Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mənəvi zərər
Mənəvi zərər — iqtisadiyyat elmində şirkətin və ya şəxsin ziyandan sığortalandığı üçün risk almağa daha çox meyilli olmasından yaranan bir risk növü. Məsələn, şəxsin maşını sığortalandıqda o, daha az ehtiyatlı davranır çünki dəymiş ziyanı sığorta şirkəti ödəyəcək. Mənəvi zərər tərəflər arasında informasiya natamamlığı olanda yaranır. Bu, risk alan(sığortalanan) tərəf öz niyyətləri haqqında məlumatı ziyanı ödəyən(sığortalayan) tərəfə tam və dəqiq şəkildə vermədikdə baş verir. == Tarixi == Dembe və Bodenin araşdırmasına əsasən bu terminin tarixi XVII əsrə uzanır və XIX əsrdə ingilis sığorta şirkətləri tərəfindən geniş istifadə olunurdu. Həmin dövrdə bu termin mənfi mənada istifadə edilirdi və fırıldaqçılığı ifadə edirdi. İndiki dövrdə isə iqtisadçılar bu termini risklərin tam dəyərləndirilə bilinməməsindən ortaya çıxan səmərəsizlikləri təsvir etmək üçün istifadə edirlər. == İstinadlar == == Xarici keçidlər == Dewan, Shaila. "Moral Hazard: A Tempest-Tossed Idea". The New York Times.
Yan zərər
Yan zərər, əlavə zərər, təsadüfi zərər və ya digər zərər – hər hansısa bir fəaliyyətin nəticəsində və ya təsadüfi nəticəsi olaraq hər hansısa ölüm, xəsarət və ya digər zərərlərə verilən addır. Əvvəlcə hərbi əməliyyatlar baxımından istifadə edilmiş, hal-hazırda isə qeyri-hərbi kontekstlərdə də istifadə olunur. 1970-ci illərdə dəqiqliklə idarə olunan sursatların inkişafından bəri, hərbi qüvvələr müntəzəm olaraq yan zərərləri minimuma endirmək üçün böyük səylər göstərdiklərini iddia edirlər. “Yan zərər” termininin istifadəsini tənqid edənlər bunun müharibə zamanı öldürülən və ya yaralanan əsgərlərdən əlavə olan qeyri-hərbi itkilərin qarşısının alına bilinməməsinə görə istifadə olunan evfemizm kimi görürlər.
Aktuar mənfəət və zərər
Qərər
Qərər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən verilən xəbərə əsasən kənd Azərbaycan ordusu tərəfindən işğalçılardan azad edilmişdir. == Toponimikası == Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dursunludur. Yerli əhali kəndi Qərar Dursun da adlandırır. Kənd taqr•. XIX əsrin awəllərində buradaki Qərər Dursun pirinin yanında salındığına görə onun adı ila adlandırılmışdır. Pirin adı isə "Dursun adlı şəxsin dəfr olunduğu (qarar tutduğu) yər” mənasındadır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Zərgər
Zərgər — qızıldan düzəldilən məmulatların ustası. Zərgər (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Zərgər (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Zərəd
Zərəd (fars. زرند‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 250 nəfər yaşayır (86 ailə).
Mustafa Zərir
Mustafa Yusif oğlu Zərir (XIV əsr, Ərzurum – 1350) — XIV əsr Azərbaycan şairi. O, Azərbaycan dilli ədəbiyyatının ilkin inkişaf dövrünün nümayəndələrindən biridir. Mustafa Zərir Suli Fəqih kimi Anadolu ədəbi məktəbinin nümayəndəsidir. M. Zərir sadəcə şair kimi yox, həm də tərcüməçi olaraq da xidmət göstərmişdir. Fuad Körpülü, İsmayıl Hikmət Ərtaylan, Nihad Sami Banarlı, Tələt Onat və başqa türk alimləri müxtəlif səpkili tədqiqatlarında Mustafa Zərirdən "XIV əsr Azəri yazarı" kimi bəhs etmiş, şairin yaratmış olduğu bədii irsin birbaşa Azərbaycan türkcəsində olduğunu dəfələrlə qeyd etmişdirlər. Şairin Sirətün-Nəbi adlı əsəri türkdilli ədəbiyyatda ilk mövludnamə, yəni Məhəmməd peyğəmbərin həyatı və fəaliyyəti ilə bağlı iri həcmli epik əsərdir. Əsər "Siyəri-Zərir "və "Siyər kitabı" adları ilə də tanınır. == Həyatı == Mustafa Zəririn həyatı haqqında mənbələrdə kifayət qədər məlumat yoxdur. Zəririn həyatı ilə bağlı bilinən faktlar onun öz əsərlərində verdiyi məlumatlar ilə məhdudlaşır. Şair özünün ərəb dilindən tərcümə etdiyi məşhur "Sirətün-Nəbi" adlı mövludnaməyə yazdığı müqəddimədə həyat və şəxsiyyətinə dair bəzi faktlar vermişdir.
