BAİSKAR
BAKƏMAL
OBASTAN VİKİ
BAK
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Perl Bak
Perl Bak, doğum soyadı Saydenstriker (ing. Pearl Sydenstricker Buck; Çin adı çin. 赛珍珠, pinyin: Sài Zhēnzhū, hərfi mənası: "Say Çjençju"; 26 iyun 1892[…], Xilsboro[d], Qərbi Virciniya – 6 mart 1973[…] və ya 1973, Danby[d], Vermont) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1938). == Həyatı == XX əsrin 30-cu illərində Amerika müəllifləri üç dəfə Nobel mükafatına layiq görülmüşdülər. Üçüncü mükafatın sahibi qadın yazıçı Perl Komfort (Saydenstriker) Bak olmuşdu. O, Qərbi Virciniyada, missioner fəaliyyəti ilə məşğul olan amerikalı presvetrian din xadiminin ailəsində doğulmuşdu. Atası İncili yunancadan Çin dilinə tərcümə edən sərt, quru və qapalı adam idi. Anası isə ədəbiyyat və sənət bilicisi kimi tanınırdı. Perl üç aylıq olanda atasının missiya başçısı təyin edilməsi ilə əlaqədar ailə Çinin Jenjianq əyalətinə göndərilmişdi. Nəticədə Perl Çin dilini doğma ingilis dilindən əvvəl öyrənmişdi.
Tim Bak
Timoti Bak (ing. Timothy Buck; 6 yanvar 1891 – 11 mart 1973, Toronto) — Kanada kommunist və fəhlə hərəkatı xadimi. O, Kanada Kommunist Partiyasının (KKP) təşkilatcılarından biri olmuşdur. == Həyatı == Tim Bak 6 yanvar 1891-ci ildə Birləşmiş Krallıqda anadan olmuşdur. O, 1910-cu ildə Kanadaya mühacirət etmişdir. Bak 1921–1929-cu illərdə Kanada Həmkarlar İttifaqları Birliyi Liqasının, 1929–1962 illərdə isə Kanada Kommunist Partiyasının (KKP) baş katibi idi. O, 1935–1943-cü illərdə Kominternin İcraiyyə Komitəsinin üzvü olmuşdur. Dəfələrlə həbs edilmişdir. 1962–1973-cü illərdə KKP-nin sədri idi. == İstinadlar == == Xarici keçidlər == Progress Books Online Contains PDF versions of Put Monopoly Under Control and Canada and the Russian Revolution by Tim Buck Tim Buck, Too by Morris Wolfe on Tim Buck's 1931 trial.
Linda B. Bak
Linda Bak-Linda Brown Buck (29 yanvar 1947-ci ildə anadan olub) iybilmə sistemindəki işi ilə məşhur olan amerikalı bioloqdur . O , iybilmə reseptorları üzərində işlərinə görə Riçard Aksellə birlikdə 2004-cü ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülüb . Hal-hazırda Sietldəki Fred Hutchinson Xərçəng Araşdırma Mərkəzinin fakültəsində işləyir . == Şəxsi həyatı == Linda B. Back 29 yanvar 1947-ci ildə Sietldə, Vaşinqtonda anadan olub. Onun atası boş vaxtlarında müxtəlif əşyalar icad etmək və qurmaqla məşğul olan elektrik mühəndisi, anası isə boş vaxtının çox hissəsini evdə keçirən evdar qadın idi . Bak üç bacının ikincisi idi. 1994-cü ildə Bak bioloq olan Rocer Brent ilə tanış oldu və 2006-cı ildə evləndi. == Təhsili == Bak , 1975-ci ildə Sietl, Vaşinqton Universitetində psixologiya və mikrobiologiya üzrə bakalavr dərəcəsini almışdır . O, 1980-ci ildə Dallasdakı Texas Cənub-Qərb Tibb Mərkəzində professor Ellen Vitettanın rəhbərliyi altında immunologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Karyera və araşdırmaları == 1980-ci ildə Bak Kolumbiya Universitetində Benvenuto Pernis (1980–1982)rəhbərliyi altında postdoktorluq tədqiqatlarına başladı.
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal. "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilir. == Təltif edilən şəxslər == "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Naziri tərəfindən təltif edilir. == Taxılma qaydası == "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "BAKI DÖVLƏT UNİVERSİTETİ" sözləri, aşağı qövs boyunca "1919–2019" sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz vardır. "1919–2019" sözlərindən sol və sağ tərəflərə doğru qövs boyu sünbüllərdən ibarət çələng yerləşir.
