İNHİSARLAŞMAQ
İNİLDƏMƏK
OBASTAN VİKİ
İnikas anlayışı
İnikas nəzəriyyəsi
İnikas nəzəriyyəsi Bu nəzəriyyənin mahiyyəti odur ki, şüur yüksək inkişaf etmiş materiyanın materiyanı inikas edirmə xassəsidir. İnikas nəzəriyyəsinin əsas anlayışları aşağıdakılardır: · İnikas; · Qıcıqlandırma; · Hisslik; · Psixi inikas; · İnikasın şüurlu forması. Ümumiyyətlə materiyaya inkas etdirmə xüsusiyyəti xasdır. İnikas – maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsirdə olmaları nəticəsində özündə onların izini buraxamaq qabiliyyətidir. İnkasa çoxsaylı misallar göstərmək olar: Bədəndə cızıqlar, insanın qruntda izi, qruntun insan ayaqqabısında izi, bir əşyanın digər əşya ilə toqquşması nəticəsində əmələ gəlmiş izlər və s. İnikasın elementar formaları aşağıdakılardır: · Mexaniki; · Fiziki; · Kimyəvi. Lakin inikasın əsas forması bioloji inikasdır. Onun əsas spesifikası odur ki, o yalnız canlı orqanizmlərə xasdır. Onun köməyi ilə canlılar həm canlı, həm də cansız obyektləri inikas etdirir. Bioloji inikasın əsas formaları: · Qıcıq; · Hissslik; · Psixi inikas.

Digər lüğətlərdə