Zəfər Abbasov
Zəfər Duman oğlu Abbasov (2 iyul 1971, Çobankənd, Gədəbəy rayonu) — Azərbaycan alimi, şairi, riyaziyyat üzrə fəlsəfə doktoru, pedaqoq, Qarabağ Müharibəsi veteranı., Gəncə Dövlət Universiteti-nin Fəxri professoru == Həyatı == Zəfər Abbasov 2 iyul 1971-ci ildə, Azərbaycan Respublikasının Gədəbəy rayonunun dilbər güşələrindən biri olan Çobankənd kəndində anadan olmuşdur. 1978–1988-ci illər Çobankənd kənd orta məktəbində oxumuş, orta təhsil almışdır.1989–1994-cü illər M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə başa vurmuşdur. 1992-ci ildə, tələbə ikən Azərbaycan Respublikasının Müdafiə Nazirinin 078 saylı 16.03.1992-ci il döyüş əmrinə əsasən " Tələbələrdən" ibarət yaradılmış könüllü tağımın tərkibində " N" saylı Gədəbəy özünümüdafiə taborunun şəxsi heyyəti ilə birlikdə Gədəbəyin Ermənistanla sərhəd məntəqələrində gedən ağır döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. 2002–2006-cı illər müsabiqə yolu ilə Gəncə Dövlət Universitetinin Riyazi-analiz kafedrasında müəllim təyin olunmuşdur. 2006–2014-cü illər Gəncə Dövlət Universitetində Riyazi-analiz kafedrsında baş müəllim kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2008-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda dissertant qəbul olnmuş, 2012-ci ildə Riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi müdafiə etmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə riyazi analiz kafedrası üzrə Dosent elmi adı verilmişdir. Gəncə Dövlət Universitetinin Riyaziyyat-İnformatika fakültəsinində riyazi fizika tənlikləri fənnini tədris edir.
Zəfər Günü
Zəfər Günü və ya Qələbə Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Zəfər Hüseynov
Zəfər Hüseynov- Azərbaycanlı riyaziyyatçı alim, təhsil işçisi,"Əməkdar müəllim". == Həyatı və təhsili == Hüseynov Zəfər Qafar oğlu 1953-cü il sentyabr ayının 28-də Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1970-ci ildə Şuşa şəhər 4 saylı orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1975-ci ildə universitetdə təhsilini başa vurmuşdur == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1975-ci ildə Xankəndi Pedaqoji İnstitutunda müəllim vəzifəsində işə başlamış, eyni zamanda Şuşa şəhər 4 saylı orta məktəbidə riyaziyyat müəllimi işləmişdir. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988–1989-cu illərdə Gəncə Dövlət Universitetində dosent, 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa fakültəsinin dekan müavini, ADPU-nun Şuşa filialı yarandıqdan sonra, əvvəlcə Tədris və elmi işlər üzrə direktor müavini, 1991-ci ildən isə filialın direktoru vəzifələrində işləmişdir. Z. Hüseynov 1994‒2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent, 2002-ci ildən isə Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin dekanı vəzifəsində işləmiş, 05.01.2022-ci il tarixindən isə rektorun müşaviri vəzifəsinə təyin olunmuşdur. 90-dan çox elmi məqalənin, dərs vəsaiti və metodiki vəsaitin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. == Elmi əsərləri == Word 7.0 mətn redaktoru ilə işin əsasları ADPU-nun nəşri, 2001(dərs vəsaiti).
