Fevralın 22-sindən martın 21-nədək olan dövr el arasında bozay adlanır. Görünür, burada boz rəng bildirir, havanın bozarması ilə bağlıdır
Xörəyə baş soğan (bütöv halda) tökülür. Baş sözü bununla bağlıdır. Boz isə xörəyin rəngi ilə əlaqədardır, farslar buna “abguşt” deyirlər
Əsli biçək kimi olub, “sancaq” deməkdir. Biçmək feilindən sancaq qəlibi üzrə əmələ gəlib. İkinci yozum: təqlidi sözdür, çıxardığı səslə bağlıdır
Ərəb dilində olan bu sözün türk dilində qarşılığının biri də yala kəlməsi olub (yalan sözü də buradandır)
Bizdə canavar sözünün sinonimi kimi böri kəlməsi də olub. Mənası “tünd boz” deməkdir. Ehtimal ki, canavar öz rənginə görə böri adlanıb (porsuq da boz
Sözün börük forması da olub. Bəzi türkoloqlar sözün bürümək feili ilə bağlı olduğunu yazıblar. İnandırıcıdır
Bu, “üstü örtülü” (bükülü) mənasını əks etdirir, bükmək, bürümək feili ilə bağlıdır. Puçur sözü də mənbələrdə belə izah olunur, büri, bür, buruq kimi
Bəzi dialektlərdə kök, yağlı, piyli adamlarla bağlı işlədilir. Səbəbi isə odur ki, böyrək piylə örtülü olur
Boy sözü ilə bağlıdır: boyun artması. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bağırmaq kəlməsi ilə qohumdur və təqlidi yolla yaranıb. Əsli böy +ğür –mək kimi olub, bu əlamət bağırmaq sözündə özünü daha çox büruzə verir
Ədəbiyyatda, hətta məktəb dərsliklərində bu kəlmə “böyük tikanlı” şəklində açıqlanır. Türk dillərinin çoxunda həmin söz börleqen, bögürtlen (Anadolu
ing. browser < browse – gözdən keçirmək
ital. breccia – çınqıl, qırıntı
ing. brand – damğa
Fransız sözüdür, hərfi mənası “qabıq”, “pərdə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
fr. brises – zəif külək
Əbu Həyyan (1256-1344) “Kitab Əl-idrak li-lisan əl-ətrak” (Bakı, 1992, s. 17) əsərində göstərir ki, bu əvəzliyi yerinə, şu (uş) əvəzliyi işlədilir (A
Sözün kökü biçmək (kəsişmək) feili ilə bağlıdır. Xətlərin kəsişməsi bucaq əmələ gətirir. Bulunmaq feili ilə də əlaqələndirmək olar, mənbələrdə buluncu
Çanaq oynağı (el arasında “çanaqlıq” deyirlər) ilə diz arasında olan hissənin adıdır. Güman ki, budaq, buynuz və baldır sözləri ilə qohumluğu var
Bu sözlə yanaşı, adır kəlməsi də mövcud olub, ayırmaq feili ilə bağlıdır. Budaq və bud (ayaq, qıç) sözləri kökdaşdır
Bud (“çıxıntı” mənasında) sözündən -a şəkilçisi vasitəsi ilə düzəlmiş feildir. Budaq sözü ilə qohumdur
sanskr. budda – oyanmış, fərqində olan
“Buxarlanmaq” mənasını əks etdirən bu feili mövcud olub. Ba (bağla) feilindən bağ ismi əmələ gəldiyi kimi, həmin qəlib üzrə də bu feilindən buğ ismi t
Döllük kələdir. İki hörgüclü erkək dəvəyə “buğra” (buğur) deyilir. Ehtimal ki, buğa sözü buğra sözünün dəyişmiş formasıdır
Buğa və öc sözlərindən əmələ gəlib (buğdadan öc alan). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Axsaq (əsli: ağsaq), bağırsaq (əsli: borusaq), qarsaq (əsli: göysaq), qursaq (əsli: yumrusaq), sarımsaq, qaysaq kimi sözlərdəki –sa (-saq) şəkilçisi
