Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Allüvial yelpik
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Vladimir Yelpatyevski
Vladimir Serqeyeviç Yelpatyevski (1877 – 1937) — ADU-nun rektoru
Yelpik
Yelpik — sərinləmək və hava axını təmin etmək üçün istifadə edilən qatlanan və qatlanmayan növləri olan əl vasitəsi. Qatlanmayan yelpiklər sabit bir yarpaqla bir sapdan meydana gələr. Qatlanan yelpiklər, bir uclarından sancaqla bir-birinə bərkidilmiş yastı kiçik sütunu vardır. Sütunların üstünə yelpiyin açılıb bağlanmasına imkan verəcək şəkildə qatlanan bir parça ya da kağız yapışdırılır. == Mənbə == Rhead, G. Wooliscroft.
Yelpikqanadlılar
Yelpikqanadlılar (lat. Strepsiptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. == Ümumi məlumat == Düzqanadlılarda, bərabərqanadlılarda və pərdəqanadlılarda parazitlik edən xırda cücülərdir. Yelpikqanadlıları kəskin ifadə olunmuş cinsi dimorfizim səciyələndirir. Erkəklər imaqo mərhələsində sərbəst yaşayandır, bədənləri normal olub, baş, döş və qarıncığa bölünmüşdür. Bədənin uzunluğu 1–7 mm-dir. Başı gödək, güclü şəkildə köndələndir. Bığcıqları yaxşı inkişaf etmişdir, 4-7 buğumdan ibarətdir. Ağız orqanları reduksiya olunmuşdur. İki cüt qanadı var.
Yelpikvari yemişan
Yelpikvari yemişan (lat. Crataegus flabellata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Şimali Amerikanın şimal-şərqi rayonlarını - Kvebekdən Pensilvaniyayadək olan əraziləri əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 6 m-dək olan, çoxgövdəli ağacdır. Budaqları yuxarı qalxan, qonur, zoğları çılpaq, bozumtuldur, kiçik budaqları isə əyridir. İynələri çoxsaylı, möhkəm, biraz əyilmişdir, uzunluğu 3-10 sm-dir. Yarpaqları enli- yumurtavari və ya rombvari, ucu biz, bünövrəsi enli və ya ensiz, xırda dişli, 4-6 cüt yelpikvari yayılan, dərin olmayan pərli, cüt dişciklidir. Uzunluğu 3-7 sm, eni 2,5-6 sm, bəzi zoğlarda uzunluğu 9 sm, eni 8 sm, üstü yapışıq tükcüklü, sonradan çıxıntılı və ya çılpaq olub, alt tərəfi də çılpaqdır. Saplaqların uzunluğu 1-4 sm, yalançı zoğları xətvari-lansetvari, vəzicikli-tükcüklü, tez töküləndir. Çiçək qrupları 8-12 çiçəkli, oxu zəif tükcüklüdür.
Yelpin
Yelpin (Dərələyəz)
Yelpin — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Yeni Zelandiya yelpikquyruğu
Yeni Zelandiya yelpikquyruğu—kiçik həşəratyeyən quşdur. Geniş ərazidə yayılmış yelpikquyruqlar Yeni Zelandiyanın Cənub Adalarında, həmçinin Rhipidura fuliginosa placabilis kimi yarımnövləri Şimal Adalarında, Rhipidura fuliginosa penita yarımnövü Çatem adlarında, hal-hazırda nəsli kəsilmiş Rhipidura fuliginosa cervina (və ya Lord Houv yelpikquyruğu) yarımnövü Lord Houv adasında yayılmışdır. Bu quş alabəzək yelpikquyruq və ya Maori dilində Pīwakawaka və ya Tīwakawaka kimi də adlanır. Bu növlər bir çox halda Avstraliya və Yeni Kaledoniyanın boz yelpikquyruqları ilə eyni növ hesab edilir, lakin quşların çağırışlarındakı fərqlərə görə bəzi orqanlar indi bu quşlara ayrıca növ kimi bu yanaşır. == Çoxalması == Yeni Zelandiya yelpikquyruğu mövsümi olaraq çoxalır. Şimal Adalarında avqustdan marta, Cənub Adalarında sentyabrdan yanvara və Çatem adalarında isə oktyabrdan yanvara kimi bala çıxarma dövrüdür. Onlar adətən mövsümdə iki və ya daha çox nəsil artırırlar. Quşlar adətən yığcam, fincanşəkilli yuvalarını ağacların çəngəlində, mamır qabığı və lifdən hazırlanmış və tez-tez hörümçək toru ilə tamamlanmış şəkildə qururlar. Yuvanın qurulmasında hər iki cins iştirak edir. Yuvanın ölçüsü adətən, boz və qəhvəyi xallı üç-dörd yumurta sığacaq qədər olur.
