gediş
general
OBASTAN VİKİ
Gen
Gen — canlılarda nəsildən nəslə bioloji xassələrin ötürülməsi prosesinin yəni irsi genetikanın əsas vahidi. Nuklein turşularının (DNT, RNT) müəyyən bir hissəsi olub nukleotid ardıcıllğındaki informasiya vasitəsilə müəyyən zülal yaxud funksional RNT əmələ gətirir. Genlər fenotipik xassələrin ata-anadan oğul-qıza ötürülməsinin, fərdlər arasındakı bənzərliklərin əsasını təşkil edir. == Tarix == İrsi vahidlər ideyasını ilk dəfə Qreqor Mendel ortaya atmışdır. 1857 ilə 1864 illəri arasında noxud bitkisinin ayrı-ayrı xassələri üzərində işləyərək onların nəsildən nəslə ötürülməsini izləmişdir. == DNT == DNT-nin ən əsas rolu hüceyrədə uzun müddətli informasiyanın saxlanılmasıdır. DNT ən önəmlisi gen olan bir sıra vahidlərə bölünür. Kimyəvi cəhətdən DNT nukleotid deyilən vahidlərdən əmələ gələn uzun polimerdir. Hər bir nukletoid azotlu əsas, şəkər (dezoksiriboza) və fosfat qrupundan meydana gəlir. DNT zəncirinin özəyini fosfat və şəkər qrupları əmələ gətirir, əsaslar isə ikili zəncirin iç qismində digər tərəfdəki əsasla qarşı-qarşıya duran şəkildədir.
Gen (film, 2006)
Gen qorxu-gərilim janrında olan 2006-ci il istehsalı türk sinema filmi. Filmin ssenaristləri Murad Toxtamışoğlu, Güray Ölgü və Alper Məstçidir. == Məzmun == Psixiatr Dəniz təpəlik bölgədə yerləşən ruhi xəstəxanaya təyin olur. İşə başladığı ilk gün intihar edən xəstənin meyitini görür. Hadisəni araşdırmaq üçün xəstəxanaya gələn polislər pis hava şəraitinə görə xəstəxanada qalmalı olurlar. Yollardan başqa telefon xətləri də zədələnmişdir və xarici mühitlə əlaqə kəsilmişdir. Çox keçmədən xəstəxanada çoxsaylı cinayətlər başlayır.
Tsu Şin Gen
Tsu Şin Gen — Avropanın ən tanınmış əlbəyaxa döyüş sənəti üstası (Masutatçu Oyamanın tələbəsi) Kanço David Kuk-un qurduğu beynəlxalq təşkilatın adıdır. Qarışıq döyüş sənətlərinin inkişafı ilə məşğul olan bu təşkilatın tədbirlərinə Azərbaycandan ilk dəfə 2004-cü ildə Vasif Namazov öz tələbələriylə qatılıb. Onların içində tanınmış qaydasız döyüş idmançısı Tural Rəhimovda var. Tsu Şin Gen Beynəlxalq Büdo Asossasiyası mərkəzi qərargahı İsveçdə yerləşir.
Hai to Gensou no Grimgar
Grimgar of Fantasy and Ash və ya Yaponiyada tanınan adı ilə Hai to Gensou no Grimgar (灰と幻想のグリムガル, Hai to Gensō no Gurimugaru, azərb. Fentezi və Kül Qrimqarı‎) – Eyri Şirayın rəssamlığı ilə Ao Cuumonci tərəfindən yazılan ranobe seriyası. Bir qrup insanın özlərini qəfildən Qrimqar adlı fentezi dünyasında tapmasından və bu dünyaya adaptasiya olub sağ qalmağa çalışmasından bəhs edir. Overlap Bunko tərəfindən 25 iyun 2013-cü ildən bu yana 21 cildi buraxılmışdır. Mutsumi Okubaşi tərəfindən yazılan manqa adaptasiyası 22 aprel 2015-ci ildən 22 iyun 2016-cı ilə kimi Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında serializasiya olunmuşdur. 2016-cı ildə ranobe əsasında A-1 Pictures studiyası tərəfindən 12 seriyalıq anime serialı adaptasiyası çəkilmişdir. Ranobe J-Novel Club və Seven Seas Entertainment, manqa adaptasiyası Yen Press tərəfindən Şimali Amerikada lisenziyalaşdırılmışdır. == Məzmun == Günlərin bir günü bir qrup gənc özlərini Qrimqar adlı fentezi dünyasında oyanmış halda tapırlar. Sadəcə adlarını xatırlayan bu insanlar bu dünyaya haradan gəldiyini bilmirlər, lakin buraya aid olmadıqlarını hiss edirlər. Oyunda ilişdiklərindən xəbərləri olmayan bu insanların tək çarəsi yeni dünyaya adaptasiya olub sağ qalmaqdır.
