BARAMA

Burmaq, bürümək sözü ilə qohumdur. Qaqauz dilində “barama qurdu” yerinə, bürüncük böcək işlədirlər. Kiçik xiyar bəzi dialektlərdə belə adlanır (bu cür xiyar barama qozasına oxşadılır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BARABAN
BARAT
OBASTAN VİKİ
Barama (teleserial, 2017)
Barama - 2017-ci ildə ATV kanalında 1 sezon olmaqla, 19 bölüm yayımlanmış dram janrında serial.
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi
10 ildən artıqdır ki fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Azercell Telekom MMC və PAŞA Bankın dəstəyi ilə 2009-cu ildə yaradılan Azərbaycanın ilk biznes inkubatorudur. Mərkəzin əsas məqsədi Azərbaycanda rəqəmsal ekosistemi böyütməkdir. == Fəaliyyəti == Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İnnovasiya Laboratoriyası, Biznes İnkubator və Sahibkarlıq dəstəyi, İş Həlləri və Tərəfdaşlıq sahələrindən ibarətdir.2017-ci ilə qədər Mərkəz 300-dən çox tədbirə ev sahibliyi etdi, 3500 müraciət toplayaraq 45 startapı işə salıb.Bundan əlavə, ABŞ-nin Virciniya ştatında bir startap yaradılması və 6 startap müəssisəsinin inkişaflarını gücləndirmək üçün Kaliforniyanın Silikon Vadisini ziyarət etməsinə səbəb oldu.2019-cu ildən bəri Barama İSM Azərbaycan İnnovasiyalar Agentliyi tərəfindən dəstəklənir.2017-ci ilin yanvarın 18-dən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycan İqtisadi İslahatların Təhlii və Kommunikasiya mərkəzi ilə əməkdaşlığa başlayıb.2017-ci il iyunun 3-də Gəncə şəhərinin Azərbaycan Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərəcək yeni mərkəzinin açılışı olub.2017-ci il dekabrın 21-də Azercell və "Azərbaycan Britaniya Kolleci" arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən məktəblilər üçün xüsusi təlim proqramları təşkil olundu. "Sahibkarlıq məktəbi", "İT məktəb" və "İT Media" adlı 3 hissədən ibarət olan proqramda sahibkarlığın əsasları, uğurlu startapların nümunələri və təqdimatlar, proqramlaşdırmanın əsasları kimi təlimlərin aparıldı. Bundan əlavə, şagirdlərə məktəbdən real biznes aləminə daxil olanadək dəstəyin göstərilməsi, praktiki seminarların aparılması, yay-qış məktəbi proqramlarının, məktəblilər arasında Hackaton yarışmalarının təşkili və İT üzrə Olimpiadalara hazırlıq kurslarında məktəblilərin iştirakı da proqrama daxildir. Əməkdaşlıq çərçivəsində məktəbdə şagirdlər üçün Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ofisi açılması da daxildir.Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi həmin ildə məktəblilər üçün daha bir layihə həyata keçirdi. "Coding Kids – Summer IT School" adlı layihə çərçivəsində uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilib. 2019-cu il mayın 22-də Lənkəranda Lənkəran Dövlət Universiteti nəzdində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisinin açılış mərasimi keçirilib. Mərkəzin rəhbəri İmran Bağırov yeni istifadəyə verilən mərkəzin əsas məqsədinin kənd təsərrüfatı və texnologiyanı birləşdirmək, bu sahədə ixtisaslı kadrlar, proqramçılar yetişdirmək olduğunu bildirib.2019-cu ilin iyulunda Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edib. Belə ki, sentyabrın 9-dan 12-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq "ITU Telecom World" sərgisində iştirak etmək istəyən seçilmiş startaplar üçün bütün xərcləri öz üzərinə götürüb.2021-ci il yanvarın 30-dan Gənc Hüquqşünaslar Şəbəkəsi Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birgə əməkdaşlığı başlamışdır.
Baramaçılıq
Baramaçılıq — ipək almaq üçün ipəkqurdu becərilməsı. Baramaçılıqda ən geniş istifadə olunan tut ipəkqurdudur (lat. Bombyx mori). Tarixi mənbələrə görə tut ipəkqurdundan ipəyin alınması hələ e.ə. XVII əsrlərdə məlum idi.
Ordubad baramaaçan fabriki
Yusif Məmmədəliyev adına Ordubad ipək kombinatı — Ordubadda yerləşən yüngül sənaye müəssisəsi. Fabrik baramadan xam ipək və cod ipək parça istehsal edir. Ordubadda Avropa tipli baramaaçan fabriklərinin tikintisinə 1870-ci ildə başlanılmışdı. İndiki fabrik 1883-cü ildə istifadəyə verilmişdir. 1893-cü ildə 12 kiçik fabrik fəaliyyət göstərirdi. 1910-cu ildə onlar 7 fabrikdə birləşdirilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həmin fabriklər 1929-cu ildə həmin fabrikdə cəmləşdirilmişdir. Fabrikdə 1935 və 1969-cu illərdə yenidənqurma işləri aparılmış, müasir avadanlıqlar tətbiq edilmiş, çeşmələrin sayı 1935-ci ildə 320, 1969-cu ildə 1860 ədədə çatdırılmışdır. 1970-ci ildə toxucu sexi istifadəyə verilmişdir. İstehsal olunan xam ipəyin bir hissəsindən cod parça hazırlanır, digər hissəsi Şəki, Şamaxı, İsmayıllı, Moskva, Kiyev, Leninqrad (indiki Sankt-Peterburq), Düşənbə və s.

Значение слова в других словарях

вообрази́ть милитаризова́ться мулла́ развали́ть рие́лторство галлици́зм двоеду́шие зако́л застро́йщица комиссио́нный паро́ль шпунтова́ние я́щурный подле ascaris befoul hysteric make-believe posturer protopathic telekineses извиниться пошляк родительный саночки