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı

"Bakılı" press-avtomatı (film, 1967)
"Bakılı" press-avtomatı — qısametrajlı sənədli film. Rejissor Seyfulla Bədəlov tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə yeni texnikanın-"Bakılı" press-avtomatının istehsalatda tətbiqindən, bunun xalq təsərrüfatının inkişafında əhəmiyyətli rolundan danışılır. == Məzmun == Filmdə yeni texnikanın-"Bakılı" press-avtomatının istehsalatda tətbiqindən, bunun xalq təsərrüfatının inkişafında əhəmiyyətli rolundan danışılır.
"Moskva-Bakı" qatarı (film, 2005)
== Məzmun == Filmdə hadisələr Moskvadan Bakıya yola düşən qatarda baş verir. Bu qatarın sərnişinləri bütün digər adi sərnişinlərdən fərqlənir… == Film haqqında == Filmdəki xoruzun adı "Şiri"dir. Azərbaycan kinosunda ilk dəfə bu filmdə heyvan və ya quş titrlərdə rol ifaçısı olaraq təqdim edilmişdir.
"Planet Parni iz Baku" Studiya
Planet Parni iz Baku — 2001-ci ildə təsis edilən studiya. Baş direktoru Tahir İmanovdur. == Tarixi == AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılovun köməyi ilə 2001-ci ildə təsis edilib. Qurulduğu gündən həyata keçirdiyi layihələrin bəziləri: "Planet Parni iz Baku" (14 tv proqram), "Bu Şəhərdə" (8 tv proqram), "Tam məxfi" (ilk yumoristik Azərbaycan teleserialı), "Məhəllə", "Məhəllə 2", "Məhəllə 3", "Məşədi İbad 94", "Ögey ata", "Ölülər 21-ci əsr","Ağanatiq" ,"Ağanatiq 2" ,"Bəxt üzüyü 2" kinokomediyaları, sənədli, elmi-publisistik və tarixi filmlər, reklam rolikləri və kliplər, konsertlər. 2004-cü ildə Studiyanın nəzdində "Planet Parni iz Baku" KVN Teatrı fəaliyyətə başlayıb. == Filmoqrafiya == Məhəllə (film, 2003) Məhəllə 2 Moskvada (film, 2004) Tam məxfi (serial, 2004) Məşədi İbad-94 (film, 2005) Ögey ata (film, 2013) Ölülər XXI əsr (film, 2016) Ağanatiq (film, 2017) Bəxt üzüyü 2 (film, 2017) Məhəllə 3 (film, 2019) Kilimandjara (film, 2018) Ağanatiq 2 (film, 2020) Şiraslan vəzifəyə gəlir (film, 2022) == Konsertlər == 2004 — Bu Şəhərin Məhəlləsi 2005 — Xalqlar Dostluğu 2006 — 5 il axtarışda 2006 — Axtaran tapar 2007 — 100 kağız P. P. B. 2007 — 6 günlük dünya 2007 — Bizim Moskovski Məhəlləmiz 2008 — Baharın 7 anı 2009 — Qaydasız Gülüş 2010 — Ağ-qara komediya 2011 — 10line Yubiley 2012 — EUROGULUSHİON 2013 — Hər Gün Sirk 2014 — Analoqu olmayan 2015 — Hamı avroppalara 2016– 25 illik İdeal milli yumor 2017 — TV-yə giriş qadağandır 2018 — Nataşa ti prişol? 2019 — Nataşa mı prişla! 2021 — 30 illik konsert. Maskalı Yubiley 2022 — Gülüşün buster dozası == Həmçinin bax == Parni iz Baku == İstinadlar == == Xarici keçidlər == planetparniizbaku.az — Planet Parni iz Bakunun rəsmi saytı Planet Parni iz Baku — Facebook səhifəsi Planet Parni iz Baku — Instagram səhifəsi Rəsmi YouTube kanalı "Planet Parni iz Baku": Bizə ömürlük qadağa qoyulsa da, dövlətə və dövlətçiliyə sadiq qalacağıq — FOTO + VİDEO "Planet Parni iz Baku": Cənab prezident, bizi ədalətsizlikdən qoruyun!
"Planet Parni iz Baku" studiyası

"Yava"nın dostları Bakıda görüşürlər (film, 1980)
1-ci xətt (Bakı metropoliteni)
Bakı metrosunun 1-ci xətti 6 noyabr 1967-ci ildən fəaliyyətdədir. 1-ci xəttin ümumi uzunluğu 18,36 km və 13 stansiyadan ibarətdir.
1-ci xətt (Bakı metrosu)
Bakı metrosunun 1-ci xətti 6 noyabr 1967-ci ildən fəaliyyətdədir. 1-ci xəttin ümumi uzunluğu 18,36 km və 13 stansiyadan ibarətdir.
