BİHUŞDARI

Bizdə narkoz (bu, nərgiz sözü ilə qohumdur) əvəzinə son vaxtlara qədər bihuşdarı sözü işlədilirdi. Söz fars mənşəlidir: bi –huş –daru. Birinci kom­ponent bizim –sız4 şəkilçisinə uyğun gəlir (biqeyrət –qeyrətsiz), huş elə “huş” deməkdir (huşum başımdan çıxıb...), daru isə farsca “dərman” deməkdir. Deməli, bihuşdarı “huşsuzlaşdırma dərmanı” kimi başa düşülür. Darçın sözü də daru (farsca: dərman) və Çin (Çin ölkəsi) sözlərindən əmələ gəlib: “Çin dərmanı” (otu, bitkisi...) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BİCƏK
BİKAR

Значение слова в других словарях