İsraf

maddi və ya pul vəsaitlərinin onların sərəncamçısı olan şəxs tərəfindən qanunsuz, məqsədi üzrə deyil, şəxsi məqsədlərdən ötrü istifadə edilməsi.
İSE NATİONAL
İstehlak
OBASTAN VİKİ
Eddi İsrafilov
Eddi İsrafilov (2 avqust 1992) — azərbaycanlı futbolçu. Hal-hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubuna məxsusdur. 2015-ci ilin yanvarında Azərbaycan millisində çıxış etməyə razılıq verib. Eddi İsrafilov 2 avqust 1992-ci ildə İspaniyanın Almeriya bölgəsində Roketas de Marda anadan olmuşdur. Onun atası anqolalıdır, anası İradə İsrafilova isə azərbaycanlıdır. Atası Bakıda ali təhsil alan zaman anası ilə tanış olub. Eddi rus, ingilis və ispan dillərində danışsa da, Azərbaycan dilini bilmir. Eddi 2005-ci ildə 13 yaşında Milanın Futbol Akademiyasına qoşuldu, ancaq iki il sonra "La Moyenera" klubuna keçdi. 2010-cu ilin yayında Eddi "Real Mursiya" komandasına qoşuldu. Eddi komandada debütünü 8 may 2011-ci ildə etdi.
Elçin İsrafilzadə
Elçin Bəxtiyar oğlu İsrafilzadə (11 iyul 1990, Muxtariyyat, Şamxor rayonu – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin İsrafilzadə 1990-cı il iyulun 11-də Şəmkir rayonunun Qədimqala kəndində anadan olub. 1996–2005-ci illərdə Qədimqala kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Kənan, Leyla və Yusif adlı üç övladı yadigar qaldı. Elçin İsrafilzadə 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusi kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin İsrafilzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin İsrafilzadə oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Qədimqala kəndində dəfn olunub.
Emil İsrafilbəyov
Emil İsrafilbəyov və ya Emil Baku (d. 27 aprel, 1972. Bakı, Azərbaycan SSR, SSRİ — ö. 18 yanvar, 2016) — Azərbaycan boksçusu. Emil İsrafilbəyov 1972-ci ildə Bakıda doğulub. Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-yə köçüblər. Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə “Baku” ləqəbini seçib. "Emil Baku" adı altında uğurlar qazanan boksçu beynində yaranan xərçənglə mübarizə aparırdı. Emilin bu xəstəliyin öhdəsindən gəlməsi üçün sosial şəbəkələrdə yardım aksiyası başlamışdı. Azərbaycanlı peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu Ağali Alışov isə "Emil Baku"ya görə çempionluq kəmərini satışa çıxarmışdı.Lakin uzun çəkən xəstəlikdən sonra 2016-cı ildə vəfat etdi.
Fərhad İsrafilov
Fərhad Ramazan oğlu İsrafilov (5 yanvar 1955, Bakı) — Azərbaycanın teatr və kino aktyoru. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Dövlət YUĞ Teatrının aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti(2006), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü.(2024), "Tərəqqi" medalı laureatı Kinoda çəkilməyə 14 yaşında başlayıb. 15 yaşında olarkən bütün Azərbaycan onu "7 oğul istərəm" filmindəki Qəqəni obrazı ilə sevib. Moskvada aktyoruluq üzrə təhsil almış ilk azərbaycanlılardandı. Sənətini orda davam etdirməsinə şans yaransa da, o, Bakıya dönməyi seçib. O, həm də "Yuğ" teatrının veteranlarındandır. 1955-ci il yanvarın 5-də Bakı şəhərində anadan olub. 1975–1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb.
