Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Göbək ciyəsi
Göbək ciyəsi (lat. funiculus umbilicalis) — embrionu, daha sonra dölü ana bətnində cift vasitəsilə ana orqanizmlə birləşdirən xüsusi bir üzv. İnsanda onun uzunluğu 50–70 sm və daha artıq olur. Bu da dölün ana bətnində (uşaqlıqda) sərbəst hərəkət etməsinə imkan yaratmış olur. Göbək ciyəsinin qalınlığı yeni doğulmuş uşaqda 2 sm olur. Onun xarici qişası və ya örtüyü hamar və bir qədər parıltılıdır. Göbək arteriyaları 2 ədəd olub, dölün daxili qalça arteriyalarından başlanğıc götürərək karbon qazı, metobolizm maddələrilə zəngin qanı ciftə çatdırır. Doğuşdan sonra boş qaldığına görə çapıq toxumasına çevrilərək göbək büküşünün əmələ gəlməsində iştirak edir. Göbək venası ilkin mərhələdə cüt olur. Sonradan sağ vena obliterasiya olunur, tutulur.
Göbək venası
Göbək venası (lat. v. umblicalis) — vasitəsilə ciftdən arterial qan dölə doğru axır. Göbək venası göbək ciyəsilə gedərək göbəkdən qarın boşluğuna daxil olur, qarnın ön divarının dal səthilə yuxarıya qalxaraq qaraciyərin qapısına çatır və burada iki şaxəyə bölünür. Şaxələrdən biri qapı venasına və digəri venoz axacaq – lat. ductus venosus adı ilə aşağı boş venaya açılır. beləliklə göbək venası ilə axan arterial qanın bir hissəsi aşağı boş venadakı venoz qanla qarışır, digər hissə isə qapı venasındakı venoz qanla qarışıb qaraciyərə daxil olur və orada kapillyar sistemini keçdikdən sonra qaraciyər venaları (lat. vv. hepaticae) vasitəsilə yenə aşağı boş venaya tökülür. Bunun nəticəsində qaraciyər başqa üzvlərə nisbətən artıq miqdarda arterial qan alır, ona görə də embrionda olduqca artıq inkişaf etmiş olur.
Fatma Müge Göçek
Fatma Müge Göçek (1950, İstanbul) — Türkiyə sosioloqu və Miçiqan Universitetinin professoru. Göçek, Fatma Müge. East Encounters West: France and the Ottoman Empire in the Eighteenth Century (ingilis). Oxford University Press. 1987. ISBN 978-0-19-536433-0. Gocek, Fatma Muge; Shiva, Balaghi, redaktorlar Reconstructing Gender in Middle East: Tradition, Identity, and Power (ingilis). Columbia University Press. 1995. ISBN 978-0-231-51391-3.
Gözək
Gözək – müxtəlif əşyaları bağlamaq üçün istifadə edilən ip, nazik kəndir, qaytan.. Gözək alaçıq çubuqlarını bir-birinə bənd etmək, çuvalın, xurcunun, məfrəşin və s. ağzını bağlamaq üçün toxunardı. Toxunma qaydası aşağıdakı kimidir: Müəyyən uzunluqdakı ipləri iki, üç qat edib bir ucunu bir yerə (dirəyə) bağlayır. İp tağlarını bir halda sağ tərəf üstə digər halda isə sol tərəf üstə bir-birinin üstündən keçirib bərkitməklə toxuyur, sonda isə uclarına qotaz toxuyurlar.
Sobek
Sobek - Qədim Misir mifologiyasına görə su tanrısı.
Gödək Pipin
Gödək Pipin (III Pipin; lat. Pippinus Brevis, fr. Pépin le Bref; təq. 715 və ya 714, Lyej – 24 sentyabr 768) — 741-751-ci illərdə frank mayordromu, daha sonra 751-768-ci illərdə Karolinqlər sülaləsindən olan ilk Frank kralı, Karl Martelllin kiçik oğlu və Böyük Karlın atası.
