GEOLOJİ
GEOSENTRİK
OBASTAN VİKİ
Adil Əliyev (geoloq)
Adil Abas Əli oğlu Əliyev (7 sentyabr 1930, Bakı) — neftçi-geoloq, geokimyaçı, vulkanoloq, Azərbaycan Respublikası Dövlət Mükafatının ilk laureatı, Əməkdar elm xadimi, AMEA Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri, professor. == Həyatı == Adil Əliyev 1930-cu il sentyabrın 7-də Bakıda anadan olub. O, 1949-cu ildə paytaxtın 3 nömrəli orta məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olub. 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək, neftçi-geoloq ixtisasına yiyələnib. Alim elmi fəaliyyətinə həmin ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki GGİ) başlayıb. O, 1954-cü ildə “Neft və qazın geologiyası” ixtisası üzrə aspi­ran­tu­raya qəbul olunub, 1958-ci ildə namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini alıb. Bir ildən sonra böyük elmi işçi vəzifəsinə yüksələn alim sonrakı illərdə Bituminologiya və süxurların üzvi maddələri (1969-1970) və Palçıq vulkanlarının geokimyası (1972-1986) laboratoriyalarına rəhbərlik edib. 1986-1990-cı illərdə Suriya Neft Şirkətində (Dəməşq şəhərində) baş mühəndis-geokimyaçı və elmi məsləhətçi vəzifələrində işləyib. A.Əliyev 1992-ci ildə “Palçıq vulkanizminin geo­kim­yası və böyük dərinliklərin neft-qazlılığı” mövzusunda doktor­luq dissertasiyası müdafiə edib. 1997-ci ildən Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinə rəhbərlik edir.
Akif Əliyev (geoloq)
Əliyev Akif İsmayıl oğlu (4 fevral 1934, Gəncə – 2 sentyabr 2017, Bakı) — Azərbaycan geoloqu, geologiya-minerologiya elmləri doktoru (1991), professor (1996), Azərbaycan Dövlət Mükafatı laureatı (1988). == Həyatı == Akif Əliyev 4 fevral 1934-cü ildə Gəncə şəhərində doğulub. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirmişdir. 1959-cu ilədək neft mədənlərində çalışmışdır. == Elmi fəaliyyəti == 1962–1966-cı illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) kiçik elmi işçi, 1966–1979-cu illərdə Ümumittifaq Elmi Tədqiqat və Layihə Qaz İnstitutunda laboratoriya rəhbəri, 1979–1988-ci illərdə "Dövlətdənizneftqazlayihə" İnstitutunda baş geoloq, elmi işlər üzrə direktor müavini, 1988–1991-ci illərdə Hindistanda Sovet İttifaqı ekspertlər qrupunun baş mühəndisi vəzifələrində çalışmışdır. 1992-ci ildən ARDNŞ-də şöbə müdiri, xarici iqtisadi əlaqələr üzrə rəis müavini işləmiş, eyni zamanda AMEA Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Akif Əliyev 200-dən çox elmi əsərin, o cümlədən bir neçə monoqrafiya və kitabın, 10 ixtiranın müəllifidir. SSRİ-nin və Azərbaycanın neftqazlılıq və tektonikasına dair dərc edilmiş silsilə xəritələrin və atlasların həmmüəllifidir.
Baba Babazadə (geoloq)
Baba-zadə Baba Qurbanqulu oğlu (25 aprel 1911, Bakı – 18 avqust 1962, Bakı) — geoloq-neftçi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1959), geologiya-minerologiya elmləri doktoru (1962), Sosialist Əməyi Qəhrəmanı (1944) == Həyatı == Baba Baba-zadə 25 aprel 1911-ci ildə Bakının Ramana kəndində anadan olub. O, 1923–1929-cu illərdə N.Nərimanov adına Sənaye Texnikumunu, 1934-cü ildə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Geoloji-kəşfiyyat fakültəsində təhsil alan Baba-zadə mühəndis-geoloq ixtisasına yiyələnib. Baba Baba-zadə 1949-cu ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1962-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. O, 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Baba Baba-zadə həmçinin pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs demişdir. Onun "Buzovna-Maştağa neft yatağı və Abşeronun dərində yatan perspektiv strukturlarının axtarışı" adlı monoqrafiyası 1952-ci ildə Sankt-Peterburq şəhərində çap olunmuşdur. Alimin geoloji-kəşfiyyat və yataqların səmərəli işlənməsi üzrə 80-dən artıq elmi əsəri işıq üzü görmüşdür. Eyni zamanda monoqrafiyalar, kitablar, ayrı-ayrı məqalələr şəklində böyük elmi irs qoymuşdur. Onun rəhbərliyi altında 20-dən çox fəlsəfə doktoru hazırlanmışdır.