Hüseyn bəy İsrafilbəyov
Hüseyn bəy İsrafilbəyov (1838, Yelizavetpol – 22 dekabr 1907) — Çar dövrünün dövlət xadimi və məşhur İsrafilbəyovlar nəslinin nümayəndəsi. 1838-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Hüseyn bəy İsrafilbəyov 1907-ci ildə naməlum şəraitdə qətlə yetirilmişdir. Nərgiz xanım Qazzıyevayla ailə qurmuşdur. Mikayıl bəy İsrafilbəyovun atasıdır. 1868–1871-ci illərdə Qazaxda məhkəmə pristavı, 1871–1872-ci illərdə Yelizavetpol (Gəncə) şəhər Polis İdarəsinin pristavı, 1873–1874-cü illərdə Qazax qəza rəisinin kiçik köməkçisi, titulyar müşavir, Qazax qəza rəisinin köməkçisi, kollec assesoru, 1877-ci ildə Zəngəzur qəza rəisinin köməkçisi, 1878–1883-cü illərdə Yelizavetpol şəhərinin polismeysteri, saray müşaviri, kollec müşaviri, 1882-ci ildə polismeyster vəzifəsində işləyə-işləyə Yelizavetpol Quberniyasının Həbsxanalara Nəzarət Komitəsinin üzvü, 1894–1897-ci illərdə yenidən Yelizavetpol şəhərinin polismeysteri, İtatski-müşavir olmuşdur. Hüseyn bəy 1901–1907-ci illərdə Yelizavetpol şəhər İdarəsinin, o cümlədən 1901–1903, 1906-cı illərdə Yelizavetpol şəhər Dumasının qlasnısı olmuşdur.
Həbib İsrafilov
Həsən İsrafilov
Həsən İsrafilov (tam adı:İsrafilov Həsən Abid oğlu;1946, Nuxa)— iqtisad elmləri doktoru, professor 1946-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1970-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İstitutunu, 1978-ci ildə isə bu institutun aspiranturasını bitirmişdir. 1981-ci ildə Kiyev Ticarət-iqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsini qazanmışdır. Ailəlidir, bir övladı var. Xalq Təsərrüfatı İnstitutunda baş laborant vəzifəsindən başlayaraq müxtəlif illərdə müəllim, baş müəllim, “Ticarət-əmtəəşünaslıq” fakültəsinin dekan müavini, “Kommersiya” və “Beynəlxalq iqtisadi münasibətlər” fakültələrinin dekanı vəzifələrində çalışmışdır. 2005-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Magistratura Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. Xarici ölkələrdə keçirilən bir çox beynəlxalq konqres və simpoziumlarda ölkəmizi təmsil etmişdir. 100-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, dərs vəsaiti, metodiki göstəriş və elmi məqalənin müəllifidir. 2005-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsrin tanınmış ziyalısı” Beynəlxalq diplomu ilə təltif edilmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsildə əldə etdiyi nailiyyətlərə görə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Kamran İsrafilov
Kamran Ağakərim oğlu İsrafilov (5 sentyabr 1979, Bakı- 12 fevral 2018, Bakı) – Azərbaycanın tanınmış teleaparıcısı, İctimai Televiziya və Radio Yayımları şirkətinin uşaq və digər verilişlərinin aparıcısı, müxtəlif televiziya və dövlət səviyyəli layihələrin ssenari müəllifi, o cümlədən Mərdəkan Mədəniyyət sarayının və Uşaq Teatr Studiyasının bədii rəhbəri. Kamran İsrafilov 5 sentyabr 1979-cu ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. O, 1985-ci ildə 29 saylı orta məktəbin birinci sinfinə qəbul olunub. Kiçik yaşlarından teatra, musiqiyə və ədəbiyyata böyük maraq göstərən Kamran, hələ şagird ikən öz məktəbli yoldaşları ilə müxtəlif nağıllar əsasında tamaşalar hazırlayıb, məktəb səhnəsində çıxış edirdi. 1996-cı ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək elə həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsinə qəbul olunur. 2000-ci ildə isə həmin universitetin teatrşünaslıq ixtisası üzrə magistratura pilləsinə daxil olur və 2002-ci ildə fərqlənmə ilə bitirir. Bir neçə müddət Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərir. Daha sonra Kamran İsrafilov uzun illər , İctimai Televiziyada uşaq və digər verilişlərin aparıcısı kimi fəaliyyət göstərir. Eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan "Novruz Bahar Festivalı"nın aparıcısı olur. Fransanın Strasburq şəhərində UNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə "Azərbaycanın xoşməramlı mələkləri" adı altında keçirilən konsertin lentə alınmasında, həmçinin Türkiyədə keçirilən "Uluslararası 23 nissan Çocuk Festivalı"nın və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edir.
