İMRAN

İsa peyğəmbərin babası (Məryəmin atası) olub, mənası “mərhəmət” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

İMPULVERİZASİYA
İMSİLƏMƏK
OBASTAN VİKİ
İmran
İmran — kişi adı. İmran Əbilov — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989) İmran Seyidov — şair, nasir, ədəbiyyatşünas, və tərcüməçi. İmran Usmanov — Çeçen müğənnisi, şairi və bəstəkarı.
Ali-İmran
Ali-İmran (ərəb. سورة آل عمران‎ (oxunuşu: surətu ali imran) - İmran ailəsi) - Quranın 3-cü surəsi. Mədinədə nazil olmuşdur, 200 ayədir. . İmran Hz Məryəm Hz. Musanın atasının adıymış və Ali-İmran "İmran ailəsi" mənasındadır. Surənin adı 33-cü ayədə rast gəlinən İmran ailəsi ifadəsindən götürülüb.
İmran Mehdiyev
İmran Mehdiyev Əzim oğlu (21 yanvar 1936, Ordubad, Naxçıvan MSSR – 10 mart 2023) — iqtisadçı, İqtisadi elmləri doktoru, professor, Beynəlxalq Mühəndislik Akademiyasının, Rusiya Maliyyə və İqtisadiyyat Akademiyasının və Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur. 1967-ci ildə Keçmiş SSRİ Dövlət Tikinti Komitəsinin Beton və Dəmir-Beton Elmi-Tədqiqat İnstitutunun aspiranturasını bitirmiş; 1962–1963 və 1968–1971-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin tikinti və kommunal təsərrüfatı şöbəsində böyük referent; 1971–1976-cı illərdə Bakı Mərmər Məmulatları zavodunun direktoru; 1976–1979-cu illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini; 1979–1982-ci illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədri; 1982–1983-cü illərdə Azərbaycan Dövlət Qiymət Komitəsi sədrinin birinci müavini; 1983–1989-cu illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsinin birinci katibi; 1991–1999-cu illərdə Azərbaycan Respublikası sənaye tikinti materialları nazirinin birinci müavini və "Azərsənayetikinti" Dövlət Konserinin birinci vitse-prezidenti vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışmışdır. İdarəçilik və təşkilatçılıq işi ilə yanaşı, elmi-pedoqoji fəaliyyəətdə göstərir. Üç monoqrafiyanın, üç dərsliyin, 90-dan çox elmi məqalənin, bir neçə ixtiranın müəlifidir. Bir sıra elmi-tədqiqat və tədris institutları elmi şuralarının üzvü, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində tikintinin təşkili və idarə olunması kafedrasının professorudur. Bir sıra mötəbər elmi-texniki konfrans, simpozium və seminarların təşkilatçısı və iştirakçısıdır. İmran Mehdiyev Almaniyanın bir çox universitetlərində məruzələr etmişdir. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin büro üzvü olmuş, Naxçıvan MSSR Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. İmran Mehdiyev 10 mart 2023-cü ildə 87 yaşında dünyasını dəyişib.
İmran Mirzəyev
İmran Məmmədli
İmran Məmmədov
İmran İsmayıl oğlu Məmmədov (20 noyabr 1927, Qaçağan, Gürcüstan SSR[d] – Qaçağan, Gürcüstan SSR[d]) — Sosialist Əməyi Qəhrəmanı. Gürcüstan SSR ictimai xadimi. Yeni tütün sortunun yetişdirilməsi üzrə mütəxəssis. SSRi-nin "Lenin" və "Qırmızı Əmək Bayrağı" ordenləri laureatı. İmran Məmmədov 1927-ci ildə Gürcüstan SSR-in Borçalı qəzasının Qaçağan kəndində dünayay gəlib. Uşaqlığı və bütün ömrü Qaçağan kəndidnə keçmişdir. Gəncliyindən təqaüd yaşına qədər Qaçağan "Kommunizm", sonra isə Qaçağan Dövlət Südçülük-Tərəvəzçilik Təsərüfatında işləmişdir. Gürcüstan SSR-in Marneuli rayonu Qaçağan kəndində vəfat etmiş və Qaçağan kənd məzarlığında dəfn edilmişdir. 1939-cu ildə Qaçağan orta məktəbini 5 illik təhsillə başa vuran İ.Məmmədov kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. İmran Məmmədov 1939-cu ildə, 12 yaşında Qaçağan "Kommunizm" Kollektiv Təsərüffatında işə başlamış, onun rəhbərliyi ilə "Yeniyetmə" əmək briqadası təşkil olunmuşdur.
