Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xuraman (1978)
== Məzmun == Bu, Azərbaycanın adlı-sanlı əmək qəhrəmanı, Ağdam bölgəsində olan kolxoz sədri Xuraman Abbasova barəsində sənədli kino hekayətdir. == Festivallar və mükafatlar == 1) 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalı Film Qran-Pri Mükafatına layiq görülmüşdür.
Xuraman Abbasova
Xuraman Zeynal qızı Abbasova (31 dekabr 1927, İsmayılbəyli, Ağdam rayonu – 26 yanvar 1998, Bakı) — Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı == Həyatı == Xuraman Zeynal qızı Abbasova 31 dekabr 1927-ci ildə Ağdam rayonunun İsmayilbəyli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə erkən başlamış, rayonun Əli Bayramov adına sovxozunda çalışmış, gənc yaşlarından əmək fəaliyyəti ilə yanaşı təhsilini də davam etdirmiş, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib alim-aqronom ixtisasına yiyələnmişdir. Xuraman Abbasova yaşını üç il qabağa çəkdirmiş, Kommunist Partiyasına qəbul olunmuşdur. Sessiyaların birində "ermənilərin Qarabağa qonaq gəlməsini" söyləməsindən, Xudu Məmmədovun dəfnində fəal iştirakından dolayı partiya rəhbərliyi ilə aralarında narazılıq olmuşdu. O dəfələrlə Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuşdur. Onun barəsində 2 seriyalı sənədli film çəkilmişdir. Xuraman Abbasova 1998-ci ilin 26 yanvarında ölmüşdür. Qəbri Fəxri xiyabandadır. Övladları Mahirə həkim, Şəfəq hüquqşünas, Aida şərqşünasdır. Oğlu Mehdi 9 yaşında olarkən avtomobil qəzasında vəfat etmişdir.
Xuraman Canıbəyova
Canibəyova Xuraman Əkbər qızı (26 avqust 1957) — alim. == Həyat və fəaliyyəti == 1957-ci il 26 avqust – Hacıqabul (keçmiş Qazıməmməd) şəhərində anadan olmuşdur. 1973-cü il – şəhər 6 (indiki 3) saylı səkkizillik məktəbdə natamam orta təhsil almışdır. 1975-cü il – şəhər 5 (indiki 1) saylı orta ümumtəhsil məktəbi bitirmişdir. 1980 – Dövlət Pedaqoji İnstitutun kimya fakultəsində ali təhsil alaraq, kimya müəllimi ixtisası əldə etmişdir. 1980-1982-ci illər – orta məktəbdə kimya müəllimi vəzifəsində işləmişdir. 1982-1985-ci illər – Elmlər Akademiyasının Qeyri – Üzvi və Fiziki Kimya Elmi – Tədqiqat İnstitutunun aspiranturasında əyani təhsil almışdır. İnstitutun "Səth hadisələri və səthi-aktiv maddələr" laboratoriyasında "Səthi-aktiv maddələrin metal və lay süxurları səthində adsorbsiyanın tədqiqi"nə dair elmi-tədqiqat işləri aparmağa başlamış, aldığı tədqiqat nəticələri ilə respublika, ümumittifaq və beynəlxalq konfranslarda dəfələrlə çıxış etmiş, məqalələri dövri ədəbiyyatda – "Azərbaycan Neft Təsərrüfatı" jurnalında və elmi-tədqiqat toplularında dərc olunmuşdur. 1985-1995-ci illər - Elmlər Akademiyasının Qeyri – Üzvi və Fiziki Kimya Elmi – Tədqiqat İnstitutunda mühəndis, Kimya Texnologiyasının Nəzəri Problemləri Elmi – Tədqiqat İnstitutunda kiçik elmi işçi vəzifələrində işləmişdir. 1995-ci ildən – Neft hasilatının artırılması istiqamətində apardığı elmi tədqiqatlarını Neft-Qaz Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunda davam etdirmişdir.
Xuraman Hacıyeva
Xuraman Abdulla qızı Hacıyeva (7 mart 1945, Bakı – 15 fevral 2005, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1999). == Həyatı == Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Ucar rayonunun Müsüslü kəndində doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı DDT-də aktrisa işləməyə başlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Bir müddət Naxçıvan DMDT-də aktrisalıq edərək (1998-2001) və maraqlı rollar yaradaraq yenidən GTT-yə qayıdıb.
