Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arzu Soltan
Arzu Soltan (tam adı:Arzu Əli qızı Həsənli) — Azərbaycanlı jurnalist, ssenari müəllifi.[mənbə göstərin] == Həyatı == Arzu Soltan 1971-ci il fevralın 2-də Bakıda anadan olub. 1988-ci ildə Bakıdakı 250 saylı orta məktəbi medalla bitirib. 1995-ci ildə isə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1988-ci ildən Azərbaycan mətbuatında çalışır. "İnşaatçı", "Ordu", "Azadlıq" qəzetlərində və "Olaylar" informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib. 1989-cu ildə 18 yaşında ikən SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul edilib. 2000-ci ildə İsveçdə, 2003-cü ildə ABŞ-də, 2004-cü ildə Polşada jurnalistlər üçün keçirilən kursların iştirakçısı olub. Beynəlxalq Jurnalistlər Federasiyasının (Brüssel) Cənubi Qafqazda gender məsələləri üzrə regional koordinatorudur. Azərbaycanda, Gürcüstanda, Monqolustanda bir sıra təlimlərin aparıcısı olub. "Azərbaycanda qadın mətbuatı" adlı tədqiqat işi, "Cənubi Qafqazda gender situasiyası" mövzusunda çıxışı Azərbaycanda və xaricdə bir sıra mətbuat orqanlarında nəşr olunub.
Sultan
Sultan (ərəb. سلطان‎) — İslam dövlətlərində hökmdar titulu. == Mənası == Quranda "sultan" sözü hakimiyyəti izah edir. Sonradan termin dini hakimiyyətdən fərqli dünyəvi hakimiyyəti izah etmək üçün istifadə edildi. Hesab edilir ki, ilk dəfə bu söz Tabari tərəfindən xəlif əl-Mütamidin qardaşı Müvəffəq üçün işlədilib.
Maarif Soltan
Qəniyev Maarif Soltan oğlu (Maarif Soltan; 10 aprel 1956, Burovdal, İsmayıllı rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1987). == Həyatı == Maarif Soltan 1956-cı il aprelin 10-da İsmayıllı rayoununun Brovdal kəndində müəllim ailəsində doğulmuşdur. İsmayıllıda 3 saylı şəhər orta məktəbini bitirmişdir (1973). Əmək fəaliyyətinə İsmayıllı tikinti idarəsində fəhlə kimi başlamışdır (1973-1974). Hərbi xidmətdə olmuş (1974-1976), sonra Bakıda 23 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir (1976-1977). Bakı metro tikintisində qazmaçı işləmişdir (1977-1979).Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil almışdır (1979-1984). Yazıçıların Şüvəlandakı yaradıcılıq evində təlimatçı işləmişdir (1984-1986). Hazırda "Qobustan" incəsənət toplusununda baş redaktor müavinidir (1988-ci ildən). Eləcə də, çağdaş şairlərin əsərlərindən ibarət olan illik "Poeziya Günü" tolusunun tərtibçisi və redaktorudur.İlk şeirləri 1973-cü ildə İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetində çap olunsa da, ciddi yaradıcılıqla 1976-cı ildən məşğuldur. Respublika və keçmiş ümumittifaq mətbuatında müntəzəm çıxış edir.
Soltan (ad)
Sultan və ya Soltan — kişi adı və təxəllüs. Sultan Baysunqur — Ağqoyunlu dövlətinin hökmdarı Sultan Hüseyn Fəttahi — İranın Emersan sənaye şirkətinin təsisçisi Sultan Məhəmməd Ağqoyunlu — Uzun Həsənin nəvəsi, Yusif Mirzənin oğlu. Sultan Rüstəm — Ağqoyunlu dövlətinin hökmdarı (1492-1497) Sultan Xəlil — 1478-ci ildə Ağqoyunlu hökmdarı.
Soltan Abbas
Soltan Abbas (tam adı:Soltan İsrafil oğlu Abbasov; d.7 yanvar 1933, Neftçala, Ballıcalı k.) — şair, publisist, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1988). == Həyatı == 1933-cü ildə yanvarın 7-də Azərbaycanın Neftçala rayonunun Ballıcalı kəndində anadan olub. Burada 1952-ci ildə ibtidai məktəbi, Boyat kəndində yeddiilliyi, Xıllı rayonunun Xıllı kəndində isə orta məktəbi bitirmişdir. 1951-53-cü illərdə əmək fəaliyyətinə kənd kitabxanasının müdiri kimi başlamışdır. 1953-55-ci illərdə Boyat kənd sovetinin katibi və Xıllı rayonu mədəniyyət şöbəsinin inspektoru işləmişdir. 1955-57-ci illərdə Bakı pedaqoji məktəbində təhsil almışdır. 1957-60-cı illərdə Neftçala rayonunun Xıllı qəsəbə orta məktəbində, 1960-73-cü illərdə isə Salyan rayonunun Boyat kənd 8 illik məktəbində müəllimlik etmişdir. 1973-74-cü illərdə "Qələbə" Salyan rayon qəzeti redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirdikdən sonra Boyat kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmişdir. 1991-2006-cı illərdə həmin kənddə inzibati ərazi nümayəndəsi olmuşdur.
Soltan Dadaşov
Soltan Baba oğlu Dadaşov (27 may 1906, Bakı – 7 sentyabr 1969, Bakı) — Azərbaycan rejissoru, Azərbaycan SSR xalq artisti (1958). == Həyatı == Soltan Baba oğlu Dadaşov 1906-cı il mayın 27-də Bakıda doğulub. Kiçik yaşlarında ruhani təhsili alıb. Fərasət və diribaşlığına, oxumağa həvəsli olmasına görə atası onu türk-rus məktəbinə verib. Qabaqcıl şagird kimi müəllimlərin sevimlisi olan yeniyetmə Soltan buradan da realnı məktəbə keçib. Oxuduğu məktəblərdə keçirilən müsamirələrdə, bayram şənliklərində təsnif və el nəğmələri oxuyurdu. Erkən gənclik illərindən klassik şairlərdən Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin ədəbi irsini dərindən mənimsəmişdi. Bəlağətli əruzun əlvan və mürəkkəb vəznlərini dərindən bilən qiraət xiridarı kimi tamaşaçı-dinləyicilərin rəğbətini qazanmışdı. Düşüncə tərzinə, idrak və təfəkkürünə görə həmyaşıdlarından irəli gedən Soltan Dadaşov məktəbdə dram dərnəyi yaratmışdı. O, şagird dostları ilə Mirzə Fətəli Axundzadənin komediyalarından, Nəcəf bəy Vəzirovun məsxərələrindən, Haşım bəy Vəzirovun məzhəkə və vodevillərindən parçalar seçib tamaşalar hazırlayırdı.
