Этимологический словарь азербайджанского языка

  • TƏHMURAZ

    Teymuraz kimi də işlədilir. Qədim mənası “güclü tülkü” deməkdir (“Avesta”dan gəlmə sözdür). “Çoxbilmiş” anlamında işlədilir

    Полностью »
  • TƏHRİF

    Ərəbcədir və hərf sözü ilə qohumdur. Sözdəki hərfi dəyişməklə mənanın pozulmasına deyiblər. İndi bir qədər geniş anlamda işlədirik

    Полностью »
  • TƏHSİL

    Ərəb sözüdür. Məhsul, istehsal, hasil kəlmələri ilə kökdaşdır. Terminoloji mə­­nası “bioloji varlıq olan adamdan insan (şəxsiyyət, sosial varlıq) iste

    Полностью »
  • TƏHSİN

    Ərəb sözüdür, hüsn, Həsən, Hüseyn, Hüsniyyə, əhsən kimi sözlərlə kök­daş­dır, “tərif”, “gözəllik” mənalarında işlədilir

    Полностью »
  • TƏHTƏL

    Ərəb mənşəlidir. Təht “alt” deməkdir. Təhtəl-şüur - “şüuraltı”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏHVİL

    Ərəbcə həvalə (etmək) sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏXƏYYÜL

    Ərəbcə xəyal, xülya sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏXRİBAT

    Ərəbcə xarab (etmək) sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏK

    Yerin təki deyirik, tək “alt” deməkdir. Farscadır, onlar tapqıra “təkbənd” (“altın­dan bağlanan”) deyirlər

    Полностью »
  • TƏK-TÜK

    Tək-tək sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏKALTI

    Ulaqla bağlı, qaltaq, tərlik, üzlük, tapqır, üzəngi, quşqun, sinəbənd, təhlim, bo­ğazaltı, burunluq, çul, alıq, palan, yüyən, kəm, kəlləlik, qancığa v

    Полностью »
  • TƏKƏ

    Dıbır sözünün sinonimidir. Farslar buynuzlu qoyuna (qoça) təkəl deyirlər. Görünür, təkə “buynuzlu” (uzun buynuzlu) deməkdir

    Полностью »
  • TƏKƏBBÜR

    Ərəbcə kəbir, kübra, əkbər sözləri ilə qohumdur, “özünü böyük tutan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏKƏLDUZ

    İki yozumu mövcuddur: a. Tək, əl və farsca duz (tikən), yəni “tək əllə tikilən”.  b. “Tək əllə düzülən (bəzədilən)”

    Полностью »
  • TƏKƏR

    Mənası “ox ətrafında fırlanan” deməkdir. Dəyirmi sözü ilə qohumdur. Dəyir­man kəlməsi də təkər (dəyirmi) sözü ilə bağlıdır

    Полностью »
  • TƏKƏRLƏMƏ

    Nağıllarda eyni ifadənin təkrarlarına (biri vardı, biri yoxdu...) təkər­lə­mə deyilir. Təkər sözü ilə bağlıdır, ifadələr hər nağılda “fırlanır”, təkra

    Полностью »
  • TƏKKƏ

    Ərəb sözüdür, sufilərin toplandığı yerdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏKRİR

    Ərəbcə təkrar, kərrar (dönə-dönə hücum edən) sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏQDİR

    Ərəbcə qədir (qiymət) sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏQRİBƏN

    Qərib kəlməsi ilə qohumdur. Qərib sözü “təxmini” mənasını əks etdirir. Ərəb mənşəlidir, “yaxınlaşdırma” anlamını əks etdirir

    Полностью »
  • TƏQSİR

    Ərəbcə qüsur sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏLƏBƏ

    Ərəb sözüdür, “tələb edən” deməkdir. Student də (latıncadır) “cəhd göstə­rən” deməkdir. (Bəşir Əhmədov

    Полностью »
  • TƏLƏFXƏRC

    Qərb dialektlərində daha çox işlədilir, ərəb mənşəlidir, “bədxərc” de­məkdir, (xərcləyib yoxa çıxarmaq)

    Полностью »
  • TƏLƏM-TƏLƏSİK

    Güman ki, söz darmadağın qəlibi üzrə yaranıb və əsli təlmə-tələsik olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏLƏSMƏK

    Qaqauz dilində alat sözü var və ruscaya спешка kimi tərcümə olunub. Alatlan kəlməsi isə tələsik (торопливо) kimi açıqlanıb

