BƏDƏL

Ərəbcədir, tədbil, mübadilə, təbəddülat kimi sözlərlə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BƏDDAM
BƏDƏN
OBASTAN VİKİ
Bədəl
Bədəl — kişi adı. Bədəl bəy Bədəlbəyli — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti. Təxəllüs Ümmügülsüm Bədəl — Türkiyəni təmsil edən həndbolçu. Yaşayış məntəqələri Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Əli Bədəl (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Digər Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü.
Molla Bədəl
Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim dini anlayış bildirən molla sözü ilə Bədəl şəxs adı əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Keçmişdə Rəhimabad və Rəfiabad da adlanmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexeknut qoyulmuşdur. Kənddə 1873-cü ildə 300 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 360 nəfər, 1904-cü ildə 335 nəfər, 1914-cü ildə 355 nəfər, 1916-cı ildə 252 nəfər, 1918-ci ilin əvvəlində 335 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Hacı Bədəl körpüsü
Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü. ХIХ əsrdə Dəmirçilər kənd sakini, mötəbər insan, şer yazmaqda fitri istedad sahibi оlan Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilmişdir. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla) əhəng və yumurta sarısından istifadə оlunmuşdur. Bu körpü 15 kəndin Qubadlı rayоnunun mərkəzi ilə əlaqəsini bərpa etmişdir. Körpünün son dərəcə maraqlı arxitekturası vardır. Belə ki, körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının (Ağa çayı) üstündə salınmışdır. Heç vaxt ram olunmayan, dəlisov dağ çayının üstündə salındığından körpü tağbənd formasında idi. Onun ortasında dayaqlar qoyulmamışdı. Belə etməkdə məqsəd kükrəyib daşan dağ çayının maneəsiz axını üçün idi. Bu tariхi abidə də 31 avqust 1993-cü ilə qədər оlduğu kimi qalırdı.
Bədəl Bədəlov
Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti (2011–2023). == Həyatı == Bədəlov Bədəl Şamil oğlu 1961-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. Milliyyətcə Qaraqoyunlu türküdür. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Mühəndislik fəaliyyətinə "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestinin 2 saylı Tikinti-quraşdırma idarəsində başlamış, böyük iş icraçısınadək yüksəlmişdir. 1997–2003-cü illərdə "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəisi vəsifələrində çalışmış, 2003-cü ildə "Azərneftyanacaq" Neft Emalı Zavodunun (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) əsaslı tikinti üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 2005–2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2007–2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olmuşdur. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin Sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilmişdir. 28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib. 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.
Ümmügülsüm Bədəl
Ümmügülsüm Bədəl (8 fevral 1995, Fəthiyə, Muğla ili) — Türkiyəni təmsil edən həndbolçu. Ümmügülsüm Bədəl, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Ümmügülsüm Bədəl, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Bədəl bəy Bədəlbəyli
Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyli (1875, Şuşa – 12 sentyabr 1932, Bakı, Azərbaycan SSR) — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, Əfrasiyab Bədəlbəyli və Şəmsi Bədəlbəylinin atası, Fərhad Bədəlbəylinin babası. == Həyatı == Bədəl bəy Bəşir bəy oğlu 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdı. Sonra şəhər real məktəbində oxumuşdu. Bədəlbəylilər nəslinin qocaman nümayəndəsi Bədəl bəy Bədəlbəyli xalq maarifçisi idi. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra o, bir müddət Şuşada müəllimlik etmişdi. Lakin Bədəl bəyin pedaqoji fəaliyyəti XX əsrin əvvəllərindən Bakı şəhəri ilə bağlı olub: belə ki, o, 35 il fasiləsiz rus-müsəlman məktəbində müdir vəzifəsində çalışmışdı. O, xalq kütləsi daxilində maarifçiliyin, təhsilin vacibliyini və gərəkliyini açıqlayırdı. Bununla bərabər Bədəl bəy mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin ən fəal üzvü olmuşdu. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xalası oğlu Bədəl bəy özünü aktyor kimi də dəfələrlə sınamışdır.
Əli Bədəl (Bicar)
Əli Bədəl (fars. علي بدل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (8 ailə). Əhalisini kürdlər təşkil edir.
