CÜYÜR
CÜZİ
OBASTAN VİKİ
Cüz
Cüz — Cüz' (جزء, cəm halda اجزاء aczâ') kəlməsi "hissə" mənasını verir. "Quran" ilə bağlı bir termin olan bu söz, Quranın bərabər uzunluqda bölmələrə ayrılmış hissələrindən birini ifadə edir. Müəyyən bir müddət ərzində Quranı oxuyub bitirmək istəyən oxuyucuya, gündə nə qədər oxuyarsa, hədəflədiyi tarixdə bitirə biləcəyini göstərmek üçün mushafların kənarlarına cüz, hizip və rubu' kimi işarələr təsvir olunur. Bu işarələrin müəyyənləşdirilməsində bəzən söz sayları, bəzən də hərf sayları əsas götürülür. Cüz saylarının müəyyən olnmasında "30 günlük Ramazan aylarında təravih namazlarında Quranın tamamını xətm etmək istəyən adam bir gecədə nə qədər oxumalıdır" yanaşmasına əsasən 30 sayı geniş yayıldığından istifadə olunmuşdur. Cüzlər müəyyən bir səhifə sayını göstərməsə də xəttatların Quranı əzbərləmək üçün inkişaf etdirdikləri bərkənar mushaf səviyyəsində, bir cüz 20 səhifə tutacaq şəkildə hesablanmışdır. Ümumilikdə 600 səhifədir. Cüzlərin başlanğıclarını göstərmək üçün müshafların kənarlarına, günəşi təsvir edən edən bir bəzək təsvir edilir və bu bəzəyin içərisinə cüzün nömrəsi yazılır. Cüzlər bəzi müshaflarda 2, bəzilərində də 4 hizip tutan daha kiçik hissələrə ayrılırlar.. Cüzlər adlandırılarkən bəzən cüzün sıra nömrəsi, bəzən də bu cüzdəki ilk ayənin bir neçə kəlməsi istifadə olunmaqdadır.
Cüzam
Lepra (yun. lepra) – insanda xroniki infeksion xəstəlik. Cüzam və ya lepra-Hansen basili (Mycobacterium leprae) adı verilən bir mikroorganizmanın ortaya çıxardığı, periferik sinir sistemi və dəri başda olmaq üzrə bir çox sistem və orqana təsir edən yoluxucu bir xəstəlikdir.Xəstəlik səbəbi olan basil 1873-cü ildə Norveç həkimi Gerhard Armauer Hansen tərəfindən tapılmışdır. Hansen basili bəzi xüsusiyyətləri baxımından vərəm xəstəliyinin səbəbi olan Koch basilinə oxşayır. Təbiətdə yalnız insan bədənində olan Hansen basilinin süni mühitlərdə çoxalması mümkün olmayıb. Basil, insandan əlavə yalnız Cənubi Amerikada yaşayan Armadillo və bəzi siçan növlərində xəstəliyə yol aça bilməkdədir.Bu xəstəliyin yaranmasına,pis qidalanma, avitaminoz, antisanitariya şərait yaradır. Güman edilir ki, cüzam törədiciləri orqanizmə zədələnmiş dəridən və yuxarı tənəffüs yollarının selikli qişasından düşür.İnsanlar arasında yoluxmanın necə olduğu qəti olaraq bilinməməklə bərabər tez-tez və uzun müddət davam edən təmas nəticəsində baş verə biləcəyi düşünülür. Xəstəlik uşaqlara ana südü ilə keçə bilir. Xəstəliyə həssaslıq 3-5 yaşları arasında daha çoxdur. Xəstəlik gedişinə görə 3 tipə - lepratomaq, tuborkuloid, diferensləşməyən tipə ayrılır.