Xuraman Hümmətova
Xuraman Bəhmən qızı Hümmətova — AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Filologiya elmlər doktoru. == Həyatı == Xuraman Bəhmən qızı Hümmətova Neftçala rayonunda Həsənabad kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. 1983-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda işləyir. 1998-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Yunus Əmrənin lirikası" namizədlik işini, 2018-ci ildə "Klassik Azərbaycan şeirində təsəvvüf (XII- XVI əsrlər)" mövzusunda doktorluq işini müdafiə etmişdir. Hal-hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsində baş elmi işçi vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Mir Həmzə Seyid Nigari yaradıcılığında Qarabağın vəsfi Şeyx Qalibin "Hüsn və Eşq" əsərində eşqin təsəvvüfi seyri. Tarixin taddaşında yaşayan sənətkar" 175 Abay Kunanbayev. Nizami Ganjevi’s masnavi (poem)"yeddi gözel" "seven beautıes" in tasavvuf context` Nəsimi şeirində milli koloritin poetik inikasi Nəsimi şeirində sözün informativ yükü "Kırkkız efsanesi" ve "kırklar meclisi" nin oluşturulmasında halk inançlarının qarşılıklı ilişkisi. Yunus Əmrənin " Risalətün-nüshiyyə" məsnəvisi ilk türkdilli məsnəvi kimi İran .
Xuraman Qasımova
Xuraman Əkrəm qızı Qasımova (6 iyun 1951, Bakı) — Azərbaycan opera müğənnisi (soprano), pedaqoq, Azərbaycan SSR xalq artisti (1986), Azərbaycan SSR Dövlət mükafatı, "Şöhrət" və "Şərəf", "İstiqlal" ordenləri laureatı. == Həyatı == Qasımova Xuraman Əkrəm qızı 6 iyun 1951-ci ildə Bakıda doğulmuşdur. Xuraman və böyük bacısı Fidan Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur. Əsas partiyaları: Səlma ("Aldanmış ulduzlar", M. Quliyev), Sevil və Dilbər ("Sevil", F. Əmirov), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C. Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C. Verdi), Tatyana ("Yevgeni Onegin", P. Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M. Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P. Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır"). 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1994-cü ildən solo oxumaq kafedrasının müdiri, 1996-cı ildən professor) 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir.
Xuraman Vəfa
Xuraman Vəfa (tam adı: Xuraman Məcid qızı Vəfa; 9 iyul 1959, Xaçmaz) — azərbaycanlı hüquqşünas, iqtisadçı, yazıçı-jurnalist, şairə. == Həyatı == Xuraman Vəfa 1959-cu ilin iyul ayının 9-da Azərbaycanın Xaçmaz rayonunda anadan olmuşdur. 1966–1976-cı ildə Xaçmaz şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. Ali təhsilli iqtisadçı və hüquqşünasdır. San-Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialının Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsini, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan İqtisad Universitetinin İqtisadiyyat fakültəsində maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır. === Ailəsi === İki övladı var. Qızı — ali təhsilli hüquqşünas, Oğlu — ali təhsilli iqtisadçı və hüquqşünasdır. Eyni zamanda Polis Akademiyasını bitirib.
Xuraman İsmayılova
Xuraman İsbi qızı İsmayılova (5 oktyabr 1958, Mollalı, Bərdə rayonu) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008), Azərbaycan Yazıçılar Birliyinin (2002) və Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1998), kitabxanaçı-biblioqraf. == Həyatı == Xuraman İsmayılova 5 oktyabr 1958-ci ildə Bərdə rayonunun Mollalı kəndində müəllim ailəsində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirdikdən sonra təyinatla M.F.Axundzadə adına Azərbaycan Milli kitabxanasına göndərilib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında kitabxanaçı-biblioqraf, bölmə müdiri və şöbə müdiri vəzifələrində işləyib. 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.AMEA Mərkəzi Elmi Kitabxanasında bölmə rəhbəri vəzifəsində çalışıb. 3 iyun 2020-ci ildə Mərkəzi Elmi Kitabxanaya direktor müavini təyin olunub. === Kitabları === "Həsrət" (1998), "Qəribəm bu dünyada" (2000) "Dünya mənsiz darıxacaq" (2001) "Tənha yollar yolçusu" (2002) "Duyğuların üsyanı" (2002) "Qarabağım qəm ocağım" (2004) "Könlüm Qarabağdadı" (2006) "Yaddan çıxmaz Qarabağ.Metodik tövsiyə" (2007) "Sətirlərdə bitən ömür" (2018) "Anasız qalan dünyam" (2008) "Ürəyimdən keçənlər" (2011) "Bərdə və bərdəlilər. Biblioqrafik məlumat kitabı" (2010) "Quba və qubalılar. Biblioqrafik məlumat kitabı" (2012) "Hüseynbala Mirələmov.