Hacı Bədəl məscidi
Hacı Bədəl məscidi - XIX əsrə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanda "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Hacı Bədəl məscidi 1854-cü ildə Basqal qəsəbəsinin Dəmirçibazar məhəlləsində tikilib. Məscidin sifarişçisi Hacı Bədəl Məşədi ağa oğlu olub. Basqalın Qoşabulaq məhəlləsindən olan Hacı Bədəl məscidi qızı Sitarə xanımın şərəfinə inşa edib. Məscidin tikinti işlərinə Allahi və Məşədi Səttar adlı bənnalar rəhbərlik ediblər. Məscidin həyətində türbə də yerləşir. Burada Seyid Ümbülbanu adlı şəxs dəfn edilib. Deyilənə görə, o, İmam Cəfər Sadiqin (ə.s) nəslindən gəlib.
Elman Bədəlov
Elman Kərim oğlu Bədəlov (4 iyun 1929, Ağdam – 25 iyun 1991, Bakı) — kamançaçalan, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Elman Bədəlov 4 iyun 1929-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Gənc yaşlarından musiqi ilə məşğul olmuş, tar və kamaça alətlərində məharətlə çalmışdır. Ağdam Dövlət Dram Teatrının tamaşalarında , kosertlərlə çıxış etmiş, Azərbaycan gənclırinin II festivalının laureatı olmuşdur (1957). Bununla yanaşı , Ağdam Pedoqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil almış və müəllim kimi çalışmışdır (1947-1951) Peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində (1957-1961) və Azərbaycan Dövlət Konservatoriyasında (1975-1980) almışdır. 1958-ci ildən ömrünün sonuna kimi AzTRV QSC S.Rüstəmov adına xalq çalğı ansambl orkestrinin solisti və kamaça qrupunun konsertmeysteri olmuşdur. Elman Bədəlov solo ifaçı və muğam üçlüyünün tərkibində konsertlərdə çıxış etmiş, bir çox ölkələrdə (Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və başqa ölkələrdə qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında çıxış etmişdir. Kamançada çaldığı "Bayatı-Şiraz" "Dilkəş", "Şüştər" və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi. Elman Bədəlov 25 iyun 1991-ci ildə vəfat etmişdir.
Elməddin Bədəlov
Elvin Bədəlov
Elvin Bədəlov — Azərbaycanlı futbolçu, Neftçi klubunun oyunçusu.
Fariz Bədəlov
Fariz Bədəlovun və Aygün Şahmalıyevanın ölümü — 2011-ci ildə dörd ay ərzində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlı uşaqlar. Əvvəl martın 8-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşən bölmələrindən açılan snayper atəşi nəticəsində 8 yaşlı Fariz Bədəlov Ağdam rayonunun Orta Qərvənd qəsəbəsində yaşadığı evin həyətində öldürülmüşdür. Dörd ay sonra, iyulun 14-də isə Ermənistan silahlı qüvvələrinin Əlibəyli yaşayış məntəqəsinə daxil olan Tovuz çayına içində partlayıcı qurğu olan oyuncağı buraxması nəticəsində həmin oyuncağı tataparaq evinə aparan və onunla oynayan zaman baş verən partlayış nəticəsində 12 yaşlı Aygün Şahmalıyeva həyatını itirmişdir. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2011-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşıda hücumlar olsa da, uşaqlar arasında ölüm halları baş verməmişdir. 2011-ci ilin martında 8 yaşlı Fariz Bədəlovun ölümü birinci belə hal idi. Növbəti dövrlərdə — 2011-ci ilin iyulunda 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində, 2017-ci ilin iyulunda isə 2 yaşlı Zəhra Quliyeva Alxanlı hücumu nəticəsində öldürülmüşdür.
Fərhad Bədəlbəyli
Fərhad Şəmsi oğlu Bədəlbəyli (27 dekabr 1947, Bakı) — pianoçu, SSRİ xalq artisti (1990), Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru (1991-ci ildən). == Həyatı == Fərhəd Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur. 1965–1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969–1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968, laureatı) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır. Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986–1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.
Hər şey olduğu kimi. Üçüncü film. Əfrasiyab Bədəlbəyli (film, 2000)
== Məzmun == Film Azərbaycanın görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylidən bəhs edir. == Film haqqında == Filmdə Həsən Seyidbəylinin "Doğma xalqıma", Oqtay Mirqasımovun "Cəfər Cabbarlı" sənədli filmlərindən və Ə. Bədəlbəylinin şəxsi arxivindəki kinomateriallardan istifadə olunub.
