Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yazıçı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir.Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur. == Növlər == Yazıçılar bir çox ədəbiyyat janrı arasından öz fikirlərini ifadə etmək üçün ən əlverişli olanı seçirlər.
Jurnalist
Jurnalist — Jurnalist xəbər və ya digər cari məlumatları toplayan, yazan və ya ictimaiyyətlə paylaşan bir şəxsdir. Jurnalistin işi Jurnalistika adlanır. Jurnalist ümumi məsələlər ilə işləyə və ya müəyyən məsələlərdə ixtisaslaşa bilər. Amma əksər jurnalistlər ixtisaslaşmağa meyillidirlər və digər jurnalistlər ilə əməkdaşlıq edərək bir çox mövzuları əhatə edən jurnallar və ya qazetlər hazırlayırlar. Məsələn, bir idman jurnalisti idman dünyasında olan xəbərləri işıqlandırır, amma bu jurnalist bir çox fərqli mövzuları əhatə edən qəzetin bir hissəsi ola bilər. == Rol və öhdəlikləri == 'Müxbir' (jurnalistika) mənbələrində təqdimat etmək, reportajlar aparmaq, araşdırma etmək və hesabat vermək üçün məlumatları araşdıran, yazan və hesabat verən bir növ jurnalistdir. Yazı yazmaq kimi işin istehsal hissəsindən fərqli olaraq bir jurnalistin işinin məlumat toplama hissəsi bəzən reportaj adlanır. Jurnalistlər vaxtlarını xəbər otağında işləmək ilə hadisələrin şahidi olmaq yaxud insanlarla görüşmək arasında bölüşdürə bilər. Müxbirlər xüsusi bir reportaj sahəsində vəzifəyə təyin edilə bilər. jurnalist termininə müxtəlif redaktorlar, rəyçilər, köşə yazarları və vizual jurnalistlər, məsələn, fotojurnalistlər (fotoqrafiyadan istifadə edən jurnalistlər) daxil ola bilər.
Anar (yazıçı)
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Elçin (yazıçı)
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018). == Həyatı == Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. "Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib.
Qismət (yazıçı)
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. == Həyatı == Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. == Təhsili == 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. == Fəaliyyəti == Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. == Kitabları == 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.2011-ci ildə isə "Qanun" nəşrlər evinin "Ən yeni ədəbiyyat" seriyasından "Meqapolis hüznləri" adlı şeir kitabları çapdan çıxıb.2016-cı ildə Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası seriyasından "Gələcəyin tarixi" adlı esselər kitabı çap olunub.2020-ci ildə Türkiyədə "Geleceğin tarihi" adlı seçmə esselər kitabı çapdan çıxıb.
Yazıçı (nəşriyyat)
Yazıçı nəşriyyatı Yazıçı” nəşriyyatı əvvəl “Kommunist” – indiki “Xalq qəzeti”nin, “AzərTAc”ın binasında yerləşirdi.
Yazıçı Qor
Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist. == Həyatı == Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir.
Yazıçı nəşriyyatı
Yazıçı nəşriyyatı Yazıçı” nəşriyyatı əvvəl “Kommunist” – indiki “Xalq qəzeti”nin, “AzərTAc”ın binasında yerləşirdi.
Çolpan (yazıçı)
Çolpan (1897, Əndican, Fərqanə vilayəti – 5 oktyabr 1938 və ya 2 oktyabr 1938, Sibir) — Özbəkistan yazıçısı, şairi. == Həyatı == Gələcəyin şairinə atası Əbdülhəmid adını qoysa da, o Çolpan kimi tanındı və məşhurlaşdı. Çünki şeirlərini, məqalələrini, romanlarını, pyeslərini Çolpan, yəni Dan ulduzu imzasıyla yazdı. Əbdülhəmid 1893-cü ildə Özbəkistanın Əndican şəhərində doğulub. Onun atası Süleymankul Yunusoğlı mədrəsə təhsili görmüş, şeirləri divan təşkil edəcək bir şair olub. Əbdülhəmid də məhəllə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində oxuyub. Rusiya Türküstanı işğal etdikdən sonra rus dilinə böyük ehtiyac duyulurdu. Müstəmləkəçilər də uzun müddət yerli xalqları əsarət altında saxlamaq üçün onlardan kiçik məmurlar hazırlamaq məcburiyyətində idi. Belə məktəbləri ölkənin Avrpoa hissəsində Rus-Tatar, Asiya hissəsində isə Rus-Tüzem məktəbləri adlandırırdılar. Əbdülhəmidin atası, dövrünün ayıq ziyalısı olan Süleymankul Yunusoğlu da oğlunu Rus-Tüzem məktəbində oxumağa göndərir.
Əməkdar jurnalist
Azərbaycan Respublikasının əməkdar jurnalisti — uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələrinin rəhbərlərinə verilən fəxri ad.