Xuraman Şuşalı
Hüseynova Xuraman Qələndər qızı (2 fevral 1983, Şuşa, DQMV) — Azərbaycanlı müğənni == Həyatı == Hüseynova Xuraman Qələndər qızı 1983-cü ildə Şuşa şəhərində anadan olub. İlk təhsilini 1990-cı ildə Şuşa şəhəri 4 saylı orta məktəbdə alıb. Həmin ildə Şuşa şəhər Niyazi adına musiqi məkəbinə (Solo ifaçılıq sinfinə) daxil olub. 1992-ci ildə Şuşa şəhərinin işğal olunması ilə əlaqədar ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Təhsilini 1993–1999-cu illərdə Respublika İncəsənət Gimnaziyasında davam etdirib. Gimnaziyada təhsil aldığı illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının solisti olub.Həmin illərdə Dövlət Televiziyası və İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə səhnələşdirilmiş Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasında "Telli" (rej. Tofiq Tağızadə), Nizami Gəncəvinin "Xeyir və Şər" operasında Şahzadə (bəstəkar Oqtay Rəcəbov), S. Vurğunun "Fərhad və Şirin" (poeması əsasında) tamaşasında "Şirin" (rej. Məmmədkamal Kazımov), Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasında "Minnət xanım", S. Rüstəmin "Qaçaq Nəbi" poemasında "Həcər" və s. tamaşalarda müxtəlif obrazlar yaratmışdır. Nizami Gəncəvinin "Xeyir və Şər" operasında oynadığı Şahzadə, "Arşın mal alan" operettasında ifa etdiyi Telli (rej.
Xuraman Əkbərova
Xuraman Muradova
Xuraman (film, 1978)
== Məzmun == Bu, Azərbaycanın adlı-sanlı əmək qəhrəmanı, Ağdam bölgəsində olan kolxoz sədri Xuraman Abbasova barəsində sənədli kino hekayətdir. == Festivallar və mükafatlar == 1) 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalı Film Qran-Pri Mükafatına layiq görülmüşdür.
Xurama
Xurama — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Xurama kəndi Araz çayı sahilində, düzənlikdədir. Yaşayış məntəqəsini XVIII əsrdə Cənubi Azərbaycanın Xurama kəndindən köçüb gəlmiş ailələr salmış və köhnə yaşayış məntəqəsinin adını da buraya vermişlər. Azərbaycan dilinin qərb qrupu dialektlərində xıram "qumlu yer" mənasında işlənir. Oykonimin həmin sözlə bağlılığı güman edilir.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Burağan
Tornado və ya Amerika qasırğası − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir. Xüsusi təhlükəli tornadolar isə 450 km/saatdan artıq sürətə, 1,5 km-dən böyük enə malik olmaqla yanaşı, yerdə 100 km-dən artıq yol qət edə bilirlər. Tornado haqqında ilk elmi nəzəriyyə 1917-ci ildə Alfred Vegener tərəfindən irəli sürülmüş və indiyədək doğru olaraq qəbul edilməkdədir. Su hövzəsinin üzərində meydana gələn hava burulğanı, yerdən çəkdiyi sular ilə su tornadosu yarada bilər. == Həmçinin bax == ABŞ-Kanada tornadosu (1985) == Xarici keçidlər == Fotos von Tornados Arxivləşdirilib 2006-06-13 at the Wayback Machine Familie von Wasserhosen über dem Adriatischen Meer Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine European Severe Storms virtual Laboratory (ESSL) (englisch) European Severe Weather Database (ESWD) (englisch) The Tornado and Storm Research Organisation (TORRO) (englisch) NSSL: National Severe Storm Laboratory, USA (englisch) What is a Tornado? Essay von Charles A. Doswell, Cooperative Institute for Mesoscale Meteorological Studies, Norman (OK), USA (englisch) Was ist ein Tornado?
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Qaraman
Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır.