Maya Bədəlbəyli
Maya Bədəlbəyli (azərb. Maya Rəhim qızı Bədəlbəyli‎; 1952-ci il Bakı şəhəri) — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Kaliforniya Poeziya Elmləri İnstitutunun üzvü, fəlsəfə doktoru. == Həyatı == Maya Bədəlbəyli 1952-ci ildə Bakı şəhərində anadan olub. O, Bakıda 6 saylı orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olub. == Fəaliyyəti == Maya Bədəlbəyli universiteti bitirdikdən sonra Bakı Məişət Kondisioneri zavodunun nəzdindəki Texniki-peşə məktəbində rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə çalışıb. O, 1979-cu ildə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qanunlarının nəşrinin hazırlanması üzrə redaksiya heyətinin redaktoru vəzifəsinə qəbul olunub. 1982-ci ildən etibarən isə Azərbaycan Mədəniyyət Nazirliyində Mədəni-Maarif şöbəsinin baş müfəttişi vəzifəsində çalışıb. Bu dövrdə o, əhalinin xalq sənətinin inkişafında mədəniyyət müəssisələrinə praktiki yardım göstərmək məqsədilə Azərbaycanın, demək olar ki, bütün bölgələrində olmuşdur. Daha sonra Mədəniyyət Nazirliyində Sosiologiya Tədqiqat Qrupunun yaradıldığı vaxtdan qrupa Maya Bədəlbəyli rəhbərlik edib. Maya Bədəlbəyli Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin və Heydər Əliyev Fondununun tədbirlərində fəal iştirak edərək Rusiya xalqları arasında Azərbaycan mədəniyyətini təbliğ edir.
Nadir Bədəlov
Nadir Bədəlov (4 avqust 1956, Buzovna) — Ssenari müəllifi. Kino redaktoru. Aparıcı. Nadir Bədəlov "Salnamə" kinostudiyasının redaktoru, sənətşünas, ssenaristdir.
Namaz Bədəlov
Namaz Hüseyn oğlu Bədəlov (d. 1932 – ö. 1999) — azərbaycanlı alim, kənd təsərrüfatı elmləri doktoru. Namaz Bədəlov 20 may 1932–ci ildə Gürcüstan SSR–in Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Faxralıda almışdır. 1954–cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Faxralıya qayıdaraq 1959–cu ilədək kənddəki "Qələbə" kolxozunda aqrotexnik, baş aqronom işləmişdir. 1959–1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra o, 1961–ci ildən bu institutun elmi katibi vəzifəsinə irəli çəkilmişdir. Namaz Bədəlov 1964–ci ildə "Azərbaycanda tut ipəkqurdunun damazlıq yemləməsi üçün çəkil sortlarının seçilməsi" adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1972-ci ilədək İpəkçilik İnstitutunun elmi katibi vəzifəsində işləmişdir.
Nicad Bədəlov
Nicad Mehman oğlu Bədəlov (12 dekabr 1987, Çaylı, Qazax rayonu) — Azərbaycan Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Nicad Bədəlov 1987-ci il dekabrın 12-də Qazax rayonunun Çaylı kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Nicad Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Xocavəndin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Niyazi Bədəlov
Niyazi Mustafa oğlu Bədəlov (10 iyul 1909, Nuxa – 2 noyabr 1997) — Azərbaycan sənədli filmlər rejissoru. Niyazi Mustafa oğlu Bədəlov 10 iyul 1909-cu ildə Şəkidə dünyaya göz açıb. Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov 1931–1936-cı illərdə Moskvada dünyaca Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almış və ilk azərbaycanlı məzunlarından biri olmuşdur. N. Bədəlov həmçinin, böyük rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olub. 1927-ci ildə Şəkidə "Yeni yol" kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilir. Moskvadakı təhsilini bitirib Bakıya döndükdən sonra "Azərbaycanfilm" kinostudiyasında işə düzəlir və ilk işlərini — "Komsomol nəsli" və "Azərbaycan aşıqları" (1938) sənədli filmlərini ərsəyə gətirir. Sonra rejissor H.Seyidzadə ilə birgə "Ayna" adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılır. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə "Sovqat" adlı qısametrajlı bədii filmini hazırlayır. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunur, döyüşçülərdə yüksək əhvali-ruhiyyə yaradır. Onu da qeyd edək ki, "Sovqat" filmi N.Bədəlovun bədii kinoda ilk və son işi olur.