Soltan Hacıbəyov
Soltan İsmayıl oğlu Hacıbəyov (8 may 1919, Şuşa, Gəncə quberniyası – 19 sentyabr 1974, Bakı) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, professor (1964), SSRİ xalq artisti (1973). O, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1948–1956) və direktoru (1955–1962), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1953–1968) və Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1969–1974) vəzifələrində çalışmışdır. == Həyatı == == Mükafatları == Stalin mükafatı (II dərəcə) (1952) — M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında "Gülşən" baletinə görə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı (26 aprel 1958) "Qırmızı əmək bayrağı" ordeni (9 iyun 1959, 19 may 1969) "Azərbaycan SSR xalq artisti" fəxri adı (24 may 1960) Azərbaycan SSR Dövlət mükafatı (29 sentyabr 1970) — simfonik orkestr üçün konsertə görə "SSRİ xalq artisti" fəxri adı (26 iyul 1973) == Nəsil şəcərəsi == == Həmçinin bax == Karvan (simfonik lövhə) Hacıbəyovlar == İstinadlar == == Video == Orkestrin konserti Bəstəkar Soltan Hacıbəyov Soltan Hacıbəyovun "Karvan" simfonik poeması sayt YouTube == Qaynaq == Soltan Hacıbəyov Azad Ozan Kərimli — Soltan Hacıbəyovun 80 illiyinə.
Soltan Mehdiyev
Soltan Mehdiyev (İsmayıllı, 2 dekabr 1914 – 12 oktyabr 1985, Bakı) — Azərbaycan alimi, kimya elmlər doktoru, akademik. == Həyatı == Mehdiyev Soltan Cəfər oğlu 1914-cü il dekabrın 2-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. O, 1927-ci ildə Lahıc natamam məktəbini fərqlənmə ilə bitirdikdən sonra, Bakı ş. pedaqoji texnikumuna qəbul olunur və onu 1931-ci ildə bitirərək 1931-1934-cü illərdə Azərbaycanın rayon kənd orta məktəblərində kimya müəllimi kimi çalışır. O 1934-1939-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alır və onu fərqlənmə ilə bitirir. S.C.Mehdiyev kimya üzrə fəlsəfə doktoru (1943) , elmlər doktoru (1955) elmi dərəcələrini və professor (1956) elmi adını almışdır. S.C.Mehdiyev 1958-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1968–ci ildə isə Akademiyanın həqiqi üzvü seçilmişdir. S.C.Mehdiyev SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Kimya İnstitutunun neft kimyası şöbəsində laborant (1936-1939), Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunun (AzETNEİ) aspirantı , kiçik elmi işçi (1939-1943), EA Kimya İnstitutunda baş elmi işçi (1943-1945), Azərbaycan SSR EA Neft İnstitutunun laborotoriya müdiri (1946-1956) vəzifələrində çalışmışdır. Akademik S.C.Mehdiyev 12 oktyabr 1985-ci ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == S.C.Mehdiyevin elmi fəaliyyəti maraqlı və çoxcəhətli olmuşdur.
Soltan Migitinov
Soltan Migitinov (17 sentyabr 1988) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Soltan Migitinov WSB nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu və 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. 75 Kq. turnirində çıxış edən Soltan Migitinov iyulun 28-də olimpiadanın təsnifat mərhələsində Misir nümayədəsi Məhəmməd Hilal ilə üz-üzə gəldi. Həmin görüşdə Soltan Migitinov rəqibi üzərində 20:12 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi son Dünya Çempionatının bürünc medalçısı Braziliya nümayədəsi Esiva Falcao oldu. Avqustun 2-də baş tutan həmin görüşdə Soltan Migitinov rəqibinə 11:24 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.2013-cü ildə isə Soltan Migitinov Qazaxıstanın Almatı şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Soltan Migitinov turnirin 1/16 final mərhələsində Yamayka nümayəndəsi Conatan Hanson üzərində qələbə qazansa da, növbəti mərhələdə Qazaxıstan nümayəndəsi Canibəy Alimxanuluya məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.
Soltan Mirzəyev
Sultan Abbas oğlu Mirzəyev (1912, Nardaran, Bakı qəzası – 1993, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, professor, Azərbaycan Dövlət Aqrar Universiteti 7-ci direktoru (1942–1944). == Həyatı == Soltan Abbas oğlu Mirzəyev 1912-ci ildə Bakının Nardaran kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra mühasibat uçotu kursunda oxumuşdur. Bir müddət Kürdəmir rayonunda mühasib işləyən S. Mirzəyev Politexnik İnstitutunun "Kənd təsərrüfatı" şöbəsinə daxil olmuş, Kənd təsərrüfatı institutunun yaranması ilə əlaqədar təhsilini Kirovobad (indiki Gəncə) şəhərində fərqlənmə diplomu ilə başa vurmuşdur. İnstitutu qurtardığı ildə S. A. Mirzəyev Kənd təsərrüfatı institutuna direktor təyin edilmişdir. Həmin institutda müvəffəqiyyətlə işləyən S. Mirzəyev bacarığı, təşkilatçılıq qabiliyyəti, prinsipiallığı nəzərə alınaraq respublikanın mühüm idarə orqanlarında pillə-pillə yüksəlmiş, Torpaq Nazirliyində idarə rəisi, nazir müavini, nazir, sovxozlar naziri və s. vəzifələrdə böyük müvəffəqiyyətlə işləmişdir. Soltan Mirzəyev Böyük Vətən müharibəsində iştirak etmiş, həmin dövrdə göstərdiyi şücaətə görə bir sıra orden və medallarla təltif olunmuşdur. Soltan Mirzəyev Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının aspirantı olmuş və orada dissertasiya müdafiə edərək respublikamızda ilk iqtisad elmləri namizədi alimlik dərəcəsi alanlardan biri olmuşdur. Soltan Mirzəyev 1950–1962-ci illərdə sovxozlar naziri, Azərbaycan Kommunist Partiyası MK şöbə müdiri və Azərbaycan KP MK katibi vəzifələrində çalışmışdır.
