Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ozan (aşıq)
Ozan — Azərbaycan şifahi xalq ədəbiyyatında, folklorunda personaj, aşıqlıq sənətinin bir qolu. Ozan sənətinin Azərbaycanda çox qədim zamandan mövcud olduğunu sübut edən faktlar və dəlillər az deyildir: Göyçədə Ozanlar kəndinin mövcudluğu, Dədə Qorqudda Ozan və s. Qədim dövrlərdə "ozan", "dədə", "varsaq", "yanşaq" adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır. Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır. Aşıq - saz-söz yaradıcılığı ozan-qopuz yaradıcılıq ənənəsinin davamı və varisidir. «Ozan-aşıq keçidinin əsas mahiyyəti ozan sənətinin tarix səhnəsindən çəkilərək öz yerini aşıq sənətinə buraxmasıdır. Burada söhbət transformasiyadan, yəni bir sənətin öz şəklini, halını dəyişərək başqa bir sənət şəkli almasından (baxmayaraq ki, bir qisim ozanlar aşıqlığın təsiri ilə aşıqlaşmışlar) deyil, bir sənətin (ozan sənətinin) müəyyən tarixi-siyasi və ideoloji səbəblər üzündən başqa bir sənətlə (aşıq sənəti ilə) əvəzlənməsindən gedir».
Sarı Aşıq
Sarı Aşıq (XVI əsr, Laçın rayonu – XVII əsr, Güləbird) — bayatı ustadı. XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunmuşdur. Aşığın qəbri Zəngəzur mahalının, indiki Laçın rayonunun Güləbird kəndində, Həkəri çayının yaxınlığındadır. Qəbrin baş daşına onun xəyali şəkli də həkk olunmuşdur. Sarı Aşıq haqda ilk məlumatı Həsənəli xan Qaradaği vermişdir. Öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə Azərbaycan ədəbiyyatşünaslığı məhz Həsənəli xan Qaradağiyə borcludur. "Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir". 1927-ci ildə aşığın bayatılarından ibarət ilk kitabını S.Mümtaz çap etdirmişdir. Kitab "Aşıq Abdulla"adlanırdı.
Aşıq Qızılvəngli
Aşıq Alı və ya Aşıq Qızılvəngli (1801, Qızılvəng – 1911, Qızılvəng, Yeni Bəyazid qəzası) — XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri. == Həyatı == Aşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində anadan olmuşdur. Bəzi mənbələrdə onun babası Haqverdinin Dərələyəz mahalının Milli dərəsindəki Gilan kəndindən qohum-əqrabası ilə birlikdə Qızılvəng kəndinə köçdüyü bildirilir. Bir neçə mənbədə, o cümlədən Fərman Kərimzadə, Şamil Əsgərov və Əli Əmirovun yazılarında onun kürd olduğu qeyd edilmişdir. Nazir Əhmədliyə görə, Aşıq Alı mənşəcə ya kürd, ya da ayrım olmuşdur. Tədqiqatçı Maşallah Xudubəyli bu fikirləri "təxribat" adlandırmış, Aşıq Alının əslən göyçəli olduğunu əlavə etmişdir. O, 16–17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb. Çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin tanınmış nümayəndələrindən biri Aşıq Ələsgərdir. Rəvayətə görə müəllim-tələbə günlərin bir günü bir məclisdə deyişmişlər və aşıq Alı Ələsgərə məğlub olmuşdur.
Aşıq Bəhmən
Aşıq Bəhmən Göyçəli (1901–1976) — ustad aşıq, şair. Aşıq Bəhmən Ardanışlı (1960) — Azərbaycan aşığı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi.
Aşıq Ağayar
Aşıq Ağayar (Ağayar Xəlil oğlu Xəlilov; 1880, Zod, Yeni Bəyazid qəzası – 1978) — Göyçə aşığı. == Həyatı == Zodlu Ağayar 1880-ci ildə Göyçə mahalının Zod kəndində anadan olmuşdur. O Aşıq Ələsgərin son şəyirdlərindən olaraq onun bütün yaradıcılığını mənimsəyib. Özünə məxsus oxu tərzi və şirin danışığı ilə seçilən Aşıq Ağayar dastanlarımızın bilicisi və mahir ifaçı kimi də böyük şöhrət qazanmışdır. 1964-cü ildə oğlu Hüseyn vəfat etdikdən sonra bir daha əlinə saz almamışdır. Sinəsi söz kürəsi olan Aşıq Ağayar özü də şeirlər yazıb. Onun üç şəyirdi olub: Qənbər, Şahkərəm və Pənah. Aşıq Ağayar 1978-ci ildə vəfat edib.
Aşıq Camal
Aşıq Camal (1850, Baş Göynük – 1907, Zəyəm, Qax rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Camal Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Daha sonra Qax rayonunun Zəyəm kəndində yaşayıb. Aşıq Camal el sənətkarı olmuş, aşıq şeirinin müxtəlif janrlarında şeirlər yazmışdır. Zəyəm kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Bəsti Səfərqızı aşığın ədəbi irsindən xeyli nümunələr və onun yaratdığı "Şahbaz və Camalşah" dastanından müəyyən parçaları toplaya bilib. Aşığın əldə olan şeirləri onun yaradıcılıq potensialının genişliyindən və zənginliyindən xəbər verir. Aşıq Camal 1907-ci ildə 77 yaşında vəfat etmişdir.
Aşıq
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Ağ Aşıq
Ağ Aşıq Allahverdi (1754 - 1860) — Aşıq Alının ustadı, aşıq, şair. Ağ Aşıq (? - ?) — Naxçıvanlı Ağ Aşıq. Ağ Aşıq (1930 - 1995) — Sədərəkli Aşıq Yusif.
