AĞA

“Hündür”, “yuxarı” deməkdir. Bəzi türk dillərində əkə, yekə şəklində işlədilir.   

AĞ OLMAQ
AĞABALA
OBASTAN VİKİ
Abbas ağa
Abbas bin Əbdürrəzzaq (türk. Abbas bin Abdürrezzak) və ya sadəcə Abbas ağa (v. Qahirə) — Osmanlı sultanı IV Mehmet dövründə Topqapı sarayında qızlar ağası. == Həyatı == Abbas ağa Tuxan Xədicə Sultanın başağası idi və Müslih ağanın vəfatı ilə 9 aprel 1668-ci ildə qızlar ağalığına təyin edilmişdir. O, 16 iyul 1671-ci ildə işdən çıxarılaraq Misirə göndərilmişdir. Abbas ağa Misirdə vəfat etmişdir. O, qəbri Qahirədə İmam Şafii türbəsinin yaxınlığındadır.
Ağa Xan
Ağa Xan — İsmaili dini icmasının başçısı və Nizarinin irsi titulu . İran şahı Fəth Əli şah bu titulu qızı Fatimə vasitəsilə Məhəmməd peyğəmbərin nəslindən sayılan Kirman hakimi (1800-1881) kürəkəni Əbülhəsənə verib . Lakin sonra I Ağa Xan 1838-ci ildə İranda uğursuz üsyana rəhbərlik etdikdən sonra Əfqanıstan və Sindhə qaçdı . Böyük Britaniyanın dəstəyini qazanaraq Bombeydə məskunlaşmağı bacardı . Əbül Həsənin nəvəsi Sultan Məhəmməd şah (1877-1957), Ağa Xan III Hindistanın siyasi həyatında mühüm rol oynamış , müsəlman əhalidən Britaniya müstəmləkəçiliyinə dəstək almağa çalışmış , xüsusən də bütün dövlətlərin prezidenti olmuşdur. == Ağa Xan İnkişaf Şəbəkəsi == 1967-ci ildə İsmaili İmaməti tərəfindən yaradılmış, bir çox beynəlxalq təşkilatlarla, o cümlədən BMT, BMTİP, BMT-nin Narkotiklərə Nəzarət Proqramı, Dünya Bankı və s., eləcə də bir çox dövlətlərlə əməkdaşlıq edən ən böyük beynəlxalq özəl təşkilatlardan biridir. 1998-ci ildə təşkilat Qazaxıstanla əməkdaşlığa başlayıb, 31 avqust 2000-ci ildə Ağa Xanın Qazaxıstana ilk səfəri baş tutub və nəticədə Tacikistanın iştirakı ilə Orta Asiya Universitetinin yaradılması haqqında Müqavilə imzalanıb .
Ağa Zeynallı
Ağa Hacıbala oğlu Zeynallı (20 iyun 1952, Kürdəmir – 31 may 2023, Kürdəmir) — Azərbaycan tarixçisi, tədqiqatçı. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ağa Zeynallı 20 iyun 1952-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. Orta təhsilini keçmiş 13 saylı, indiki 6 saylı dəmiryol orta məktəbində almışdır. 1977-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca tarixçidir. Ağa Zeynallı 31 may 2023-cü ildə Kürdəmir şəhərində vəfat etmiş, orada da dəfn olunmuşdur. == Fəaliyyəti == Kürdəmir tarixinin tədqiqinə tələbəlik illərindən başlamışdır. XX əsrin 80–90-cı illərində mətbuatda bununla bağlı silsilə yazıları dərc edilmişdir. 15-ə qədər kitabın müəllifidir.
Ağa
Ağa — Azərbaycanlı kişi adı. Ağa Əlizadə — Qafqaz müsəlmanlarının VIII Şeyxülislamı Ağa Aşurov — mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü Ağa Axundov — mühəndis, energetik. Ağa Hacı Molla Tağızadə — Azərbaycan şairi Ağa Yaqub Erməni — Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri Ağa Əliyev — Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq Ağa Ağamirov — Ağa Mustafayev — Ağa Paşa Qarabaği — Digər Ağa hamamı — Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam.
Arqun ağa
Arqun ağa (1210 – 17 iyun 1275) — Oyrat tayfasından olan monqol əsilzadə, Elxanilər dövləti yaradılmazdan əvvəl 1243–1255-ci illərdə Monqol imperiyasının İranda mövcud olmuş darğaçısı. == İlk dövrləri == Rəşidəddinə görə, atası gənc ikən oğlu Arqunu Ögedeyin tərbiyəçisi Cəlair Qadana satıb, o da onu öz oğlu İlügeyə verib. Ataməlik Cüveyniyə görə isə atası minbaşı idi. Ögedey sülaləsinin xidmətində yaşadığı illərdə o, savadlı olduğu və qədim uyğur dilini bildiyi üçün hakim ailə mənsubları arasında nüfuz qazanmışdır. Argun Ögedeyin dövründə bitikçi (katib) kimi fəaliyyətə başlamışdır. Sonralar, onun xanımı Töregene xatun Arqunu monqolların Mavəraünnəhrdəki darğaçısı Körgüzün müavini təyin etmişdir. Körgüzün 1242-ci ildəki edamından sonra Arqun yeni darğaçı təyin edilmişdir. == Fəaliyyəti == Yeni katibi Şərəfəddin Xarəzmi ilə birlikdə Amu Dəryadan Anadoluya qədər geniş ərazilərə nəzarət etmək üçün təyin edilmişdi. Güyük xan hakimiyyətə gələndən sonra 1246-cı ildə bu vəsifəsini bir daha təsdiqlədi. Ola bilsin ki, Lombardiyalı Askelin 1247-ci ildə Arqun ağa ilə Baycu noyonun sarayında tanış olub.
Ağ ağa
== Toponimik izah == Ağ ağa - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Həmçinin bax == Zəngəzur Ağavyer == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992. Qızılbaşlar tarixi, Bakı, 1995.