Zəfər Murtuzov
Murtuzov Zəfər Nəbi oğlu - Azərbaycan rejissoru. == Həyatı == Zəfər Murtuzov 1952-ci ildə Cəlilabad rayonunda anadan olub. 1971-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1977-ci ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti kimi fəaliyyətə başlayıb, sonralar bir sıra filmlərin ikinci rejissoru olub. == Şəxsi həyatı == Ailəlidir. bir qızı və bir oğlu var. Həyat yoldaşı Sevda xanım Şəkidəndir. "Həm ziyarət,Həm ticarət" filmindəki Mustafa müəllimin qonaqlıq səhnəsi Sevda xanımın atası İsgəndər doktorgildə çəkilib. == Mükafatları == 1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Zəfər Muzeyi
Zəfər Muzeyi — Azərbaycan Respublikası Prezidentinin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılması nəzərdə tutulan abidə-kompleks.
Zəfər Məmmədov
Zəfər Nemətov
Zəfər Əlipaşa oğlu Nemətov (5 iyun 1917, Bakı – 19 noyabr 1971, Bakı) — Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi. == Həyatı == 6 iyun 1917-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Teatr Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Moskva və Sankt-Peterburq şəhərlərində rejissor təcrübəsi keçmişdir. 1943-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, 1954-cü ildən baş rejissor vəzifələrində çalışmışdır. Bu teatrın Azərbaycan və rus bölmələrində "Qaraca qız, "Polad necə bərkidi", "Qarlar kraliçası", "Tamahkar", "Yaşar", "Bir saat xəlifəlik", "Anacan", "Qırmızı şeytan balaları", "Romeo və Cülyetta", "Müfəttiş", "Polad üzük", "Zorən təbib", "Zoluşka" və s. tamaşalara quruluş vermişdir. Gənc rejissorlar üçün "Rejissor sənəti haqqında" (Mehdi Məmmədovla birlikdə) və "Əliağa Ağayev" (Tofiq Kazımovla birlikdə) kitablarının müəllifidir. 1960–1971-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır. Milli mədəniyyət tarixində əhəmiyyətli yer tutmuş bir sıra tədbirlər, o cümlədən 1968-ci ildə Azərbaycanda ilk dəfə keçirilmiş ASSİTEJ-in festivalı onun təşəbbüsü və gərgin əməyi sayəsində keçirilmişdir.
Zəfər Partiyası
Zəfər Partiyası — Ümid Özdağ tərəfindən 26 avqust 2021-ci ildə əsası qoyulan siyasi partiya. == Tarixi == === Zəmin === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan xaric edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasının 26 avqustda rəsmi olaraq qurulduğunu elan etdi.
Zəfər Qaratay
Zəfər Qaratay (krımtat. Zafer Qaratay,türk. Zafer Karatay) – Əslən Krım tatarı olan Türkiyə jurnalisti, Krım Tatar xalqının Məclis təmsilçisi,Krım Tatar milli hərəkatının aktiv üzvü, Tatar Yazarlar Birliyinin, Türkiyə Jurnalistlər Cəmiyyətinin üzvü. == Həyatı == Zəfər Qaratay 27 sentyabr 1958-ci ildə Türkiyənin Ankara şəhəri yaxınlığındakı Krım tatarları tərəfindən qurulan Gunalan kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Türkiyənin paytaxtında tamamlamışdır. 1980-ci ildə Ankara Dövlət Memarlıq və Mühəndislik Akademiyasından ( Gazi Universiteti , Mühəndislik və memarlıq fakültəsi) məzun olmuşdur. 1985-ci ildə Ankara Universiteti dil,tarix və coğrafiya fakültəsinə qəbul olunmuşdur. 1980-1982-ci illər arasında Türkiyə Səhiyyə və Sosial Yardım Nazirliyində və 1984-1986-cı illərdə Sanaye və Ticarət Nazirliyi Keyfiyyət və Standartlar Bölümündə çalışmışdır.2006-cı ildən İstanbul Televiziyası müdürüdür. 1985-ci ilində Türkiyə dövlət televiziya kanalının rejissor köməkçisi TRT imtahanlarını vermiş və 1986-cı ilin oktyabrından rejissor kimi fəaliyyətə başlamışdır. 1986-1989-cu illərdə musiqi, əyləncə və təhsil proqramları hazırlamışdır.