İmran Qasımov
İmran Haşım oğlu Qasımov (25 noyabr 1918, Bakı – 20 aprel 1981, Bakı) — Azərbaycan dramaturqu və kinossenaristi, Azərbaycan Yazıçılar İttifaqının katibi (1967–1981) 1939-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979), Azərbaycan SSR dövlət mükafatı (1980) və "Lenin" ordeni (1978) laureatı . İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində doğulub. Atası Həşim Qasımov əsrin əvvəllərində Sankt-Peterburqda ali təhsil almışdı, anası Mələk geniş dünyagörüşü olan xanım, Azərbaycanın ilk qadın mühəndislərindən biri idi. İmran 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub. Vətənə döndükdən sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb, "Lenin", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif olunub. İmran Qasımov Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən biridir. O, nasir, dramaturq və ssenarist kimi zəngin ədəbi-bədii irsə malikdir. Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı "Uzaq sahillərdə" romanı dövrünün ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var.
İmran Qurbanov
İmran Qurbanov (həkim) — Azərbaycan həkimi, tibb xidməti kapitanı (1994), Qarabağ müharibəsi iştirakçısı. İmran Qurbanov (kapitan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi. İmran Ali Qurban — rejissor.
İmran Seyidov
İmran Sultan oğlu Seyidov (16 dekabr 1922, Quba – 10 may 2001) — şair, nasir, ədəbiyyatşünas, və tərcüməçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlərin Birliyinin üzvü (1977), Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1982) İmran Seyidov 1922-ci il dekabrın 16-da Azərbaycanın Quba şəhərində anadan olmuşdur. Orta təhsili Bakıdakı 1 saylı məktəbdə almış (1940), M.Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutunun energetika fakültəsini bitirmişdir (1945). Azərbaycan EA-nın Energetika İnstitutunda kiçik elmi işçi (1945-1946), sonra Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1946-1948), icctimai elmlər bölməsində elmi katib (1948-1970), "Sovetskaya türkologiya" jurnalı redaksiyasında baş redaktorun müavini (1959-1987), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi (1987-1995), Azərbaycan EA Milli Münasibətlər İnstitutunda baç elmi işçi vəzifələrində çalışmışdır (1995-2001). Ədəbi fəaliyyətə 1939-cu ildən "Molodoy raboçiy" ("Gənc fəhlə") qəzetində çap olunan "Yeni iliniz mübarək" şeiri ilə başlamışdır. Ondan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1966-cı ildən Azərbaycan Yazıçılar İttifaqında rus bölməsinin rəhbəri olmuşdur. Onun şeirlərin, hekayə, oçerk və məqalələri Bakı, Moskva, Penza, Minsk, Tbilisi və s. şəhərlərdə nəşr olunan rus dövri mətbuatında vaxtaşırı çap olunmuşdur. Əsərlərini rus dilində yazmışdır. Külli miqdarda tərcümələri vardır.