Soltan Məmmədov
Soltan Məmmədov (deputat) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. Soltan Məmmədov (polkovnik-leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi. === Digər === Sultan Məmmədov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı (1995-2000).
Soltan Nuxa
Soltannuxa — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Soltannuxa kəndi Böyük Pirəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Soltannuxa kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim Soltan antroponimindən və Nuxa toponimindən ibarətdir. Kəndin əsasını Nuxa (indiki Şəki) şəhərindən çıxmış Soltan (Nuxalı Soltan) adlı şəxs qoyduğuna görə belə adlanmışdır. Rayonun ərazisində Soltanuşağı adlı yer də qeydə alınmışdır. Kənd sakinlərinin verdiyi məlumata görə, Şəki bəyi olan Soltan bəy Şəkinin Nuxa adlandığı vaxtlarda bu kəndə sahiblənmiş və kəndin hazırkı adının Soltannuxa olması bilavasitə Nuxa kəndindən Soltan bəy mənasını daşıyır. == Tarixi == Kənd 1768-cu ildə yaradılmışdır. Qəbələ radiolokasiya stansiyası bu kəndin təpələrində yerləşir. == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Soltannuxa kəndi təpədə meşədən, yamacda otlaq sahələrindən və ətəkdə isə yaşayış evlərindən ibarətdir.
Soltan Nəcəfov
Soltan Məmməd oğlu Nəcəfov (1911, Bakı – 18 oktyabr 1981, Bakı) — Azərbaycan radio diktoru. Azərbaycan SSR əməkdar artisti (1966). == Həyatı == Azərbaycan radiosunun ilk diktorlarındandır. Bədii qiraət ustası kimi tanınmış, Üzeyir Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarının radio-tamaşalarında aparıcı kimi çıxış etmişdir. "Oxu tar" adlı yazısında ("Üzeyir bəy haqqında söz" kitabında, B., 1990) Ü.Hacıbəyovla bağlı xatirələrini yazmışdır.
Soltan Qara
Qarayev Sultanəli Balaca oğlu (Soltan Qara) (2 iyul 1962 – 11 oktyabr 2011) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam. == Həyatı == Soltan Qara 1962-ci il iyul ayının 2-də Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 226 saylı orta məktəbdə almış, 1978 – 1982 illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinində (indiki İncəsənət Kolleci) oxumuşdur. 1986-cı ildən bir çox respublika daxili və beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. 1988-ci ildən Yaradıcı Gənclər Assosiyasiyası və Bakı İncəsənət Mərkəzinin, 1990-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. Rəssam 2011-ci il oktyabrın 11-də Türkiyənin Konya şəhərində yaradıcılıq ezamiyyətində olarkən faciəli şəkildə həlak olmuşdur. Konya Səlcuk Universitetinin dəvətilə «Səlcukluda elm və sənət» mövzulu böyük bir monumental-dekorativ divar əsərinin mozaika hissələrini işləmək üçün gələn Soltan Qara qonağı olduğu rəssam dostunun emalatxanasının damından yıxılmış, ağır yaralı vəziyyətdə Səlcük Universiteti Məram Tibb Fakültəsi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı. 49 yaşlı rəssamın cənazəsi 13 oktyabr 2011-ci il Bakıya gətirilmiş, doğulduğu Əmircan kəndində torpağa tapşırılmışdır. == Yaradıcılığı == 1980-ci illərin axırlarında yaradıcı gənc ziyalıların nümayəndələrinin təşəbbüsü ilə Yaradıcı Gənclər Assosiasiyası, sonra isə Bakı İncəsənət Mərkəzi təşkil edilir. Rəssam Soltan Qaranın yaradıcılıq karyerası da həmin dövrdə başlanmışdır.
Soltan Qəribov
Soltan Qəribov (azərb. Qəribov Soltan Xəlfə oğlu‎) — "Şuri" ləqəbi ilə tanınan muğam ifaçısı 26 dekabr 1946-cı İldə Abşeron rayonu Hökməli qəsəbəsində Anadan olmuşdur 3 qızı 2 oğlu var 18 dekabr 2020-ci ildə 73 yaşında Vəfat etmişdir == Həyatı == Soltan Qəribov 26 dekabr 1946-cı ildə Hökməli kəndində anadan olmuşdur. Gənc yaşlarında Əlibaba Məmmədovun dəvəti "Humayun" ansamblında ifa etmişdir. Soltan Qəribov 1961-ci ildə Abşeronda keçirilmiş muğam müsabiqəsinin qalibi olmuşdur. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi məktəbinə daxil olmuşdur.Muğam ustadı Hacıbaba Hüseynovdan dərs alaraq gələcəyin xanəndəsi kimi muğam sənətinin incəliklərini öyrənmişdir. 1973-cü ildən Əhməd Bakıxanovun adını daşıyan ansamblda çıxış etməsi təklif edilir. Əhməd Bakıxanovun təklifi ilə 2 il ansanbılında çıxış etmişdir. Abşeronun muğam məktəbinin tanınmış xanəndəsi kimi tanınırdı. == Vəfatı == 18 Dekabr 2020-ci ildə vəfat etmişdir.
Soltan Soltanlı
Soltan Soltanlı (tam adı: Soltan Qalib oğlu Soltanlı; d. 1976, Kalva, Ağsu rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanı rəngkarı, qrafiki, karikaturaçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (2006). == Həyatı == Soltan Soltanlı 1976-cı ildə Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kəndində müəllim ailəsində doğulub. 1993-cü ildə o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunur və 1997-ci ildə oranı bitirir. 1997–2000-ci illərdə isə həmin universitetin dilçilik üzrə magistraturasında oxuyur. O, 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Soltan Soltanlı 1995-ci ildə keçmiş Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə öyrənmək məqsədilə dərslərə gedir və oradakı ənənəvi təhsilin xəyallarındakı yaradıcılıq üçün yetərsizliyini görür, onda qəti olaraq rəssamlıq təhsili almamaq düşüncəsi yaranır. O, özündən öyrənməyə üstünlük verir. Rəssamın yaradıcılığı üçün fəlsəfilik başlıca özəllikdir. Soltan rəngkar, qrafik və karikaturaçıdır.
