HİRKAN HÖVZƏSİ

Pleystosenin başlanğıcında Manıç dərəsinin yerində yaranmış, şirin su hövzəsi. Гирканский бассейн Girkanian basin
HİPSOMETRİYA
HOLOGEN SÜXURLAR
OBASTAN VİKİ
Hirkan
Hirkan (əvvəlki adı: Avrora) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Avrora qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Avrora şəhər tipli qəsəbə Hirkan şəhər tipli qəsəbə, Avrora qəsəbə inzibati-ərazi vahidi Hirkan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. SSRİ dövründə bura Lənkəranın ən çox çay istehsal edən sovxozu olmuşdur. SSRİ dövründə "Avrora Çay Sovxozu" adlandırılmışdır. 1930-cu ildə Sovet hakimiyyəti dövründə şəhər tipli qəsəbə olaraq yaradılmışdır. 1934-cü ildə Baltik donanmasının "Avrora" kreyserinin şərəfinə "Avrora" çayçılıq sovxozu əsasında Avrora adlandırılmışdır və beləliklə qəsəbənin əsası qoyulmuşdur. Dağatəyi düzənlikdədir. 1964-cü ildə Hirkana şəhər tipli qəsəbə statusu verilmişdir. Xanbulançay su anbarı bu qəsəbədədir. Çayçılıq sahəsinin inkişafı 1970–1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon m³ (kubmetr) olan Xanbulançay su anbarı Bəşəru çayının üzərində inşa olunmuşdur, bu böyük bənd bu günə kimi hələ də öz möhkəmliyi ilə seçilir.
Hirkan şümşəsi (Hirkan pirkalı)
Elmi adı- Ilex hyrcana Pojark IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir- VU D2. Azərbaycanın nadir növüdür. 3–6 m hündürlüyündə, 7 −8 sm-ə qədər diametrdə həmişəyaşıl, alçaqboylu ağac və ya koldur. Yarpaqları 2–7 sm uzunluğunda, 1–3 m enində, dərivari, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir. Çiçəkləri xırda, ağımtıl, çətirvari qoltuq çiçək qrupunda toplanmışdır. Tacı sünbülşəkillidr. Meyvəsi qırmızıdır, 7–9 m m uzunluğunda, 6–7 mm diametrindədir, uzunsov-şarşəkilli, sapları 3–8 mm uzunluğunda, 4çəyirdəklidir, çəyirdəkləri ensizdir, yan tərəfdən tillidir. May ayında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Tozlanması entomofildir.
Firn hövzəsi
Firn hövzəsi — (rus. фирновый бассейн, ing. region of alimentation of glasier, zone of snow supply) buzlağın qidalanma sərhəddindən yuxarıda yerləşən hissəsi. Burada sülb atmosfer çöküntülərinin miqdarı onların ərimə və buxarlanma sərfindən çoxdu.
Karanqat hövzəsi
Karanqat hövzəsi (rus. Карангатский бассейн, ing. Karangatian basin) — üst Pleystosendə müasir Qara dənizin yerində mövcud olmuş və Aralıq dənizi ilə əlaqəsi olmuş, dəniz hövzəsi. Bu hövzənin çöküntüləri 10–45 metrlik terras səviyyəsini təşkil edir ki, bu da Aralıq dənizinin 2-ci Tirren terra-sına uyğun gəlir. Müasir Qara dənizdən çox duzluluğu və suyunun isti olması ilə fərqlənmişdir. Şərqi Avropa düzənliyində Mikulin buzlaq arası vaxtla müqayisə edilir.
Karib hövzəsi
Karib hövzəsi və ya Vest-Hind - Karib dənizi, Karib adaları və sahil ərazilərini əhatə edən coğrafi region. Bu bölgə Meksika körfəzi və Şimali Amerikanın cənub-şərqində, Mərkəzi Amerikanın şərqində və Cənubi Amerikanın şimalında yerləşir. Əhalisi 37,5 milyon nəfərdir.
