anadan olub. Azərbaycanın tanınmış aktyoru Hacı adını qazanmaq üçün müqəddəs Məkkəyə yola düşüb == Aktyor kimi == Həmkarı Rafael İsgəndərov ilə birlikdə "Bu Şəhərdə" adlı komediya teatrının qurucuları hesab olunurlar.
Coşqun Səfərov
Coşqun Xəlilov
Mədəd Coşqun
Mədət Çoşqun (doğum adıyla Mədəd İsa oğlu İsmayılov; d. 18 iyun 1938, Azərbaycan Gəyliyən kəndi, Başkeçid rayonu, Gürcüstan SSR, SSRİ) — azərbaycanlı şair, publisist və ictimai xadim. Mədəd İsa oğlu İsmayılov 1938-cı il iyunun 18-də Borçalıda Dmanisi (Başkeçid) rayonunun Azərbaycan Gəyliyən kəndində anadan olmuşdur. 1959-cu ildə Dmanisi rayonu Qızılkilsə kəndində orta məktəbini qızıl medalla, 1961-ci ildə isə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Tarix-Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tbilisidə nəşr olunan "Samqori" qəzeti Mədəd Coşqunun ilk iş yeri olub. İnstitutu bitirdikdən sonra o, Dmanisi rayonuna qayıdıb, Qamışlı kəndində səkkizillik məktəbin direktor müavini, Dmanisi rayonunun yerli radio verilişləri redaksiyasının redaktoru, rayon partiya komitəsinin ideologiya şöbəsində təlimatçı vəzifələrində çalışıb. Mədəd Coşqun uzun illər Dmanisidə iki dildə (gürcü və Azərbaycan) çıxan "Trialeti" adlı rayon qəzetində Azərbaycan şöbəsinin redaktoru olub. Borçalıda milli qarşıdurma dövründə Mədəd Coşqunun Gürcüstanda sonuncu iş yeri olan "Trialeti" qəzetinin Azərbaycan dilində nəşri 1991-ci ildə dayandırılıb. Gürcüstanda azərbaycanlıların milli zəmində sıxışdırılmasının, yeni-yeni başlayan köç prosesinin qarşısını almaq, soydaşlarımızı məlumat blokadasından çıxarmaq üçün Mədəd Coşqun "İnam" adlı qeyri-leqal qəzet yaradaraq Borçalıda yayımlamağa başlayır. Mədəd Coşqun Dmanisidə 1992-ci ilə qədər mübarizəsini davam etdirir.
Xövsgöl vilayəti
1931-ci ildə yaradılan Xövsgöl vilayətinin ərazisi 100 628 Km2-dır. Xövsgöl vilayətinə 23 rayon (sum) daxilidir. 2017-ci ilə olan məlumatlara əsasən Xövsgöl vilayətinin əhalisi 132 146 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Zülfizadə Coşqun
İsgəndər Coşqun
İsgəndər Coşqun (ilk adı:İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927, Göyçay – 10 dekabr 1996) — şair, dramaturq. 1927-ci ildə Göyçay şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada orta təhsil alandan sonra Bakıda M.A.Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olmuşdur. Həmin il "Mavzoleydə" adlı ilk mətbu şeri "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxmışdır. 1952-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olmuş, 1955-ci ildə oranı bitirmişdir. 1962-ci ildən M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləmişdir. 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" adına layiq görülüb. Dramaturq, naşir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan İsgəndər Coşqun 1996-cı il dekabr ayının 10-da vəfat edib. Müxtəlif illərdə "Gəmidə söhbət", "Qığılcımlar", "Mən atamı düşünərkən", "Nəğmə dolu ürək" və s. adlı kitabları çap olunub.