Help!
Help! — Böyük Britaniyanın "The Beatles" rok qrupunun beşinci studiya albomu. == Mahnı siyahısı == "Help!" (Lennon, Makkartni) "The Night Before" (Lennon, Makkartni) "You've Got to Hide Your Love Away" (Lennon, Makkartni) "I Need You" (Harrison) "Another Girl" (Lennon, Makkartni) "You're Going to Lose That Girl" (Lennon, Makkartni) "Ticket to Ride" (Lennon, Makkartni) "Act Naturally" (Morizon, Russell) "It's Only Love" (Lennon, Makkartni) "You Like Me Too Much" (Harrison) "Tell Me What You See" (Lennon, Makkartni) "I've Just Seen a Face" (Lennon, Makkartni) "Yesterday" (Lennon, Makkartni) "Dizzy Miss Lizzie" (Vilyams) == Xarici keçidlər == Help!
Bayram Yeli
Vədə Yeli – Azərbaycanda bayramdan qabaq əsən yeldir. Bu yelin əsməsi önəmli bir hadisə sanılır. Azərbaycan folklorunda bu yelin əsməsindən yeddi-on gün sonra, ilin təhvili (köhnə ilin təzə ilə dəyişilməsi) sanılır. Ona görə də, onu “bayram yeli”, və ya “vədə yeli” (müjdə verən yel) adlandırırlar. == Bayram yeli folklorda == Bayram yelinin, başqa yellər (ağyel, meh) kimi olsun deyə, müəyyən bir xarakteri yoxdur, ancaq onun hadisələnməsi önəmli sayılır. Çünki qasırğa olduqda hər şeyi dəyişər. Xalq inanır ki, bu yel əsəndə “halal üşüməz amma haram üşüyər!” (halal ətli heyvanlar üşüməz amma haram ətli heyvanlar üşüyər!). İnsan da haram ətli olduğu üçün bu yeldə üşüyər. == ‌Bayram yeli Azərbaycan ədəbiyatında == Burada, örnək olaraq, Şəhriyar`ın Heydərbaba`sından bir bənd verilir: == İstinadlar == == Həmçinin bax == Meh Qaraçuxa (roman), Nasir Mənzuri.
Yela Kreçiç
Yela Kreçiç (sloven. Jela Krečič) — sloven jurnalist, Slavoy Jijekin həyat yoldaşı. == Həyatı və fəaliyyəti == 1979-cu ildə Lyublyanada doğulmuş, Lyublyana Universitetində təhsil alıb, Sloven avanqardı haqda tezisini müdafiə etdikdən sonra 2009-cu ildə Fəlsəfə doktoru olmuşdur. 20 may 2013-cü ildə filosof Slavoy Jijeklə evlənmişdir. Sloveniyanın Delo qəzetində çalışır. Deynəlxalq arenada tanınması 2013-cü ilin dekabrı Culian Assanjdan aldığı müsahibə sayəsində olmuşdur.
Yell boğazı
Yell boğazı - (ing. Yell Sound) Şotlandiyanın Şetlənd arxipelaqına daxil olan Yell və Meylənd adaları arasında yerləşir. Boğaz sahillərində kiçik Biqqa, Lamba, Linqa, Littl-Po, Littl-Xolm, Makl-Xolm, Orfasey, Brozer, Semfri, Fiş-Xolm və Yunari adaları vardır. Sahilləri girintili-çıxıntılıdır. Bu səbəbdən burada çoxlu buxta və körfəz vardır. Ən irisi Sallom-Vo şimalda, qərb hissədə Ronas-Xill körfəzləri vardır. Yell adası sahillərində Barrovo, Komister, Ulsta, Vest-Senduik, Meylənd adasında Brey, Nirt-Po, Ollaberri, Toft, Xampavo kəndləri yerləşir. Toft və Ulsta arasında gəmi bərə fəaliyyət göstərir. Sallom-Vo buxtasında <<Sallom-Vo>> Neft terminalı vardır. Skotsda hava limanı vardır.
