DİN

xariqüladə qüvvələrə və varlıqlara inanmağa əsaslanan dünyagörüşün, əsəvvürlərin məcmusu.
DƏYYAR
DİN-İMAN
OBASTAN VİKİ
Din
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir.
Din Barrou
Din Oliver Borrou (ing. Dean Oliver Barrow; 2 mart 1951, Beliz[d]) — 8 fevral 2008-ci ildən Beliz baş naziri, 1998-ci ildən Beliz Birləşmiş Demokratlar Partiyasının lideri.
Din Edvards
Din Edvards (ing. Dean Edwards; 30 iyul 1970, Bronks, Nyu-York ştatı) — ABŞ aktyoru.
Din Hoffman
Ellinistik din
Ellinistik din — e.ə. 300-cü ildən b.e. 300-cü ilə qədər, ellinizm dövründə və Roma imperiyasında qədim yunan mədəniyyətinin təsiri altında yaşayan Şərqi Aralıq dənizi xalqlarının müxtəlif inanc və təcrübə sistemlərindən hər hansı biri. Ellinistik dində çoxlu davamlılıq var idi. İnsanlar yunan tanrılarına ibadət etməyə və Klassik Yunanıstanda olduğu kimi eyni ayinləri yerinə yetirməyə davam edirdilər. Dəyişiklik Misir tanrıları İsida və Serapis, Suriya tanrıları Atarqatis və Baal-Hadad da daxil olmaqla, digər ölkələrdən yeni dinlərin əlavə edilməsi nəticəsində baş vermişdir. Bu, həm yaşadıqları həyatda, həm də axirətdə tamamlılıq istəyən insanlar üçün yeni bir çıxış yolu yaratmışdır. İlahiləşdirilmiş ellinist hökmdarlara sitayiş də bu dövrün bir xüsusiyyətinə çevrilmişdir. Misirdə Ptolemeylər əvvəlki Misir təcrübələrini və yunan qəhrəman kultlarını adaptasiya edərək Makedoniyalı İsgəndərin Ptolemey kultu daxilində özlərini firon kimi təqdim etmişdilər. Başqa yerlərdə hökmdarlar tanrı statusunu tam əldə etmədən ilahi status ala bilmişdilər.
Ermənistanda din
Din amili ermənilərdə başlıca strateji vasitələrdən biridir. Bu sayədə din siyasi müstəviyə oturdulmaqda və dünyanın bir çox ölkəsində genişmiqyaslı təbliğatlar aparılmaqda, mövzu ilə əlaqəli konfranslar təşkil olunmaqda, sərgilər nümayiş etdirilməkdədir. Təşkil olunan bütün konfranslarda və nümayiş etdirilən hər bir sərgidə üzərində durulan əsas mövzular daha çox "Nuhun xəzinələri", "Nuh peyğəmbər və Ermənistan", "dünyanın ilk xristian etnosu və dövləti, eyni zamanda xristianlığın ilk şəhid milləti" məsələləridir (18, s. 114–115). Bu işlərin arxasında erməni kilsəsinin rolu inkaredilməzdir. Tarixi həqiqətlər də təsdiq edir ki, erməni millətçiliyi din üzərində qurulmuşdur. Dünyada bu cür millətçiliyin bənzərini tapmaq çox çətindir. Ümumiyyətlə, erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida qaynağı rolunu erməni kilsəsi böyük məharətlə oynamış və oynamaqdadır. Erməni tarixçisi Dikran Boyacıyanın təbiri ilə desək, erməni kilsəsi ilə erməni milləti o qədər iç-içədir ki, biri olmadan digərini təsəvvür etmək mümkün deyil (23, s. 57).
Estoniyada din
Estoniyada din (est. Religioon Eestis) — Estoniya Respublikasının ərazisində din. Estoniya əhalisinin siyahıyaalınmasına görə 2011-ci ildə bu ölkədə 1508 nəfər müsəlman qeydə alınmışdır. Paytaxt Tallinin Keevise küçəsi 9 ünvanında Tallin məscidi yerləşir.
Fransada din
Fransa — dünyəvi dövlət. Fransada ən populyar din — katolisizm. Sekulyarizm bir əsr boyu Fransa Respublikasında yayılmışdır. 9 dekabr 1905-ci il tarixli Qanunun 2-ci hissəsinə əsasən, Respublika heç bir dini tanımır, ödəmir və ya subsidiya vermir. Müvafiq olaraq, yanvarın 1-dən bu Qanunun qüvvəyə minməsindən sonra dinə aid bütün xərclər dövlətin, idarələrin və icmaların büdcəsindən silinməlidir. Bununla birlikdə, məktəblər, kolleclər, xəstəxanalar, sığınacaqlar və həbsxanalar kimi ictimai qurumlarda keşiş xidmətləri və sərbəst dini etiqad büdcə xərclərinə daxil edilə bilər. Hökumətin dini qurumları 3-cü maddənin müddəalarına əməl edilməklə ləğv edildi. 1905-ci ildən bu yana ayrılıq zamanı ona aid olmayan Elzas və Mozel istisna olmaqla, kilsə və dövlət rəsmi olaraq bütün Fransa daxilində bölündü. 2004-cü ildə dövlət məktəblərində dini rəmzlərin geyilməsini qadağan edən bir qanun qəbul edildi (15 mart 2004-cü il tarixli 2004-228 nömrəli qanun). 2011-ci il sentyabrın 15-dən 16-na keçən gecə Fransada küçə namazlarının qılınması qadağan edildi.