Xorasan
Xorasan (fars. خراسان‎ – gün çıxan yer) — İranın şərqində tarixi vilayət. Xorasan qədim yaşayış yeri olub dünya şöhrətli memarlıq abidələri və xalçaları ilə tanınır. 29 sentyabr 2004-cü ildə vahid Xorasan ostanı üç ostana bölünmüşdür: Şimali Xorasan ostanı (mərkəzi: Bocnurd) Cənubi Xorasan ostanı (mərkəzi: Bircənd) Rəzəvi Xorasan ostanı (mərkəzi: Məşhəd) == Əhalisinin etnik tərkibi == 25 %-ini türklər təşkil edir. Azərbaycanlılar (20%), farslar , Xorasan türkləri , türkmənlər , kürdlər , həzaralar, bəluclar, puştunlar və s. ibarətdir . Məşhəd şəhərində 500 mindən çox azərbaycanlı yaşayır. == İqtisadiyyatı == İqtisadiyyatının əsas sahələri — avtomobil, elektrotexnika, neft-kimya, metallurgiya, kənd təsərrüfatı, qida (buğda, arpa, şəkər çuğunduru, pambıq, zəfəran, üzüm, pomidor, raps), dəri, ayaqqabı, toxuculuq, keramika sənayesi, energetika, tikinti materiallarının istehsalı, silisium, turizm və səyahət, nəqliyyat, ticarət, neft, qaz hasilatı, firuzəni, mis filizi, qızıl, daş duz.
Xurafat
Xurafat ərəbcə huruf (hərflər) sözündən törəmədir və çox güman ki, hürufilik üsulları ilə məna çıxarmalarını bildirib. Ancaq sonradan mahiyyəti dəyişmişdir. Xurafatı miflə də əlaqələndirmək olar. Belə ki, insanlıq uşaqlıq dövründə dünyaya mif vasitəsi ilə baxıb. Qədim Yunan filosofu Aristotel özünün Metafizika kitabında bir problemin fərqinə varıb heyrətə düşmək insana özünün biliksizliyini fərq etdirir deyərək aşağıdakı ifadələri bildirir; "Bu səbəbdəndir ki, philo-mythos bir tərəfiylə də philo-sophosdur, çünki məhz miflər (xurafatlar) heyrət verici şeylərdən təşkil olunur." Xurafat ilə əlaqədar filosof Dücanə Cündioğlunun aşağıdakı fikirləri mühüm əhəmiyyət kəsb edir. "Bu gün xurafə-pərəstliyin dəyəri bilinmir, çünki xurafə-pərəstliyin bir imkan olaraq dərk olunması bir tərəfə dursun həqiqət-pərəstliyin tam əksi zənn edildiyindən həyatın bütün sahələrində xurafatlar qəhr olduqca həqiqətin özü də qəhr olub durur.
Qurman
Qurman — müxtəlif ölkələrin mətbəx dadları ilə maraqlanan şəxs.
Xroman
Xroman (benzodihidropuran) - heterotsiklik quruluşa malik üzvi birləşmədir və kimyəvi formulu: С 9 Н 10 О Daha mürəkkəb quruluşa malik törəmələri vardır: tokoferol,tokotrienol. Dianin birləşməsi, eləcə də dərman preparatları- troqlitazon, ormeloxifene və nebivolol. Bu maddələr çox vaxt elə xromanlar adlanır. Xromane, 2 və 3 mövqelərində orto əridilmiş bir benzol halqa olan bir piran halqadan ibarət olan bir benzopirandır == Alınması: == Fenolun və asetonun kondesləşməsindən alınır .Mezitil fenolun oksidləşməsindən Dianin birləşməsi alınır. Dianin bu reaksiyanı turş mühitdə aparmışdır 2,2,4-trimetil-4-4(oksifenil)xroman adlandırmışdır == Fiziki Xassələri == Qaynama temperaturu: 215 °C Molekul kütləsi: 268,3 q\mol Alışma temperaturu: 156,4 oC == Kimyəvi xassələri == Sərbəst oksi qrupun iştirakı ilə β-(o-oksifenil) etilalkil (XXXV və XLII) və ya arilketon təsiri il γ-xromen (XLIII) əmələ gəlir ki, buda katalizator iştirakı ilə xromana bərpa olunur(VI). Natrium amalqaması və spirt qüvvətli reduksiyaedicidir və ketonların xromanlara reduksiya edilməsində istifadə edilir(XLVII-XLVIII) == Tədbiqi == Tibbdə və yüngül sənayedə istifadə edilir. == Mənbə == Кан Р., Дермер О. Введение в химическую номенклатуру = Introduction to Chemical Nomenclature / Пер. с англ. Н. Н. Щербиновской, под ред. В. М. Потапова, Р. А. Лидина.