Faiq Məmmədov (geoloq)
Faiq Nəzər oğlu Məmmədov (1935) — neftçi-mühəndis, Rusiyanın əməkdar geoloqu. == Həyatı == Faiq Nəzər oğlu 1935-ci ildə Füzuli şəhərində anadan оlub. Əmək fəaliyyətinə 1956-cı ildə başlayıb. Qiyabi olaraq AZNKA-da oxuyub. 1962-ci ildən Komi MSSR-də neft kəşfiyyatı sahəsində çalışmağa başlayıb. 1972-ci ildən Naryan-Mar ekspedisiyasına başçılıq edib. 1976-cı ildə Usin Neft kəşfiyyatı idarəsinə göndərilib. 1978-ci ildən Usin NQKE-nə rəhbərlik edib. "Uxtaneftqazgeologiya" İGV Baş direktoru (1985-2000-ci illər) vəzifəsində işləyib. Faiq Məmmədоv xeyriyyəçilik fəaliyyəti ilə məşğul оlub.
Firdovsi Əliyev (geoloq)
Firdovsi Əliyev (Tam adı:Firdovsi Şamil oğlu Əliyev; d.1937; Azərbaycan, Tovuz, Düzqırıxlı k.) — Geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Firdovsi Əliyev 1937-ci ildə Azərbaycanın Tovuz rayonunun Düzqırıxlı kəndində anadan olub. 1959-cu ildə dağ mühəndisi-hidrogeoloq ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitunun geoloji-kəşfiyyat fakültəsini bitirib. 1959—2002-ci illərdə Azərbaycan Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət Komitəsində işləmiş və kollektordan gidrogeoloji və mühəndis-geoloji partiyaların rəhbəri vəzifələrinə qədər yüksəlmişdir. 1988—2002-ci illərdə Dövlət Geoloji Komitəsinin hidrogeoloji və mühəndisi geologiya idarəsinin baş hidrogeoloqu işləmişdir. 1979-cu ildə "Suvarma şəraitlərində Şirvan düzünün qrunt sularının əmələgəlməsi qanunauyğunluğunun təhlili və rejimlərinin proqnozu" mövzusunda namizədlik, 1995-ci ildə "Texnogenez şəraitlərində Azərbaycan Respublikasının yeraltı sularının rejimlərinin əmələgəlmə qanunauyğunluğu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. == Elmi fəaliyyəti == F.Ş.Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün ərazilərində hidrogeoloji və mühəndis-geoloji planalma işləri aparılmışdır. Şirin, mineral və termal sularının axtarışı və kəşfiyyatı, onların rejimlərinin öyrənilməsi ilə məşğul olmuşdur. Onun tərəfindən yeraltı suların çirklənməsi və tükənməsinin öyrənilməsi üzrə geoekoloji tədqiqatların aparılması layihəsi işlənib hazırlanmışdır. F.Ş.Əliyev Azərbaycanın şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ekiloji təmiz yeraltı sularla təchiz olunması problemi ilə məşğul olmuşdur.
Geoloq Əhməd Əhmədov
Əhmədov Əhməd Mahmud oğlu (8 fevral 1910, Göyçay qəzası – 30 avqust 1988, Bakı) — azərbaycanlı neftçi-geoloq. Onun neft və qaz yataqlarının axtarışı və kəşfiyyatına, yataqların səmərəli işləməsinə dair tədqiqat işləri, fikirləri nəşr olunmuş 80-dən artıq məqalədə və monoqrafiyada öz əksini tapmış, bilavasitə iştirakı və rəhbərliyi ilə Neft daşları, Sanqaçal dəniz, Qaradağ, Kürovdağ, Mişovdağ, Kürsəngi, Qarabağlı və s. kimi neft, qaz kondensat yataqları kəşf olunmuş və sənaye miqyaslı işlənməyə daxil edilmişdir. == Həyatı == Əhməd Əhmədov 1910-cu il 8 fevralda Zərdab rayonunda anadan olmuşdur. 13 yaşında valideynlərini itirmiş, uşaqlıq və gənclik illəri çox ağır keçmişdir. 1933-cü ildə Azərbaycan Sənaye İnstitunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirdikdən sonra istehsalatda mühəndis-geoloq vəzifəsindən başlayaraq Azərbaycan SSR-in Neft Hasilatı Sənayesi Nazirliyinin Baş geoloqu vəzifəsinə qədər yüksəlmişdir. Ə.Əhmədov ölkənin siyası-iqtisadi həyatında fəal iştrak etmiş, dəfələrlə rayon, Bakı şəhəri və Respublika Ali Sovetlərinə deputat seçilmiş, yüksək dövlət mükafatlarına, orden və medallara layiq görülmüşdür. 30 avqust 1988-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Hətəm Quliyev (geoloq)
Hətəm Quliyev (tam adı: Quliyev Hətəm Hidayət oğlu; 6 yanvar 1947, Qaryagin – 21 aprel 2021, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (1981), professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2014), AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, Əməkdar elm xadimi (2018). == Həyatı == Hətəm Quliyev 6 yanvar 1947-ci ildə Füzuli rayonunda anadan olmuşdur. 1969-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini Mexanika ixtisası üzrə bitirmişdir. O, 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Hətəm Quliyev 1969-cu ildən Azərbaycan Elmlər Akademiyasında bir sıra vəzifələrdə çalışmışdır. 1969-1973-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, 1973-1979-cu illərdə Kiyev şəhərində Ukrayna Kənd Təssərüfatı Elmləri Akademiyasında baş elmi işçi vəzifələrini icra etmişdir. Daha sonra 1979-1990-cı illərdə AMEA RMİ-də baş elmi işçi, sonra Dağılma mexanikası şöbəsinin müdiri, 1990-2003-cü illərdə AEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda (AE DNQYPİ) Geodinamika və Dağ mexanikası şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hətəm Quliyev 2003-cü ildən ömrünün sonuna kimi AMEA Geologiya və Geofizika İnstitutunun Tektonofızika və geomexanika şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2001-2013-cü illərdə AMEA Yer elmləri bölməsinin akademik-katibinin müavini vəzifəsini icra etmişdir. Eyni zamanda AMEA-nın "Xəbərlər" (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini olmuşdur.