Hindistanda din
Hindistanda konstitusiyası bu ölkənin hər bir vətəndaşı üçün din azadlığına zəmanət verir. Hindistanda əhalinin 83 faizi induistlərdir. İnduizm respublikanın bütün ştatlarında, cammu, Kəşmir və yeni yaranmış Naqalend istisna olmaqla hakim din hesab olunur. İnduizmin iki əsas istiqaməti vardır: vişnuizm və şivaizm. Hal-hazırda Vişna Allahının kultu daha geniş yayılıb. Lakin bir sıra hind xalqları arasında (tamilər, assamslar) şivai əsas götürülür. Bəzi yerlərdə, məsələn, nəsilin ana xətti ilə davam etdirildiyi malayalar arasında şaktizm inkişaf edib. Ortodoksal induistlərlə yanaşı ölkədə reformator induistlərin də ardıcılları vardır. Hindistanın müsəlman əhalisi 11 faiz təşkil edir. Müsəlmanların əksəriyyəti isə sünnülüyün hənəfi məzhəbinə etiqad edir.
Din Kort
Din Kort (ing. Dean Court) — İngiltərənin Dorset qraflığının, Bornmut şəhərində yerləşən futbol stadionu. 11.464 tamaşaçı tutumuna malik stadionda yerli "Bornmut" futbol klubu ev oyunlarını keçirir. Stadion əvvəllər "Faytness Fyost" adı ilə tanınırdı, lakin 2011-ci ilin iyulunda, stadionu adlandırmaq hüququnun "Syuard Mühərrik Qrup"una satılmasından sonra, stadionun adı dəyişdirilərək "Syuard" adlandırılıb. 2012-ci ilin fevralında, stadion iki il müddətinə "Qoldsends" adlandırılıb. Hazırda sponsor müqaviləsinə görə Vitaliti Stadionu (ing. Vitality Stadium) kimi tanınır. "Din Kort" 1910-cu ildə futbol klubuna stadion tikmək üçün torpaq sahəsi bağışlayan, Din Kort ailəsinin şərəfinə adlandırılıb. Stadionun tribunalarından biri 1924-cü ildə "Uembli" sərgisi üçün istifadə olunub. Stadionda rekord tamaşaçı sayı, 1957-ci ildə, İngiltərə Kuboku çərçivəsində "Mançester Yunayted"ə qarşı oynanılan görüşdə qeydə alınıb, bu oyunu canlı olaraq stadiondan 28.799 tamaşaçı izləyib.
Din Martin
Din Martin (ing. Dean Martin; əsl adı Dino Pol Kroçetti, ing. Dino Paul Crocetti; 7 iyun 1917[…], Styubenvill[d], Ohayo – 25 dekabr 1995[…], Beverli-Hillz, Kaliforniya) — italyan əsilli Amerika müğənnisi, aktyor, prodüser, teleulduz və komik. "Kul-cazın kralı" ləqəbini daşıyan Din Martin bir sıra mahnıların əsas ifaçısı kimi məşhurluq qazanmışdır. Onların arasında "Memories Are Made of This," "That's Amore," "Everybody Loves Somebody," "You're Nobody till Somebody Loves You," "Sway," "Volare," və "Ain't That a Kick in the Head?" mahnıları xüsusi yer tutur. Martin 40-dan artıq filmdə rol almışdır.
Din Rid
Din Rid (ing. Dean Cyril Reed; 22 sentyabr 1938, Denver, Kolorado – 13 iyun 1986) — SSRİ, Latın Amerikası və Şərqi Avropada çox məşhur olan Amerikalı müğənni, kino aktyoru, kino rejissoru və ictimai xadim. Din Rid Kolorado ştatının Denver şəhərində anadan olub. Atası liseydə riyaziyyat və tarix müəllimi, anası evdar xanım olub. Onun Dale və Vernon adlı iki böyük qardaşı olub. 1940-cı illərdə ailəsi Kaliforniya və Yuta ştatlarında müxtəlif şəhərlərdə yaşayıb və sonradan Koloradoya qayıdıblar. 1956-cı ildə orta məktəbini bitirib, trek komandasında ulduz idmançı olub. Atası Kiril, oğlunun hərbi akademiyada təhsil almasını istəyən, anti-marksist olub. Kolorado Universitetinin meterologiya fakültəsidə təhsil aldığı müddətdə barlarda musiqilər ifa edib.