Soltan Yusif
Yusifov Soltan Sərdar оğlu (Soltan Yusif) (1935-2003) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Soltan Yusif 29 noyabr 1935-ci ildə Qaryagin rayonunun Kərimbəyli kəndində anadan olub. Erkən yaşlarından eşitmək qabiliyyəti itirib. Kərimbəyli kənd 7 illik orta məktəbi bitirib, bir müddət kənddə qalıb kolxozda işlədikdən sonra Bakıya gələrək karlara məxsus axşam fəhlə-gənclər məktəbinin 8-ci sinfində təhsilini davam etdirib, gündüzlər çəkmə tikməklə məşğul olaraq axşamlar dərsə gedib. Atasının vəfat etməsi, böyük qardaşının hərbi xidmətdə olmağı və sonra Neft Sənaye İnstitutunda oxumağı, anası Güllər xanımın evdar qadın olması onu işləmək məcburiyyəti qarşısında qoyub. Bununla belə 8-ci sinifdə dərslərindən əla qiymətlər aldığı üçün yanvar imtahanından sonra komissiyanın qərarı ilə onu 8-ci sinifdən 10-cu sinifə keçiriblər. Dərsliklər ayrı, fənnlər ayrı olsa da, çətinliyə baxmayaraq, o, əlaçı olaraq qalıb. Orta məktəbi bitirdikdən sonra sənədlərini N.K. Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun qiyabi Mədəni-maarif şöbəsinə verib. Texnikumu bitirəndən sonra Karlar cəmiyyətinin Bakı şəhər şöbəsinin sədri, Azərbaycan Karlar Cəmiyyətinin mərkəzi idarə heyətinin sədri, sədr müavini, direktor müavini, direktoru, hüquqşünası vəzifələrində işləyib, özünün təşəbbüsü ilə nəşrə başlamış cəmiyyətin orqanı "Bizim həyat" qəzetinin şöbə müdiri, sonra isə baş redaktoru olub. Soltan Yusifin 7 şeirlər və poemalar kitabı nəşr edilib, şeirlərinin çoxu müxtəlif dillərə çevrilib.
Soltan Şıxəliyev
Soltan Şixəliyev (tam adı:Şixəliyev Soltan Hümbət oğlu;22 sentyabr 1904, Göyçay qəzası – 1972, Bakı) — Sosialist Əməyi Qəhrəmanı, Kürdəmir rayon İcraiyyə Komitəsinin sədri == Həyatı və təhsili == 22 sentyabr 1904-cü ildə Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. Qusar polkunda siyasi rəhbər kimi xidmət etmişdir. Hərbi xidməti bitirdikdən sonra Azəriittifaqın Gəncə şəhərində təsis etdiyi mühasibat məktəbinə oxumağa göndərilmişdir. Leninqradda ali təhsil almışdır. === Vəfatı === 17 noyabr 1972-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Təhsilini başa vurduqdan sonra Kürdəmir rayon Kooperativlər İttifaqının baş mühasibi təyin olunmuşdur. İlk kəndli kooperativinin fəal təşkilatçılarından biri olMmuşdur. Bir il ərzində 100 nəfərdən çox kəndli kooperativinə üzv cəlb etmişdir. Rayon mərkəzində və bir çox kəndlərdə kəndli kooperativləri açmışdır.
Soltan Əzizov
Soltan Hümmət oğlu Əzizov (18 dekabr 1920, Nuxa qəzası – 2009) — Azərbaycan dövlət xadimi. == Həyatı == 1959-cu il avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yolverdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdi. 1962-ci ilin iyul ayında Ağdam RPK-nın növbəti plenumunda Soltan Əzizov işdən azad edilir və Tapdıq Mustafayevin bu vəzifəyə seçilir.Meyvə, Tərəvəz, Çay Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonralar sovxozlar naziri, tədarük naziri vəzifələrində işləmişdir. Qeyd olunub ki, S. Əzizovun xidmətləri yüksək qiymətləndirilmişdir. O, Lenin ordeni, üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni, bir çox medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuş, dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü seçilmişdir. Şəki şəhərində küçələrdən birinə S. Əzizovun adı verilmişdir.
İntiqam Soltan
İntiqam Soltan oğlu Həsənli (İntiqam Soltan; 12 aprel 1965, Nürgüt, Ordubad rayonu) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2018), Mingəçevir Dövlət Dram Teatrının direktoru. == Həyatı == İntiqam Soltan oğlu Həsənli (İntiqam Soltan) 12 aprel 1965-ci ildə (rəsmi 11 may) Ordubadın Nürgüd kəndində anadan olub. İncəsənət İnstitutunun dram-kino aktyorluğu ixtisasında təhsil alıb (1986-1990). İrəvan Teatrında (1988-1995), Gənclər Teatrında (1995-2002) aktyor işləyib. 2002-ci ildən Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəridir. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.2019-cu ildə müəllifi olduğu "Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə" adlı metodik vəsaitin təqdimatı keçirilib.Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri.Mingəçevir Dövlət Dram Teatrının direktoru. Evlidir. 3 övladı var. == Filmoqrafiya == Doğma sahillər (film, 1989) Ömürdən uzun gecə (film, 1996) Girov (film, 2005) Əlvida, cənub şəhəri (film, 2006) Milçək (film, 2006) Cavid ömrü (film, 2007) Kəndim+nizə qayıdın!? (film, 2007) Sirat körpüsü (film, 2007) Yanmış körpülər (film, 2007) Qara bayram (2010) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Güloğlan) Dolu (film, 2012) Həyat varsa...
Şəgiqə Soltan
Şəfiqə Qasprinskaya, Şəfiqə Qaspıralı (krımtat. Şefiqa Gasprinskaya, Şefiqa Gaspıralı, (14 oktyabr 1886-cı il, Bağçasaray, Rusiya imperiyası — 31 avqust 1975-ci il, İstanbul, Türkiyə) — XX əsrin əvvəllərində Krımda fəaliyyət göstərən krım tatarlarının "Krım müsəlman qadınlarının icraiyyə komitəsi"nin lideri ("Кadınlar günü"). Məşhur Krım tatar ictimai xadimi İsmayıl Qaspıralının qızı, Azərbaycan ictimai siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır. == Həyatı == 14 oktyabr 1886-cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olur. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu "Tərcüman" qəzeti vasitəsilə gəlir. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar. Həmin dönəmdə İmperator Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə "Tərcüman" qəzetinin iyirmi illik yubileyinə dəvət edilir. 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar.