Oqtay Bədəlov
Qasım bəy Bədəlbəyov
Qasım bəy Əhməd bəy oğlu Bədəlbəyov (1856-?)—xeyriyyəçi. Qasım bəy Əhməd bəy oğlu 1856-cı ildə Şuşa qəzasının Kəbirli sahəsinin Sarıhacılı obasında anadan olmuşdu. Xeyriyyəçi bir şəxsiyyət idi. Qasım bəy Fatma xanım Kərbəlayı Şirin bəy qızı ilə ailə qurmuşdu. Ənvər Çingizoğlu, Bədəl bəyin uruğu:Bədəlbəyovlar, "Soy" dərgisi, Bakı, 2012.
Rza Bədəlov
Rza Bədəlov (25 sentyabr 1915, Bakı – 1987, Bakı) — texnika elmləri doktoru (1965), professor, AMEA-nın müxbir üzvü (1968). Rza Bədəlov Bakı şəhərində 25 sentyabr 1915-ci ildə anadan olub. Ali təhsilini 1941-ci ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetində alıb. Universitetin Neft-mexanika fakültəsində Mühəndis-mexanik ixtisası üzrə təhsil alıb. Rza Bədəlov 1941–1944-cü illərdə "Əzizbəyovneft" trestinin Me­xa­niki təmir zavodunda mühəndis-konstruktordan sex rəisinə qədər müxtəlif vəzifələrdə işləyib. 1944–1947-ci illərdə AzSİ-nun aspirantı olub. 1947–1968-ci illərdə AzNKİ-də baş müəllim, dosent, professor, dekan müa­vini, Neft-mexanika fakültəsinin dekanı, Nəzəri mexanika kafedrasının müdiri vəzifələrini icra edib. Rza Bədəlov 1968-1976-cı illərdə Azərbaycan Politexnik İnstitutunun rektoru və Nəzəri mexanika kafedrasının müdiri olub. Habelə 1976–1987-ci illərdə AzNKİ-nun Neft-mədən mexanikası və Maşın və mexanizmləri kafedrasının müdiri vəzifələrini icra edib. Rza Bədəlov dağ süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alimdir.
Rövşən Bədəlov
Rövşən Bədəlov (şəhid)
Sergey Bədəlyan
Sergey Qriqoryeviç Bədəlyan (erm. Սերգեյ Գրիգորի Բադալյան, rus. Сергей Григорьевич Бадалян; 4 iyul 1947, İrəvan, Ermənistan SSR – 25 noyabr 1999, Moskva) — Ermənistan fiziki, siyasətçisi və dövlət xadimi, 1992–1999-cu illərdə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1996-cı və 1998-ci illərdə Ermənistan prezidentliyinə namizəd. Sergey Qriqoryeviç Bədəlyan 4 iyul 1947-ci ildə Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. O, 1965–1970-ci illərdə İrəvan Politexnik İnstitutunun Texniki Kibernetika fakültəsində riyaziyyat mühəndisi ixtisası üzrə təhsil almışdır. Bədəlyan 1970–1973-cü illərdə İrəvan Politexnik İnstitutunda assistent işləmişdir. O, 1973–1980-ci illərdə Dubnadakı Birgə Nüvə Tədqiqatları İnstitutunda riyaziyyatçı mühəndis olmuşdur. Bədəlyan 1980–1982-ci illərdə İrəvan Fizika İnstitutunda tədqiqat qrupunun rəhbəri olmuşdur. O, 1982–1991-ci illərdə İrəvan Fizika İnstitutunun İPK Komitəsinin katibi olmuşdur. Bədəlyan 1991-ci ildə Ermənistan Kommunist Partiyası (EKP) İrəvan Şəhər Komitəsinin birinci katibi olmuşdur.