Hesabat generatoru
Report generator ~ генератор отчетов ~ rapor üreteçi ~ hesabat generatoru – verilənlər bazasından alınan informasiyanı çap etmək üçün istifadəçinin yaratdığı “formalar” şəklində hesabtlardan istifadə edən tətbiqi proqram növü (adətən, verilənlər bazasının idarəolunması proqramının bir hissəsi). Hesabat generatorundan avtomatik olaraq başlığı, kolontitulu, səhifə nömrələri və b. qoyulmuş rahat oxunan sənəd, yaxud blank yaratmaqan ötrü yazının müəyyən sahələrini, yaxud yazılar qrupunu seçmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hikmət Həsənov (general-mayor)
Hikmət Hüseyn oğlu Həsənov (9 oktyabr 1975, Pirəhmədli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Birinci Ordu Korpusunun komandiri (2014–2021). 2016-cı il Aprel döyüşlərində istiqamət komandiri kimi cəbhənin 3 istiqamətində — Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşləri idarə edib. 2020-ci il oktyabrın 3-də Ağdərə istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq etmişdir. == Hərbi xidməti == === Xidmətinin ilk illəri === Hikmət Həsənov 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində Taqım Komandiri vəzifəsində xidmət edib. Daha sonra xidmətini Ağdam rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandiri vəzifəsində davam edib. Ardınca isə bölük komandiri və tabor Komandiri vəzifələrində xidmət edib. 2002-ci ildə Çin Xalq Azadlıq Ordusunun Nanjinq Quru Qoşunları Ali Hərbi Akademiyasına daxil olub və 2003-cü ildə təhsilini xüsusi fərqlənmə ilə bitirib. 2003-cü ildə Qazax rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini vəzifəsinə təyin olunub, bir müddət sonra isə xidmətini Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqadanın qərargah rəisi olaraq davam edib. 2004-cü ildə Tovuz rayonu istiqamətində hal-hazırda adı "Dilqəm postu" olan mövqeyi erməni işğalından azad elədiyi üçün briqada komandiri vəzifəsinə təyin olub. 2005–2008-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə briqada komandiri vəzifəsində xidmət edib.
Hüseyn Quliyev (general-mayor)
Quliyev Hüseyn Abbasqulu oğlu (1939, Teymur Müskənli, Qubadlı rayonu – 1985, Moskva) — general-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi. == Həyatı == Hüseyn Quliyev 1939-cu ildə Azərbaycan SSR Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmağa çalışmışdır. Lakin bura qəbul olunmadıqda Ukrayna SSR Lvov şəhərinə gedərək orada Ali Hərbi Məktəbə qəbul olunmuşdur. həmin təhsil müəssisəsində təhsilini bitirdikdən sonra, diplomatiya təhsili almışdır. O, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmış, o cümlədən SSRİ-nin İrandakı səfirliyində 1-ci müavin, Türkiyədə konsul köməkçisi işləmişdir. Hüseyn Quliyev 1970-ci illərin sonu 1980-cı illərin əvvəlləri SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə rəisi vəzifəsinə təyin olunmuşdur. Tezliklə ona göstərdiyi xidmətlərə görə general-mayor rütbəsi verilmişdir. Lakin bu rütbəni o, uzun müddət gəzdirə bilməmiş, Moskva yaxınlığında 1985-ci ildə qəzaya düşərək həlak olmuşdur.