Musa Məmmədov (geoloq)
Məmmədov Musa Nəsib oğlu (1940, Gədəbəy – 17 mart 2022, Bakı) ― geologiya-mineralogiya elmləri doktoru, professor. Musa Məmmədov 1940-cı ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1966-cı ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini bitirmişdir. Onun rəhbərliyi altında 2 namizədlik dissertasiyası müdafiə olunmuşdur. 1 doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur. 1984-cü ildə "Talışın qələvi-bazalt və qələvi-ultraəsasi formasiyalarının petroloji xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 1999-cu ildə "Kiçik Qafqazın və Talışın Üst Təbaşir və Eosen yaşlı maqmatik formasiyalarının petrologiyası və geokimyası" mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru adına layiq görülmüşdür. Musa Məmmədov 17 mart 2022-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir. 1966–2000-ci illərdə — AMEA Geologiya İnstitutu 2000–2014-cü illərdə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının professoru. 2019–2022-ci illərdə AMEA Geologiya və Geofizika İnstitutunun Petrologiya şöbəsinin rəhbəri.
Nizami Cəfərov (geoloq)
Nizami Cəfərov (Cəfərov Nizami Nəcəf oğlu; d. 1957. Təzəkənd, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ) — Qazaxıstan alimi; Geologiya‑mineralogiya elmləri doktoru. “Asbest geoloji kəşfiyyat müəssisəsi” MMO‑nun baş direktoru. 2001-ci ildə Moskva Beynəlxalq Mühəndislik Akademiyasının (2001) və Qazaxıstan Respublikası Milli Mühəndislik Akademiyasının (2003) həqiqi üzvü. Cəfərov Nizami Nəcəf oğlu 1957-ci il iyunun 2-də Azərbaycan Respublikasının İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) “geoloji çəkiliş, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı” ixtisası üzrə əla qiymətlərlə bitirib. Elə həmin ildə Kustanay vilayətinin Jitikara şəhərində SSRİ Sənaye Tikinti Materialları Nazirliyinin “Sentrgeolnerud” ekspedisiyasının geoloji kəşfiyyat partiyasında əmək fəaliyyətinə başlayıb, geoloq, baş geoloq, 1982-1996-cı illərdə isə partiyanın rəisi işləyib. 1988-1989-cu illərdə Yəmən Ərəb Respublikasına sement xammalı yatağının kəşfiyyatı üzrə müqavilənin texniki direktoru göndərilib. 1996-cı ildən indiyədək N.Cəfərov “Asbest geoloji kəşfiyyat müəssisəsi” MMO-nun baş direktorudur.
Oqtay Qasımov (geoloq)
Oqtay Qasımov (azərb. Oqtay Zeynal oğlu Qasımov‎; 10 yanvar 1934, Gəncə – 20 mart 2002) — geoloq. 1934-cü il yanvarın 10-da Gəncədə anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş, amma buranın bir neçə fakültəsi Azərbaycan Neft-Kimya İnstitununun nəzdinə verildiyinə görə 1958-ci ildə bu təhsil müəssisəsindən məzun olmuşdur. Təyinatla Neft Daşlarına işləməyə göndərilmişdir. Neft Daşlarında işə usta köməkçisindən başlamışdı. Estakada və özüllərin qurulmasında fədakarlıqla çalışdı. Bacarığını qiymətləndirib usta işinə irəli çəkdilər. Sonralar ona iş icraçısı, sahə rəisi kimi məsuliyyətli vəzifələri də etibar etdilər. Qum adasında Azərneft qurğuları quraşdırma trestinin 5 saylı tikinti-quraşdırma idarəsinin baş mühəndisi, sonra rəisi vəzifəsinə irəli çəkildi.