Aşıq Abbas
Aşıq Abbas Tufarqanlı
Aşıq Abbasqulu
Aşıq abbasqulu (1850, Abdalgülablı[d], Şuşa qəzası – 1932, Abdalgülablı[d], Ağdam rayonu) — XIX-XX əsrlər Azərbaycan aşığı. == Həyatı və yaradıcılığı == Aşıq Abbasqulu təxminən 1850-ci ildə Qarabağın səfalı guşələrindən olan Gülablı kəndində anadan olmuşdur. O, məşhur el sənətkarı Aşıq Valehin nəvəsidir. Aşıq Abbasqulu Aşıq Ələsgər kimi heç bir təhsili olmasa da, çox gəzmiş, məclislərdə, el şənliklərində olmuş, aşıqların çalıb-çağırmasını dinləmiş, mahnılarını öyrənmişdir. Həmin dövrdə Qarabağ məclislərində, xüsusilə kənd toy-düyünlərində Gülablı aşıqları iştirak edərdilər. Abbasqulunun da uşaqlıqdan aşıqlığa meyli vardı və bunu nəzərə alan atası onu məşhur neyçalan aşıq Nəcəfqulunun dəstəsinə qoşur. O, əvvəlcə Nəcəfqulunun dəstəsində qoşanağara çalır, sonra bir müddət dəmkeşlik edir. Lakin Abbasqulunun arzusu saz çalmaq, el aşığı olmaq idi. Buna görə də o, tezliklə saz çalmağı, oxuyub-yazmağı öyrənir. Aşıq Həsənin dəstəsinə qoşulur.
Aşıq Abbasəli
Aşıq Abbasəli (tam adı:Xəlilov Abbasəli Süleyman oğlu) — aşıq, şair. == Həyatı == Aşıq Abbasəli 31 dekabr 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Şair Məmmədhüseynin nəticəsidir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Aşıq Abbasəli müharibədən qayıtdıqdan sonra uzun müddət Gədəbəy rayonunda yaşamışdır. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları deportasiya olunduqdan sonra 1965-ci ildə Aşıq Abbasəli də Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. Aşıq Abbasəli 93 il yaşamış və 30 sentyabr 2007-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Aşıq Abbasəlinin ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslam olmuşdur. Aşıq Abbasəli qardaşı Aşıq Novruzun ustadı idi.
Aşıq Abdulla
Aşıq Abdulla — XVII əsr aşıqlarından biri. == Həyatı == Doğum və ölüm tarixi dəqiq bilinməyən Aşıq Abdulla XVII əsr aşıqlarındandır. Haqqında yalnız xalq rəvayətlərindən və günümüzə gəlib çatan "Cahan və Abdulla" dastanından məlumat əldə etmək mümkündür. == Yaradıcılığı == Əsasən 8 və 11 hecalı şeirlər yazan Abdullanın bizə bir neçə gəraylısı və qoşması məlumdur. O, bu şeirlərində fələkdən, taledən, sevgilisindən şikayət edir. Aşıq haqqında olan və onun həyatından bəhs edən "Cahan və Abdulla" dastanı Türkiyənin Qars, İqdır kimi bölgələrində də geniş yayılmışdır. == Mənbə == İnayet Akyüz; İğdır Azerilerinin Halk Edebiyatı Örnekleri, Erzurum 1968, 84–88; 148, (Mezuniyet Tezi) Paşa Əfəndiyev, Xalqın Söz Xəzinəsi, Bakı 1985,240–241. Hümmət Əlizadə; Azərbaycan Aşıqları II, Bakı 1930,61–66. Aşıqlar, Bakı 1960,33–39. Ahmet Tekin; "Azerbaycan Halk Edebiyatından Derlemeler", Azerbaycan, 2 (1/13) nisan 1953, 12; 2(4/16) Temmuz 1953,16.
Aşıq Altay
Aşıq Altay Məmmədov — azərbaycanlı ustad aşıq, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi. == Həyatı == Məmmədov Altay Ələddin oğlu 1972-ci il martın 7-də Azərbaycanın Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. 1989-cı ildə Düz Rəsullu kənd orta məktəbini bitirmişdir. Hərbi xidməti başa vuraraq 1992-ci ildə Gədəbəy rayonunun Çay Rəsullu kənd musiqi məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. Hələ kiçik yaşlarından aşıq sənətinə böyük həvəs göstərməyi, ustad aşıqlara həvəslə qulaq asmağı, el şənliklərində, məclislərində mütamadi olaraq iştirak etməyi onu el-oba içində bir gənc aşıq kimi tanıtmışdır. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Bədii xalq yaradıcılığı" fakültəsinə qəbul olunmuş, 1998-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək, 1998-2000-ci illərdə teatrşünaslıq ixtisası üzrə magistr dərəcəsi almışdır. 1995-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutnun nəzdində Dədə Qorqud adına Folklor Elmi-Mədəni Mərkəzi ilə əməkdaşlığa başlamış, Azərbaycan Milli Elmlər Akademiyası Folkor İnstitutunda 2001-ci ildən kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. Bu illər ərzində aşıq sənətinin gənc və yetkin bir nümayəndəsi kimi Dövlət Televiziya və Radio dalğalarında ardıcıl olaraq çıxışları olmuş, Dövlət tədbirlərinə, Bayram şənliklərinə dəfələrlə dəvət olunmuş və uğurla çıxış etmişdir. İfasında Dövlət Televiziyası və Radiosunun Səsyazma arxivində 30-dan çox aşıq havaları yazılmışdır. Bir necə sənədli televiziya filmlərində cəkilmişdir.
