FEVKALADE
FIÇI
OBASTAN VİKİ
Feza Günərgun
Feza Günərgun (1956, İstanbul) — Türk elm tarixçisi. == Həyatı == Türk elm tarixinin önəmli botaniklərindən olan Asuman Baytop və Turhan Baytopun qızıdır.Lisey təhsilini Notre Dame de Sion Fransız Liseyində bitirdikdən sonra, 1980-ci ildə İstanbul Universiteti Kimya Mühəndisliyi Fakültəsini bitirmişdir. 1984-cü ildə İstanbul Universiteti, İstanbul Tibb Fakültəsi, Tibb Tarixi və Deontoloji Bölümündə etdiyi "14–17-ci əsrlərdə qeyri-üzvi kimyəvi dərmanlar" mövzusunda doktorluq çalişması ilə M.Sc.Dr. adı aldı. 1985-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi, Fəlsəfə Bölümü, Elm Tarixi Bölməsinə tədqiqatçı köməkçisi olaraq qatıldı. 1987-ci ildə dosent, 1993-cü ildə "elm tarixi dosenti", 1998-ci ildə professor oldu. 1997-ci ildə Kyotodakı Yapon Tədqiqatları İnstitutunda ziyarətçi tədqiqatçı vəzifəsində çalışmışdır. 2001-ci ilin yanvarından Elm Tarixi Bölməsinin müdiridir. 1989–2000 arasında Türk Bilim Tarixi Vəqfinin (TBTK) Baş Katibi, 1994–2001 arasında "Elm və Texnologiya Tarixi Komissiyası" nın sədr müavini , 1994–1998 arasında İstanbul Universiteti Elm Tarixi Muzey və Sənədlər Mərkəzi (BİMDOK) İdarə Heyətinin üzvü olaraq işləmişdir. == Redaktə etdiyi nəşrlər == Osmanlı Elm Tədqiqatları (1995-) Türk Elm Tarixi Vəqfi Xəbər Bülleteni (1991–2000) Manuskripte zur Chemiegeschichte & TeaComNews (1996-).
Feza Gürsey
Feza Gürsey (d. 7 aprel 1921, Konstantinopol – 13 aprel 1992[…], Nyu-Heyven[d]) — Türk fizik və riyaziyyatçı. == Həyatı == 7 aprel 1921-ci ildə İstanbulda Prof. Dr. Remziye Hisar (1902–1992) və Dr.Reşit Süreyya Gürseyin ilk oğlu olaraq dünyaya gəldi (1889–1962). Onun atası, Reşit Süreyya Gürsey elm və sənətə böyük maraq göstərən həkim, fizik və müəllim olmaqdan savayı həm də maarifçi idi. Anası Dr. Remziye Hisar Darülfünunda təhsil alan ilk qız şagirdlərindən biri olub, Avropada qadınların çox az bir qisminin özünə iş qura bildiyi bir dövrdə Sarbonnada Dövlət kimya üzrə doktorluq müdafiə etməyə nail olan elm adamıdır. Feza Gürsey İstanbul Anadolu hisarındakı Otağtepedəki Remziye xanımın ailə evində anadan olub. Parisdə Janna Dark adlı ibtidai məktəbdə təhsilinə başlamış və müəllimlərinin heyranlığını qazanmışdır.