Yelo Bank
Yelo Bank — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. Bank həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərir. 28 ildən çoxdur ki, fəaliyyət göstərən Yelo Bank LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində bank sektorunda ilk özünəxidmət mərkəzini istifadəyə verib. "Caspian Energy Club" tərəfindən təşkil olunmuş "Caspian Business Award 2021" beynəlxalq mükafatının təqdimat mərasimində Yelo Bank "İlin bankı"ı seçilib. Bank həmçinin Capital Finance International (CFI.co) tərəfindən "Ən İnnovativ Korporativ Rebrendinq Strategiyası — Azərbaycan 2020" nominasiyası qalib seçilib. == Tarixçə == 1994-cü ildən fəaliyyət göstərən Yelo Bank ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan Yelo Bank adına rebrending edilib. Bankın yeni adı Yelo – ingilis sözü Yellow-nun (sarı) sadələşdirilmiş formasıdır. Yeni ad göstərilən bank xidmətlərinin fərqli bir yanaşmasını, rəngarəngliyini, rahatlığını simvolizə edir və "Parlaq Bankçılıq" şuarı altında həyata keçir.
Yelü Daşi
Yelü Daşi (çin. 耶律大石; Pinyin: Yēlǜ Dàshí; Wade-Giles: Yeh-Lü Ta-Shih və ya çin. 耶律達實; Pinyin: Yēlǜ Dáshí; 1087 – 1143, Mərkəzi Asiya) — Qarakitaylar dövlətinin qurucusu, Lyao sülaləsinin üzvü idi. == Adları == İkinci adı Çonqde (重德) olub müsəlman mənbələrində Nuşi Taifu, Quşqin Taifu və Balğu oğlu Quşqin kimi də xatırlanır. Yapon tədqiqatçı Masaaki Suqiyamanın fikrincə onun adı Daşi çin titulu olan taişinin bir versiyasıdır. "Kidan dövlətinin qeydləri" (çin. 契丹國志) kitabına görə isə Daşi onun sadəcə olaraq ləqəbi idi. == İlk dövrləri == Yelü Daşi Lyao sülaləsinin aparıcı sülaləsi olaraq Yelü sülaləsinin elə də önəmli olmayan bir üzvü və imperator Abaocinin dörcü oğlu Yelü Yaliquonun (耶律牙里果) nəslindən gəlirdi. Onun doğum tarixi tam aydın deyil, lakin Liao tarixinin müxtəlif hesablarına görə 1087 və ya 1094-cü ildə ola bilər. "Lyao Tarixi" onu "Xitan və Çin yazılarını yaxşı bilən, at sürməkdə və ox atmaqda üstün olan" və 1115-ci ildə "ən yüksək imperiya imtahanından keçmiş" biri kimi təsvir edir.
Yelü sülaləsi
Yelü sülaləsi (Çincə: 耶律; Kidan yazısı ilə ) — Xitayların ən ali iki sülaləsindən biri idi. == Hakimiyyətə gəlişi == Hər şey 901-ci ildə xitayların Yila tayfasının başçısı seçilən Abaocinin hakimiyyətə gəlməsi ilə başlamışdı. 905-ci ildə Li Keyon ilə isti münasibətlər quran Abaoci, 907-ci ildə xitayların başçısı seçilmişdi. Bununla Yelü sülaləsi hakimiyyətə gəldi və Abaocinin davamçıları Liao sülaləsi dövlətini qurdular. == Hakimiyyətdən gedişi == Yelü sülaləsi Qarakitaylar dövlətinin son hökmdarı Yelü Çiluqunun devrilməsindən sonra gücünü itirdi. Bununla belə sülalə üzvləri Monqol imperiyasında fəaliyyət göstərməyə davam edirdilər.
Dan yeli
Dan yeli – Kamal Yaşarın rejissorluğu ilə 2019-cu ildə çəkilmiş qısametrajlı Azərbaycan filmi. Müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Film "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilmişdir. == Məzmun == Film Ermənistanla cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Hekayənin əsas qəhrəmanı 6 yaşlı "Qaqaş" adlı oğlandır. Onun əsas məşğuliyyəti və sevgisi futboldur. Digər uşaqlardan balaca olduğu üçün o, elə də yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahim isə keçmiş zabitdir və müharibədə bir ayağını itirib. Filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir.