Aşıq Alı
Aşıq Alı və ya Aşıq Qızılvəngli (1801, Qızılvəng – 1911, Qızılvəng, Yeni Bəyazid qəzası) — XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri. == Həyatı == Aşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində anadan olmuşdur. Bəzi mənbələrdə onun babası Haqverdinin Dərələyəz mahalının Milli dərəsindəki Gilan kəndindən qohum-əqrabası ilə birlikdə Qızılvəng kəndinə köçdüyü bildirilir. Bir neçə mənbədə, o cümlədən Fərman Kərimzadə, Şamil Əsgərov və Əli Əmirovun yazılarında onun kürd olduğu qeyd edilmişdir. Nazir Əhmədliyə görə, Aşıq Alı mənşəcə ya kürd, ya da ayrım olmuşdur. Tədqiqatçı Maşallah Xudubəyli bu fikirləri "təxribat" adlandırmış, Aşıq Alının əslən göyçəli olduğunu əlavə etmişdir. O, 16–17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb. Çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin tanınmış nümayəndələrindən biri Aşıq Ələsgərdir. Rəvayətə görə müəllim-tələbə günlərin bir günü bir məclisdə deyişmişlər və aşıq Alı Ələsgərə məğlub olmuşdur.
Aşıq Arzuman
Aşıq Arzuman (Arzuman Xıdır oğlu Əliyev; 23 iyul 1966, Daşkənd, Basarkeçər rayonu – 5 iyun 2010, Bakı) — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Arzuman 23 iyul 1966-cı ildə Göyçə mahalının Daşkənd kəndində dünyaya gəlmişdir. 1983-cü ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunmuşdur. 1986-cı ildən 1988-ci ilə qədər hərbi xidmətdə olmuş və 1991-ci ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir. 1993–1994-cü illərdə Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur. Arzumanın aşıq sənətinə böyük həvəsi olduğundan özü bu sənəti öyrənmişdir. Ustad dərsi almasa da, o, saz çalmağı və ifa etməyi məharətlə bacarmışdır. Məlahətli səsə malik Aşıq Arzuman xeyli saz havalarını bilməklə yanaşı bir neçə dastan da bilirdi. Aşıq Arzuman 5 iyun 2010-cu ildə 44 yaşında Bakı şəhərində ürək dayanmasından vəfat etmiş və Bakıxanov qəsəbəsində dəfn olunmuşdur. == Mənbə == Araz Yaquboğlu.
Aşıq Behbud
Aşıq Behbud Əli oğlu Nəbiyev — aşıq. == Həyatı == 1897-ci ildə Qərbi Azərbaycanın tarixi ərazilərindən olan Göyçə mahalının Basarkeçər rayonundakı Qoşabulaq kəndində anadan olmuşdur. Atası Əli kişinin maddi vəziyyətinin ağırlığından Behbud heç bir təhsil almamışdır. Gənc yaşlarından İnəkdağı kəndində dayısı Aşıq Qəhrəman Alırza oğlunun yanında şəyirdlik etmişdir. Oxumağı və yazmağı bacarmadığı halda, fitri istedada malik olan Behbud iki il ərzində aşıqlıq sənətinin incəliklərini dərindən öyrənmişdir. Bir müddətdən sonra sərbəst aşıqlıq etmişdir. Ermənilərin törətdiyi soyqırımının ağır nəticələri onların ailəsindən də yan keçməmişdir. O, ata-anasını, qardaş-bacısını və yaxın qohumlarını itirmişdir. Cavanlıq dövrünün ictimai-siyasi ziddiyyətlərin, iqtisadi çətinliklərin baş alıb getdiyi bir vaxta düşdüyündən, başqa yaşıdları kimi gənc aşığın da həyatı çətin və dözülməz olmuşdur. Bütün bu çətinliklərə baxmayaraq o, öz doğma kəndində ailə həyatı qurmuş və yaşamışdır.
Aşıq Bilal
Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov (12 mart 1872, Ağsu – 26 noyabr 1937) — aşıq, şair. == Həyatı == 1872-ci il mart ayının 12-də Şirvan qəzasının Ağsu rayonunda Qəşəd kəndində anadan olmuşdur. Həmyerlisi Molla Xasının məktəbində oxumuş, sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Burada o, ərəb-fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur. Şamaxı ədəbi mühiti – "Beytül-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla şagird yetişdirmişdir. Böyük nüfuz sahibi olması hökumət yetkililərinin nəzərindən yayınmamış, ona Xalq Cümhuriyyəti dövründə (1918–1920) Şamaxı qəzasının əmniyyət müdiri vəzifəsi həvalə olunmuşdur. Onun repressiya qurbanı olmasının əsas faktorlarından biri də məhz budur.
Aşıq Bəsdi
Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; 1836, Lev – 1936, Lev, Kəlbəcər rayonu) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı. == Həyatı == Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub. == Yaradıcılığı == Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir. Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir.
Aşıq Bəsti
Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; 1836, Lev – 1936, Lev, Kəlbəcər rayonu) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı. == Həyatı == Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub. == Yaradıcılığı == Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir. Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir.
Aşıq Cabbar
Aşıq Cabbar (20 avqust 1950, Ağbulaq, Laçın rayonu) — aşıq, Laçın rayonunun "İşıqlı" aşıqlar ansamblının bədii rəhbəri, 1977-ci ildə Tacikistanda keçirilmiş zəhmətkeşlərin I Ümumittifaq yaradıcılıq festivalının laureatı. == Həyatı == Aşıq Cabbar 20 avqust 1950-ci ildə Laçın rayonun Ağbulaq kəndində anadan olub. 1969-1974-cü illərdə Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil alıb.