Aleksandr Hertsen (yazıçı)
Aleksandr İvanoviç Herzen (rus. Алекса́ндр Ива́нович Ге́рцен; 25 mart (6 aprel) 1812, Moskva – 9 (21) yanvar 1870[…], Paris, Fransa) — rus ədibi, filosof və inqilabçı-demokrat. == Aforizm və hikmətli sözləri == Bərabərlik olmadan əsl nikah ola bilməz, ərini maraqlandırmayan, onun fikirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir, dayədir. Elm-həqiqətin inkişaf etdiyi canlı orqanizmdir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab vasitəsi ilə biz həqiqətlər və rəzalərlər mülkünə daxil oluruq. Kitaba hörmət etmək, bu təfəkkür məbədinə daxil olmaq lazımdır. Tələsik evlənənin əzabı uzun sürər. Yalnız illərin sınağından çıxmış hisslər müqəddəsdir.
Aysel Əlizadə (yazıçı)
Aysel Alim qızı Əlizadə (3 yanvar 1980, Bakı) — yazıçı, jurnalist. "qadınkimi.com" saytının qurucusu. 2015-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olub. == Həyat və yaradıcılığı == Aysel Əlizadə 3 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986–1996-cı illərdə Bakı şəhəri, Yasamal rayonu 31 saylı tam orta məktəbi fərqlənmə ilə bitirib. 1996–2000-ci illərdə Bakı Dövlət Universiteti nəzdində "Gənc İstedadlar" liseyində ali təhsil alıb.Karyerasına 1998-ci ildə ABA TV-də teleaparıcı kimi başlayıb. Space, Lider, ATV, İTV telekanallarında müəllif, aparıcı, bədii rəhbər, rejissor kimi çalışıb. Xitə çevrilən öz sözlərinə yazılmış " Ad günü" adlı mahnı ifa edib. Daha sonra 8 mahnıdan ibarət musiqi albomu işıq üzü görüb. Şairə, nasir, publisist, tərcüməçi, ictimai xadim kimi tanınır.2009-cu ildə 1997-ci ildən bəri hər il təqdim olunan "Media Açarı" mükafatına, "Mədəniyyət nominasiyası üzrə" "525-ci qəzet"in əməkdaşı kimi layiq görülüb.
Azər Məmmədov (yazıçı)
Azər Qismət (tam adı: Azər Həsənağa oğlu Məmmədov; 9 oktyabr 1972, Sabirabad) — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Azər Məmmədov 1972-ci il oktyabrın 9-da Sabirabad şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbi bitirdikdən sonra Sabirabad rayonunda Təsərrüfatlararası Tikinti İdarəsində fəhləlik etmişdir (1989-1991). Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini telejurnalistika ixtisası üzrə bitirib (1991-1996). Universitet illərində BMTİ teleşirkətində çalışıb, “Telebenefis” və Xəbərlər verilişlərinin aparıcısı olub. Tələbə ikən Azərbaycanda ilk dəfə azərbaycandilli Şən və Hazırcavablar Klubunun təsisçilərindən biri kimi tanınıb. UŞU (Universitetin Şən Uşaqları) komandasının ssenari müəllifi kimi fəaliyyət göstərib. Parodiyalar üzrə diplomları var. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. (1997-1998).
Bayram Bayramov (yazıçı)
Bayram Salman oğlu Bayramov (11 dekabr 1918, Şıxavənd, Gəncə quberniyası - 9 noyabr 1994, Bakı) — nasir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Xalq yazıçısı (1984), Azərbaycan SSR dövlət mükafatı laureatı (1990), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990). == Həyatı == Bayram Bayramov 1918-ci il dekabrın 11-də Cavanşir qəzasının Şıxavənd kəndində (indiki Ağdam rayonunun Əlimədədli kəndi) ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934–1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938–1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940–1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941–1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: Yeddiillik məktəbin müəllimi (1944–1945) işləmişdir. 1945–1950-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil almışdır. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948–1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956–1958), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi (1958–1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960–1963) işləmişdir.
Elçin Əfəndi (yazıçı)
Emin Mahmudov (yazıçı)
Mahmudov Emin Qasıməli oğlu — nasir, tərcüməçi, 1954-cü idən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Emin Mahmudov 1925-ci il yanvarın 1-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Burada 1 saylı orta məktəbi bitirib bir il uşaq evində tərbiyəçi işləmiş, sonra ordu sıralarında olmuşdur (1943-1945). Tərxis edildikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1945-1950). Ədəbi yaradıcılığa şeirlə başlasa da, elmi fantastikaya və bədii tərcüməyə üstünlük vermişdir. "RT-1" adlı ilk elmi-fantastik hekayəsi 1952-ci ildə "Pioner" jurnalında dərc olunmuşdur. "Günəş şəhəri" adlı ilk elmi-fantastik hekayələr məcmuəsi isə 1953-cü ildə Uşaqgəncnəşrdə çapdan çıxmışdır. O, Bakıda Baş mətbuat idarəsində senzor (1948-1952), "Azərbaycan qadını" jurnalı redaksiyasında məsul katib (1955-1966), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi (1953-1954), "Azərbaycan pioneri" qəzeti redaksiyasında məsul katib (1967-1971), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor (1973-1982) olmuşdur. 1982-1992- ci illərdə orada ştatdankənar müxbir işləyib. Xidmətlərinə görə medallarla təltif olunmuşdur.