Din Solomons
Din Ryan Solomons (22 fevral 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar CAR futbolçusudur. Solomons Ayaks Keyptaun akademiyası vasitəsilə inkişaf etmişdir. 31 avqust 2017-ci ildə Solomons Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2020-ci ilin 30 iyun tarixinə kimi müqavilə imzalamışdır. Solomons öz peşəkar karyerasında debütünü 10 sentyabr 2018-ci ildə AZ Alkmaar II klubuna qarşı oyunda etmişdir. O, 65-ci dəqiqədə Abdallah Aberkane ilə əvəz olunmuşdur. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. 11 sentyabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Din fəlsəfəsi
Din fəlsəfəsi — dinə yönəlmiş fəlsəfi baxışların məcmusu. Din barədə ilkin fəlsəfi düşüncələr qədim dövrlərə təsadüf edir. Hələ E.ə. V əsrdə yunanlar öz etiqadları ilə bağlı əqli araşdırmalar aparırdılar. Xristian dünyasında dini-fəlsəfi araşdırmalar I–II əsrlərdə başlanmışdı və bu günə qədər davam etməkdədir. Müsəlmanlar arasında isə dini əqidələrin əql baxımından təhlili və şərhi Qurani-Kərimin özü ilə eyni vaxta başlamışdır. Quranda əql və təfəkkür əsas götürülür, insanlara məsələlərə məhz bu yolla yanaşmaq buyurulur. Bundan əlavə, VII əsrdə yaşamış altıncı əhli-beyt imamı Cəfər Sadiq tərəfindən təsnif olunmuş ilahiyyat elmləri bu istiqamətdə çalışmalara böyük təkan vermişdir. Həmin dövrdə ərsəyə gəlmiş Kəlam elmi sonralar təşəkkül tapmış "din fəlsəfəsi" elmindən forma və məzmunca bir qədər fərqlənir. Din fəlsəfəsi geniş şəkildə isə XIX əsrin ortalarında tanınmağa başladı.
Din psixologiyası
Din psixologiyası — insanlara xas olan dini həyatın müxtəlif aspektlərini araşdıran bir elm sahəsidir. Başqa sözlə, din psixologiyası dinin insan ruhundakı təməl xüsusiyyətləri və davranışında əks olunan təsir halları ilə əlaqədardır. Psixologiya duyğuların, düşüncələrin və davranışların elmi şəkildə araşdırılmasına yönəlmişdir. Din psixologiyası isə dini hisslərin, düşüncələrin və davranışların öyrənilməsinə yönəlmişdir. Din psixologiyası insanın dini həyatını bütün dərinliyi və genişliyi ilə dərk edib araşdırmaq, mənəvi hadisələrlə əlaqələrini göstərmək istəyir. Din psixologiyası dinin əmr və qadağalarını müzakirə etmir. Din psixologiyası yalnız dinin fərd üzərindəki təsirlərini araşdırır. Bu baxımdan dini hökmləri təsdiq və ya təkzib etmək məqsədi daşımır. Hadisələri elmi metodlarla mühakimədən uzaq bir şəkildə tədqiq edərək tənsif edir. Din psixologiyası normativ bir elm olmayıb, dini etiqad və həqiqətlərdə dəyər vəya mənəviyyat mülahizələrinə yol vermir.
Din simvolları
Dini simvollar Bəhai dinində ən çox yayılmış simvol- doqquzkünclü ulduzdur (doqquz - müqəddəs rəqəmdir), Ən Böyük Ad simvolu və «Üzükdə simvoldur» (Ringstone symbol). Buddizmin simvolu — Dharmaçakra və ya qanun təkəridir. Təkərin mərkəzi kiçik dairədir, qəlb işığı yayan işıqlı dərketmə nöqtəsini göstərir. Onun proyeksiyasında in-yan — qadın və kişi başlanğıcı vardır, səkkiz mil budda təlimin səkkiz başlanğıc mənasını əks etdirir: düzgün görüntü, düzgün dərketmə, düzgün nitq, düzgün davranış, düzgün həyat tərzi, düzgün səy, düzgün anlayış, düzgün diqqət etmə (şüurun daxili aləminə diqqətin yönəlməsi).
Din sosiologiyası
Din sosiologiyası — dini qurumları və dini quruluşları, dini mövzularla sosial quruluş arasındakı əlaqəni və dinin cəmiyyətə və cəmiyyətin dinə təsirini araşdıran elmi bir nizam-intizamdır. Din sosioloqları cəmiyyətin dinə təsirini, başqa sözlə cəmiyyətlə din arasındakı dialektik əlaqəni izah etməyə çalışırlar. Din sosiologiyası termini ilk dəfə Email Durkeim tərəfindən "Anne Sociologique" jurnalında (1899) dərc edilmiş məqalədə istifadə edilmişdir. Bundan başqa, Durkeimdə sosiologiya baxımından dini həyatla bağlı bir əsər var ki, bu da sonrakı din sosiologiyasında çox vacib bir yerə sahibdir. Durkeim bu əsərində dinin ictimai həyatda oynadığı rolu vurğulayaraq dinin cəmiyyətin kollektivliyinin əks edirdi. Durkeimin din anlayışının ateist və ya aqnostik olduğu deyilir. Ancaq dinin sonda düzgün olub-olmamasının onun üçün əhəmiyyəti yoxdur. Bir funksiyası olan bir qurum həyat qabiliyyətini saxlayır, əks halda ya yox olur, ya da yeni bir forma alır. Sosiologiyanın digər simalarından biri olan Marksa gəlincə, din sosial-iqtisadi amillərin epifenomenondur (kölgə fenomeni). Marks üçün dinin mahiyyətcə bir funksiyası var.