Sabir Əliyev (geoloq)
Sabir Ağakişi oğlu Əliyev (1928, Bakı) — Geologiya-mineralogiya elmləri doktoru. Samir Əliyev 1928-ci ildə Bakı şəhərində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya falültəsini bitirib. 1954-cü ildə "Neft və qaz yataqlarının geotermiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1954-1956-cı illərddə ADU-nun "Neft və qaz geologiyası" kafedrasında dosent vəzifəsində işləyib. 1958-ci ildən Geologiya institunda işləyir. 1968-cı ildən "Geotermiya" laboratoriyasına rəhbərlik edir. 1989-cu ildə "Cənubi Xəzər çökəkliyinin geotermik sahələri və onların neft-qazlılıqla əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elmi fəaliyyəti Cənubi Xəzər çökəkliyində və onun ətrafında geotermik sahələrin yayılması qanunauyğunluğunu və onların neft-qazlılıqla əlaqəsini öyrənmək, dərinlik istiliyinin xalq təsərrüfatında istifadəsi perspektivliyi, geotermik sahələrin ölçülməsi üçün cihazların və üsulların işlənib hazırlanması və geotermik sahələrin planalması ilə bağllıdır. İlk dəfə olaraq Azərbaycanın depressiya zonalarının neftli-qazlı rayonları üçün yeni üsul ilə temperatur sahələrini və istilik axınlarını əks etdirən istilik axınları xəritəsini tərtib etmişdir.
Surxay İsmayılov (geoloq)
Surxay İsmayılov (15 may 1929, Goranboy rayonu – 26 may 1994, Bakı) — Azərbaycanlı, Balakən rayonunda "Filizçay" polimetal yatağını kəşf edən geoloq. İsmayılov Surxay Yusif oğlu 15 may 1929-cu il tarixində Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində Yusif və Mələk İsmayılovların ailəsində dünyaya gəlmişdir. Böyük qardaşı Gəray (1925-ci il təvəllüdlü) 1943-cü ilin fevralında müharibəyə yollanır və təxminən iki il sonra 1944-cü ilin oktyabrında itkin düşür. Atasız böyüdüklərindən 6 uşaqlı ailənin bütün yükü uzun illər böyük oğul kimi onun üzərinə düşür. Yuxarı siniflərdə ikən müəllim çatışmadığına görə məktəbdə aşağı siniflərə müəllimlik də edir. Orta təhsilini doğma rayonda alan S. İsmayılov 1946-cı ildə A.S. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Geoloji coğrafiya" fakültəsinə daxil olmuş və 1952-ci ildə oranı geoloq ixtisası alaraq bitirmişdir. O, "Beryaşen pirofillit yatağının minereloji-petroqrafik xarakteristikası" mövzusunda diplom işini uğurla müdafiə etmişdir. Əmək fəaliyyətinə 1952-ci ildə Qazaxıstan geoloji idarəsində başlayan gənc geoloq 1 il sonra vətənə qayıdır və Mehmanı geoloji partiyasına keçirilir. 1957-ci ildə həmin partiyanın texniki rəhbəri, 1958-ci ildə isə sonradan "Filizçay" adlandırılacaq Balakən geoloq—kəşfiyyat partiyasına rəis təyin edilir. Məhz burada onun rəhbərliyi ilə 1959-cu ildə Avropanın 2-ci böyük polimetal yatağı olan "Filizçay" yatağı kəşf edilir.
Vasif Əliyev (geoloq)
Vasif İsmayıl oğlu Əliyev (d.1929, Azərbaycan, Naxçıvan - ö.1982, Azərbaycan) — Azərbaycanda kolçedan yataqlarının və metasomatitlərin öyrənilməsi sahəsində ilk mütəxəssislərdən biri, geologiya-mineralogiya elmləri doktoru, professor. Əliyev Vasif İsmayıl oğlu 1929-cu ildə Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1952-ci ildə Azərabycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitunun aspiranturasına qəbul olunur. 1952-1957-ci illərdə Azərbaycan EA Geologiya İnstitunda işləmişdir. 1955-ci ildə "Çiraqidzor-Toqanalı filiz sahəsinin kolçedan yataqlarının filizətraflarının dəyişməsi və struktur-tektonik xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində müəllimlik fəaliyyətinə başlamışdır. 1976-cı ildə "Kiçik Qafqazın kolçedan filiz formasiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Ömrünün son 5 ili ərzində "Kristalloqrafiya, mineralogiya və geologiya" kafedrasına başçılıq etmişdir. Azərbaycanda kolçedan yataqlarının və metasomatitlərin öyrənilməsi sahəsində ilk mütəxəssislərdən biri olan V.Əliyev Kiçik Qafqazın kolçedan yataqları süxurlarının mineralogiyasını, geokimyasını və filizətraflarını tədqiq etmiş və kolçedan filizlərinin yerləşdiyi perspektivli sahələrin aşkarlanması üçün kriterilər işləyib hazırlamışdır. V.Əliyev 100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın və bir neçə tədris vəsaitinin müəllifidir.