Soltan Əlizadə
Soltan Hüseynqulu oğlu Əlizadə (21 dekabr 1958, Buzovna) — Azərbaycan yazıçısı, tədqiqatçı, şair. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Buzovna Cümə məscidinin Axundu, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-dini şuranın üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Xəzər rayonu üzrə Qazisi. == Həyatı == Soltan Hüseynqulu oğlu Əlizadə 1958-ci il dekabrın 21-də Bakının Buzovna qəsəbəsində zəhmətkeş bir ailədə anadan olub. 1974-cü ildə 125 saylı orta məktəbi bitirib, Buzovnada yerləşən 55 saylı texniki-peşə məktəbinə daxil olur və qaynaqçı peşəsinə yiyələnir. O, öz əsgəri borcunu uzaq şərqdə keçirir. 1979-cu ildə ordu sıralarından qayıdır və işləmək üçün Neft Daşlarını seçir. Orada dəmirçi-qaynaqçı vəzifəsində işə düzəlir. Hələ məktəbli ikən sovet rejimin qadağalarına baxmayaraq məsciddə dini ayinlərə qoşulması və dindarlar arasında qazandığı hörmət onu Buzovna qəsəbəsinin Axundu rütbəsinə qədər yüksəldir. 1988-ci ildə Şeyxülislam Hacı Allahşükür Paşazadənin əmri ilə Buzovnaya Axund təyin olunur. Bu günə qədər Buzovna Cümə Məscidinin imamıdır.
Soltan Baba piri
Bu abidə Dəvəçi rayonunun Uqah kəndindədir. Vaxtilə bu tikilinin çəkilmiş fotoşəkilindən məlum olmuşdur ki, əvvəllər, qeyd olunan pirin qapısının üzərində ərəbcə süls xətti ilə kitabə olmuşdur. Kitabənin fotosu əsasında aşkarlanıb ki, "bu türbə şeyxlərin məliki, zahidlərin qütbü Şeyx Əbu Bəkrindir - Allah ona rəhmət eləsin. Bu türbəni məmləkətlərin sultanı, qadir Fərruxzad ibn Axsitan (vaxtında) Nəcəf beş yüz doxsan dördüncü tarixdə tikdirdi" (1197-1198).
Soltan Məcid Qənizadə
Sultan Məcid Murtuzəli oğlu Qənizadə (aprel 1866, Şamaxı – 23 mart 1938) — Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi. == Həyatı == Sultan Məcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində "Məsihzadə" imzası ilə yazması da bu varisliyə işarədir. Sultan Məcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub. Rus dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur.
Soltan Məmmədov (deputat)
Soltan Teymur oğlu Məmmədov (1 aprel 1974, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Soltan Teymur oğlu Məmmədov 1974-cü il aprelin 1-də Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə Sabunçu rayonu 80 №-li tam orta məktəbdə, 1991–1996-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) istehsalat proseslərinin avtomatlaşdırılması üzrə ali təhsil alıb. 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) aspiranturasını bitirib. 2005-ci ildə isə "Xəzər" Universitetində ictimai səhiyyənin idarəedilməsi üzrə magistr təhsili alıb. Soltan Məmmədov ailəlidir, üç övladı var. == Fəaliyyəti == Soltan Məmmədov 1996–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Balaxanı Neft İdarəsində operator-nəzarətçi vəzifəsində çalışıb. Daha sonra o, 1998–2001-ci illərdə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində işləyib. 2003–2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) inzibati yardımçı, 2000–2015-ci illərdə isə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycan nümayəndəliyinin Prezidenti olan Soltan Məmmədov 2015-ci ildən Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr Departamentinin rəisidir.Soltan Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 6 may 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edildi.2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 14 saylı Xəzər dairəsindən namizəd olan Soltan Məmmədov 47,20 % səslə VI çağırış Milli Məclisin deputatı seçilmişdir. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Soltan Məmmədov Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin, Səhiyyə Komitəsinin üzvü, habelə Azərbaycan—Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.
Abidə Sultan
Abidə Sultan (1617 - 1670) - I Əhmədin qızıdır. Anasının bətnində ikən atası vəfat etmişdir. 1632-ci ildə Sədrəzəm Dabanıyasdı Mehmed Paşa ilə evləndirildi. Bu evlilik paşanın vəfatına qədər davam etdi. Mehmed Paşanın vəfatından 36 il sonra vəfat etdi.
Adilə Sultan
Adilə Sultan (23 may 1826, Konstantinopol – 12 fevral 1899, Konstantinopol) — 30. Osmanlı sultanı II Mahmudun qızı. == Həyatı == 23 may 1826 tarixində İstanbulda dünyaya gələn Adilə Sultanın anası Zərnigar Sultandır. Adil ləqəbi ilə şeirlər yazan atası II Mahmud yeni dünya gələn qızına öz ləqəbinə uyğun ad qoydu. Hələ 4 yaşındaykən anası vəfat etmiş, sonrakı illərdə atasının bir digər xanımı olan Nevfidan Sultanın himayəsində böyümüşdür. 13 yaşında isə atası vəfat etmiş, təhsil və tərbiyəsi ilə böyük qardaşı Sultan Əbdülməcid maraqlanmışdır. 28 aprel 1845 tarixində gələcəkdə sədrəzəmliyə qədər yüksələn Mehmed Əli Paşa ilə nigahlandı və ertəsi ilin fevral ayında bir həftə davam edən möhtəşəm bir toy mərasimi ilə evləndi. Adilə Sultanın toy mərasimi XIX əsrdə Osmanlı sarayında yaşanan ən maraqlı hadisələrdən biri oldu. Belə ki, Osmanlı tarixində ilk dəfə möhtəşəm hava balonları uçuruldu. Hal-hazırda Memar Sənan Universitetinin yerləşdiyi Beyoğlu səmtindəki Neşətabad Sarayı, evləndikdən sonra Adilə Sultana hədiyyə edildi.
Aişə Sultan
Aişə Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızı Aişə Sultan — 12. Osmanlı sultanı III Muradın qızı Aişə Sultan — 14. Osmanlı sultanı I Əhmədin qızı Aişə Sultan — 22. Osmanlı sultanı II Mustafanın qızı Aişə Sultan — 23. Osmanlı sultanı III Əhmədin qızı Aişə Sultan — 34.