Aşıq Cahad
Aşıq Cahad (Nacıyev) (1917, Böyük Qaraqoyunlu – 3 iyun 2013, Çənlibel, Şəmkir rayonu) — Aşıq Ələsgərin kiçik oğlu Aşıq Talıbın şagirdi. == Həyatı == Aşıq Cahad 1917-ci ildə Göyçə mahalının Qaraqoyunlu kəndində dünyaya göz açıb. Söylədiyinə görə, atası Camal kişi (1884–1965) savadlı olub, bir neçə dil bilməklə yanaşı, saz-söz sənətinin gözəl bilicisi olduğundan, artıq 15 yaşında yaddaşıyla tutumlu saz-dastan yatırına yiyələnib. Havacatı hər yayı Göyçədə keçirən Aşıq Əsəddən öyrənsə də, 30-cu illərin II yarısında Aşıq Talıb və Aşıq Nəcəf onu həmişəlik şagirdliyə götürürlər. O, 1947–1948-ci illərdə artıq qocalmış Aşıq Əsədin evində qalıb, onunla da məclis keçirirmiş. Daha sonralar Aşıq Cahad Göyçəyə qayıdaraq ustadının oğlu və qardaşı oğlu ilə məclislərə gedərmiş. Ozü də sonuncu ilə — Aşıq Nəcəflə daha çox. Aşıq Cahad da, artıq yaşı ötdukdən sonra, Şərqi Azərbaycanda, eləcə də Bakıda tanınmağa başlayıb. Belə ki, televiziya və radionun fondunda onun 1990-cı illərədək bircə lent yazısı yox idi. 1987-ci ildə Göyçə aşıqlarının və el şairlərinin – Haqverdi Talıboğlunun, onun özünün, Daşkəndli Aşıq Hacının, Babacanlı Aşıq Mikayılın, Zəki Islam, Eldar İsmayıl və digərlərinin Bakı səfəri zamanı televiziya və radionun saymazyanalığı və yekəxanalığından qəzəbləndim və Dövlət səs yazıları arxivinin direktoru Yaqub Mədətovun milli qeyrətindən faydalanmalı oldum.
Aşıq Dəmir
Aşıq Dəmir Gədəbəyli (Vəliyev Dəmir Allahyar oğlu; 1972, Arabaçı, Gədəbəy rayonu – 18 mart 2020, Bakı) — Azərbaycan aşığı, "Koroğlu havaları"nın mahir ifaçısı. == Həyatı == Aşıq Dəmir Gədəbəyli 1972-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində doğulub. 1986-cı ildə Zamanlı kənd orta məktəbinin 8-ci sinfini bitirmişdir. Aşıq Dəmir Gədəbəyli 18 mart 2020-ci ildə Bakı şəhərində vəfat edib. == Yaradıcılığı == 1986-cı ilə qədər Aşıq İmran Həsənovun yanında şəyird olmuşdur. Aşıq Dəmir İmran Həsənovun sənət keyfiyyətlərini mənimsəmiş, istedadlı aşıq kimi ustadının yanında yetişmişdir. Zil səsə malik olan sənətkardır. "Koroğlu havaları"nın mahir ifaçısıdır. Xarici ölkələrdə keçirilən mədəniyyət tədbirlərində iştirak etmişdir. Aşıq Dəmir Gədəbəyli poetik yaradıcılıqla da məşğul olmuşdur.
Aşıq Feydayi
Aşıq Feydayi (Murad İspər oğlu; 1783, Gürcüstan) — Axısqa türklərindən olan Türk aşığı. == Həyatı == 1783-cü ildə Axısqa türklərindən olan bu aşıq Kutsada doğulmuşdur. Sonralar Böyük Xosbiyyə kəndində yaşamışdır.
Aşıq Firudin
Firudin Abid oğlu İsgəndərov – Azərbaycanlı aşıq. == Həyatı == İsgəndərov Firudin Abid oğlu 22 yanvar 1967-ci ildə Göyçə mahalının Basarkеçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. Hələ uşaqlaqdan ana babası Hidayətdən, atası Abiddən və qardaşı Aşıq Nuriddindən saz havalarını çalmağı və ifaçılığı mükəmməl öyrənmişdir. 1984-cü ildə Daşkənd kənd orta məktəbini bitirmişdir. 1985-ci ildən 1987-ci ilə qədər Saxalin və Kuril adalarında əsgəri xidmətdə olmuşdur. 1987-ci ildə Bakı Sənayе Tеxnikumuna qəbul olmuş və 1990-cı ildə tеxnikumu bitirmişdir. 1988-ci ildə məlum hadisələrlə əlaqədar doğma yurdu tərk еdən aşıq Bakı şəhərində məskunlaşmışdır. 1991-1995-ci illərdə «Aşıq Ələsgər» adına mədəniyyət еvində saz-solo ifaçılıq sənətini gənclərə öyrətmişdir. Aşıq Firudin İsgəndərov saz havalarından 60-a qədərini bilir, çalır və oxuyur. O, hal-hazırda Bakı şəhərində yaşayır və aşıqlıq sənətini də davam еtdirir, еl şənliklərində müntəzəm çıxışlar еdir.