Gödək qoyunu
Gödək qoyunu — Azərbaycanda, Quba-Xaçmaz iqtisadi rayonunda miqdarca birinci yeri tutan qoyun cinsi. Cins xalq seleksiyası yolu ilə yaradılmışdır və qədim cins hesab olunur. Cinssin nümayəndələri xırda olması, qısa ayaqları, möhkəm gövdəsi ilə çeçilir. Konstitusiyası quru və möhkəmdir. Ağır şəraitə davamlı, çevik və uzaq yol getməyə qadir, yerli şəraitə uyğunlaşmış qoyunlardır. Qoyunların 80 % ağ, başı və ayaqları qonur və qara rəngli olur. Ətlik-yunluq istiqamətli cinsdir. Dişilərdə diri çəki 30-40 kq, qoçlarda isə 45-50 kq-dır. Ət çıxarı orta hesabla 45,0-48,0 % təşkil edir. İlllik süd verimliyi 45 litr, südünün yağlığı isə 6,4- 7,2 % olur.
Gödək Əhməd
Əbül Nasir Gödək Əhməd (1476, Konstantinopol – 13 dekabr 1497 və ya 1497, İsfahan) — Ağqoyunlu dövlətinin VI hökmdarı. Həsən bəy Rumlu Əhsənüt-təvarix əsərində Gödək Əhmədlə bağlı yazırdı: "O, həmin ilin qışında öldürüldü. Onun hakimiyyəti altı ay davam etdi. Bədən quruluşuna gəlincə; üzü son dərəcə qırmızı və ağ, əlləri və ayaqları qısa idi. Bu səbəbdən Əhməd gödək adı ilə tanınırdı". Ağqoyunlu Əhməd bəy mənbələrdə Əhməd Mirzə, Sultan Əhməd, Gödək Əhməd ünvan və ləqəbləri ilə tanınır. O, Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin isə oğlu idi. Uğurlu Məhəmməd atasına qarşı 1474-cü ildə döyüşdə məğlub olduqdan sonra Osmanlı dövlətinə sığınmışdı. Fateh Sultan Mehmed də onu qızı Gövhərxan Sultan ilə evləndirərək onları Sivas bəyliyinə göndərir. Uğurlu Məhəmməd bəy Səlcuqşah Bəyimin təşkil etdiyi sui qəsd nəticəsində Ərzincana gedərək orada öldürülür.
Ləkəli göyək
Mobek (İzer)
Mobek (fr. Maubec) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. L'İl-d'Abo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38223. Kommunanın 1999-cu il üçün əhalisi 1671 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 40 km cənub-şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Tapın görək
Tapın görək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyun bəzi bölgələrdə "Qələndər, ay Qələndər", bəzən "Sual-cavab" adlandırılsada bu oyun əsasən "Tapın görək" oyunu kimi təşəkkül tapmışdır. Bu oyunun da Azərbaycanın ayrı-ayrı bolgələrində muxtəlif adları ("Yengəla ha, yengəla", "Quşum-quşum", "Durna-durna", "Səməndər, ay Səməndər", "Yalan-palan", "Bir quşum var bu boyda" və s.) məlum idi. Tapın görək oyununa hazır olan uşaqlar sanama yolu ilə bir nəfəri oyun başçısı (usta, ya molla) seçirlər. Oyun başçısı(usta, ya molla) seçiləndən sonra uşaqları sıraya düzür və bir turna başda durana(sırada birinci dayanana) verərlər. Özü isə nisbətən bir uca yerə çıxıb nəzərdə tutduğu bir quşu, heyvanı və yaxud da başqa bir əşyanın əlamətlərini və hərəkətlərini uşaqlara nişan verməklə söyləyərlər: Əvvəlcə uşaqlar növbə ilə cavab verməlidirlər. Hər kəs öz ağlına gələni bir şeyə oxşadar və deyər. Düz deməyən şəxs turnanı yanındakına verməlidir. Hər hansı kəs düz desə oyun başçısı(usta, ya molla) deyər: "palan" O vaxt cavabı düz tapan turna ilə o biri uşaqları döyər. Beləcə sual-cavab davam edər.