II Gennadios
II Gennadiy (yun. Γεώργιος Κουρτέσιος Σχολάριος) (d. 1400 – ö. 1473) — 1454 - 1464-cü illərdə Konstantinopol Pravoslav Kilsəsinin baş patriarxı. Gennadiy Aristotelin fikirlərini müdafiə etmişdir. VII İoann Paleoloq dövründə 1438 - 1439-cu illərdə, Bazel konsulu, XI Konstantin Paleoloqun dövründə isə Konistantinapol Pantokratoru olmuşdur. Osmanlı imperatoru sultan II Mehmedin hakimiyyəti zamanı 1453 - 1456, 1458 və 1462 - 1464-cü illərdə üç dəfə Konstantinopol Pravoslav Kilsəsinin baş patriarxı seçilmişdir. Eyni zamanda fəlsəfə müəllimi olan Gennadiy 1473-ci ildə vəfat etmişdir.
II Gennadiy
II Gennadiy (yun. Γεώργιος Κουρτέσιος Σχολάριος) (d. 1400 – ö. 1473) — 1454 - 1464-cü illərdə Konstantinopol Pravoslav Kilsəsinin baş patriarxı. Gennadiy Aristotelin fikirlərini müdafiə etmişdir. VII İoann Paleoloq dövründə 1438 - 1439-cu illərdə, Bazel konsulu, XI Konstantin Paleoloqun dövründə isə Konistantinapol Pantokratoru olmuşdur. Osmanlı imperatoru sultan II Mehmedin hakimiyyəti zamanı 1453 - 1456, 1458 və 1462 - 1464-cü illərdə üç dəfə Konstantinopol Pravoslav Kilsəsinin baş patriarxı seçilmişdir. Eyni zamanda fəlsəfə müəllimi olan Gennadiy 1473-ci ildə vəfat etmişdir.
Imokawa Mukuzo Genkanban no Maki
Imokawa Mukuzo Genkanban no Maki (yap. 芋川椋三玄関番の巻 və ya 芋川椋三玄関番之巻; azərb. Gözətçi Mukuzo İmokavanın əhvalatı‎) — Yaponiyada çəkilmiş ilk peşəkar anime. 1917-ci ildə çəkilib. 5 dəqiqə davam edən animenin rejissoru Ōten Şimokavadır. Animenin əsas qəhrəmanı gözətçi Mukuzo İmokavadır.
Incəsənət Muzeyi (Gent)
Təsviri sənət muzeyi Gent şəhərində (nid. Museum voor Schone Kunsten, qıs.MSK) — Gent şəhərinin şərq hissəsində sənət muzeyi. Gent İncəsənət Muzeyi 1798-ci ildə təsis edilib, müasir Belçika ərazisində ilk muzeylərdən biridir . Orta əsrlərdən XX əsrin əvvəllərinə qədər olan dövrü əhatə edən mənzərəli kolleksiyanın müxtəlifliyi ilə məşhurdur . Muzeydə konfrans zalı, kitabxana, və kafe yerləşir. === Muzeyin ən məşhur eksponatları === "Müqəddəs İeronim dua edərkən" " İeronim Bosx "Xaç aparma" İeronim Bosx "Covanni Paolo portreti." Tintoretto 1561 "Kleptomanın portreti" Teodor Jeriko 1820 == Xarici keçidlər == Vikianbarda İncəsənət Muzeyi ilə əlaqəli mediafayllar var.