Kosmina İsrafilova
Kosmina İsrafilova (23 noyabr 1961, Lak rayonu, Dağıstan MSSR – 5 avqust 2022) — şairə, yazıçı, publisist, jurnalist, ictimai xadim. Dağıstan Respublikasının xalq şairi. Dağıstan Respublikası Yazıçılar Birliyinin üzvü. Rusiya Jurnalistlər Birliyinin üzvü və Rusiya Siyasi Elmlər Birliyinin üzvü. Dağıstan Respublikası Dövlət Mükafatı laureatı. 18 kitabın (publisistik və bədii kitablar, rus və lak dillərində şeir məcmuələri, bədii ədəbiyyat, roman-trilogiya) müəllifidir. Kosmina İsrafilova 1961-ci ildə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Lak rayonunun Şahuva kəndində anadan olmuşdur. Atası İsrafilov Muqutdin 1916-cı ildə anadan olmuşdur. Muqutdin kənd müəllimi, məktəb müdir olur. Üstəlik o, şeir də yazmışdır.
Kənan İsrafilov
Kənan Faiq oğlu İsrafilov (8 noyabr 1990; Şirinbulaq, Şəki rayonu, Azərbaycan — 5 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Kənan İsrafilov 8 noyabr 1990-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində dünyaya göz açmışdır. Cəmşid Naxçıvanski adına hərbi liseydən məzun olan Kənan 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 2013-2018-ci illərdə Murovdağda komandir vəzifəsini icra etmişdir. Sonra isə 2018-ci ildən qərargah rəisi kimi fəaliyyətini davam etdirmişdir. 2018-ci ildə Müdafiə Nazirliyinin Hərbi Akademiyasında təhsilini davam etdirən Kənan 2020-ci ilin iyun ayından Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində tabor komandiri kimi fəaliyyətini davam etdirmişdir. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində kapitan Kənan İsrafilov tabor komandiri olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən kapitan Kənan İsrafilov 5 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan İsrafilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kərbəlayi İsrafil Hacıyevin evi
Kərbəlayi İsrafil Hacıyevin evi — Bakı şəhərində Cəfər Cabbarlı 12 ünvanında yerləşən tarixi bina. Bina 1910-1912-ci illərdə neft milyonçusu, Bakı şəhər dumasının üzvü Kərbəlayı İsrafil Hacıyevin sifarişi ilə İosif Ploşkonun layihəsi əsasında qotik üslubda inşa edilib. 1897-ci ildə İosif Qoslavskinin dəvəti ilə Bakıya gəlmiş, şəhər idarəsində sahə memarı işləmiş və bir müddətdən sonra isə şəhər memarı vəzifəsini tutan İosif Ploşkonun sifarişçiləri məşhur Bakı milyonçuları idilər, onlar tələb edirdilər ki, yaşayış və digər binaların memarlığı onların imiclərinə uyğun olsun. Neft sənayesində olduğu kimi, tikintidə də rəqabət var idi və memarlar öz sahiblərinin sorğularını ödəyirdilər. İ.Ploşko fransız qotikası üslubunda olan "Murtuza Muxtarovun Sarayı"ndan sonra 1910-cu ildə tanınmış Bakı milyonçusu Kərbəlayi İsrafil Hacıyevdən keçmiş Şamaxı küçəsi, 12-də malikanənin tikinti layihəsi üçün sifariş aldı. Bina adi şəhər tikintisinə daxil edilmişdi, lakin Avropa ölkələri ilə tanış olan iddialı sahibkar öz malikanəsinin memarlığına başqa cür münasibət tələb edirdi. Fasadın ümumi kompozisiyası öz iri hissələrinin modelləşdirilməsi ilə klassik bölünmə ənənələrinin pozulduğunu göstərir. Fasadın tikintisi həcmin işıq-kölgə vasitələri ilə həll olunmuşdur, kompozisiyanın sxemi kifayət qədər dinamikdir və parlaq modernə xas olan cizgilərə malikdir. Fasadın aydın cizgiləri yeni memarlıq formalarının gözəl və mənalı başa düşülməsinə imkan verir. Fasadın kompozisiyası rizalitlərin iki qülləvari ucları ilə, modern üslubunda mərtəbə açırımları və yandan görünüşü, hissələrin zənginliyi ilə xüsusi memarlıq dünyası yaratmışdır.