Qoçbek
Qoçbəyli (əvvəlki adı:Qoçbek) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Qoçbek kəndi Qoçbəyli kəndi adlandırılmışdır. 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Qoçbəyli kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qoçbəyli kəndinin qədim adı Qoçbek olmuşdur. Qoçbek yaşayış məntəqəsinin əsasını qoymuş şəxsin adıdır. 1992-ci ildən Qoçbəyli adlandırılmışdır. Oykonim Qoçbəy (şəxs adı) və -li (mənsubiyyət bildirir) şəkilçisindən düzəlib, "Qoçbəyə məxsus kənd" mənasındadır. Qoçbəyli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil.
Adi göyək
Qırmızı göyək
Qobe Quano
Qobe Quano (10 dekabr 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Quano Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 7 may 2018-ci ildə klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Quano peşəkar karyerasında debütünü 6 noyabr 2018-ci ildə Brügge klubuna qarşı oyunda etmişdir. O, 61-ci dəqiqədə Radamel Falkaonu əvəz etmişdir. UEFA Çempionlar Liqasının qrup mərhələsi görüşündə rəqibinə 0-4 hesabı ilə məğlub olmuşdur. Quano Fransada anadan olmuşdur. Valideynləri isə Kot-d'İvuar vətəndaşlarıdır. O, hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir.
Con De Robek
Con De Robek — britaniyalı admiral Con De Robek İrlandiyada yerləşən Kilder qraflığında anadan olmuşdur. Onun əcdadları İrlandiyaya İsveçdən köçmüşlər. 1875-ci ildə Con De Robek Böyük Britaniya hərbi dəniz qüvvələrində hərbi xidmətə başlamışdır. Birinci dünya müharibəsi başlayan vaxt De Robek 9-cu Kreyser Eskadrasının Admiralı idi. 1915-ci ildə Dardanel əməliyyatı zamanı Admiral Sekvil Kardenin yerinə müttəfiqlərin admiralı Con De Robek təyin olunmuşdur. De Robekin admirallığı altında müttəfiqlərin flotu uğursuz əməliyyat keçirmiş və 5 gəmi itirmişdir. Daha sonra De Robek Aralıq dənizi flotunun komandiri seçilmişdir. 1917-ci ildə o hərbi dəniz qüvvələrinin HDQ 2-ci eskadrasının komandiri təyin olunmuşdur. Müharibədən sonra De Robek İstanbulda xidmət etmişdir. 1921-ci ildə Bani Ordeni ilə təltif olunmuşdur.
Gödək minarəli məscid
Gödək minarəli məscid — XIX əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Şəki şəhərində Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Gödək minarəli məscid də Ümumdünya İrsinə daxildir. Gödək minarəli məscid Şəki şəhərinin Sarı Torpaq məhəlləsində yerləşir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində olan ibadət evi hicri-qəməri təqvimi ilə 1226-cı ildə (miladi 1811) Hacı Abdurrahman bəy və Hacı Sədrəddin bəy tərəfindən tikdirilib. Məscidin inşa tarixini giriş qapısının üstündə olan kitabədən təyin etmək mümkündür. Kitabənin üzərində ərəb dilində yazılıb: Məscid daşdan və kərpicdən inşa edilib, iki otağdan və bir dəhlizdən ibarətdir. Məscidin tavanı şəbəkədəndir.