Ağa (titul)
Ağa (osman. أغا türk. ağa azərb. ağa‎ fars. آقا‎ Qədim türk dilində aka — böyük) — bəzi Şərq ölkələrində (Osmanlı İmperiyası, Səfəvi dövləti və s.) rütbəli bir başçıya müraciət forması, qəbilə zadəganlığının və titulunun təyin edilməsi anlamında işlədilirdi. Osmanlı İmperatorluğunda yeniçəri komandiri - yeniçeri ağası və sipahi komandiri - sipahi ağası adlanırdı. Habelə bəzi məhkəmə işçiləri qruplarının başçıları da daxil olmaqla hərbi rəhbərlərin adı ada adlanması ilə seçilirdi. Yeniçərilər ləğv edildikdən sonra (1826) Osmanlı ordusunun kiçik və orta zabitləri bu cür adlandırılırdı. XX əsrə qədər Türkiyə və Azərbaycanda ağa çiçəklənən torpaq mülkiyyətçilərinə edilən müraciət forması idi. Bəzən bir adın ayrılmaz bir hissəsi ola bilirdi.
Ağa Axundov
Ağa Əbdülxalıq oğlu Axundov (21 mart 1882, Şamaxı – 26 oktyabr 1949, Bakı — Azərbaycan mühəndisi, energetik. == Həyatı == Ağa Axundov 21 mart 1882-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. 1900-cü ildə Bakı Real məktəbini bitirib, Kiyev Politexnik Universitetinə daxil olur. Sonra Hacı Zeynalabdin Tağıyevin ilk təqaüdçülərindən biri kimi Belçikaya gedir, Lyec Universitetini mühəndis-elektrik ixtisası üzrə bitirir. Təhsilini başa vurduqdan sonra Sürixdə Erlikon mexanika zavodunda işləyir. Ağa Axundov Luqanoda ilk Su Elektrik Stansiyasının layihəsinin müəllifi kimi məşhurdur (layihənin müəllifi kimi bu gün də Luqanoda xatirə lövhəsi vardır). Ağanın orijinal layihələrindən biri də Hollandiyada salınmış körpüdür. Körpü bu gün də turistlərin diqqətin cəlb edir. Cenevrə elmi cəmiyyətinin üzvü, 10 dil bilən poliqlot, Azərbaycanda elektrotexnika elminin, bu sahə üzrə ilk təhsil müəssisəsinin banisi (sonralar texnikum N. Nərimanovun adını daşımışdır), Azərbaycan dilində elektrotexnika dərsliklərinin, elektrotexniki terminlər üzrə ilk türkcə-rusca lüğətin müəllifi, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) prorektoru, pedaqoji institutda ümumi elektrotexnika kafedrasının müdiri, Azərbaycan Sənaye İnstitutunda özünün yaratdığı energetika fakültəsinin ilk dekanı – bütün bunları o, 1938-ci ilə qədər, Krasnoyarsk düşərgəsinə sürgün olunana qədər görə bilmişdir. O, sürgündə də yorulmaz alim, müdrik filosof kimi çalışır, öyrədir, tətbiq edir, yaradırdı.
Ağa Ağamirov
Ağa Musa oğlu Ağamirov- Vartaşen rayonu Partiya Komitəsinin birinci katibi Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, əsgəri xidmətini başa vurub, Ağdama qayıtmış, rayon partiya komitəsində, Gəncə Vilayət Partiya Komitəsində təlimatçı işləmiş, müxtəlif vaxtlarda iki dəfə Azərbaycan KP MK-da məhsul vəzifələrdə işləmiş, Bakıda partiya məktəbini bitirərək, yenidən Ağdam Rayon Partiya Komitəsinə təlimatçı vəzifəsinə göndərilmişdi. O sonralar Zərdab Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, daha sonra Ucar Rayon Partiya Komitəsində birinci katib olmuşdu.Moskvada Ali Partiya Məktəbini bitirmişdi. 1963-cü ildən 1972-ci ilin may ayınadək Ağdam Rayon XDS İcraiyyə Komitəsinin sədr müavini işləmiş, nəhayət son iş yeri Ağdam Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsi olmuşdur.
Ağa Ağayev
Ağa Əli oğlu Ağayev (4 aprel 2001, Yeni Həyat, Qusar rayonu – 25 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağa Ağayev 2001-ci il aprelin 4-də Qusar rayonunun Yeni Həyat kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağa Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ağa Ağayev oktyabrın 25-də şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağa Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağa Ağayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağa Aşurov
Ağa Hacı Aslan oğlu Aşurov (25 iyun (7 iyul) 1886, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1936, Rostov, Rostov rayonu[d], RSFSR[d], SSRİ) — Azərbaycan mühəndisi, ictimai-siyasi xadimi. 1918-ci il oktyabrın 6-dan dekabrın 26-dək Azərbaycan Xalq Cümhuriyyətinin ilk müstəqil poçt və teleqraf naziri olmuşdur. == Həyatı == Ağa Aşurov köhnə təqvimlə 25 iyun (yeni təqvimlə 7 iyul) 1886-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı real məktəbini bitirmişdir. Almaniyanın Darmştadt Böyükhersoq Ali Texniki Məktəbini mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıtmış, şəhər bələdiyyə idarəsində işləmişdir. == Fəaliyyəti == Bakının abadlaşdırılması və tərəqqisi üçün həyata keçirilən bir sıra tədbirlərə başçılıq etmişdir. 1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanmışdır. 1916-cı ildə Bakıya Şollar su kəmərinin çəkilməsində iştirak etmişdir. Aşurov "Nəşri-maarif" cəmiyyətinin rəhbərlərindən biri olmuş, Bakı Şəhər Dumasının üzvü seçilmişdir. === Milli azadlıq hərəkat üzvü kimi === Milli azadlıq hərəkatın fəal üzvlərindən olan Aşurov Fevral inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Qafqaz müsəlmanlarının 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən qurultayında iştirak etmişdi.
Ağa Bəşirzadə
Ağa Bəşir oğlu Bəşirzadə (1914 – noyabr 1986) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1968–1974). == Həyatı == Ağa Bəşirzadə 1914-cü ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. 1933–1941-ci illərdə boru-prokat zavodunda elektrik texniki, mühəndis işləyən Ağa Bəşirzadə 1941–1943-cü illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1943-cü ildən Türkmənistan SSR və Azərbaycan SSR daxili işlər nazirliklərində işləmiş, 1949-cu ildən Bakı Şəhər Komsomol Komitəsinin katibi, 1951-ci ildən isə Bakı metro tikintisində ÜİK(b)P MK-nın partiya təşkilatçısı olmuşdur. 1951–1965-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Kəşfiyyatı İnstitutu direktorunun müavini, SSRİ Tikinti Bankı respublika kontoru müdirinin müavini Bakı Maliyyə Şöbəsinin müdiri vəzifələrində işləmişdir. Ağa Bəşirzadə 1965-ci ildən Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin rəisi vəzifəsində çalışmış, 1968-ci ildən 1974-cü ilə qədər Azərbaycan SSR ticarət naziri, 1974-cü ildən 1986-cı ilə qədər isə Azərbaycan SSR Nazirlər Soveti yanında SSRİ Xarici Ticarət Nazirliyinin müvəkkil idarəsinin sədri olmuşdur. O, 1940-cı ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinə (8-ci çağırış) deputat seçilmişdir. Ağa Bəşirzadə 1986-cı ilin noyabr ayında vəfat etmişdir.
