HARAM
HARAP
OBASTAN VİKİ
Harami yaylaqları
Harami yaylaqları — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonunda, Gığı dərəsi ərazisində yerləşən yaylaq. Yaylaqdan qədim zamanlardan Sovet dövrünə kimi Cəbrayıl, Füzuli elləri mal-qara otarılması üçün istifadə edib.Gığı dərəsində Acıbac kəndindən yuxarıda Sarıdərə çayının başında yerləşən Harami yaylaqları qədim yaylaq yerlərindən biridir. Yaylaq ərazisində eyniadlı ərazicə iri Harami qəbiristanlığı da yerləşib ki, burada yaylaq vaxtı dünyadan köçənlər dəfn ediliblər. Erməni qadağalarına baxmayaraq Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi Cəbrayıl rayonunun Hovuslu, Horovlu (Horavlı), Şahvəlli (Şahvəlili), Qovşudlu (Qovşud), Mahmudlu, Çərəkən fermaları Harami yaylaqlarına gəliblər. Yaylaq yaxınlığındakı azərbaycanlı kəndləri ilə Cəbrayıl rayonunda yerləşən kəndlər arasında qohumluq münasibətləri bugünə kimi qalır.

Digər lüğətlərdə

агрономи́ческий бу́ндовский вы́жимка гидро́граф завибри́ровать ло́дочка пока́шлять про́блесковый старши́нка шлю́ха ма́етно эгалитари́стский як шабур aerobatics band-pass California pepper-tree infinitude inspect marriageability speedo клёпка о- специализация спиртовка