Kərbəlayı İsrafil Hacıyev
Kərbəlayı İsrafil Hacıyev (1870, Bakı - 1940, Ənzəli) — neftxuda, Bakı şəhər dumasının üzvü, ictimai xadim. Kərbəlayı İsrafil Hacıyev Bakı şəhərində doğulmuşdu. Əslən Xızının Fındığan kəndindəndir. Balaxanı kəndində neft sahəsi almışdı. Kərbəlayi İsrafilin neft mədənləri, Xəzərdə ticarət gəmisi, Bakının çox yerlərində binaları, villası, bağı, torpaq sahələri var idi. Onun yaşadığı mənzil (Cəfər Cabbarlı küçəsində, indi Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi bina) memarlıq cəhətdən çox gözəl və əzəmətli binadır. Kərbəlayi İsrafil Hacıyevin Şamaxinka küçəsindəki (Cabbarlı, 12) evi 1910-1912-ci illərdə polşalı memar İ.PIoşko tərəfindən tikilib. Kərbəlayı İsrafil Hacıyev Bakı Müsəlman Xeyriyyə Cəmiyyətin üzvü, erməni-müsəlman barışıq komisyonunun müsəlman nümayəndəsi idi. Kərbəlayı İsrafil Hacıyev Sona xanımla ailə qurmuşdu. İskəndər adlı oğlu vardı.
Leyli Erol (İsrafilova)
Leyli Erol — Azərbaycanlı şairə və musiqiçi. Leyli Erol-İsrafilova Bakı şəhərində anadan olmuşdur. 1986–1997-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində orta təhsil almışdır. 1998–2002-ci illərdə Bakı Musiqi Akademiyasında bakalavr təhsili almışdır.2004-cü ildən başlayaraq günümüzə qədər 100 dən çox mahnının söz müəllifidir. İlk olaraq, Azərbaycanın Xalq artisti Röya Ayxanla çalışmışdır. Röya Ayxanın ifa etdiyi "Tənha yağış" mahnısının sözlərinin müəllifidir. Daha sonra Xalq artistləri Aygün Kazımova, Miri Yusif, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Abbas Bağırov, Lalə Məmmədova, müğənnilər Sevda Yahyayeva, Zamiq Hüseynov, Səidə Sultan, Aysel Əlizadə və digər ifaçılarla işbirliyi olmuşdur. Nəğməkar şairə təkcə Azərbaycanda deyil, xaricdə də bir çox layihələrdə rol almışdır. Məsələn, Lalə Məmmədovanın ifa etdiyi "Şalaxo" rəqsinə azərbaycanca sözləri Leyli Erol, gürcücə sözləri isə Givi yazmışdır. Türkiyəli müğənni Çingiz Kurtoğlunun 2014-cü ildə işıq üzü görən "Saklı Düşlər" albomunda yer alan və Kral Müzik ödüllərində namizəd göstərilən "Kor olsun" adlı mahnısının söz müəllifidir.