Ağa Eminov
Ağakərim Məşədi Kərim oğlu Əminov və ya Ağa Əminov (1888, Bakı – 1921, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı == Ağa Əminov 1888-ci ildə Bakıda anadan olmuşdur. 1907-ci ildə Bakıdakı gimnaziyanı başa vurduqdan sonra Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutunda təhsil almışdır. Ağa Əminov Peterburqda oxuyarkən azərbaycanlı tələbələrdən ibarət Həmyerlilər Cəmiyyətinin üzvü olmuşdur. 1911-ci ildə təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra Sabunçu-Suraxanı neft mədənlərində mühəndis işində çalışmışdır. Aprel işğalından sonra Ağa Əminov bir müddət "Azərneft" sistemində işləmişdir. Ağa Əminov 1921-ci ildə Bakıda vəfat etmişdir. == Siyasi fəaliyyəti == Ağa Əminov 1917-ci ilin aprelin 15–20-də Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayının iştirakçısı olmuşdur. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Ağa Əminov 1918–1919-cu illərdə "Müsəlman gecələri"nin əsas təşkilatçılarından biri olmuş və 1919-cu ilin mayında Müsəlman Zəhmətkeş Ziyalıları İttifaqının yaradılmasında fəal rol oynamışdır. ==== Parlamentdə ==== Ağa Əminov 18 fevral 1919 tarixində Müsavat Partiyası üzvü olaraq boşalan yerlərdən Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə Müsavat və Müsəlman Milli Komitələri tərəfindən tərtib olunmuş 10 nömrəli siyahı üzrə parlament üzvü seçilmişdir.
Ağa Hüseynli
Ağa Aydın oğlu Hüseynli (7 sentyabr 2001, Moranlı, Sabirabad rayonu – 5 oktyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağa Hüseynli 7 sentyabr 2001-ci ildə Sabirabad rayonunun Moranlı kəndində anadan olmuşdur. 2008–2019-cu ildə Şahin Hüseynov adına Sabirabad rayon Moranlı kənd tam orta məktəbində təhsil almışdır. Cüdo ilə məşğul olan Ağa Hüseynli bu sahədə bir çox medallar və sertifikatlar qazanmışdır. Subay idi. == Döyüş yolu == Ağa Hüseynli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. 3 ay Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində xidmət etdikdən sonra könüllü rabitəçi olaraq Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdi. Azərbaycan Ordusunun əsgəri olan Ağa Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağa Hüseynli 5 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ağa Hüseynov
Ağa Hüseynov- azərbaycanlı rəssam. == Həyatı == Ağa Hüseynov 1962-ci ildə Bakıda anadan olmuşdur. 1986-cı ildə V.İ.Surikov adına Moskva Rəngkarlıq və Heykəltaraşlıq İnstitutunda təhsil almışdır. 1992-ci ildən etibarən Nyu-Yorkda yaşayır. == Fəaliyyəti == Ağa Hüseynov 2005-ci ildə Nyu-Yorkda “Kağız üzərində iş”, “Palçıq”, “Böyük tur”, İtaliyada “Bəzi Kağızlar” sərgisi keçirilmişdir. b2008-ci ildə Nyu-Yorkda MC Qalereyasında “Alternativ Uçuş Metodları” fərdi sərgisi, Almaniyada “Zamanın addımları” sərgisi, Bakıda Müasir İncəsənət Mərkəzində “SSRİ-Remiks” sərgisi keçirilmişdir. 2009-cu ildə Nyu-Yorkda “Gallery MC” salonunda “Böyük Tur”, “Uçuşun Alternativ Metodları” sərgiləri, Bakıda “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalında iştirak etmişdir. 2010-cu ildə Nyu-Yorkda Xristofer Qalereyasında, Moskva Beynəlxalq Sərgi Salonunda “Kağız üzərində iş”, Bakı Müasir İncəsənət Muzeyində və Böyük Britaniyanın Ober Qalereyasında “Uçuşun müşahidəçiləri” adlı sərgiləri keçirilmişdir. == Mənbə == Xaricdə yaşayan azərbaycanlı rəssamların kataloqu. Bakı, "Adventa", 2011.316 səh.
Ağa Laçınlı
Ağa Əliqəmə oğlu Əliyev (Ağa Laçınlı; 5 may 1940, Oğuldərə, Laçın rayonu – 25 noyabr 2007, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1969), filologiya elmləri namizədi. == Həyatı == Ağa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963–1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil alıb. 1966–1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969–1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub. Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun "Lenin yolu" qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb. Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, "Dünya ədəbiyyatı" kafedrasının dosenti olub.
Ağa Mehdiyev
Ağa Mehdiyev (21 mart 1920, Lahıc, Şamaxı qəzası – 15 may 2003, Bakı) — azərbaycanlı peyzaj, portret rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı == Ağa Cəfər oğlu Mehdiyev 21 mart 1920-ci il İsmayıllı rayonunun Lahıc kəndində dünyaya gəlib. Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil olub. 1938-ci ildə Azərbaycan Rəssamlıq Texnikumunu bitirdikdən sonra Azərbaycanda və SSRİ-də bir çox sərgidə iştirak edib. O, yaradıcılığında peyzaj, portret janrlarından geniş istifadə etməklə yanaşı, hərbi-vətənpərvərlik mövzusunda da çalışıb. Rəssamın ilk böyük əsəri "Mənzərə" (1946) peyzaj əsəri hesab olunur. "Savadlılar ailəsi", "Köhnə neft mədənlərində", ""Qudok" qəzeti redaksiyasında", "Qatır Məmmədin dəstəsi", "Balaca çoban" kimi digər ilk əsərlərində xalqın həyatı, keşməkeşli tarixinin bu günü ilə əlaqəsi təsvir olunmuşdur. Onun əsərlərində uydurma süjetlərə yol verilməmişdir. Rəssamın tarixi-inqilabi tabloları və Azərbaycan ədəbiyyatı klassiklərinə həsr olunmuş əsərləri mənbələrin dərindən öyrənilməsinə əsaslanmışdır. Türkiyəyə səfəri Ağa Mehdiyevin yaradıcılığında xüsusi iz qoymuşdur.
