HİSSİ
[alm. Sensitiv, empfindlich; fr. Sensitif; ing. Sensitive; osm. tr. hıssi; ər. دغً ]. Duyğularla verilməyən, qavrama vasitəsilə deyil, düşünmə ilə qavranılan yaxud hisslərin bununla əlaqədar təcrübə dünyasının xaricində olan. Hissi müŞtərək [alm. Gemeinsinn; fr. Sens commun; ing. Common sense; lat. Sensus communis; yun. Koine aisthesis; osm. tr. hıss-i müşterek; tr. Ortakduyu; ər. شِزشن د ظٌّ ] – Aristotel və sxolastik fəlsəfədə müxtəlif hiss orqanlarının qabiliyyətlərini birləşdirən, başqa bir deyimlə desək, eyni şeydən hisslərin hər biri ilə alınan növ hissləri formalaşdıraraq həmin şeyi tək və eyni şey kimi qavranılan şey. Hissiyyatsizliq [alm.=fr. Apathie; ing. Apathy; yun. Apatheia; osm. tr. fıkdan-i hassasiyet]. 1. Ümumi mənada unutqanlıq ; az və yavaş dərəcədə təzyiq göstərən və bunun nəticəsində duyğulandıran hisslərə əhəmiyyət verməyən insan xarakteri. 2. Stoa məktəbində məlumat sahibinin özünü tərbiyə-ləndirmə ideyası kimi hisslərdən arınması və ağıla tərs gələn hisslər qarşısında müstəqil olma və beləcə sarsılmazlıq prinsipinə qovuşmaq halı.