Tarım Hövzəsi
Tarım (çin. ənən. 塔里木盆地, sadə. Tǎlǐmù Péndì; uyğ. تارىم ئويمانلىقى, Tarim Oymanliqi) — Çinin qərbində Sincan-Uyğur Muxtar Rayonu ərazisində, 1,000 km uzanan böyük bir ellips şəklində hövzədir. Divanü Lüğat-it-Türkdə; Tarım ترم göllərə və qumluqlara tökülən çay qolları mənasında işlənir. Şimalında Tanrı dağları, cənubunda Karanlık dağları, şimal-qərbində Qarakulum və Altınqum dağları yerləşir. Çinin Sincan-Uyğur Muxtar Rayonunun böyük bir hissəsini əhatə edir. Tibet yaylasının şimalında yerləşir. Adı içərisindən keçən Tarım çayı ilə bağlıdır.
Çay hövzəsi
Çay hövzəsi — Müəyyən bir çaya yerin səthindən və yer altından su toplanan Ərazi. Çay hövzəsi bir-birindən suayrıcılar ilə ayrılır. Çay hövzələri axarlı və axarsız hövzələrə bölünür. Bilavasitə çayı dənizə və ya okeana axıb gedən hövzəyə-axarlı hövzə, çay sisteminin Dünya okeanı ilə əlaqəsi olmayan hövzəyə isə axarsız hövzə deyilir. Axarsız hövzələr materiklərin daxili hissəsində hər tərəfi hündür çökək sahələrdə yerləşir.
Hirkan (vilayət)
Hirkan (ya da Cürcan), indiki Mazandaran, Gülistan və Gilan əyalətlərilə Türkmənistanın Xəzər dənizi sahillərini əhatə edən tarixi bölgə. Əhəməni imperiyası dönəmində bir əyalətin parçası olan bölgə, bir müddət Sasanilərin hakimiyyətində qaldı. Sasani dönəmində, bölgənin bir çox şəhərinə müdafiə məqsədli qalalar və surlar (divarlar) inşa edildi. İslamiyətin ortaya çıxışından sonra bir müddət ərəblərə xərac verən bölgə, III Yezid dönəmində (716) Əməvilərə qatıldı. 928-ci ildə qurulan Ziyarilərin idarəsinə keçən bölgə, Samanilər və Qəznəvilərə vergi verərək yüz il qədər savaş yaşamadı. Bölgə, XIV yüzildəki Monqol istilaları sonucunda yıxıma uğradı.
Hirkan acıyoncası
Securigera cretica — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" — VU D2. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sərilən və ya qalxandır. Yarpaqları birqatlələkvari, 9-11 yarpaqcıqlıdır; yarpaqcıqları pazvari və ya uzunsov-tərs-yumurtavari, üstdən yaşıl, altdan mavi-göyümtüldür. Salxımları 7(5)-9(11) çiçəkli, çətirvaridir. Ksacıq zəngçiçəyi formasında, tacı ağ və ya açıq çəhrayı, aşağı hissədə bənövşəyi rəngdədir. Bayrağın ayası yumurtavari-dəyirmi, qayıqcıq düz bucaq altında əyilmişdir. Paxlaları aralanmış, silindrikdir. Toxumları uzunsov və ya qısa silindrik, pas-sarı rəngdə, 3-3,5 mm uzunluqda, 1 mm enindədir.
Hirkan armudu
Hirkan armudu (lat. Pyrus hyrcana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A2 abc; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. 25 m-ə qədər hündürlüyündə ağacdır. Yarpaqları yumurtavaridir, kənarları xırda, sivridişlidir. Altdan ağ keçətükcüklü, üstdən tükcüksüzdür. Saplağı uzun, nazik, yarpaq ayasının uzunluğuna bərabər, zəriftükcüklüdür. Meyvələri darçını rəngli, basıq, kürəşəkilli olmaqla, birillik zoğlarda tək-tək və ya dəstə halında yerləşir.