Tap görək (oyun)
Tap görək — Azərbaycan milli uşaq oyunu. 15 6-10 1 Bir dəstə uşaq bir yerə yığılır və hər bir uşağa ad qoyulur. Eləcə də adlarına müvafiq onların yeyəcəyi xörək təyin edilir. Məsələn: uşaqların biri dovşan yediyi-kələm; ikinci adam yediyi-cörək, üçüncü kirpi yediyi-ilan, dördüncü tülkü yediyi-toyuq, beşinci toyuq yediyi-darı, altıncı qarğa yediyi-pendir. Uşaqlar dairə vurub otururlar. Onlardan biri dairənin mərkəzinə gəlib barmağı və yaxud əlindəki ağac ilə yerdə dairə çəkə-çəkə deyir: karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma. O biri uşaqlar da barmaqları ilə və ya təbaşirlə dairə çəkə-çəkə karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma deyirlər. Dairənin ortasındakı uşaq birdən barmağını yuxarı qaldıraraq, yoldaşlarının birindən soruşur: yediyin nədir? Həmin uşaq çaşmayaraq qabaqcadan təyin edilən xörəyin adını düzgün söyləyərsə oyun davam edər. Uşaqlar yenə karıxma-darıxma, kəliməsini təkrar edirlər.
Göyük
Göyük (Ağcabədi) —
Lübek
Lübek (alm. Lübeck‎ [ˈlyːbɛk]) — Almaniyanın şimalında (Şlezviq-Holşteyn federal torpağının cənub-şərqi) şəhər. Şəhər Şimali Almaniya ovalığında, Baltik dənizi sahilində Travemünde rayonunda axan Trave çayının mənsəbinin yaxınlığında yerləşir. Tarixə Hanza ittifaqının ən böyük mərkəzi kimi düşmüşdür. Əsas abidələri Almaniyada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına salınıblar. Lübek şəhəri 10 rayona bölünür. 2015-ci il hesablamalarına görə, şəhərdə 216,253 nəfər əhali yaşayır.
Göte
Yohann Volfqanq fon Göte (alm. Johann Wolfgang von Goethe‎; 28 avqust 1749[…], Frankfurt-Mayn, Müqəddəs Roma imperiyası – 22 mart 1832[…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Almaniya ittifaqı) — alman şair-dramaturqu, mütəfəkkir və naturalisti. Əsərlərinə bunlar daxildir: dörd roman, epik və lirik poeziya, nəsr və ayə dramları, xatirələr, tərcümeyi-hal, ədəbi və estetik tənqid və botanika, anatomiya və rəng mövzusunda traktatlar. Bundan əlavə, onun çoxsaylı ədəbi və elmi fraqmentləri, 10.000-dən çox məktub və 3000-ə yaxın rəsmləri günümüzə çatmışdır. 25 yaşında ədəbi məşhur olan Göte, "Gənc Verterin İztirabları" adlı ilk romanı (1774) ilə uğur qazandı və 1775-ci ilin noyabrında Veymara yerləşdikdən sonra ona 1782-ci ildə Saxe-Veymar şahzadəsi Karl Avqust tərəfindən zadəgan adı verildi. O, "Tufan və Həmlə" ədəbi cərəyanının erkən iştirakçısı idi. Göte Veymardakı ilk on ili ərzində şahzadənin şəxsi şurasının üzvü oldu, döyüş və əsas yol komissiyalarının başında oturdu, yaxınlıqdakı İlmenaudakı gümüş mədənlərinin yenidən açılmasına nəzarət etdi və Jena Universitetində bir sıra inzibati islahatlar həyata keçirdi. O, həmçinin Veymarın botanika parkının planlaşdırılmasına və Ducal Sarayının yenidən qurulmasına da öz töhfəsini verdi. Götenin ilk böyük elmi işi olan "Bitkilərin metamorfozu" 1788-ci ildə İtaliyaya qastrol səfərindən qayıtdıqdan sonra nəşr olundu. 1791-ci ildə Veymar teatrının idarəedici direktoru təyin edildi və 1794-cü ildə dramaturq, tarixçi və filosof Fridrix Şiller ilə dostluğa başladı.