İmran Usmanov
İmran Qermanoviç Usmanov (2 mart 1953, Özkənd, Oş vilayəti – 11 iyul 2017, Qroznı) — Çeçen müğənnisi, şairi və bəstəkarı. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, Çeçenistan Respublikasının əməkdar incəsənət xadimi, Rusiya Yazıçılar İttifaqının üzvü. 2 mart 1953-cü ildə Qırğızıstan SSR Oş vilayətinin Uzen şəhərində çeçenlərin və inquşların deportasiyası müddətində anadan olub. Deportasiya edilmiş xalqlar reabilitasiya olunduqdan sonra ailə öz vətənlərinə qayıdıb. 1960-cı ildə doğulduğu Naji-Yurt kəndində məktəbə gedib. Məktəb illərində özfəaliyyət tamaşalarında fəal iştirak edib. 1970-ci ildə orta məktəbi bitirib. Hələ 16 yaşında ikən o, respublika hitinə çevrilən "Malikə" mahnısını yazır. Təxminən eyni vaxtda Çeçenistan-İnquş Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin tələbəsi Raykom Dadaşev (sonralar professor, fizika-riyaziyyat elmləri doktoru) onu instrumental və rəqs ansamblları təşkil etməyə dəvət edir. Usmanovun bu işi uğurlu alındı.
İmran Xan
İmran Xan (عمران خان‎; 5 oktyabr 1952, Lahor, Pakistan dominionu) — Pakistanlı siyasətçi, keçmiş kriket oyunçusu, xeyriyyəçi, kriket oyunu üzrə icmalçı və Bredford Universitetinin sabiq rektoru. O, həmçinin Şövkət Xanımın Xatirəsinə Xərçəng Xəstəxanasının (urdu شوکت خانم یادگاری سرطان شفاخانہ اور مرکز تحقیق; ing. Shaukat Khanum Memorial Cancer Hospital) və Mianvalidə Namal Kollecinin əsasını qoyub. İmran Xan XX əsrin son 20 illiyində beynəlxalq kriket oyunçusu olub. Karyerasını bitirdikdən sonra siyasətlə məşğul olmağa başlayıb. 2018-ci ilin avqustundan 2022-ci ilin aprelinə qədər Pakistanın 22-ci baş naziri vəzifəsində çalışıb. 1996-cı ildə Xan Pakistan Təhrik-i İnsaf siyasi partiyasının əsasını qoyaraq özü onun ilk sədri olur. O, 2002-ci ilin noyabrından 2007-ci ilin oktyabrına kimi Pakistan Milli Məclisində Mianvali seçki dairəsinin millət vəkili seçilib. 2013-cü ildə Pakistanda parlament seçkiləri zamanı onun partiyası Milli Məclisdə 35 yer qazanıb. GlobalPost jurnalı onu 2012-ci lin doqquz lideri siyahısında üçüncü olaraq göstərib.
İmran Verdiyev
Aynur İmran
Aynur İmran (tam adı: Aynurə İmran qızı İmranova; 11 noyabr 1976, Zərdab rayonu) — Azərbaycan jurnalist və siyasətçisi. == Həyatı və təhsili == Aynur İmran 11 noyabr 1976-cı ildə Azərbaycan Respublikasının Zərdab rayonunda ziyalı ailəsində anadan olub. 1982-1993 cü illərdə Zərdab rayon Həsən bəy Zərdabi adına 1 nömrəli məktəbini bitirən Aynur İmran 1993-1997-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr, 2010-2012-ci illərdə isə magitsr dərəcəsinə yiyələnmişdir. 2012-2013 illərində Avropa Şurasının mərkəzi Fransanın Strasburq şəhərində yerləşən Siyasi biliklər Məktəbindən də məzun olub. 2021-ci ildə QS Runkihg siyahısında Rusyanın ilk 300-ə daxil olan yeganə universiteti Rusiya Xalqlar Dostluğu Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantura təhsilinə haqq qazanıb. Hal-hazırda təhsilini davam etdirir. == Jurnalistika fəaliyyəti == Fəaliyyətə 1994-cü ildə "Müxalifət" qəzetinin jurnalisti kimi başlayıb. "Cümhuriyyət" qəzetində, ANS ÇM radiosunda, "Yeni Müsavat", "Azadlıq" qəzetlərində , Azad Azərbaycan Televiziyasında jurnalist və redaktor fəaliyyətində olub. 2010–2013-cü illərdə inetrnet televiziyası olan Kanal 13-də siyasi debatlardan ibarət olan "Aktual" proqramını aparmağa başlayıb. == İctimai-siyasi fəaliyyəti == 1993-cü ildən 2003-cü ilə qədər Müsavat Partiyasının sıralarında fəaliyyət göstərib.
