baislik
bakal
OBASTAN VİKİ
BAK
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Perl Bak
Perl Bak, doğum soyadı Saydenstriker (ing. Pearl Sydenstricker Buck; Çin adı çin. 赛珍珠, pinyin: Sài Zhēnzhū, hərfi mənası: "Say Çjençju"; 26 iyun 1892[…], Xilsboro[d], Qərbi Virciniya – 6 mart 1973[…] və ya 1973, Danby[d], Vermont) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1938). XX əsrin 30-cu illərində Amerika müəllifləri üç dəfə Nobel mükafatına layiq görülmüşdülər. Üçüncü mükafatın sahibi qadın yazıçı Perl Komfort (Saydenstriker) Bak olmuşdu. O, Qərbi Virciniyada, missioner fəaliyyəti ilə məşğul olan amerikalı presvetrian din xadiminin ailəsində doğulmuşdu. Atası İncili yunancadan Çin dilinə tərcümə edən sərt, quru və qapalı adam idi. Anası isə ədəbiyyat və sənət bilicisi kimi tanınırdı. Perl üç aylıq olanda atasının missiya başçısı təyin edilməsi ilə əlaqədar ailə Çinin Jenjianq əyalətinə göndərilmişdi. Nəticədə Perl Çin dilini doğma ingilis dilindən əvvəl öyrənmişdi.
Tim Bak
Timoti Bak (ing. Timothy Buck; 6 yanvar 1891 – 11 mart 1973, Toronto) — Kanada kommunist və fəhlə hərəkatı xadimi. O, Kanada Kommunist Partiyasının (KKP) təşkilatcılarından biri olmuşdur. Tim Bak 6 yanvar 1891-ci ildə Birləşmiş Krallıqda anadan olmuşdur. O, 1910-cu ildə Kanadaya mühacirət etmişdir. Bak 1921–1929-cu illərdə Kanada Həmkarlar İttifaqları Birliyi Liqasının, 1929–1962 illərdə isə Kanada Kommunist Partiyasının (KKP) baş katibi idi. O, 1935–1943-cü illərdə Kominternin İcraiyyə Komitəsinin üzvü olmuşdur. Dəfələrlə həbs edilmişdir. 1962–1973-cü illərdə KKP-nin sədri idi. Progress Books Online Contains PDF versions of Put Monopoly Under Control and Canada and the Russian Revolution by Tim Buck Tim Buck, Too by Morris Wolfe on Tim Buck's 1931 trial.
Linda B. Bak
Linda Bak-Linda Brown Buck (29 yanvar 1947-ci ildə anadan olub) iybilmə sistemindəki işi ilə məşhur olan amerikalı bioloqdur . O , iybilmə reseptorları üzərində işlərinə görə Riçard Aksellə birlikdə 2004-cü ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülüb . Hal-hazırda Sietldəki Fred Hutchinson Xərçəng Araşdırma Mərkəzinin fakültəsində işləyir . Linda B. Back 29 yanvar 1947-ci ildə Sietldə, Vaşinqtonda anadan olub. Onun atası boş vaxtlarında müxtəlif əşyalar icad etmək və qurmaqla məşğul olan elektrik mühəndisi, anası isə boş vaxtının çox hissəsini evdə keçirən evdar qadın idi . Bak üç bacının ikincisi idi. 1994-cü ildə Bak bioloq olan Rocer Brent ilə tanış oldu və 2006-cı ildə evləndi. Bak , 1975-ci ildə Sietl, Vaşinqton Universitetində psixologiya və mikrobiologiya üzrə bakalavr dərəcəsini almışdır . O, 1980-ci ildə Dallasdakı Texas Cənub-Qərb Tibb Mərkəzində professor Ellen Vitettanın rəhbərliyi altında immunologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1980-ci ildə Bak Kolumbiya Universitetində Benvenuto Pernis (1980–1982)rəhbərliyi altında postdoktorluq tədqiqatlarına başladı.