106 FM (Bakı)
106.00 FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. «106.00 FM» Radiosu 5 mart 1999-cu il tarixdə «Azad Azərbaycan» Teleradio Kompaniyası tərəfindən yaradılmışdır. «106.00 FM» Radiosunun əsas məqsəd və vəzifələri musiqi, şou xəbər və tok-şou proqramları hazırlamaqdır. «106.00 FM» MHz yayım tezliyində 24 saat ərzində fəaliyyət göstərir. Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2011-ci il tarixli qərarı ilə «Azad Azərbaycan» Teleradio Kompaniyasının radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır.
1925-ci ildə Bakı neftçilərinin istirahəti (film, 1925)
1925-ci ildə Bakı neftçilərinin istirahəti sənədli filmi 1925-ci ildə çəkilmişdir. Film "Kino-Mədənçi" studiyasında istehsal edilmişdir. Filmdə Bakı neftçilərinin fədakarlıqla işlədikləri kimi, səmərəli istirahət etməyi də bacardıqlarından bəhs olunur. == Məzmun == Filmdə Bakı neftçilərinin fədakarlıqla işlədikləri kimi, səmərəli istirahət etməyi də bacardıqlarından bəhs olunur. Operator: İvan Tartakovski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
1995-ci il Bakı metrosu yanğını
1995-ci il Bakı metrosu yanğını — 28 oktyabr 1995-ci ildə Bakı metropolitenində baş vermiş metro qəzası. Rəsmi mənbələrə görə, yanğında 289 nəfər həlak olmuşdur. Bunların 286-sı sərnişin (28-i uşaq olmaqla), 3-ü isə xilasedici idi. Qəzada 270 nəfər yaralanmışdır. Yanğının səbəbi elektrik nasazlığı hesab olunur, ancaq sabotaj ehtimalı da var. Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur. Sərnişinlərdən biri olan Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. == Qəza == "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə (200 metr) qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
1 nömrəli Bakı Tibb Kolleci
1 nömrəli Bakı Tibb Kolleci (əvvəlki adı: 1 nömrəli Bakı Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı 1 nömrəli Bakı Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Müalicə işi; Mamalıq işi; Əczaçılıq; Tibb bacısı işi.
1 nömrəli Bakı Tibb Məktəbi

2-ci xətt (Bakı metropoliteni)
Bakı metrosunun 2-ci xətti 22 fevral 1968-ci ildən fəaliyyətdədir. 2-ci xəttin ümumi uzunluğu 16,3 km və 10 stansiyadan ibarətdir.
2-ci xətt (Bakı metrosu)
Bakı metrosunun 2-ci xətti 22 fevral 1968-ci ildən fəaliyyətdədir. 2-ci xəttin ümumi uzunluğu 16,3 km və 10 stansiyadan ibarətdir.
2008 Bakı Qran-prisi (şahmat)
Баку 2008 — 2008–2009-cu illərdə ilk qran-pri seriyalı yarışma 20 aprel — 6 may aralığında Bakıda keçirilmişdir.
2014 Bakı Qran-prisi (şahmat)
2014 Bakı Qran-prisi — 2014–2015-ci illərdə ilk qran-pri seriyalı yarışma 1–15 oktyabr aralığında Bakıda keçirilmişdir. Kateqoriya: 21 (seriya reytinqi 2751,83) == Yarışmanın reqlamenti == Vaxt nəzarəti: 2 saata 40 gediş, sonra 1 saata 20 gediş və 15 dəqiqə sonuncu partiyada, 61-ci gedişdən sonra hər gedişə 30 saniyə. Yarışma günləri: 2–5, 7–10, 12–14 oktyabr. İstirahət günləri: 6, 11 oktyabr.
2017-18 Neftçi Bakı PFK mövsümü
2017/2018 Neftçi Bakı PFK mövsümü — Neftçi Bakı klubunun Azərbaycan Premyer Liqasında 26-cı mövsümüdür. Onlar Azərbaycan Premyer Liqasında və 2017-18 Azərbaycan Kubokunda iştirak edəcəklər. == Mövsüm hadisələri == 8 iyun 2017-ci ildə Novruz Əzimov baş məşqçi Elxan Abdullayevi bu vəzifədə əvəz etmişdir. == Heyəti == 16 İyun 2017 tarixində yenilənib == Transferlər == === Yay === == Yoldaşlıq oyunları == == Turnirlər == === Azərbaycan Premyer Liqası === ==== Nəticələrin icmalı ==== Son yeniləmə: 29 Aprel 2017.