Mikayıl bəy İsrafilbəyov
Mikayıl bəy Hüseyn bəy oğlu İsrafilbəyov (?-?) — Gəncə qəzasının rəisi (-11 iyun 1919), Hüseyn bəy İsrafilbəyovun oğlu. Mikayıl bəy Hüseyn bəy oğlu Gəncə şəhərində anadan olmuşdu. Gəncə gimnaziyasını bitirmişdi. Qəza idarəsində işləmişdi. Polis pristavı kimi qulluq etmişdi. ADR dönəmində öncə qubernator Xudadat bəy Rəfibəyovun yanında şöbə məsləhətçisi, sonra Gəncə qəzasının rəisi olmuşdu. O, 1884-1890-cı illərdə Yelizavetpol şəhər klassik kişi gimnaziyasında oxumuşdu Mikayıl bəy İsrafilbəyov Qatır Məmmədin dəstəsinə qarşı vuruşmuşdu. ADR hökuməti üsyançılar üzərinə müsavat ordusunun adlı-sanlı komandirlərindən olan Mahmud bəy Paşayev və Mikayıl bəy İsrafilbəyovun rəhbərliyi ilə 3-cü və 8-ci süvari alayları göndərdi. Qoşun 1919-cu il 28 iyunda Gorana çatdı. Qoşun hissələri o dövr üçün ən müasir top və pulemyotlarla təchiz edilmiş və say etibarı ilə üsyançılardan xeyli üstün idi.
Möhsün İsrafilbəyov
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir. Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir.
Möhsün İsrafilbəyov (Qədirli)
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir. Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir.
Nadir İsrafilov
Nazim Rza İsrafiloğlu
Rzayev Nazim İsrafil oğlu (Nazim Rza) — kino və televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kinofestivallarının laureatı Nazim Rza 1941-ci il yanvar ayının 11-də Gəncə şəhərinin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Ata babası Rza Əsədullayev Gədəbəy bölgəsində tanınmış xeyriyyəçilərdən biri olmuşdur. Ana babası isə "Difai" partiyasının Gəncə şöbəsinin katibi, ilk nizamişünas Mirzə Məhəmməd Axundzadə olmuşdur. Atası İsrafil Rzayev və anası Hafizə Axundzadə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (indiki ADAU) bitirərək, uzun illər baytarlıq sahəsində çalışmışlar. Nazim Rza 1945-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, Bakı şəhər 1 saylı orta məktəbdə oxumuş, lakin həmin tədris ocağının hərbi-təmayüllü məktəbə çevrilməsi ilə bağlı təhsilini öncə 44, sonra 7 və 14 saylı məktəblərdə davam etdirmişdir. Orta məktəbdə oxuyarkən, eyni zamanda 1 saylı şəhər Musiqi məktəbində də təhsil almış və 1956-cı ildə fortepiano ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra istehsalatın müxtəlif sahələrində çalışmış, 1959–1964-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsində təhsil almışdır. 1964-cü ildə Bakının Suraxanı bölgəsindəki S. Orconikidze adına Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışmış, elə həmin ilin axırlarından 1965-ci ilin sonuna kimi hərbi xidmətdə olmuşdur. 1966-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun (hazırda Sankt-Peterburq İncəsənət Akademiyası adlanır) televiziya rejissorluğu fakültəsinə daxil olmuş və 1971-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirmişdir. Diplom işi "İnsan Xəzəri xilas edir" televiziya filmi artıq Beynəlxalq və Ümumittifaq kinofestivallarında mükafat və xüsusi diplomlar almışdır.