Ferhat Göçer
Fərhad Köçər (d. 11 may 1970, Birecik, Şanlıurfa) — musiqiçisi, Cərrahpaşa Tibb fakültəsi Xəstaxanasında həkim, cərrah.
Gömeç qülləsi
Gömeç qülləsi (türk. Gömeç Kalesi) ― Cənubi Türkiyədə, tarixi Kilikiyada Roma dövrünə aid gözətçi qülləsi. Gözətçi qülləsi Mersin ilinin Ərdəmli ilçəsində, Qız qalasının təxminən üç kilometr şimalında və Ərdəmlinin 20 kilometr cənub-qərbində yerləşir. Qüllə divar qalıqları ilə birlikdə Qız qalasının arxa hissəsində, 240 metr yüksəkliyindəki təpənin üstündə dayanır. Demək olar ki, tamamilə bütöv olan qüllənin hündürlüyü 11,32 metrdir. Zəminin ölçüləri 4,7 x 4,7 metr olduğu halda, üst hissədə bu ölçü 4,2 x 4,2 metrə qədər azalır. Blokların hündürlüyü 80 ilə 30 santimetr arasında dəyişir. Qapı cənub tərəfdədir və ölçüləri 1,9 x 0,96 metrdir. Qüllənin dörd mərtəbəsi var. Birinci mərtəbənin cənub tərəfində kərpiclənmiş bir pəncərə, yuxarıda, ikinci mərtəbədə bir yarıq pəncərə, üçüncüsündə isə hər tərəfi təxminən 85 santimetr olan bir kvadrat pəncərə var.
Göyük (Ağcabədi)
Göyük — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Göyük kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Göyük kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göyük kənd inzibati ərazi vahidi yaradılmışdır. Köyük oykonimi türk dillərindəki köyük sözündən olub, təmizlənmiş meşə yeri" anlamındadır. Çox ehtimal ki, kənd salındığı ərazinin adı ilə adlandırılmışdır. Köyük toponimini türk dillərində müxtəlif məna ifadə edən köyük sözü ilə əlaqələdirən araşdırıcılar var. Köyük sözü "ceyran", "xallı maral" mənasındadır. Yevlax rayonunda da Köyük kəndi var. Rusiyanın Başqırdıstan ərazisində, İskə Köyək, Yanqı Köyək adlı kəndlər də mövcuddur. Əhalisinin sayı 773 (01.01.2007-ci il üçün) nəfərdir. Kənd əhalisi heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olur.
Göyük (Yevlax)
Göyük — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Göyük bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Julius Rebek
Kebek xan
Kebek xan (?-1326) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi. Böyük qardaşı İsen-Buğa xanın 1319-cu ilin ilk aylarında ölümündən sonra Kebek xan, Cıağatay xanlığının hakimi məqamına gəlmişdir. Kebek xan böyük qardaşları Künçük xan və İsen-Buka xanın zamanından bəri şəxsiyyəti, mübarizliyi və komandanlıq vəsfləri ilə tanınmış və cığataylılar tarixində ilk dəfə adına pul kəsdirən hökmdar olaraq ünlənmişdir. Bu, o zamana qədər sadəcə kim tərəfindən zərb olunduğu bəlli olmayan pullar işlənən Cığatay xanlığının rəsmən istiqlalını sübut etməsi deməkdir. Kebek xanın kəsdirmiş olduğu pullar o qədər məşhur olmuşdur ki, ruslarda xırda pul qarşılığı işlənilən Kopeek kəliməsinin Kebekidən (Kebekin kəsdirdiyi pul) gəldiii biliniir. Kebek xan xanlığın mərkəzini də dəyişdirmiş və Karşı çevrəsinə daşımışdır. Ölümündən sonra xələfi İlçigiday xan, 1326-cı ildə xanlığa gətirilmiş fəqət eyni il toplanan qurultayda Tarmaşirin xan, xanlıq məqamına gətirilmişdir.
