BAĞIRMAQ

Nə qədər qəribə olsa, bu söz bağır kəlməsi ilə eyni kökə malikdir.Adam hirslənəndə ağ bağırda bərk qızışma baş verir və insan qışqırmaq yolu ilə sanki bağrını sakitləşdirməyə çalışır. Ağ bağır hiss-həyəcan mənbəyidir, mənbələrdə o, qəzəb sözünün sinonimi kimi də işlədilib. İkinci mülahizə də mümkündür: oğlaq bəyirir, inək böyürür, adam bağırır. Bunların hamısı eyni sözün müxtəlif formaları­dır. Çağır və çığır, çənə və çeynə kimi sözlər də həmin qəlib üzrə yaranıb. Burada daxili fleksiya əlamətlərinin şahidi oluruq. Bağırmaq sözü boğaz kəlməsi ilə də qohum ola bilər, “boğazdan çıxan səs” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BAĞIRCIQ
BAĞIRSAQ1

Значение слова в других словарях