Ağa Mirək
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur. Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var.
Ağa Mustafayev
Ağa Məmməd oğlu Mustafayev (9 may 1942, Mağaracıq, Amasiya rayonu) — azərbaycanlı alim, kimya elmləri doktoru, professor. == Həyatı == Mustafayev Ağa Məmməd oğlu 9 may 1942-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin əczaçıllıq fakültəsinə qəbul olunmuş və 1963-cü ildə oranı bitirmişdir. Ali təhsili başa vurduqdan sonra təyinatla Sumqayıt Kimya zavoduna göndərilərək 1963–1966-cı illərdə orada kimyaçı vəzifəsində işləmişdir. O, 1966–1969-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) aspiranturasının əyani şöbəsində oxumuşdur. Mustafayev Ağa Məmməd oğlu 1969–1972-ci illərdə NKPİ-də kiçik elmi işçi kimi çalışmış, 1972-ci ildən AMEA-nın Polimer Materialları İnstitutuna keçirilərək kiçik elmi işçi, sonra böyük və aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Mustafayev Ağa Məmməd oğlu 1997-ci ildən "Doymamış Poliefirlər" sektorunun, 2007–2014-cü illərdə "Doymamış Poliefirlər", 2014-cü ildən isə "Poliefir və polikarbonat materiallar" laboratoriyasının müdiridir. O, 1971-ci ildə kimya elmləri üzrə namizədlik, 1991-ci ildə Kazan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında doktorluq disseretasiyasını müdafiə etmişdir. 2007-ci ildə ona "Üzvi Kimya" ixtisası üzrə professor adı verilmişdir. Bakı Dövlət Universitetinin Üzvi Kimya kafedrasının professoru və universitetin nəzdində fəliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.
Ağa Nemətulla
Ağa Nemətulla (1896, Sərab, Şərqi Azərbaycan ostanı – 1 yanvar 1958, Bakı — SSRİ neft sənayesi mühəndisi, SSRİ dövlət mükafatı laureatıdır. SSRİ neft sənayesində etdiyi yeniliklər ilə məşhurdur. == Həyatı == Ağa Nemətulla 1896-cı il fevralın 15-də Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Dörd yaşında ikən anasını itirən Ağa atası ilə birlikdə mülkədar Sultan bəyə məxsus kənddə çalışmışdır. Atası Sultan bəyin torpaq sahələrində işləmiş, Ağa isə bəyin mal-qarasını otarmışdır. O uşaqkəb dayısının "böyüyəndə gələrsən yanıma, soruşarsan Balaxanıda Cavanşirov mədənini" sözlərini xatırlayaraq və Bakıya getməyi qərara alır. Onun dayısl Podryadçik Cavanşirova məxsus neft mədənlərində işləyirdi. Ağa imkanı olmadığı üçünMir Ağa adlı bir kişi ilə tanış olur və bu xeyirxah insanın köməyi ilə İran Astarasından gəmi ilə Bakıya gəlir. 1915-ci ildə Bakıda Ramana neft mədənlərində işləməyə başlamışdır. 1932-ci ildə qazma ustası olmuş, sonralar Putada sahə rəisi, qazma kontorunun direktoru, TRES müdiri, 1956–58-ci illərdə Azərbaycan dəniz neft kəşfiyyatı TRESTinin 1 nömrəli Gürgən qazma kontorunda buruq ustası işləmişdir.
Ağa Qocayev
Ağa Ağasi oğlu Qocayev (15 avqust 1960, Gəncə) — Ağa Ağasi oğlu Qocayev 1993-cü il dekabrın 11-də Beyləqan rayonunda gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalmışdır. == Həyatı == Ağa Qocayev 1960-cı il avqustun 15-də Gəncə şəhərində anadan olmuşdur. Ailənin tək övladı olan Ağa 9 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1978–1980-ci illərdə Novosibirsk vilayətində hərbi xidmətdə olmuşdur. Ağa Qocayev 1980-ci ildə ailə qurmuşdur. Ağanın Vüsalə, İlahə, Əminə adlı üç balası var. == Hərbi xidməti == Büllur zavodunda çalışan Ağa nankor ermənilərə nifrət edir. Ürəyi vətən eşqi ilə dolu idi. Ağa Qocayev 1992-ci il fevralın 12-də Nizami Rayonu Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 181 saylı hərbi hissədə sürücü idi.
Ağa Sultanov
Ağa İsmayıl oğlu Sultanov (1901, Bakı – 12 iyun 1936, Axalsıx) — Azərbaycan inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maarif komissarı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Gürcüstan Kommunist Partiyası Axalsıx Rayon Komitəsinin birinci katibi. == Həyatı == Ağa İsmayıl oğlu Sultanov 1901-ci ildə Bakı şəhərində neftçi fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsil almış, maddi səbəblərə görə dəmirçi emalatxanasında işləməyə başlamış, dəmirçi şagirdi olmuşdur. 1917-ci ildə inqilabi hərəkata qoşulmuş, Qriqori Petrovun döyüş dəstəsində xidmət etmişdir. 1919-cu ildə bolşeviklər partiyası sıralarına qəbul olunmuş və həmin ildən Azərbaycan dəmir yolunda işləyərək Bakı dəmiryolçularının həmkarlar ittifaqına başçılıq etmişdir. O, Bakı Partiya Komitəsinin tapşığı ilə dəmiryolçular arasında gizli təbliğat və təşviqat işi aparmışdır. 1920-ci ilin fevral ayında Ağa Sultanov Bakı partiya təşkilatı tərəfindən Hacıqabula göndərilmiş və burada, eləcə də Kürdəmirdə və Yevlaxda həmkarlar ittifaqı təşkilatlarına başçılıq etmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra ilk vaxtlar o, Hacıqabul və Şamxor qəza inqilab komitələrinin sədri, sonralar isə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Baş Milis İdarəsində komissar vəzifəsində və digər məsul işlərdə çalışmışdır. 1922–1924-cü Azərbaycan diviziyasında rəhbər partiya-siyasi vəzifədə çalışarkən Ağa Sultanov Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Hacıqabul və Şamxor qəza inqilab komitələrinin sədri (1920–1933), Azərbaycan diviziyasında şobə rəisi və partiya komissiyasının katibi, Stalin rayon Partiya Komitəsi təşkilat şobəsinin müdiri, Gəncə mahal Partiya Komitəsinin katibi, AK(b)P MK-nın ikinci katibi vəzifələrində çalışıb. 1933-cü ildə Gürcüstana göndərilmiş və həyatının sonunadək burada Axalsıx Rayon Partiya Komitəsinin katibi (birinci katib) vəzifəsində çalışmışdır.