İmran Zalov
Ali-İmran surəsi
Ali-İmran (ərəb. سورة آل عمران‎ (oxunuşu: surətu ali imran) - İmran ailəsi) - Quranın 3-cü surəsi. Mədinədə nazil olmuşdur, 200 ayədir. . İmran Hz Məryəm Hz. Musanın atasının adıymış və Ali-İmran "İmran ailəsi" mənasındadır. Surənin adı 33-cü ayədə rast gəlinən İmran ailəsi ifadəsindən götürülüb.
İmran Mirzəyev (jurnalist)
Mirzəyev İmran Mirzəhüseyn oğlu - Jurnalist.deputat Osman Mirzəyevin qardaşı. İmran Mirzəhüseyn oğlu Mirzəyev Bakının Keşlə qəsəbəsində anadan olmuşdur. Sonralar Mirzəyevlər ailəsi buradan şəhərin mərkəzinə köçmüşdür.
İmran Qurbanov (həkim)
İmran Hümbət oğlu Qurbanov (17 aprel 1964, Nərimanlı, Basarkeçər rayonu) – Azərbaycan həkimi, tibb xidməti kapitanı (1994), 701 saylı hərbi hissənin tibb bölüyünün komandiri (1992), Baş Qərargah polikilinkasının cərahiyyə şöbəsinin rəisi (1994-1997), Qarabağ müharibəsi iştirakçısı, Respublika Kliniki Xəstəxanasında qəbul şöbəsinin müdiri (1998-indi) və baş həkimin cərrahi işlər üzrə müavini (2013-indi), "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı (2013) laureatı, Prezident təqaütçüsü. Yeni Azərbaycan Partiyasının üzvü (1998). İmran Qurbanov 1964-cü il aprel ayının ayının 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1971-1981-ci illərdə Nərimanlı kənd orta məktəbində orta təhsil almış, orta məktəbi “Qızıl medal”la bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun “Əzcaçılıq” fakültəsinə qəbul olsa da, istədiyi fakültəyə qəbul olmadığı üçün imtina edərək, 1982-1984-cü illərdə həqiqi hərbi xidmət keçmişdir. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun "Müalicə proflaktika" fakültəsinə ən yüksək qiymətlə qəbul olmuş, 1991-ci ildə ATU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1991-ci ildə Respublika Kliniki Xəstəxanasında internaturaya başlamış, 1992-ci ildən könüllü hərbi xidmətə getmişdir. Hal-hazırda Qarabağ qazisi və Prezident təqaüdçüsüdür. 1998-ci ildən Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında qəbul şöbəsinin müdiri və 2013-cü ildən həmçinin baş həkimin cərrahi işlər üzrə müavinidir. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Yasamal rayon təşkilatında siyasi şuranın üzvüdür.