Kurt Gödel
Kurt Hödel (alm. Kurt Friedrich Gödel‎; 28 aprel 1906[…], Brno, Sisleytaniya – 14 yanvar 1978[…], Prinstom, Nyu Cersi) — Avstriya əsilli Amerikan məntiqçisi və riyaziyyatçısıdır. Çoxluqlar nəzəriyyəsi, riyazi məntiq və nisbilik nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. ABŞ Milli Elmlər Akademiyasının (1955) və London Kral Cəmiyyətinin (1968) üzvüdür. XX əsrin ən böyük mütəfəkkirlərindən sayılır. Kurt Hödel 28 aprel 1906-cı ildə Avstriya-Macarıstan (Moraviya)) imperiyasının Brün (indiki Brno) şəhərində, alman ailəsində anadan olmuşdur. Kurtun atası-Rudolf Hödel böyük tekstil fabrikinin ortaq sahibi idi. Onun, atasının şərəfinə adlandırılmış Rudolf adlı böyük qardaşı var idi. 1918-ci ildə Avstriya-Macarıstan imperiyasının süqutundan sonra Kurt Çexoslovakiya vətəndaşlığı almağına baxmayaraq, özünü hər zaman Avstriyalı hesab edirdi. 23 yaşında rəsmi olaraq Avstriya vətəndaşlığını qəbul edib.
Melih Gökçek
İbrahim Melih Gökçək (türk. İbrahim Melih Gökçek ; 20 oktyabr 1948, Keçiören ilçəsi, Ankara ili[…]) — Türkiyə siyasətçisi, dövlət quluqçusu. 29 mart 1994–28 oktyabr 2017 tarixləri arasında Ankara Böyük Şəhər Bələdiyyəsinin Başçısı. Melih Gökçək Keçiören şəhərində anadan olub. Atası hüquqşünas idi. Atası əslən Şanlıurfa anası əslən Kosovo-Prizrendən olan mühacir ailəsindən idi. Melih doğulandan bir müddət sonra ailəsi Qaziantepə köçüb. Atasının peşəsinə görə uşaqlığını Qaziantepdə keçirib. Atası vəkil Əhməd Gökçək Ədalət Partiyasının Gaziantep İli şöbəsinin sədri idi. Melih Gökçək məktəbi Qaziantepdə başa vurub.
Nikolas Löbel
Nikolas Löbel (17 may 1986, Manhaym, Baden-Vürtemberq) — Almaniya Federativ Respublikası Bundestaqının xarici əlaqələr, eləcə də mədəniyyət və mətbuat komitələrinin üzvü, CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasından olan deputatı. Nikolas Löbel 17 may 1986-cı ildə Almaniyanın Mannheimdə şəhərində anadan olub. 2006-cı ildə Mannheim Lessing-Gimnaziya Məktəbini bitirib. 2013-cü ilin mart ayına qədər Mannheim Universitetində hüquq təhsili alıb. 2013-cü ildən 2014-cü ilə qədər Berlindəki Steinbeis Universitetində biznes idarəçiliyi üzrə təhsil alıb. Həmin ali məktəbdə İncəsənət bakalavrını (B. A.) bitirib. 2012-ci ildən 2019-cu ilədək Hagen İdarəetmə İnstitutunda Hagen idarəetmə təhsillərini yarımçıq başa vurub. FernUniversität Hagen-in İqtisadiyyat fakültəsinin magistr təhsilini uğurla başa vurub. Nikolas Löbel gənc yaşda siyasətə qoşulub.2012-ci ildə Almaniya Federativ Respublikasının 15-ci Federal Məclisinin üzvü seçilib. 2017-ci ildə federal seçkilərində rəqibini məğlub edərək, Bundestaqa millət vəkili seçilib.