Ağa Xəlilov
Ağa hamamı
Ağa Hamamı — İstanbulun Taksim səmtində yerləşən, 1454-cü ildə Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam. Memarı İbrahim Ağadır. == Memarlıq üslubu == Xarici görünüşü 650 mt kv torpaq üzərində qurulmuş üç mərtəbəli bir binadır. İlk iki mərtəbə ev, giriş mərtəbəsi isə hamam olaraq tikilmişdir. Xarici görünüşü və hamam üstü (günbəz) günəş çıxandan batana qədər gün işığını alacaq şəkildə hazırlanmışdır. Günbəz dairəvi formada və girdə şüşələri ilə günün hər saatı işıq alacaq şəkildədir. Hamamın isidilməsi üçün arxa tərəfdə 250 kvadratmetrlik bir hissə var. O illərdə bu sahəyə odluq adı verilmişdir. Quruluş XV əsrdə ortaya çıxan klassik dövrdən təsirlənmiş bir quruluşdur. Fateh Sultan Mehmetin İstanbulun fəthindən dərhal sonra inşa etdirdiyi bir çox struktur da bu qisimdəndir.
Benyamin Ağa
Benamin Ağa (kəraimcə:Беньямин Агъа)) – Krım kəraimlərinin liderlərindən biri. 1824-cü ildə vəfat etdiyi məlumdur. == Həyatı == O, Krım xanlığının sonuncu xanı Şahin Gərayın xəzinədarı olmuşdur və buna görə də, kəraim ədəbiyyatında “ha-Neeman” (“İnanılmış”) ləqəbi ilə anılmaqdadır. Onun atası olan Samuel Ağa da keçmiş Krım xanlarının xəzinədarı olmuşdur. Samuel 1770-ci ildə vəfat etmişdir. Şahin Gəray ona qarşı üsyan qaldıranlardan qaçarkən öz himayədarı olan II Yekaterinaya sığınmaq üçün Peterburqa gedərkən Benjamin də onunla olmuşdur. Benjamin buna qədər Şahin Gəray üçün xeyli pul xərclədiyi üçün bu pulların geri qaytarılmasını təmin etmək istəyirdi. 1795-ci ildə Polşanın sonuncu dəfə bölüşdürülməsi zamanı Krım artıq 10 ildən çox idi ki, Rusiya hakimiyyəti altında idi. Bu bölünmədən Rusiya Vilnüs, Lutsk və Trakayı ələ keçirdi. Bunu fürsət bilən Benjamin Ağa, Salamon ben Nahamu Baboviç, benjaminin böyük qardaşı Yakob Ağanın kürəkəni astranom Kalealı İsaak Peterburqa II Yekaterina ilə görüşmək üçün yola çıxdı.
Abbas ağa Nazir
Qayıbzadə Abbas ağa Mirzə Nəbi əfəndi oğlu (9 (21) oktyabr 1849, Salahlı, Yelizavetpol qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 30 dekabr 1919, Qazax, Qazax qəzası, Gəncə quberniyası, AXC) — şair, tərcüməçi və maarif xadimi. == Həyatı == Abbas ağa Nazir 1849-cu il 9 oktyabrda Qazax qəzasının Salahlı kəndində maarifçi ailəsində doğulmuşdur. Atası Mirzə Nəbi əfəndi Qayıbov (1810–1869) dövrünün görkəmli maarifçi-şairi idi. "Bəyani-hal" poemasında klassik şair Molla Vəli Vidadinin qız nəvəsi olduğu nəzmə çəkilmişdir. İlk təhsilini məşhur din alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən (1830–1917) almışdır. On dörd yaşına kimi kənd məktəbində oxumuş, Zaqafqaziya müftisi Osman əfəndi Məhəmməd ağa oğlu Vidadovun (M. V. Vidadinin nəvəsi) məsləhəti və köməyi ilə Tiflisdəki "Məvariyi-Qafqaz ruhani idarəsi"nin nəzdində açılmış altı sinifli (üç illik) məktəbə daxil olmuşdur. Üç illik təhsilini bitirdikdən sonra doğma kəndi Salahlıya qayıtmış, 1873-cü ilə qədər müəllimlik etmişdir. Sonra Tiflisə dəvət olunmuş, Zaqafqaziya ruhani idarəsində baş katib köməkçisi, baş katib vəzifəsində otuz beş il işləmişdir. 1910-cu ildən Tiflisdən doğma kəndi Salahlıya qayıdıb məktəbdarlıqla məşğul olmuşdur. Əbülqasım Firdovsinin "Şahnamə"sindən "Rüstəm və Söhrab" dastanını Cəlil Məmmədquluzadənin məsləhətilə orijinaldan tərcümə edib "Qeyrət" mətbəəsində məşhur rəssam İzof Rotterin rəngli şəkillərilə, nəfis tərtibatla nəşr etdirmişdir (1908).
