Cüzcani
Əbu Ömər Minhacəddin Osman ibn Siracəddin əl-Cüzcani (1193–1262) — XIII əsr İran tarixçisi.
== Həyatı ==
XIII əsrin ilk yarısında Dehli Türk sultanlığında ən yüksək dini-qəzai mövqelərə qədər yüksəlmiş və "Təbaqat-i Nasıri" adlı əsəri ilə Hind-İran tarixçiləri arasında mühüm yer tutmuş məşhur bir alim və ədibdir. 1260-cı ildə tamamlanmış olan bu əsər, bilxassə Qurilər və Dehli sultanları haqqında dəyərli bir qaynaq olduğu kimi, Çingiz xanın qərb səfərləri və Monqol istilası haqqında da -bir sıra müasır şəhadətləri ehtiva etməsi baxımından- ilk mühüm qaynaqlardan sayılır.
Əsasən Cuzcanlı olan bu ailə, dədə-babaları İmam Əbdülxaliqin Qəznəyə gəlib yerləşməsindən sonra bir daha Cüzcana dönməmişlərsə də bu nisbəni mühafizə etmişdilər. Qəznəvi sultan İbrahim ibn Məsudun (ölm. 492) qırx qızından birini alaraq Qəznədə yerləşən bu imamın İbrahim adlı bir oğlu olmuşdur ki, bunun oğlu Minhacəddin Osman, müəllifimizin babasıdır. Hacdan dönüşündə, Sistanda yerləşmişdi; bunun oğlu Siracəddin Məhəmmədin, elm və sənət adamı olaraq dövründə böyük bir şöhrət qazanmış olduğu, müəllifimizin onun haqqında işlətdiyi "əfsahül-acəm, ucubatüz-zaman" sifətlərindən anlaşılır.
Qəznəvilər sülaləsi zamanında mümtaz bir mövqe sahibi olan bu ailənin, Orta Çağ Şərq dünyasının umumi ənənəsinə görə, Gurlular dövründə də iqbaldan düşmədiyini, Siracəddinin həyatı haqqında müəllifimizin verdiyi məlumatdan öyrənirik.
Muizzəddin Məhəmməd ibn Sam, Lahuru zəbt edərək, Qəznəlilərin Hind hakimiyətinə son verdiyi sırada, onu Hindistan qazi-ı ləşkərYığmə təyin edir (582). Sonradan Firuzkuha dönərək, Qiyasəddin Məhəmmədin xidmətində olduğu sırada, özünü vaxtıyla tanımış və çox təqdir etmiş olan sultan Bahaəddin Sam ibn Məhəmməd, 1191-ci ildə Bamiyan taxtına keçincə, onu öz yanına çağırdır.