2017-18 İnter Bakı PİK mövsümü
2017-18 İnter Bakı PİK mövsümü — Azərbaycanın top klublarından olan İnter Bakı klubunun Azərbaycan Premyer Liqasında 17-ci, Zaur Svanadzenin rəhbərliyi altında isə 3-cü mövsümüdür. == Heyəti == 21 İyun 2017 tarixində yenilənib == Transferlər == === Yay === == Yoldaşlıq oyunları == == Turnirlər == === Azərbaycan Premyer Liqası === ==== Nəticələrin icmalı ==== Son yeniləmə: 29 Aprel 2017.
2017 Britaniya Bahar Film Festivalı (Bakı)
2017-ci il aprel ayının 28-də British Council Azərbaycan təşkilatı, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Bakıda üçüncü Britaniya Bahar Film Festivalının açılışı olmuşdur. Festivalı çərçivəsində aprelin 28-dən mayın 4-dək Nizami Kino Mərkəzində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış yeni filmləri təqdim edilmişdir. British Council Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil etmişdir. Ötən ilki festivallardan fərqli olaraq bu dəfə qadınların çəkdiyi və qadınlar haqqında çəkilmiş 6 film nümayiş olunmuşdur. Həmçinin British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı səfirliyi "Nərimanfilm" kino şirkəti ilə birgə 24 – 28 aprel tarixlərində Nizami Kino Mərkəzində azərbaycanlı ssenaristlər üçün beş günlük seminar təşkil edilmişdir. Təlim proqramında 20-dən çox ssenarist iştirak etmişdir. Təlimi "Yetkinlik həyatının bacarıqları" filminin ssenari müəllifi olan Pol Freyzer aparmışdır. Nizami Kino Mərkəzində üçüncü dəfə "British Film Spring" festivalı Reyçel Tunnardın "Yetkinlik həyatının bacarıqları" komediyası ilə baş tutmuşdur. Bu həmçinin onun debüt filmidir. Festival çərçivəsində ümumilikdə 6 film nümayiş olunmuşdur ki, bunlarında hamısı tamaşaçılara Azərbaycan dilində subtitrlərlə təqdim edilmişdir.
2020 Bakı Qələbə Paradı
2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Qələbə Paradı və ya Zəfər Paradı — İkinci Qarabağ Müharibəsində (Vətən Müharibəsində) Azərbaycanın qələbəsi şərəfinə Bakıda keçirilən tarixi hərbi parad. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı və türk əsgər və zabitləri də iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Parada Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev komandanlıq etmişdir. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir.. Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Azadlıq Meydanında keçirilən hərbi paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, tədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak etmişdilər. Hərbi parad Bakı sakinlərində böyük maraq doğurmuşdu, şəhərin müxtəlif yerlərində toplaşan və COVID-19 ilə əlaqəli qaydalara baxmayaraq paradı yaxından izləməyə çalışmışdılar. Qələbə Paradının ssenari müəllifi və aparıcısı, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olmuşdu.
26 Bakı komissarı
Bakı komissarları yaxud 26 Bakı komissarı — Bakı Xalq Komissarları Sovetinin (Bakı Kommunasının icra orqanı) əsasən tarixşünaslığa həlak olmaları ilə daxil olmuş rəhbərləri. 1918-ci il sentyabrın 20-nə keçən gecə onlar Bakını Türk-Azərbaycan-Dağıstan qoşunlarına təslim etdiyi üçün Türküstan hökumətinin əmri ilə Krasnovodsk yaxınlığında edam edilmişdir. == Komissarların siyahısı == Baqdasar Avakyan — Bakı şəhərinin komendantı. Məşədi Əzizbəyov — Bakı quberniyasının komissarı. Tatevos Əmirov — kovaler dəstəsinin komandiri. Arsen Əmiryan — "Bakı fəhləsi" qəzetinin redaktoru. Meer Basin — hərbi-inqilab komitəsinin üzvü. Eyjen Berq — matros. Anatoli Boqdanov — xidmətçi. Solomon Boqdanov — hərbi-inqilab komitəsinin üzvü.
26 Bakı komissarı (Neftçala)
26 Bakı komissarı — Neftçala rayonunda 1993-cü ilə qədər mövcud olmuş qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Neftçala rayonunun 26 Bakı komissarı qəsəbəsi rayonun yaşayış məntəqələri siyahısından çıxarılmışdır.
26 Bakı komissarı (dəqiqləşdirmə)
26 Bakı komissarı — Bakı kommunasının inqilabçı xadimləri. 26 Bakı komissarı metrostansiyası — Sahil metrostansiyasının keçmiş adı. 26 Bakı komissarı rayonu — Səbail rayonunun keçmiş adı. 26 Bakı komissarı (Neftçala) — Neftçala rayonuda 1993-cü ilə qədər mövcud olmuş qəsəbə. 26 Bakı komissarı abidəsi — memorial kompleks.

Digər lüğətlərdə