Din tarixi
Dinlər tarixi — tarix boyunca mövcud olmuş, bu günümüzə qədər gələn və gəlib çatmayan bütün dinlərin yaranışı, inkişafı, inanc, ibadət və əxlaqi dəyərləri öyrənən elm sahəsidir. Dinlərin yaranması məsələsi ilə ilk növbədə XIX əsrin ortalarında müstəqil elm sahəsinə çevrilməyə başlayan dinşünaslıq məşğul olur. Bununla belə, din məsələsinə maraq bəşəriyyətin bütün tarixi boyunca mövcud olub. Hələ qədim zamanlarda insanlar tanrılara inamı (politeizmi) dərk etməyə çalışırdılar. Məsələn, yunan şairi Hesiod (e.ə. VIII–VII əsrlər) "Teoqoniya" ("Tanrıların mənşəyi haqqında") əsərində yunan mifologiyasının ilk sistemli təsvirini verməyə çalışmış və burada da o, tanrıların mənşəyi haqqında öz fikirlərini ifadə etmişdir. Bununla belə, onun mifologiyasını mənimsəyən II minillikdə Mesopotamiyada, Finikiyada, Kiçik Asiyanın cənub-şərqində, Suriyanın və Mesopotamiyanın şimalında yaşamış hetlər və XIV əsrdə fəth edilmiş hurrilər arasında meydana çıxan bu əsərə bənzər parçalar və ya təkrarlar var". Əvvəlcə insanlar dinin meydana gəlməsini müxtəlif yollarla izah etməyə çalışırdılar: o, təbii mənşəlidir, yoxsa vəhy dinidir; yaxud sosial mənşəlidirmi? Məsələn, hökmdarlar tərəfindən icad edilmişdir ki, öz dövlətlərində insanlar ədalətli və fəzilətli olsunlar (Miletli Hekatey). Sofist filosoflar dini ictimai hadisə baxımından şərh edirdilər, məsələn, Afinanın tiran hökmdarı Kritius insanları qorxu içində saxlamaq üçün aldatma nəzəriyyəsi irəli sürmüşdür.
Din İ
Yi Dinq (14 yanvar 1959) — Avstriyanı təmsil edən stolüstü tennisçi. Yi Dinq Avstriyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Yi Dinq Avstriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Yi Dinq Avstriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Yi Dinq Avstriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Lukas Din
Macarıstanda din
Macarıstanda din — Macarıstanda ən çox yayılmış dini istiqamət katoliklikdir; 2001-ci il milli siyahıyaalınmasına əsasən, 5.558.901 nəfər və ya ölkənin ümumi əhalisinin 54,5%-i özlərini katolik hesab edir. Macarıstanın katolik əhalisinin əksəriyyəti Latın ayininə mənsubdur, 268 935 nəfər (əhalinin 2,6%-i) yunan katolikləri kimi təsnif edilir. İkinci ən çox yayılmış məshəb protestantlıqdır (əsasən Kalvinizm). Protestantlar ölkə əhalisinin 19,5%-ni təşkil edir. Protestantlıq tarixi səbəblərdən ən çox ölkənin şərqində (xüsusilə Debrecen bölgəsində) geniş yayılmışdır. Macarıstan protestantlarının 90%-dən çoxu kalvinistlərdir, üstəlik lüteranlar, baptistlər və s. vardır. Dini azlıqlar arasında pravoslavlar (əsasən etnik serblər, rumınlar, ukraynalılar və rutenlər), yəhudilər, müsəlmanlar və s. var. Katoliklik və protestantlıqla əlaqəli olmayan dinlərin ardıcıllarının sayı ümumilikdə 0,5%-dən çox deyil.
Monteneqroda din
Monteneqroda din - Pravoslav xristianları ölkədə böyük üstünlük təşkil edirlər. Ölkədə islam və katolik xristianlığında etiqad edənlər də müəyyən faizə sahibdirlər. Digər dinlərdə etiqad edənlər isə ölkə əhalisinin 0,1 % keçmir. 2003-cü siyahıya alınmasına əsasən əhalinin dini mənsubiyyəti də qeydə alınmışdır. Onun nəticələrinə görə, ölkə əhalisi dini mənsubiyyətinə görə aşağıdakı kimi sıralanır: Provaslav — 460 383 (74,24 %) İslam — 110 034 (17,74 %) Katolisizm — 21 972 (3,54 %) Protestantlıq — 383 (0,06 %) Okkultizm — 58 (0,01 %) İudaizm — 12 6 003 nəfər (0,97 %) heç bir dinə mənsub olmadıqlarını, 2 424 nəfər (0,39 %) Aqnostisizm olduqlarını bəyan etmişlər. 13 867 (2,24 %) nəfər isə suala cavab verməkdən imtina etmişlər. Ölkədə provaslav məzhəbində etiqad edənlərin böyük hissəsini monteneqrolular (52,5 %) və serblər (42,7 %) təşkil edir. Provaslavlar həm Serbiya provaslav kilsəsi həm də Monteneqro provaslav kilsəsinə (digər provaslav kilsələri tərəfindən tanınmır) tabedirlər. Monteneqroda katolizm məzhəbində etiqat edənlər əsasən albanlar (36,98 %), xorvatlar (31 %) və monteneqrolulardır (22,76 %). Katolizm məzhəbində etiqad edənlərin böyük hissəsi sahil zolağında yayılmışlar.