Cüzcani
Əbu Ömər Minhacəddin Osman ibn Siracəddin əl-Cüzcani (1193 — 1262) — XIII əsr İran tarixçisi. == Həyatı == XIII əsrin ilk yarısında Dehli Türk sultanlığında ən yüksək dini-qəzai mövqelərə qədər yüksəlmiş və "Təbaqat-i Nasıri" adlı əsəri ilə Hind-İran tarixçiləri arasında mühim yer tutmuş məşhur bir alim və ədibdir. 1260-cı ildə tamamlanmış olan bu əsər, bilxassə Qurilər və Dehli sultanları haqqında dəyərli bir qaynaq olduğu kimi, Çingiz xanın qərb səfərləri və Monqol istilası haqqında da -bir sıra müasır şəhadətləri ehtiva etməsi baxımından- ilk mühim qaynaqlardan sayılır. Əsasən Cuzcanlı olan bu ailə, dədə-babaları İmam Əbdülxaliqin Qəznəyə gəlib yerləşməsindən sonra bir daha Cüzcana dönməmişlərsə də bu nisbəni mühafizə etmişdilər. Qəznəvi sultan İbrahim ibn Məsudun (ölm. 492) qırx qızından birini alaraq Qəznədə yerləşən bu imamın İbrahim adlı bir oğlu olmuşdur ki, bunun oğlu Minhacəddin Osman, müəllifimizin babasıdır. Hacdan dönüşündə, Sistanda yerləşmişdi; bunun oğlu Siracəddin Məhəmmədin, elm və sənət adamı olaraq dövründə böyük bir şöhrət qazanmış olduğu, müəllifimizin onun haqqında işlətdiyi "əfsahül-acəm, ucubatüz-zaman" sifətlərindən anlaşılır. Qəznəvilər sülaləsi zamanında mümtaz bir mövqe sahibi olan bu ailənin, Orta Çağ Şərq dünyasının umumi ənənəsinə görə, Gurlular dövründə də iqbaldan düşmədiyini, Siracəddinin həyatı haqqında müəllifimizin verdiyi məlumatdan öyrənirik. Muizzəddin Məhəmməd ibn Sam, Lahuru zəbt edərək, Qəznəlilərin Hind hakimiyətinə son verdiyi sırada, onu Hindistan qazi-ı ləşkərYığmə təyin edir (582). Sonradan Firuzkuha dönərək, Qiyasəddin Məhəmmədin xidmətində olduğu sırada, özünü vaxtıyla tanımış və çox təqdir etmiş olan sultan Bahaəddin Sam ibn Məhəmməd, 1191-ci ildə Bamiyan taxtına keçincə, onu öz yanına çağırdır.
Cüzdan
Cüzdan, pul kisəsi və ya portmanat — şəxsiyyət vəsiqəsi, pul, kredit kartı, fotoşəkil, kontakt kimi obyektləri daşımağa yarayan və əksəriyyətlə dəridən ya da dəriyə bənzər maddələrdən tikilən kiçik ölçülü qatlama çanta.
Cüzdan (şəhər)
Cüzdan – İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,393 nəfər və 1,561 ailədən ibarət idi.
Cüzeppe Anselmi
Cuzeppe Anselmi (it. Giuseppe Anselmi; 16.noyabr.1876 İtaliya, Kataniya — 27.may.1929 İtaliya, Zoali) İtalyan opera müğənnisi (tenor). == Haqqında == Anselmi bədii karyerasına skripkaçı kimi başlayır, Angelo Ferninin yanında Neapol (it. Conservatorio di San Pietro a Majella)-da təhsil alır və 13 yaşında ilk çıxışını edir. O, eyni zamanda vokal sənətinə həvəs göstərir. 1894-cü ildən etibarən (it. Luigi Mancinelli)-nin rəhbərliyi altında ifasını mükəmməlləşdirir. 1896-cı ildə Afinadakı Turiddu pariyasında ilk çıxışını etir (it. Pietro Mascagninin "Kəndli namusu"). Elə həmin il Qahirə və İskəndəriyyədəki opera teatrlarında çıxış edir.
Cüzeppe Arçimboldo
Cüzeppe Arçimboldo (it. Giuseppe Arcimboldo) - İtalyan rəssam, memar, səhnə tərtibatçısı və mühəndis. Arçimboldo əsasən insan təsvirlərini meyvə, tərəvəz, heyvan və kitab kimi xüsusiyyətlərin üzərində təsvir etməklə tanınır. İkili məna daşıyan bu əsərlər, XX əsrdə başda Salvador Dali olmaqla bir çox rəssamın fəaliyyətinə təsir etmişdir. Vertumn obrazında imperator II Rudolfun portretinə görə rəssam fəxri pfaltsqraf tituluna layiq görülmüşdü. Bu portret imperatoru ilin fəsillərinin və dünya nemətlərinin allahı Vertumnun obrazında təsvir edir. == Həyatı == Cüzeppe Arçimboldo 1527-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Həmin dövrdə Milan, eyni adlı hersoqluğun mədəni və siyasi mərkəzi idi. Arçimboldonun ilk önəmlini işini atası ilə birlikdə Milan kafedralının restavrasiyası zamanı görmüşdür. Atasının ölümündən sonra rəssam bu işi tək başına görməyə davam edir.