Aşıq Fətulla
Aşıq Fətulla Göyçəli (tam adı: Əliyev Fətulla Əbdüləzim oğlu; 1941, Nərimanlı, Basarkeçər rayonu) – müəllim, ustad aşıq, "Əməkdar mədəniyyət işçisi", Azərbaycan Aşıqlar Birliyinin üzvü. == Həyatı == Aşıq Fətulla Göyçəli 1941-ci ildə Göyçə mahalının Söyünquluağalı (Nərimanlı) bölgəsində Əbdüləzim kişinin ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarından saza-sözə böyük maraq göstərmişdir. Aşıq Fətullanın formalaşmasında məlahətli və zil səs tembri olan atası Əbdüləzim kişinin müstəsna rolu olmuşdur. 1948–1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azəri türkləri doğma yurd-yuvalarından deportasiya olunarkən Əbdüləzim kişi də öz ailəsi ilə birlikdə Bərdə rayonunun Kətəlparaq kəndində məskunlaşırlar. Göyçənin Yarpızlı kəndindən olan Aşıq İman öz ailəsi ilə həmin kəndə pənah gətirir. Aşıq İmanın Əbdüləzim kişinin boş qalan evində özünə sığınacaq tapması balaca Fətullanın gələcək həyatının müəyyənləşməsində tramplinə çevrilir. Aşıq İman 1953-cü ilə qədər Fətullanı öz balası kimi bəsləmiş, aşıqlıq sənətinin ibtidai mərhələsini, oturub-durmağı, məclisdə davranış qaydalarını öyrətmiş, özü ilə el şənliklərinə aparmışdı. Deportasiya olunmuşlardan bəziləri öz ata-baba yurdlarına qayıtmalı oldular. Məlahətli zil-səs tembrinə malik Fətullanı ustad aşıqlar özləri ilə birlikdə toy şənliklərinə dəvət etməyə başlayırlar.
Dəmirçi Aşıq Hüseyn
Dəmirçi aşıq Hüseyn (1885, Bozalqanlı – 1964) — Azərbaycanlı ustad aşıq. == Həyatı == Dəmirçi Hüseyn 1885-ci ildə Tovuzun Bozalqanlı obasında dünyaya gəlib. Bu kənddə şərq ədəbiyyatına, milli Azərbaycan xəzinəsinə bir neçə qüdrətli sənətkar bəxş edib. Şair Hüseyn Bozalqanlı, Xəyyat Mirzə, Şair Vəli. Qaçaq Kərəmin müasiri və silahdaşı Qara Tanrıverdi, Telli Əsəd, Mamoy Kalvayı Əsəd və i. və s. kimi şəxslər də buradandır Dəmirçi Hüseynin atası Rza, Rzanın atası Rzaqulu və Rzaqulunun ata və babası Şahqulu, Səfiqulu da qüdrətli sənətkarlar olublar. Sazla, sözlə yaşayıblar. Dəmirçilik sənətinə yiyələniblər. Hər biri neçə-neçə sənətkar yetişdirib.
Gədəbəy Aşıq Musiqisi Məktəbi
Gədəbəy Aşıq Məktəbi — Azərbaycanda ilk dəfə yaradılan Gədəbəy rayonunda fəaliyyət göstərən aşıq məktəbi. 30 daimi iş yerinin açılacağı bu mədəniyyət ocağında 200 nəfər aşıq sənətinin sirlərinə yiyələnəcəkdir. Məktəb binasının tikilib istifadəyə verilməsində əsas məqsədlərdən biri də aşıq və saz sənətini YUNESKO səviyyəsinə çıxarmaqdır. == Tarixi == Bu musiqi ocağının təməli 2009-cu il mayın 26-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Aşıq Musiqisi Məktəbi binasının tikinti işlərini "Regionların inkişafı" İctimai Birliyinin sifarişi ilə "Lider monolit" şirkəti həyata keçirəcəkdir. İkimərtəbəli bina üçün Heydər Əliyev parkının qərb hissəsində 4 min 169 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Musiqi məktəbi binasının ən müasir standartlara uyğun inşası üçün 1,5 milyon manat vəsait ayrılmışdır. Tikinti işləri 2013-cü ilin iyununda başa çatdırılmışdır. Musiqi məktəbində inşaat işləri "Lider Monolit" şirkəti tərəfindən həyata keçirilmişdir. == Məktəbin açılışı == Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışı 2013-cü il sentyabr ayının 10-da olmuşdur.
Kürdü (aşıq havası)
Kürdü — aşıq havası. Lirik xarakterlidir. Poetik mətni ayaqlı qoşma olan Kürdü yarıreçitativ şəkildə oxunur. Kürdünün melodiyası şur məqamındadır. Sazda qaraçı kökündə ifa olunur.
Naxçıvan Aşıqlar Birliyi
Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyi - Naxçıvan Muxtar Respublikasında milli xalq sənəti olan aşıq yaradıcılığının inkişafı üçün yaradılmış yaradıcılıq birliyi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncamdan sonra muxtar respublikada yaradılıb. 2009-cu ilin dekabrında yaranan muxtar respublikanın Aşıqlar Birliyi gənc və istedadlı aşıqları bir araya gətirib. 2010-cu ilin avqust ayında Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində birliyin təşkilatçılığı ilə ilk konsert keçirilib. Birliyin 2016-cı ildə keçirilən növbəti konfransında isə Aşıqlar Birliyinin İdarə Heyətinin yeni tərkibi seçilib. 2009-2016-cı illərdə birliyə Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri İxtiyar Seyidov (Aşıq İxtiyar) olub. 2016-cı ildə birliyin yeni sədri Tural Bağırov seçilib.
