GUR – SAKİT Gah sakit, gah gur axıb; Dəhnəsindən darıxıb; Sahilə çıxan sular! (R.Rza)
GURLUQ – ZƏİFLİK İşığın gurluğu və ya zəifliyi cərəyanın gücündən asılıdır
GURULTULU – SAKİT Bir-birlərinə olan sədaqəti gurultulu sözlərlə izah edərək badə qaldırıb içir, içirlər (S
GÜCLƏ – KÖNÜLLÜ Özünü güclə saxladı, uşağın başını sığalladı (Mir Cəlal); O könüllü gəlmişdi (“Azərbaycan”)
GÜCLÜLÜK – ZƏİFLİK O güclülüyünə güvənirdi. Bu acizlik, bu zəiflik o dərəcəyə çatdı ki, öz-özündən iyrənməyə, özünə nifrət etməyə başladı (M
GÜCSÜZ – QÜVVƏTLİ O sizə qarşı gücsüzdür (C.Cabbarlı); Bu qüvvətli bir axın idi ki, öz təbii məcrasına düşmüşdü (M
GÜCSÜZLÜK – QÜVVƏTLİLİK Gücsüzlüyünü hiss edib inildədi (İ.Şıxlı); Qüvvətliliyini yoxlamağa səy göstərdi (“Ulduz”)
GÜLƏRÜZ – QARAQABAQ Əsli gülərüz və şən qadındır (“Azərbaycan”); Yemişlərin bəzisi qaraqabaq adamlar kimi burnunu yerə dikmişdi (Mir Cəlal)
GÜLƏRÜZLÜ – QARAQABAQ Gülərüzlü kumıkların, lakların; Aulların qoy mehmansız qalmasın (Abbasağa); Kərəm az danışan və qaraqabaq idi (M
GÜLƏŞ – QƏMLİ Güləş qadınlar həmişə şən görünür (“Azərbaycan”); Burada qəmli bir sükut hakim idi (Mir Cəlal)
GÜLÜMSƏMƏK – KƏDƏRLƏNMƏK Mənim də xəyalım sizin kimidir; bəzən kədərlənir, bəzən gülümsər (R.Rza)
GÜLÜŞ – AĞLAŞMA Sağlam gülüş kəndin bütün həyatını yeni bir sevinclə güldürəcəkdir (C.Cabbarlı); Ağlaşma getdikcə şiddətlənirdi (M
GÜLÜŞMƏK – AĞLAŞMAQ Biz də şirin söhbət edərək yeyərdik, danışardıq, gülüşərdik, axırda da Tamam maraqlı nağıllarını danışardı (S
GÜMRAH – ƏZGİN Döyüşçülər nə qədər şən, gümrahdılar! (S.Vəliyev); Hər tərəfdə əzgin kəndlilər bəylərdən intiqam almağa başladılar (H
GÜMRAHLAŞMAQ – SUSTALMAQ İstirahətdən sonra gümrahlaşmışdı (“Azərbaycan”); Bədəni sustalmışdı, sanki ağac altından çıxmışdı (S
GÜMRAHLIQ – YORĞUNLUQ Özündə bir gümrahlıq duydu (“Ulduz”); Ürəyində bir ağırlıq, beynində yorğunluq hiss etdi (İ
GÜNAH – SAVAB Günahın cəzası ölümdə yox, dirilikdədir (Çəmənzəminli); Dinləyib axirət üçün savab qazanarıq (S
GÜNAHKAR – TƏQSİRSİZ Sanki pərvanə idi öz varı ətrafında; On gün əvvəlki günahkar bir adam (S.Rüstəm); Bu işdə o tamam təqsirsizdir
GÜNAHSIZ – CİNAYƏTKAR Qıymaz axsın qoca Qafqaza günahsız qanlar (S.Rüstəm); On gün ərzində cinayətkar qaçıb gizlənə bilər (C
GÜNAŞIRI – GÜNDƏ Günaşırı rayona çağırırdılar (Ə.Vəliyev); Gündə mənə də deyir ki, gəl yazıl bizə, sənə tüfəng verək (Mir Cəlal)
GÜNBATAN – GÜNDOĞAN Günbatana niyə gedirsən? – dedi, – Ayağı yer tutan gündoğana tərəf gedir (M.Süleymanlı)
GÜNƏVƏR – QUZEY Günəvər yerə uzandı (“Azərbaycan”); Quzey ətəyi uçurum idi, dibi görünməz dərə uzanırdı (M
HAKİM – MƏHKUM Mən tələb edirəm, möhtərəm hakim; Cəzasız qalmasın onun təhqiri (B.Vahabzadə); Məhkumu möhkəm sıxışdırdılar (“Ulduz”)
HAQQ – ZÜLM Biri haqqı müdafiə edir, digəri zülmü, Pəricahan, səni bu haqq yola dəvət edirəm (S.S.Axundov)
HAQLI – ƏDALƏTSİZ Büronun qərarı haqlıdır. Sizin təklifiniz çox ədalətsizdir (Ə.Vəliyev). HAQLI – GÜNAHKAR Aslan haqlıdır (S