Çingiz Əliyev (geoloq)
Çingiz Əliyev (Əliyev Çingiz Səid oğlu; d. 21.08.1947, Bakı şəhəri) — Geologiya-mineralogiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2014). Çingiz Əliyev 21 avqust 1947-ci ildə Bakı şəhərində anadan olub. "Tərəqqi" medalı 1. Long-term in sute monitoring at Dashgil mud volcano, Azerbaijan: a link between seismicity, pore-pressure transients and methane emission. Int J Earth Sci (Geol Rundsch) (2010) 99 (Suppl 1):S227-S240. Achim Kopf, Georg Delisle, Eckhard Faber, Behrouz Panahi, Ibrahim Guliyev. 2. Radio ecological situation in urbanized territories of Azerbaijan Republic (by the example of Absheron Peninsula). ROOMS meeting 19 and 20 October 2011, Freiburg, Germany, p.
İbrahim Quliyev (geoloq)
İbrahim Səid oğlu Quliyev (23 may 1947, Bazar-Korqon rayonu[d], Cəlalabad vilayəti) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), geologiya-mineralogiya üzrə elmlər doktoru (1989), professor (1999), AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru. İbrahim Quliyev 23 may 1947-ci ildə mayın 23-də Qırğızıstan Respublikasında, Bazar-Kurqan kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. İbrahim Quliyev 1978-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1989-cu ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1999-cu ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. İbrahim Quliyev əmək fəaliyyətinə 1970-ci ildə AEA Geologiya İnstitutunda başlayaraq, böyük laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. O, Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, həmçinin AMEA-nın vitse-prezidenti vəzifələrində çalışır. Quliyev İ. S. təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. Onun rəhbərliyi və iştirakı ilə qırışıq zonaların qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış və karbon tərkibli qazın çıxma həcmi kəmiyyətcə dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA Geologiya və Almaniyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi — texnoloji prinsipləri şərh edilmiş və uzunmüddətli monitorinq aparılması təşkil edilmişdir.
Əhməd Əhmədov (geoloq)
Əhmədov Əhməd Mahmud oğlu (8 fevral 1910, Göyçay qəzası – 30 avqust 1988, Bakı) — azərbaycanlı neftçi-geoloq. Onun neft və qaz yataqlarının axtarışı və kəşfiyyatına, yataqların səmərəli işləməsinə dair tədqiqat işləri, fikirləri nəşr olunmuş 80-dən artıq məqalədə və monoqrafiyada öz əksini tapmış, bilavasitə iştirakı və rəhbərliyi ilə Neft daşları, Sanqaçal dəniz, Qaradağ, Kürovdağ, Mişovdağ, Kürsəngi, Qarabağlı və s. kimi neft, qaz kondensat yataqları kəşf olunmuş və sənaye miqyaslı işlənməyə daxil edilmişdir. Əhməd Əhmədov 1910-cu il 8 fevralda Zərdab rayonunda anadan olmuşdur. 13 yaşında valideynlərini itirmiş, uşaqlıq və gənclik illəri çox ağır keçmişdir. 1933-cü ildə Azərbaycan Sənaye İnstitunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirdikdən sonra istehsalatda mühəndis-geoloq vəzifəsindən başlayaraq Azərbaycan SSR-in Neft Hasilatı Sənayesi Nazirliyinin Baş geoloqu vəzifəsinə qədər yüksəlmişdir. Ə.Əhmədov ölkənin siyası-iqtisadi həyatında fəal iştrak etmiş, dəfələrlə rayon, Bakı şəhəri və Respublika Ali Sovetlərinə deputat seçilmiş, yüksək dövlət mükafatlarına, orden və medallara layiq görülmüşdür. 30 avqust 1988-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Ənvər Həmidov (geoloq)
Ənvər Məhəmməd oğlu Həmidov (17 fevral 1952, Ərəfsə, Sisian rayonu) — SOCAR-ın Geofizika və Geologiya İdarəsinin Mühəndis geologiya və geodeziya şöbəsində geoloq, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Ənvər Həmidov 1952-ci il fevralın 17-də Zəngəzur mahalında Sisian rayonunun Ərəfsə kəndində anadan olmuşdur. 