Interim Register of Marine and Nonmarine Genera
Interim Register of Marine and Nonmarine Genera (azərb. Dəniz və Qeyri Dəniz Nəsillərinin Müvəqqəti Reyestri‎; IRMNG) — məlumatlar bazası. Zoologiyada 1758-ci ildən (bitkilər, çiçəklər və ağaclarda 1753) indiyə qədər nəşr olunmuş elmi adlardan ibarətdir. Məlumatlar bazasında 1,7 milyondan çox növ adı var. == Haqqında == Baza 2006-cı ildə Avstraliya bioloqu Toni Ris tərəfindən qurulmuşdur. O, bu və digər nailiyyətlətinə görə Ebbe Nilsen mükafatı almışdır. == İstinadlar == == Ətraflı oxu == Rees, Tony. "18.8. IRMNG—the Interim Register of Marine and Nonmarine Genera" (PDF). The Proceedings of TDWG. 2008.
Kainatın genişlənməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bugünkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik == Fəlsəfədə kainatın genişlənməsinə münasibət == Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər, daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Kazım Ələkbərov (general-polkovnik)
Kazım Ələkbərov — Rusiya Federasiyasının Federal İcra Hakimiyyəti Xidmətinin Moskva şəhəri üzrə rəisi, 1-ci dərəcəli Dövlət Ədliyyə müşaviri, Federal İcra Hakimiyyətinin əməkçisi, hüqüq elmlər namizədi, general-polkovnik. == Həyat və fəaliyyəti == Kazım Ələkbərov 21 noyabr 1960-cı ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Kiçik Vedi kəndində anadan olmuşdur. Uşaqlıq və məktəb illərini doğma kəndində keçirdikdən sonra 16 yaşında ikən Bakıya daha sonra isə Moskvaya yola düşür. Əvvəl hərbi xidmətini başa vurduqdan sonra Patris Lulumba adına Xalqlar Dostluğu Universitetinin tarix fakültəsini, daha sonra isə Moskva Dövlət Hüqüq Akademiyasının hüqüq fakültəsini bitirir. Kazım Ələkbərov qısa zamanda Moskvanın bir çox rayonlarında Məhkəmə İcraçıların rəisi vəzifəsinə yüksəlir.
Klaviatura genişləndiricisi
klaviatura genişləndiricisi(keyboard enhancer)-klavişlərin basılma siqnalları daxil olduqca onları emal edən və bəzi klavişlərin və ya onların kombinasiyasının mənasını yenidən təyin edən proqram; klaviatura utiliti (KEYBOARD UTULITY), makro-proqram (MACRO PROGRAM) və ya makro-utilit (MACRO UTILITY) kimi də tanınır. Bu proqramlardan makrosların – klavişlər kombinasyalarının, siçanın hərəkətlərinin, menyu komandaları və ya müəyyən klavişlərə bağlanmış komandalar ardıcıllıqlarının yaradılması və saxlanması üçün də istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,466s.
Krasimir Genov
Kəlbəli xan Naxçıvanski (general-mayor)
Kəlbəli xan Naxçıvanski və ya III Kəlbəli xan (20 oktyabr 1891, Naxçıvan – 1931, İran) — Cənub-Qərbi Azərbaycan general-qubernatorunun hərbi işlər üzrə müavini, İran general-mayoru. == Həyatı == 20 oktyabr 1891-ci ildə Naxçıvan şəhərində anadan olub. 19 oktyabr 1909-cu ildə 18 yaşlı Kəlbəli xan kadet korpusunu bitirib və Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronuna sıravi yunker kimi təhsilini davam etdirmək üçün qəbul edilib. 6 avqust 1911-ci ildə Əlahəzrətin saray qvardiyasında kornet rütbəsində hərbi xidmətə göndərilib. 1925-ci ildən sonra hakimiyyəti ələ keçirən Pəhləvilər Kəlbəli xan və onun qardaşına qənim kəsildilər. Bəzi sənədlərdə III Kəlbəli xanın 1931, bəzilərində isə 1934-cü ildə Rza şahın tapşırığı ilə öldürüldüyü haqqında məlumat var. Əkbər xan Naxçıvanskinin 68 səhifəlik istintaq işində olan məlumat 1934-cü ilə aiddir və bizcə, bu tarix dürüstdür. Rusiyanın hərbçi şərqşünası Smirnov yazır ki, III Kəlbəli xanın ulu babası kimi əvvəlcə gözlərini çıxarıb, sonra öldürüblər. Bununla ürəyi soyumayan Rza şah Cəfərqulu xanın oğlu Davud xanı da məhv etdirdi. Hətta, Naxçıvanskilərə çox rəğbət göstərən və qohumları olan Makı sərdarı Mürtəzaqulu xanı zəhərlədib öldürtdü.