İmran Qurbanov (kapitan)
İmran ibn Hüseyn
İmran ibn Hüseyn (ərəb. عمران بن حُسَيْن‎; Məkkə – 673 və ya 672) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) səhabələrindən biri və məşhur Quran qarisi, qazi (hakim) və hədis ravisi. İmran ibn Hüseyn və atası Hüseyn ibn Ubeyd, Xeybər döyüşündən sonra hicrətin yeddinci ilində İslamı qəbul etmişlər. O, peyğəmbərin başçılığı altında bir sıra döyüşlərdə iştirak etmiş və Məkkənin fəthi zamanı öz qəbiləsinin, Bənu Xuza tayfasının bayrağını tutmuşdur. Ömər ibn Xəttabın xilafəti dövründə İmran, hakim olaraq sədrlik etmək və sakinlərinə İslam fiqhini öyrətmək və Bəsrədən uzaqda ikən vali Əbu Musa Əşərinin köməkçisi olaraq idarə etmək üçün Bəsrəyə göndərilir. Həsən əl-Bəsri və İbn Sirin onun haqqında dediklərindən: "Bəsrəyə daxil olan Rəsulullahın səhabələrindən heç biri İmran ibn Hüseyndən üstün sayıla bilməz". İmam Əli ibn Əbu Taliblə I Müaviyə arasında ixtilafın və vətəndaş müharibəsinin (656–661) baş verdiyi Birinci Fitnə (hərfi mənada "sınaq") dövründə İmran nəinki neytral mövqe tutmuş, insanları zorakılıqdan çəkinməyə çağırmışdır. İmranın belə dediyi qeyd edilir: "Hər bir tərəfdə doğru və ya haqsız olan hər kəsə ox atmaqdansa, ölənə qədər dağın başında çoban olmağı üstün tuturam". İmran hər hansı bir müsəlmanla rastlaşsa, onlara nəsihət edərdi: "Məscidinizdə saxlayın. Əgər zorla sındırılıbsa, evdə qalın.
Müzamil Abdullayev İmran oğlu
Müzamil İmran oğlu Abdullayev (10 aprel 1941, Qazaxyolçular, Dəstəfur rayonu – 17 iyun 2022) — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri. Muzamil Abdullayev 1941-ci ildə AzSSR-in Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. 1961−1966-cı illərdə mədən və filiz kombinatında laborant işləmişdir. 1961–1966 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Krasnodar Politexnik İnstitutunda bir şərabçı-texnoloq kimi əlavə təhsil almışdır. 1967–1969-cu illərdə Kişinyov Kənd Təsərrüfatı İnstitutunun aspiranturasında oxumuş, dissertasiyasını müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1970–1975-ci illərdə Kirovabaddakı Nizami şərab zavodunun baş mühəndisi idi. 1972–1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifəsində çalışıb. 1975–1988-ci illərdə Xanlar aqrar-sənaye şərab istehsalı zavodunun baş direktoru olmuşdur. 1988–1991-ci illərdə AzSSR Nazirlər Soveti sədrinin birinci müavini və AzSSR Dövlət Aqrosənaye Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Aşıq İmran
Aşıq İmran (tam adı:İmran Mehralı oğlu Həsənov; 1928, Ağbulaq – 15 dekabr 1999) — Azərbaycanın ustad aşığı; Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 7 aşıq havasının yaradıcısı, 12 aşığa ustadlıq etmiş, uzun illər Tovuz rayonunda Aşıqlar ansamblının rəhbəri. == Həyatı == İmran Mehralı oğlu Həsənov 1928-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub, sonradan Tovuz rayonunda yaşayıb. Gənc yaşlarından aşıqlıq sənətinə meyil etmiş və bu sənətin sirlərini əmisi aşıq Dünyamalıdan, Gədəbəyli Aşıq Hüseyn Quliyevdən, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq Hüseyn Dəmirçidən öyrənmiş, habelə, 1950-ci ildən Tovuz rayonuna köçərək ustad aşıqlar — Aşıq Əsəd və Mirzədən bəhrələnmişdir. Zil tembrli səsə malik olduğuna görə ona "Koroglu aşığı" deyirdilər. 1956-cı ildə Bakı şəhərində keçirilmiş Ümumrespublika müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş Ümumittifaq müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş tələbə və gənclərin 6-cı Ümumdünya festivalında rəhbərlik etdiyi Aşıqlar ansamblı ilə birlikdə qalib gələrək qızıl medal və 1-ci dərəcəli diplom, 1959-cu ildə Moskvada keçirilmiş Azərbaycanın mədəniyyəti və incəsənətinin ongünlüyündə dəyərli iştirakina görə "Şərəf nişanı" ordeni və Fəxri Fərmanla təltif edilmişdir. 1967-ci Azərbaycan mədəniyyəti və incəsənətində göstərdiyi xidmətlərinə görə "Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür. Azərbaycan aşıqlarının III və IV qurultaylarının nümayəndəsi olan Aşıq İmran bir sıra ölkələrdə beynəlxalq festivallarda iştirak edərək vətənə mükafatla qayıdıb. Klassik aşıq yaradıcılığının mahir bilicisi olan Aşıq İmran həm də bədii yaradıcılıqla məşğul olub. Yubiley ərəfəsində onun "Sənətimin sultanıyam" adlı şeirlər kitabı da işıq üzü görüb. Aşıq İmran Həsənov 15 dekabr 1999-cu ildə vəfat etmişdir.