0, Ərəfsə kəndində səkkizillik məktəbi 1967-ci ildə bitirdikdən sonra orta təhsilini Naxçıvan şəhərində Əkbər Ağayev adına internat məktəbində 1969-cu ildə başa vurmuşdur. Ənvər Həmidov 1975-ci ildə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək “mühəndis-geoloq” ixtisasına yeni iş yerləriələnmişdir. O, həm də 1988-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Sənaye istehsalının təşkilatçıları” fakültəsində “Sənaye istehsalı təşkilatçısı” ixtisasına yiyələnmişdir. Bundan sonra Ənvər Həmidov Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun aspiranturasını bitirmiş və dissertasiya işini müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi adını almışdır. O, bundan əlavə Moskva, Sankt-Peterburq və Voronej Dövlət Universitetlərində ixtisasartırma kursları da keçmişdir. Ənvər Həmidov ali təhsili başa vurduqdan sonra təyinatla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Naxçıvan Geoloji-kəşfiyyat Ekspedisiyasına işə göndərilmişdir. O, baş texnik-geoloq kimi əmək fəaliyyətinə başlayaraq, tezliklə geoloq, böyük geoloq, baş geoloq və ekspedisiyanın baş mühəndisi vəzifələrində çalışmışdır. O, Naxçıvan Muxtar Respublikası ərazisində müxtəlif faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı işləri ilə məşğul olmuş, həmin işlərin yerinə yetirilməsinə başçılıq etmişdir. Ənvər Həmidov Naxçıvan dərinlik qırılması ətrafında yayılmış üçüncü dövr maqmatik əmələgəlmənin yayıldığı sahələrdə civə, sürmə və nadir elementləri öyrənmiş, Əylis-Qoruqlar sahəsində sürmə, Naxçıvan filizli dərinlik qırılmasının perspektivli sahələrində kompleks faydalı qazıntılar, Paradaş çökəkliyinin mərkəzi hissəsində polimetal, Naxçıvançayın yuxarı hissəsində yerləşən Batabat sahəsində qızıl və kompleks filiz yataqları, Sakkarsu və Nəsirvaz sahələrində mis-molibden yataqlarının axtarışında, geoloji-kəşfiyyat işlərinin aparılmasında yaxından iştirak etmişdir.
İlyas Həsənov (geoloq)
İlyas Saleh oğlu Həsənov(1927, Goranboy, Xan­qərvənd kəndi - 2002, Bakı) ― geologiya-minerologiya elmləri doktoru (1990), Əməkdar geoloq (1991), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001), Ekoenergetika Akademiyasının həqiqi üzvü (1997). İlyas Həsənov 1927-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. O, 1952-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini Mühəndis-geoloq ixtisası üzrə bitirib. İlyas Həsənov əmək fəaliyyətinə Kompleks Elmi Tədqiqat Dəniz Geofi­ziki Eks­pe­di­siyasında geoloq olaraq başlayıb. Daha sonra neftçıxarma üzrə Azərbay­can Elmi Tədqiqat İnstitutunda geofiziki dəstə rəisi, şöbə müdirinin müavini olub. 1965-ci ildən Ümumittifaq Elmi Tədqiqat Geofizika İnstitutunun Azər­baycan fili­alında baş geoloq, laboratoriya müdiri vəzifələrini icra edib. 1988-ci ildən Azər­bay­can Elmi Tədqiqat Geofizika İnstitutunda Kompleks geofiziki-geoloji tədqiqat­lar laboratoriyasının müdiri olub. İlyas Həsənov 1966-cı ildə fəlsəfə doktoru, 1990-cı ildə geologiya-minerologiya üzrə elmlər doktoru elmi dərəcələrini alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Pedaqoji fəaliyyətlə məşğul olan İlyas Həsənov Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Fiziki coğrafiya kafedrasında geofizika fənni üzrə 6 ildən artıq mühazirələr oxuyub.
Orxan Abbasov (geoloq)
Orxan Rəfael oğlu Abbasov (21 mart 1980, Astara rayonu) — yer elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, "Palçıq vulkanizmi" şöbəsinin aparıcı elmi işçisi == Həyatı == Orxan Rəfael oğlu Abbasov 21 mart 1980-ci ildə Astara rayonunun Vaqo kəndində anadan olmuşdur. 1987-ci ildə Məhərrəm Abıyev adına Vaqo kənd natamam (indiki tam) orta məktəbin 1-ci sinfinə qəbul olunmuş, 1997-ci ildə rayonun Siyəkü kənd orta məktəbini bitirmişdir. 1998-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Geoloji-kəşfiyyat" fakültəsinə daxil olmuş, 2002-ci ildə "Neft və qazın geologiyası" ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə eyni fakültənin magistraturasına qəbul edilmiş və 2004-cü ildə "Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı" ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya (indiki Geologiya və Geofizika) İnstitutunda "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə aspiranturaya (indiki doktorantura) daxil olunmuşdur. 2008-ci ildə dissertasiya elmi işini müdafiə etmiş, Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq Qərarı ilə dosent elmi adına yiyələnmişdir. Hazırda, elmlər doktoru hazırlığı üzrə dissertanturanın dördüncü kursunda təhsilini davam etdirir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda elmi işçi-tərcüməçi (ingilis dili) kimi başlamış, 2011-ci ildə böyük elmi işçi və 2012-ci ildən indiyədək aparıcı elmi işçi vəzifəsinə yüksəlmişdir. Hazırda, Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərən "Gənc alim və mütəxəssislərin elmi seminarı"na sədrlik edir. O, həm də işlədiyi İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin sədridir.