Seyfulla Bədəlov
Seyfulla Hacı Əbdül oğlu Bədəlov (31 dekabr 1907 – 24 noyabr 1978) — Azərbaycan kinooperatoru, kinorejissor. 31 dekabr 1907-ci ildə doğulub. Operator Seyfulla Bədəlov İkinci Dünya müharibəsi iştirakçısı olmuşdur. 24 noyabr 1978-ci ildə vəfat edib. Azərbaycan kinosunun ilk kinooperatorlarındandır. 1929-cu ildən kinoda çalışmışdır. Kinostudiya ilə yanaşı 1963-cü ildən Azərbaycan televiziyasında da filmlər çəkmişdir. Operator kimi 100-ə yaxın film, bir o qədər də kinojurnallar üçün süjetlər çəkmişdir. Rejissor kimi isə 25-dən çox yaxın film çəkmişdir. "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 Operator kimi Bakıda Oktyabrın 17-ci ildönümü (film, 1934) (qısametrajlı sənədli film) İnqilab tribunu (film, 1934) (qısametrajlı sənədli film) Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934) (qısametrajlı sənədli film) Azərbaycan günü (film, 1935) (qısametrajlı sənədli film) Azərbaycan SSR-nin 15 illiyi (film, 1935) (qısametrajlı sənədli film) Cəfər Cabbarlının dəfni (film, 1935) (qısametrajlı sənədli film) Şöhrətli Azərbaycan (film, 1935) (qısametrajlı sənədli film) Bakı İşçi Teatrının 15 illiyi (film, 1936) (qısametrajlı sənədli film) Klim Voroşilov Bakıda (film, 1936) Staxanov mayı (film, 1936) (qısametrajlı sənədli film) Türk qadınının baharı (film, 1936) (qısametrajlı sənədli film) Yüksək məhsul uğrunda (film, 1936) (qısametrajlı sənədli film) S. M. Kirova abidə özülünün qoyulması (film, 1937) (qısametrajlı sənədli film) SSRİ Ali Sovetinə seçkilər qarşısında (film, 1937) (qısametrajlı sənədli film) Azərbaycan aşıqları (film, 1938) (qısametrajlı sənədli film) İstedadlar məktəbi (film, 1938) (qısametrajlı sənədli film) Sovet gimnastları (film, 1938) (qısametrajlı sənədli film) Yaşasın Azərbaycan artistləri (film, 1938) (qısametrajlı sənədli film) Bir May Bakısı (film, 1941) (qısametrajlı sənədli film) Sovqat (film, 1942) (qısametrajlı bədii film) SSRİ EA-nın Azərbaycan filialı (film, 1943) (qısametrajlı sənədli film) Bakı neftçiləri (film, 1944) (qısametrajlı sənədli film) Xəzər dənizçiləri (film, 1944) (qısametrajlı sənədli film) Məktuba cavab (film, 1944) (qısametrajlı sənədli film) Şəfa nəğməsi (film, 1944) (qısametrajlı sənədli film) Əbədi odlar ölkəsi (film, 1945) (tammetrajlı sənədli film) General Həzi Aslanov (film, 1945) (qısametrajlı sənədli film) İran Azərbaycanının paytaxtında (film, 1945) (qısametrajlı sənədli film) Zəfər bayramı (film, 1945) (qısametrajlı sənədli film) Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946) (qısametrajlı sənədli film) Arazın o tayında (film, 1947) (tammetrajlı sənədli film) Xalq şairi (film, 1947) (qısametrajlı sənədli film) Xəzər nefti (film, 1948) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1948) (tammetrajlı sənədli film) Yeni kənd (film, 1948) (qısametrajlı sənədli film) Sovet Naxçıvanı-şərqin qapısı (film, 1949) (qısametrajlı sənədli film) Səadət yolu ilə (film, 1956) (tammetrajlı sənədli film) Xalq hədiyyəsi (film, 1957) (qısametrajlı sənədli film) Səadət və əmək mahnıları (film, 1957) (qısametrajlı sənədli film) Məhəmməd Füzuli (film, 1958) (qısametrajlı sənədli film) Azərbaycan mədəniyyətinin baharı (film, 1959) (tammetrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Azərbaycanın kurortlarında (film, 1961) (qısametrajlı sənədli film) Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film) Şən əhvalatlar (film, 1963) (qısametrajlı sənədli film) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) Bakıya xoş gəlmisiniz (film, 1965) (qısametrajlı sənədli film) Biz arzu edənlər nəslindənik (film, 1965) (qısametrajlı sənədli film) Daha iki