Cəfər Cabbarlının heykəli (Bakı, Cəfər Cabbarlı meydanı)
Cəfər Cabbarlının heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərinin Cəfər Cabbarlı meydanında - 28 May metrostansiyasının girişinin yaxınlığında məşhur Azərbaycan şairi və dramaturqu Cəfər Cabbarlının heykəli. Heykəl heykəltaraş Mirələsgər Mirqasımov tərəfindən qranitdən hazırlanıb. 1982-ci ildə qurulub. Abidənin memarı Yusif Qədimovdur. 1959-cu ildə Bakı Dəmir Yolu Vağzalının qarşısında meydanda dramaturqa abidə qoyulması barədə qərar qəbul olunub. Eyni ildə gələcək heykəl ərazisində bir daş tikilib ki, burada Cəfər Cabbarlının heykəli tikiləcəkdir. Mirələsgər Mirqasımovun qazandığı ən yaxşı layihə üçün müsabiqə elan edildi. Mirələsgər Mirqasımov material almaq üçün, həyat yoldaşı Gültəkin xanım ilə birlikdə Novo- Danilovskiy - Ukraynaya gedib. Heykəltaraşın artıq işə başlamış olmasına baxmayaraq, Nikita Xruşşovun rəhbərliyi dövründə yayılmış minimalizm arzusu və "həddən artıq olanlara" qarşı mübarizə uzun müddət bu işi dayandırdı. Son 70-ci illərdə onlar yenidən heykəli xatırladılar, lakin iş yenidən donduruldu.
Cəfərqulu ağa Bakıxanov
Cəfərqulu ağa Mirzə Məhəmməd xan oğlu Bakıxanov (6 fevral 1796, Quba xanlığı – 1867, Quba) — zadəgan, general-leytenant. Bəzi mənbələrdə 1796 ya da 1799-cu ildə anadan olduğu deyildi. Lakin son araşdırmalarda onun 1793-cü il fevralın 6-da Qubada II Mirzə Məhəmməd xan və Sofiya xanımın ailəsində anadan olduğu ortaya çıxdı. 1827-ci ildə Müşkür və 1830-cu illərdə Şabran mahallarının titul naibini almışdır. Buduqun da naibi idi. 1820-ci ildə orduya qoşuldu. Rusiya-İran müharibəsi onun ilk hərbi təcrübəsi, ardınca Rusiya-Osmanlı müharibəsi idi. Ərzurum Serasker Salih Paşanın tutulduğu Mil döyüşündə iştirak etdi. Hasankale və Ərzurumun tutulmasından sonra podporuçik (leytenant) rütbəsinə qaldırıldı. Quba sakinləri 1837-ci ildə rusların zülmünə və Cəfərqulunun sərt vergi tətbiqinə qarşı üsyan etdilər.
Cəlil Məmmədquluzadənin ev-muzeyi (Bakı)
Cəlil Məmmədquluzadənin Ev Muzeyi — Böyük Azərbaycan ədibi və publisisti Cəlil Məmmədquluzadənin 1920-1932-ci illərdə yaşayıb yaratdığı mənzildə yaradılmış ev muzeyidir. Muzey Azərbaycan Respublikası hökumətinin 1978-ci ildə verdiyi qərarla Bakı şəhəri, Süleyman Tağızadə küçəsi (köhnə Poçt küçəsi), 56 ünvanında yerləşən evdə yaradılmış, 1994 – cü il, 28 dekabrda C. Məmmədquluzadənin anadan olmasının 125 illiyi ərəfəsində açılmışdır. Açılış mərasimində Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyev iştirak etmiş və nitq söyləmişdir. Muzeydə C. Məmmədquluzadə və digər mollanəsrəddinçilərin həyat və fəaliyyətini əks etdirən 3000-ə yaxın eksponat toplanmışdır. Onların 500 - ə yaxını muzeyin ekspozisiyasında nümayiş etdirilir. Ekspozisiya beş otaqda (ümumi sahəsi 185 m²) yerləşir. Muzeydə ədibin uşaqlıq, gənclik və təhsil illərini, məktəbdarlıq fəaliyyətini, ilk yaradıcılıq addımlarını və mühitini, onun ilk jurnalistik və ədəbi fəaliyyətini əks etdirən eksponatlar nümayiş etdirilir. Ədibin iş otağı, “Molla Nəsrəddin” jurnalının redaksiyası – xatirə otağında isə C. Məmmədquluzadənin həyat və fəaliyyətinin 1922-1932-ci illər dövrünü əks etdirən, habelə yaradıcılığının tədqiqi ilə bağlı materiallar toplanmışdır. Burada ədibin əsərlərinin dünyada yayılma arealını əks etdirən xəritə də tərtib olunmuşdur. Muzey C. Məmmədquluzadənin və digər mollanəsrəddinçilərin irsinin toplanması, tədqiqi və təbliği sahəsində fəailliyyət göstərir.
