HƏVVA

Adəmin arvadının adı olub. Səhvən çox vaxt Hava işlədirik. Əslində, hava tamam başqa sözdür (iqlim və s.) “həyat mənbəyi” (yəhudi sözüdür) mənasınıi əks etdirir. Xristianlarda Yeva kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

HƏVALƏ
HƏYAT
OBASTAN VİKİ
Həvva
Həvva (e.ə. 3760, Ədən bağı – bilinmir) — ilk qadın, Adəm peyğəmbərin zövcəsi. == Mifologiyada mənşəyi == Həvva adının Kiş Şumer krallığında 3-cü sülalənin 1-ci kraliçası olan "Xabu"dan götürüldüyü ehtimal edilir. Het günəş ilahəsi Hepat, Yunan gənclik ilahəsi Hebe və sevgi ilahəsi Hera Həvva mifinin digər mümkün mənbələridir. Şumer mifologiyasında ilahə Ninti (qabırğa sümüyünün qadını, həyat verən qadın) Həvvanın yaradılış mifindəki "Adəmin qabırğa sümüyü" obrazının mənbəyi hesab edilir. Eva (Həvva, Həvva) ilə oxşar deyimi olan Ea, Adapa əfsanəsindəki Tövratın Həvva fiquruna bənzər şəkildə Adapanı istiqamətləndirir. Həvva Amarna məktublarında, Tunc dövründə Yerusəlimdə sitayiş edilən tanrı kimi anlaşılan hurrilərin ilahəsi Hebatla da əlaqələndirilir. Hepa het yazılarında Hepat və ya Hepatu adlanır və ona 'sidr ağacları diyarı'nda sitayiş edildiyi bildirilir. Sidr ağaclarının ölkəsi Livan, Fələstindir. Sonrakı dövrlərdə Hepatın başqa mədəniyyətlərdə meydana çıxan düşüncələri də onun "Ana" kimliyi çərçivəsində idi.
Həvva Məmmədova
Həvva İsa qızı Məmmədova (15 may 1958, Xanərəb, Bərdə rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, professor və tarix elmləri doktoru. == Həyatı == 1958-ci il mayın 15-də Bərdə rayonunun Xanərəb kəndində anadan olmuşdur. Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. 1980–1990-cı illərdə Xankəndi şəhərində orta məktəbdə müəllim işləmişdir. 1993-cü ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş laborant, baş müəllim, metodist vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müəllimidir. Tarix elmləri namizədidir. 6 kitabın və 40 elmi məqalənin müəllifidir. === Ailəsi === Evlidir, 3 övladı var. == İctimai-siyasi fəaliyyəti == Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədridir.
Alban Həvvari Kilsəsi
Alban Həvvari Kilsəsi, Alban Kilsəsi və ya sadəcə Alban Katolikosluğu — Qafqaz Albaniyasında mövcud olan kilsə. İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-Qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilir. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban Udi xristian icmasını qeydiyyata alır. Azərbaycanın maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılır. 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunur, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri — Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa edilərək icmanın istifadəsinə verilir. == Tarixi == Xristianlığın ilkin çağlarında, xristian aləmində ideoloji birliyin hələ mövcud olduğu, alban ruhaniliyinin tam formalaşmadığı, kilsə iyerarxiyasının təşəkkül tapmadığı bir dövrdə erməni və gürcü kilsələri kimi, Alban Apostol kilsəsi də iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi; lakin başçısı Kappadokiyanın Qeysəriyyə şəhərində təsdiq edilən erməni-qriqoryan kilsəsindən fərqli olaraq, başçısı Yerusəlimdə təsdiq edilən Alban Apostol kilsəsinin asılılığı formal xarakter daşıyırdı. Alban müəllifi Moisey Kalankatulunun məlumatlarına görə, IV əsrin əvvəllərində Maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmişdi. Romadan onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüş daha bir "müqəddəs ər" gəlmiş və həmin adam alban hökmdarı Urnayrla birlikdə Alban Apostol kilsəsinə başçılıq etmək üçün Albaniyaya yola düşmüşdü. Əlamətdar haldır ki, Ermənistan və Albaniyanın ilk yepiskopları – Maarifçi Qriqori və həmin "müqəddəs ər" alban müəllifi tərəfindən hərfən "ruhanilərin başçıları" mənasını verən terminlə ifadə olunmuşdu; bu isə yepiskop sözünün real sinonimidir.

Значение слова в других словарях