nəfər (film, 1965) (qısametrajlı bədii film) "Artek"in bütün qızılı (film, 1965) (qısametrajlı sənədli film) Bahar gəlir (film, 1965) (qısametrajlı sənədli film) Molbertlə dünya ölkələrinə səyahət (film, 1965) (qısametrajlı sənədli film) Yun şal (film, 1965) (qısametrajlı bədii film) Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film) Cəlil Məmmədquluzadə (film, 1966) (qısametrajlı sənədli film) Şirəli dağdan endi (film, 1966) (qısametrajlı sənədli film) "Bakılı" press-avtomatı (film, 1967) (qısametrajlı sənədli film) Bizim milis (film, 1967) (qısametrajlı sənədli film) Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film) Quzu (film, 1967) (qısametrajlı bədii film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Nizami yurdu (film, 1968) (qısametrajlı sənədli film) Oxu, tar (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycanın ağsaqqalları (film, 1969) (qısametrajlı sənədli film) İthaf (film, 1969) (qısametrajlı sənədli film) Səhhət (film, 1970) (qısametrajlı sənədli film) Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) (sənədli serial)(6-cı seriya) Bakı arxipelaqı (film, 1971) (qısametrajlı sənədli film) Konsert proqramı (film, 1971) (I) (qısametrajlı sənədli film) Qurultaydan qurultaya (film, 1971) (qısametrajlı sənədli film) Sumqayıt (film, 1971) (qısametrajlı sənədli film) Torpaq patriarxları (film, 1971) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1972) (tammetrajlı sənədli film) Azərbaycan Pedaqoji İnstitutu-50 (film, 1973) (qısametrajlı sənədli film) Günəşlə dolu dünya (film, 1973) (qısametrajlı sənədli film) Cəsurlar kəndi (film, 1974) (qısametrajlı sənədli film) Xalq istedadları (film, 1974) (qısametrajlı sənədli film) Üç monoloq (film, 1974) (qısametrajlı sənədli film) Yeddinci horizont (film, 1974) (qısametrajlı sənədli film) Şəki (film, 1977) (qısametrajlı sənədli film) Rejissor kimi Bakı İşçi Teatrının 15 illiyi (film, 1936) (qısametrajlı sənədli film) Klim Voroşilov Bakıda (film, 1936) Staxanov mayı (film, 1936) (qısametrajlı sənədli film) Türk qadınının baharı (film, 1936) (qısametrajlı sənədli film) İstedadlar məktəbi (film, 1938) (qısametrajlı sənədli film) SSRİ EA-nın Azərbaycan filialı (film, 1943) (qısametrajlı sənədli film) Xalq hədiyyəsi (film, 1957) (qısametrajlı sənədli film) Səadət və əmək mahnıları (film, 1957) (qısametrajlı sənədli film) Şanlı, qeyri-adi il (film, 1960) (qısametrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Azərbaycanın kurortlarında (film, 1961) (qısametrajlı sənədli film) Dağlarda zavod (film, 1962) (qısametrajlı sənədli film) Möhtəşəm tikintinin adamları (film, 1962) (qısametrajlı sənədli film) Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film) "Bakılı" press-avtomatı (film, 1967) (qısametrajlı sənədli film) Bizim milis (film, 1967) (qısametrajlı sənədli film) Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Nizami yurdu (film, 1968) (qısametrajlı sənədli film) Oxu, tar (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycanın ağsaqqalları (film, 1969) (qısametrajlı sənədli film) Mahnıya həsr olunmuş həyat (film, 1969) (qısametrajlı sənədli film) Sumqayıt (film, 1971) (qısametrajlı sənədli film) Dostluq bayramı (film, 1972) (qısametrajlı sənədli film) Ürək dostluğu (film, 1972) (qısametrajlı sənədli film) Xəzərin polad adaları (film, 1974) (qısametrajlı sənədli film) Ssenari müəllifi kimi Şanlı, qeyri-adi il (film, 1960) (qısametrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Dostluq bayramı (film, 1972) (qısametrajlı sənədli film) Xəzərin polad adaları (film, 1974) (qısametrajlı sənədli film) Азербайджанской ССР кинематография.