Cüzeppe Madzini
Cüzeppe Madzini (it. Giuseppe Mazzini; d. 22 iyun 1805, ö. 10 mart 1872, Piza, İtaliya) — Gənc İtaliya (Giovine Italia) adlı gizli inqilabçı təşkilatın (1832) quruducusu və Risorgimento hərəkatının öndəri, İtalyan milliyyətçi və inqilabçı. Alovlu bir cumhuriyyətçi olaraq, İtaliyanın birliyinin və müstəqilliyinin təmin olunmasının (1861) ardından Savoyya sülaləsi rəhbərliyində qurulan konstitutsiyalı monarxiya idarəçiliyinə qatılmağı rədd etmişdir. == Təhsil və sürgün illəri == Yanseniusçuluqdan təsirlənən demokrat düşüncülərə bağlı bir ailənin övladı idi, 1814-cü ildə Piemont krallığına birləşdirilməsindən əvvəl respublika ilə idarə olunan Genuyada yaşayan bir həkimin oğlu idi. Üstün zəkalı olduğu hələ uşaq ikən bilinən Mazzini 14 yaşında Genuya Universitetinə qəbul edildi. 1827-ci ildə hüquq təhsilini tamamladıqdan sonra cəmiyyətin yoxsul hissəsindən gələn insanların işləri ilə məşğul olan vəkil olaraq işləməyə və irəliçi qəzetlərə məqalələr yazmağa başladı. Ölkəsinin azadlığına olan bağlılığının təsiri ilə çox keçmədən Karbonaria (Kömür İşçiləri) adlı gizli təşkilata qoşuldu. 1830-cu ildə tutularaq Savonada göz həbsinə alındı.
Cüzeppe Mazzini

Cüzeppe Meattsa
Cüzeppe Meattsa (it. Giuseppe Meazza, 23 avqust 1910, Milan – 21 avqust 1979, Rapallo, Liquriya) — İtaliyalı keçmiş futbolçu, ikiqat dünya çempionu. Daha çox "İnter" klubundakı çıxışları ilə tanınır. "İnter"in heyətində İtaliya A Seriyasında 365 oyunda 243 qol vurub. İtaliya millisində 33 qol vurub və Luici Rivadan sonra İtaliya millisinin ikinci ən yaxşı bombardiridir. Milan şəhərində San Siro kimi tanınan stadion Cüzeppe Meattsanın adını daşıyır. == Bioqrafiya == Cüzeppe Milanın məşhur Porta Romana məhəlləsindəki Via San Luicidə, Annibale Meattsa və Ersiliya Borcinin ailəsində anadan olub. Atası Birinci Dünya Müharibəsindən qayıtdıqdan qısa müddət sonra, müharibədə aldığı yaralardan ölür. Peşəkar futbolçu olana qədər Meattsa bir çörək sexində işləyib. == Karyerası == 14 yaşında Cüzeppe "Maestri Kampionezli" adlı bir kluba qatılır.
Cüzeppe Peano
Cüzeppe Peano (ing. Giuseppe Peano, 27 avqust 1858[…] – 20 aprel 1932[…], Turin) — İtaliya riyaziyyatçısıdır, riyaziyyatın, riyazi analizin əsaslarına dair işlərin müəllidir; ədədlərin natural sırasının aksiomatikasını yaratmışdır..
Cüzeppe Penone
Cüzeppe Penone (it. Giuseppe Penone; 3 fevral 1947, Qaresio, İtaliya) — italyan heykəltaraşı. == Həyatı == Cüzeppe Penone 1947-ci ildə Qaresio (Pyemont bölgəsi) şəhərində anadan olub. Albertinin Gözəl Sənətlər Akademiyasında (Turin) və Paris Milli Milli Gözəl Sənətlər Məktəbində oxumuşdur. Hazırda Turində yaşayır və fəaliyyət göstərir. == "Bürünc əl" == Cüzeppe Penone, təbiətə və insan əlaqələrinə yönəlmiş sənət əsərləri ilə tanınır. Ağaclar Panonenin işlərinin əksəriyyətində aparıcı rol oynayır. Bu əsərlərin ən məşhurlarından biri sənətçinin 1968-ci ildə düzəltdiyi «Bürünc əl» heykəlləridir. Giuseppe Penone bürünc əli illər əvvəl Dallasdakı Nasher Heykəl Mərkəzində yeni əkilən ağacın üzərinə yerləşdirir. Zamanla ağac böyüdükcə və gövdəsi qalınlaşdıqca, heykəldə yeni bir görünümə bürünür.