Dadaş Bünyadzadə küçəsi (Bakı)
Dadaş Bünyadzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunun Yeni Yasamal yaşayış massivindəki küçə. Küçə Azərbaycan SSR dövlət xadimi Dadaş Bünyadzadənin adını daşıyır. Məhəmməd Xiyabani küçəsindən "Vital klinika"ya kimi uzanır. Dadaş Bünyadzadə küçəsi Yeni Yasamalın əsas küçələrindən olan Məhəmməd Xiyabani küçəsindən başlayır. Abbas Mirzə Şərifzadə küçəsinə paraleldir. Küçədən 194 saylı marşurut avtobusu hərəkət edir. Əsəd Əhmədov küçəsi Məhəmməd Xiyabani küçəsi № 1 — Vital klinika № 34B — Şaiq MTK (Kamran MTK) № 34B — YASAMAL Mall № ? — Rahat market (əvvəlki: Bəyaz market) № ? — Xəmirçi un məmulatları № ?
Drakula: Bakirənin gündəliyindən səhifələr (film, 2002)
Drakula: Bakirənin gündəliyindən səhifələr (ing. Dracula: Pages from a Virgin's Diary) — 2002-ci ildə istehsal olunmuş Kanada filmidir. Drakula: Bakirənin gündəliyindən səhifələr — Internet Movie Database saytında.
Dubrovka (Bakalı)
Dubrovka (başq. Дубровка, rus. Дубровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 16 km, kənd sovetliyindən (Starıe Matı): 2.5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km.
Echinops bakhtiaricus
Echinops bakhtiaricus (lat. Echinops bakhtiaricus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Erməni Qriqorian Kilsəsinin Bakı yeparxiyası
Bakı yeparxiyası — Erməni Qriqorian kilsəsinin Azərbaycan SSR və Mərkəzi Asiya ərazisində yurisdiksiyası olan keçmiş kilsə inzibati vahidi. Şamaxı yeparxiyasının əsasında yaradılmışdır. Vaxtilə yeparxiyaya tabe olmuş Müqəddəs Qriqori kilsəsi qalmışdır. 1945-ci ildə isə Mir Cəfər Bağırovun təkidi ilə Şamaxılı yepiskop Vardges Baxşıyeviç Qriqoryan tərəfindən yaradılmışdır. Bakı-Türkistan yeparxiyası adlanan bu yeni inzibati vahidin ərazisi Orta Asiyanı və Azərbaycanın bir hissəsini əhatə edirdi. Daha sonra isə Qarabağ və Gəncə də Bakı yeparxiyasına tabe edilərək bütün Azərbaycan Bakı yeparxiyasına tabe edilmiş oldu. Sovet hakimiyyətinin dinə qarşı siyasətinə görə yeparxiyada ancaq Gəncə və Bakıda dini ayinlər icra edilirdi. Son yepiskop Anania Arabacıyan fəaliyyətinə 1989-cu ildə son vermişdir.
Eşem-elək (Bakalı)
Eşem-elək (başq. Емеш-еләк, rus. Плодоягодная) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bakalı kənd şurasının tərkibindədir. 10 sentyabr 2007-cu ilə qədər Plodoyaqodnaya kənd kolxozu adlanırdı. Məsafələr: rayon mərkəzindən (Bakalı): 6 km, kənd sovetliyindən (Bakalı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 78 km.
Fairmont Baku
"Fairmont Baku" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində, "Alov qüllələri" kompleksində yerləşən beşulduzlu otel. "Fairmont" otellər qrupuna aiddir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Azərbaycan dövlətinin və xalqının milli-mənəvi dəyərlərinə, zəngin irsinə göstərdiyi həssas münasibət bu otel kompleksinin inşası zamanı başlıca meyarlardan olmuşdur. Otelin nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılmışdır. Bundan əlavə, burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksək səviyyəli xidmət göstərəcəkdir. Binada 219 avtomobil üçün dayanacaq vardır.