Bəhram Hüseynov (geoloq)
Bəhram Bəhlul oğlu Hüseynov (4 iyun 1956, Bakı – 10 fevral 2023) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti. == Həyatı == Bəhram Hüseynov 1956-cı il iyun ayının 4-də Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu "Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı" ixtisası üzrə bitirmişdir və həmin ildən Qum adası dənizdə qazma işləri idarəsində geoloq və geoloji şöbənin böyük geoloqu vəzifələrində çalışmışdır. 1988-ci ilin iyulundan "Xəzərdənizneftqaz" İB İstehsalat Birliyində baş ofisində Neft və qaz yataqlarının kəşfiyyatı üzrə geoloji şöbəyə böyük geoloq vəzifəsinə keçirilmiş, 1992-ci ildən geoloji şöbənin rəis müavini vəzifəsində çalışmışdir. 1993–1994-cü illərdə ABŞ-nin Amoko şirkətinin Talsa şəhərində olan elmi-tədqiqat mərkəzində ezamiyyətdə olmuş və birgə layihədə iştirak etmişdir. Ezamiyyətdən qayıtdıqdan sonra Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində əmək fəaliyyətini işini davam etdirmişdir. 1995-ci ilin may ayından Azərbaycan Beynəlxalq Əməliyyat Sirkətində vitse-prezidentin müşaviri vəzifəsində, 1997-ci ilin iyun ayından geoloji şöbənin böyük geologu vəzifəsində çalışmışdır. 1998-ci ilin iyunundan BP şirkətinin operatoru olduğu "Şahdəniz" layihəsində geolojı kəşfiyyat qrupunun rəhbəri vəzifəsinə qəbul edilmişdir. 2000-ci ilin martından 2002-ci ilin dekabr ayına qədər BP-nin Böyük Britaniyanıin London ofisində ezamiyyətdə olmuş və "AÇG" yataqlarının II və III fazalarının işlənməsinin geologiya, geofizika və lay mühəndisliyi layihə qrupunun rəhbəri vəzifəsində çalışmışdır. 2002-ci ilin dekabrından 2011-ci ilin yanvarına qədər Bakıda BP-nin operatorluq etdiyi "AÇG" yatağının işlənməsi layihəsində geolojı qrupun rəhbəri, kəşfiyyat bölümündə yeni quyu planlaşdırılması (New well planning) qrupunun rəhbərı, "Azəri" yatağında hasilatın idarə olunması (Base management) qrupunun rəhbəri, "Azəri" yatağında yeni quyuların layihələndirilməsi və yerinə yetirilməsi (New well delivery) qrupunun rəhbəri vəzifələrində çalışmışdır.
Cəlil Xəlilov (geoloq)
Cəlil Mustafa oğlu Xəlilov (1900-1976) — geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Cəlil Xəlilov 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin təbiət fakültəsini bitirdikdən üç il sonra elmə gəlmişdir. Cəlil Mustafa oğlu geologiya elminin istiqamətlərindən biri — mikropaleontologiya ilə məşğul olmuşdur. O, ancaq mikrofaunaları müəyyən etməklə yox, həm də onların ekocoğrafi şəraitini, coğrafi yayılmasını, zaman və məkan daxilində təkamülünü və başqa regionlarda yaşamış qohum növləri ilə müqayisəsini tədqiq etməklə bir çox nəzəri, eləcə də praktiki problemləri həll etmişdir. == Ədəbiyyat == Məcid Ə. Bağmanov, Elm fədaisi, böyük alim prof. Cəlil Mustafa oğlu Xəlilov haqqında xatirələrim. Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001. B. Budaqov, GÖRKƏMLİ MİKROPALEONTOLOQ, Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001.
