Hüseyn bəy İsrafilbəyov
Hüseyn bəy İsrafilbəyov (1838, Yelizavetpol – 22 dekabr 1907) — Çar dövrünün dövlət xadimi və məşhur İsrafilbəyovlar nəslinin nümayəndəsi.
== Həyatı ==
1838-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Hüseyn bəy İsrafilbəyov 1907-ci ildə naməlum şəraitdə qətlə yetirilmişdir.
Nərgiz xanım Qazzıyevayla ailə qurmuşdur. Mikayıl bəy İsrafilbəyovun atasıdır.
== Fəaliyyəti ==
1868–1871-ci illərdə Qazaxda məhkəmə pristavı, 1871–1872-ci illərdə Yelizavetpol (Gəncə) şəhər Polis İdarəsinin pristavı, 1873–1874-cü illərdə Qazax qəza rəisinin kiçik köməkçisi, titulyar müşavir, Qazax qəza rəisinin köməkçisi, kollec assesoru, 1877-ci ildə Zəngəzur qəza rəisinin köməkçisi, 1878–1883-cü illərdə Yelizavetpol şəhərinin polismeysteri, saray müşaviri, kollec müşaviri, 1882-ci ildə polismeyster vəzifəsində işləyə-işləyə Yelizavetpol Quberniyasının Həbsxanalara Nəzarət Komitəsinin üzvü, 1894–1897-ci illərdə yenidən Yelizavetpol şəhərinin polismeysteri, İtatski-müşavir olmuşdur. Hüseyn bəy 1901–1907-ci illərdə Yelizavetpol şəhər İdarəsinin, o cümlədən 1901–1903, 1906-cı illərdə Yelizavetpol şəhər Dumasının qlasnısı olmuşdur.