Alaxan Sultan
Alaxan Sultan, Alya xan Sultan Abil oğlu (uyğ. Alahan Sultan) — İli bölgəsindəki 1864-cü il Uyğur üsyanının liderlərindən biri və hazırda ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunda, tarixi Şərqi Türkistan ərazisində mövcud olan dövlət olan İli sultanlığının hökmdarı. == Həyatı == Alaxan Sultan Külçədə, Uyğur məmurların ailəsində anadan olub. İli bölgəsində 1864-cü il uyğurlar və dunqanların üsyanının fəal iştirakçısı olub. Əbdürəsul bəy və Sadır Pəlvanla birlikdə üsyanın əsas təşkilatçılarından sayılırdı. 1865-ci ildə dövlətin hökmdarı olan Məzəmzət bəy tərəfindən Əbdürəsul bəyin öldürülməsindən sonra müxtəlif uyğur qrupları arasında qarşıdurma başladı. Bu qarşıdurmalar dunqanlarla münasibətdə daha ağır formada baş qaldırmışdı. 2 fevral 1865-ci ildə Çin qalası Bayandayın Alaxan və Sadır Pəlvan qüvvələri tərəfindən ələ keçirildikdən sonra onların qruplaşması daha da gücləndi. Bir sıra sui-qəsdlər və qətllər nəticəsində Molla Şövkət Axund hakimiyyətə gəlir. 1866-cı ilin yayında İli diyarı ərazisi üsyançıların əlinə keçir.Əvvəllər Çin hökumətinə qarşı birlikdə mübarizə aparan uyğurlarla dunqanlar arasında döyüşlər baş verir.
Aliyə Sultan
Aliyə Sultan (24 avqust 1880, Çırağan sarayı – 19 sentyabr 1903, Konstantinopol) — 33. Osmanlı sultanı V Muradın qızı. == Həyatı == Aliyə Sultan 24 avqust 1880-ci ildə atası Sultan Muradın taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Anası isə onun gürcü əsilli xanımı Rəzan Qadınəfəndidir. Uşaqlıq illəri ailəsiylə birlikdə Çırağan sarayında keçən Aliyə Sultanın sağlamlığı olduqca həssas idi. 1903-cü ildə tutulduğu soyuqdəymənin ardından səhhəti bir daha düzəlmədi. Sahilsarayı olan Çırağan sarayının rütubətli divarları arasında getdikcə zəifləyən Aliyə Sultan, əmisi Sultan Əbdülhəmidə yazılan xahiş məktubunun ardından Ulduz sarayına aparıldı. Burada bir müddət müalicə olunsa da, çox keçmədən 19 sentyabr 1903-cü ildə burada vəfat etdi. Cənazəsi atasının bibisi Adilə Sultanın Əyyubsultandakı türbəsinə dəfn edildi. == Mənbə == Adra, Jamil (2005).
Atiyə Sultan
Atiyə Sultan (2 yanvar 1824, Konstantinopol – 11 avqust 1850, Konstantinopol) — 30. Osmanlı sultanı II Mahmudun qızı. == Həyatı == Atiyə Sultan 2 yanvar 1824-cü ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Mahmud, anası isə Pərviz-fələk Sultandır. Ondan yaşca kiçik 2 doğma bacısı dünyaya gəlsə də, bunlardan Xədicə Sultan 17 yaşında, Fatma Sultan isə cəmi bir yaşında ikən vəfat etmişdir. 1839-cu ildə atası vəfat etdi və ögey qardaşı Sultan Əbdülməcid taxta çıxdı. Cəmi bir il sonra 8 yanvar 1840-cı ildə qardaşı onu Rodoslu Əhməd Fəthi Paşayla nişanladı. Həmin ilin 25 iyununda şeyxülislam Mustafa Asım Əfəndi tərəfindən nigahlanan cütlüyün toy mərasimi 7 avqust 1840-cı ildə Dolmabağça sarayında baş tutdu və yeddi gün boyunca davam etdi. Mərasimin ardından Arnavutköy sahilsarayında yaşayan cütlüyün bu nigahdan 2 qızı dünyaya gəldi. Ancaq əri Əhməd Fəthi Paşa daha öncə Ayşə Şəmsinur (ö.
Ayba Sultan
Eybə Sultan — Ağqoyunlu dövlətində sərkərdə. Uzun Həsənin əmisi oğlu Danə Xəlilin oğlu idi. Eybə Sultanın qardaşı Yaqubcanı Fars hakimi olmuşdur. Bir qardaşı Gözəl Əhməd Bayandur, digər qardaşı isə Nur Əli bəydir.
Aynişah Sultan
Aynişah Sultan (1463, Amasya vilayəti – 1514, Konstantinopol) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Aynişah Sultan 1475-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Şirin Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aynişah Sultan və anası 1480-ci ildə Trabzon sancaqbəyi təyin edilən qardaşı Şahzadə Abdullahla birlikdə Trabzona, ertəsi il isə Konyaya yollandı. Qardaşının ölümünədək burada qalan Aynişah Sultan və anası daha sonra Bursaya getdi. 1489-cu ildə Aynişah Sultan atasının istəyilə, Ağqoyunlu sultanı Uzun Həsən Osmanlılara sığınan oğlu Uğurlu Məhəmmədlə bibisi Gövhər Sultanın oğlu Gödək Əhməd bəylə nigahlandı. Bir neçə il sonra Şərqi Anadoluda başlayan taxt mübarizəsinə qatılan Gödək Əhməd qısa müddət hakimiyyətdə qaldıqdan sonra 1497-ci ildə qətlə yetirildi. Bu müddət ərzində İstanbulda qalan Aynişah Sultan müxtəlif xeyriyyə işləriylə məşğul oldu. 1506-cı ildə Fatehdə sübyan məktəbi inşa etdirdi və vəfatından sonra vəsiyyətinə əsasən, bu məktəbin həyətinə dəfn edildi.
Ayşə Sultan
Aişə Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızı Aişə Sultan — 12. Osmanlı sultanı III Muradın qızı Aişə Sultan — 14. Osmanlı sultanı I Əhmədin qızı Aişə Sultan — 22. Osmanlı sultanı II Mustafanın qızı Aişə Sultan — 23. Osmanlı sultanı III Əhmədin qızı Aişə Sultan — 34.