Samirə Əliyeva (aşıq)
Samirə Əliyeva (tam adı: Samirə Zimirxan qızı Əliyeva; 29 sentyabr 1981, Bakı) — ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, azərbaycanlı aşıq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, 2014-2017-ci illərdə Prezident Mükafatçısı, Azərbaycan Aşıqlar Birliyinin üzvü. Samirə Əliyeva 29 sentyabr 1981-ci ildə Bakıda anadan olmuşdur. Təhsilinə 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə başlayaraq, 1998-ci ildə 98 saylı orta məktəbi bitirmişdir. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili almışdır. 1991-ci ildən aşıq sənəti ilə məşğuldur. 2006-cı ildən ADMİU-nun dissertantı olmuş Samirə Əliyeva 2013-cü ildə tədqiqat işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2019-cu ilin mart ayında, AAK tərəfindən dosentlik diplomu ilə təltif olunmuşdur. Samirə Əliyeva 2004-cü ildən ADMİU-nun "Estrada və populyar musiqi" kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb. 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən dosent vəzifəsində çalışır. 2022-ci ildən kafedranın müdiridir.
Sarı Aşıq türbəsi
Sarı Aşığın abidəsi (XVII əsr) – Laçın rayonu Güləbird kəndi ərazisində bayatı ustadı Sarı Aşığın qəbri. Həm şifahi xalq ədəbiyyatı, həm də yazılı ədəbiyyatda mahir bayatı ustası kimi tanınan Sarı Aşığın həyat yolu hələ saglığında ikən əfsanə və rəvayətlərə çevrilmiş, onun adı və sənəti əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatmışdır. XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında Həkəri çayının sağ sahilində XVII -XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olub, burada yaşayıb və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunub. Aşığın qəbrinin baş daşına onun xəyali şəkli də həkk olunub. Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir. Sarı Aşığın həyatıyla bağlı xalq arasında "Yaxşı və Aşıq" dastanı təşəkkül tapıb. Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, "bayatı qoşmaq qadın işidir" deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük verib. Aşıq əsasən əxlaqi məsələlərə toxunan bu bayatılarında cinaslardan çox ustalıqla istifadə edib.
Aşıq Bəhmən Ardanışlı
Bəhmən İsa oğlu Kazımov (Aşıq Bəhmən Göyçəli; 30 yanvar 1960, Ardanış, Krasnoselsk rayonu) — Azərbaycan aşığı. Azərbaycan Aşıqlar Birliyinin (1989) və Dədə Ələsgər Ədəbi Məclisin (2022) üzvü. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (16.10.2021). == Həyatı == Bəhmən Kazımov 30 yanvar 1960-cı ildə Çəmbərək rayonunun Ardanış kəndində anadan olmuşdur. 1967-ci ildə Ardanış kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi bitirmişdir. 1977-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya-biologiya fakültəsinə daxil olmuşdur. 1982-ci ildə coğrafiya əlavə biologiya ixtisasına yiyələnərək Ağdaş rayonu Yenicə kənd orta məktəbində coğrafiya, biologiya ilə bərabər musiqi müəllimi işləmiş, eyni vaxtda bu məktəbdə direktorun tədris işləri üzrə müavini olmuşdur. 1984-cü ildə Göyçə mahalına qayıdaraq öz doğma kəndi Ardanış və həm də eyni vaxtda Şorca kənd orta məktəblərində coğrafiya müəllimi işləmişdir. 1985-ci ildən Ardanış kənd orta məktəbində həm də biologiya və musiqi müəllimi işləmişdir. 1988-ci ildə erməni təcavüzü nəticəsində öz doğma ata-baba torpaqlarından qovularaq Bakı şəhərinə pənah gətirmişdir.
Aşıqlar qəhvəsi
Aşıqlar qəhvəsi — Azərbaycan şəhərlərində aşıqların türkcə hekayə söylədiyi qəhvəxana. İran Azərbaycanının şəhər, qəsəbə və kəndlərində aşıqlar qəhvəxanalarda tamaşaçıları əyləndirirdilər. İlhan Başgözün dediyinə görə, 1960-cı illərin sonlarında aşıq ifasına həsr olunmuş qəhvəxanalar böyük şəhər mərkəzlərində yerləşirdi və onların müştəriləri kəndlilərdən və ya iş üçün şəhərə gələn qəbilələrdən ibarət idi. Bu qəhvəxanalar arasında ən məşhuru Təbrizdə yerləşən "Hüseyn Tirandaz qəhvəsi" idi. 1970-ci illərin əvvəllərindən bəri solçu ziyalılar bu xüsusi qəhvəxanaya tez-tez gəlmiş və 1970-ci illərin ortalarında onu tələbə hərəkatının mərkəzinə çevirmişdilər. İran inqilabından sonra on il ərzində bütün aşıq musiqisi qadağan edilmişdir.
Aşıq Qərib (dəqiqləşdirmə)
Aşıq Qərib
Aşıq Qərib (povest)
"Aşık Qərib" (rus. Ашик Кериб) — Mixail Lermontovun 1837-ci ildə yazdığı povestdir . Aplin öz təəssüratlarını bölüşdüyü məqaləsində onun xarakteristikasını "qaranlıq" kimi təsvir edir və " Qafqazda bir qədər fərqli versiyalarda yaxşı tanınan xalq nağılının yenidən işlənməmiş transkripsiyası" kimi qələmə verir. Powelstock bunu "nəsrdə bir türk nağılının transkripsiyasına bənzəyən yazı" kimi təsvir edir. Daha sonralar qələmə aldığı "Dövrümüzün Qəhrəmanı" əsəri ilə birlikdə Aşıq Kərib obrazı fonunda Qafqaz mənzərələrinin və adət-ənənələrinin Lermontovun yaradıcılıq şüurunda böyük rol oynadığını göstərir. "Aşıq Kərim" həm də 19-cu əsr rus ədəbiyyatında Qafqaz möbzulu janrının bir hissəsidir (Rusiya imperiyasının Qafqaz dağlarının cənubundakı torpaqları ələ keçirmək üçün uzun sürən hərbi əməliyyatlar apardığı vaxtlarda yazılmışdır).
