Qara geyimli qadın (film, 2012)
Qara geyimli qadın (ing. The Woman in Black) — ingilis yazıçı Syuzen Hillın eyniadlı romanı əsasında çəkilmiş mistik film. Filmdə baş rolda Deniel Redkliff oynayır. Bu film 1989-cu ildə çəkilmiş eyniadlı filmin remeykidir.
== Reliz ==
Əvvəlcə filmin 3D formatında çəkilməsi gözlənilirdi, lakin sonradan "Hammer Film Productions" kinostudiyası bu ideyadan vaz keçir.
== Məzmun ==
Filmdə hadisələr XIX əsrdə cərəyan edir. Filmin baş qəhrəmanı Artur Kipps (Deniel Redkliff) adlı hüquqşünasdır. Həyat yoldaşı doğuş zamanı öldüyündən doğulan uşağa o özü baxır. Günlərin bir günü Artur dünyasını dəyişmiş bir müştərisinin vəsiyyətnaməsini əldə etmək üçün uzaq əyalətə yollanır. Müştərinin evi kiçik bir adada yerləşir və sahillə onu yalnız bir yol birləşdirir.