Petrikirxa (Lübek)
Lübek müqəddəs Petrikirxası (alm. St. Petrikirche‎) - Almaniyanın Şlezviq-Holşteyn vilayətinin paytaxtı Lübek şəhərində yerləşən lüteran kilsəsi. Əsrlər boyunca kilsə bir neçə dəfə genişləndirilmişdir; onun hazırkı görünüşü XV əsrə aid edilir. İkinci dünya müharibəsi zamanı ona ağır zərər dəymişdi. Tam bərpa işləri isə yalnız 1987-ci ildə başlamışdır. Buna baxmayaraq, interyerin indiyə kimi bərpa olunmaması səbəbindən, məbəddə heç bir ibadət işləri görülmür. Bunun əvəzinə, o, mədəni və dini tədbirlər və incəsənət sərgiləri üçün istifadə olunur. Artıq 1170-ci ildə kilsə yaxınlıqda yerləşən Müqəddəs Məryəm kilsəsi ilə birlikdə şəhər salnamələrində qeyd olunmuşdur. 1227 və 1250-ci illərdə kilsənin 3 Apsidli və 4 Travealı roman üslublu yeni binası inşa olunmuşdur.
Ağabək
Ağabək — Sürməli qəzasında kənd adı Ağabək — İrəvan quberniyasının Sürməli qəzasında kənd adı. Ağabək şəxs adındandır. XIX əsrin sonlarından sonra mənbələrdə adı çəkilmir. Qeybullayev Q. Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Babək
Babək və ya Babək Xürrəmi və ya Babək Xürrəmdin (fars. بابک خرمدین‎; 1 iyul 798, اردبیل – yanvar 838, Səmərra, Səlahəddin mühafəzəsi) — Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə. Fars mənbələrində adı "Bapak", Hay mənbələrində "Bab", "Baban" kimi də qeyd edilir. Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqid ibn Əmr ət-Təmiminin "Babəkin tarixi" əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında X əsr ərəb müəllifi İbn İshaq ən-Nədim özünün "əl-Fehrist" əsərində məlumat vermişdir. O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Onun atasının adı Abdulla idi. Əbu Hənifə Dinavərin "Əxbar-ət tival" adlı əsərində isə belə yazır: "Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur". Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub.
Böcək
Sərtqanadlılar (lat. Coleoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Bu dəstənin başqa dəstələrin nümayəndələrindən fərqləndirən ən mühüm əlamətlərindən biri — onların qanadlarının quruluşudur ki, bu da dəstənin adında öz əksini tapmışdır. Qanadüstü adlanan yuxarı cüt qanadlar, demək olar ki, həmişə sərt, çoxt vaxt qabarıq, az və ya çox dərəcədə iri qabarlar və ya çuxurlarla örtülmüş və ya uzununa qabırğalarla zolaqlanmışdır ki, bu da onlara daha çox möhkəmlik verir. Qanadüstləri tısbağa zirehi kimi daha zərif, şəffaf və ya yarımşəffaf qanadları örtür. Bunların köməyilə böcəklər uçur. Ancaq elə növlər, cinslər, hətta fəsilələr də vardır ki, onlarda qanadlar bitişmiş, alt qanadlar reduksiya olunmuşdur və bu böcəklər uçmur. Dinclik halında qanadlar elə yığılır ki, qanadüstləri onları tamamilə örtür. Uçmazdan əvvəl böcək qanadüstlərini qaldırır, qanadlarını açır, az və ya çox vızıltı ilə havaya qalxır. Böcəklərin əksəriyyəti parlaq və rəngarəng boyanmışdır.
Dibək
Dibək (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Dibək (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd.