Mənzil (din)
Mənzil sufinin Sufizmdə çatmaq istədiyi yerdir. Bundan əlavə, Quranda oxucuya asan olsun deyə, Quranı bir həftə içində oxuyub başa çatdırmaq istəyənlər üçün mətnin yeddiyə bölünmüş hissələri Mənzil adlandırılır.
Ocaq (din)
Pir və ya ocaq — Azərbaycanda dini etiqad və inamla bağlı ibadət və sitayiş yeri. "Pir" sözü Azərbaycan dilinə farscadan (پیر) keçmişdir, "qoca adam" deməkdir. "Ocaq" sözü qədim türk dilindən təkamül etmiş, "od" sözü və "+caq" şəkilçisindən əmələ gəlmişdir. Pirlər Azərbaycanda paqanizm dövründən məlumdur. İnsanlar möcüzə gücünə malik olduğu inanılan ağac (dağdağan, qarağac və s.), dağ, böyük daş, müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələrini pir hesab etmişdilər. Qəbilə, icma və ailə ilə bağlı olan bu məfhum əslində qədim etiqadların, yəni əcdadlara sitayişin qalığı kimi təzahür etmişdir. Pirlər sonsuzluq, şikəstlik, ruhi və cismani xəstəliklər kimi naçar dərdlərə imdad diləyənlərin və qəlbində niyyət tutanların nəzir-niyaz, ibadət və "müalicə" yeri olmuşdur. Pirlərə nəzir verilirdi. Din xadimlərinin insanları aldadaraq pirləri qazanc mənbəyinə çevirməsi Azərbaycanın qabaqcıl ziyalılarının kəskin tənqidinə səbəb olmuşdur. 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra dövlət tərəfindən pirlərə qarşı kampaniya başladılmışdı.
Pakistanda din
Pakistanda din — Pakistan İslam Respublikasındakı dini vəziyyətə verilən ad. Pakistanda dövlət dini İslam dinidir. Əhalinin 96%-i müsəlmanlardan ibarətdir. Müsəlmanların sayına görə İndoneziyadan sonra dünyada 2-ci yerdədir. Müsəlmanların əksəriyyəti sünnilərdir (95%), şiələr isə müsəlman əhalinin 5%-ni təşkil edir.. Konqres Kitabxanası, ABŞ Dövlət Departamenti, The World Factbook, Pensilvaniya Universiteti və Oksford Universiteti tərəfindən həyata keçirilmiş müxtəlif tədqiqatlarda Pakistanda əhalinin dini baxımdan bölgüsü üzrə fərqli rəqəmlər ortaya çıxmışdır. Bu hesablamaların fərqli olmasının əsas səbəbi onların müxtəlif metodlarla hesablanması olmuşdur. Ölkədə hazırda əhalinin dini baxımdan bölgüsünün aşağıdakı kimi olduğu təxmin edilir: İslam (96%) Sünnilər: 75–95% Şiələr: 5–20% Əhmədiyyə: 0.22–2.2% Digər dinlər Hinduizm: 2% (3,600,000 nəfər) Xristianlıq: 1,59% (2,800,000 nəfər) Bəhailik: 40,000–79,000 nəfər Siqhizm: 20,000 nəfər Zərdüştilik/Parsilər: 1,600-20,000 nəfər Kalaşlar: 3,000 nəfər Buddizm: 1,500 nəfər 2012-ci ildə həyata keçirilmiş hesablamalara əsasən Pakistanda 18 yaşdan yuxarı 5,900,000 nəfər özünü qeyri-müsəlman kimi təqdim etmişdir. İslam dini Pakistanda dövlət dinidir. Ölkə müsəlmanların sayına görə dünyada İndoneziyadan sonra ikinci yerdədir.
Cəlal əd-Din Məngburni
Cəlaləddin Mənguberdi (1199, Xarəzm – 15 avqust 1231, Kiçik Asiya[d]) — Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı. Əlaəddin Məhəmmədin oğlu. Cəlaləddin Xarəzmşahın adı mənbələrdə "Manqburnu", bəzən də "Məngü-Bərti" şəklində keçir. Manqburnu qədim türkcədə "böyük burunlu" deməkdir. Məngü-Bərti isə "əbədi qurd" mənasına gəlir. Bu iki ad arasında mənbələrdə yer alan fərqin Cəlaləddinin adının tam oxunmamasından irəli gəlməkdədir. Həmçinin, "manq" türklərdə boy adı mənasını da verməkdədir. Xarəzmşahların sonuncu hökmdarı olan Cəlaləddin Xarəzmşah, Əlaəddin Məhəmmədin böyük övladıdır. Anası hind cariyəsi Ayçiçək xatundur. Xarəzmşah Mənguberdi atasının zamanında, Qəznə, Herat, Qarcistan və Sicistana məlik olaraq göndərilmiş, ancaq sultan Məhəmməd daha sonra onu öz yanına almış və onun yerinə Kərbər Məliki uyğun görmüşdür.