Ağ yel
Ağ yel - Azərbaycan ərazisində, yüksək temperatur və aşağı rütubəti ilə seçilən külək. == Ümumi məlumat == Ağ yellər mürəkkəb meteoroloji hadisədir və havanın aşağı nisbi rütubətinin (30%-dən az) , havanın yüksək temperaturunun ( 25 C-dən yuxarı) , küləyin böyük sürətinin (5 m/san-dən çox) birgə təsiri ilə xarakterizə olunur.Belə kompleks amillər yüksək buxarlanmaya səbəb olur ki, bu da bitkilərin su balansının pozulmasına gətirib çıxarır. Nəticədə kənd təsərrüfatı bitkilərinə öldürücü ziyan dəyir, məhsuldarlıqları aşağı düşür. Ağ yellər bitkiçiliyə mənfi təsir edən əsas amillərdəndir. Onların geniş şəkildə öyrənilməsinə keçən əsrin əvvəllərində başlanmış və sonrakı dövrlərdə inkişaf etdirilmişdir. Bu sahənin inkişafında kemiş SSRİ alimlərinin qatqısı çox mühim rol oynayır. Ağ yel kimi təhlükəli hadisəyə qarşı mübarizə tədbirlərinin görülməsi üçün onların təsir gücünü və coğrafi arealını müəyyənləşdirmək lazımdır. Azərbaycanda Kür-Araz ovalığı, Naxçıvan MR ərazisinin 1500 metr yüksəkliyi olan ərazilərdə, Böyük və Kiçik Qafqazın dağətəyi ərazilərində müşahidə edilir. Bu hava axını ölkəmiz üçün yerli hava kütlələrindən biridir. Onlar əsən zaman temperature 35°-40 °C-yə qədər artır, hətta bəzi hallarda daha çox olur.
Qara yel
Qara yel - küləyin əsmə istiqaməti baxımından ağ yelin əksidir. Belə ki, qara yel şimal-qərbdən əsməsi ilə seçilir. Sürəti yüksək olduqda torpaqlarən tozanaqlığı artır. Torpaq eroziyasını artırır. Deflyasiya xüsusi ilə yaz-payız ayları əkin sahələrinin şumlanması zamanı güçləndirir. İl boyu əsə bilir. İsti aylarda çox güçlü ola bilir. Bu zaman dam örtüklərini uçurur, ağacları isə slndırması ilə seçilir. Xüsusi ilə Kiçik Qafqazın şimal-şərq hissələrində (Daşkəsən, Gədəbəy, Tovuz, Tərtər, Goranboy) böyük fəsadlar törədir. Abşeron yarımadasında və ona yaxın ərazilərdə qışda və yayda demək olar ki, eyni istiqamətli, yə'ni, əsasən şimal-qərb, şimal, şimal-şərq, Kür çayının deltası sahəsində qışda şimal-şərq və qərb, yayda şərq, cənub-şərq küləkləri hakim olur.
Yel Ana
Yel Ata
Yel Kolleci
Yel Kolleci — Yale Universitetinin liberal sənət kollecidir. 1701-ci ildə qurulan bu universitetin əsl məktəbidir. Universitetin digər məktəbləri 1810-cu ildən etibarən təsis edilmiş olsa da, Yale bütün Yale Kolleci olaraq 1887-ci ilə qədər tanındı və məktəbləri birləşdi və universitet Yale Universiteti kimi adlandırıldı. İlk olaraq, Tərəfdaş nazirləri hazırlamaq üçün qurulan kollec, 18-ci əsrin sonlarına qədər humanitar və təbiət elmləri tədris etməyə başladı. Eyni zamanda, tələbələr sinifdənkənar təşkilatları, ilk ədəbi cəmiyyətləri və sonrakı nəşrləri, idman komandaları və oxuma qrupları təşkil etməyə başladılar. 19-cu əsrin ortalarına qədər, ABŞ-də ən böyük kollec idi. 1847-ci ildə, 20-ci əsrin ortalarında kollecə daxil olan Şeffild Elmi Məktəbinin Yale-də yerləşən bir başqa lisenziya dərəcəsi verən məktəb də iştirak etdi. Bu birləşdirilmiş tədris proqramı tələbələr üçün günümüzün liberal tədris proqramının əsasını qoydu, hansı ki şagirdlərin müstəsna ixtisas səviyyəsində xarici dil, inşa, elmlər və kəmiyyət əsasları daxil olmasını tələb edir. Bakalavr həyatının ən fərqli xüsusiyyəti 1932-ci ildə qurulan və İngilis universitetlərinin təsis edilmiş məktəblərindən sonra modelləşdirilmiş yaşayış məktəblərinin tədris-bina sistemidir. Bütün məzunlar, bu kolleclərdə birinci sinifdən sonra, ən çoxu məktəbin Köhnə Binasında yaşayırlar.