Zəfər Quliyev
Zəfər Hüseyn oğlu Quliyev (14 iyul 1951, Kirovabad – 29 yanvar 2015, Tbilisi) — siyasi ekspert, analitik, publisist, politoloq, fəlsəfə elmləri namizədi, dosent. == Həyatı == Zəfər Quliyev 14 iyul 1951-ci ildə Gəncədə anadan olub. Ata tərəfi Tovuz rayonundandır. Kiçik yaşlarından Bakıda yaşayır və işləyir. 1968-ci ildə Bakıdakı 189 saylı orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub. Ancaq bir il oxuduqdan sonra öz istəyi ilə bu ali məktəbi etmişdir. 1971–1973-cü illərdə Sovet ordusu sıralarında Gürcüstanda hərbi xidmət keçib. Serjant və tank komandiri olub. "Qvardiya" və "Sovet Ordusu Əlaçısı" döş nişanları ilə təltif olunub.
Zəfər Surxayzadə
Zəfər Yusibov
Zəfər Qəzənfər oğlu Yusibov (1982, Şəki rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının polkovniki, "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin komandiri, İkinci Qarabağ müharibəsi qazisi, Vətən Müharibəsi Qəhrəmanı (2020). == Həyatı == Zəfər Yusibov 1982-ci ildə Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub. 1988–1999-cu illərdə Çayqaraqoyunlu kənd tam orta məktəbində təhsil alıb. 1999–2003-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Ailəlidir. 2 övladı var. == Hərbi xidməti == Zəfər Yusibov 2003-cü ildən Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında xidmət edir. Kapitan Zəfər Yusibov Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Polkovnik Zəfər Yusibov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin komandiridir. Zəfər Yusibov müxtəlif illərdə Türkiyə Respublikasında keçdiyi peşə və ixtisasartırma kurslarında iştirak edib: Komando kursu, Komando ixtisas kursu, Snayper kursu, Girovların Təyyarədə, Qatarda, Avtobusda, yaşayış məntəqəsində azad olunması üzrə kursu,(2 dəfə) Sualtı axtarış və zərərsizləşdirmə kursu, İngilis dili kursu, Quru qoşunlarının akademiyası (indiki milli müdafiə universiteti).
Zəfər bayrağı
Zəfər bayrağı və ya Qələbə bayrağı (rus. Знамя Победы) — 1945-ci il, mayın 1-i günü Qızıl Ordu əsgərləri tərəfindən Berlindəki Reyxstaq binası üzərinə qaldırılan, 188x82 sm ölçülü, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayraq. Aleksey Berest, Meliton Kantariya və Mixayıl Yegorov adlı üç Sovet əsgəri tərəfindən ucaldılan bayraq, II Dünya Müharibəsində Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbə çalmasının rəsmi simvoludur. İndiki keçmiş SSRİ ölkələri və Rusiyada hələ də rəsmi tədbirlərdə, xüsusən Qələbə Günü təntənələrində və Moskva Qələbə Günü Parad Mərasimlərində istifadə edilir. Eyni zamanda 1996-cı ildən bəri Belarus və 2009-cu ildən bəri Dnestryanın (Dnestryanı Moldov Respublikası) rəsmi simvollarından biridir. Orijinal bayraq Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Muzeyində nümayiş etdirilir. == Haqqında == Qələbə Bayrağının üzərində kiril əlifbası ilə yazılıb; "150. Tüfəng, II. Kutuzov sinfi, İdrissa bölüyü, 79. Tüfəng Korpusu, 3. Zərbə Ordusu 1.