    Полностью »
  • TƏLƏT

    Ərəbcə “üz, surət, gözəllik” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏLİMƏK

    Dialektlərdə aldatmaq kəlməsinə uyğun mənada işlədilir. Qədim mənası “ögey balanı (heyvanda) əmizdirməyə alışdırmaq, analığa isinişdirmək” deməkdir

    Полностью »
  • TƏMAS

    Ərəbcə məss (toxunma) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏMAYÜL

    Ərəbcə meyil, maili sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏMƏNNA

    Ərəb sözüdür, ərəblərdə təmənni kimi də işlədilir, “arzu”, “xahiş” demək­dir. Qərb dialektlərində təmənnaş sözü “xudahafizləşmək”, “görüşmək” anlamını

    Полностью »
  • TƏMİZ

    Fars sözüdür, natəmiz, təmizkar formaları da bunu sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏMSİL

    Ərəbcə misal, məsələ, əmsal sözləri ilə qohumdur. Mənasında “uyğunluq”, “bənzətmə” anlamları var. (Bəşir Əhmədov

    Полностью »
  • TƏN

    Yarı mənasında işlədilən bu söz monqol mənşəlidir, bizə fars dilindən keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏNASÜL

    Ərəbcə nəsil sözü ilə qohumdur. Tənasül orqanı, nəsilartırma anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏNDİR

    Farscadır, əsli tənir kimidir. Mənası “dəyirmi” deməkdir. Farslar boru (nov) yerinə tənure də deyirlər

    Полностью »
  • TƏNƏ

    Ərəbcədir, “danlaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏNƏFFÜS

    Ərəbcə nəfəs sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏNƏKƏ

    Nazik dəmir təbəqəsinə tənəkə (ustasına tənəkəçi) deyirik. Rusca “жесть” deməkdir. Bəzi türk dillərində pul sikkəsinə də təngə deyiblər (indi də ümumi

    Полностью »
  • TƏNƏZZÜL

    Ərəbcə nozul (aşağı enmək) sözü ilə qohumdur. Antonimi tərəqqi kəlməsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏNGNƏFƏS

    Təng farscadır, mənası “dar” deməkdir, nəfəs ərəbcədir (tənəffüs sözü ilə qohumdur). Təngnəfəs “nəfəs yolunun daralması” deməkdir

    Полностью »
  • TƏNTİMƏK

    Ehtimal olunur ki, əndihmək (əndikmək) sözünün təhrifindən ibarətdir, “çətin nəfəs almaq” deməkdir. (Bəşir Əhmədov

    Полностью »
  • TƏNZİMLƏMƏ

    Ərəb mənşəlidir, nizam sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏPƏ

    Top sözü ilə qohumdur. Yumruluq əlaməti əsas götürülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • TƏPƏR

    “Dədə Qorqud”da “Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala“ cümləsi var. Bu­ra­dakı dəpərə sözü müasir anlamda “təpərlə” deməkdir

    Полностью »
  • TƏPGƏC

    Bellə yer şumlayarkən ayaqla basılan xüsusi hissə təpgəc adlanır. Təp­mək, təpik sözləri ilə kökdaşdır (süzgəc qəlibi əsasında yaranıb)

    Полностью »
  • TƏPİK

    Təpinmək, təpgəc, təpmək kimi sözlərin arxetipi təp feilidir, “ayaqla zərbə vurmaq” deməkdir. Tuva dilində təp+i (görünür, yaz-ı qəlibi üzrə yaranıb)

    Полностью »
  • TƏPİLMƏK

    “Özünü harasa (tünlüyə, camaat arasına) soxmaq” deməkdir. Məncə, təpik (zərbə mənasında) sözü ilə qohumdur: başqalarını təpikləmək, aralamaq yolu ilə

    Полностью »
  • TƏPİMƏK

    Qədim variantı kepiməkdir (bir sıra türk dillərində indi işlədilir). Qax sözü də həmin kepimək feili zəminində əmələ gəlib

    Полностью »
  • TƏPİNGİ

    Atı minənlər onu mahmızlayır, hərəkətə gətirirlər. Mahmız atın böyrünü yaralamasın deyə, ora xüsusi gön bərkidirlər

    Полностью »
  • TƏPİTMƏ

    Sözün əsli kepimək (bərkimək, qurumaq) feili ilə bağlıdır. İlk iki səs (k, e) dəyişib və kepi kəlməsi təpi kimi formalaşıb

    Полностью »