Kərim Kərimov (general)
Kərim Abbasəli oğlu Kərimov (14 noyabr 1917, Bakı – 29 mart 2003, Moskva) — sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966–1991). Sovet kosmik proqramının banilərindən biri. Kərimov uzun illər sovet kosmonavtikasında əsas şəxslərdən biri olsa da, onun şəxsiyyəti karyerasının çox hissəsi boyunca ictimaiyyətdən gizli saxlanılırdı. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatıdır. == Həyatı == Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda N. Aşurbəyli küşəsi ev 14 də babasının evində anadan olmuşdur. Ata və ana babası qədim Şamaxı şəhərindəndir. Anası Sürəyya Hacı Əsədulla qızı Kərimova (Əhmədova) Mesenat Z. Tağıyevin tikdirdiyi Bakı qızlar məktəbinin ilk məzunlarından olmuşdur. Atası Abbasəli Sankt-Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Balaca Kərim 5 yaşımdan Təzə Pir məscidi yanında babasının himayədarlığı ilə açılan molla məktəbində quranı-kərimi öyrənirmiş. Babası görkəmli ictimai-siyasi xadim Hacı Əsədulla Hacı Əhməd oğlu Əhmədov (1867, Şamaxı – 1941, Bakı) Məclisi-Məbusanının təsisi haqqında qanununa (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinə seçilmişdir.
Marks generatoru
Marks generatoru, ilk dəfə 1924-cü ildə Ervin ato Marks tərəfindən təsvir edilən bir elektrik dövrəsidir.
Mehman Baxışov (general)
Baxışov Mehman Abbas oğlu (28 iyul 1959, Altıağac, Xızı rayonu) — Müdafiə Sənayesi nazirinin müavini General-mayor (2013). == Həyatı == Mehman Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altıağac kəndində anadan olmuşdur. 1966-cı ildə Abşeron rayonu Altı-Ağac orta kənd məktəbinin rus sektorunun 1-ci sinfinə getmişdir, 1974-cü ilə qədər həmin məktəbdə təhsil almışdır, 1974-cü ildən 1976-cı ilə qədər təhsilini C. Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdir, 1976-cı ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbi hərbi mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir. == Hərbi xidməti == 1974-cü ildə C. Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 1976-cı ildə həmin liseyi bitirmişdir. 1976-cı ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbin hərbi mühəndis-texnoloq fakültəsini bitirmişdir. 1981-ci ilin iyul ayından 1985-ci ilin avqust ayınadək SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında Saxlama şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir 1985-ci ilin avqust ayından SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində aparıcı mühəndis vəzifəsində xidmət etmişdir. 1990-cı ilin noyabr ayından SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi Nümayəndəliyinin rəisi vəzifəsində xidmət etmişdir. 1990–1991-ci illərdə Marşal Timoşenko adına Ali Hərbi Akademiyasının "SSRİ Müdafiə Nazirliyinin Hərbi nümayəndələr" ixtisası üzrə Rəhbər Mühəndislər Heyəti fakültəsini bitirmişdir. 1992-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyində Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini vəzifəsində xidmət etmişdir. 1992–1993-cü illərdə Qarabağda gedən döyüşlərdə iştirak etmiş, çətin döyüş tapşırıqlarını yerinə yetirmişdir.
Mentha gentiliformis
Çəmən nanəsi (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == === Homotipik sinonimləri === Calamintha arvensis (L.) Garsault Mentha arvensis var.