Cəlal əd-Din Mənguberdi
Cəlaləddin Mənguberdi (1199, Xarəzm – 15 avqust 1231, Kiçik Asiya[d]) — Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı. Əlaəddin Məhəmmədin oğlu. Cəlaləddin Xarəzmşahın adı mənbələrdə "Manqburnu", bəzən də "Məngü-Bərti" şəklində keçir. Manqburnu qədim türkcədə "böyük burunlu" deməkdir. Məngü-Bərti isə "əbədi qurd" mənasına gəlir. Bu iki ad arasında mənbələrdə yer alan fərqin Cəlaləddinin adının tam oxunmamasından irəli gəlməkdədir. Həmçinin, "manq" türklərdə boy adı mənasını da verməkdədir. Xarəzmşahların sonuncu hökmdarı olan Cəlaləddin Xarəzmşah, Əlaəddin Məhəmmədin böyük övladıdır. Anası hind cariyəsi Ayçiçək xatundur. Xarəzmşah Mənguberdi atasının zamanında, Qəznə, Herat, Qarcistan və Sicistana məlik olaraq göndərilmiş, ancaq sultan Məhəmməd daha sonra onu öz yanına almış və onun yerinə Kərbər Məliki uyğun görmüşdür.
Cəmiyyət və Din (qəzet)
"Cəmiyyət və din" qəzeti — Azərbaycanda nəşr olunan həftəlik qəzet. Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumat "Cəmiyyət və din" qəzetində dərc edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsis etdiyi "Cəmiyyət və din" qəzetinin ilk nömrəsi 7 may 2009-cu il tarixində çapdan çıxmışdır. Respublikamızda dövlət-din münasibətlərini tənzimləyən hüquqi bazanın təbliğində, müxtəlif din və mədəniyyət mənsubları arasında qarşılıqlı anlaşmanın və dini-etnik dözümlük prinsiplərinin qorunub saxlanılmasında, inam və imanla bağlı cəmiyyətdaxili sosial-siyasi dəyərlərin işıqlandırılmasında mətbu sözdən layiqincə istifadə etmək qəzetin əsas qayəsidir. Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2894 nömrəli Qeydiyyat Şəhadətnaməsi ilə 19 mart 2009-cu ildə qeydiyyatdan keçmişdir. 10-16 yanvar 2013-cü il tarixli 187-ci sayından etibarən yeni formatda işıq üzü görür və 16 səhifədən ibarətdir. Sadiq Mirzəyev (baş redaktor) Şeyxülislam Allahşükür Paşazadə Anar Yepiskop Aleksandr Əflatun Amaşov Gövhər Baxşəliyeva Nizami Cəfərov Sadiq Mirzəyev (redaktor) Yusif Əsgərov Vasim Məmmədəliyev Oqtay Orucov (məsul katib) Əliheydər Zülfüqarov Gennadi Zelmanoviç Mənbə: "Cəmiyyət və Din" qəzeti. 10-16 yanvar 2013, № 01 (187). səh. 16.
Daxili dinamiki tarazlıq qanunu
"Daxili dinamiki tarazlıq qanunu"-zəncir reaksiyası daxili dinamiki müvazinətin pozulmasına səbəb olur. İlk dəfə olaraq N. İ. Reymers tərəfindən irəli sürülmüş bu qanun onunla izah olunur ki, hər hansı bir maddə, enerji, informasiya, ayrı-ayrı təbii sistemlərin dinamiki keyfiyyətləri bir-biri ilə o qədər sıx əlaqədə olurlar ki, onların hər hansı birində baş vermiş dəyişiklik digərində müəyyən dəyişikliyin yaranmasına səbəb olur. Həmçinin bu halda sistemin dinamiki, məlumat vermə və energetik keyfiyyətləri saxlanılır. Bu qanun ekosistem və biosfer də daxil olmaqla ayrı-ayrı təbii sistemlərin maddə, enerji, məlumat vermə və dinamiki keyfiyyətlərinin bütövlükdə qarşılıqlı əlaqədə olduğunu müəyyən edir və bu göstəricilərdən hər hansı birinin hər hansı dəyişməsi sistemim ümumi keyfiyyətinin saxlanılması ilə bütün digər göstəricilərinin funksional struktur kəmiyyət və keyfiyyət dəyişməsinə səbəb olur. Təbii mühitin istənilən bir elementinin dəyişməsindən sonra mütləq zəncirvari reaksiyalar artır ki, bunun da nəticəsində həmin dəyişikliyin neytrallaşmasına cəhd olunur. Qeyd etmək lazımdır ki, göstəricilərdən birinin cüzi dəyişməsi bütün ekosistem üzrə digər göstəricilərin güçlü dəyişməsinə də səbəb ola bilər.
Dayaq (maye dinamikası)
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır. Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir.