Aşıq Ələsgərin qəbirüstü abidəsi
Aşıq Ələsgərin qəbirüstü abidəsi — Ermənilər tərəfindən Basarkeçər rayonunda dağıdılmış qəbirüstü abidə. == Haqqında == Ermənistan silahlı dəstələri tərəfindən 1918-ci ildə Göyçə mahalı işğal olunmuş və Sovet hakimiyyəti Ermənistanda qurulan ərəfədə Aşıq Ələsgər məcburu qaçqın düşərək Kəlbəcər rayonunda yaşamışdır. Aşıq Ələsgər 1926-cı ildə doğulduğu kənddə vəfat etmişdir. Aşıq Ələsgərin 1972-ci ildə 150 illik yubileyi qeyd edilmiş və məzarı üzərində qəbirüstü abidə ucaldılmışdır. Ermənilər 1935-ci ildə Ağkilsə kəndinin adını dəyişdirərək Azat qoymuşlar. 1935-ci ildə Aşığın doğulduğu kənd olan Ağkilsə kəndinin adı dəyişdirilərək Azat adlandırılmışdır. 1988–89-cu illərdə kəndin əhalisi Ermənistandan deportasiya edilmiş və bundan sonra ermənilər Aşıq Ələsgərin qəbirüstü abidəsini dağıtmışlar. == İstinadlar == == Həmçinin bax == Aşıq Ələsgər Basarkeçər Ağkilsə Aşıq Ələsgər küçəsi (Bakı) "Aşıq Ələsgər – 200" yubiley medalı Aşıq Ələsgər (film, 1972) == Xarici keçidlər == "Aşıq Ələsgərin 200". /www.yeniazerbaycan.com. İstifadə tarixi: 5 noy 2023.
Aşıqlar (dəqiqləşdirmə)
Aşıq — saz ifaçısı, saz sənətini icra edən şəxs.
Aşıqlar (film)
Aşıqlar qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır. == Məzmun == Aşıq yaradıcılığı xalqımızın ən qədim mənəvi sərvətidir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır. Kinolentdə təkcə aşıqlar haqqında deyil, sazın yaranma tarixindən, hazırlanma texnologiyasından da danışılır. Bu film kino işçilərinin Azərbaycan aşıqlarının IV qurultayına töhfəsidir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Anar Rejissor: Xamis Muradov Operator: Köçəri Məmmədov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Aşıqlıq
Azərbaycan xalqının fəlsəfi mədəniyyətinin intensiv inkişafının daha da artdığı Hacıbəyovdən sonrakı dövrdə peşəkar bəstəkarlıq yaradıcılığında musiqi təfəkkürünün formalaşmasını nəzərdən keçirərkən və tədqiq edərkən baş verən təzahürün həlledici mənbələrinin rolunun təhlilinə diqqət yetirəcəyik. Yəni – aşıq sənəti, kamil muğam qatları və müasir bəstəkarlıq yaradıcılığının yeni üslub xüsusiyyətləri kimi musiqi mədəniyyəti mənbələrindən Ü. Hacıbəyov yaradıcılığı əsasında uğurla və çox həssaslıqla istifadə nəzərdə tutulur. Xalq yaradıcılığında mövcud olan aşıq sənəti üçün yeni keyfiyyət xüsusiyyətləri xasdır ki, bunlar da milli irs kimi Azərbaycanda peşəkar bəstəkarlıq yaradıcılığının əvəzolunmaz və çox mühüm mənbəsi hesab edilir. Bu irs sitat xarakterli deyildir, çox taktla və yerində intonasiya, metroritm, səciyyəvi səslənmələr, obrazlı tərkib hissələrdən istifadə edir. Bu da təbiidir, belə ki, aşıq sənəti Azərbaycan cəmiyyətinin mənəvi aləminin ruhunda və qanındadır. Xalqın tarixi dəyəri və mənəvi inkişaf səviyyəsi həmin xalqa mənsub yaradıcı şəxslərin yaradıcılıq fəaliyyət nəticələri ilə müəyyən olunur. Təbii ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən bir də çoxəsrlik aşıq musiqisində təzahür olunur. Bu, xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Bu incəsənət növündə poeziya, musiqi, rəqs, ifaçılıq sintezi özünü göstərir. Aşıq musiqisi, aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır.
Aşıqçı
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi
Azərbaycan Aşıq Sənəti Muzeyi – Azərbaycanın Tovuz rayonunda yerləşən və Azərbaycan aşıq sənətinə həsr olunmuş muzey. Muzey Aşıq Hüseyn Bozalqanlının adını daşıyır. == Tarixi == Muzey 1984-cü ildə ozan-aşıq muzeyi kimi yaradılmışdır. 22 mart 1990-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 116 saylı qərarına əsasən muzeyə dövlət statusu və Hüseyn Bozalqanlının adı verilmişdir. 2013-cü ildə Nazirlər Kabinetinin 374 saylı sərəncamı ilə muzeyin yeni binasının tikintisinə başlanmışdır. Yeni muzey binasının tikintisi 2019-cu ilin ikinci yarısında başa çatmışdır. Muzeyin açılışı 4 mart 2020-ci ildə baş tutmuşdur. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir. 2021-ci ildə muzeyin 1208 ziyarətçisi olmuş, muzeyə 52 ekskursiya təşkil olunmuşdur. == Xüsusiyyətlər == Muzey dünyada aşıq sənətinə həsr olunmuş yeganə muzeydir.