Cüzeppe Qaribaldi
Cüzeppe Qaribaldi (it. Giuseppe Garibaldi (4 iyul 1807-2 iyun 1882) — İtaliyanın milli qəhrəmanı. == Həyatı == İtaliyada Cüzeppe Madzini (Giuseppe Mazzini) adlı bir inqilabçının qurduğu "Gənc İtaliya" təşkilatı ilə birləşmişdi. Mazzini uzun illər boyu Papa dövlətinə və kilsəyə qarşı apardığı mübarizədən sonra İtaliya birliyini quran yüksək dərəcəli bir masondur. Ateist olduğu tarixdən məlumdur. Ona dəstək verən digər iki məşhur masonla - yəni Cüzeppe Haribaldi və Kont de Kavurla birlikdə 1870-ci ildə İtaliya Birliyini qurub və Papa dövlətini bugünkü Vatikanın hüdudlarına sıxışdırmışdı. Bundan sonra da İtaliyada Mussolininin 1920-ci illərdə bаş qаldırаn faşist diktaturasına zəmin hazırlayan bir proses başlamışdı. Qısası, Mazzini, Haribaldi və Kavurun Avropada dinə qarşı mübarizədə böyük iş görən üç lider olduğunu söyləmək mümkündür. Mazzini dinə qarşı mübarizədə təkcə lider kimi deyil, həm də bir ideoloq kimi mühüm rol oynamışdı. Onun irəli sürdüyü "hər millətə bir dövlət" şüarı Avstriya-Macarıstan və Osmanlı imperiyası kimi çoxmillətli dövlətlərin çökməsinə səbəb olacaq inqilablara qığılcım vermişdi.
Cüzeppe Savoldi
Cüzeppe Savoldi (it. Giuseppe Savoldi ; 21 yanvar 1947, Qorlaqo, Lombardiya) — İtaliyalı keçmiş futbolçu. "Atalanta", "Bolonya" və "Napoli", eləcə də İtaliya millisində oynayıb. == Bioqrafiya == Cüzeppe 21 yanvar 1947-ci ildə İtaliyanın Berqamo əyalətində yerləşən Qorlaqo komunnasında doğulub. == Karyerası == === Klub Karyerası === Savoldi A Seriyasında debütunu 1965-ci ildə "Atalanta"nın heyətində edib. 1968–1975-ci illərdə "Bolonya"da oynayır. "Bolonya"da keçirdiyi 201 oyunda 85 qol vurur. 1975-ci ildə iki milyard lirəyə (1,2 milyon funt) Napoliyə transfer olunur. Bu, o dövr üçun rekord qiymət idi. "Napoli"də 4 il oynadıqdan sonra yenidən "Bolonya"ya qayıdır.
Cüzeppe Sezari
Cüzeppe Sezari və ya Kavaliere Darpino (it. Giuseppe Cesari, fevral 1568, Arpino[d], Latsio[…] – 3 iyul 1640[…], Roma[…])—italyan manyerist rəssam. Kavaliere Darpino (Məsihin süvarisi) titulu ona Papa VIII Klemens tərəfindən verilmişdi. Cüzeppe həm Papa Klement, həm də V Sikstus tərəfindən himayə edilmişdir. Cüzeppenin emalatxanası Karavacconun Romada çalışdığı ilk emalatxana olmuşdur. == Haqqında == Cüzeppenin atası Mazio Sezari əslən Arpinodan olsa da, rəssam özü 1568-ci ildə Romada anadan olmuşdur. Romada Nikolo Pomarçinoun tələbəsi olan 20 yaşlı Cüzeppenin ilk əsas işi 1589-1589-cu illərdə çalışıb, tamamladığı San Lorenzo kilsəsinin fasadına çəkdiyi rəsm olmuşdur. Bundan sonra o, Çertosa di San Martino kilsəsində çalışmağa başlayır. 1591-ci ildə yenidən Romaya qayıdan rəssam San Luici de Françezi kilsəsinin Kontarelli şapelindəki sərdabə üzərində işləyir. Sezari 1585-ci ildə San Luka Akademiyasının üzvü olmuşdur.
Cüzeppe Tornatore
Cüzeppe Tornatore (it. Giuseppe Tornatore; 27 may 1956[…], Bageriya, Siciliya) — İtaliya kinorejissoru və ssenaristi. == Həyatı == Cüzeppe Tornatore 27 may 1956-cı ildə Siciliyada Palermo yaxınlığındakı Bageriya kommunasında anadan olmuşdur. Hələ 16 yaşı olarkən aktyor ifası və teatrla maraqlanmağa başlayır. Luici Pirandello və Eduardo de Fillipponun əsərlərinə verilən quruluşa rəhbərlik etməyə başlayır. O, kinoda debütünü sənədli filmlə etmişdi. Bu, "Siciliyanın etnik azlığı" ("Le minoranze etniche in Sicilia") filmi idi. İşin uğurlu alınması nəticəsində bu film Salernoda keçirilən festivalda mükafat qazandı. Cüzeppe Tornatorenin ilk tammetrajlı filmi "Kammorist" idi və bu ekran əsəri 1986-cı ildə ekranlara çıxmışdı. Buna qədər Tornatore italyan televiziyasında işləyir, sənədli filmlər və verilişlər çəkirdi.
Cüzeppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d], Birinci Fransa İmperiyası – 27 yanvar 1901[…], Milan, İtaliya krallığı) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. == Həyatı == Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Cüzzam
Lepra (yun. lepra) – insanda xroniki infeksion xəstəlik. Cüzam və ya lepra-Hansen basili (Mycobacterium leprae) adı verilən bir mikroorganizmanın ortaya çıxardığı, periferik sinir sistemi və dəri başda olmaq üzrə bir çox sistem və orqana təsir edən yoluxucu bir xəstəlikdir.Xəstəlik səbəbi olan basil 1873-cü ildə Norveç həkimi Gerhard Armauer Hansen tərəfindən tapılmışdır. Hansen basili bəzi xüsusiyyətləri baxımından vərəm xəstəliyinin səbəbi olan Koch basilinə oxşayır. Təbiətdə yalnız insan bədənində olan Hansen basilinin süni mühitlərdə çoxalması mümkün olmayıb. Basil, insandan əlavə yalnız Cənubi Amerikada yaşayan Armadillo və bəzi siçan növlərində xəstəliyə yol aça bilməkdədir.Bu xəstəliyin yaranmasına,pis qidalanma, avitaminoz, antisanitariya şərait yaradır. Güman edilir ki, cüzam törədiciləri orqanizmə zədələnmiş dəridən və yuxarı tənəffüs yollarının selikli qişasından düşür.İnsanlar arasında yoluxmanın necə olduğu qəti olaraq bilinməməklə bərabər tez-tez və uzun müddət davam edən təmas nəticəsində baş verə biləcəyi düşünülür. Xəstəlik uşaqlara ana südü ilə keçə bilir. Xəstəliyə həssaslıq 3-5 yaşları arasında daha çoxdur. Xəstəlik gedişinə görə 3 tipə - lepratomaq, tuborkuloid, diferensləşməyən tipə ayrılır.
Cüzəm

Elektron cüzdan
Elektron cüzdan – elektron pulları özündə saxlamağa və elektron ödənişləri yerinə yetirməyə imkan verən ödəniş çipi (CHIP) olan smart-kart, yaxud başqa elektron daşıyıcı. "Elektron cüzdan" termini elektron pulların toplanması, saxlanması və köçürülməsi əməliyyatlarını yerinə yetirməyə imkan verən qurğulara və proqram təminatına da aid ola bilər.
Cüzeppe Berqomi
Cüzeppe Berqomi (it. Giuseppe Bergomi, 22 dekabr 1963) — İtaliyalı keçmiş futbolçu. Bütün karyerasını, heyətində 750-dən çox oyunda meydana çıxdığı "İnter Milan" klubunda keçirib. 1982-ci ildə İtaliya millisinin heyətində dünya çempionu olub. == Karyera == Milanda anadan olan Berqomi cəmi 16 yaşında "İnter Milan"ın əsas komandasında məşqlərə başladı və 22 fevral 1981-ci ildə A Seriyasında "İnter" — "Komo" oyununda debüt etdi. Növbəti il "İnter"lə İtaliya Kubokunu qazandı. Həmçinin "İnter"in əsas komandasında ardıcıl çıxış edərək UEFA Çempionlar Kubokunun yarımfinalına yüksəldikdən sonra o, tezliklə İtaliya milli komandasına dəvət edildi və millinin əsas oyunçusuna çevrildi.Berqomi bütün karyerasını "İnter"də keçirtmiş və komandanın kapitanı olmuşdur. "İnter"in heyətində ümumilikdə 754 rəsmi oyuna çıxmış və 29 qol vurmuşdur. Berqomi 1999-cu ildə, demək olar ki, 36 yaşında təqaüdə çıxdı və 2011-ci ilin sentyabr ayının sonlarına qədər "İnter"in heyətində ən çox oyun keçirən futbolçu hesab edilirdi. Daha sonra onun bu rekordu Xavyer Zanetti tərəfindən qırıldı.

Digər lüğətlərdə

бди́тельно зараже́ние изумру́д кантиле́нный крути́льщица оку́тываться осолове́лый стати́ческий укру́чиваться экзоти́зм обтыкать отсека́ние площа́дность пристяжна́я backbench chapman furbish hang off lineation nonastronaut power plant pugnacious крыльцо нападающий усугубляться