Din-e İlahi
Din-e İlahi 1582-ci ildə Böyük Moğol İmperiyasının hökmdarı Əkbər Şah tərəfindən əsası qoyulan və bölgəyə hakim olan bütün dinləri birləşdirmək məqsədi güdən vahid din idealogiyası.
Din-le-Ben
Din-le-Ben (fr. Digne-les-Bains, oks. Dinha) — Fransanın ən qədim balneoloji kurortlarından biridir. Provans şəhərində yerləşən Yuxarı Provans Alpları departamentinin prefektur kimi idarə olunur. Əhalisi - 17,6 min (Fransanın ən az yaşayış məntəqələrindən biri). Din, məşhur Napoleon yolunda, Bleon çayının sol sahilində yerləşir. Din şəhəri lavanda ilə məşhurdur. İnsanlar əvvəlki dövrlərdə belə Dinin yerləşdiyi yerdə yaşayırdılar. Dinia adı I əsrində verilmişdir. Burada təşkil edən ilk Romalılar Termlər (hamam) qurmağa başlamışdılar.
Din-le-Ben (rayon)
Din-le-Ben (fr. Digne-les-Bains) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından biri. Departamenti — Yuxarı Provans Alpları. Suprefektura — Din-le-Ben. Rayon əhalisi 2006-cı ildə 54 250 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 22 nəf / km². Rayon ərazisi — 2465 km².
Elm və Din
Elm və Din münasibətləri — "Elm" termini "bilik" mənasına gəlir. Din isə burada ümumi olaraq səmavi dinləri nəzərdə tutur. Bu mövzu "Din fəlsəfəsi" sahəsinin əsas mövzularındandır. Bəşəriyyət dünəndən bu günə varlıq, insan, Uca Yaradan Allah və bunların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında həmişə düşünmüş, aralarındakı sirli əlaqələri anlamağa çalışmışdır. Varlıq (Kainat) Cənabi-Allahın qüdrət və iradəsi ilə yazdığı bir kitabdır. Bu kitab Allahın müəyyən plan, proqram, ölçü və tarazlığa görə tənzimlədiyi əşya və hadisələr kitabıdır. Bununla yanaşı, Allahın bir də Kəlam sifətindən gələn Quran kitabı vardır. Allah bu Kitabı ilə insanlara kainatı izah edir, kainatdakı əşya və hadisələrə işıq tutur. Allah-Təala Quranda Kainatı nizam-intizamla yaratdığını bəyan edir.. Quran, kainat və insan Allahın isim və sifətlərinin müxtəlif şəkillərdə təcəlli etdiyi bir kitabdır.
Ermənistan ərazisində azərbaycanlılara məxsus məscid və dini abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. Xudabəndə məscidi Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Etno-dini münaqişə
Etno-konfessional münaqişə və ya Etno-dini münaqişə — dini fərqin etnik mənsubiyyəti daha da artırdığı etnik qarşıdurmanın formalarından biridir. Fərqli sivilizasiyalarda (Qafqaz, Balkanlar) inkişaf etmiş xalqların yaşadığı bölgələrdə xüsusilə qabarıq formaları özünü göstərir. Ərəb-İsrail qarşıdurması, Cezayir müharibəsi, Bəlucistan, Şimali İrlandiya, keçmiş Yuqoslaviya, Çeçenistandakı etnik-konfessional qarşıdurmaların səsləndirilən nümunələridir. Богатырёв К. А. Крымские татары и развитие этноконфессионального конфликта в регионе в 90-х гг. XX века (Политика и общество). 2009. 58–65. Булгакова М. В. Этнорелигиозный конфликт: некоторые аспекты проблемы (Актуальные проблемы гуманитарных и естественных наук). 2009. 1–9.
Etrusk dini
Etrusk mifologiyası Etrusk əfsanəsinə görə, əvvəllər köçəri yaşamla keçinən etrusklar bir gecə ulduzdan qopan işığın yerə düşdüyünü görürlər. Zərbə ilə yerə dəyən işıq parçalanıb kiçik gümüş güzgülərə çevrilir. Etrusklar həmin yeri qazırlar, oradan uşaq görkəmində, lakin saçı ağarmış möcüzəli bir adam çıxır. Taq (Taqes)adlanan və gələcəkdən xəbər verən bu müdrik etrusklaraçox şey öyrədir.İtalyada ilk sikkələrin basılması da əvəzolunmaz görücü Taqın məsləhəti ilə gerçəkləşir. Taq çıxan yerdə etrusklar Tarkvini adlı şəhəri salınır.Dini və siyasi mərkəzə çevrilən bu şəhər Roma yaranandan sonra ona tabe olur. Tarixdən bəllidir ki, dəmir çağının başlandığı dövrdə bir çox xalqlarda mifik qəhrəmanlar sırasından peyğəmbər obrazı yaratma meyli artmışdı. Bu çağda etrusk kahinləri də Taq adlı birindən tanrı elçisi kimi danışırlırdı. Etrusk dünya görüşündə dini baxışlar ilə sosial qurumların arasında bir uyğunluq vardı. Toplumun müstəqil qəbul edə bilən səlahiyyətli vahid hökmdarı olmadığı kimi, etrusk panteonları sistemində də baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, vacib məsələlərin həllini tapmaqda yardımcı olurdu. Tinin mahiyəti romalıların Yupier tanrısında təcəssüm edirdi.