Abbas ağa Təbrizi
Abbas ağa Təbrizi (1885, Təbriz – 1907, Tehran) — Məşrutə inqilabı (1905-1911) iştirakçısı. == Həyatı == Abbas ağa Təbrizi 1885-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Tehran sosial-demokrat təşkilatına daxil olmuşdu. Fədailərin fəal üzvü kimi Məhəmmədəli şahın inqilabı boğmaq tədbirləri əleyhinə mübarizə aparmışdı. 1907-ci ildə Mirzə Ələsgər xan Əminüssultan Atabəyi-əzəmi öldürmüş, sonra da özü intihar etmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Tut ağacı
Tutağacı (Mahnişan)
Vilayət Ağayev
Vilayət Ağayev (5 dekabr 1971) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Karyerası == Vilayət Ağayev 1994-cü ildə Finlandiyada baş tutan Dünya Çempionatını altıncı pillədə başa vurdu. 1995-ci ildə Vilayət Ağayev Fransada Avropa Çempionatında 18-ci, İtaliyada Hərbçilərin Dünya Oyunlarında isə 6-cı pillələrdə qərarlaşdı. 1996-cı ildə martında Budapeşt şəhərində (Macarıstan) Avropa Çempionatını yeddinci pillədə başa vuran Vilayət Ağayev həmin ilin iyulunda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. İyulun 20-də mübarizə aparan Vilayət Ağayev isə 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Çin təmsilçisi Şenq Zetian ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vilayət Ağayev rəqibinə 4:5 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Polşa nümayəndəsi Stanislav Pavlovxsi oldu. Həmin görüşdə rəqibinə 4:3 hesabı ilə qalib gələn Vilayət Ağayev, növbəti mərhələyə adladı. Bu mərhələdə onun rəqibi 1993-cü il Dünya Çempionatının qalibi olan Ermənistan nümayəndəsi Ağası Manuhyan oldu. Bu görüşdə Vilayət Ağayev rəqibi üzərində inamlı qələbə qazandı (7:2) və təsəlliverici qrupun üçüncü mərhələsinə adladı.
Yaakov Ağam
Yaakov Ağam— Yaakov Ağam (ing. 11 may 1928[…], Rişon-le-Sion, Mərkəz dairəsi) (11 may 1928-ci ildə anadan olub) optik və kinetik sənətə verdiyi töhfələrə görə geniş tanınan israilli heykəltaraş və eksperimental rəssam. == Bioqrafiyası == Yaakov Gibstein (sonralar Ağam) o dövrdə Məcburi Fələstin adlanan İsraildə anadan olub. Ağam 1949-cu ildə İsveçrənin Sürix şəhərinə köçməzdən əvvəl Qüdsdəki Bezalel İncəsənət və Dizayn Akademiyasında təhsil almışdır, burada Kunstgeverbe məktəbində İoqan İtten (1888–1967) ilə birlikdə oxumuş, həmçinin rəssam və heykəltaraş Maks Billdən təsirlənmişdir. 1951-ci ildə Ağam Fransanın Paris şəhərinə köçdü və indi də orada yaşayır. == Rəssamlıq karyerası == Ağam ilk fərdi sərgisini 1953-cü ildə Parisdəki Kreyven Qalereyasında açdı. O, 1954-cü ildə Yeni Reallıq Salonunda üç əsərini və 1955-ci ildə isə Parisdəki Denise Rene Qalereyasında Le Mouvementdə nümayiş etdirdi. Ağamın yaradıcılığının mexanizması adətən hərəkət, tamaşaçı iştirakı, işıq və səsdən tez-tez istifadə olunan abstrakt kinetik sənətdir. Onun əsərləri bir çox ictimai yerlərdə yerləşdirilir. Ən məşhur əsərləri arasında "Qoşa Metamorfoz III" (1965), "Vizual Musiqili Orkestr" (1989), Parisin La Défense rayonundakı fəvvarə (1975) və Təl-Əvivin Dizengoff meydanındakı "Od və Su" fəvvarəsi (1975) daxildir.
Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov
Ağa Xan Fondu
Ağa Xan Fondu (AXF)- 1967-ci ildə Şiə İsmaili müsəlmanlarının 49-cu irsi imamı Ağa Xan IV Şah Kərim Əl Hüseyni tərəfindən təsis edilmiş özəl, qeyri-kommersiya beynəlxalq inkişaf agentliyidir. AXF Cənubi və Mərkəzi Asiyanın, Şərqi və Qərbi Afrikanın və Yaxın Şərqin ən yoxsul bölgələrində yoxsulluq, aclıq, savadlılıq və sağlamlıq problemlərinin uzunmüddətli həllini təmin etmək məqsədi daşıyır. Bu bölgələrdə dağlıq, sahilyanı və təbii resursları olmayan ərazilərdə yaşayan kənd icmalarının ehtiyaclarına xüsusi diqqət yetirilir. Fondun fəaliyyəti ümumilikdə Ağa Xan İnkişaf Şəbəkəsinin (AXİK) digər qardaş agentliklərinin işini dəstəkləyir. Bu agentliklər öz ixtisas sahələrinə (ətraf mühit, mədəniyyət, mikromaliyyə, səhiyyə, təhsil, memarlıq, kənd yerlərinin inkişafı) aid olan müxtəlif yurisdiksiyaları rəhbər tutsalar da, onların fəaliyyətləri çox vaxt Şəbəkəyə ümumi təsiri "çoxaltmaq" üçün bir-biri ilə əlaqələndirilir. AXF öz proqramlarını həyata keçirdiyi 14 ölkədə həyat keyfiyyətinin davamlı yaxşılaşmasına nail olmaq üçün yerli, milli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir. Fondun baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir. == Fokus sahəsi == Fondun yeddi əsas istiqaməti var: erkən uşaqlıq inkişafı, təhsil, səhiyyə və qidalanma, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, vətəndaş cəmiyyəti, biznes və sahibkarlıq və iqlimə davamlılıq. O, mürəkkəb problemlərə innovativ yanaşmalar axtararaq müxtəlif regionlarda uyğunlaşa bilən və təkrarlana bilən həlləri müəyyən etməyə çalışır. Fondun müraciət etdiyi digər seqmentlərə insan resurslarının inkişafı, icmanın iştirakı, gender və inkişaf daxildir.
Asif, Vasif, Ağasif
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. == Məzmun == Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.
Ağanatiq
Ağanatiq — film rejissor Cabir İmanov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Planet Parni iz Baku Filmsin istehsalıdır. Filmdə əsas rolları Cabir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Tahir İmanov, Ələkbər Əliyev və Tünzalə Ağayeva ifa edirlər. == Məzmun == Əfsanəvi "Planet Parni iz Baku" KVN komandasının unudulmaz və sevimli obrazı-Ağanatiq (Cabir İmanov) bu dəfə yeni komediyada, tam fərqli performansda. Filmdə iş belə gətirir ki, sıravi taksi sürücüsü Ağanatiq kriminal hadisənin şahidinə çevrilir. Qəhrəmanımız bu vəziyyətdən çıxmaq üçün köməyə yaxın dostlarını çağırır. Bütün gözlənilməz hadisələr də məhz bundan sonra başlayır. == Film haqqında == Film kiçik büdcəyə, 16–17 günə çəkilib. Film Cabir İmanovun ilk rejissor işidir.
