CİK

Aşıq-aşıq oyununda sümüyün (aşığın) çökək tərəfinə alçı deyirlər. Cik sözü onun təhrif olunmuş formasıdır. Bik isə aşığın əks tərəfinin adıdır. Alçının əksi olan tərəfə “toğan” (və ya toxa) da deyiblər. Cikinə-bikinə bələdəm ifadəsi bu­nunla bağlıdır. “Filankəsin cikinə və bikinə bələdəm” deyirik (yəni bütün əməl­lərini bilirəm). Oyunda aşığı cik və ya bik böyürü üstündə atmaq məharət tələb edir, bu sirri başqalarından gizli saxlayırlar. Cikinə -bikinə bələd olmaq “qarşı tərəfin bütün sirlərini bilmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

CİDA
CİQAN
OBASTAN VİKİ
Cikirmiş
Cikirmiş, Cekermiş, Çokurmiş və ya Çökürmiş (ö. 1106) — 1102-ci ildən 1106-cı ilə qədər Mosulun atabəyi olmuşdur. Səlcuqlu sərkərdəsi və dövlət xadimidir. == Həyatı == Öz sələfi Kürboğanın ölümündən sonra o, I İmadəddin Zənginin atabəyi oldu. Cikirmiş və Mardinli Sökmən Antioxlu I Bohemondla Edessalı II Baldvinin birləşmiş ordularını 1104-cü ilin 7 mayında Harran döyüşündə məğlub etdilər. Bu döyüşdə Baldvin əsir götürüldü. Cikirmiş Baldini öz əsiri kimi Sökmənin düşərgəsindən gizli formada çıxardı. Cikirmiş Edessanın uğursuz mühasirəsindən sonra Baldvinlə birlikdə Mosula getdi. Edessanı müdafiə edən Tankred bundan sonra Cikirmişlə qohum olan bir səlcuqlu şahzadəsini əsir götürməyi bacardı. Cikirmiş bu səlcuqlu şahzadəsinin azadlığına qarşılıq pul və ya Boldvinin azadlığını təklif etdi.
Sergey Cikiya
Sergey Cikiya (gürc. სერგი ჯიქია; 20 oktyabr 1898 – 6 dekabr 1993) — gürcü şərqşünası və gürcü türkologiyasının banisi. 200-dən çox yazılı tədqiqat və məqaləsi olan Cikia, Gürcüstan Milli Elmlər Akademiyasının üzvüdür. Cikiya Tiflis Universitetinin dilçilik fakültəsini bitirib. 1927-ci ildə Türkologiya mütəxəssisi olmaq üçün Türkiyəyə gəlmiş və İstanbul Ədəbiyyat Fakültəsində Türk Dili və Ədəbiyyatı bölməsində iki illik təhsil alıb. Universitetdə Fuad Köprülü, Ali Ekrəm, Hulûsi bəy və Orxan Şaiq Gökyay kimi müəllimlərdən dərs alıb. İstanbuldakı arxivlərdə türk dili və tarixi mənbələr üzərində işləyib. Türk dili üzərində etdiyi çalışmalara 1929-1936-cı illər arasında Rusiyadakı Türkologiya dairələrində davam edib. 1936-cı ildə Tiflis Universiteti Şərq Dilləri Bölməsinin müdiri seçilən Cikia, universitetdə türkologiya fənni tədris edən ilk akademik olub. 1945-1953-cü illər arasında Tiflis Universiteti Şərq Elmləri Fakültəsinin ilk dekanlığını yaradıb.
Redon Cika
Redon Cica (14 iyul 1998, Lyaçi[d]) — Albaniyalı futbolçu. Albaniya Milli futbol komandasının və "Qarabağ" klubunun hücumçusu. Əsasən sol cinah vingeri və mərkəz hücumçusu kimi çıxış edir. 20 iyul 2017-ci ildə Cica ilk peşəkar müqaviləsini imzalayaraq "Laçi" komandasına qoşulur. 13 sentyabr 2017-ci ildə, Albaniya Kubokunda ilk mərhələsinin ilk oyununda "Laçi"nin heyətində debüt edir. Debüt oyununda komandası "Sopoti" klubuna 12–0 hesabı ilə qalib gəlir və Cica bu oyunda 5 qol vurur. Oyundan sonra o, vurduğu qolları ailəsinə həsr etdiyini bildirir. Albaniya çempionatında debütunu isə, 24 sentyabrda "Kukesi" komandası ilə oyunda edir. 2020–21 mövsümünün sonunda müqaviləsi başa çatdıqdan sonra klubu tərk etdi. "Laçi"nin formasını 4 il geyinən futbolçu, bütun turnirlərdə 151 oyunda meydana çıxır və 35 qol vurur.