Four Seasons Hotel Baku
"Four Seasons Hotel Baku" — Bakı şəhərində yerləşən, Four Seasons şəbəkəsinə daxil olan hotel. Neftçilər prospekti, 1 ünvanında, İçərişəhərin yanında yerləşir. 2006-cı ilə qədər hotel binasının yerində "Tibb İşçiləri Evi" kimi tanınan, 1860-cı illərdə Karl Hippius tərəfindən tikilmiş və inqilabdan əvvəl Qubernator evi kimi tanınan bina mövcud idi. 2009-cu ildə sökülən Tibb İşçiləri Evinin yerində Paşa İnşaat yeni hotelin tikintisinə başlayıb. Layihənin icraçısı ingilis ReardonSmith şirkətidir. Hotel binasının tikintisi 4 il davam edib, açılışı 2012-ci il sentyabrın 3-də ölkə prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Hoteldə 27-si lüks olan 171 otaq mövcuddur. Həmçinin 2 prezident otağı — Heather və Lyman mövcuddur. Hoteldə həmçinin işgüzar görüşlər üçün "Şur", "Cahargah", "Bayatı-Şiraz", "Hümayun" və "Şüştər" muğamlarının adını daşıyan 5 iclas otağı var. Hoteldə İtalyan mətbəxi olan Zafferano restoranları, çay üçün Piazza Launge, Bentley Bar və Kaspia restoran-bar mövcuddur.
Futbol üzrə Bakı şəhər çempionatı
Futbol üzrə Bakı şəhər çempionatı — 1911-1917-ci illərdə keçirilmişdir.
Futbol üzrə Bakı şəhər çempionatının qaliblərinin siyahısı
Futbol üzrə Bakı şəhər çempionatı — 1911-1917-ci illərdə keçirilmişdir.
Füzuli küçəsi (Bakı)
Füzuli küçəsi — Azərbaycanın paytaxtı Bakı şəhərində cənub-qərbdən şimal-şərqə uzanan bir küçədir. Şəhərin mərkəzi küçələrindən biridir. Məşhur 16-cı əsrin şairi Məhəmməd Füzulinin adını daşıyır. Şərqdən küçəyə qədər Azadlıq prospekti və Cəfər Cabbarlı meydanı, qərbdə - Füzuli meydanı və cənubdan yeni qoyulmuş Qış bulvarına yaxınlaşır. Küçə XIX əsrdə çıxdı və Balaxanskaya küçəsi (Balaxanı yolu) adlandırıldı. XIX əsrin ortalarında Bakı qəzası olduğunda, Balaxanskaya küçəsi Bakının Forstadt şəhərinin şərq hissəsinin şimal sərhədi idi və bu dövrdə hələ də planlaşdırılmamışdı. Qərbdən şərqə doğru istiqamətdə forştaddan keçən Suraxanı küçəsi ilə müqayisədə Balaxanı küçəsinin rolu planlaşdırmada zəif ifadə edildi. 19-cu əsrin ikinci yarısında sənaye rayonunun - Qara şəhərin, sonra isə dəmir yolu xəttinin görünüşü şəhərin şərq hissəsində yeni, daha canlı sahələrin inkişafına kömək etdi. Bunlar genişlik istiqamətlərində bir küçə şəbəkəsi - Balaxanska küçəsi idi. 19-cu əsrin sonuna qədər, Balaxanskaya doğru qravitasiya edən və dəmir yolu stansiyasından təsirlənən pərakəndə satış, sənətkarlıq xətləri şimal istiqamətində sürətlə inkişaf etmişdir.
Füzulinin heykəli (Bakı)
Məhəmməd Füzuli heykəli — Mərkəzi park ərazisində yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış heykəl. 1958–1963-ci illərdə hazırlanmış abidənin heykəltaraşları Tokay Məmmədov və Ömər Eldarov, memarı isə Hacı Muxtarovdur. Bu işə görə heykəltaraşlar Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülmüşdülər. 1958-ci ildə orta əsrlər Azərbaycan şairi Məhəmməd Füzulinin ölümünün 400 illiyi münasibətilə şairin abidəsinin yaradılması üçün müsabiqə elan edilir. Vaxtilə İ. E. Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəssamlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda bir yerdə təhsil almış Tokay Məmmədov və Ömər Eldarovun memar Hacı Muxtarovla bir yerdə hazırladıqları layihə müsabiqədə qalib gəlir. Füzulinin heykəli üzərində işləməzdən əvvəl həm Tokay Məmmədov, həm də Ömər Eldarov “poetik” mövzuya müraciət etmişdilər. Belə ki, bir müddət öncə Məmmədov Nizami Gəncəvinin portreti üzərində işləmişdi. Azərbaycan heykəltaraşlığında ağac üzərində işlənmiş ilk əsər olan bu portret Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Ömər Eldarov isə XX əsrin 50-ci illərində XIX əsr Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın mərmər portretini işləyir. Tezliklə Ali Sovetin Rəyasət Heyətinin sədri, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun təklifi ilə Ömər Eldarov Natəvanın tunc heykəlini işləmək sifarişini alır.