Mentha gentilis
Çəmən nanəsi (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == === Homotipik sinonimləri === Calamintha arvensis (L.) Garsault Mentha arvensis var.
Mobil genetik elementlər
Mobil genetik elementlər — ilk dəfə olaraq Barbara Mak-Klintok tərəfindən müəyyənləşdirilib. O, genlərin yerdəyişmə hadisəsini transpozisiya, hərəkət edən lokusları isə nəzarət elementləri adlandırmışdır . Transpozonlar və ya mobil elementlər bir neçə əlamətlə xarakterizə olunur: onlar bir saytdan digərinə keçirilə bilir. onların müəyyən sahəyə daxil olması yaxınlıqda yerləşən genlərin aktivliyini dəyişdirir. Nəzarət elementlərinin itirilməsi mutabil lokusun stabil lokusa çevrilməsinə səbəb olur Nəzarət elementləri olan sahələrdə delesiyalar,translokasiyalar,transpozisiyalar,inversiyalar və xromosomların parçalanması baş verir. Prokariotlarda 3 tip mobil element məlumdur. İS — elementləri,transpozonlar və bəzi bakteriofaqlar. Bunlar həm quruluş və həmçinin tənzimləyici genlərdə mutasiya əmələ gətirir. Mobil elementlərin yerdəyişməsi müxtəlif dəyişikliklərlə nəticələnə bilər. Mobil element genə daxil olub, ekzonu parçalyaraq onu zədələyə bilər.
Monthly Comic Gene
Monthly Comic Gene (月刊コミックジーン, Gekkan Komikku Jiin) — Media Factory nəşriyyatı tərəfindən 15 iyun 2011-ci ildən nəşr olunan aylıq şoco manqası jurnalı. Əslində 2011-ci ilin aprelindən nəşr olunması planlaşdırılmış, lakin 2011-ci ilin martında baş vermiş Tohoku zəlzələsinə görə jurnalın nəşri iki ay gecikmişdir.
Murad Hüseynov (General-mayor)
Murad Qoşun oğlu Hüseynov (11 aprel 1948) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi (1998–2005), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə İşlər İdarəsinin rəisi (1995–1998), polis general-mayoru. == Həyatı == Hüseynov Murad Qoşun oğlu 1948-ci ildə Qafan rayonunun Oxtar kəndində anadan olub. 1965-ci ilin sentyabrında keçmiş "Leninneft" NQÇİ-nin 11 saylı mədənində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Buruqlarda baş vermiş yanğın hadisələri Murad Hüseynovun həyat yolunu müəyyənləşdirib. Baş verən yanğınların söndürülməsində yanğınsöndürənlərin şücaəti Murad Hüseynovun qəlbində bu əsl kişi peşəsinə məhəbbət hissləri oyadıb. Elə bu hisslərlə o taleyini yanğından mühafizə xidmətinə bağlayıb. 1966-cı ilin sentyabrında Bakıda Yanğından Mühafizə İdarəsinin 1-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində yanğınsöndürən vəzifəsində xidmətə başlayıb. 18 yaşından taleyini yanğından mühafizə xidmətinə bağlayan sıravi yanğınsöndürən Murad Hüseynov elə ilk anlardan öz nümunəvi xidməti ilə fərqlənib. Peşə sirlərinə yiyələnməklə, döyüş qabiliyyətini yüksəltməklə perspektivli əməkdaş kimi tanınıb. Qısa bir müddət ərzində müsbət keyfiyyətləri ilə seçilən Murad Hüseynov 1968-ci ildə SSRİ DİN Xarkov Yanğın Texniki Məktəbinin əyani şöbəsində təhsil almağa göndərilib həmin nazirliyin Moskvadakı Akademiyasını bitirib.