Şikar Bədəlov
Şikar Bədəlov (5 fevral 1986, Şamaxı)— Azərbaycanlı kikboksçu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı, "Kings of Kings" dünya kəmərinin sahibi. Bədəlov Şikar Maqsud oğlu 1986-cı fevralın 5-də Şamaxı şəhərində anadan olub. 1993-2003-cü illərdə Şamaxı şəhərində yerləşən 5 nömrəli orta məktəbdə təhsil alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb. 2017-ci ildə Almaniyanın Herni şəhərində kikboksinqin K1 versiyası üzrə "Fight Vision Europe" yarışında iştirak edib. 13 ölkədən 26 idmançının iştirak etdiyi yarışda alman rəqibini 3-cü raundda texniki nokautla məğlub edərək qalib olub. 2018-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısıdır. 2018-ci il iyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq üzrə peşəkarlar arasında reytinq döyüşü olan XXII “Heroic battle”-a qatılıb. 2021-ci ildə Türkiyənin Konya şəhərində kəmər döyüşünə çıxıb.
Fariz Bədəlov və Aygün Şahmalıyevanın ölümü
Fariz Bədəlovun və Aygün Şahmalıyevanın ölümü — 2011-ci ildə dörd ay ərzində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlı uşaqlar. Əvvəl martın 8-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşən bölmələrindən açılan snayper atəşi nəticəsində 8 yaşlı Fariz Bədəlov Ağdam rayonunun Orta Qərvənd qəsəbəsində yaşadığı evin həyətində öldürülmüşdür. Dörd ay sonra, iyulun 14-də isə Ermənistan silahlı qüvvələrinin Əlibəyli yaşayış məntəqəsinə daxil olan Tovuz çayına içində partlayıcı qurğu olan oyuncağı buraxması nəticəsində həmin oyuncağı tataparaq evinə aparan və onunla oynayan zaman baş verən partlayış nəticəsində 12 yaşlı Aygün Şahmalıyeva həyatını itirmişdir. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2011-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşıda hücumlar olsa da, uşaqlar arasında ölüm halları baş verməmişdir. 2011-ci ilin martında 8 yaşlı Fariz Bədəlovun ölümü birinci belə hal idi. Növbəti dövrlərdə — 2011-ci ilin iyulunda 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində, 2017-ci ilin iyulunda isə 2 yaşlı Zəhra Quliyeva Alxanlı hücumu nəticəsində öldürülmüşdür.
Fariz Bədəlovun ölümü
Fariz Bədəlovun və Aygün Şahmalıyevanın ölümü — 2011-ci ildə dörd ay ərzində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlı uşaqlar. Əvvəl martın 8-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşən bölmələrindən açılan snayper atəşi nəticəsində 8 yaşlı Fariz Bədəlov Ağdam rayonunun Orta Qərvənd qəsəbəsində yaşadığı evin həyətində öldürülmüşdür. Dörd ay sonra, iyulun 14-də isə Ermənistan silahlı qüvvələrinin Əlibəyli yaşayış məntəqəsinə daxil olan Tovuz çayına içində partlayıcı qurğu olan oyuncağı buraxması nəticəsində həmin oyuncağı tataparaq evinə aparan və onunla oynayan zaman baş verən partlayış nəticəsində 12 yaşlı Aygün Şahmalıyeva həyatını itirmişdir. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2011-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşıda hücumlar olsa da, uşaqlar arasında ölüm halları baş verməmişdir. 2011-ci ilin martında 8 yaşlı Fariz Bədəlovun ölümü birinci belə hal idi. Növbəti dövrlərdə — 2011-ci ilin iyulunda 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində, 2017-ci ilin iyulunda isə 2 yaşlı Zəhra Quliyeva Alxanlı hücumu nəticəsində öldürülmüşdür.
Fərid Bədəlov
Fərid Bədəlov — azərbaycanlı futbolçu. == Həyat və Karyerası == Fərid Bədəlov 1994-cü ildə Bakıdan anadan olmuşdur. Uşaq vaxtlarından Bədəlovda futbola böyük maraq var idi. 2004-cü ildə futbol üçün ilkin addımlarını atmağa başladı. Onun futbola marağınn artmasına İtaliyalı qapıçı olan Canluici Buffonun da təsiri vardır. Bədəlov U16 yaş qrupu üzrə Azərbaycan millisində də forma geyinmişdir. O 2023-cü ildə qırmızı vərəqə alması ilə gündəmə gəlmişdir.

Digər lüğətlərdə