Yazılı

yazılı tərcümə - yazılı mətnin yazılı tərcüməsi. Hər iki dil - ilkin dil və tərcümə dili - burada yazılı formada istifadə olunur. Adi tərcümə növlərindən biri. Bununla bağlı bax: yazılı tərcümə - görmə-yazılı tərcümə.
Yazı sistemi
Yazılı
OBASTAN VİKİ
Yazılı dil
Yazılı dil yazılı ifadələr üçün bir ölkədə danışıq ləhcələrindən birinin qəbul edilmiş formasıdır. Standart dil ölçülü dil kimi də göstərilə bilər. Dünyada danışılan bəzi dillər tarixdən müasir dövrə kimi yazılı şəkildə istifadə olunmuş və zaman keçdikcə yazılı bir dil halına da gəlmişdir. Sözügedən yazılı dildən başqa, dünya dillərinin dialektləri və danışıq dilləri də vardır.
Yazılı ünsiyyət
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. == Yaranma tarixi == Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bu günkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qruplar şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular. Buna görə də ikinci köməkçi ünsiyyət vasitəsi olaraq yazı yaranmağa başladı.
Yazılı ünsiyət
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. == Yaranma tarixi == Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bu günkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qruplar şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular. Buna görə də ikinci köməkçi ünsiyyət vasitəsi olaraq yazı yaranmağa başladı.
Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya
Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya — AMEA prezidenti, akademik İsa Həbibbəylinin monoqrafiyası == Haqqında == 2020-ci ildə AMEA prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya” monoqrafiyası “Elm” nəşriyyatında çap olunub. Kitabın üz qabığında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədvəliyevin ağac üzərində ərəb əlifbası ilə “Dədə Qorqud” sözləri yazılmış xəttatlıq sənəti nümunəsinin fotosürəti əks olunub. “Elm” nəşriyyatında çap olunan, Giriş, dörd fəsil və nəticədən ibarət olan 280 səhifəlik monoqrafiyada rus dilində irihəcmli xülasə də verilib. Monoqrafiyanın məsul redaktorları fil.f.d., dos. İsmixan Osmanlı və fil.f.d., dos.Aygün Bağırlıdır. === Məzmunu === Monoqrafiyada ilk dəfə olaraq bu məşhur Azərbaycan Oğuznaməsindən ədəbiyyatımızın ortaq başlanğıc dövründə canlı ifadə və şifahi yaddaş əsasında yaradılmış yazılı ədəbiyyat abidəsi kimi bəhs edib. Akademik “Kitabi-Dədə Qorqud”la bağlı indiyədək həmin istiqamətdə irəli sürülmüş tezislər də nəzərə alınmaqla bu möhtəşəm ədəbi abidənin Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı faktı olması fikrini tutarlı faktlarla isbat edib. Bu məqsədlə “Kitabi-Dədə Qorqud”un adındakı “kitab” sözünün mahiyyəti aydınlaşdırılıb, eposun şifahi xalq ədəbiyyatı ənənəsində olduğu kimi çoxvariantlı deyil, təkvariantlı olması nəzərə çatdırılıb, Dədə Qorqudun tarixdə yaşamış şəxsiyyət olması müəyyənləşdirilib. Həmçinin müəllif “Kitabi-Dədə Qorqud”da Azərbaycan və türk folklorunda sələfi olmayan və ilk dəfə bu eposda təqdim edilən obrazların olmasını da həmin Oğuznamənin yazılı ədəbiyyatın yaranma prinsiplərinə uyğun gələn xüsusiyyəti kimi diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli Dədə Qorqudu Azərbaycan ədəbiyyatının Homeri adlandırıb, Azərbaycan Oğuznaməsini “İlliada” və “Odisseya” ilə müqayisə edib.
Yazılıqaya
Yazılıqaya — Mərkəzi Anadoluda (Türkiyə, Çorum ili) Boğazköy yaxınlığındakı qayalıqda Hett məbədi. 1839-cu ildə fransız alimi Ş. Teksyö aşkar etmişdir. Yazılıqaya kompleksinin qədim hissəsi və keramika nümunələri e.ə. təqribən XV əsrə, əsas tikililər, tanrıların relyefləri və yazılar isə e.ə. XIII əsrə aiddir. Yazılıqaya, yanında məbəd tikilmiş əsas binadan, həmçinin tanrılar və şeytanların təsvirləri olan köməkçi binalar kompleksindən ibarətdir. Yazılıqayanın məbəd yerləşən mərkəzi hissəsindəki qayalarda hürrilərin tanrılar panteonu çəkilmişdir. Hürri tanrılarının adları və bəzi hürri sözləri Hett heroqlifləri ilə yazılmışdır. Yazılıqaya monumental üslubun ən görkəmli nümunəsidir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
