BƏLGƏ I is. etnoqr. El arasında evlənən oğlan tərəfindən qız evinə göndərilən birinci nişan – üzük və örpək.
BƏLGƏ II is. məh. Gönü aşılamaq üçün nar qabığı və yarpağından hazırlanmış un. Bəlgə qurtardı, gön isdaxda qaldı (“Dialektoloji lüğət”).
BƏLGƏ III is. məh. Vuruş zamanı qola sarınan qalın parça.
BƏLGƏ IV is. Bəhanə, səbəb, dəlil. Sən də bunu əlində bəlgə tutub, məni hər dəqiqə pərt eləmə.
BƏLGƏ V is. Sərmayə, maya. A bala, əlində bəlgə saxla, lazım olar.