Ağanatiq 2
Ağanatiq 2 — film rejissor Cabir İmanov tərəfindən 2021-ci ildə ekranlaşdırılmışdır. Planet Parni iz Baku Filmsin istehsalıdır. Əsas rolları Cabir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Tahir İmanov, Ələkbər Əliyev və Tünzalə Ağayeva ifa edirlər. == Məzmun == Ağanatiq (Cabir İmanov) dostları Bəxtiyar (Tahir İmanov), Bəhruz (Ələkbər Əliyev) və Akiflə (Bəhram Bağırzadə) birgə Moskvaya gedirlər. Təyyarədə Nəriman (Elçin İmanov) ilə qarşılaşan dostların macərası elə buradan başlayır. == Film haqqında == Film kiçik büdcəyə, 16–17 günə çəkilib. Film Cabir İmanovun ilk rejissor işidir.
Cəmil Ağamalıyev
Cəmil Ağamalıyev (31 avqust 1974) — Azərbaycan əsilli Türkiyə şahmatçısı, qrosmeyster (2002). O, 1993-cü ildə 26 yaşadək gənclər arasında şahmat üzrə komandalararası dünya çempionatında Azərbaycan yığmasında çıxış edib. Həmçinin 2005-ci ildə İranda keçirilən 2-ci "Kiş GM" turnirində beşinci yeri tutub. 2014-cü ildən etibarən Türkiyəyə köçüb. İnternet Şahmat Klubunda adı "Şəki"dir.
Gilas ağacı (film)
== Məzmun == Burada II Dünya müharibəsi illəri uşaqlarının fərəhsiz həyatından, mənasız keçən günlərindən, xeyirxah adamların saf və ülvi mənəviyyatından bəhs edilir. Filmdəki hadisələr Azərbaycanın uzaq kəndlərinin birində cərəyan edir. Burada Qulam baba (Məmmədrza Şeyxzamanov) və onun ətrafında toplaşan kənd uşaqlarının başlarına gələn əhvalatlardan danışılır. Müharibə nə qədər dəhşətli, ağır olsa da, dünya görmüş müdrik qocanın iradəsini qıra bilmir, bütün ölkə üçün çətin günlərdə kənddə qalan Qulam baba uşaq və qadınlara, həmyerlilərinə dayaq olur. Kinolentdə oğurlanmış uşaqlıq haqqında söhbət gedir. Müharibə uşaqların həyatına müdaxilə etmiş, onların rahatlığını pozmuş, şən və qayğısız keçən uşaqlıq çağlarını əllərindən almışdır. Müharibənin çətinlikləri, törətdiyi fəlakətlər-bütün bunlar tamaşaçıların gözləri önündən gəlib keçir. == Film haqqında == Film yazıçı Əkrəm Əylislinin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın(Moskva) sifarişi ilə çəkilmişdir. == Səhv == Titrlər: Quraşdırılmış səhnə operatoru Ramiz Babayev səhvən Rafiq Babayev kimi göstərilmişdir.
Xəlil ağa Qədimov
Xəlil ağa Qədimov — Azərbaycan mülkədarı, Şəmkir üsyanının əsas iştirakçılarından biri. 1937-ci ildə Stalin repressiyasına məruz qalmışdır. == Həyatı == Xəlil ağa Bədirbəyli nəslindən olan Qədim ağa Bədirbəylinin oğludur. Şəmkirdə anadan olmuşdur. == Ailəsi == Xəlil ağanın atası Qədim ağa ilə Leyla Bədirbəylinin babası Abdı ağa qardaşdırlar. Xəlil ağanın həyat yoldaşı Firudin Hüseynovun bibisi Zinyət Hüseynovadır. Qardaşı sovetlərə qarşı xalq üsyanın əsas iştirakçılarından Zeynal ağa Qədimovdur. Zeynal ağa dəstə halında dəfələrlə Qarabağa gedərək müxtəlif ərazilərdə ermənilərə qarşı vuruşub, Əskəran və Şuşanın erməni-daşnak quldurlarından azad olunmasında şəxsən iştirak etmişdir. Xəlil ağanın 2 oğlu 2 qızı olmuşdur. Böyük oğlu İdris Qədimov tibb-xidməti polkovnik leytenatı ünvanını qazanmışdır.
Ağa, cəddinə qurban
Ağa, cəddinə qurban qısametrajlı sənədli filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 1993-cü ildə çəkilmişdir. Film Azərbaycanfilm kinostudiyası və "Metropol" kino şirkətinin istehsalıdır. Film xalq arasında böyük hörmət sahibi, xəstələrə şəfa vermək, onları sağaltmaq qabiliyyətinə malik Mir Mövsüm Ağa (Mirmövsümov) haqqındadır. == Məzmun == Film xalq arasında böyük hörmət sahibi, xəstələrə şəfa vermək, onları sağaltmaq qabiliyyətinə malik Mir Mövsüm Ağa (Mirmövsümov) haqqındadır.
Ağacşəkilli xostək
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.
Ağasəlim Şükürov
Ağasəlim Səmədağa oğlu Şükürov (9 sentyabr 1963, Əli-Bayramlı – 24 mart 2023, Bakı) — Sovet İttifaqının hərbi tərcüməçisi və Azərbaycan Respublikasının diplomatı. == Həyatının erkən dönəmi və təhsili == Ağasəlim Səmədağa oğlu Şükürov 9 sentyabr 1963-cü il tarixində Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1971–1981-ci illərdə Bakı şəhəri 49 saylı orta məktəbdə təhsil almış, ali təhsilini 1981–1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bitirmişdir. == Diplomat kimi fəaliyyəti == === Sovet İttifaqında === 1988–1991-ci illərdə SSRİ Müdafiə Nazirliyinin xətti ilə İraq Respublikasında hərbi tərcüməçi vəzifəsində çalışmışdır. === Azərbaycan Respublikasında === 1993–1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İslam Konfransı Təşkilatı İdarəsində 3-cü katib və 2-ci katib vəzifələrində çalışmışdır. 1997–2000-ci illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində 2-ci katib, 2000–2002-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri İdarəsində şöbə müdiri, 2002–2006-cı illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində 1-ci katib vəzifəsində çalışmışdır. 2006–2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri İdarəsində şöbə müdiri vəzifəsin təyin edilmiş, bundan sonra 2008–2010-cu illərdə Azərbaycan Respublikasının Liviyadakı Səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə Azərbaycan Respublikasının Liviyadakı, 2015–2022-ci illərdə Azərbaycan Respublikasının Livan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. Şükürov Azərbaycanı 30-dan çox dövlətdə müxtəlif diplomatik missiyalarda təmsil etmişdir. O, xarici ölkələri səfərlər zamanı Heydər Əliyevi müşayiət etmiş və bir sıra ikitərəfli görüşlərdə iştirak edərək ərəb dili üzrə tərcüməçilik etmişdir.