İmran Əbilov
İmran Rəşid oğlu Əbilov (d. 23 oktyabr 1935, Mahmudavar, Masallı rayonu) — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989), Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, heyvandarlığa dair bir sıra kitabların müəllifi, Qarabağ müharibəsi veteranı. İmran Əbilov 1935-ci ilin oktyabrın 23-də Masallı rayonunun Mahmudavar kəndində doğulmuşdur. 1953-cü ildə Lənkəran Pedaqoji texnikumunu bitirmiş, Masallı rayonu Boradigah kəndində müəllim işləmişdir. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Stalin təqaüdü alaraq fərqlənmə diplomu ilə bitirmişdir. 1959–1962-ci illərdə Masallı rayonu Həsənli kəndində baş mütəxəssis, Masallı rayon Partiya komitəsində təlimatçı, rayon komsomol komitəsinin birinci katibi, Azərbaycan Mərkəzi Komsomol Komitəsində təşkilatçı, 1963–1969-cu illərdə Masallı rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi, 1969–1991-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini, 1991–1997-ci illərdə Dövlət Quşçuluq Şirkətinin vitse-prezidenti, 1997–2011-ci illərdə Respublika Nazirlər Kabinetinin baş məsləhətçisi işləmişdir. 2011-ci ildən dövlət qulluğu təqaüdçüsüdür. İki "Şərəf nişanı", bir "Xalqlar dostluğu" ordeni, "Yubiley" medalı, Azərbaycan Respublikası Ali Sovetinin "Fəxri fərmanı" və s. mükafatlarla təltif edilmişdir. Azərbaycanda "Sovet-Hindistan", "Kuba-Azərbaycan", Hindistanda "Sovet-Hindistan" simpoziumlarının, Moskvada "Ümumdünya Baytarlıq", Misirdə və Bolqarıstanda "Beynəlxalq" və "Avropa", "Buffalo" Konqreslərinin təşkilində fəal iştirak etmişdir.
İmran Əsgərov
İmran Hürrü oğlu Əkbərov (19 aprel 1958, Ordubad) — Cənubi Rusiya Universitetinin (İdarəetmə, biznes və hüquq İnstitutunun) rektoru (1991), İqtisad elmləri doktoru, professor, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Akkreditasiya kollegiyasının, Cənub Federal Dairəsinin rektorlar şurası idarə heyətinin üzvü, Rusiyanın Cənub Regionu Qeyri-Dövlət Təhsil Müəssisələri Mütəxəssisləri Regionlararası Assosiasiyasının prezidenti. İmran Hürrü oğlu Əkbərov 1958-ci il aprel ayının 19-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1980-ci ildə Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib. 1987-ci ilədək dəmiryolu sistemində işləyib. 1987-ci ildən həmin institutun İstehsalatın idarə edilməsi kafedrasında idarəetmə sahəsi fənlərini tədris edib. 1991-ci ildən Cənubi Rusiya Universitetinin (İdarəetmə, biznes və hüquq İnstitutunun) rektorudur. İqtisad elmləri doktoru, professordur. 15 elmlər namizədi, 2 elmlər doktoru yetişdirib. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Akkreditasiya kollegiyasının, Cənub Federal Dairəsinin rektorlar şurası idarə heyətinin üzvü, Rusiyanın Cənub Regionu Qeyri-Dövlət Təhsil Müəssisələri Mütəxəssisləri Regionlararası Assosiasiyasının prezidentidir. İmran Əkbərov yüksək beynəlxalq elmi dərəcəyə - qrand fəlsəfə doktoru dərəcəsinə malikdir.