Hirkan arıquşu
Hirkan arıquşusu (lat. Poecile hyrcanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin poecile cinsinə aid heyvan növü. Bu quşlar nisbətən iri (bədəninin uzunluğu 140, qanadları 72–76 mm). Başı və çinədanı tünd qəhvəyi rəngdədir və buna görə digər arıquşulardan seçilir. Sakit nəğməsi böyük arıquşunun nəğməsini xatırladır. Çağırışları isə "si-si-tyürrrr…" şəklindədir.
Hirkan azatı
Hirkan azatı (lat. Zelkova hyrcana) — qarağackimilər fəsiləsinin zelkova cinsinə aid bitki növü. İranda təbii arealı vardır. Hündürlüyü 20-25 m olan ağacdır. Gövdəsinin qabığı hamar, yaşılımtıl-boz rəngdədir. Yarpaqları yumurtavarı uzunsov, 3-5 sm uzunluqda alt tərəfdən xüsusən damarlar boyu qısa tükcüklü, nadir hallarda çılpaq, 7-9 yan damarlara malikdir. Onların kənarları iti dişli olub, 1-3 mm uzunluqda saplaqlar üzərində yerləşir. Cavan zoğların yarpaqları bir qədər iri olub 12 sm uzunluqdadır meyvəsi bucaqlı, fındıqca, az və ya çox qısa tüklü və ya çılpaq, yaşılımtıl, 5 m uzunluqdadır. Aprel ayında çiçəkləyir, meyvələri isə oktyabr-noyabr aylarında yetişir. Hirkan azatı vələsyarpaq azata nisbətən isti və rütubət sevəndir.
Hirkan ağcaqayını
Hirkan ağcaqayını (lat. Acer hyrcanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. Kiçik Asiya, Rusiya (Dağıstan), Türkiyə, Livan, Balkan ölkələri və İranda təbii arealı vardır. Böyük və Kiçik Qafqazda Alazan-Əyriçay vadisində, Naxçıvan MR və Talış dağlarında (Diabar) meşələrin tərkibində təbii halda yayılmışdır. Statusu: Azərbaycanın nadir bitkisidir. NT. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər əhəngli və işıqlı quru yamaclarda yayılmışdır. Təbiətdə arealı geniş deyildir. Təbiətdə 18 m-ə qədər hündürlüyü və 30 sm-ə qədər diametri olan ağacdır. Cavan zoğları qırmızımtıl-qəhvəyi, yaşlı budaqları boz-qonur rəngdədir. Tumurcuqları qəhvəyi rəngdədir.
Hirkan bigəvəri
Hirkan bigəvəri (lat. Ruscus hyrcanus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir relikt növdür. 20-40 (60) sm boyunda yarımkoldur, dərili, tikanlı kaldodiləri və 4-9 topa-topa düzülmüş budaqları vardır. Budaqları yanlara və aşağıya əyilmişdir və üzərləri kladodilərlə sıx örtülmüşdür. Kladodiləri uzunsov-yumurtavari və ya uzunsov-lansetvaridir, yaşıl rəngdədir, sərtdir, 12-28(30) mm uzunluğunda, 8–12 mm enindədir. Çiçəkləri yaşılımtıldır, adətən kladodinin orta xətti üzərində 2-5–i bir yerdə olmaqla və ya az-az hallarda tək-tək düzülmüşdür, pərdəciyəoxşar çiçəkatlığının qoltuğundadır. Giləmeyvəsi qırmızıdır, kürəvari, diametri 7–9 mm-dir. Aprel-may aylarında çiçəkləyir.