Ramal İsrafilov
Ramal İsrafilov (15 iyun 1985, Şamaxı) — Azərbaycanlı müğənni, bəstəkar. İsrafilov Ramal 1985-ci il, iyun ayının 15-i Şamaxı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Valideynlərinin dediyinə görə 3 yaşında olarkən pianoda ilk dəfə "Cücələrim" mahnısını ifa edib. 1991-ci ildə Şamaxı şəhər 5 saylı orta məktəbə daxil olub. 1993-cu ildə ilk dəfə Türkiyənin Rize şəhərində Sarımsaq festivalı adlı konsert proqramında çıxış edib. 1997-ci ildə təhsilini davam etdirmək üçün Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olub. 1998-ci ildən 2000-ci ilə qədər Bakı şəhərindəki "Səyyah" folklor ansamblında solist kimi fəaliyyət göstəib. Bir çox böyük səhnələrdə həmin ansambl ilə çıxış edib. 2001-ci ildə təhsil aldığı məktəbi bitirib. 2002-ci ildə görkəmli Azərbaycan bəstəkarı Vaqif Gərəyzadənin yaratdığı "Aypara" vokal qrupuna dəvət olunub.
Rauf İsrafilov
Rauf İsrafilov (d.1956, Azərbaycan SSR, Bakı ş.) — TESOC Çoxmədəniyyətli Məskunlaşma Xidmətinin baş mütəxəssisi, professor. 1956-cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur.Atası professor, anası isə Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifəsində çalışmışdır. Ailəlidir, 2 uşağı var. Bir müddət Bakı Dövlət Universitetində geologiya fakultəsində mühazirələr demiş, lakin bütün iş fəaliyyəti Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitunda keçmişdir. 1978-ci ildə ora baş laborant vəzifəsinə qəbul edilmiş və son vəzifəsi geoekologiya departamentinin rəhbəri olmuşdur. Aspiranturanı Moskvada bitirmiş və elmlər namizədi dərəcəsini orada almışdır. Gürcüstanda müdafiə edərək elmlər doktoru olmuş, hidrogeologiya sahəsində professor adını qazanmışdır. Fullbrayt proqramı- aparıcı alimlərin mübadiləsi proqramı çərçivəsində Amerika Dövlət Departamentinin dəvəti ilə bir il Cənubi Florida Universitetində aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Amerikada imtahan verib hidrogeoloq kimi peşəsini təsdiqləyən lisenziya almışdır. 2001-ci ildən alim kimi NATO-nun Sülh Naminə Elmi Tədqiqat proqramlarına qoşularaq üç dəfə böyük qrantlar udub Azərbaycana gətirmişdir.
Sur-e İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.
Sure-İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.
Suri-İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.
Vidadi İsrafilov
Vidadi Vaqif oğlu İsrafilov (18 iyun 1987, Gurbulaq, Daşkəsən rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vidadi İsrafilov 18 iyun 1987-ci ildə Daşkəsəndə anadan olub. 2005-2009-cu ildə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində təhsil alandan sonra təyinatla kəndinə müəllim olaraq qayıtdı. Sonradan yenidən Gəncəyə köçmüşdü. Ailəli və 2 övlad atası idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vidadi İsrəfilov Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 12 noyabr 2020-ci il tarixdə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi İsrafilov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İkram İsrafil
İkram İsrafil (16 yanvar 1964, Bideyiz, Nuxa rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. İkram İsrafil 1964-cü il yanvarın 16-da Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. 1984-cü ildən M. Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası və gənclər birliyinin sədri işləmişdir. 1991-ci ildən Sumqayıt aşqarlar zavodunun, "Azadlıq" kiçik müəssisəsinin sex rəisi, "Xəzər" Səhmdar Cəmiyyətinin şöbə rəisinin müavini, 1993-cü ildən "Qalayçı" firmasının direktoru vəzifələrində çalışmışdır. 1996–2002-ci illərdə Sumqayıt şəhərində Mikayıl Müşfiq adına 34 nömrəli orta məktəbdə direktor müavini olmuşdur. Evlidir, 3 övladı var. Ağ Partiyasının sədri Tural Abbaslının qaynatasıdır. Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Braziliya, Azərbaycan-Norveç, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

Digər lüğətlərdə