Zəfər burnu
Zəfər burnu (türk. Zafer Burnu), Andreas burnu (yun. Ακρωτήριο Αποστόλου Ανδρέα) — Kipr adasının nucqar şimal-şərq nöqtəsi. Karpaz yarımadasının qutaracağında yerləşir. Burun Həvari Andreyin şərəfinə adılandırılmışdır. 1974-cü ildən Şimali Kipr Türk Respublikasının de-fakto ərazisidir. İnzibati baxımından İskele rayonu ərazisinə daxildir. Suriyanın Əl-Laziqiyyə şəhəri ilə arasında məsafə 109 km-dir. Burun yaxınlığında Həvarrai Andrey məbədi yerləşir. Məbəd UNESCO tərəfindfən qorunur.
Zəfər sancağı
Zəfər bayrağı və ya Qələbə bayrağı (rus. Знамя Победы) — 1945-ci il, mayın 1-i günü Qızıl Ordu əsgərləri tərəfindən Berlindəki Reyxstaq binası üzərinə qaldırılan, 188x82 sm ölçülü, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayraq. Aleksey Berest, Meliton Kantariya və Mixayıl Yegorov adlı üç Sovet əsgəri tərəfindən ucaldılan bayraq, II Dünya Müharibəsində Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbə çalmasının rəsmi simvoludur. İndiki keçmiş SSRİ ölkələri və Rusiyada hələ də rəsmi tədbirlərdə, xüsusən Qələbə Günü təntənələrində və Moskva Qələbə Günü Parad Mərasimlərində istifadə edilir. Eyni zamanda 1996-cı ildən bəri Belarus və 2009-cu ildən bəri Dnestryanın (Dnestryanı Moldov Respublikası) rəsmi simvollarından biridir. Orijinal bayraq Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Muzeyində nümayiş etdirilir. == Haqqında == Qələbə Bayrağının üzərində kiril əlifbası ilə yazılıb; "150. Tüfəng, II. Kutuzov sinfi, İdrissa bölüyü, 79. Tüfəng Korpusu, 3. Zərbə Ordusu 1.
Zəfər tağı
Zəfər tağı — böyük təntənəni əks etdirən arxitektura abidəsi. Zəfər Tağı şəhərə girişdə, küçənin sonunda, körpü başlanğıcında, böyük küçələrdə qaliblər şərəfinə və ya hansısa bir vacib hadisə şərəfinə ucaldılır. Zəfər tağları qədim Roma memarlığının ən təsirli və fərqləndirici növlərindən biridir. Bəzi ölkələrdə, kral xatirəsi üçün də Zəfər Tağı tikilir. Məsələn, Paris Zəfər tağı.
Zəfər yatağı
Zəfər yatağı – Gədəbəy rayonunda yerləşən sənaye əhəmiyyətli mis-qızıl yatağı. == Adlandırılması == Yataq “Anglo Asian Mining PLC”nin törəmə müəssisəsi olan Azərbaycan Beynəxalq Mədən Əməliyyat Sirkətinin (ing. Azerbaijan Interntional Mining Company - AIMC) yerli geoloqları tərəfindən 2020-ci ilin oktyabr-noyabr aylarında kəşf olunub. Əsas filiz kütləsi 44 günlük Vətən Müharibəsi günlərinə rast gəlindiyi üçün qazanılan qələbələrin şərəfinə yataq "Zəfər" adlandırılıb. == Coğrafi mövqeyi == Yataq inzibati cəhətdən Gədəbəy rayonunda yerləşir və rayon mərkəzindən təxminən 5 km Şimal-Qərbdə, Gədəbəy yatağından 3.8 km Şimal-Qərbdə və Uğur yatağından 2.5 km Cənub-Qərbdədir. Ərazi müəyyən yerlərdə hətta 2000 m-i keçən yüksək dağlıq relyefə və ot örtüyünə sahibdir. == Kəşfiyyatı == Həmin sahədə kəşfiyyat işlərinə 2016-cı ildən başlanılmışdır. Aparılan kompleks axtarış-kəşfiyyat işlərinin – çöl sınaqlaşdırması, geokimyəvi sınaqlaşdırma, xəritəalma, geofiziki tədqiatlar nəticəsində kəşf olunub. Əsas filiz kütləsi 2020-ci ilin oktyabr-noyabr aylarında quyularla kəsilmişdir. Yatağın kəşfi ilə bağlı rəsmi elan isə 2021-ci ilin yanvar ayında verilib.