Hirkan bikəvəri
Hirkan böyürtkəni
Hirkan böyürtkəni (lat. Rubus hyrcanus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. İranda təbii arealına rast gəlinir. Azərbaycanda Talış bölgəsində təbii halda rast gəlinir. Azərbaycanın nadir bitki növüdür. VU D2. Lənkəran rayonunda düzən və dağlıq sahələrdə, meşə və yol kənarlarında kolluqlarda rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə hündürlüyü 2 m-ə çatan alçaqboylu koldur. Çiçək açan budaqlar aydın tilli, üzəri sıx tüklü, enli qaidəli, uzunəyilmiş tikanlıdır.
Hirkan gülxətmisi
Hirkan gülxətmisi (lat. Alcea hyrcana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab (ii,iii, iv). Azərbaycanın nadir növüdür. 35-85 sm, nadir hallardada 100 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqları saplaqlı, saplaqlar isə yumşaq tükcüklü, aşağı yarpaqlar yuxarı yarpaqlardan daha uzundur. Yarpaq ayası ürəkvari-yumru, 5-7 qanadlı, qanadlar küt, düz olmayan dişli qanadlardır. Aşağı yarpaqlar daha iri və daha az qanadlı, yuxarı yarpaqlar dərin qanadlı; bütün yarpaqlar boz-məxməri rəngdədir. Çiçəklər tək-tək olur. Tacı qurumuş halda 40mm-dək çəhrayı-bənövşəyi rəngdədir.
Hirkan güləvəri
Hirkan güləvəri (lat. Centaurea hyrcanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. Çoxillik qısa və yumşaq tüklənmiş ot bitkisidir. Gövdə dikduran, tilli-şırımlı, bir neçə sərilmiş budaqlı, 30-60 sm hündürlüyündədir. Kökətrafı və aşağı gövdə yarpaqlarının saplaqlarda daralmış, orta və yuxarı yarpaqlar isə oturaq və gövdəni yarımqucaqlamışdır, yumurtaşəkilli, uzunsov lansetvari və ya uzunsov ellpsvaridir. Sarğı uzunsov yumurtaşəkilli, 6-8 mm enindədir, sarğının yarpaqcıqları ensiz xətvari, uzun və lələkvari kirpikcikli, açıq-qəhvəyi və ya purpur-qəhvəyi rəngli əlavələrlə sarğını tor kimi bürümüşdür. Sarğının daxili yarpaqları xətvari və dairəvi, dişcikli əlavəlidir. Çiçəkləri çəhrayı rənglidir. Toxumcuqlar 3 mm uzunluğunda, bozumtul, hamar, çox qısa (0.5 mm uzunluğunda) kəkillidir.
Hirkan gəvəni
Hirkan gəvəni (lat. Astragalus hyrcanus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. İlk dəfə Dağıstanın Dərbənd şəhəri ətrafında təsvir еdilmişdir. 50-90 sm hündürlükdə, çox budaqlı, yarpağını tökən yarımkoldur. Gövdəsinin aşağı hissəsi ağaclaşmış, üzəri çökək, ağ tüklüdür. Yarpağı 4-6 cüt, еnsiz, xətvari, yaxud uzunsov-еllipsvari, 5-15 mm еnində, yuxarısı nisbətən az, aşağısı sıx, ağ tüklüdür. Paxlasının uzunluğu 7 sm-ə, еni isə 1-2 mm-ə çatır, ucu bizvari əyilmiş, üzəri yumşaq, еllips formalı, hər iki ucdan nazikdir. Saplağı 1–2 mm uzunluqda, ağ tüklüdür. Yabanı şəraitdə iyul-avqustda çiçəkləyir. Mеyvəsi avqust-sеntyabrda yetişir.