HAQSIZ – ƏDALƏTLİ Haqsızlıq oldu qanun; Yıxıldı xanimanlar (Ə.Cavad); Xalqın qərarı daha ədalətli olar (M
HAQSIZLIQ – ƏDALƏTLİLİK Nə haqsızlıq, nə aclıq, nə istismar olacaq (S.Rüstəm); Məhkəmə hökmünün ədalətliliyi hamının ürəyindən idi
HAL-HAZIRDA – KEÇMİŞDƏ Mən hal-hazırdan danışıram (S.S.Axundov); Keçmişdən aldığım dərin duyğular; Acı tərbiyələr ruhuma hakim (M
HALAL – HARAM – Belə nə üçün? Desin ya halaldır, ya haram (S.S.Axundov)
HAMAR – KƏLƏ-KÖTÜR Hər yan əl içi kimi düz və hamardır (S.Sərxanlı); Sona kələ-kötür yollarda bir xeyli yüyürdü (S
HAMARLAMAQ – YASTILAMAQ Baş barmağı ilə basıb hamarladı (İ.Şıxlı); Yəni dəmiri qızğın ikən yastıla (S
HARA – ORA Mən bu sinnimdə hara gedib çıxaram (S.S.Axundov); Ora meyxanadır (S.S.Axundov)
HARIN – BAŞIAŞAĞI Harın adamdır (“Ulduz”); Çox hörmətcil, başıaşağı adamdır (S.Qədirzadə)
HAVADAR – HİMAYƏSİZ Könlümdən keçəni duymadınsa da; Ömrümə, günümə havadar oldun (B.Vahabzadə); Aralıqda mövcud olan bütün anlaşılmazlıq, hətta bir pa
HAVALANMAQ – AĞILLANMAQ İnsan baxır havalanır (M.Müşfiq); Qulaməli fikirləşdi ki, yəqin arvad ağıllanıb, namusla yaşamağın mənasını başa düşüb (İ
HAVALI – AĞILLI Yox, bu məndən də havalıdır, rəhbər olmaq istəyir (M.İbrahimov); Sevda ağıllı qız idi (İ
HAY-KÜY – SAKİTLİK Yenidən hay-küy qopanda Kamal otura bilməyib zalı tərk etdi (M.İbrahimov); Zalda elə sakitlik yaranmışdı ki, onların hər bir hərəkə
HAZIRDA – GƏLƏCƏKDƏ Göstərmə o gül çöhrəni, qoy bilməsin aləm; Hazırda bizim əsrdə cənnət yenə vardır (Ə
HEÇ – HƏ Heç, elə-belə gəldik baş çəkək (C.Cabbarlı); Hə, o mənə Qarabağdan, Eloğlundan çox danışdı (S
HEÇLİK – VARLIQ Lakin mən bu heçlikdə də bir həqiqətəm (C.Cabbarlı); Yaşamaz eşqsiz, ruhsuz sənətkar; Onun varlığı da quru sümükdür (S
HEY – HƏRDƏN Məni çəkə-çəkə hey apardılar; Gördüm qayıqdadır o qoçaq Eldar (S.Vurğun); Əntiqə hərdən özünə cürət verib ağasından soruşdu (Mir Cəlal)
HEYBƏTLİ – NƏŞƏLİ Heybətli bir mənzərə zühur etdi (S.S.Axundov); İlyas diksindi və keçmişin şirin və nəşəli xatirələrindən ayrıldı (M
HƏ – YOX Yanardağ, son sözümdür. Solmaz sabah ölməlidir. Hə, ya yox (C.Cabbarlı)
HƏQİQƏT – XƏYAL İnsanın xoş xəyalı çevrilir həqiqətə (S.Rüstəm). HƏQİQƏT – YALAN Getdi Telli xanım, getdi çal-çağır; Həqiqət belədir, yalan neyləsin (
HƏQİQİ – YALANÇI Həqiqi dost çox gec ələ gələr (M.Talıbov); O da arvadı kimi yalançı və lovğa idi (C
HƏLƏ – SONRA Əşrəf həyatında hələ heç bir qəhrəmanlıq eləməmişdi (S.Rəhman); Sonra yenidən düşüncəyə daldı (M
HƏLƏLİK – HƏMİŞƏLİK Hələlik onlar öz aralarında barışa bilmirdilər (M.S.Ordubadi); Qızım, onların qanadları həmişəlik deyildir, onlar töküləcəkdir (S
HƏLİM – SƏRT O ən sadə, ən həlim, ən gözəl bir qız idi (M.S.Ordubadi); O nədənsə axır illərdə əvvəlki kimi sərt təbiətli deyildi (S
HƏLİMLƏŞMƏK – SƏRTLƏŞMƏK Qoca kişi həlimləşmişdi (“Ulduz”); Hava sərtləşir (M.İbrahimov)
HƏLİMLİK – SƏRTLİK Həlimlik aciz adamların xislətidir (S.Qədirzadə); Sərtlik sizə yaraşmır (“Azərbaycan”)