Aşıq İmran Həsənov
Aşıq İmran (tam adı:İmran Mehralı oğlu Həsənov; 1928, Ağbulaq – 15 dekabr 1999) — Azərbaycanın ustad aşığı; Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 7 aşıq havasının yaradıcısı, 12 aşığa ustadlıq etmiş, uzun illər Tovuz rayonunda Aşıqlar ansamblının rəhbəri. == Həyatı == İmran Mehralı oğlu Həsənov 1928-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub, sonradan Tovuz rayonunda yaşayıb. Gənc yaşlarından aşıqlıq sənətinə meyil etmiş və bu sənətin sirlərini əmisi aşıq Dünyamalıdan, Gədəbəyli Aşıq Hüseyn Quliyevdən, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq Hüseyn Dəmirçidən öyrənmiş, habelə, 1950-ci ildən Tovuz rayonuna köçərək ustad aşıqlar — Aşıq Əsəd və Mirzədən bəhrələnmişdir. Zil tembrli səsə malik olduğuna görə ona "Koroglu aşığı" deyirdilər. 1956-cı ildə Bakı şəhərində keçirilmiş Ümumrespublika müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş Ümumittifaq müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş tələbə və gənclərin 6-cı Ümumdünya festivalında rəhbərlik etdiyi Aşıqlar ansamblı ilə birlikdə qalib gələrək qızıl medal və 1-ci dərəcəli diplom, 1959-cu ildə Moskvada keçirilmiş Azərbaycanın mədəniyyəti və incəsənətinin ongünlüyündə dəyərli iştirakina görə "Şərəf nişanı" ordeni və Fəxri Fərmanla təltif edilmişdir. 1967-ci Azərbaycan mədəniyyəti və incəsənətində göstərdiyi xidmətlərinə görə "Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür. Azərbaycan aşıqlarının III və IV qurultaylarının nümayəndəsi olan Aşıq İmran bir sıra ölkələrdə beynəlxalq festivallarda iştirak edərək vətənə mükafatla qayıdıb. Klassik aşıq yaradıcılığının mahir bilicisi olan Aşıq İmran həm də bədii yaradıcılıqla məşğul olub. Yubiley ərəfəsində onun "Sənətimin sultanıyam" adlı şeirlər kitabı da işıq üzü görüb. Aşıq İmran Həsənov 15 dekabr 1999-cu ildə vəfat etmişdir.
İmran Əliyev (leytenant)
Nəriman İmranov
İmranov Nəriman Şamo oğlu (2 yanvar 1944, Şişqaya, Basarkeçər rayonu) — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri (1993–1994). Nəriman İmranov 1944-cü ilin yanvar ayının 2-də Basarkeçər rayonunun (indiki Vardenis rayonu) Şişqaya kəndində anadan olmuşdur (Atası Cil kəndindəndir (Ağacanlı)). 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına qədər milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 1994-cü il dekabrın 21-də bir qrup şəxsin Nazirliyin təcridxanasından qaçırılmasını təşkilinə görə, vətənə xəyanət ittihamı ilə ömürlük məhrum edilib. 2002-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.