Yel Universiteti
Yel Universiteti — ABŞ-nin ən məşhur universitetlərindən biri. Amerikanın ən qədim şəhərlərindən biri olan Nyu-Heyvendə yerləşir. Nyu-Heyven 125 min əhalisi olan liman şəhəridir, Nyu-Yorkdan 120 kilometr şimal-şərqdə və Bostondan 200 kilometr cənub-qərbdədir. Yel 1701-ci ildə yaradılıb, bura 12 bölmə daxildir: dörd illik bakalavr dərəcəsi verən Yel Kolleci; dəqiq, təbii və humanitar elmlər, eləcə də hüquqşünaslıq, tibb, biznes, ətraf mühitin mühafizəsi, ilahiyyat, memarlıq, musiqişünaslıq, rəssamlıq, aktyorluq və s. ixtisaslar üzrə aspiranturadır. Universitetin təməli olan Yel Kollecinin proqramı genişliyi və dərinliyi ilə seçilir. Hər il 65 kafedra tərəfindən 2000-dən çox kurs təklif edilir. Ənənəyə uyğun olaraq universitetin professor-müəllim heyəti tələbələrin təhsilinə xüsusi diqqət yetirir. Giriş fənlərinin çoxu əməkdar alimlər və professorlar tərəfindən aparılır. == Tarixi == 1640-cı ildə müstəmləkəçi keşişlər Nyu-Heyven kollecinin yaradılması məqsədilə fəaliyyətə başlayıblar.
Yel alıcı
Yel alıcı (fars. بادگیر‎ bâdgir: bâd "yel" + gir "alıcı","alan "ərəb. ملقف ‎malqaf və ya بارجيل barjeel) — binalarda təbii ventilyasiya yaratmaq üçün ənənəvi İran memarlıq elementlərindən biri.
Yel dəyirmanı
Yel dərmanı (ing. Windmill, alm. Windmühle‎, rus. Ветряная мельница) — enerji əldə etmək üçün küləyin gücündən faydalanaraq hərəkət gələn iri çarxlı qurğu. Qədim zamanlardan yel dərmanları buğdanı üyütmək və su ehtiyatını qorumaq üçün istifadə olunmuşdur. Orta əsrlərdə Hollandiyada yerləşən yel dərmanları sahildə toplanan suyu təziqlə geri vururdu. Texnikanın sürətlə inkişaf etməsi nəticəsində yel dərmanlarının əhəmiyyəti müəyyən qədər azalmışdır. Orta əsrlərdə yel dərmanlarından əsasən kənd təsərrüfatında istifadə olunurdu. Enerji əldə etmək üçün ilk yel dərmanı 1890-cı ildə Danimarkada tikilmişdir. Yel dərmanlarının növu və hərəkətə gəlməsi küləyin sürəti, istiqaməti və hündürlüyünə əsaslanır.
Yel iyesi
Yel iyəsi
Yel çərşənbəsi
Yel çərşənbəsi — Novruz bayramının üçüncü çərşənbəsi. Xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə", Muğanın bir sıra kəndlərində isə "Heydər çərşənbə" adlandırılır.
Qızıl yel xəstəliyi
Qızıl yel xəstəliyi — dərinin kəskin infeksioz iltihabi xəstəliyi. Əsasən aşağı ətraflarda qızartılı və ağrılı şişmə ilə özünü göstərir. Müdaxilə edilmədiyi təqdirdə proqressiv seyir göstərərək həyati təhlükəli fəsadlar verir. == Etiopatogenez == Qızıl yel kəskin bakterial bir infeksiyadır. Yaranmasında bakterial iştirak edir. Bu problemi ən sıx streptokokklar qrupuna aid olan bakteriyalar törədir. Lakin qızılı stafilokokklar, qram neqativ bakteriyalar və anaerob mikroblar da bu xəstəliyi nadirən olsa da törədə bilər. == Klinik əlamətlər == Əsasən aşağı ətraflarda xüsusən baldırda və ayaq pəncəsində qızartı, ağrı, şişmə və istilik ilə özünü göstərir. Qızdırma və halsızlıq daha ağır formalarda özünü göstərə bilər. Xəstəlik dərinləşərək yumşaq toxumada irinli abseslərə səbəb ola bilər.
Tanrıların yel dəyirmanları
Tanrıların yel dəyirmanları (ing. Windmills of the Gods) — Sidni Şeldonun 1987-ci ildə Triller janrında yazdığı romandır. 1987-ci ildə bu əsərin əsasında mini-serial çəkilmişdir.
