HEMATİT

yun. haima, haimatos – qan

HELVETİKA
HEROQLİF
OBASTAN VİKİ
Hematit
Hematit — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Alümohematit (30 mol. %-dək Al2O3), hidrohematit (4-8% H2O). == Xassələri == Rəng – kristalları qara, torpaqvari aqreqatları parlaq-qırmızı rənglidir; Mineralın cizgisinin rəngi – albalı kimi qırmızı, qırmızımtıl-qəhvəyi; Parıltı – yarımmetal; Şəffaflıq – qeyri-şəffaf, nazik qırıntıları yarımşəffafdır; Sıxlıq – 4,9-5,3; Sərtlik – 5,5-6,5; Kövrəkdir; Ayrılma – yoxdur; Bölünmə – {0001} və {1011} üzrə; Sınıqlar – yarımqabıqlı; Başqa xassələr – yarımkeçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: lövhə - və təbəqəvarı, romboedrik, nadir hallarda prizmatik və skalenoedrik; İkiləşmə: tez-tez rast gəlir; {1011} üzrə polisintetik; nadir hallarda – sadə; pinakoid üzlərində üçbucaqlı, romboedr üzlərində paralel diaqonal cizgilənmə səciyyəvidir; Mineral aqreqatları: bütöv sıx, vərəq-, pulcuq-, salxım-, böyrək və torpaqvari, konsentrik - zonal kütlələr, axın formaları, oolitlər, maqnetit üzrə psevdomorfozalar – martit, kristalların dəmir gülü şəklində bitişikləri, nadir hallarda təbəqəvari dendritlər; aqreqatlarının xarakterinə görə mineralın növ müxtəliflikləri: dəmir parıltısı – metal parıltılı lövhəvari əmələgəlmələr; dəmir xaması – əldə yağlı hiss edilən incəpulcuqlu kütlələr, qırmızı dəmir filizi – sıx gizlikristallik aqreqatlar, «qırmızı şüşə kəllə» – səthi parıldayan böyrəkvari kütlələr. == Mənşəyi və yayılması == Müxtəlif proseslər nəticəsində – maqmatik, kontakt-metasomatik, hidrotermal, ekzogen və metamorfogen yolla əmələ gəlir. Hematitin ən iri yığınları çökmə mənşəli qonur dəmir filizi qatlarının regional metamorfizmi ilə əlaqədar olub, dəmirli kvarsitlərdə toplanır. Mineralın əsasən martitdən ibarət olan kontakt - metasomatik əmələgəlmələri maqnetitlə sıx assosiasiyada skarnlarda müşahidə olunur. Hematitin əhəmiyyətli kütlələri hidrotermal yolla əmələ gəlir. Aksessor mineral kimi tez-tez müxtəlif maqmatik əmələgəlmələrin, həm intruziv (xüsusilə turş), həm də effuziv süxurların tərkibində iştirak edir.
Alabaşlı hematit yatağı
Alabaşlı hematit yatağı — Azərbaycanın Gəncə şəhərindən 16 kilometr şimal-qərbdə, Şəmkirdən 20 kilometr şərqdə, Kiçik Qafqazın şimal-şərq yamaclarında hematit yatağı. Yatağın geoloji quruluşunda qalınlığı 200–250 metr olan vulkan mənşəli Orta Yura süxurları (tufqumdaşlı, tuf-brekçiya, tuf-konqlomerat) iştirak edir. Bu süxurlarda qalınlığı 1–3 metr olan 10-a qədər hematit layı var. Oxşarlığına və formasına görə yataqda üst və alt filiz təbəqələri ayrılır. Təbəqələrin yatım bucağı 15–20°-dir. Filizin tərkibində 18,3–48,4% dəmir olur. Filizdə hematitdən başqa pirit, xalkopirit, kvars, kaolinit və s. minerallar da var. Yataq hidrotermal mənşəlidir.
Hematitləşmiş torpaqlar
Hematitləşmiş torpaqlar — hematit tərkibi Fe2O3-dən ibarət mineraldır. == Tərkibi == Bu torpaqların tərkibində Titan, silisium, manqan, su kimi kimyəvi qarışıqlar olur. == Yayılması == Metallurgiya zavodunda dəmir və polad istehsalı zamanı hematitli şlaklardan ibarət tullantılar alınır. Həmin şlaklar yüksək məsaməli olduqları üçün neft mədəni yerlərində buruqyanı istismar meydançalarında iş prosesi zamanı əmələgələn bataqlıqların qurudulmasında onlardan absorbent kimi istifadə olunur. Nəticədə buruqyanı istismar meydançalarında 5–10 sm qalınlığında hematitli şlaklardan ibarət örtük əmələ gəlmişdir. Bu isə həmin ərazilərdə hematitləşmiş torpaqların yaranmasına səbəb olmuşdur. Həmin örtük neftli tullantılarla (8,5–12%) və başqa qarışıqlarla zəngin olduqları üçün fitotoksiki xassələrə malikdir. Bu növ çirklənmiş torpaqlar "Salyanneft" mədənlərində daha geniş yayılmışdır.

Значение слова в других словарях