Hirkan məryəmnoxudu
Hirkan məryəmnoxudu (lat. Teucrium hyrcanicum) - məryəmnoxudu cinsinə aid bitki növü. Çoxillik bitkidir. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, sadə və ya az budaqlanan, sıx yumşaqtüklü, bəzən aşağısı qırmızımtıldır. Yarpaqları saplaqlı, 1-2 sm uzunluqda, uzunsov yumurtavari, kənarları yarımdairədişli, üstü yaşıl, altı sıx tüklü olduğundan bozumtuldur. Çiçəkqrupu 20- 25 sm qədər uzunluqda, dar uzun silindrik sünbülvaridir. Kasacığı 3–5 mm uzunluqda, zınqırovvari, ikidodaqlı, tüklüdür. Tacı fırfır, nadir hallarda ağ rəngli, kasacıqdan uzundur, xaricdən qısa tüklənmişdir. Meyvələri 1 mm uzunluqda, yumru, vəzilidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqlarının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Hirkan mәryәmnoxudu
Hirkan pırkalı
İranda təbii arealı vardır. Lerik, Lənkəran, Masallı ilə Yardımlı arasında olan Viləşçay vadisində, Yuxarı Qarabağda və Daşaltı meşələrində rast gəlinir. Nəsli kəsilmək təhlükəsində olan relikt növdür. CR A1ab; B1bc (iii,iv). Enliyarpaqlı meşələrin alt yarusunda daha çox rast gəlinir. Arealı geniş deyildir. Həmişəyaşıl, yarpaqları növbəli düzülüşlü, ağac və ya koldur. İki və ya birevli bitkidir. Budaqlarının qabığı ağımtıl-bozdur, zoğları qonurumtuldur, qısa tüklüdür. Yarpaqları 2-7 sm uzunluqda, 1-3 sm enində olur, həmişəyaşıl, dərivarı, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir.
Hirkan qaraşəngi
Hirkan qaraşəngi - (lat. Scrophularia clausii Boiss. & Buhse.). Keçiqulağıkimilər – (Scrophulariaceae Juss.) IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bikisidir. Gövdəsi 20-60 sm hündürlükdədir. Yarpaqları enli, üçkünc-yumurtavari, sivri, kənarları ikiqat mişardişli, əsasında azacıq ürəkvari, üstdən çılpaq, altdan yumşaq tüklü, aşağıdakılar-saplaqlı, yuxarıdakılar –oturaqdır. Təpə piramida formalı çiçək qrupunda yarımçətirləri 2-5 çiçəklidir. Kasacığın hissəcikləri uzunsov – yumurtavari kütdür.
Hirkan qovağı
Hirkan qovağı - (lat. Populus hyrcana Grossh.) Söyüdkimlər— (Salicaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Qafqazın endemik növüdür. Orta və ya ucaboylu ağacdır. Qabığı ağ bozumtuldur, şahmatşəkilli düzülmüş rombvari çatları vardır. Uzanmış zoğlarının yarpaqları uzunsov –yumurtavari, aşağıdan enli, yuxarıya doğru daralmış ucadan sivri, kənarları bütöv, az-az hallarda azca dilimlidir. Nadir hallarda dilimləri aydın nəzərə çarpır. Yarpaqları 8-10 sm uzunluğunda, 4-7 sm enində olub, üst hissədən tünd-yaşıl, alt hissədən ağ rəngli sıx tükcüklüdür. Qısalmış zoğlarının yarpaqları yumurtavari və ya deltavaridir.
Hirkan qızçiçəyi
Hirkan qızçiçəyi - (lat. Bellis hyrcanica Woronow.). Mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın endemik növüdür. Regional IUCN Statusu - VU D2 Birillik ot bitkisidir. Gövdə əsasən 1-3 yarpaqlı, bəzən, 10 sm-ə qədər hündürlüyündə, bir yan budaqlıdır. Yarpaq ayası uzunsov tərs –yumurtavari, ayrılmış dişcikli, demək olar ki, çılpaq, sıxılmış qısa saplaqlıdır. Səbətin ayaqcıqları yuxarıdan meyvə vaxtı yoğunlaşır. Səbətcik 5 mm-ə qədər enindədir.