Bayandur sultan
Bayandur sultan (XVIII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. 1701-ci ildən Şah Sultan Hüseynin fərmanı ilə Qaradağın hakimi. Mahmud sultanın oğlu, Məhəmmədqasım xanın atası. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
Behicə Sultan
Bəhicə Sultan (d. 1848 – ö. 1876) - 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır. == Həyatı == 1848-ci ildə dünyaya gəlmişdir. Anası I Əbdülməcidin üçüncü iqbalı Nəsrin xanımdır. 1876-cı ildə I Əbdülhəmid dönəminin sədrəzəmlərindən Xəlil Həmid Paşanın nəvəsi Həmid Dərvişlə evləndirilmişdir. Evliliyinin 13-cü günü 30 noyabr 1876 tarixində 28 yaşında ikən vərəmdən vəfat etmişdir. Fateh məscidindəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilmişdir.
Behiyə Sultan
Behiyə Sultan (20 sentyabr 1881, Çırağan sarayı, Konstantinopol, Osmanlı imperiyası – 5 mart 1948, Qahirə, Misir) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Behiyə Sultan 20 sentyabr 1881-ci ildə babasının taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Muradın oğlu Səlahəddin Əfəndi, anası isə onun üçüncü xanımı Naziknaz xanımdır. Babasının vəfat etdiyi 1904-cü ilədək bu sarayda nəzarət altında yaşayan Behiyə Sultan daha sonra digər ailə üzvləriylə birlikdə Üsküdar sarayına köçürüldü. 17 fevral 1910-cu ildə məhz bu sarayda Hafiz Haqqı Paşayla nikahlandı. Nigah mərasimi əsnasında bacısı Ruqiyə Sultan da Əbdülməcid Heydər bəylə (d. 1889 - ö. 23 noyabr 1965) nikahlandı. Hər iki sultanın toy mərasimi isə 12 yanvar 1911-ci ildə Vasif Paşa köşkündə baş tutdu. Ancaq nə Behiyə Sultanın, nə də Ruqiyə Sultanın bu nikahlarından övladları olmadı.
Beyhan Sultan
Beyhan Sultan — 9. Osmanlı sultanı I Səlimin qızıdır. Beyhan Sultan — 18. Osmanlı sultanı Sultan İbrahimin qızıdır. Beyhan Sultan — 26. Osmanlı sultanı III Mustafanın qızıdır.
Budaq sultan
Budaq sultan (?-?)—İrəvan əyalətinin Şuragöl mahalının hakimi. == Həyatı == 1805-ci il oktyabrın 20-də Şuragöl sultanlığı Rusiyanın tabeliyinə keçir. Bu sultanlıq strateji mövqeyinə görə rus komandanlığına çox lazım idi. İran və Osmanlı Türkiyəsi ilə müharibə dövründə Şuragöl bufer zona kimi əlverişli əhəmiyyətə malik idi. Digər tərəfdən, Şuragölün varlı kənd təsərrüfatı rus qoşunlarını ərzaqla təmin edə bilərdi. İrəvana hücum ərəfəsində P.D.Sisianov Şuragöl sultanlıqının hakimi Budaq sultana Rusiya dövlətinin himayəsi altına keçməyə təklif etmişdi. Lakin Budaq sultan onun bu təklifinə məhəl qoymayaraq İrəvan xanı ilə əlaqə saxlayırdı və onun göstərişinə əsasən tez-tez Kartli-Kaxetiya ərazilərinə hücumlar təşkil edirdi. Tezliklə, Məhəmməd xanla onun arasında narazılıq yarandı. Müdaxilə nəticəsində dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün İrəvan xanı sultandan ağır vergi tələb etmişdi. O, Budaq Sultanı İrəvan qalasında həbs edərək ondan 30000 rubl tələb etmiş, əks təqdirdə şuragöllüləri İrəvana köçürəcəyi ilə hədələmişdi.
Bəhicə Sultan
Bəhicə Sultan (d. 1848 – ö. 1876) - 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır. == Həyatı == 1848-ci ildə dünyaya gəlmişdir. Anası I Əbdülməcidin üçüncü iqbalı Nəsrin xanımdır. 1876-cı ildə I Əbdülhəmid dönəminin sədrəzəmlərindən Xəlil Həmid Paşanın nəvəsi Həmid Dərvişlə evləndirilmişdir. Evliliyinin 13-cü günü 30 noyabr 1876 tarixində 28 yaşında ikən vərəmdən vəfat etmişdir. Fateh məscidindəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilmişdir.
Bəynaz Sultan
Bəynaz xanım sultan Tabasaran hakimi Mirəli bəylə evlənmiş Səlimə adlı bir qızı olmuşdur. Bir müddət orda yaşamışlar. Sonra sarayda gedən mübarizələr Bəynaz xanımın Şamaxıya getməsinə səbəb olmuşdur. Tamarın yeni rəqibi sayilan bu xanım ilk itgisini ərini itirməklə yaşamışdır. Tamaraın hiylələri ilə dul qalmış bu qadın Tamara qarşı bacıları ilə birləşmişdir. Bəynaz xanım Şahbanu Sultana oğlunu taxta çıxarmasında köməklik göstərmişdir. Qızı saray əyyanı Hümya bəyin böyük oğlu ilə evlənmişdir. Bəynaz xanım Tamarla dəfələrə qarşılaşmış onu sözləri ilə pərti püdra etmiş bəzi əmmələrini isə ifşa etmişdir. Bəynaz xanım sultan Şamaxıda vəfat etmişdir.
Bəzmialəm Sultan
Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan. == Həyatı == === İlk illəri === Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi.
Cadik Sultan
Cadik (XV əsr - 1520 ) – Qazax sultanı, Qazax xanlığının banisi Xan Zhanibekin doqquzuncu oğlu. Məhəmməd Haydar Dulati Cadiqi ən nüfuzlu hökmdarlardan biri hesab edirdi. Jadikin qohumu Qasım xan diplomatik və siyasi işlərdə ona arxalanırdı. Mənbələrdə Jadik haqqında çox az məlumat var. Cadik Şıqayın oğlu Qazax xanlığının xanı idi. Cadik Cılandı Tobe traktında Şıqım Mirzənin başçılıq etdiyi noqaylarla döyüşdə öldü. Kadırqali Kosimulinin sözlərinə görə, Cadikin məzarı Urgançda, Bakırqan Ata ərazisində yerləşir.