Bəkir Coşqun
Bəkir Coşqun (1945, Şanlıurfa – 18 oktyabr 2020, Ankara) - Türkiyəli jurnalist, yazıçı == Həyatı == Bəkir Coşqun 1945-ci ildə Türkiyənin Şanlıurfa bölgəsində məmur bir atanın övladı olaraq dünyaya gəlib. İlk, orta və lise təhsilini Şanlıurfada alıb. Ali təhsilini Ankarada Başkent Jurnalistika Özəl Məktəbində bitirib. Daha sonra 1974-cü ildə foto müxbiri olaraq işə başlayıb. O, polis müxbiri və parlament müxbiri kimi də çalışıb. 1978-ci ildə “Günaydın” qəzetində keçib. Bu qəzetdə “Doqquzuncu kənd” adlı köşəsində fəaliyyət göstərib. 1987-ci ildə isə “Sabah” qəzetində “Onuncu kənd” başlıqlı köşədə yazmağa başlayıb. 1993-cü ildə “Hürriyyət” qəzetində işini davam etdirib. Onun dörd kitabı işıq üzü görüb: “Dövlət”, “Vəkilimi istəyirəm”, “Pakoya məktublar” və “Mən Pako”.
Rəşaant (Xövsgöl)
Rəşaant (mineral bulaq) — Xövsgöl vilayətidə sum. Sahəsi təqribən 1980 km²-dir, bunun 50 km²-i əkin sahələridir. 2000-ci ildə sum-da 3280 nəfər yaşayırdı. Rayon mərkəzi olan Rəşaant şəhəri yüksək vadidə, Möröndən 154 km cənub-şərqdə və Ulan-Batordan 518 kilometr məsafədə yerləşir. 1931-ci ildə bütün Xövsgöl vilayəti ilə birlikdə Rəşaanat sumunun (administrativ ərazi) əsası qoyulmuşdur. Sumun mərkəzi 1915-ci ildə əsası qoyulmuş Xalqanat monastırının (çox vaxt Rəşaanatın Xüreyi adlanır) yaxınlığında yerləşirdi. Monastır 1932-ci ildə Qərbi Monqolustanın böyük hissələrini əhatə edən silahlı üsyanın başlanğıc nöqtəsi idi və Sum Mərkəzi yandırıldı. 1933-cü ildə 719 təsərrüfatda 2400 nəfərə yaxın əhali və 47.000 baş mal-qarası var idi. 1955-ci ildə Rəşaant rayonu Tarialanla birləşsə də, 1959-cu ildə yenidən ayrılıb. Yerli neqdel Ulaan Od (Qırmızı Ulduz) 1952- ci ildə yaradılıb və 1990-cı ildən sonra özəl fermer təsərrüfatı kimi fəaliyyətini davam etdirir.
Xövsgöl usyanı
1932-ci il Monqolustanda Xövsgöl üsyanı (mong. Sov. İKP) və müttəfiqlərinin MPR hökumətinə və monqol Xalq İnqilab partiyasına, xüsusi ilə sosializm quruculuğuna qarşı ölkədə teokratik monarxiyanın bərpasına qarşı yönəlmişdi. Üsyanın səbəbi Ümumittifaq Kommunist Partiyası (bolşeviklər) və Kominternin təsiri altında olan MPP-nin yeritdiyi "sol kurs" idi. Üsyan Monqolustanın şimal-qərbindəki dörd vilayəti əhatə etdi və 1932-ci ilin aprelindən noyabr ayına qədər davam etdi. Üsyanın rəhbərləri əsasən ruhanilərdən olan insanlar idi. Üsyançıların əsas hissəsini sıradan adamlar, əsasən sadə aratlar, eləcə də MPP-nin və yerli bürokratiyanın bir çox nümayəndələri təşkil edirdi. Xüsusi araşdırmalar göstərdi ki, bu qiyam vətəndaş müharibəsinin bütün kriteriyalarına cavab verir. 1928-ci ilin sonlarından SSRİ-nin təzyiqi ilə Monqolustan Xalq Cümhuriyyəti hökuməti və MXCP sosializm quruculuğuna sürətli keçid siyasətini həyata keçirməyə başladı. Şəxsi ticarət və özəl nəqliyyat qadağan edildi və fərdi şəxslərin, ilk növbədə mal-qaranın mülkiyyəti kollektivləşdirilməyə məruz qaldı.