Zəfər yolu
Füzuli–Şuşa avtomobil yolu və ya "Zəfər yolu" — Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolu. Avtomobil yolunun təməli noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. 7 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışını ediblər. == Tarixi == İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır. Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilmişdir. == İnşaası == Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir.
Zəfər zirvəsi
Zəfər zirvəsi — Baş Qafqaz silsiləsində Azərbaycanın ikinci ən hündür zirvəsi. == Haqqında == Şanlı Azərbaycan Ordusunun 44 günlük hərbi əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli sərəncamına əsasən 8 Noyabr Azərbaycan Respublikasında "Zəfər günü" kimi təsis olunmuşdur. Bu münasibətlə Bazardüzü zirvəsindən şərqdə yerləşən 4301m hündürlükdəki adsız yüksəkliyə "Zəfər zirvəsi" adı verilməsi ilə bağlı lazımı icazələr alınıb və "Zəfər Azərbaycanındır !" adlı ekspedisiya təşkil edilib. Çətin qış şərtlərində həyata keçirilən ekspedisiya 10 gün davam edib. Azərbaycan Ordusunun, "Qartal Dağçılıq İdman Kulubu"nun və müstəqil alpinistlərin də daxil olduğu ekspedisiyada 13 nəfərlik komanda üzvləri 9 fevral 2021-ci il (saat 14:50) tarixində zirvəyə çıxıb və xüsusi hazırlanmış zirvə lövhəsini quraşdırıblar.
Zerən
Zerən — Talış mətbəxinə aid milli şirniyyat və ya milli çörək növü. Talışların ən qədim şirniyyat növü hesab edilir. Zerən digər şirniyyatlara nisbətdə müqəddəs hesab olunur. Daha çox çörək kimi istifadə olunur. İçliyi kətənin içliyindən azca fərqlidir. Təndirdə bişirilir. Talış xalq adətlərinə görə zerən çörəyi, qırmızı lent əvəzinə, şal vasitəsilə gəlin köçən qızların belinə, göbək hissəsinə bağlanır. Gəlin ata evindən ər evinə gələnədək çörək gəlinin belində qalır. Adətlərə görə bu bolluq və bərəkət rəmzidir. Xüsusən Astara və Lənkəran rayonlarının kəndlərində yeni tikilən evlərin bünövrəsinə bolluq-bərəkət rəmzi olan əşyaların və ya ərzaqların, metal pulların, duz, çörək, qənd, un və s.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nataliya Şerer
Nataliya Şerer (28 oktyabr 1985) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Nataliya Şerer Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Zener diodu
Stabiitron- (zeyner(zener) diod) p-n diodun xüsusi bir tipidir. Stabilitronun xüsusiyyətləri: -Düz qoşulma halında normal bir diod kimi çalışır -Əks qoşulma halında, müəyyən gərginlikdən sonra keçirici olur. Bu gərginlik stabilitronun diapazon gərginliyi, və ya daha qısa olaraq stabilitron gərginliyi adlanır. — Əksinə gərginlik aradan qalxanda, stabilitron normal halına dönür. -Dövrələrdə, əks istiqamətdə işləyəcək şəkildə istifadə edilir. -Bir stabilitron stabilitron gərginliyi ilə başa düşülür. Məsələn: "30v luq stabilitron" dedikdə,30v luq əks gərginlikdə işləməyə başlayan stabilitron anlamına gəlir. -Silisium tərkiblidir. Stabilitron, əks istiqamətdə işləməsi zamanı yarana bilən hədsiz cərəyana görə sıradan çıxa bilər. Bu vəziyyətin qarşısını almaq üçün dövrəsinə daim ardıcıl bir qoruyucu müqavimət bağlanılır.
Gətirmə konusu
Yermek Omirtay