Ağaxan (titul)
Ağa Xan — İsmaili dini icmasının başçısı və Nizarinin irsi titulu . İran şahı Fəth Əli şah bu titulu qızı Fatimə vasitəsilə Məhəmməd peyğəmbərin nəslindən sayılan Kirman hakimi (1800-1881) kürəkəni Əbülhəsənə verib . Lakin sonra I Ağa Xan 1838-ci ildə İranda uğursuz üsyana rəhbərlik etdikdən sonra Əfqanıstan və Sindhə qaçdı . Böyük Britaniyanın dəstəyini qazanaraq Bombeydə məskunlaşmağı bacardı . Əbül Həsənin nəvəsi Sultan Məhəmməd şah (1877-1957), Ağa Xan III Hindistanın siyasi həyatında mühüm rol oynamış , müsəlman əhalidən Britaniya müstəmləkəçiliyinə dəstək almağa çalışmış , xüsusən də bütün dövlətlərin prezidenti olmuşdur. == Ağa Xan İnkişaf Şəbəkəsi == 1967-ci ildə İsmaili İmaməti tərəfindən yaradılmış, bir çox beynəlxalq təşkilatlarla, o cümlədən BMT, BMTİP, BMT-nin Narkotiklərə Nəzarət Proqramı, Dünya Bankı və s., eləcə də bir çox dövlətlərlə əməkdaşlıq edən ən böyük beynəlxalq özəl təşkilatlardan biridir. 1998-ci ildə təşkilat Qazaxıstanla əməkdaşlığa başlayıb, 31 avqust 2000-ci ildə Ağa Xanın Qazaxıstana ilk səfəri baş tutub və nəticədə Tacikistanın iştirakı ilə Orta Asiya Universitetinin yaradılması haqqında Müqavilə imzalanıb .
Mir Paşa ağa
== Həyatı == Mir Paşa ağa Mir Ziyəddin ağa oğlu 1910-cu ildə Zəngəzur qəzasının Mirlər kəndində anadan olmuşdu. Ata əvəzi böyük qardaşdan, Mir Sədi ağadan xeyir-dua alan kiçik qardaşlar 1928-ci ildə doğma ocağı – Mirləri tərk etməli oldular. Onlar Qarabağın müxtəlif yerlərində yurd salır, tez-tez yerlərini dəyişirdilər. Qardaşı Mir Cəfər ağa ilə Mir Paşa ağa, nəhayət, Bərdə rayonunun Qazaxlar kəndində məskunlaşdılar. 1902-ci ildə dünyaya göz açmış kəramətli seyid Mir Cəfər ağa 1938-ci ildə ömrünün çiçəklənən dövründə Haqq dərgahına qovuşmuşdur. Məzarı Qarapirim qəbiristanındadır. Böyük qardaşı tutulandan, digər qardaşı vəfat edəndən sonra ailənin ağırlığı gənc Mir Paşa ağanın üzərinə düşmüşdür. O, kolxoz təsərrüfatının müxtəlif sahələrində, ağır işlərdə çalışmışdı. Mir Paşa ağa 1938-ci ildə ailə həyatı qurmuşdu. Mir Paşa ağanın beş övladı olmuşdur: Hafizə, Mir Həmzə Nigari, Mir Yusif, Mir Həmzə, Mir İkram.
Ağabəy
Ağabəy (Təkab) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. Ağabəy (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd.
Ağabəy (Duzluca)
Ağabəy — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Ağabəq kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzindən 55 km, Duzluca şəhər mərkəzinə 19 km məsafədədir.
Karlen Ağacanyan
Karlen Levoni Ağacanyan (erm. Կառլեն Լեւոնի Աղաջանյան; 1938, Aşağı Ağcakənd) — Ermənistan polis işçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. == Həyatı == Karlen Levoni Ağacanyan 1938-ci ildə Azərbaycan SSR-nin Şaumyan rayonunda anadan olmuşdur. Atası İkinci Dünya müharibəsi əlili, anası səhhətində ciddi problemlər olan tütünçü idi. O, yerli orta məktəbi bitirmişdir. Daha sonra SSRİ Daxili İşlər Nazirliyinin Rostov Ali Polis Akademiyasında təhsil almışdır. 1961–1977-ci illərdə Şaumyan rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1977–1998-ci illərdə DQMV və DQR polis sistemində işləmişdir. Balaca qardaşı Volodya Levoni Ağacanyan Şaumyan rayon komitəsinin birinci katibi vəzifəsində çalışırdı. Ağacanyan Qarabağ hərəkatı başlayandan sonra Şaumyan rayonu ərazisində partizan müharibə aparmaq üçün fəaliyyət göstərmişdir.
Məhəmmədhəsən ağa Cavanşir
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir (1766-1806) — İbrahimxəlil xanın vəliəhdi, general-mayor. == Həyatı == Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu 1766-cı ildə Şuşa şəhərində doğulmuşdu. Anası Cəbrayıllı Nəbi ağanın qızı Xanımnənə xanımdır. O, mükəmməl saray təhsili almışdı. Atası onu özünə vəliəhd təyin etmişdi. Məhəmmədhəsən ağa zəki və zabitəli bir xanzadə idi. Bəylər də, rəiyyətlər də onun xətrini çox istəyirdilər. Molla Pənah Vaqif yazır: 1797-ci ildə İbrahimxəlil xan Ağaməhəmməd şahın qorxusundan Cara çəkilmişdi. Şahın ölüm xəbərini eşidəndə sevincək Şuşaya qayıtmaq istəyəndə xəbər gəlir ki, qardaşı oğlu Məhəmməd bəy xanlığı əlinə alıb. İşi düzüb-qoşmaq üçün öncə oğlu Mehdiqulu ağanı göndərir.

Digər lüğətlərdə