Firudin Ağayev (yazıçı)
Ağayev Firudin Balakişı oğlu (22 noyabr 1933, Lənkəran – 16 oktyabr 1995) — nasir, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1962). == Həyatı == Firudin Ağayev 1933-cü il noyabrın 22-də Lənkəran şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1953–1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radıo Verilişləri Komitəsində redaktor kimi başlamış (1958), sonra radio uşaq verilişləri redaksiyasında baş redaktor (1960–1963), televiziya uşaq verilişləri redaksiyasında baş redaktorun müavini (1963–1966), bədii verilişlər redaksiyasında baş redaktorun müavini (1966–1968), uşaq və gənclər verilişləri redaksiyasında baş redaktor (1968), səhnə verilişləri redaksiyasının redaktoru (1968–1969), "İncəsənət" redaksiyasının baş redaktoru (1969–1970), "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü (1970–1971), baş redaktoru (1971–1973), musiqili verilişlər baş redaksiyasının redaktoru (1973–1976), əyləncəli proqram redaksiyasının böyük redaktoru (1976), "Gənclik" redaksiya proqramını hazırlayan qrupun redaktoru (1976–1978) olmuşdur. Ədəbiyyat verilişləri redaksiyasında şöbə müdiri (1978–1991), kinoverilişləri baş redaksiyasının böyük redaktoru (1991–1995) vəzifələrində çalışmışdır. Ədəbi yaradıcılığa 1953-cü ildə universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetində çıxan oçerk və hekayələri ilə başlamışdır. Onun "Ananın məktubu" hekayəsi 1956-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir. Bundan sonra oçerk, hekayə, roman, pyes və ssenari sahəsində fəaliyyət göstərmişdir. Onun "Skripkanın qayıtması", "Həyat, söylə sən kiminsən?", "Leyla və onun dostları" ssenarilərınə telefılm çəkilmiş, "Qayğı", "Səməndər quşu", "Cırtdanın sərgüzəştləri", "Xoruz" pyesləri səhnəyə qoyulmuşdur. Medalla təltif olunmuşdur (1970).
Fumiko Hayaşi (yazıçı)
Fumiko Hayaşi (yap. 林 芙美子; 31 dekabr 1903, Şimonoseki, Yamaquçi prefekturası – 29 iyun 1951 və ya 28 iyun 1951, Tokio[d]) – Yaponiya yazıçısı və şairi. 48 yaşında ölsə də, ədəbi karyerası müddətində 30.000-dan çox səhifə və 278 kitab yazmışdır. XX əsrin ən uğurlu yapon qadın yazıçısı hesab olunur. Bir çox romanı bestseller olmuş, bəziləri əsasında filmlər çəkilmişdir. == Həyatı == 1903-cü ildə Yamaquçi prefekturasının Şimonoseki şəhərində anadan olub. Anası Kikunun bir neçə kişidən uşağı olub və Fumiko onun qeyri-leqal uşaqlarından biri idi. Buna baxmayaraq, Fumiko anası ilə səmimi münasibət saxlayıb.Yazıçı kimi tanınmamışdan qabaq yoxsulluq içərisində yaşayıb, fabrikdə fəhlə, evdə xidmətçi kimi işlərdə işləyib. Sonda 1922-ci ildə Tokioya köçüb. Burada tanış olduğu və qısa müddət birlikdə yaşadığı sevgilisi tərəfindən aldadıldıqdan sonra qadın ofisiant, satıcı və digər işlərdə işləməli olub.
Fyodor Reşetnikov (yazıçı)
Fyodor Mixailoviç Reşetnikov (rus. Фёдор Миха́йлович Реше́тников ; 17.9.1841, Yekaterinburq, Rusiya imperiyası — 21.3.1871, Sankt-Peterburq, Rusiya imperiyası) — Rusiya yazıçısı. == Həyatı == == Əsərləri == "Qlaumovlar" "Harada yaxşıdır?" "İnsanlar arasında" "Skiripkaçı" == İstinadlar == == Həmçinin bax == Rus ədəbiyyatı == Xarici keçidlər == "В музее имени Решетникова презентуют новый сборник, посвященный уральскому писателю" (rusca). apiural.ru. 5 sentyabr 2008. F.M. Reşetnikova. "Литературно-мемориальный дом-музей" (rusca). 2009-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-14. "Надгробие Решетникова на Литераторских мостках" (rusca).