Aşıq Xanış Pirbəxtikəm
Aşıq Xanış Pirbəxtikəm (Xanış Xeyrulla oğlu Zahidov; 1932, Nabur, Şamaxı rayonu, (hal hazırda Qobustan rayonu) — avqust, 2010) — Azərbaycanın el aşığı, Şirvan aşıq məktəbinin nümayəndəsi, el şairi. == Əsərləri == "Məhəbbətin qüdrəti" mahnısı.
Aşıq Ələsgərin heykəli (Bakı)
Aşıq Ələsgərin heykəli — XIX- XX əsrlərdə yaşayıb-yaratmış, aşıq, şair Aşıq Ələsgərə Bakı şəhərində ucaldılmış abidə. Heykəlin açılışı 30 sentyabr 2024-cü ildə olub. Heykəl Rəşid Behbudov küçəsi ilə Abbasqulu ağa Bakıxanov küçəsinin kəsişməsində ucaldılıb. == Tarixi == Aşıq Ələsgərin heykəlinin Bakı şəhərində açılışı 30 sentyabr 2024-cü ildə olub. Heykəlin aşılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, dövlət rəsmiləri və ictimaiyət nümayəndələri iştirak edib. Abidə Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsindəki parkda ucaldılıb. Heykəlin müəllifi xalq Rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir. Heykəlin ümumi hündürlüyü 4 metrdir. Materialı Tunc qranitdir. Abidə Bakı şəhərində aşıq sənəti nümayəndəsinin şərəfinə ucaldılmış ilk monumentdir.
Aşıq Ələskərin heykəli (Bakı)
Aşıq Ələsgərin heykəli — XIX- XX əsrlərdə yaşayıb-yaratmış, aşıq, şair Aşıq Ələsgərə Bakı şəhərində ucaldılmış abidə. Heykəlin açılışı 30 sentyabr 2024-cü ildə olub. Heykəl Rəşid Behbudov küçəsi ilə Abbasqulu ağa Bakıxanov küçəsinin kəsişməsində ucaldılıb. == Tarixi == Aşıq Ələsgərin heykəlinin Bakı şəhərində açılışı 30 sentyabr 2024-cü ildə olub. Heykəlin aşılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, dövlət rəsmiləri və ictimaiyət nümayəndələri iştirak edib. Abidə Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsindəki parkda ucaldılıb. Heykəlin müəllifi xalq Rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir. Heykəlin ümumi hündürlüyü 4 metrdir. Materialı Tunc qranitdir. Abidə Bakı şəhərində aşıq sənəti nümayəndəsinin şərəfinə ucaldılmış ilk monumentdir.
Aşiq
Sevgi, eşq və ya məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsi və bağlanması. Müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Sevgi ən yüksək fəzilət və ya yaxşı vərdişdən, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edir. Valideyn sevgisi, Vətən sevgisi, həyat yoldaşı sevgisi fərqli mənaları ifadə edir. Məhəbbət həm müsbət, həm də mənfi olaraq qəbul edilir, onun fəziləti insani mehribanlığı, şəfqəti və məhəbbəti təmsil edir. Qədim yunan filosofları sevginin altı formasını müəyyən etmişlər: ailə sevgisi, dostluq məhəbbəti və ya platonik sevgi (philia), romantik sevgi (eros), özünə sevgi (philautia), qonaq sevgisi (xenia), ilahi və ya qeyd-şərtsiz sevgi (agape). Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s.
Zaur Aşiq
Ömər Aşiq
Ömər Faruk Aşıq (türk. Ömer Faruk Aşık)—;(d.4 iyul 1986) Türkiyəli profisional basketbolçudur. O Milli Basketboll Assosasiyasının Nyu Orlean Pelikansında oynuyur. 19 yaşında Avropa Beynəlxalq oyununda 7:0 hesabı ilə qalin gəlmişdi. O ilk dəfə Türkiyənin Fənərbaxça basketbol qrupunda 2005-06-cı illerde oynayıb. Alpellada birinci mövsümündən sonra yenidən Fənərbaxçaya qayıdır ancaq 2009-cu ilde Oradan çıxır. 2009-10-cu illərdə Türkiyənin əsas komandasında oynayır. 2010-cu ildə FİFA-nın dünya çempionatında oynayır. Bu oyunlar zamanı Türkiyə gümüş medal qazanır. 2010-cu ildə Aşıq Çikaqo Bullsa komandasına qatılır.
Aşiq Şekspir
Aşiq Şekspir (ing. Shakespeare in Love) — 1998-ci ildə istehsal olunmuş romantik komediya filmi. == Məzmunu == 16-cı əsr İngiltərədə keçən bu romantik komediya filmində gənc Shakespearenin eşq həyatı izah edilir. Shakespearenin (Cozef Fiennes) eşq həyatı son dövrdə, heç də yaxşı davam etmir. Yeni oyunu "Romeo and Ethel the Pirate s Daughter" mövzusunda isə hələ bir şeylər ortaya çıxara bilməmişdir. Shakespearenin pərəstişkarlarından zəngin və gözəl Viola də Lesseps (Gwyneth Paltrow) duyğusuz bir adam görünüşündəki Lord Wessex ilə evlənmək üzrədir. xəyalında oyunçu olmaq da yatan Viola ilə Shakespeare cütlüyü , tanış olmalarından sonra yeni bir eşqə yelkən açacaqlar.
Aşiq olma
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Aşiq olmaq
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.