Fransada dini müharibələr
Fransada dini müharibələr (fr. Guerres de Religion) və ya Hugenot müharibələri — 1562–1598-ci illərdə Fransada katoliklər və protestantlar (hugenotlar) arasında baş verən vətəndaş müharibəsi. XVI əsrin II yarısında Fransa siyasi böhran mərhələsinə daxil olur, bu böhran öz təzahürünü 32 il davam edən (1562–1594) dini müharibələrində tapır. Dini müharibələrin səbəbləri mütləqiyyətin təşəkkülü ilə əlaqədar siyasi quruluşun dəyişməsi idi. İtaliya müharibələri getdiyi dövrdə gərginlik, siyasi iğtişaşlar güclü hiss olunurdu. 1559-cu il Kato — Kambrezi sülhü İtaliya müharibələrinə son qoymaqla yanaşı, ölkədəki iqtisadi və daxili siyasi vəziyyətin bütün mürəkkəbliyini də göstərdi. XVI əsrin ortalarına doğru "qiymətlər inqilabı"nın və ağır vergi sisteminin nəticələri kəskin hiss olunurdu. Eyni zamanda müharibənin başa çatması ilə zadəganlar yeni fəaliyyət sahələri axtarmağa başlamışdılar. Bundan əlavə, 1559-cu ildə hakimiyyət dəyişikliyi baş vermişdi: cəngavər turnirində II Henri ölümcül yaralanır. Onun yerinə böyük oğlu, 15 yaşlı II Fransisk keçir.
Helian Dinq
Helian Dinq — son Hsia şanyüsü. Qardaşı Helian Çanqın əsir götürülməsindən sonra imperator olmuşdur. 430-cu ildə Sonq sülaləsi imperatoru Vei ilə müttəfiq olan Dinq 431-ci ildə Qərbi Qin krallığını dağıdaraq, onun torpaqlarına köçdü. Həmin il paytaxt Piqnlianqı müdafiə edən qardaşları Helian Duluqu və Helian Şeqan Şimal Veyə təslim oldu. Helian Dinq əmisi Helian Veifanı müharibə üçün göndərdi və Qərbi Qin dövlətinin qalan torpaqlarını da tutdu. Helian Dinq gözlənilmədən Tuyuhun dövləti tərəfindən hücuma məruz qaldı və əsir edilərək Şimal Veyə göndərildi. Dinq orda edam olundu və üçüncü Hun dövlətinin də sonu gəldi.
Hrant Dink
Hrant Dink (erm. Հրանդ Տինք; 15 sentyabr 1954, Malatya – 19 yanvar 2007, İstanbul) — erməni əsilli Türkiyəli jurnalist, Aqos qəzetinin baş redaktoru. 2007-ci ilin 19 yanvar tarixində, yerli vaxtla saat 15:00 — də İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülmüşdür. Hrant Dink 1954-cü ildə Malatya şəhərində anadan olmuşdur. Atası və anası Sivas ilindən olan Hrant ailəsi 1961-ci ildə İstanbul şəhərinə köçmüşdür. Ailə daxili münaqişələr səbəbindən, Hrant ailəsi 1961-ci ildə dağılmışdır. Valideynlərinin ayrılması səbəbindən Hrant Dink və digər iki qardaşı ilə birlikdə Gedikpaşa Erməni Uşaq Evinə verilmişdir. Hrant Dink gənclik illərində siyasətlə maraqlanırdı. Əsasən solcu qüvvələri müdafiə edən Hrant Kommunist Partiyası ilə əlaqə yaratmağa başladı. Orta təhsilini bitirdikdən sonra, Hrant İstanbul Universitetinə daxil olur.
Həsən İzzəddin Dinamo
Həsən İzzəddin Dinamo (1 yanvar 1909, Ağcaabad, Trabzon ili – 20 iyun 1989, İstanbul) — Türkiyə şairi. Şeirlərini "Yeni yol", "Sokak", "Həmlə", "Küllük", "Səs", "Yeni ədəbiyyat" dərgilərində çap etdirir. Bu dövrdəki şeirlərini "Adsız kitab" (1931-ci ildə, Vəhbi Cəm və Mehmet Cavad ilə birlikdə) və "Dəniz fənəri" (1937) adı altında nəşr etdirir. 1926-cı ildən etibarən çap olunan ilk şeirlərində Faruq Nafizin təsiri görünür və heca vəznini işlədir. Fərdi mövzulara yer verir. Nazimin "835 sətr" kitabını oxuyunca Nazimin təsiri ilə sərbəst vəzndə şeirlər yazmaya başlayır. Mövzuları fərdidən sosiala dönür. Şeirlərində ideoloji ünüsürlər çox bəlirgin, sənət dəyəri isə çox zəifdir. 1933-cü ildən sonrakı şeirlərində N. Hikmətin təsiri azalır, öz şəxsiyyətini tapmağa çalışır.

Digər lüğətlərdə