Fərhad Məmmədov (yazıçı)
Fərman Eyvazlı (yazıçı)
Fərman Allahverdi oğlu Eyvazov — yazıçı, jurnalist, "Azərnəşr"də tərcüməçi (1965-1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967-1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Fərman Eyvazlı 6 Mart 1931-ci ildə Ağstafa rayonunda anadan olub. 1956-cı ildə Moskva Maksim Qorki İnstitutunun Ədəbiyyat ixtisasından məzun olub. Fərman Eyvazlı 26 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir. == Ədəbi fəailyyəti == Ədəbi fəaliyyətə 1950-ci illərdə başlayan yazıçının ilk şeiri ,,İlk Səsim’’, Azərbaycan Gəncləri qəzetində yayımlanmışdır. 1986-cı ildə ,,Drujba Narodov’’ jurnalında baş müxbir, 1961-cı ildə Radio və Televiziya Komitəsində aparıcı kimi çalışmışdır. 1965-ci ildə ,,Azərnəşr’’də tərcüməçi, 1967-ci ildə Azerbaycan Jurnalistlər Birliyinde şöbə müdiri olub. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1970-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olmuşdur. == Əsərləri == Mən niyə qayıtmadım, Bakı, 1961. Qaçaq Kərəm, Bakı, 1986-1987-1990.
Hüseyn İbrahimov (yazıçı)
Hüseyn Məmmədəli oğlu İbrahimov (23 may 1919, Şahtaxtı, Naxçıvan qəzası – 10 aprel 2008, Naxçıvan) — Azərbaycan nasiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1952), Azərbaycanın Xalq yazıçısı (1998). == Həyatı == Hüseyn İbrahimov 1919-cu il mayın 23-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şaxtaxtı kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra o, Naxçıvan Pedaqoji Texnikumunda oxumuşdur. Hüseyn İbrahimov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə daxil olmuş, 1958-ci ildə onun jurnalistika şöbəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Hüseyn İbrahimov əmək fəaliyyətinə 1940-cı ildə Şərur rayon Sədərək kənd orta məktəbində müəllim kimi başlamışdır. Sonra o, 1941–1943-cü illərdə Azərbaycan LKGİ Noraşen (indiki Şərur rayonu) rayon komitəsinin birinci katibi, 1943–1947-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol komitəsinin katibi olmuşdur. H.İbrahimov 1947–1949-cu illərdə "Şərq qapısı" qəzetinin redaksiyasında redaktor müavini, 1949–1954-cü illərdə isə Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri vəzifəsində işləmişdir. O, 1954–1960-cı illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının sədri, 1960–1961-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində mühazirəçilər qrupunun rəhbəri, 1961–1965-ci illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsini icra etmişdir. Hüseyn İbrahimov 1965–1970-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970–1975-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, 1975–1980-ci illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri, 1977-ci ildən isə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin məsul katibi və Naxçıvan Yazıçılar Birliyinin sədri vəzifələrində çalışmışdır. === Ədəbi fəaliyyəti === Azərbaycan ədəbiyyatında tarixi və müasir mövzularda yazılmış bir sıra romanların müəllifi kimi tanınan Hüseyn İbrahimov ədəbi yaradıcılığa 1944-cü ildə "Ədəbiyyat qəzeti"ndə çap olunan "O, düşməndə qoymadı anasının qanının" adlı ilk şeiri ilə başlamışdır.
Maarif Məmmədov (yazıçı)
Məmmədov Maarif Adil oğlu (28 sentyabr 1960, Mərdəkan – 26 may 2015) — Azərbaycanlı yazıçısı, ssenarist, dramaturq. == Həyat == Maarif Məmmədov 28 sentyabr 1960-cı ildə Bakının Mərdəkan qəsəbəsində dünyaya gəlib. Orta təhsilini H. Z. Tağıyev adına 123 nömrəli tam orta məktəbdə alıb. 1978–1980-ci illərdə hərbi qulluqda olub. Hərbi xidməti bitirdikdən sonra M. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə qəbul olunub. Maarif Məmmədovun Universitetdə müəllimi Aydın Talıbzadə, teatrı sevdirən və həyat müəllimi isə Rəhman Əlizadə olub. 8 yaşından Nizami adına Mədəniyyət Mərkəzində "Mərdəkan" xalq teatrının tamaşalarında rol alan Maarif Məmmədov, sonradan Nizami adına Mədəniyyət Mərkəzinə direktor vəzifəsinə təyin olunub. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor və rejissor vəzifələrində işləyib. Bir çox kiçik sujetlər və Tammetrajlı filmlər çəkib son illərdə Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda 3 filmi yer alıb. Maarif Məmmədovun müəllifi olduğu filmlərə nümunə olaraq "Nə bilək vallah", "Qara pişik", "Sovqat", "Qaz", "Qeyri Adi Müştərilər", "Əsas Adam" və digərlərini, tamaşalara isə "Matəm marşı", "Sovqat", "Əcnəbi atası", "Yolunu azmış sərnişinlər", "Zorən dəli", Əziz Nesinin hekayəsi əsasında yazılmış "Ölmüş eşşəyin məktubları", "Adamı zorla dəli edərlər" və başqalarını göstərmək olar.