Buğday kimi də işlədilən bu kəlmə monqol mənşəlidir. Türk dillərində buğda yerinə, aşlıq işlədilib (Əbu Həyyanda və başqalarında belə verilib)
Xörək adıdır, bozartmanın bir növüdür: azca su vurur, öz buğunda bişirirlər. Buğ kəlməsi əsasında əmələ gəlib, “buğda bişən” deməkdir
Sümüklərin uclarının bir-birinə birləşdiyi yer, bənd, qamış kimi bitkilərdə düyün anlamında işlədilən bu söz qədim bo feilindən əmələ gəlib
Sözün birinci hissəsi (buğum) boğmaq feili zəminində əmələ gəlib. Ayaqlarında boğuq yerlər olur (məsələn: yenəclər, yəni “xərçənglər”)
“Şiş, sallantı” anlamı ilə əlaqədardır. Sözün mənşəyi boğaz kəlməsi ilə kökdaşdır: boğazla çənə arasında əmələ gələn ətli hissədir, bir qədər sallanmı
Alimlərin fikrincə, alınma sözdür və buxar kəlməsi ilə bağlıdır. Türk dillərində onun əvəzinə tarixən tütündük sözü işlədilib
Mənbələrdə boğağı kimi göstərilib. Boğmaq (ehtimal ki, bu da bağlamaq) feili ilə qohumdur. Buxovluq (mənbələrdə bokağılıq kimi qeydə alınıb) sözü də m
Buxov sözündəndir, atın ayağında buxov bağlanan hissənin (бабка) adıdır. El arasında buxoyluq kimi də işlədilir
alm. bucht – körfəz
Alınma sözdür, tələffüzü də ağırdır, xalq arasında da yayıla bilməyib. Bizdə onun əvəzinə qayakələri işlədilib, indi də el içində çox yayılıb
Mənbələrdə bulğaq kimi verilib və ruscaya “волнение” kimi çevrilib. Deməli, bulanmaq (qaynamaq) kəlməsi ilə bağlıdır
Mənbələrdə bulğaq kəlməsi var və “suyun dalğalanması”, “qaynaması” kimi açıqlanıb. Görünür, bulaq sözü bulanmaq (qaynamaq, poqquldamaq) kəlməsi ilə qo
Heyvan təzə doğulduqda onun ilk 2-3 günlük südü ağuz adlanır. Sonrakı bir neçə günün südünə “bulama” deyirlər
Bulamaq (“qarışdırmaq” anlamında) feili ilə bağlıdır. Qarşılıq növdə bulaşmaq kimi işlədilir. Mayeyə başqa şey (torpaq və s
Qadın adıdır, ehtimal ki, büllur və ya Ballı sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bu söz qədim hind dilində “сгуститься”, irland dilində “загустевший”, island dilində “густой” mənalarında işlədilib
Bu və yer sözlərinin birləşməsindən əmələ gəlib, sonra sadələşərək bura şəklinə düşüb. (Bəşir Əhmədov
Bir şeyin belini məftillə bərk sarımaq üçün onu (məftili) burur və bu zaman xüsusi ağacdan, dəmirdən burma vasitəsi kimi istifadə edirlər
Burmaq feilindən düzəldilib, -t şəkilçisi təsirli feil düzəldir, -cu, əslində, -ğu kimi olub: bur-ğut-maq
Burmaq feilindən əmələ gəlib. Sancıya da “buru” deyirlər. Hər ikisi eyni kökə malikdir. Ruslardakı бурение kəlməsi də bizdən keçib
Sözün əsli soluxmaq qəlibi üzrə yaranıb və buruxmaq kimi olub. Səslərin yerdəyişməsi nəticəsində burxuq (burxulmaq və s
Rus dilindəki шуруп sözünün türk dilindəki qarşılığıdır. Sözün birinci hissəsi burmaq feili ilə bağlıdır, çüy isə ağacdan düzəldilmiş mıxa deyiblər
Dilimizdə boramaq feili olub və “boran, tufan” mənalarını da əks etdirib. Burmaq, burulğan (burağan forması da qeydə alınıb) sözlərinin kökü bor (bur)
“Əsli və Kərəm”də “burum-burum qar gəlir” misrası var. Burum burmaq feili ilə bağlıdır. Əsməkdən əsim, burmaqdan burum və s