Fərid Bakı FK
Fərid Futbol Klubu — 1995–1997-ci illərdə Bakını təmsil etmiş klub. 1 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Fəvvarələr meydanı (Bakı)
Fəvvarələr meydanı — Bakının ilk mərkəzi meydanlarından biri. Meydan Səbail rayonunun ərazisindəki Nigar Rəfibəyli küçəsinin Əhməd Cavad küçəsi ilə kəsişdiyi yerdə yerləşir. Meydanın mərkəzini fəvvarələr kompleksi bəzəyir. Meydan XIX-XX əsrə aid memarlıq abidələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “Araz” kinoteatrının binası, İSR Plaza oteli, Müqəddəs Qriqori kilsəsi və s. ilə, əhatə olunmuşdur. Meydanı əhatə edən hər üç küçə nəqliyyat vasitələri üçün bağlıdır.
Gold Baku
Gold Baku — Azərbaycanda istehsal olunan məşhur spirtli konyak və ya brendi içkisi. Müddəti ən azı 10 il saxlanılmış konyak spirtlərindən hazılanır. Qızılı-kəhrəba rəngi, zərif təravəti, şokolad və vanil çalarları vardır. Konyakın dadı yumşaq, məxməri və harmonikdir. Aperitiv kimi, təmiz halda süfrəyə vermək tövsiyə olunur, siqar, meyvə və kofe ilə yaxşı uyğunlaşır. +20 °C (və ya otaq temperaturunda) süfrəyə vermək tövsiyə olunur.
Green Baku
Qrin Baku (ing. Green Baku) — əhalinin müxtəlif təbəqələrinin diqqətini Abşeron yarımadasının məişət tullantıları probleminə yönəltmək məqsədilə yaradılmış ekoloji qeyri-hökumət təşkilatıdır. Təşkilat Azərbaycanın ilk özünümaliyyələşdirən QHT-lərindəndir. Green Peace və 350.org kimi beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən tanınmaqdadır. Təşkilat 2010-cu ilin iyul ayında Azərbaycan Texniki Universitetinin birinci kurs tələbəsi tərəfindən facebook səhifəsində qurulub. 2010-cu il avqust ayının sonunda üzvlərinin sayı artıq mini keçmişdir. Təşkilatın yaranma tarixi olaraq ilk aksiyanın keçirildiyi gün-5 sentyabr 2010cu il götürülür. "Qlobal iqlim həftəsonu" aksiyası (10.10.10) çərçivəsində Azərbaycanı təmsil edib. Hərakatın fəaliyyəti küçələrdən məişət tullantılarının azaldılmasına, aǧac əkininə, şəhər sakinləri və məktəblilərlə maarifləndirici işlərin aparılmasına, həmçinin hökumət və könüllü təşkilatlarının işlərinin koordinasiyasına yönəldilmişdir. Məişət tullantılarının təmizlənməsi üzrə aksiyalar Xəzər dənizi çimərliklərində və Bakının mərkəzi küçələrində keçirilir.
Green Baku (Yaşıl Bakı)
Qrin Baku (ing. Green Baku) — əhalinin müxtəlif təbəqələrinin diqqətini Abşeron yarımadasının məişət tullantıları probleminə yönəltmək məqsədilə yaradılmış ekoloji qeyri-hökumət təşkilatıdır. Təşkilat Azərbaycanın ilk özünümaliyyələşdirən QHT-lərindəndir. Green Peace və 350.org kimi beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən tanınmaqdadır. Təşkilat 2010-cu ilin iyul ayında Azərbaycan Texniki Universitetinin birinci kurs tələbəsi tərəfindən facebook səhifəsində qurulub. 2010-cu il avqust ayının sonunda üzvlərinin sayı artıq mini keçmişdir. Təşkilatın yaranma tarixi olaraq ilk aksiyanın keçirildiyi gün-5 sentyabr 2010cu il götürülür. "Qlobal iqlim həftəsonu" aksiyası (10.10.10) çərçivəsində Azərbaycanı təmsil edib. Hərakatın fəaliyyəti küçələrdən məişət tullantılarının azaldılmasına, aǧac əkininə, şəhər sakinləri və məktəblilərlə maarifləndirici işlərin aparılmasına, həmçinin hökumət və könüllü təşkilatlarının işlərinin koordinasiyasına yönəldilmişdir. Məişət tullantılarının təmizlənməsi üzrə aksiyalar Xəzər dənizi çimərliklərində və Bakının mərkəzi küçələrində keçirilir.