Yel Universiteti mətbuatı
Yel Universiteti mətbuatı (ing. Yale University Press) — 1908-ci ildə qurulmuşdur. 1961-ci ildə rəsmi olaraq maliyyə baxımından müstəqil olaraq Yel Universitetinin şöbələrindən birinə çevrildi. Naşir Konnektikut ştatının Nyu-Heyven şəhərindədir; Londonda bir filial var. Bu, İngiltərədə filialı olan bir neçə Amerika universiteti nəşriyyatından biridir. Bu filial nəşriyyatın çap etdiyi kitabların demək olar ki, üçdə birini nəşr etdirir. 2009-cu ilə kimi nəşriyyat hər il təxminən 300 yeni adda sərt örtükdə və təxminən 150 yumşaq örtükdə kitab nəşr edir. Nəşriyyatın çapdakı kitablarının ümumi çeşidi 6000-ə yaxındır. Ən məşhurları sənət və memarlıq mövzusunda nəşrlərdir; bu sahədə aparıcı nəşrlərdən biridir . Siyasi elmlər, fəlsəfə, tarix, bibliya araşdırmaları və fantastika mövzusunda kitablar da nəşr olunur.
Yeli-i Süfla (Kəleybər)
Yeli-i Süfla (fars. يلي سفلي‎) və ya Aşağı Yeli - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 178 nəfər yaşayır (40 ailə).
Yeli-i Ülya (Kəleybər)
Yeli-i Ülya (fars. يلي عليا‎) və ya Yuxarı Yeli - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 163 nəfər yaşayır (35 ailə).
Aven-sür-Elp (kommun)
Aven-sür-Elp (fr. Avesnes-sur-Helpe) — Böyük Elp çayının sol sahilindəki Valansyen şəhərindən 49 km cənub-şərqdə, Fransanın şimal-şərqində yerləşən Nor departamentin, eyni adı olan kantonun mərkəzi. Kommuna ərazisindən N2 milli avtomagistralından keçir. Əhalisi (2014) — 4 662 nəf. == Coğrafiyası == Şəhər ətrafı "Avenua" adlanır, meyvə vadiləri və kiçik kəndləri ilə bir mənzərə təşkil edir. Bu bölgənin hündürlüyü ortalama dəniz səviyyəsindən təxminən 170 metr yüksəkdir. == Demoqrafiyası == Əhali sayının dinamikası, nəf.
Ron-Əlp
Ron-Alp (fr. Rhône-Alpes, IPA: [ron.alp]) — Fransanın cənub-şərqində bölgə. Mərkəzi Lyon şəhəridir.
Bell
Bell — soyad. Bu soyadı olan tanınmış şəxslərDreyk Bell — Amerika aktyoru, müğənnisi, söz yazıçısı, bəstəkarı. Aleksandr Bell — şotland, ilk real telefonun ixtiraçısı.CoğrafiyadaBell (ada) — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada.
Cela
Cela (it. Gela) — İtaliyada, Siciliya muxtar vilayətinin cənubi-şərqində yerləşən şəhər. == Xarici linklər == (en) Piccolo, Salvatore. Gela. Ancient History Encyclopedia. December 20, 2017.
Deli
Deli — Türkiyəni 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Bu mahnı ilə Türkiyə Avroviziyada 43 ölkə arasında 7-ci oldu. Mahnını rok qrupu olan Mor ve Ötesi ifa edirdi. Mahnının sözləri də bu qrupa məxsus idi.
Dell
Dell (ing. Dell, Inc.) — ABŞ-nin transmilli informasiya texnologiyaları şirkəti. 1984-cü ildə Maykl Dell tərəfindən yaradılmış şirkətin mərkəzi ofisi ABŞ-nin Texas ştatında yerləşir. Dell şirkəti 2013-cü ildə Fortune 500 jurnalının böyük şirkətlər siyahısında 51-ci, 2012-ci ildə HP və Lenovodan sonra dünyada 3-cü böyük kompüter istehsalçısı olmuşdur.
Fyeld
Skandinaviya dağlarının ayrı-ayrı massivlərində platoyaoxşar , qabarıq , buzlaqla və ya tundra bitkiləri ilə örtülü təpənin səthidir.
Gela
Cela (it. Gela) — İtaliyada, Siciliya muxtar vilayətinin cənubi-şərqində yerləşən şəhər. == Xarici linklər == (en) Piccolo, Salvatore. Gela. Ancient History Encyclopedia. December 20, 2017.
Bəlx
Bəlx vilayəti