İkili yazılış
İkili yazılış — təşkilatın fondlarındakı vəziyyətdəki hər dəyişikliyin ümumi bir qalıq təmin edən ən azı iki mühasibat hesabında əks olunduğu mühasibat üsulu. == Tarixi == Uçotda ikili yazılışın və ümumiyyətlə mühasibat uçotunun yaranması da İtaliyanın intibah dövrünə təsadüf edir. Təsərrüfatda baş vermiş hadisələrin-işlərin, əməliyyatların, proseslərin hərəkətini izləmək, daha doğrusu, bir tərəfdən işin, əməliyyatın, prosesin kim tərəfindən verilməsini, onların həyata keçirilməsi üçün vəsaitin haradan alınmasını, tələb olunan digər zəruri fəaliyyətin yerinə yetirilməsinə lazım olan maddi və əmək ehtiyatlarının əldə edilmə mənbəyini, digər tərəfdən sözügedən sifarişlərin, vəsaitlərin, maddi və əmək ehtiyatlarının və s-nin kimin icra edəcəyini, ona məsul olacağını, harda mühafizə edəcəyini təyin etmək üçün (həm sifarişin verilməsi, vəsaitin alınması, ehtiyatların əldə edilməsi kimi bir yazılışla həm də bu verilmiş sifarişləri, alınmış vəsaitləri, əldə edilmiş ehtiyatları kimin icra edəcəyi kimi ikinci yazılışla aparılmasında) istifadə edilən ikili yazılışın meydana gəlməsinin insan cəmiyyətinin həyat və yaşayışının təmin edilməsinə imkan yaradan şəxsi kapitalın gələcək inkişafına təkan vermişdir. İkili yazılış sistemi XIII-XIV əsrdə yaranmış, onlardan Şimali İtaliyanın bir sıra ticarət mərkəzlərində istifadə olunmuşdur. Genuyada tapılmış bələdiyyə yazılarında ikili yazılış sistemi 1340-cı ilə təsadüf edir. Daha erkən ikili yazılış Florensiyanın ticarət firmalarında (1299-1300-cü illər) eləcə də Şampan (Fransa) əyalətində ticarət aparan firmalarda aşkar edilmişdir. Uçotun ilk sistemləşdirilməsi Fransiskan rahibi Luka Paçoli olmuş və o həmin dövrdə özünün böyük əsəri olan «Hesablar və yazılışlar haqda traktat»ını yazaraq (1494-cü il) uçot yazılışlarının mahiyyətini çox bacarıqla aça bilmişdir. Onun, sözügedən bu kitabı bizim dövrümüzdə də aktual olaraq qalır və uçot təcrübəsində istifadə olunur. === Müasir dövr ilə fərqi === Müasir dövrdən fərqli olaraq əvvəlki dövrün mühasibat uçotu fərdi sahibkarı lazımi informasiyalarla təmin etmiş, bütün məlumatlar gizli şəkildə saxlanılmış; həmin dövrdə mülkiyyətçi və təşkilatın əmlakı arasında heç bir məhdudiyyət qoyulmamış; təşkilatda hesabat və onlar arasındakı dövr haqqında heç bir anlayış olmamış; çoxlu pul vahidinin mövcudluğu ikili mühasibatlıqdan istifadəni çətinləşdirmişdir. Bütün bunlar uçot registrlərində (qeydiyyatlarında) aparılan yazılışları xüsusilə mal haqda məlumatları (çəki, ölçü, ölçü vahidi, qiymət) təsviri xarakterizə etməklə öz işini yekunlaşdırırdı.
İnfiks yazılış
İnfiks yazılış (ing. infix notation ~ ru. инфиксная запись ~ tr. infiks gösterimi) – ifadələrdə istifadə edilən elə işarələmə sistemidir ki, ikiyerli operatorlar öz arqumentləri arasında yazılır, məsələn, “2+4”, biryerli operatorlar isə, adətən, bilavasitə öz arqumentlərinin qabağında göstərilir, məsələn: “–1”. Java və C++ kimi proqramlaşdırma dillərində bu infiks yazılışından istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == RPN or DAL?

Digər lüğətlərdə

гонора́р заплести́ злоязы́чник исходя́щая копённый не по сердцу приму́чивать тю́бингщик занято́й пар ла́мпа недопла́та неправоспосо́бность укати́ться алабандин -craft adios degrading summerish triphase waveless willing-minded гудение именной продуться театральный