Mehdi Həsənov (yazıçı)
Həsənov Mehdi Rəhim oğlu (20 oktyabr 1935, Ağzıbir, Kəvər rayonu – 5 fevral 1971) – Azərbaycanlı nasir, publisist, Yazıçılar Birliyinin üzvü (1964), filologiya elmləri namizədi (1969). == Həyatı == 1935-ci il oktyabrın 20-də Ermənistanda Nor-Bayazet rayonunun Ağzıbir kəndində anadan olmuşdur. Qonşu Hacı Muxan kəndində orta məktəbi bitirmişdir (1950). İrəvan Dövlət Pedaqoji İnstitutunun azərbaycanlı şöbəsinin dil-ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1950–1955). Əmək fəaliyyətinə Razdan və Axtala rayonlarında müəllim kimi başlamışdır (1955–1957). Razdan komsomol komitəsində işlədiyi dövrdə Qazaxıstana – xam torpaqlarda işləməyə göndərilən komsomol əmək dəstələrinə başçılıq etmişdir (1957–1964). Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur (1964). "Müasir Azərbaycan dilində xitab" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1969). İrəvan Dövlət Pedaqoji İntitutunun azərbaycanlı şöbəsinin dil-ədəbiyyat fakültəsində baş müəllim, sonra dosent olmuşdur (1969-cu ildən). Bədii yaradıcılığa erkən başlamışdır, lakin ilk qələm təcrübəsi 1959-cu ildə "Sovet Ermənistanı" qəzetində çıxmışdır.
Milorad Paviç (yazıçı)
Milorad Paviç (serb. Милорад Павић; 15 oktyabr 1929[…], Belqrad – 30 noyabr 2009[…], Belqrad) — Yuqoslaviya və Serbiya yazıçısı, şairi, postmodernizm və sehrli realizm nümayəndəsi, tərcüməçi və XVII–XIX əsr serb ədəbiyyatının tarixçisi.
Yayıcı
AzərbaycandaYayıcı (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Yayıcı (Culfa) — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.ErmənistandaYayıcı (Göyçə) — Göyçə mahalının Yelenovka rayonunda kənd.
Tahsin Yazıcı
Tahsin Yazıcı (1892-ci il Monastır, Osmanlı İmperiyası – 11 fevral 1970-ci il Ankara, Türkiyə) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. == Həyatı == Tahsin Yazıcı 1892-ci ildə Osmanlı İmperiyası, Monastrda, Əli Bəy və Qənimət Xanımın ailəsində anadan olmuşdur. 1909-cu il noyabrın 1-də Osmanlı Hərbi məktəbinə qəbul edilmişdir. 1912-ci il martın 1-də oranı ikinci leytenant rütbəsində bitirmişdir. Tahsin Yazıcı 1929-cu ildə Nezahat (1904-1996) adlı xanımla ailə qurmuşdur. Bu nigahdan onun Ahmet Bali (1931) adlı oğlu olmuşdur. == Hərbi xidmətdə == 1912-ci ildən hərbi xidmətə başlamışdır. Birinci Dünya müharibəsində iştirak etmişdir. T.Yazıcı Çanaqqala müharibəsi iştirakçısı olmuşdur. 1916-cı il martın 1-də leytenant rütbəsi almışdır.
Yusuf Yazıcı
Yusif Yazıçı - (d. 29 yanvar 1997, Trabzon) Türkiyəli futbolçu.
Ayşənur Yazıcı
Ayşənur Yazıcı (13 sentyabr 1958, Elazığ) – Türkiyəli aparıcı və yazıçı. A.Yazıcı Ərzurumlu zabit ata və Elazığlı müəllim ananın ilk övladı olaraq dünyaya gəlib. O, ibtidai təhsilini Anadolunun müxtəlif yerlərində, orta məktəbi Parisdə, liseyi Ankara Tofiq Fikrət Liseyində, universiteti Fransanın Lion şəhərindəki Rhone Akademiyasında bitirib, kosmetologiya və səhnə kino sənəti üzrə təhsil alıb. 1983-cü ildə İzmir TRT-də işləməyə başlayıb. TRT-dəki işinə davam edərkən Christian Dior şirkətinin Türkiyə nümayəndəliyində 5 il texniki müdir və təlimatçı olaraq çalışıb. Printemps mağazalarının reklam, animasiya və ictimaiyyətlə əlaqələr müdiri vəzifəsində olduğu illərdə geniş çərçivəli kosmetika promosyonların ilk tətbiqçisi və təbliğatçısı olub. O, 1984-cü ildə evlənib, lakin 1986-cı ildə boşanıb. Onun bu evlilikdən 1986-cı ildə Kərəm adında bir oğlu dünyaya gəlib. 1989-cu ildə isə indiki soyadını hələ də istifadə etdiyi Cem Yazıcı ilə evlənsə də 1996-cı ildə onunla da boşanıblar. 1990-2011-ci illər arasında özəl televiziyalarda və TRT-də diktor və veriliş aparıcısı kimi işləyib.
Akif Rüstəmov (jurnalist)
Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur. Akif Rüstəmov 1964–1969 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır. Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur. Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir. Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.
Arif Əliyev (jurnalist)
Əliyev Arif Aslan oğlu (31 avqust 1960, Qazax) — jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis. == Həyatı == Arif Əliyev 31 avqust 1960-cı ildə anadan olmuşdur. 1983 — Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşdur; 1996–2005 — ABŞ-də, İngiltərədə, Niderlandda, Almaniyada, Fransada bacarıqları yaxşılaşdırmaq üçün xüsusi seminarlar və proqramlar hazırlamışdır; 1983–1986 — Azərinformun xüsusi müxbiri; 1986–1988 — "Azərbaycan gəncləri" qəzetinin bölmə müdiri; 1989–1991 — "Azadlıq"ın baş redaktor müavini, "Xəzər" jurnalının baş redaktoru; 1991–1992 – "TURAN"ın məlumat-nəşriyyat müəssisənin baş müdiri; 1992–1993 – Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi; 1994–1995 – Xəzər Universitetinin müəllimi; 1995 – "Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri; 1998 – Bakı Mətbuat Klubunun prezidenti; 2005 – "Gün" qəzeti idarə heyətinin sədri; Bakı Mətbuat Klubunun və Azərbaycan Mətbuat Sovetinin yaradılması üzrə layihənin müəllifidir."Media açarı" Jurnalist mükafatının təsisçisidir. Qəzet və jurnallarda 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. 2017-ci ildən Ayna TV-nin "Aynada" verilişinin iştirakçılarından biridir.
Aslan Aslanov (jurnalist)
Aslanov Aslan Əhməd oğlu (18 avqust 1951, Cəbrayıl rayonu) – Azərbaycanın tanınmış jurnalisti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin keçmiş sədri. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi (2000), "Tərəqqi" medalı (2005), "Vətənə xidmətə görə" ordeni (2010), "Şöhrət" ordeni (2011), "TÜRKSOY-un 20 illiyi" yubiley medalı (2014), Həsən bəy Zərdabi, "Qızıl qələm", "Ali Media", "MDB-nin yubiley gümüş medalı" mükafatları laureatı. == Tərcümeyi-hal == Aslan Aslanov 1951-ci il avqustun 18-də Cəbrayıl rayonunda anadan olub. 40 ildən artıqdır ki, mətbuatda çalışır. 1975-ci il — Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1975–1992-ci illər – respublikanın müxtəlif qəzetlərində, o cümlədən "Kommunist" qəzetində işləyib. 1992-ci il — AzərTAc-da müxbir kimi işə başlayıb, sonra baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb. 1997-ci il — Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə AzərTAc-ın baş direktorunun birinci müavini təyin edilib. 2002-ci ilin oktyabrı — Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə AzərTAc-ın baş direktoru təyin olunub. 1993-cü ildən 2002-ci ilədək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AzərTAc-ın xüsusi müxbiri kimi iştirak edib.
Asəf Hacıyev (jurnalist)
Hacıyev Asəf Adil oğlu (21 sentyabr 1967, Sarıxanlı, İmişli rayonu) — Xəzər TV və "Xəzər radiosu"nun təsisçisi və prezidenti çalışmışdır. BDU-nun Tarix fakültəsi, "Azərbaycanşünaslıq" ETM-nin "Dünya azərbaycanlıları" bölməsinin elmi işçisi. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Hazırda Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri çalışır. == Həyatı == Asəf Hacıyev 1967-ci il sentyabrın 21-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuşdur. 1974-1984-cü illərdə İmişli rayonunun Sarıxanlı kənd orta məktəbində təhsil almışdır. 1985-1987-ci illərdə keçmiş SSRİ-nin Hərbi Hava Qüvvələri tərkibində hərbi xidmətdə olmuşdur. 1988-1990-cı illərdə İmişli rayonunun "Bakı" kolxozunda fəhlə işləmişdir. 1990-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
Aydın Məmmədov (jurnalist)
Aydın Quliyev (jurnalist)
Aydın Alqulu oğlu Quliyev (18 iyul 1960, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru, jurnalist, politoloq və siyasətçi. == Həyatı == Aydın Quliyev 18 iyul 1960-cı il tarixində Cəhri kəndində anadan olmuşdur. 3 bacısı və 5 qardaşı var. 1983-cü ildə Azərbaycan Dövlət Universitetin Tarix fakültəsini "Fərqlənmə diplomu" ilə bitirmiş, tikintidə uzun müddət fəhlə olaraq çalışmışdır. Sonra Naxçıvan Dövlət Plan Komitəsinin bir idarəsində elmi redaktor, Naxçıvan Dövlət Universitetində laborant və müəllim vəzifələrində işləmişdir. 1998-ci ilədək. Naxçıvan Ali Məclisində sədrin siyasi məsələlər üzrə müşaviri, Naxçıvan Ali Məclisində şöbə müdiri, vəzifələrində, Naxçıvan Elmi-Texniki İnformasiya və Təbliğat Mərkəzində, Naxçıvan Dövlət Pedaqoji Universitetində müxtəlif vəzifələrdə işləyib.Aydın Quliyev evlidir. Həyat yoldaşı tibb işçisidir. Onların 3 uşağı var == Jurnalist fəaliyyəti == Aydın Quliyrv 1990-cı ildən başlayaraq "Ağrıdağ", "Ordubadın səsi", "Ülfət", "İki sahil", "Rezonans", "525-ci qəzet" kimi Azərbaycan və Naxçıvan miqyaslı mətbuat orqanlarında siyasi-publisustik və analitik məzmunlu məqalələrlə çıxış edib. Aydın Quliyev 2001-ci ildən "Hürriyyət" qəzetinə rəhbərlik edib, 2003-cü ildən isə "Bakı-Xəbər" qəzetində baş redaktor kimi çalışır.
Ağababa Rzayev (jurnalist)
Ağababa Səməd oğlu Rzayev (1921, Bakı – 1993, Azərbaycan) — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Həyatı == Ağababa Rzayev 1921-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Bəhruz Quliyev (jurnalist)
Bəhruz Quliyev (Bəhruz Vaqif oğlu Quliyev; 20 yanvar 1973, Qarababa, Şahbuz rayonu) — Azərbaycanlı jurnalist, alim, fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi ekspert, "Səs" qəzetinin baş redaktoru (2005—h.h.); Səs Media Qrupunun təsiscisi və rəhbəri (2008—h.h.); == Həyatı == Bəhruz Vaqif oğlu Quliyev 20 yanvar 1973-cü ildə Azərbaycan SSR, Naxçıvan MSSR, Şahbuz rayonu, Qarababa kəndində anadan olub. 1980–87-ci illərdə kənd orta məktəbində oxuyub. 1987–88-ci illərdə Ordubad rayon internat məktəbində, 1988–90-cı illərdə Bakıda 1№li fizika-riyaziyyat təmayüllü internat məktəbinində oxuyub. 1990-cı ildə İnşaat-Mühəndisləri İnstitutunun qiyabi şöbəsinə daxil olub, iş fəaliyyətinə başlayıb. 1992–96-cı illərdə hərbi xidmətdə olub. 1998-ci ildə universiteti davam etdirib, 2002-ci ildə Memarlıq və İnşaat Universitetini bitirib. 2005–2008-ci illərdə ikinci ali təhsil olaraq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb, 2014-cü ildən fəlsəfə üzrə fəlsəfə doktorudur. 1997-ci ildən "Səs" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb, 1998-ci ildən müxbir, 2000-ci ildə məsul katib, 2001-ci ildə baş redaktor müavini kimi çalışıb. Hal-hazırda 2005-ci ildən etibarən "Səs" qəzetinin baş redaktorudur.Eyni zamanda, 2008-ci ildən "Səs" Media Qrupunu yaradıb. Qrupun tərkibində "Səs" İnformasiya Agentliyi (sia.az), 2011-ci ildə isə "SəsTv" İnternet Televiziyası (sestv.az) və bir neçə internet portalı fəaliyyət göstərir.Onlarla məqalə və elmi məqalələrin müəllifi, müxtəlif beynəlxalq konfransların və seminarların iştirakçısıdır.
Bəxtiyar Məmmədov (jurnalist)
Bəxtiyar Miryusif oğlu Məmmədov (təxəllüsü - Batı Yar Tanrı Yar) —Azərbaycanın Əməkdar jurnalisti (2012). == Həyatı == 1973-cü il avqust ayının 19-da Ağdaş şəhərində anadan olub. 1980-ci ildə Ağdaş şəhər 2 saylı orta ümumtəhsil məktəbinin 1-ci sinfinə gedib. 1983-cü ildən Bakı şəhəri A.S.Makarenko adına rus dili təmayüllü orta ümumtəhsil internat məktəbində oxuyub. 1990-cı ildə orta məktəbin 11-ci sinif şagirdləri arasında keçirilən Respublika rus dili olimpiadasının qalibi olub və M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna müsabiqədənkənar daxil olub. Həmin institutu 1995-ci ildə fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1989-cu ildə oxuduğu A.S.Makarenko adına məktəbdə texnik kimi başlayıb. Mətbuat sahəsində mütəmadi peşəkar fəaliyyətə 1997-ci ildə "Supersport" qəzetində müxbir vəzifəsində başlayıb. Məqalələri azərbaycanca "Batı Yar", "Batı Yar Tanrı Yar", rusca "Баты Яр" və "Танры Яр" təxəllüsləri ilə dərc olunub. Daha sonra qəzetin şöbə müdiri və texniki redaktoru olub.
Cahangir Əliyev (jurnalist)
Cahangir Əliyev (tam adı: Cahangir Həsənəli oğlu Əliyev; d. 5 may 1931, Düzkənd, Amasiya rayonu, Ermənistan SSR, SSRİ – ö. 2010) — Amasiya rayon Partiya Komitəsinin I katibi (1974–1981), "Sovet Ermənistanı" qəzetinin baş redaktoru (1981–1984), Ermənistan Ali Soveti Rəyasət Heyətinin sədr müavini (1982–1985), Ermənistan KP MK-nın üzvü (1976–1984), Ermənistan SSR Ali Sovetinin deputatı (IX–X çağırış). == Həyatı == Cahangir Əliyev 1931-ci il mayın 5-də Qərbi Azərbaycanın keçmiş Ağbaba mahalında, Amasiya rayonunun Düzkənd kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Düzkənd məktəbində müəllim kimi başlamışdır. O, 1952–54-cü illərdə rayon komsomol komitəsinin ikinci, sonra isə birinci katibi işləmişdir.1956–1962-ci illərdə Amasiya rayonunda çıxan "Kolxozçu tribunası" qəzetinin redaktoru vəzifəsinə irəli çəkilmiş, rayon partiya komitəsinin büro üzvü seçilmişdir.1962–64-cü illərdə Bakı Ali Partiya Məktəbində oxuyub ali siyasi təhsil aldıqdan sonra rayonlararası "Şirak" qəzetinin redaktor müavini, daha sonra Amasiya Rayon Partiya Komitəsində təbliğat–təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdir.1965-ci ildə Amasiya Rayon Soveti İcraiyyə Komitəsinin sədri təyin olunmuşdur. Dörd il bu vəzifədə işlədikdən sonra onu Ermənistan KP MK-nın təbliğat və təşviqat şöbəsinə məsul işə irəli çəkmişlər.1974-cü ilin dekabrında Cahangir Əliyev Amasiya Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir. Səkkiz ilə yaxın həmin vəzifədə çalışdığı dövrdə o, əhalisinin 85 faizdən çoxunu azərbaycanlıların təşkil etdiyi bu ucqar dağlıq rayonda iqtisadiyyatın inkişafı, mədəni-quruculuq işlərinin genişlənməsi, yeni-yeni təhsil ocaqlarının tikilməsi, əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görmüşdür. C.Əliyevin təşəbbüskarlığı, təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı əhali və respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O, IX–X çağırış (1975–1985-ci illər) respublika Ali Sovetinə deputat seçilmiş, Ermənistan Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1982–85-ci illər), respublika KP MK üzvü olmuşdur.1981-ci ildə C.Əliyev Ermənistan KP MK, Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqanı olan "Sovet Ermənistanı" qəzetinin baş redaktoru təyin edilmişdir.
Eldar İsmayılov (jurnalist)
Eldar İsmayılov Xankişi oğlu (1948, Ağdam) — Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti. == Həyatı və təhsili == Eldar İsmayılov 9 yanvar 1948-ci ildə Ağdam şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəb illərində təsviri incəsənət, musiqi, poeziya sahələrində istedad və bacarığı ilə diqqəti cəlb edib. Üzeyir Hacıbəyov adına Ağdam Orta Musiqi Məktəbində təhsil alıb, qiyabi yolla Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsini bitirib. == Əmək fəaliyyəti == Bir müddət Ağdam Şəhər 2 saylı Orta Məktəbdə rəsm və musiqi müəllimi işləyib. 1966-cı ilin oktyabr ayından 1977-ci ilədək Ağdamda çıxan "Lenin yolu" qəzeti redaksiyasında müxbir işləyib. Elə həmin ildən Azərbaycan Televiziyası ilə sıx əməkdaşlığa başlayıb, uzun illər televiziya efirində bir-birindən maraqlı, çoxsaylı süjet və proqramları ilə çıxışlar edib. 23 fevral 1979-cu ildə Azərbaycan SSR Dövlət Teleradio Komitəsinin Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonlar üzrə xüsusi müxbiri təyin edilib, 1991-ci ilin oktyabrına kimi bu vəzifədə çalışıb. Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır. O, həm də "Kommunist", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Bakinski Raboçi", habelə Moskvada nəşr edilən "Selskaya jizn", "Sovetskaya kultura", "Komsomolskaya pravda" qəzetlərində, həmçinin SSRİ-nin Mərkəzi Teleradiosunda çoxmilyonlu oxucuların və seyrçilərin görüşünə gəlib.1988-ci ildən Xankəndindən məcburi köçkündür.