Cahanbanu Sultan
Cahanbanu Sultan (tam titulu: Bilqüs-zamani Ülyacənab, Naibəyi -Nəvvabi Səfəviyyə Cahanbanu Sultan Səfəvi) == Həyatı == Cahanbanu Sultan Zibeydə sultan ilə İsa xanın qızı olmuşdur. Onun anası Şah I Abbasın 4 dekabr 1586 - cı ildə Fəxricahan xanımdan olma qızı idi. Atası da Səfəvi nəslinə mənsub bir xan olmuşdur. 1612-1632 - ci illər arasında atası Qorçubaşı vəzifəsi icra etmişdir. Hər iki ana, ata öz qızlarına mükəmməl tədris və dərs vermişlər. Cahanbanu xanım çox gözəl şairə həmçinin də natiq olmuşdur. Bu dövrdə hər zaman olduğu kimi Səfəvi sarayı yenə intriqalarla dolu idi. Xalası Xanağa sultanın onları aradan götürmək istəyi saray mübarizəsini artırırdı. İsa xanın nüfuzunun artması Xanağa sultanın və əri Mirzə Abu Talibi narahat edirdi. Onlar fürsət gəzir həm Zibeydə, həm də İsa xanı aradan götürməyə çalışırdılar.
Cem Sultan
Cem Sultan (22 dekabr 1459, Ədirnə – 6 mart 1495, Kapuya[d], Kampaniya) — Osmanlı şahzadəsi. Sultan II Mehmedin sonuncu oğlu və VIII Sultan II Bəyazidin kiçik qardaşı. Cem Sultan 14 il müddətində Roma papası tərəfindən əsir saxlanılmışdır. == Həyatı == Cem Sultan, Sultan II Mehmedin sonuncu oğlu olaraq 23 yanvar, 1459-cu ildə Ədirnə Sarayında dünyaya gəlmişdir. Cem Sultanın doğum xəbəri II Mehmedə Yunanıstan səfərində olarakən çatmışdır. Cem dörd yaşında olarkən müəllimlərdən müxtəlif dərslər almağa başlamışdır. Əsasən sadə anlayışlardan başlayan ilkin dərslərdə dini mövzular üstünlük təşkil etmişdir. Bu cür dərslər Cem Sultana on yaşına qədər verilmişdir. Cemin Mükəmməl təhsil almasının ən böyük sübutu kimi hələ uşaq yaşlarından Yunan dilini təmiz öyrənməsi göstərilmişdir. Gənclik dövründə Cem Sultan digər Şahzadələr kimi rəsmi vəzifəyə təyin olunmuşdur.
Cəmilə Sultan
Cəmilə Sultan (d. 18 avqust 1843 – ö. 7 fevral 1915) — 31-ci Osmanlı sultanı Əbdülməcidin qızıdır. == Həyatı == 1843-cü ildə Bəylərbəyi sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Düzdidil xanım idi. 3 yaşında ikən anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü xanımın himayəsində böyüdü. Bacısı Münirə Sultanla birlikdə atasının 1856-cı ildə hədiyyə etdiyi Beyoğlundakı Qoşa sarayda yaşadı. 2 il sonra isə bibisi Atiyə Sultanın ögey oğlu Mahmud Cəlaləddin Paşa ilə nişanlanmışdır. Eyni gün bacısı Münirə Sultan da Namiq İlhami Paşa ilə evlənmişdir. Mahmud Cəlaləddin Paşaya vəzirlik rütbəsi verildi və 3 iyun 1858-ci ildə nikah bağlandı.
Cəmrə Sultan
Cəmrə Sultan (1616-1620) - Osmanlı padşahı I Əhmədin Kösəm Sultandan doğulan qızıdır. == Həyatı == I Əhməd və Kösəm Sultanın ən kiçik övladıdır. Böyük qardaşı II Osman tərəfindən çox sevilirdi. Hətta rəvayətə görə, Kösəm Sultan və qızları Mahfiruz Xədicə Sultanın əmrilə Köhnə Saraya sürgün edilərkən, sırf Cəmrə Sultanın istəyilə kiçik şahzadələr də Köhnə Saraya göndərilmişdir. 12 noyabr 1620 tarixində böyük qardaşı Şahzadə İbrahimlə oynayarkən yıxılıb başını divara vurmuş, aldığı zərbədən vəfat etmişdir.
Danyal Sultan
Daniyal Sultan — İlisu sultanı (1831–1844); Çar Rusiyasına qarşı Şeyx Şamilin başçılıq etdiyi hərəkatın iştirakçısı; 3-cü dərəcəli müqəddəs Vladimir ordeni ilə təltif edilmiş Çar Rusiyası general-mayoru. == Həyatı == Daniyal bəy İlisu hakimi qvardiya polkovniki Əhməd xanın ailəsində dünyaya gəlmişdir. Atası Əhməd xan rus hərbi dairələrində öz nüfuzu ilə seçilən bir adam olmuşdur. Hələ 1812-ci ildə general P.Kotlyarevskinin qoşununun tərkibində İlisu süvarilərinə başçılıq etmişdir. Aslandüz döyüşündə isə onun süvariləri Qaradağ hakimi Allahyar xanı əsir almışlar. Daniyal bəy Əhməd xanın 6 oğlundan 5-cisi idi. == İlisunun son sultanı == Əhməd xan İlisulunun ölümündən sonra 1830-cu ilin yanvarında hakimiyyət onun oğlu Musa sultana keçir. Lakin Musa Sultanın da qısa müddətdən sonra ölümü Daniyal bəyin hakimiyyətə gəlişi ilə nəticələnir. 14 fevral 1831-ci ildə qraf Paskeviç Daniyal bəyin sultan rütbəsini təsdiqləyir. Ona kapitan rütbəsi verilir.
Multan
Multan (urdu ملتان, ing. Multan, q.pənc. ملتان) - Pakistanda yerləşən bir şəhər. == Tarixi == Dilimizdə işlənən “Moltanı” sözü Pakistanın Multan şəhəri ilə bağlıdır. Orta əsrlərdə dünya ticarət mərkəzlərindən biri olub. Multanlılar bizim ərazilərə (xüsusən Bakıya) ticarət səfəri edər, el arasında onlara multani (moltanı) deyərdilər.
Solban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Solhan
Solhan (türk. Solhan) — Bingöl ilinin ilçəsi.