Gilək
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Göbələk
Göbələk — makromiset göbələklərin meyvə gövdələri üçün gündəlik dildə istifadə olunan söz. Müasir bioloji təsnifata görə, göbələklər canlıların müstəqil aləmini (Fungi aləmi) təşkil edir. Böyük meyvə gövdələrini meydana gətirən göbələklər iki şöbənin fərqləndiyi ali göbələklərin (Dikarya) alt aləminə aiddir - ascomycetes (Ascomycota) və ya marsupiallar və basidiomycetes (Basidiomycota). Praktik baxımdan göbələk yeməli, yeyilməyən və zəhərli olaraq fərqlənir. Göbələk müxtəlif mikroorqanizmlərdən, əsasən maya (saxaromisetlər) və laktik turşu bakteriyalarından ibarət olan, fermentasiya yolu ilə içkilər əldə etmək üçün istifadə olunan, məsələn, kombuça, kefir göbələklərindən ibarət jelatinli kütlə adlanır.
Gömbər
Gömbər (gür.: g.ə. გომბორი, l.ə. qombori) – Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 50,5%-i gürcülərdən, 44,6%-i isə tatlardan ibarət olan 681 nəfər (334 nəfəri kişilər, 347 nəfəri qadınlar) əhali yaşayır.
Qişek
Qişek, yaxud Qıçak (rus. Гайчак, qaz. Гижақ, гыджак) — qədim simli musiqi aləti .. Qişek İranın güneyində, Əfqanıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, uyğur musiqisində yayılmışdır. Əfqanıstanda "sarında", Hindistanda isə "saragi" kimi tanınır. İran qişeyi quruluşca skripkanı xatırladır. Əfrasiyab Bədəlbəyli qişeyi "çanağı girdə, üzərinə adətən ipəkdən eşilmiş iki sim qoşulmuş qədim simli musiqi aləti" kimi təsvir edib . Orta Asiya qişeyi quruluşca kamançaya bənzəyir. Piyaləşəkilli rezonatora malik olub, dəri membranla örtülmüşdür və taxtadan dairəvi boynu vardır. Kaman – kamonça isə qövsşəklində əyilmiş çubuğa bağlanmış bir dəstə at tükündən ibarətdir.
Qoboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Qobuz
Qobuz — Yüksək keyfiyyətli musiqi təklif edən Fransanın musiqi dinləmə və yükləmə xidməti. 2007-ci ildə Yves Tizel tərəfindən qurulub, Birləşmiş Krallıq, Niderland, Almaniya, İtaliya, İspaniya və ABŞ daxil olmaqla bir çox xarici bazarlarda istifadəyə verilib. Qobuz leybllar, distribyutorlar/aqreqatorlar və hüquq sahibləri tərəfindən təmin edilən 24 bit/192 kHz-ə qədər itkisiz FLAC fayllarını yayımlayır. 2022-ci ildə Qobuz CD və "Hi-Res" keyfiyyətində (192 kHz-ə qədər 24 bit) 80 milyondan çox trek təklif edir.
Qolem
Qolem (ivr. ‏גולם, goilem‏‎) əfsanələrdə ruhu olmayan, əsasən gildən və ya torpaqdan yaradılan bir canlıdır. Orta əsrlərdə tanrının adlarının fərqli formada deyilməsi, bu sözləri yaradan hərflərin fərqli formada düzülməsi və ya bunların bir kağıza yazılaraq düzəldilən tilsimlərlə qolem yaradılmasına bağlı bir çox əfsanə yaranmışdır. Bir yəhudi əfsanəsinin qəhrəmanıdır, Talmudda Adəmin ruh üfürülmədən əvvəl bir qolem olduğu yazılır. Yəhudi folklorunda qolemlər, əsasən insan forması verilmiş palçıqdan düzəldilir. Ruhları yoxdur, zəkaları düşük səviyyədədir. Qolem sözü ivrit dilində "axmaq" sözündən törədilib (ivr. ‏גולם, goilem‏‎). Əsas məqsədi yaradıcısını qorumaqdır. İnanca görə haham Judah Loew ben Bezalel tərəfindən gildən bir heykəl düzəldildi və yəhudi xalqını qorumaq üçün canlandırıldı.