Amerika Neftçi Geoloqlar Assosiasiyası
Amerika Neftçi Geoloqlar Assosiasiyası və ya qısaca ANGA (ing. American Association of Petroleum Geologists və ya qısaca ing. AAPG) — təkibində 31000 üzvi olan dünyanın ən böyük geoloji cəmiyyətlərindən biri. ANGA-nin məqsədi geologiya elminin (xüsusilə də neftin və qazın kəşfiyyatı və hasilatı geologoiyası) inkişafı, neft sənayəsində texnologiyaların tətbiqinə stimul vermək və neft sənayesində yüksək peşəkar davranışa töhfə verməkdən ibarətdir. ANGA 1917-ci ildə yaradılmış və cəmiyyətin mənzil-qərargahı Talsada, Oklahomada yerləşir. Hal-hazırda üzvlərinin təxminən 1/3-i ABŞ-dan kənarda yaşayır. ANGA AAPG Explorer və AAPG Bulletin elmi jurnallarını nəşr etdirir, texniki konfrans və sərgi də daxil olmaqla illik görüşlər keçirir, digər konfranslara sponsorluq edir və üzvlərinin dünya üzrə təhsilini davam etdirməsinə şərait yaradır, tələbələrin cəmiyyətə cəlb olunması və üzvlərinə digər xidmətlər göstərir. ANGA-ya həmçinin aşağıdakı bölmələr də daxildir. Ətraf Mühit Geoelmləri bölməsi, Peşəkar İşlər bölməsi və Enerji və Minerallar bölməsi daxildir. Cəmiyyət ilk dəfə Ay səthində gəzmiş ABŞ kosmonavtı Harrison Şmiti də sıralarına daxil etmişdir.
Amerika Neftçi Geoloqlar Cəmiyyəti
Amerika Neftçi Geoloqlar Assosiasiyası və ya qısaca ANGA (ing. American Association of Petroleum Geologists və ya qısaca ing. AAPG) — təkibində 31000 üzvi olan dünyanın ən böyük geoloji cəmiyyətlərindən biri. ANGA-nin məqsədi geologiya elminin (xüsusilə də neftin və qazın kəşfiyyatı və hasilatı geologoiyası) inkişafı, neft sənayəsində texnologiyaların tətbiqinə stimul vermək və neft sənayesində yüksək peşəkar davranışa töhfə verməkdən ibarətdir. ANGA 1917-ci ildə yaradılmış və cəmiyyətin mənzil-qərargahı Talsada, Oklahomada yerləşir. Hal-hazırda üzvlərinin təxminən 1/3-i ABŞ-dan kənarda yaşayır. ANGA AAPG Explorer və AAPG Bulletin elmi jurnallarını nəşr etdirir, texniki konfrans və sərgi də daxil olmaqla illik görüşlər keçirir, digər konfranslara sponsorluq edir və üzvlərinin dünya üzrə təhsilini davam etdirməsinə şərait yaradır, tələbələrin cəmiyyətə cəlb olunması və üzvlərinə digər xidmətlər göstərir. ANGA-ya həmçinin aşağıdakı bölmələr də daxildir. Ətraf Mühit Geoelmləri bölməsi, Peşəkar İşlər bölməsi və Enerji və Minerallar bölməsi daxildir. Cəmiyyət ilk dəfə Ay səthində gəzmiş ABŞ kosmonavtı Harrison Şmiti də sıralarına daxil etmişdir.
Azərbaycan Respublikasının əməkdar geoloqlarının siyahısı
== 1991 ==
Geoloqorazvetka (Əbyəlil)
Geoloqorazvetka kəndi (başq. Биҡҡол) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümum-Rusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Geoloqorazvetka kəndinin milli tərkibi: ruslar (30%), başqırdlar (64%). == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 41 km., kənd sovetliyindən (Taşbulat): 2 km., ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 8 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Azərbaycan Respublikasının əməkdar geoloqu
Azərbaycan SSR əməkdar geoloqu (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар ҝеологу) — Azərbaycan SSR-də geologiya sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar geoloqu" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20 iyul 1977-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad geologiya, geofizika, hidrogeologiya, topoqrafiya-geodeziya təşkilatlarında və elmi-tədqiqat idarələrində azı 10 il işləmiş, öz əməli və ya elmi fəaliyyətində xüsusilə fərqlənmiş, geologiya və yeraltı sərvətlərin kəşfi sahəsində böyük xidmət göstərmiş yüksək ixtisaslı mühəndis-texnik işçilərinə və elmi işçilərə, habelə geologiya kadrlarının hazırlanması və tərbiyələnməsi işində xüsusi xidmətləri olan şəxslərə verilirdi. 5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar geoloqu" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar geoloqu" adı ilə verilmişdir.
Azərbaycan SSR əməkdar geoloqu
Azərbaycan SSR əməkdar geoloqu (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар ҝеологу) — Azərbaycan SSR-də geologiya sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar geoloqu" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20 iyul 1977-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad geologiya, geofizika, hidrogeologiya, topoqrafiya-geodeziya təşkilatlarında və elmi-tədqiqat idarələrində azı 10 il işləmiş, öz əməli və ya elmi fəaliyyətində xüsusilə fərqlənmiş, geologiya və yeraltı sərvətlərin kəşfi sahəsində böyük xidmət göstərmiş yüksək ixtisaslı mühəndis-texnik işçilərinə və elmi işçilərə, habelə geologiya kadrlarının hazırlanması və tərbiyələnməsi işində xüsusi xidmətləri olan şəxslərə verilirdi. 5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar geoloqu" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar geoloqu" adı ilə verilmişdir.

Digər lüğətlərdə