Mutasiya (Genetik alqoritm)
Genetik alqoritmlərdə istifadə edilən və bir haldan başqa hala keçmək mənasını verən mutasiya qısaca bir geni meydana gətirən xromosomların dəyişməsidir. Bu dəyişmə aşağıdakı şəkillərdən biri ola bilər: Tərsləmə (Inversion) Yerləşdirmə (Insertion) Çıxarma (Displacement) Yer dəyişdirmə (Reciprocal Exchange, Swap) Yuxarıdakı bu mutasiyaları aşağıdakı nümunələr ilə izah edək: Tərsləmə, seçilən bir xromosomun dəyərinin tərsinə çevirilməsidir. Məsələn: 110101 -> 100101 nümunəsindəki ikinci xromosomun tərsi alınmışdır. Yerləşdirmə əməliyyatı, gen düzülməsinə yeni bir xromosom əlavə olunması şəklində olar. Məsələn : 110101 -> 1100101 düzülmənin 3. xromosom əlavə olunmuşdur. Çıxarma əməliyyatı isə düzülmədən bir xromosomun azaldılması ilə reallaşar. Məsələn 110101 -> 10101 düzülmədəki 2. xromosom çıxarılmışdır. Yer dəyişdirmə əməliyyatında da mövcud xromosomlardan birinin sıradakı yerinin dəyişməsidir.
Mycoplasma genitalium
Mycoplasma genitalium və ya qısaca MG – kişilərdə uretrada (sidik kanalında) iltihab doğura bilən bakteriya. Penisdən ifrazatın gəlməsinə səbəb olur və işəmə prosesini ağrıverici edir. MG qadınların da reproduktiv orqanlarında (uşaqlıq və uşaqlıq boruları) iltihab doğuraraq ağrı, müəyyən hallarda isə hərarət və qanaxmaya səbəb ola bilər. Bu infeksiyaya xəstəlik daşıyıcısı ilə prezervativsiz seksual əlaqəyə girərkən yoluxmaq mümkündür. Prezervativdən istifadə edildikdə isə bu infeksiyaya tutulmağın qarşısı alına bilər. Bu infeksiya ilk dəfə Britaniyada 1980-ci illərdə aşkar olunub və güman edildiyinə görə, o, əhalinin 1-2 %-i arasında yayılıb. MG heç də həmişə simptomlarla özünü göstərmir və müalicəyə ehtiyac olmur, lakin bu infeksiyaya bəzən fikir verilmir və ya o, seksual yolla yayılan xlamidiya kimi digər infeksiyalarla səhv salınır. BASHH bu tendensiyanı narahatedici adlandırıb. MG infeksiyasına qarşı testlər yaradılıb lakin hələlik onlar bütün klinikalarda tətbiq olunmayıb. Bununla belə həkimlər analiz nümunələrinin testdən keçirilməsi üçün İngiltərə Dövlət Səhiyyə laboratoriyasına göndərə bilərlər.
Məhəmməd Həsənov (general-mayor)
Məhəmməd Kərim oğlu Həsənov (25 fevral 1966, Qazax rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseyin rəisi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Komandanının müavini; Günnüt əməliyyatı və Vətən müharibəsinin iştirakçısı. 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 2018-ci ildə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. == Həyatı == Məhəmməd Həsənov Qazax rayonu Aslanbəyli kəndində anadan olub. Ali təhsilini bitirdikdən sonra rus dili müəllimi olaraq işləməyə başlamışdır. 20 yanvar hadisələrində Sovet İttifaqına qarşı etiraz nümayişində fəal iştirakçılardan olmuş və son anda tankın altından sağ çıxmağı bacarmışdır. Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanmış və ağır döyüşlərdə iştirak edərək bir neçə qəlpə yarası almışdır. == Hərbi Xidməti == Müharibədən sonra hərbi xidmətdə qalaraq ordu quruculuğunda mühüm işlər görmüşdür. Mətbuatda açıqlanmayan bir çox əməliyyatların iştirakçısı olmuşdur. Hərbi hissə komandiri və digər mühüm vəzifələrdə xidmət etmişdir. 2019-cu il aprel ayında polkovnik Məhəmməd Həsənov Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseyə rəis təyin olunmuşdur.

Digər lüğətlərdə