Rafiq İmrani
İbrahimov Rafiq Hüseyn oğlu (Rafiq İmrani; 23 yanvar 1951, Bakı) — sənətşünas, publisist, tarixçi, sənətşünaslıq doktoru (1998), professor (1995). Rafiq İmrani 1951-ci il yanvanrın 23-də Bakı şəhərində anadan olub. Burada 20 saylı şəhər orta məktəbində təhsil alıb. Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (1968-1972) qızıl medalla, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasını (1972-1977) fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə musiqi məktəbində müəllim kimi başlayıb. 1977-ci ildən A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda, 1979-cu ildən isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında dərs deyib. 1981-ci ildən elmi fəaliyyətlə məşğuldur. Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun dissertantı olub (1981-1988). 1988-ci ildə Moskvada P.Çaykovski adına Dövlət Konservatoriyasında bəstəkar Fikrət Əmirovun elmi rəhbərliyi ilə "Bəhram Mansurovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bakı Musiqi Akademiyasında müəllim, dosent (1990), professor (1995) vəzifələrində işləyib.
İmran Qurbanov (kapitan, 1964)
İmran Hümbət oğlu Qurbanov (17 aprel 1964, Nərimanlı, Basarkeçər rayonu) – Azərbaycan həkimi, tibb xidməti kapitanı (1994), 701 saylı hərbi hissənin tibb bölüyünün komandiri (1992), Baş Qərargah polikilinkasının cərahiyyə şöbəsinin rəisi (1994-1997), Qarabağ müharibəsi iştirakçısı, Respublika Kliniki Xəstəxanasında qəbul şöbəsinin müdiri (1998-indi) və baş həkimin cərrahi işlər üzrə müavini (2013-indi), "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı (2013) laureatı, Prezident təqaütçüsü. Yeni Azərbaycan Partiyasının üzvü (1998). İmran Qurbanov 1964-cü il aprel ayının ayının 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1971-1981-ci illərdə Nərimanlı kənd orta məktəbində orta təhsil almış, orta məktəbi “Qızıl medal”la bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun “Əzcaçılıq” fakültəsinə qəbul olsa da, istədiyi fakültəyə qəbul olmadığı üçün imtina edərək, 1982-1984-cü illərdə həqiqi hərbi xidmət keçmişdir. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun "Müalicə proflaktika" fakültəsinə ən yüksək qiymətlə qəbul olmuş, 1991-ci ildə ATU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1991-ci ildə Respublika Kliniki Xəstəxanasında internaturaya başlamış, 1992-ci ildən könüllü hərbi xidmətə getmişdir. Hal-hazırda Qarabağ qazisi və Prezident təqaüdçüsüdür. 1998-ci ildən Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında qəbul şöbəsinin müdiri və 2013-cü ildən həmçinin baş həkimin cərrahi işlər üzrə müavinidir. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Yasamal rayon təşkilatında siyasi şuranın üzvüdür.
İmran Qurbanov (kapitan, 1989)
İmran İlqar oğlu Qurbanov (23 may 1989; Ramana, Sabunçu rayonu, Bakı, Azərbaycan — 29 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, 2-ci dərəcəli USTA dərəcəli hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi. İmran Qurbanov 23 may 1989-cu ildə Bakı şəhərində, Sabunçu rayonunun Ramana qəsəbəsində dünyaya göz açmışdır. 1996-cı ildə Sabunçu rayon Fikrət Tağıyev adına riyaziyyat təmayüllü 72 saylı liseyə daxil olmuşdur. 2003-cü ildə isə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təhsilini davam etdirmişdir. 2011-ci ildə Təlim Tədris Mərkəzini bitirən İmran leytenant rütbəsi alaraq Füzuli rayonunda taqım komandiri vəzifəsi ilə hərbi xidmətinə başlamışdır. 9 il orada xidmət etdikdən sonra Beyləqanda tabor komandirinin müavini kimi xidmətini davam etdirmişdir. Hərbi xidmət müddətində "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", "Qüsursuz xidmətə görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Azərbaycan Ordusunun kapitanı olan İmran Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
İmran Xana sui-qəsd cəhdi

Digər lüğətlərdə