Xursan
Xursan – Tarixi Azərbaycan ərazisinin bir hissəsi. Şirvana tabe olan kiçik vilayətlərdən biri. Xursan – Xrsan adına ilk dəfə V əsr müəllifi Yeğişedə rast gəlinir. "Erməni coğrafıyası"nın qədim nüsxəsində Asiya Sarmatiyasının xalqları sırasında xsranların da adı çəkilir. Həmin coğrafiyanın yeni nüsxəsində deyilir: "Qafqaz iki dağ silsiləsinə bölünür. Onlardan biri düz istiqamətdə Şirvan və Xsrvandan keçərək Xorsvemədək uzanır..." Xsranlar, xsrvan adları, görünür, təhrif olunmuş xursanlar, xursan, eləcə də, Xors-Xurs, qayası demək olar, Xorsvem Beşbarmaqdır.IX əsr ərəb müəllifı əl-Yəqubi XIII əsrdə xəzərlərin xəlifə ordusu ilə müharibəsi barədə məlumat verərkən ərəb sərkərdəsi Yəzid ibn Üseydin geri çəkildiyi Ərməniyyədəki Xurs vilayətinin adını qeyd edir. Xursanın adı əl-Bəlazuridə Sasani I Xosrov Ənuşirəvanın (VI əsr) Cənubi Dağıstanda al-ləkzlərin Xursanşah titullu şahını və hal-hazırda mövcud olmayan Məsqət məmləkətinin şahını təyin etməsi münasibətilə çəkilir. Sonra müəllif xəbər verir ki, Mərvan ləkzlərin müqavimətindən sonra (VIII əsrin birinci yarısının sonunda) sülami ərəbi Həşrəmi onlara hakim təyin etdi, özü isə Şirvan hakiminin "dəniz sahilindəki Xirş (Xurs) adı ilə məşhur olan qalasına yollandı. Qalanın hakimi (Mərvanın) öz üzərində hakimiyyətini dərhal tanıdı və düzənliyə endi".Bakının qədim adı Xursanı xatırladan Xunsar olmuşdur. Ehtimal ki, müəyyən dövrlərdə, Abşeron da daxil olmaqla, Xıdır-Zində və Beşbarmağa qədər cənuba doğru dənizboyu yerlər Xursanın tərkibinə daxil olmuşdur.
Xurma
Xurma (lat. Diospyros) — Ebena-Ebenaceae fəsiləsindən olub, bir sıra subtropik ölkələrdə (Cənubi Asiya, Afrika, Amerika ölkələrində) geniş yayılmışdır. Xurma birtoxumlu, ətirli və şirin dadlı meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmızı rəng alır. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır. Azərbaycanda becərilən xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə,Balakən Zaqatala rayonlarında becərilir. Şərq xurmasından başqa Azərbaycanda iki növ yabanı xurmaya da rast gəlinir. Bunlar da Qafqaz xurması (Diospyros lotus) və Virgin xurması (Diospyros virginiana) adlanır. Azərbaycanda becərilən şərq xurmasının tərkibində 13-16% qlükoza və fruktoza şəkəri, 0,8%-ə qədər üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğuna görə onun mühüm müalicəvi əhəmiyyəti vardır.
Buraşan (Urmiya)
Buraşan (fars. وراشان‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Bərgəşli kəndistanında, Urmiya şəhərindən 6,5 km. şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 124 nəfər. yaşayır (35 ailə).
Faraman (En)
Faraman (fr. Faramans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Meksimyo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01198. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 28 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 35 km cənubda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 681 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 475 nəfər (15-64 yaş) arasında 373 nəfər iqtisadi cəhətdən, 102 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.5%, 1999-cu ildə 75.4%). 373 aktiv sakindən 358 nəfər (202 kişi və 156 qadın), 15 nəfəri işsizdir (7 kişi və 8 qadın).
Faraman (İzer)
Faraman (fr. Faramans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38161. Kommunanın 1999-cu il üçün əhalisi 734 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 342 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Türkman
Türkmanlar və ya İraq türkmanları — İraqın şimalında yaşayan türk etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türklərinə, Anadolu türklərinə yaxın olub, oğuz türklərinin qərbi qolundandırlar. Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər. == Tarix == Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir. Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir. Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər. 932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir.