Yazılı

şifahi tərcümə - yazılı mətnin şifahi tərcüməsi. İlkin dil yazılı formada istifadə olunur, tərcümə dili şifahi şəkildə. Bax: görmə - şifahi tərcümə.
Yazılı
Yazılı dil
OBASTAN VİKİ
Yazılı dil
Yazılı dil yazılı ifadələr üçün bir ölkədə danışıq ləhcələrindən birinin qəbul edilmiş formasıdır. Standart dil ölçülü dil kimi də göstərilə bilər. Dünyada danışılan bəzi dillər tarixdən müasir dövrə kimi yazılı şəkildə istifadə olunmuş və zaman keçdikcə yazılı bir dil halına da gəlmişdir. Sözügedən yazılı dildən başqa, dünya dillərinin dialektləri və danışıq dilləri də vardır. Yazının ən erkən nümunələri Neolit dövrünə aiddir. O zaman, gil lövhələri əmtəənin sayını izləmək üçün işlənilirdi. Ən erkən yazılı dil isə e.ə. IV əsrə, Uruk şəhərinə aiddir. Tarixçilər yazının ixtirasını ibtidai icma quruluşu ilə tarix arasındaki sərhəd olaraq sayırlar. Beləliklə, proto-yazı ilə yazı arasındaki fərq qavrayış məsələsi olduğuna görə bu sərhəd dəqiq deyil.
Yazılı ünsiyyət
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. Yazı daşın, sümüyün, perqamentin, kağızın üstündə yaşayır. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qəbilə şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular.
Yazılı ünsiyət
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. Yazı daşın, sümüyün, perqamentin, kağızın üstündə yaşayır. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qəbilə şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular.
Yazılı tarix
Yazılı tarix — tarixi qeydlərə və ya digər sənədli materiallara əsaslanan tarixi narrativ. Yazılı tarix keçmişin digər hekayələrindən, məsələn, miflərdən, şifahi ənənələrdən və ya maddi mədəniyyət ənənələrindən fərqlənir. Termin həm də tarixi dövr, tarixin yazılı fiksasiyasl dövrü, yəni yazılı tarixin mövcudluğu dövrü mənasında da işlənir. Yazılı tarix eramızdan əvvəl IV minillikdə Qədim Dünya dövründə tarixi qeydlərin meydana çıxması ilə başlayır. Yazılı mətnlərin nümunələri artıq e.ə. 1750-ci ildə Hammurapi məcəlləsi kimi tanınan qədim Mesopotamiyadan məlumdur. Bir sıra coğrafi bölgələrin və mədəniyyətlərin yazılı tarixi yazının qısa istifadəsi səbəbindən nisbətən qısadır. Üstəlik, bir mədəniyyət həmişə təbii fəlakətlərin təsiri haqqında tam məlumat və ya ayrı-ayrı şəxslərin adları kimi sonrakı tarixçilərə aid olan bütün məlumatları qeyd etmir. Belə ki, müəyyən sahələrdə yazılı tarix tam şəkildə qeydə alınmır və məhdudlaşır. Müxtəlif sahələrdə müxtəlif dövrləri əhatə edə bilər.
Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya
Yazılıqaya
Yazılıqaya — Mərkəzi Anadoluda (Türkiyə, Çorum ili) Boğazköy yaxınlığındakı qayalıqda Hett məbədi. 1839-cu ildə fransız alimi Ş. Teksyö aşkar etmişdir. Yazılıqaya kompleksinin qədim hissəsi və keramika nümunələri e.ə. təqribən XV əsrə, əsas tikililər, tanrıların relyefləri və yazılar isə e.ə. XIII əsrə aiddir. Yazılıqaya, yanında məbəd tikilmiş əsas binadan, həmçinin tanrılar və şeytanların təsvirləri olan köməkçi binalar kompleksindən ibarətdir. Yazılıqayanın məbəd yerləşən mərkəzi hissəsindəki qayalarda hürrilərin tanrılar panteonu çəkilmişdir. Hürri tanrılarının adları və bəzi hürri sözləri Hett heroqlifləri ilə yazılmışdır. Yazılıqaya monumental üslubun ən görkəmli nümunəsidir. ASE, V cild, Bakı, 1981, səh.
İkili yazılış
İkili yazılış — təşkilatın fondlarındakı vəziyyətdəki hər dəyişikliyin ümumi bir qalıq təmin edən ən azı iki mühasibat hesabında əks olunduğu mühasibat üsulu. Uçotda ikili yazılışın və ümumiyyətlə mühasibat uçotunun yaranması da İtaliyanın intibah dövrünə təsadüf edir. Təsərrüfatda baş vermiş hadisələrin-işlərin, əməliyyatların, proseslərin hərəkətini izləmək, daha doğrusu, bir tərəfdən işin, əməliyyatın, prosesin kim tərəfindən verilməsini, onların həyata keçirilməsi üçün vəsaitin haradan alınmasını, tələb olunan digər zəruri fəaliyyətin yerinə yetirilməsinə lazım olan maddi və əmək ehtiyatlarının əldə edilmə mənbəyini, digər tərəfdən sözügedən sifarişlərin, vəsaitlərin, maddi və əmək ehtiyatlarının və s-nin kimin icra edəcəyini, ona məsul olacağını, harda mühafizə edəcəyini təyin etmək üçün (həm sifarişin verilməsi, vəsaitin alınması, ehtiyatların əldə edilməsi kimi bir yazılışla həm də bu verilmiş sifarişləri, alınmış vəsaitləri, əldə edilmiş ehtiyatları kimin icra edəcəyi kimi ikinci yazılışla aparılmasında) istifadə edilən ikili yazılışın meydana gəlməsinin insan cəmiyyətinin həyat və yaşayışının təmin edilməsinə imkan yaradan şəxsi kapitalın gələcək inkişafına təkan vermişdir. İkili yazılış sistemi XIII–XIV əsrdə yaranmış, onlardan Şimali İtaliyanın bir sıra ticarət mərkəzlərində istifadə olunmuşdur. Genuyada tapılmış bələdiyyə yazılarında ikili yazılış sistemi 1340-cı ilə təsadüf edir. Daha erkən ikili yazılış Florensiyanın ticarət firmalarında (1299–1300-cü illər) eləcə də Şampan (Fransa) əyalətində ticarət aparan firmalarda aşkar edilmişdir. Uçotun ilk sistemləşdirilməsi Fransiskan rahibi Luka Paçoli olmuş və o həmin dövrdə özünün böyük əsəri olan "Hesablar və yazılışlar haqda traktat"ını yazaraq (1494-cü il) uçot yazılışlarının mahiyyətini çox bacarıqla aça bilmişdir. Onun, sözügedən bu kitabı bizim dövrümüzdə də aktual olaraq qalır və uçot təcrübəsində istifadə olunur. Müasir dövrdən fərqli olaraq əvvəlki dövrün mühasibat uçotu fərdi sahibkarı lazımi informasiyalarla təmin etmiş, bütün məlumatlar gizli şəkildə saxlanılmış; həmin dövrdə mülkiyyətçi və təşkilatın əmlakı arasında heç bir məhdudiyyət qoyulmamış; təşkilatda hesabat və onlar arasındakı dövr haqqında heç bir anlayış olmamış; çoxlu pul vahidinin mövcudluğu ikili mühasibatlıqdan istifadəni çətinləşdirmişdir. Bütün bunlar uçot registrlərində (qeydiyyatlarında) aparılan yazılışları xüsusilə mal haqda məlumatları (çəki, ölçü, ölçü vahidi, qiymət) təsviri xarakterizə etməklə öz işini yekunlaşdırırdı.
İnfiks yazılış
İnfiks yazılış (ing. infix notation ~ ru. инфиксная запись ~ tr. infiks gösterimi) – ifadələrdə istifadə edilən elə işarələmə sistemidir ki, ikiyerli operatorlar öz arqumentləri arasında yazılır, məsələn, “2+4”, biryerli operatorlar isə, adətən, bilavasitə öz arqumentlərinin qabağında göstərilir, məsələn: “–1”. Java və C++ kimi proqramlaşdırma dillərində bu infiks yazılışından istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. RPN or DAL?

Digər lüğətlərdə