Göy məscid (Bakı)
Əjdər bəy məscidi — 1912-ci ildə inşa edilmişdir. "İttifaq" məscidi kimi də tanınır. Memarı — Zivər bəy Əhmədbəyovdur. Ötən əsrin əvvəllərində, 1912–1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdər bəy Aşurbəyov tərəfindən Bakı şəhərində tikilib istifadəyə verilmiş məscid Azərbaycanda mötəbər dini ibadət mərkəzlərindən biridir. Bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar "İttifaq" məscidi adı ilə tanınmışdır. Bakı müsəlmanlarının ən qədim və iri ibadətgahlarından olan bu məscid Hacı Əjdərbəyin şəxsi büdcəsi hesabına tikilib. O zaman bu ziyarətgah 400 nəfərin ibadəti üçün nəzərdə tutulub. Ancaq sovet hökuməti dağıldıqdan sonra bu məscidə də ziyarətə gələnlərin sayı xeyli artdığından ərazidə böyük sıxlıq yaranırdı. Elə bu səbəbdən də Qafqaz Müsəlmanları İdarəsi məscidin yenidən qurulmasını, ibadət otaqlarının sayını artırmağı qərara alıb. Hesablamalara görə, yenidənqurma işləri başa çatdıqdan sonra burada 2000-ə yaxın dindar ibadət edə biləcək.
Heinze Bakker
Heinze Bakker (2 mart 1942 – 16 aprel 2021 1) — Niderlandlı idman jurnalistidir.
Həzrəti Əli məscidi (Bakı)
Seyid Yəhya Murtuza məscidi və ya Həzrət Əli məscidi — İçərişəhərdə yerləşən XVII əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid yenidən fəaliyyət göstərməyə başlayıb. Məscid XVII əsrdə İçərişəhərdə indiki Asəf Zeynallı küçəsində tikilib. Məscidi Seyid Yəhya Murtuza öz şəxsi vəsaiti hesabına tikdirib və özü din xadimi kimi məsciddə axund olaraq fəaliyyət göstərib. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir. Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.
III Aleksandrın Bakıya səfəri
III Aleksandrın Bakıya səfəri — Rusiya imperiyasının imperatoru III Aleksandr Aleksandroviçin, imperatriça Mariya Fyodorovnanın və onların uşaqlarını Nikolay Aleksandroviçin və Georgi Aleksandroviçin Bakıya səfəri 8-9 oktyabr 1888-ci ildə olmuşdur.. Bu, Rusiya monarxlarının Bakıya ilk və yeganə səfəri olmuşdu. İmperator və onun ailəsinin Bakıya səfəri zamanı Bakı şəhəri artıq 29 il idi ki, Bakı quberniyasının inzibati mərkəzi idi və əhalisinin sayına görə Qafqazda ikinci yeri tuturdu. 1888-ci ildə Bakı şəhərində 80 min nəfərə yaxın adam yaşayırdı . Şəhərdə əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdilər. 1886-ci ildə Bakının gəliri 327 min manata çatırdı, gəlirin əsas hissəsi (təxminən 90 min manat) yükdaşımaların payına düşürdü. Imperatorun qatarı Bakı şəhərinə şənbə günü gündüz saast 12-də gəldi. Qubernatorun evinin üstündə xüsusi formalı bayraq asılmış, gəmilərdən yaylım atəşləri açılmışdır. Dəmiryol stansiyasına gedən yol bayraqlar və bitkilərlə bəzədilmişdir. Yol boyu bütün şalbanlar Lənkərandan gətirilmiş yaşıl sarmaşıqlarla örtülmüşdür .
III Bakar
III Bakar (7 aprel 1699 – 1 fevral 1750, Moskva) — Kartli çarı. VI Vaxtanqın oğlu. 1716–1719-cu illər arası atasının yerinə hökmdarlıq etmişdi. 1717-ci ildə Şah Sultan Hüseyn Səfəvi tərəfindən ona tac və qılınc göndərilmişdi. Həmin il müsəlman olaraq Şahnəvaz adını aldı və Azərbaycan general-qubernatorluğuna gətirildi. Osmanlı ordusunun işğalından sonra 1724-cü ilin iyulunda Rusiyaya köçmüşdü. 1743-cü ildə Moskvada gürcü dilində İncil çap etdirmişdi. Bakar Vaxtanqoviç Qruzinski kimi də tanınırdı. 1750-ci ildə Moskvada vəfat etdi.

Digər lüğətlərdə